Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-38/2021 11.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(119)-878/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı 1.258.886 manat borcun, 30 manat dövlət rüsumunun, 1500 manat hüquqi xidmət haqqı üçün ödənilmiş məbləğin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda məhkəməyə iddianın təmin edilməsi barədə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılanadək cavabdehin “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətində olan AZ32BRES******************** bank hesabına və mövcud olan digər bank hesablarına, həmçinin mülkiyyətində və istifadəsində olan digər daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(119)-878/2020 saylı qərardadı ilə iddiaçının iddianın təmin tədbiririnin tətbiq edilməsi haqqında ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli iddianın təmin etmə tədbiri barədə ərizədə ətraflı şəkildə göstərilmişdir ki, cavabdehlə “xxxx” MMC arasında X2 imzalanmışdır. Həmin X2 əsasında sifarişlər qəbul edilmiş və qaimə-faktura əsasında damazlıq yumurtalar alıcıya təhvil verilmişdir. Həmin elektron-qaimə, fakturalar üzrə “Cavabdeh Broyler” Açıq Səhmdar Cəmiyyətinin “xxxx” MMC-yə ******* ( bir milyon iki yüz əlli səkkiz min səkkiz yüz səksən altı) manat borcu yaranmışdır. Beləliklə, cavabdeh “xxxx” MMC-dən müqavilədə nəzərdə tutulan damazlıq yumurtaları alıb, lakin bunun müqabilində öhdəliyinə düşən ******* manat borcu indiyədək ödəməyib və hazırkı işə mahiyyəti üzrə baxılıb həll edilənə qədər cavabdehə məxsus “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətində olan bank hesabına, həmçinin mövcud olan digər bank hesablarına, həmçinin mülkiyyətində və istifadəsində olan digər daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmalıdır. İddianın təmin tədbiri müvəqqəti xarakter daşıyır və iddianı mahiyyəti üzrə qabaqcadan həll etmir, həmçinin qətnamənin gələcəkdə təmin edilməsi məqsədini daşıyır. Hazırkı iş üzrə iddianın təmin tədbiri kimi prosessual tədbir olmaqla həm də verilmiş iddia tələblərinə mütənasibdir. Yəni məhkəmə cavabdehə məxsus əmlaka iddia tələbi həcmində həbs qoymaq imkanından istifadə edərək ərizəni təmin etməsi qətnamənin gələcəkdə icrasının qeyri-mümkünlüyü kimi halları aradan tam qaldırmış olur. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zahid Məmmədov) Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən tərəflərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasının təmin etmək üçün görülən tədbirdir və işi qabaqcadan mahiyyəti üzrə həll etməməlidir. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, hazırkı işə baxılıb yekunlaşması prosessual müddətlər və tərəflərin davranışı nəzərə alınmaqla müəyyən müddət davam edə bilər və belə olan halda cavabdehin bank hesablarına və əmlaklarının üzərinə uzun müddət ərzində həbs qoyulması onun sahibkarlıq fəaliyyətini həyata keçirməsinə maneələr yarada, fəaliyyətləri ilə bağlı hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıra və eləcə də ona və digər şəxslərə zərər vura bilər. Məhkəmə kollegiyası göstərilənləri əsaslı hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin tədbirinin tətbiq edilməsi haqqında mövcud ərizəni təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(119)-878/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(119)-878/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Hökümə Babayeva Səyyad Qafari
Məhkəmə qərarları › İş №2-2(105)-38/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-38/2021
11.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver