Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-40/2025 11.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, e-2-2(119)-502/2024 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 27 fevral 2024-cü il tarixə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15014,79 (on beş min on dörd manat 79 qəpik) manat məbləğində borcun Dövlət Sosial Müdafiə Fonduna və 2838,44 (iki min səkkiz yüz otuz səkkiz manat 44 qəpik) manat məbləğində borcun İcbari Tibbi Sığorta Fonduna və eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) 42,61 (qırx iki manat 61 qəpik) manat məbləğində borcun Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi – xx xxxx 1982-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2-2(119)-502/2024 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin ərizəsi təmin edilmiş, 27 fevral 2024cü il tarixə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15014,79 (on beş min on dörd manat yetmiş doqquz qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna və 2838,44 (iki min səkkiz yüz otuz səkkiz manat qırx dörd qəpik) manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) 42,61 (qırx iki manat altmış bir qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi - xx xxxx 1982ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (hakim Zülfüqar Sadiqov). 29 yanvar 2025-ci il tarixdə Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2- 2(119)-502/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxs qətnamə ilə rəsmi olaraq 27 yanvar 2025-ci il tarixində tanış olmuşdur. Belə ki, həmin dövrə qədər ona məxsus olan ASAN imza şirkətə dair müvafiq sənədləşdirilmələrin aparılması üçün mühasibdə olmuşdur və onun istifadəsində olmamışdır. Bunu təsdiq edən kifayət qədər sübut vergi kabinetində mövcuddur. O, həmin ASAN imzanı öz istifadəsinə qaytarmaq üçün 27 yanvar 2025-ci il tarixində Azercell xidmətinə müraciət edərək (***)******* mobil nömrəsinin dublikatını əldə etmiş və Quba rayonu X3 müraciət edərək 27 fevral 2025-ci il tarixində həmin nömrəyə elektron imza sertifikatını aktivləşdirmişdir. E-mehkeme.gov.az kabinetini isə 27 yanvar 2025-ci il tarixində saat 14:22-də aktivləşdirmişdir. Məhkəmə işində olan sənədlərdə də bu öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi tərəfindən təqdim edilən ərizədə maraqlı şəxsin əlaqə məlumatlarını kimi mobil telefonu: **********, ev telefonu: **********, mobil telefonu: **********, e-mail ünvanı: Elektron ünvan kimi göstərilmişdir. Qeyd edilən əlaqə məlumatlarının heç biri ona məxsus deyil və həmin nömrələr onun istifadəsində olmamışdır. Bundan əlavə ona məlum olmuşdur ki, eyni predmet barəsində və eyni əsaslarla Sumqayıt Kommersiya Məhkəməsində məzmunu eyni olan iki qətnamə qəbul edilmişdir. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2- 2(119)-502/2024 nömrəli və 20 iyun 2024-cü il tarixli, e-2-2(119)-1084/2024 nömrəli qətnamələri eynidir, sadəcə ərizə verən idarələr fərqlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, e-2-2(119)-502/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2-2(119)-502/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsi təmin edilməmişdir (hakim Həlimə Alıyeva). Həmin qərardaddan Maraqlı şəxs 14 fevral 2025-ci il tarixdə şikayət verərək Sumqayıt Kommersiya Məhkəməsinin 07 fevral 2025-ci il tarixli e-2-2(119)- 502/2024 qərardadının ləğv edilməsini, əks halda baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zaman hakim poçt qəbzlərinə istinad edərək bildirmişdir ki, qətnaməni ünvan 1 ünvanında “Mikayılov” adlı şəxs imzalayaraq qəbul etmişdir. Halbuki, Maraqlı şəxs həmin ünvanda yaşamadığını bildirmiş və həmin qətnaməni almamış, poçt qəbzini imzalamamışdır. Həmin qəbzdə “Mikayılov” adlı şəxsin kim olduğunu bilmir və həmin imza onun ailə üzvlərinə məxsus deyil. Qətnamə rəsmi qaydada verilməmiş və qəbzə kimin imza atdığı göstərilməmişdir. Məhkəmə poçt qəbzinə istinad etməməlidir. Mülki Prosessual Məcəllənin135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılır. Eyni zamanda məhkəməyə təqdim edilən maddi sübutlara məhkəmə öz qərardadında heç bir hüquqi qiymət verməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, e-2-2(119)-502/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, e-2-2(119)-502/2024 nömrəli qərardadından şikayətinin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, e-2-2(119)-502/2024 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadını MPM-in 129.1, 130, 133.1 və 360-cı maddələrinə istinad edərək haqlı olaraq onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2-2(119)-502/2024 nömrəli qətnaməsini 01 aprel 2024-cü il tarixdə rəsmi qaydada almışdır. Bundan sonra Maraqlı şəxs tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2- 2(119)-502/2024 nömrəli qətnaməsindən 27 yanvar 2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-2(119)- 502/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra 29 yanvar 2025-ci il tarixdə maraqlı şəxs tərəfindən məhkəməyə həmin qətnamədən yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2-2(119)-502/2024 nömrəli qətnaməsi Maraqlı şəxs tərəfindən 01 aprel 2024-cü il tarixdə rəsmi qaydada alınmış, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət şikayətin məhkəməyə verilmiş olduğu 29 yanvar 2025-ci il tarixdə ötürülmüş olmuşdur. Lakin hazırkı məhkəmə araşdırması zamanı həmin qətnamədən şikayətin verilməsi müddətinin maraqlı şəxs tərəfindən üzürlü səbəblərə görə buraxıldığı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq aşağıdakıları qeyd edir. Maraqlı şəxs ünvan 1 ünvanında yaşamadığını və həmin qətnaməni almadığını, poçt qəbzini imzalamadığını bildirmişdir. Həmçinin həmin qəbzdə “Mikayılov” adlı şəxsin kim olduğunu bilmədiyini və həmin imzanın onun ailə üzvlərinə məxsus olmamasını mübahisələndirmişdir. Lakin birinci instansiya məhkəməsində müddətin bərpasına dair ərizəsinə baxılarkən o, qeyd etmişdir ki, məhkəmə bildirişi və qətnamənin göndərildiyi ünvanda yaşamır. Həmin ünvanda valideynləri yaşayır. Valideynlərinin 70-dən çox yaşı var. Onlar bu barədə ona bildirməmişlər. Kollegiya qeyd edir ki, iş materiallarına , həmçinin “Elektron məhkəmə” informasiya sistemindən ədə edilmiş məlumatlara əsasən maraqlı şəxsin ünvan 1 ünvanında qeydiyyatda olduğu müəyyən edilir. Mülki Prosessual Məcəllənin: 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Göründüyü kimi Sumqayıt Kommersiya Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2- 2(119)-502/2024 nömrəli qətnaməsi maraqlı şəxsin qeydiyyatda olduğu ünvana göndərilmiş və qəbzə imza edilməklə 01 aprel 2024-cü il tarixdə rəsmi qaydada alınmışdır.Buna görə də maraqlı şəxs tərəfindən həmin vaxtdan məhkəmə qətnaməsini rəsmi olaraq almış hesab olunur. Məhkəmənin poçt qəbzinə istinad etməməsi və Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”inə yerləşdirilməli olmasına dair maraqlı şəxsin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarında olan “AZEMİS” Elektron məhkəmə İnformasiya Sistemindən çıxarışlara əsasən müəyyən edilir ki, maraqlı şəxs xx.xx.2024-cü il tarixdə şəxsi kabinetdə qeydiyyatdan keçmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bildiyindən maraqlı şəxs apellyasiya şikayəti verilmə müddətini ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi prosessual müddətin bərpa olunmamasına dair mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, e-2-2(119)-502/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-40/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-40/2025
11.03.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver