Məhkəmə qərarları › İş №2-2(105)-41/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-41/2025

11.03.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-41/2025 11.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)-1084/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina haqqında həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-2(119)- 1084/2024 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə iş materialları ilə birlikdə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1084/2024 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilmiş, 04 iyun 2024-cü il tarixinə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 15.014,79 manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 2.838,44 manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maraqlı şəxs (VÖEN: **********) 42,61 manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi olan – xx xxxx 1982-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş və və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-1084/2024 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-2(119)-1084/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)-1084/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə yenidən məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1084/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətin buraxılması səbəbinin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxs qətnamə ilə rəsmi olaraq xx.xx.2025ci il tarixdə tanış olmuşdur. Belə ki, həmin vaxta qədər ona məxsus olan ASAN imza MMCyə dair müvafiq sənədləşdirmələrin aparılması üçün mühasibdə olmuş və onun istifadəsində olmamışdır. Bunu təsdiq edən kifayət qədər sübutlar vergi kabinetində mövcuddur. O, həmin ASAN imzanı öz istifadəsinə qaytarmaq üçün xx.xx.2025-ci il tarixdə “Azercell” xidmətinə müraciət edərək (051) ***-**-** mobil nömrəsinin dublikatını əldə etmiş və Quba rayonu X3 müraciət edərək xx.xx.2025-ci il tarixdə həmin nömrəyə elektron imza sertifikatını aktivləşdirmişdir. E-mehkeme.gov.az kabinetini isə xx.xx.2025-ci il tarixdə saat 14:22-də aktivləşdirmişdir. Məhkəmə işində olan sənədlərdə də bu öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi tərəfindən təqdim edilən ərizədə maraqlı şəxsin əlaqə məlumatları kimi mobil telefonu: ***-***-**-**, ev telefonu: ***-***-**-**, mobil telefonu: ***-***-**-**, e-mail ünvanı: Elektron ünvan kimi göstərilmişdir. Qeyd edilən əlaqə məlumatlarının heç biri ona məxsus deyil və həmin nömrələr onun istifadəsində olmamışdır. Bundan əlavə, ona məlum olmuşdur ki, eyni predmet barəsində və eyni əsaslarla Sumqayıt Kommersiya Məhkəməsində məzmunu eyni olan iki qətnamə qəbul edilmişdir. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)-502/2024 nömrəli və xx.xx.2024-cü il tarixli e-2-2(119)-1084/2024 nömrəli qətnamələri eynidir, sadəcə ərizə verən idarələr fərqlidir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1084/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-2(119)- 1084/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsi təmin edilməmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1084/2024 nömrəli qərardadından həmin Məhkəməyə şikayət verərək qərardadın ləğv edilməsini, Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-2(119)- 1084/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi səbəbinin üzürlü hesab edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Maraqlı şəxs şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hakimi poçt qəbzlərinə istinad edərək məhkəmənin göndərdiyi qətnaməni xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında “Mikayılov” adlı şəxsin imzalayaraq qəbul etdiyini, bununla da qətnamənin ona lazımi qaydada çatdırıldığını bildirmişdir. Halbuki, o həmin ünvanda yaşamır və qətnaməni də almamış, poçt qəbzini imzalamamışdır. Həmin qəbzdə “Mikayılov” soyadı yazıb imza etmiş şəxsin kim olduğunu bilmir və həmin imza onun ailə üzvlərinə məxsus deyil. Ona görə də xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1084/2024 nömrəli qərardadın ləğv edilərək qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini, əks təqdirdə şikayətinin apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1084/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və həmin şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 1084/2024 nömrəli qərardadından şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ötürülmüş apellyasiya şikayəti müddətinin bərpasından imtina haqqında xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1084/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)-1084/2024 nömrəli qətnaməsini xx.xx.2024-cü il tarixdə rəsmi qaydada almışdır. Bunu işə əlavə edilmiş poçt xəbərnaməsi təsdiq edir. Bundan sonra Maraqlı şəxs tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1084/2024 nömrəli qətnaməsindən yalnız xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli e-2-2(119)-1084/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra xx.xx.2025-ci il tarixdə maraqlı şəxs tərəfindən məhkəməyə həmin qətnamədən yenidən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə verilmişdir. Göründüyü kimi, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)-1084/2024 nömrəli qətnaməsi Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada alınmış olsa da, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddət (1 ay) şikayətin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixdə ötürülmüş olmuşdur. Digər tərəfdən, qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin maraqlı şəxs tərəfindən üzürlü sayıla biləcək səbəblərə görə buraxıldığı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2 və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki-Prosessual Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşdə olan poçt qəbzlərindən (xəbərnamələrindən) görünür ki, birinci instansiya məhkəməsi sifarişli poçt xidməti vasitəsilə maraqlı şəxsin ünvanına birinci dəfə məhkəmə bildirişi (məhkəmə iclasının vaxtı və yeri barədə), ikinci dəfə xx.xx.2024-cü il tarixli e-2- 2(119)-1084/2024 nömrəli qətnaməni göndərmiş, hər iki halda göndərilən ünvanda məhkəmə sənədlərini qəbul etmiş şəxs bunu poçt xəbərnamələrinə imza edib soyadını yazmaqla təsdiqləmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında maraqlı şəxs rəsmi qeydiyyat yerinin həmin ünvan olmasına baxmayaraq orada yaşamadığını, həmin ünvanda yaşlı valideynlərinin yaşadığını bildirmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, şəxs rəsmi qeydə alındığı ünvanda yaşamırsa və həmin ünvanla əlaqə saxlamırsa, yaxud faktiki yaşadığı ünvan barədə aidiyyəti orqanlara məlumat vermirsə, bunun mənfi nəticələrinin riskini özü daşıyır. Maraqlı şəxs də ən azı qarşılıqlı təmasda olduğu vergi orqanlarına özünün faktiki yaşayış yeri, mobil telefon nömrəsi və başqa əlaqə vasitələri barədə düzgün məlumat verməli idi. Həmçinin məhkəmələr də işdə iştirak edən şəxslərə məhkəmə sənədlərini təqdim etmək üçün onları rəsmi qeydə alındıqları yerdən (ünvandan) kənarda axtarmağa, yaxud onların faktiki yaşayış yerlərini müəyyən edib müvafiq sənədləri şəxsən çatdırmağa borclu deyildir. Prosessual qanunvericiliyin tələbinə görə məhkəmə sənədləri işdə iştirak edən şəxslərə sifarişli poçt xidməti vasitəsilə onların rəsmi qeydə alındıqları ünvana göndərilməklə, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti olanlara həmin elektron kabinetə yerləşdirilməklə, sahibkar olan şəxslərə həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməklə təqdim olunur... Konkret halda da birinci instansiya məhkəməsi qətnaməni maraqlı şəxsin məlum olan rəsmi qeydə alındığı ünvana göndərmiş və qətnamə geri qaytarılmamış, yəni göndərildiyi ünvanda qəbul olunmuşdur. Belə olduğu halda məhkəmə həmin qətnaməni maraqlı şəxsə çatdırılmış hesab etməkdə haqlı olmuşdur. Maraqlı şəxs barəsində məhkəmənin eyni məzmunlu iki qətnaməsinin olması məsələsinə gəlincə bu, vergi orqanlarının nəzarət sistemində baş vermiş dəyişikliklə əlaqədar olmuşdur. Ona görə də, məhkəməyə ərizə ilə müraciət etmiş səlahiyyətli vergi idarələri fərqlidir. Həmin qətnamələrin icrası eyni icra orqanına aid olduğuna və maraqlı şəxs üçün eyni öhdəlik yaratdığına görə eyni nəticəli iki qətnamənin mövcudluğu maraqlı şəxsin mənafeyinə hər hansı formada zərər vurmur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Maraqlı şəxs prosessual müddəti (qətnamədən apellyasiya şikayətinin verilməsi müddətini) üzürlü səbəblər olmadan ötürmüşdür. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)-1084/2024 nömrəli qətnaməsi maraqlı şəxsə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada verilmiş hesab olunduğundan onun həmin qətnamədən xx.xx.2024-cü il tarixədək apellyasiya şikayəti vermək hüququ olmuş, lakin o, prosessual müddət bitəndən təxminən 7 ay sonra məhkəməyə apellyasiya şikayəti göndərmişdir. Digər tərəfdən, maraqlı şəxs buraxılmış müddətin bərpasını məhkəmədən xahiş etsə də, lakin həmin müddətin ötürülməsinin üzürlü səbəblərlə bağlı olması və buna görə də müddətin bərpası üçün əsaslar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürməsi və bunun üzürlü səbəbdən baş verməməsi, həmçinin buraxılmış prosessual müddətin bərpasına əsas olmaması barədə düzgün nəticəyə gəlmişdir. Maraqlı şəxsin buraxılmış müddətin bərpasından imtina barədə qərardaddan verdiyi şikayətin dəlilləri əsassız və qəbulolunmazdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1084/2024 nömrəli qərardadı qanuni və əsaslıdır, qərardaddan Maraqlı şəxs tərəfindən verilmiş şikayətin dəlilləri həmin qərardadın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Odur ki, şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1084/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə müvafiq olaraq, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 133, 135, 268, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 1084/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar