Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-43/2020 02.06.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-74/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı MMCnin xeyrinə 61,41 abunə və xidmət haqqı və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 81,41 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-74/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdehndən xx xxxxxx 2018-ci il tarixli müqavilələr üzrə hesablanmış 61,41 manat abunə və xidmət haqqı borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla-cəmi 81,41 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh MMC apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 iddia tələbindən imtina edilməsinə dair ərizə təqdim edərək, iddia tələbindən imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Həmçinin bildirdi ki, borclu tərəfindən 61,41 manat borc ödənilsə də, dövlət rüsumu ödənilməmişdir. İddiaçı tərəfindən iddia qaldırılmasından əvvəl Cavabdeh MMC tərəfindən ödəniş tam həyata keçirilmədiyindən iddianın əsası və predmeti ortadan qalxmamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh ödəniş etməsi barədə birinci instansiya məhkəməsini xəbərdar etmədiyindən, doğru olaraq qətnamə ilə borcun ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddia ərizəsi ilə məhkəməyə müraciət ediləndə borc mövcud olduğundan, məhkəmə xərci cavabdehdən tutulmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh MMC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, işdə iştirak edən şəxsin izahatını dinləyib, verilmiş ərizəni nəzərə alaraq, hesab edir ki, İddiaçı MMC-nin nümayəndəsi X4 tərəfindən verilmiş iddiadan imtina barədə ərizə qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-74/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsəsən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apelyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası, mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyindən və tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, İddiaçı MMC-nin iddia tələbindən imtinası qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-74/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair 2-2(105)-43/2020 saylı iş üzrə icraata xitam verilməlidir. İddia tələbindən imtinanı qəbul etməklə, məhkəmə kollegiyası izah edir ki, iddiaçının iddia tələbindən imtina etməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. İş materiallarından görünür ki, iddiaçı mövcud tələblə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmiş, cavabdeh məhkəmənin bildirişini xx.xx.2019-cu il tarixdə almış, 61,41 manat borc məbləğini də iddiaçının hesabına xx.xx.2019-cu il tarixdə ödəmişdir. İddiaçı isə borc məbləği ödənildiyindən iddiadan imtina edir, lakin məhkəmə xərcinin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdehndən ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 122.2-ci maddəsinə əsasən, iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267- 268, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin iddia tələbindən imtinası qəbul edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-74/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair 2-2(105)- 43/2020 saylı iş üzrə icraata xitam verilsin. Cavabdehndən ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-43/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-43/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver