Məhkəmə qərarları › İş №2-2(105)-48/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-48/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-48/2024 08.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X8 Şirkətinin Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı kommersiya işi üzrə (Açar sözlər: pul tələbi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X8 Şirkətinin Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 dekabr 2023cü il tarixli, e-2-2(119)-831/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 201675,8 (iki yüz bir min altı yüz yetmiş beş dollar səksən sent) ABŞ dolları məbləğində pul vəsaitinin, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzində 638 (altı yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildən başlayaraq Cavabdeh sifarişləri əsasında İddiaçı tərəfindən damlama sulama sistemləri və sair kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar istehsalçı firma olan X6 İhracat Sanayi Ticaret Anonim Şirketindən əldə edilərək Cavabdehnə göndərilmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək keçən müddət ərzində iddiaçı tərəfindən cavabdehə ümumilikdə 3820075,80 ABŞ dolları dəyərində damlama sulama sistemləri və sair kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar göndərilmiş, cavabdeh tərəfindən həmin malların dəyərindən ******* ABŞ dolları məbləğində pul ödənilmiş, 201675,8 ABŞ dolları məbləğində qalan hissəsinin dəyəri isə bu günədək ödənilməmişdir. Bununla bağlı cavabdehə pretenziya göndərilmiş, lakin bundan sonra da cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir. Məsələnin mediasiya vasitəsilə də həlli mümkün olmamışdır. İddia ərizəsinə əlavə edilmiş gömrükyük bəyannamələrindən, elektron fakturalardan və xx.xx.2023-cü il tarixli auditor hesabatından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ümumilikdə 3820075,80 ABŞ dolları dəyərində damlama sulama sistemləri və sair kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar göndərilmiş, cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 45000 ABŞ dolları məbləğində olmaqla xx.xx.2022-ci il tarixdə edilmiş, beləliklə cavabdeh tərəfindən həmin malların ******* ABŞ dolları məbləğində bir hissəsinin dəyəri ödənilmiş, 201675,8 ABŞ dolları məbləğində qalan hissəsi isə ödənilməmişdir.

3. Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinə əsas kimi göstərilmiş audit rəyi qeyri-obyektiv və qərəzlidir. Belə ki, auditor rəyi kimi təqdim edilən həmin kağızlar tərtib edilərkən iddiaçının birtərəfli dediklərinə istinad edilmişdir. Halbuki, iddiaçının göndərdiyi məhsulların bir çoxunda uyğunsuzluq və keyfiyyətsizlik olmuşdur. Misal üçün, faktura tarixi xx.xx.2022-ci il, nömrəsi ZYE**********8 olan sənədlər əsasında göndərilmiş malların 16420 ABŞ dolları hissəsi yararsız olduğu üçün qəbul edilməmiş və bu barədə iddiaçı şirkətin satış müdiri Devrim Türkə “WhatsApp” proqramı vasitəsi ilə məlumat verilmişdir. Həmçinin bəyannamə tarixi xx.xx.2021-ci il nömrəsi 21080100EX015398 olan sənədlərlə gələn 21700 ABŞ dolları məbləğində mallar (sulama sistemi hissələri) yararsız olduğu üçün qəbul edilməmişdir. Bundan başqa, bəyannamə tarixi xx.xx.2021-ci il olan nömrəsi 21080100EX015399 olan sənədlərlə göndərilmiş malların 53537 ABŞ dolları hissəsi qüsurlu olduğu üçün qəbul edilməmiş və bütün hallarda bu barədə iddiaçı şirkətin satış müdiri Devrik Türkə məlumat verilmişdir. Bundan başqa, Oktay Hacıyev adlı şəxsə məxsus torpaq sahəsində quraşdırılmış sulama sistemi iddiaçı şirkət tərəfindən sulama sisteminin proyektinə uyğun olmayan avadanlıqlar göndərildiyinə görə tam yararsız vəziyyətdədir, odur ki, iddia tələbi tam əsassızdır.

5. İddiaçı tərəfindən təqdim edilmiş cari hərəkət məlumatlarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 3820075,8 ABŞ dolları məbləğində avadanlıq göndərilmiş, həmin mallara görə Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə olmaqla, ümumilikdə ******* ABŞ dolları məbləğində pul ödənilmiş və 201675,8 ABŞ dolları məbləğində malın dəyəri ödənilməmişdir.

6. Məhkəmə-mühasibatlıq ekspertizasının 07 dekabr 2023-cü il tarixli 9/8379 nömrəli rəyində göstərilir ki, təqdim edilmiş alqı-satqı əməliyyatlarına dair sənədlərə, bəyannamələrə, invoys sənədlərinə (faktura) cari hərəkət məlumatlarına və sair mühasibat sənədlərinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək İddiaçı tərəfindən Cavabdehnə 3820075,93 ABŞ dolları məbləğində kənd təsərrüfatı texnikalarının, su qurğularının (damlama sulama su qurğuları sistemi), istixana avadanlıqlarının satılması nəticəsində Cavabdeh İddiaçınə olan borcu 201675,93 ABŞ dolları məbləğində müəyyən olunur.

7. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı X8 Şirkəti tərəfindən 410 (dörd yüz on) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 228 manat dövlət rüsumu ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Sumqayıt Kommersiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2- 2(105)-119-831/2023 nömrəli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, Cavabdehndən 201675,8 (iki yüz bir min altı yüz yetmiş beş dollar səksən sent) ABŞ dolları məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində mediasiya xərci və 222,85 (iki yüz iyirmi iki manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Türkiyə Respublikasında qeydiyyata alınmış İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq X2 ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 567, 568.1, 587.1, 587.2, 587.3, 587.4, 587.5, 595.1, 595.2, 595.3, 598.1, 385.1, 425.1, 427.3 və 442-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2-2(105)-119-831/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barəsində yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, məhkəmənin qətnaməsində istinad etdiyi audit və ekspert rəyləri qeyri-obyektiv və qərəzlidir. Belə ki, auditor rəyi kimi təqdim edilən həmin kağızlar tərtib edilərkən iddiaçının birtərəfli dediklərinə istinad edilmişdir. Halbuki, iddiaçının göndərdiyi məhsulların bir çoxunda uyğunsuzluq və keyfiyyətsizlik olmuşdur. Misal üçün, faktura tarixi xx.xx.2022-ci il, nömrəsi ZYE**********8 olan sənədlər əsasında göndərilmiş malların 16420 ABŞ dolları hissəsi yararsız olduğu üçün qəbul edilməmiş və bu barədə iddiaçı şirkətin satış müdiri Devrim Türkə “WhatsApp” proqramı vasitəsi ilə məlumat verilmişdir. Həmçinin, bəyannamə tarixi xx.xx.2021-ci il nömrəsi 21080100EX015398 olan sənədlərlə gələn 21700 ABŞ dolları məbləğində mallar (sulama sistemi hissələri) yarasız olduğu üçün qəbul edilməmişdir. Bundan başqa bəyannamə tarixi xx.xx.2021-ci il olan nömrəsi 21080100EX015399 olan sənədlərlə göndərilmiş malların 53537 ABŞ dolları hissəsi qüsurlu olduğu üçün qəbul edilməmiş və bütün hallarda bu barədə iddiaçı şirkətin satış müdiri Devrim Türkə məlumat verilmişdir. Bundan başqa, Oktay Hacıyev adlı şəxsə məxsus torpaq sahəsində quraşdırılmış sulama sistemi iddiaçı şirkət tərəfindən sulama sisteminin proyektinə uyğun olmayan avadanlıqlar göndərildiyinə görə tam yararsız vəziyyətdədir, odur ki, iddia tələbi tam əsassızdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 9/8379 saylı ekspert rəyi isə qanunsuzdur. Belə ki, ekspert Vaqif İsgəndərov, iddiaçının təqdim etdiyi qondarma və ziddiyyətli audit rəyini ekspertiza qərarına köçürərək ona möhür vurmuşdur, yəni mahiyyət etibari ilə hər hansı ekspertiza keçirilməmişdir. Güman edir ki, Vaqif İsgəndərov hansısa qanunsuz maraqlar yaxud səbəblərdən iddiaçı tərəfə rəğbət göstərdiyinə görə belə qərəzlilik nümayiş etdirmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir: «Cavabdeh iddia tələbinə qarşı verdikləri yazılı etirazda qeyd olunan mövqeyin, həmçinin cavabdehin qanuni təmsilçisinin və nümayəndəsinin iddia tələbi üzrə vermiş olduqları izahatlarında iddiaçıdan alınmış malların bir hissəsinin yararsız olması barədə dediklərinin sübutu kimi İddiaçı tərəfindən göndərilən 53537 ABŞ dolları dəyərində malların yararsız olması barədə tərtib edilmiş 06 iyul 2021-ci il tarixli aktı, 21700 ABŞ dolları dəyərində malların qəbul edilməməsi barədə tərtib edilmiş 07 iyul 2021-ci il tarixli aktı, 15580 ABŞ dolları dəyərində malların qəbul edilməməsi barədə tərtib edilmiş 17 mart 2022-ci il tarixli M22-1- ******* nömrəli aktı və 16420 ABŞ dolları dəyərində malların qəbul edilməməsi barədə tərtib edilmiş 17 mart 2022-ci il tarixli M22-1-0000048 nömrəli aktı məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı həmin aktların tərtib edilməsində və Cavabdeh sifarişi əsasında məlum malların quraşdırılmasında iştirak etmiş Şahid4, Şahid3, Şahid2 və Şahid1 cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş və onlar həmin aktlarda yazılanlara uyğun ifadələr vermişlər. Lakin məhkəmə araşdırması zamanı həmin aktların tərtibində məlum malları göndərmiş iddiaçı tərəfin səlahiyyətli şəxslərinin iştirak etmədiyi, habelə həmin aktların müvafiq qaydada və vaxtda iddiaçı tərəfə göndərildiyi, eyni zamanda aktlarla yararsız hesab edilən həmin malların iddiaçıya qaytarıldığı müəyyən edilməmişdir. Bundan başqa həmin şahidlərin ifadələrinin yuxarıda qeyd olunan halların aydınlaşdırılmasında mötəbər sübut kimi istifadə edilməsi mümkün deyildir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh tərəfin təqdim etdiyi səs yazısı və digər sənədlərin tədqiqi də iddia tələbinin əsaslılığını istisna etməmişdir.» Məhkəmənin bu qeyd etdikləri ilə qəti olaraq razı deyil. İş materiallarında olan sübutlar, etirazlarının əsaslı, qanuni olduğunu təsdiq edir. 13 avqust 2023-cü il tarixdə Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbinə əsas kimi göstərilmiş audit rəyi qeyri-obyektiv və qərəzlidir. Belə ki, auditor rəyi kimi təqdim edilən həmin kağızlar tərtib edilərkən iddiaçının birtərəfli dediklərinə istinad edilmişdir. Halbuki, iddiaçının göndərdiyi məhsulların bir çoxunda uyğunsuzluq və keyfiyyətsizlik olmuşdur. Misal üçün, faktura tarixi xx.xx.2022-ci il, nömrəsi ZYE**********8 olan sənədlər əsasında göndərilmiş malların 16420 ABŞ dolları hissəsi yararsız olduğu üçün qəbul edilməmiş və bu barədə iddiaçı şirkətin satış müdiri Devrim Türkə “WhatsApp” proqramı vasitəsi ilə məlumat verilmişdir. Həmçinin bəyannamə tarixi xx.xx.2021-ci il nömrəsi 21080100EX015398 olan sənədlərlə gələn 21700 ABŞ dolları məbləğində mallar (sulama sistemi hissələri) yararsız olduğu üçün qəbul edilməmişdir. Bundan başqa bəyannamə tarixi xx.xx.2021-ci il olan nömrəsi 21080100EX015399 olan sənədlərlə göndərilmiş malların 53537 ABŞ dolları hissəsi qüsurlu olduğu üçün qəbul edilməmiş və bütün hallarda bu barədə iddiaçı şirkətin satış müdiri Devrik Türkə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş e-mail və whats app proqramı vasitəsi ilə aparılan yazışmalar, şahid ifadələri sübut edir ki, Aras Agro MMC ağlabatan müddət ərzində ona verilmiş malların qüsurlu olduğu barəsində Satıcıya bildiriş vermişdir. Belə olan halda, Aras Agro MMC MM-nin 587.2.1-ci maddəsinə görə, müqavilənin icrasından imtina etmək hüququ vardır və Aras Agro MMC-i həmin hüquqdan istifadə edir. Aras Agro MMC iddiaçı tərəfi (Satıcı) ağlabatan müddət ərzində malların keyfiyyətsiz olması, qüsurlu olması barədə məlumatlandırsa da iddiaçı tərəf öz öhdəliyini icra etməmiş, qüsurları aradan qaldırmamışdır. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə sübutları tam araşdırmadan, qərəzli qətnamə qəbul etmiş, bununla da MPM-nin 217.1-ci maddəsinin tələbləri pozulmuşdur. Aras Agro MMC-nin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddiaçı tərəfindən göndərilmiş malların qüsurlarının olması barəsində, iddiaçı ağlabatan müddətdə məlumatlandırılmış, bu problemin həlli tərəflər arasındakı işgüzar münasibətlər davam etdiyinə görə, hər dəfəsində daha irəli tarixə müxtəlif səbəblərlə təxirə salınmışdır. Məhkəmə, iddiaçı tərəfindən göndərilmiş malların həqiqətən də qüsurlu olmasını, həmçinin bu qüsurlar barəsində ağlabatan müddətdə iddiaçıya məlumatlar verildiyini təsdiq edən şahid ifadələrini sair sübutları araşdırmamış, aydınlaşdırmamışdır. İddiaçı tərəf, Aras Agro MMCnin bütün sifarişlərini, verilmiş sifarişə uyğun icra etdiyini sübut edə bilməmişdir. Aras Agro MMC-inin şirkətinin kompyuterlərində yaranmış problemlərə görə, bəzi yazışmaları təqdim etmək mümkün olmamışdır. Həmçinin şirkətin qanuni nümayəndəsinin mobil telefonu xarab olmasına görə bəzi Whats App yazışmaları təqdim edilə bilməmişdir. Kompyuter və telefondakı məlumatlar mütəxəssizin köməyi ilə əldə edilərək təqdim ediləcəkdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

14. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 329. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Maddə 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Maddə 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyrimümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. Maddə 595.3. Əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.

19. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı Türkiyə Respublikasında qeydiyyata alınmış İddiaçı tərəfindən kənd təsərrüfat texnikaları, damlama sulama sistemləri və s. əldə edilərək Türkiyə Respublikasından gömrük nəzarətindən keçirilməklə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən Cavabdehnə satılmışdır. Cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə ödənişlər edilsə də, cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini iddiaçıya tam ödəməmişdir. Buna görə də, hazırkı iddia tələbində ödənilməmiş 201675,8 ABŞ dolları məbləğində borcun Cavabdehndən tutulması xahiş olunmuşdur.

21. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 201675,8 (iki yüz bir min altı yüz yetmiş beş dollar səksən sent) ABŞ dolları məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində mediasiya xərci və 222,85 (iki yüz iyirmi iki manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Türkiyə Respublikasında qeydiyyata alınmış İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq X2 ödənilməsi qət edilmişdir.

22. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh iddia tələbinə qarşı verdikləri yazılı etirazda qeyd olunan mövqeyin, həmçinin cavabdehin qanuni təmsilçisinin və nümayəndəsinin iddia tələbi üzrə vermiş olduqları izahatlarında iddiaçıdan alınmış malların bir hissəsinin yararsız olması barədə dediklərinin sübutu kimi İddiaçı tərəfindən göndərilən 53537 ABŞ dolları dəyərində malların yararsız olması barədə tərtib edilmiş 06 iyul 2021-ci il tarixli aktı, 21700 ABŞ dolları dəyərində malların qəbul edilməməsi barədə tərtib edilmiş 07 iyul 2021-ci il tarixli aktı, 15580 ABŞ dolları dəyərində malların qəbul edilməməsi barədə tərtib edilmiş 17 mart 2022-ci il tarixli M22-1- ******* nömrəli aktı və 16420 ABŞ dolları dəyərində malların qəbul edilməməsi barədə tərtib edilmiş 17 mart 2022-ci il tarixli M22-1-0000048 nömrəli aktı məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı həmin aktların tərtib edilməsində və Cavabdeh sifarişi əsasında məlum malların quraşdırılmasında iştirak etmiş Şahid4, Şahid3, Şahid2 və Şahid1 cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş və onlar həmin aktlarda yazılanlara uyğun ifadələr vermişlər. Lakin məhkəmə araşdırması zamanı həmin aktların tərtibində məlum malları göndərmiş iddiaçı tərəfin səlahiyyətli şəxslərinin iştirak etmədiyi, habelə həmin aktların müvafiq qaydada və vaxtda iddiaçı tərəfə göndərildiyi, eyni zamanda aktlarla yararsız hesab edilən həmin malların iddiaçıya qaytarıldığı müəyyən edilməmişdir. Bundan başqa həmin şahidlərin ifadələrinin yuxarıda qeyd olunan halların aydınlaşdırılmasında mötəbər sübut kimi istifadə edilməsi mümkün deyildir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh tərəfin təqdim etdiyi səs yazısı və digər sənədlərin tədqiqi də iddia tələbinin əsaslılığın ıstisna etməmişdir. Bundan əlavə, məhkəmə qeyd etməyi lazım bilir ki, 05 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh qanuni təmsilçisi X10 izahatında tərəflər arasında mövcud olmuş alqı-satqı üzrə Cavabdeh İddiaçınə 164945,39 ABŞ dolları borcu olduğunu bildirməklə məlum alqı-satqı üzrə həqiqətən də ödənilməmiş borcun mövcudluğu faktını təsdiq etmişdir. Ödənilməyən borcun dəqiq məbləğinin məhkəmə araşdırması zamanı keçirilmiş ekspertizanın 07 dekabr 2023-cü il tarixli 9/8379 nömrəli ekspert rəyi ilə 201675,93 ABŞ dolları məbləğində olduğu müəyyən edilmişdir ki, ekspert rəyi məhkəməyə təqdim edilmiş hər hansı bir mötəbər sübut əsasında şübhə altına düşmür. Göründüyü kimi, işin konkret halları və yuxarıda qeyd edilən xüsusatlar cavabdeh tərəfin iddia tələbinə etirazında qeyd olunan halları təsdiq etmir. cavabdeh X8 Şirkəti ilə Cavabdeh arasında alqı-satqı üzrə öhdəlik hüquq münasibətləri yaranmış, cavabdeh öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş 201675,8 (iki yüz bir min altı yüz yetmiş beş dollar səksən sent) ABŞ dolları məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd etmək lazımdır ki, iş üzrə keçirilmiş ekspertizanın 07 dekabr 2023-cü il tarixli 9/8379 nömrəli ekspert rəyində ödənilməyən borcun 201675,93 ABŞ dolları məbləğində olduğu müəyyən edilsə də, iddia tələbində nisbətən daha az məbləğ, yəni 201675,8 ABŞ dolları məbləğində pulun tutulması xahiş olunmuşdur.

23. Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barəsində yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır, bu baxımdan əlavə araşdırmanın aparılmasına zərurət görmür, hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

25. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.

26. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olmaqla, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə müfəssəl qiymət verilmişdir. Bu baxımdan məhkəmə kollegiyası əlavə qiymətləndirmə aparılmasına zərurət görmür.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyator tərəfindən apellyasiya şikayətinin dəlilləri ilə bağlı heç bir yeni sübut apellyasiya şikayətinə əlavə edilməmişdir.

28. Kollegiya eləcə də qeyd edir ki, apellyator kollegiya araşdırması zamanı bir daha iş üzrə keçirilmiş ekspert rəyi ilə gəlinmiş nəticəni mübahisələndirərək təkrar ekspertizanın keçirilməsini xahiş etsə də, məhkəmə kollegiyası şikayətin dəlillərinə söykənən bu vəsatəti təmin etməmişdir. Kollegiya hesab etmişdir ki, hazırkı halda vəsatətin təmin edilməsi işə baxılmasının lüzümsuz olaraq uzadılmasına xidmət etmiş olar. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iş üzrə ekspertiza təyin olunmuş və Məhkəmə Ekspertizası tərəfindən rəy tərtib edilərək iş materiallarına əlavə olunmuşdur. Həmin rəyin mötəbərliyi şübhə doğurmur. Cavabdeh tərəf həmin ekspert rəyi ilə razılaşmayaraq təkrar ekspertizası keçirilməsinə dair vəsatət irəli sürsə də həmin ekspert rəyinin əsassızlığına dair heç bir sübut təqdim etməmişdir. Vəsatətin dəlilləri yalnız cavabdehin mülahizələrinə əsaslanır.

29. Məhkəmə kollegiyası vurğulayır ki, apellyator ekspert rəyi və bu rəyin istinad etdiyi audit rəyində cavabdeh tərəfindən aparılmış bir sıra ödənişlərin nəzərə alınmadığını mübahisələndirsə də, həmin ödənişlərlə bağlı məhkəmə kollegiyasına heç bir tutarlı sübut təqdim etməmişdir.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, e-2-2(119)- 831/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar