Məhkəmə qərarları › İş №2-2(105)-50/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-50/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-50/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Məhəmmədəli Əsəd oğlu Rzayevdən ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Bakı-Glass" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 109548,87 manat əsas borcun, ödənişin gecikdirilməsinə görə müqavilələr üzrə əsas borca 5%-lə hesablanmış 5477 manat cərimənin, Mərkəzi Bankın müəyyən etdiyi 15% bank uçot dərəcəsi ilə hesablanmış 17253 manat pulun, hüquqi xidmətlərə görə ödənilmiş 2000 manat pulun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-81/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş və cavabdeh “Bakı-Glass” Məhdud Məsuliyyətli Cəmiyyətindən 109548,87 (yüz doqquz min beş yüz qırx səkkiz manat 87 qəpik) manat əsas borc, 5477 (beş min dörd yüz yetmiş yeddi) manat cərimə, hüquqi xidmətə görə ödənilmiş xərcin əvəzi kimi 500 (beş yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 115555,87 (yüz on beş min beş yüz əlli beş manat 87 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmuşdur. Qətnamə qanuni qüvvəsini almış və müvafiq qaydada icraya yönəldilmişdir. xxxx” Açıq Səhmdar Cəmiyyəti “qətnamənin rəsmi qaydada verilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-81/2020 nömrəli qətnaməsinin rəsmi qaydada verilməsini xahiş etmişdir. Ərizə - “məlum qətnamənin icrası ilə əlaqədar icra məmurları tərəfindən siyahıya alınan əmlakların cavabdeh “xxxx” MMC-yə deyil, “xxxx” ASC-yə məxsus olması” ilə əsaslandırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(119)-81/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən cavabdeh “Bakı-Glass” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)- 81/2020 nömrəli kommersiya işi üzrə məhkəmənin icraatına daxil olmuş “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “qətnamənin rəsmi qaydada verilməsi” haqqında ərizəsi təmin edilməmişdir (hakim Z.Sadiqov) “xxxx” Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2021ci il tarixli e-2-2(119)-81/2020 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” x xxxxxx 2017-ci il tarixli 1704 saylı fərmanına əsasən, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti X1 Təşkilatının “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı “xxxx” ASC-nin mülkiyyətinə (balansına) verilmişdir. Əmlakları “xxxx” ASC- nin mülkiyyətinə veriləcək hüquqi şəxslərdən biri də “xxxx" MMC olmuşdur. Sözügedən Fərmanın icrasını təmin etmək məqsədilə, “xxxx” QSC və “xxxx” ASC nümayəndələrinin iştirakı ilə yaradılmış Təhvil-Təslim komissiyasının xx xxxxx 2018-ci il tarixli 08 nömrəli qərarına əsasən, "xxxx” MMC-nin əsas vəsaitləri “xxxx” ASC-yə təhvil verilmişdir (qərarın surəti əlavə olunur). “xxxx” MMC-nin əsas vəsaitləri “xxxx” ASC tərəfndən qəbul edilmiş və onun törəmə müəssisəsi olan “xxxx” MMC-yə təhvil verilmişdir (Bu barədə akt və əmrlərin surəti əlavə olunur). “xxxx” MMC-nin əsas vəsaitləri “xxxx” ASC-yə təhvil verildikdən sonra faktiki olaraq həmin MMC öz fəaliyyətini “xxxx” ASC-nin razılığı olmadan həyata keçirmək imkanları məhdudlaşdırılmışdır. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin qəbul etdiyi qətnamə üzrə mübahisə predmeti olan xx xxxxxxxx 2019-cu il tarixli 01 nömrəli alqı-satqı müqaviləsi “xxxx” MMC tərəfindən bağlanması mümkün deyildir. Müqavilənin predmeti maddi aktivlərlə bağlı olduğundan “xxxx” ASC-nin razılığı və ya etibarnaməsi olmadan iki səbəbə görə bağlanıla bilməzdi. Birincisi, AR Mülki Prosessual Məcəlləsinin 48-49 -cu maddələrində nəzərdə tutulmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti olmayan hüquqi şəxs tərəfindən, yuxarıda qeyd olunduğu kimi “xxxx” MMC-nin əsas vəsaitləri “xxxx” ASC-yə təhvil verilmiş və faktiki olaraq müstəqil tərəf kimi müqavilə bağlamaq hüququnun olmaması, ikincisi, artıq əmlakların təhvil verildiyi “xxxx” ASC-nin Nizamnaməsinin 5.4.9-ci bəndini pozaraq dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması yalnız Müşahidə Şurasının qəbul etdiyi qərardan sonra mümkün olmasıdır. xxxx” MMC-nin mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti olmadan sözügedən müqaviləni qanunsuz olaraq bağladığına görə, hal-hazırda Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(12)-347/2020 nömrəli qərardadına əsasən, Abşeron İcra və probasiya şöbəsinin əməkdaşları tərəfindən sözügedən qətnamənin icrası üzrə görülən icra tədbirləri “xxxx” MMC-nin deyil, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmiş, onun mülkiyyətində olan əmlaklara yönəldilir. Bu səbəblərdən sözügedən qətnamə və keçirilən icra tədbirləri birbaşa “xxxx” ASC-nin hüquq və vəzifələrinə toxunur. Qətnamə qəbul edilərkən digər qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir. Belə ki, istinad edilmiş sübutlar xx xxxxxxxx 2019-cu il tarixli 01 nömrəli alqı-satqı müqaviləsi və xx xxxxxxx 2019-cu il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsinə dair” aktı olmuşdur. İş materillarında olan qeyd edilən müqaviləyə əsasən, iddiaçı cavabdehə 162849 manat dəyərində olan kvars qumu satmışdır. Lakin müqavilənin faktiki icra edilməsi barədə iş materiallarında heç bir sənəd müəyyən edilməmişdir (təhviltəslim aktı, işlərin görülməsinə dair akt və s). Göründüyü kimi, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən ərizəyə münasibət bildirilərkən, yuxarıda qeyd edilən hallar obyektiv araşdırılmamış ve nəzərə alınmamışdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(119)-81/2020 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən “xxxx” ASCnin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdiş İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası “xxxx” ASC-nin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti həmin iş üzrə tərəf, yəni İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə proses iştirakçısı olmamış və həmin iş üzrə qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə “xxxx” ASC-nin hüquq və vəzifələrinə toxunmur. Çünki, məlum qətnamə üzrə pul vəsaitinin tutulması üçün əsas iş materiallarında olan İddiaçı ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01 nömrəli və xx.xx.2019-cu il tarixli 05 nömrəli alqı-satqı müqavilələri və həmin alqı-satqı müqavilələrinin icrası ilə əlaqədar tərtib edilmiş xx.xx.2019-cu il tarixli “qarşılıqlı borcların üzləşdirilməsinə dair akt” olmuşdur. İş materiallarından görünür ki, həmin müqavilələr və akt “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Bu səbəbdən xx xxxxx 2018-ci il tarixli 08 nömrəli qərarı ilə "xxxx” MMC-nin əsas vəsaitlərinin “xxxx” ASC-yə təhvil verilməsi qətnamənin tərəf olmayan “xxxx” ASC-yə rəsmi qaydada verilməsi üçün əsas deyildir. Kollegiya qeyd edir ki, “xxxx” ASC “xxxx” MMC-nin öz fəaliyyətini “xxxx” ASC-nin razılığı olmadan həyata keçirmək imkanlarının məhdudlaşdırıldığını, xxxx” MMC-nin mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti olmadan sözügedən müqaviləni qanunsuz olaraq bağladığını bildirsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, şikayətdə “xxxx” MMC-nin əsas vəsaitlərinin “xxxx” ASC tərəfindən qəbul edildiyi və onun törəmə müəssisəsi olan “xxxx” MMC-yə təhvil verildiyi qeyd edilmiş və şikayətdə bu barədə akt və əmrlərin surətinin əlavə olunduğu göstərilmişdir. Halbuki xx.xx.2020-ci il tarixli əmrlərdə əsas vəsaitlərin “xxxx” MMC-yə məxsus olması barədə heç bir məlumat yoxdur, həmin əmrlər “xxxx” QSC BOKT-dan təhvil alınmış əsas vəsaitlərin “xxxx” ASC-nin balansından çıxarılması və “xxxx” MMC-nin balansına ötürülməsi barədədir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti iş üzrə tərəf, yəni İddiaçı cavabdeh “Bakı-Glass” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə proses iştirakçısı olmamış və həmin iş üzrə qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə “xxxx” ASC-nin hüquq və vəzifələrinə toxunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 46-cı maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 227.3-cü maddəsinə əsasən, məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar