Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-55/2023 04.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2-2(119)-39/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı 05 oktyabr 2022-ci ildə “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 402510,74 manat məbləğində borcun, 1570 manat nümayəndəyə çəkilmiş xərcin və 692,51 manat dövlət rüsümu və mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mal alqı-satqısına dair 13 may 2020-cu il tarixində 3D-AS/2020-43 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC – “satıcı”, cavabdeh "xxxx" MMC isə - “alıcı” qismində çıxış edir. Həmin Müqaviləyə əsasən razılaşdırılmış qiymət əsasında, satıcı kimi iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə 402510,74 manat dəyərində müxtəlif çeşidli mallar satılmışdır. Mal "xxxx" MMC tərəfindən qaimə-fakturalar əsasında götürülərək qəbul edilmişdir. Mal qəbul edilərkən Alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən həmin Müqavilənin Satıcının hüquq və vəzifələrini özündə ehtiva edən tələbləri yerinə yetirilərək, müqavilə ilə razılaşdırılmış mal tam şəkildə Alıcıya təhvil verilmiş və bununla bağlı elektron qaimələr də Alıcıya təqdim olunmuşdur. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra Alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Lakin, malı almış "xxxx" MMC tərəfindən heç bir ödəniş həyata keçirilməmiş, alınmış malın dəyəri ödənilməmiş və Alıcı faktiki olaraq müqavilə ilə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmış və Satıcı tərəfindən müqavilə üzrə öhdəlik icra edilmiş olsa da, Alıcı tərəfindən öhdəlik icra edilməmişdir. Halbuki, müqavilə Alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyini nəzərdə tutur. Lakin, indiyədək Alıcı tərəfindən alınmış malın dəyəri ödənilməmişdir və Alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Alıcı alınmış malın dəyərini ödəməməklə istehsal müəssisəsi kimi iddiaçını planlaşdırılan şəkildə əldə ediləcək maliyyə vəsaitindən məhrum etmiş və bu da İddiaçı MMC-nin dinamik inkişafı və istehsal prosesinə mənfi təsir etmişdir. Alıcı almış olduğu malın dəyərini ödəməyərək, öhdəliyi icra etməməklə faktiki olaraq iddiaçıya zərər vurmuşdur. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır. Sonradan İddiaçı tərəfindən 11 yanvar 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, Cavabdehndən 18040,74 manat məbləğində borcun, 1670 manat nümayəndəyə çəkilmiş xərcin və 692,51 manat dövlət rüsümu və mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə - 13 may 2020-cu il tarixli 3D-AS/2020-43 nömrəli alqı-satqı müqaviləsi əsasında satılmış mallara görə Alıcı tərəfə təqdim olunmuş 20 aprel 2022-ci il tarixli EBBU 825715 nömrəli və 11 may 2022-ci il tarixli EBBW 048222 nömrəli elektron qaimələr üzrə ümumilikdə ödənilməsi nəzərdə tutulan ƏDV daxil cəmi 402510,74 manat məbləğində borcun hazırkı mübahisə üzrə mediasiya sessiyası keçirildikdən sonra cavabdeh "xxxx" MMC tərəfindən cəmi 384470 manat məbləğində ödəniş edilməsi və buna görə də, 11 yanvar 2023-cü il tarixinə borcun ödənilməmiş qalıq hissəsinin 18040,74 manat məbləğində olması ilə əsaslandırılmışdır Cavabdeh tərəfindən “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 27 oktyabr 2022-ci ildə məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” barədə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, həqiqətən də Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli SDAS/2020- 43 saylı alğı-satqı müqaviləsi imzalanmışdır və Cavabdeh MMC iddiaçıdan qeyri-ərzaq mallarını almışdır. Tərəflər arasında olan ticari əməliyyatlar nəticəsində yaranan borclar vaxtaşırı olaraq hər iki tərəfdən imzalanan üzləşmə aktları ilə təsdiqlənmişdir. Sonuncu dəfə belə bir üzləşmə aktı xx.xx.2022-ci il tarixdə imzalanmışdır ki, həmin Akta əsasən xx.xx.2022-ci il tarixinə kimi Cavabdeh MMC ilə İddiaçı MMC arasında 432507,81 manat məbləğində ticari əməliyyatlar olmuş, 47630,29 manat dəyərində mallar Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə geri qaytarılmış və Cavabdeh MMC-nin iddiaçıya olan qalıq borcunun 384877,52 manat olduğu təsdiqlənmişdir. İddiaçı MMC-nin iddia ərizəsinə əlavə etdiyi sənədlər arasında borc məbləği və vəsaitin ödənilib-ödənilməməsi ilə bağlı yalnız xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli Elektron Qaimələrin surətləri mövcüddur ki, həmin qaimələrdən də müxtəlif tarixlərdə hesablanmış məbləğləri görmək olur. Lakin, elektron qaimələrin təsdiq edilməsi və ya düzəliş üçün geri qaytarılması, həmçinin iddia ərizəsinin məhkəməyə verildiyi tarixə mövcüd borcun məbləği ilə bağlı İddiaçı MMC tərəfindən hər hansı sənəd əlavə edilməmişdir. Halbuki, Cavabdeh MMC-nin hazırki Etirazına əlavə etdiyi sənədlərdən aydın şəkildə görmək olur ki, İddiaçı MMC ilə aparılan son üzləşməyə əsasən cavabehin iddiaçıya olan borc məbləği 384877,52 manat təşkil edir və həmin üzləşmə xx.xx.2022-ci il tarixdə, yəni iddiaçının göndərdiyi elektron qaimələrin tarixlərindən sonrakı tarixdə aparılmışdır. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş və hazırkı Etiraza əlavə edilən maliyyə arayışı və ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırıldıqdan sonra iddiaçıya olan 384870 manat məbləğində borc cavabdeh tərəfindən ödənilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən təqdim edilən 30 sentyabr 2022-ci il tarixli ödəniş tapşırıqlarına əsasən 150000 manat, 04 oktyabr 2022-ci iltarixli ödəniş tapşırıqlarına əsasən 100000 manat və 06 oktyabr 2022-ci il tarixli ödəniş tapşırıqlarına əsasən 134870 manat məbləğində vəsait İddiaçı MMC-nin bank hesabına ödənilmişdir. Buna görə də, hazırki tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə qalıq borcu cəmi 7,52 manat təşkil edir. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırılır ki, Cavabdeh MMC ilə İddiaçı MMC-nin qarşılıqlı əməkdaşlıq dövrü ərzində Cavabdeh MMC tərəfindən İddiaçı MMC bir neçə dəfə elektron qaimələr təqdim edilmişdir ki, həmin qaimələrdən yalnız xx.xx.2020-ci il tarixli qaimə üzrə 13253,48 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qaimələr isə qəbul olunub təsdiqlənsə də, həmin qaimələr üzrə cəmi 26500,88 manat məbləğində pul vəsaiti hazırkı tarixədək Cavabdeh MMC-yə ödənilməmişdir. Göstərilən qaimələr üzrə ümumi məbləğ 39754,36 manat təşkil edir ki, bu da həm elektron qaimələrlə, həm də etiraza əlavə edilən maliyyə arayışı ilə təsdiq olunur. Yuxarıda qeyd edilən elektron qaimələrin təsdiq edilməsi elektron vergi sistemindən çıxarılmış çıxarışda əks olunur. Yəni, cavabdeh tərəfındən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, hal-hazırda İddiaçı MMC-nin Cavabdeh MMC-yə 26500,88 manat məbləğində ödənilməmiş borcu var. Həmçinin cavabdeh hesab edir ki, İddiaçı MMC-nin ödənilməsini cavabdehdən tələb etdiyi 1570 manat nümayəndəyə çəkilmiş xərcin əvəzi, eləcə də 692,51 manat dövlət rüsumu və mediasiya xərcinin əvəzi də cavabdehdən tutulmalı deyil və həmin xərclər iddiaçının özünə aid edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2-2(119)- 39/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdehndən 17640,74 (on yeddi min altı yüz qırx manat 74 qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar 400 (dörd yüz) manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 (iki yüz) manat hissəsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142,92 (yüz qırx iki manat 92 qəpik) manat olmaqla, cəmi 18383,66 (on səkkiz min üç yüz səksən üç manat 66 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2-2(119)-39/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə araşdırma aparılarkən məhkəmə hesab etmişdir ki, cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli X3n iddiaçı və cavabdehin müvafiq səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib olunması və təsdiq edilməsi müəyyən olunmur, yəni həmin aktda üzləşməni aparan şəxslərin adları və onu imzalamağa səlahiyyətli olmalarını təsdiq edən müvafiq məlumatlar göstərilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmənin mövqeyinə münasibət bildirərək aktın doğruluğunu və orada yazılan məlumatların həqiqəti əks etdiribetdirmədiyini araşdırmaq məqsədilə onu tərtib edən və imzalayan şəxslərin məhkəmə iclasına dəvət edilməsini və şahid qismində izahat vermələri üçün şəraitin yaradılmasını xahiş etsə də, məhkəmə cavabdehin nümayəndəsinin şifahi vəsatətini təmin etməyərək bunun nəticəyə təsir etməyəcəyini bildirmişdir. Bu fakt qətnamədə öz əksini tapmasa da məhkəmə baxışının video və audio yazısında qeydə alınmışdır. Hesab edirlər ki, cavabdehin qeyd edilən hallarla bağlı xahişi təmin edilərək araşdırma aparılmalı idi. Bundan əlavə hesab edirlər ki, məhkəmə İddiaçı MMC-nin nümayəndəyə çəkilmiş 1670 manat manat xərcin 400 manat hissəsini təmin edərkən də pozuntuya yol vermişdir. Belə ki, iş materiallarında olan sənədlərə nəzər yetirdikdə aydın şəkildə görünür ki, İddiaçı MMC ilə nümayəndəsi Nümayəndə1 arasında “hüquqi yardımın göstərilməsi haqqında” müqavilə iddia ərizəsi məhkəməyə verildiyi tarixdən uzun müddət sonra, yəni 24 oktyabr 2022-ci il tarixdə imzalanmış və 05 oktyabr 2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi verilərkən müqavilənin surəti ərizəyə əlavə edilməmişdir. Halbu ki, Mülki-Prosessual Məcəllənin tələblərinə əsasən iddia ərizəsi verilərkən tələbləri təsdiq edən sübutların siyahısı göstərilməli və iddiaçı hər hansı konkret sübutu iddia ilə birlikdə təqdimedə bilmədikdə bunu iddia ərizəsində göstərməlidir. Həmçinin məhkəmə iddiaçının nümayəndəsinin təqdim etdiyi orderin xx.xx.2022-ci il tarixdə verildiyini “hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin isə iddia ərizəsi məhkəməyə verildikdən sonra imzalandığını nəzərə almamışdır. Eyni zamanda Nümayəndə1 verilmiş xx.xx.2022-ci il tarixli orderə nəzər yetirdikdə aydın şəkildə görünür ki, vəkil orderində Kommersiya sözü yazılan hissədə ağardıcı mürəkkəblə düzəliş olunub ki, bu da orderlə bağlı şübhələrin yaranmasına səbəb olur. İş üzrə cavabdeh olaraq “hüquqi yardımın göstərilməsi haqqında” müqavilə ilə bağlı mövqelərini bildirsələr də, məhkəmə öz qətnaməsində bu faktlara münasibət bildirməmiş və sadəcə şifahi olaraq vəkil orderi və müqavilənin təqdim edilməsini bildirməklə kifayətlənmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı MMC arasında X4 imzalanmış və həmin akta əsasən Cavabdeh MMC-nin 01 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək olan 432507,81 AZN məbləğində dövriyyə üzrə 47630.29 AZN manat məbləğində satınalma-geri qaytarma olmuşdur ki, dövriyyədən həmin məbləğ çıxıldıqda 384877,52 manat vəsait qalır. Üzləşmə aktında göstərilən 47630.29 AZN manat məbləğə qaytarılan məhsullar da daxil olub. Lakin məhkəmə aktda qeyd edilənləri nəzərə almadan iddiaçının elektron qaimə-fakturalarda qeyd etdiyi 402510.74 AZN məbləği borc olaraq tanımış, borcun 384870 AZN hissəsinin ödənildiyini qəbul edərək, qalan 17640.74 AZN hissəsinin ödənilməli olduğunu qərara almışdır. Bununla da məhkəmə tərəflər arasında olan borc məbləğin 384870 AZN olduğunu və borcun ödənildiyini nəzərə almamışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı MMC arasında X4 imzalanmış və həmin akta əsasən Cavabdeh MMC-nin 01 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək olan dövriyyə üzrə İddiaçı MMC-yə 384877,52 manat məbləğində ödənilməmiş borcu olmuşdur. İş üzrə araşdırma aparılarkən məhkəmə hesab etmişdir ki, cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli X3n iddiaçı və cavabdehin müvafiq səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib olunması və təsdiq edilməsi müəyyən olunmur, yəni həmin aktda üzləşməni aparan şəxslərin adları və onu imzalamağa səlahiyyətli olmalarını təsdiq edən müvafiq məlumatlar göstərilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, aktda onu imzalayan şəxsin adı göstərilməsə də, akt İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmiş və şirkətin Elektron ünvan 1 elektron poçt ünvanından Elektron ünvan 2 elektron poçt ünvanına göndərilmişdir. Aktda möhürün olması isə onu göstərir ki, aktı nümayəndə imzalasa belə möhür şirkət rəhbərliyinin özü və ya səlahiyyətli şəxs tərəfindən vurulmuş, belə ki şirkət möhürü rəhbərlikdə olur və ondan xəbərsiz istifadə oluna bilməz. Lakin məhkəmə qanunvericiliyin sənədlərdə möhürdən istifadəyə verdiyi önəmi nəzərə almamışdır Belə ki, xx.xx.2021-ci il tarixli Qanunla Mülki-Prosessual Məcəllədə edilən dəyişikliyə əsasən apellyasiya şikayəti verilərkən şikayət hüquqi şəxs tərəfindən verildikdə onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır. Bu tələb onu göstərir ki, apellyasiya şikayəti nümayəndə tərəfindən imzalansa belə, sənəddə hüquqi şəxsin möhürünün olması vacib şərtdir. Qanunvericiliyin tələbindən belə nəticəyə gəlmək olur ki, hazırki işdə olan X3 rəhbər şəxs deyil, nümayəndə imzalasa belə aktda möhürün olması hüquqi şəxsin sənədi təsdiq etməsini bildirir. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmənin mövqeyinə münasibət bildirərək aktın doğruluğunu və orada yazılan məlumatların həqiqəti əks etdirib-etdirmədiyini araşdırmaq məqsədilə onu tərtib edən və imzalayan şəxslərin məhkəmə iclasına dəvət edilməsini və şahid qismində izahat vermələri üçün şəraitin yaradılmasını xahiş etsə də, məhkəmə cavabdehin nümayəndəsinin şifahi vəsatətini təmin etməyərək bunun nəticəyə təsir etməyəcəyini bildirmişdir. Hesab edirlər ki, məhkəmə yekun nəticəyə gələrkən X4 ilə bağlı tam araşdırma aparmadan işi yekunlaşdırmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilsə də, iddiaçının nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə iddiaçının nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 13 may 2020-ci il tarixli SD-AS/2020-43 nömrəli Alqısatqı Müqaviləsinin şərtlərinə görə, bu Müqaviləni imzalamaqla Tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: - Alıcı malları vaxtaşırı Satıcıdan sifariş edəcək, Satıcı malları Alıcının sifarişinə uyğun olaraq Alıcıya təhvil verəcək və Alıcı malların dəyərini Satıcıya Müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir (2.1-ci bənd). İş materiallarında olan 20 aprel 2022-ci il tarixli EBBU 825715 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, Müqavilə üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ƏDV daxil cəmi 130125,68 (yüz otuz min yüz iyirmi beş manat 68 qəpik) manat (110276 manat malın dəyəri + 19849,68 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 11 may 2022-ci il tarixli EBBW 048222 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, Müqavilə üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ƏDV daxil cəmi 272385,06 (iki yüz yetmiş iki min üç yüz səksən beş manat 06 qəpik) manat (230834,80 manat malın dəyəri + 41550,26 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan, cavabdeh tərəfindən təqdim edilmiş Ödəniş Tapşırıqlarında olan məlumatlarla müəyyən olunur ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "xxxx" MMC-nin bank hesabına 30 sentyabr 2022-ci il tarixli #001İNT********** nömrəli Ödəniş Tapşırığına əsasən 127118,64 manat, 30 sentyabr 2022-ci il tarixli #001BUDG222730198 nömrəli Ödəniş Tapşırığına əsasən 22881,36 manat, 04 oktyabr 2022-ci il tarixli #001İNT********** nömrəli Ödəniş Tapşırığına əsasən 84745,76 manat, 04 oktyabr 2022-ci il tarixli #001BUDG222770231 nömrəli Ödəniş Tapşırığına əsasən 15254,24 manat, 06 oktyabr 2022-ci il tarixli #001İNT********** nömrəli Ödəniş Tapşırığına əsasən 114296,61 manat və 06 oktyabr 2022-ci il tarixli #001BUDG222790435 nömrəli Ödəniş Tapşırığına əsasən 20573,39 manat məbləğində pul vəsaitləri olmaqla, ümumilikdə cəmi 384870 (üç yüz səksən dörd min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan, cavabdeh tərəfindən təqdim olunmuş “birinci tərəf "xxxx" MMC, ikinci tərəf "X5" ("xxxx" MMC)” kimi qeyd edilmiş 19 avqust 2022-ci il tarixli X2 göstərilir ki, alıcı Cavabdeh 01 iyul 2022-ci ildən 31 iyul 2022-ci il tarixinədək olan dövriyyə üzrə satıcı İddiaçınə cəmi 384877,52 manat məbləğində ödənilməmiş borcu vardır. Lakin, həmin Aktın hər iki tərəfin müvafiq səlahiyyətli vəzifəli şəxsləri tərəfindən tərtib olunması və təsdiq edilməsi müəyyən olunmur. Yəni, həmin Aktda üzləşməni aparan şəxslərin adları və bu üzləşməni apararaq tərtib edilən aktı imzalamağa səlahiyyətləri olmasını təsdiq edən müvafiq məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MMC İddiaçı MMC ilə bağlanmış 13 may 2020-ci il tarixli SDAS/2020-43 nömrəli Alqı-satqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Lakin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş ödəniş tapşırıqları ilə müəyyən olunmuşdur ki, hazırkı mübahisə üzrə tərəflər arasında 27 sentyabr 2022-ci ildə baş tutumuş mediasiya sessiaysından sonra 13 may 2020-ci il tarixli SD-AS/2020-43 nömrəli Alqı-satqı Müqaviləsi əsasında təqdim edilmiş 20 aprel 2022-ci il tarixli EBBU 825715 nömrəli və 11 may 2022-ci il tarixli EBBW 048222 nömrəli Elektron Qaimələr üzrə cəmi ödənilməli olan ƏDV daxil 402510,74 manat məbləğində əsas borca görə cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "xxxx" MMC-nin Bank Hesabına 30 sentyabr 2022- ci il tarixli, 04 oktyabr 2022-ci il tarixli və 06 oktyabr 2022-ci il tarixli Ödəniş Tapşırıqlarına əsasən ümumilikdə cəmi 384870 (üç yüz səksən dörd min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Belə olan halda isə, yəni məlum Elektron Qaimələr üzrə ödənilməli olan cəmi 402510,74 manat məbləğində əsas borcdan 384870 manat məbləğində ödəniş edildikdən sonra ödənilməmiş borc qalığı “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə tələb olunan 18040,74 manat məbləğində deyil, cəmi 17640,74 (on yeddi min altı yüz qırx manat 74 qəpik) manat məbləğində təşkil edir (402510,74 – 384870 = 17640,74). Eyni zamanda, yuxarıda təsvir olunanlara əsasən məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfin “iddia tələbinə Etirazı”nın əsaslandırıldığı 19 avqust 2022-ci il tarixli X4, elektron qaimələr və digər sənədlər 13 may 2020-ci il tarixli SD- AS/2020-43 nömrəli Alqı-satqı Müqaviləsi əsasında təqdim edilmiş 20 aprel 2022-ci il tarixli EBBU 825715 nömrəli və 11 may 2022-ci il tarixli EBBW 048222 nömrəli Elektron Qaimələr üzrə cəmi 17640,74 (on yeddi min altı yüz qırx manat 74 qəpik) manat məbləğində borcun ödənilməli olmasını istisna etmir. Cavabdeh tərəfin təqdim etdiyi digər elektron qaimələr (Etirazda qeyd olunan) üzrə iddiaçı tərəfin ödəniş etməməsi də, hazırkı iddia tələbinin əsaslandırıldığı yuxarıda qeyd edilən 20 aprel 2022-ci il tarixli EBBU 825715 nömrəli və 11 may 2022-ci il tarixli EBBW 048222 nömrəli Elektron Qaimələr əsasında tələb olunan borcun qalıq hissəsinin, yəni ödənilməmiş “17640,74 manat məbləğində borcun ödənilməsindən” cavabdehi azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mal alqı-satqısına dair 13 may 2020-cu il tarixli, 3D-AS/2020-43 saylı müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə razılaşdırılmış qiymət əsasında, satıcı kimi İddiaçı MMC tərəfindən cavabdeh "xxxx" MMC-yə 402510,74 manat dəyərində müxtəlif çeşidli mallar satılmış, mallar "xxxx" MMC tərəfindən qaiməfakturalar əsasında götürülərək qəbul edilmişdir. Lakin İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 13 may 2020-ci il tarixli SDAS/2020-43 nömrəli Alqı-satqı Müqaviləsi üzrə Cavabdeh MMC öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir.Sonradan cavabdeh tərəfindən təqdim edilmiş ödəniş tapşırıqları ilə müəyyən olunmuşdur ki, 13 may 2020-ci il tarixli SD-AS/2020-43 nömrəli Alqı-satqı Müqaviləsi əsasında təqdim edilmiş 20 aprel 2022-ci il tarixli EBBU 825715 nömrəli və 11 may 2022-ci il tarixli EBBW 048222 nömrəli Elektron Qaimələr üzrə cəmi ödənilməli olan ƏDV daxil 402510,74 manat məbləğində əsas borca görə cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "xxxx" MMC-nin Bank Hesabına 30 sentyabr 2022-ci il tarixli, 04 oktyabr 2022-ci il tarixli və 06 oktyabr 2022-ci il tarixli Ödəniş Tapşırıqlarına əsasən ümumilikdə cəmi 384870 (üç yüz səksən dörd min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Belə olan halda isə, borc cəmi 17640,74 (on yeddi min altı yüz qırx manat 74 qəpik) manat məbləğində təşkil edir (402510,74 – 384870 = 17640,74). Belə olan halda məhkəmə qaydasında Cavabdehndən 17640,74 (on yeddi min altı yüz qırx manat 74 qəpik) manat məbləğində əsas borcun İddiaçı xeyrinə tutulması tam əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində əsaslandırıldığı 19 avqust 2022-ci il tarixli X4, elektron qaimələr və digər sənədlər 13 may 2020-ci il tarixli SD- AS/2020-43 nömrəli Alqı-satqı Müqaviləsi əsasında təqdim edilmiş 20 aprel 2022-ci il tarixli EBBU 825715 nömrəli və 11 may 2022-ci il tarixli EBBW 048222 nömrəli Elektron Qaimələr üzrə cəmi 17640,74 (on yeddi min altı yüz qırx manat 74 qəpik) manat məbləğində borcun ödənilməli olmasını istisna etmir. Cavabdeh tərəfin təqdim etdiyi digər elektron qaimələr (Etirazda qeyd olunan) üzrə iddiaçı tərəfin ödəniş etməməsi də, hazırkı iddia tələbinin əsaslandırıldığı yuxarıda qeyd edilən 20 aprel 2022-ci il tarixli EBBU 825715 nömrəli və 11 may 2022-ci il tarixli EBBW 048222 nömrəli Elektron Qaimələr əsasında tələb olunan borcun qalıq hissəsinin, yəni ödənilməmiş “17640,74 manat məbləğində borcun ödənilməsindən” cavabdehi azad etmir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixli “X3” həmin aktda göstərilən İddiaçı MMCnin qanuni təmsilçisi X5 tərəfindən deyil, onun mühasibi tərəfindən imzalandığını bildirmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2-2(119)- 39/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-55/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-55/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver