Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-6/2020 10.01.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən: Nazim Məcid oğlu Nəsibovdan, Hakimlər: X5 və X3 ibarət tərkibdə, Nazim Məcid oğlu Nəsibovun məruzəsi ilə, katib X2 iştirakı ilə, İddiaçı»” MMC-nin Cavabdeh»” MMC-yə qarşı cavabdehdən 24.716.13 manat borcun, 31.894.11 manat cərimənin, 150 manat hüquqi xidmətlərə görə edilmiş ödənişin və 30 manat dövlət rüsumunun tutulmasb arədə iddia tələbinə dair iş üzrə Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı” MMC Cavabdeh” MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt İnizibati- İqtisadi Məhkəməsinə müraciət edərək,cavabdehdən 24.716.13 manat borcun, 31.894.11 manat cərimənin, 150 manat hüquqi xidmətlərə görə edilmiş ödənişin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur (sədrlik edən İ.Quliyev). Caavbdeh həmin qətnamdən apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir İŞİN HALLARİ: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, tərəflər arasında xx xxxxx 2015ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən iddiaçı cavabdehə müxtəlif növdə İddiaçı Klass Sementi” məhsullarını satmağı, cavabdeh isə həmin məhsulların dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı daşıyıcılar vasitəsi ilə cavabdehə məhsulu təhvil vermişdir. Hazırda cavabdehin borcu cəmi 24716.13 manat təşkil edir. Həmin borcun müqabilində cavabdehə 31894.11 manat məbləğində cərimə hesablanmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehin apelyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi məsələsi qoyulmuşdur. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işin hallarına düzgün qiymət verməmiş, maddi hüquq İddiaçıalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayəti ilə razılaşmadılar və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişiklik edilmədən saxlanılmasını xahiş etdilər. İş materiallarını yoxladıqdan, məruzəçini, tərəflərin izahatlarını dinlədikdən sonra, məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişiklik edilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, İddiaçı” MMC» ilə Cavabdeh” MMC arasında mal alqısatqısına dair xx.xx.2015-ci il tarixli, 2015/ASM/135 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə iddiaçı cavabdehə müxtəlif növdə İddiaçı Klass Sementi” məhsullarını satmağı, cavabdeh isə həmin məhsulların dəyərini iddiaçıya ödəməyi öz ohdələrinə götürmüşlər Müqavilənin «Standart şərtləri” hissəsində» «Təhvil vermə şətləri”» bölməsinin 1-ci abzasına əsasən satıcı alınan məhsulun müqavilə imzalandığı tarixdən etibarən göstərilən müddət ərzində alıcıya çatdırmalıdır. Müqavilənin «Satıcının standart şərtləri»” hissəsində «Qiymət və ödəmə şərtləri”» bölməsinin 3-cü abzasına əsasən əgər məhsulun dəyərinin ödəniş məhsulun alıcıya təhvil verilməsindən sonra nəzərdə tutulubsa, həmin məbləğin ödənişi alıcı tərəfindən məhsulun göndərdiyi tarixdən sonra 15 təqvim günü ərzində həyata keçirilməlidir, həmçinin müqavilənin şərtlərinə görə ödəniş gecikdirikdiyi hada satıcı gecikdirilən hər gün üçün ödənilməsi gecikdirilmiş məbləğin 0.1 % miqdarında cərimənin və bundan yaranan inzibati xərclərin ödənilməsini cavabdehdən tələb edə bilər. Müqaviləyə əlavə edilən və tərəflərin imzaladığı spesifikasiyadan görünür ki, satıcı standarta uyğun sementi alıcıya satmağı və çatdırmağı, alıcı isə həmin məhsulu qəbul edib onun dəyərini satıcıya ödəməyi öhdələrinə götürmüşlər. Həmin məhsul aşağıdakılardan ibarətdir : 1 tonun dəyəri (ƏDV daxil) 125.08 manat olan CEM ll/A-P 32.5 R markasına uyğun İddiaçı klass A”» sementi (daşınma daxil), 1 tonun dəyəri (ƏDV daxil) 103,84 manat olan CEM ll/A-P 32.5 R markasına uyğun İddiaçı klass B” sementi (daşınma daxil) və 1 tonun dəyəri (ƏDV daxil) 126.26 manat olan CEM ll/A-P 42.5 R markasına uyğun İddiaçı klass C500” sementi (daşınma daxil). İşdə olan 80039585 saylı, xx.xx.2015-ci il tarixli, 80039584 saylı, xx.xx.2015ci il tarixli, 80039582 saylı, xx.xx.2015-ci il tarixli, 80039726 saylı, 26.04.201-ci il tarixli, 80039724 saylı, xx.xx.2015-ci il tarixli, 80039583 saylı, xx.xx.2015-ci il tarixli və 80039725 saylı, 25.04.201-ci il tarixli əmtəə-nəqliyyat qaimələrindən görünür ki, yükgöndərən İddiaçı”» MMC tərəfindən yükalan Cavabdeh»” MMC-yə hər bir qaimə üzrə 28800 kq 18 ədəd qablamada Klass A Plt Cem ll/A-P 32,5 R (1300080) npvlü sement məhsulu göndərilmişdir. Həmin qaimələr zavoddan təhvil verən şəxs, qapançı, zavoddan təhvil alan daşıyıcı və daşıyıcıdan təhvil alan müştəri tərəfindən imnzalanmışdır. «Daşıyıcıdan təhvil alan müştəri»” qrafasının qarşısında bəzi qaimələrdə yalnız imza, bəzilərində isə «A.Məmmədov»” soyadı və imza vardır. Bakı şəhəri, 3 saylı vəkil bürosunun işdə olan xx.xx.2018-ci il tarixli, GSU N232738 saylı mədaxil qəbzindən görünür ki, iş üzrə hüquqi xidmətlərin göstərilməsi üçün Ağayev İdris tərəfindən vəkilə 150 manat pul vəsaiti ödənilmişdir. Məhkəmə texniki ekspertizasının işdə olan xx.xx.2019-cu il tarixli, 12525 saylı rəyindən görünür ki, təqdim edilmiş 2015/ASM/135 nömrəli, xx xxxxx 2015-ci il tarixli müqavilənin sağ tərəfində olan «alıcı tərəfindən” yazısının» altında olan möhür əksi relyef klişe vasitəsilə vurulmuşdur. Tədqiq olunan möhür əksi Azərbaycan Respublikası Məhdud Məsuluyyətli Cəmiyyəti Cavabdeh»” məzmunli möhürün eksperimental əks nümuməi ilə eynidir. İş üzrə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 18481 saylı rəyindən görünür ki, təqdim edilmiş İddiaçı»” MMC və Cavabdeh»” MMC araında bağlanmış 2015/ASM/135 nömrəli, xx xxxxx 2015-ci il tarixli müqavilədə «X6» Cavabdeh»” MMC-nin direktoru”» qrafasındakı imza – X1 tərəfindən icra olunmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş : - «Etalon Service LLC»” MMC-nin İddiaçı»” MMC-yə ünvanladığı xx.xx.2019cu il tarixli məktubdan görünür ki, İddiaçı” MMC-nin tapşırığına əsasən «Etalon Service»” MMC tərəfindən xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə hər dəfə 28.800 kg çəkidə yük Cavabdeh” MMC-nin əməkdaşlarına Z.Büntadov prospekti “Hyunday” şirkətinin yaxınlığında təhvil verilmişdir. - «X7»” MMC-nin İddiaçı»” MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı»” MMC-nin tapşırığına əsasən “Günel Eİ”» MMC tərəfindən xx.xx.2015-ci il tarixdə 28.800 kq çəkidə yük ”Cavabdeh»” MMC-nin əməkdaşlarına Z.Büntadov prospekti «Hyunday”» şirkətinin yaxınlığında təhvil verilmişdir. - «Ruslan»” kəndli fermer təsərrüfatı MMC-nin İddiaçı” MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı” MMC-nin tapşırığına əsasən «Ruslan”» kəndli fermer təsərrüfatı MMC tərəfindən xx.xx.2015-ci il və xx.xx.2015ci il tarixlərdə üç dəfə hər dəfəsi 28.800 kq çəkidə olmaqla yük Cavabdeh” MMCnin əməkdaşlarına Z.Büntadov prospekti “Hyunday»” şirkətinin yaxınlığında təhvil verilmişdir. - «xxxx”» MMC-nin İddiaçı” MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı” MMC-nin tapşırığına əsasən - “xxxx” MMC tərəfindən xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə müvafiq olaraq 23.940 kq, 24.000 kq və 24.160 kq çəkidə yük Cavabdeh” MMC-nin əməkdaşlarına Z.Bünyadov prospekti «Hyunday»” şirkətinin yaxınlığında təhvil verilmişdir. İddiaçı” MMC və Cavabdeh” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh” MMC tərəfindən İddiaçı” MMC-yə qırılmamış gips satılmışdır. İşdə olan mədaxil orderindən görünür ki, Cavabdeh»” MMC tərəfindən xx.xx.2017-ci il tarixdə 500 manat məbləğində ödəniş edilmişdir. Həmin fakt cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş bank hesabından çıxarışla da təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsihalları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıçı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşdən görünür ki, cavabdehin malı almaması ilə bağlı dəlilləri əsassızdır və təqdim edilmiş əmtəə nəqliyyat qaimələri ilə malın daşıyıcılar vasitəsi ilə alıcıya çatdırılması təsdiq olunur. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə Pashabank vasitəsi ilə 500 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə kolleiyasının iclasında cavabdehin nümayəndəsi həmin ödənişin iddianın əsasını təşkil edən alqı-satqı müqaviləsi ilə əlaqəli olmadığını və İddiaçı” MMC tərəfindən cavabdehin hesabına yanlış edilmiş ödənişin qaytarılması ilə bağlı olduğunu bildirsə də, iddiaçının nümayəndəsi cavabdehin bu dəlilini təkzib edən hər biri 500 manat məbləğə aid olmaqla xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli kassa məxaric orderlərini təqdim edərək izah etdi ki, əslində İddiaçı” MMC tərəfindən yanlış ödəniş həyata keçirilməmişdir, həmin ödənişlər tərəflər arasında xx.xx.2016cı il tarixli alqı-satqı müqaviləsinin icrası ilə bağlı olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. İşdən görünür ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəfindən alınan malların dəyərinin ödənilməsinə dair öhdəlik yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddiaçının tələb etdiyi cəriməni tənasübsüz şişirdilmiş hesab edərək, 500 manatadək azaldılmasını məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşdən görünür ki, iddiaçı tərəfindən 150 manat məbləğində pul vəsaitinini iqtisadi işlə bağlı Bakı şəhəri, 3 saylı vəkil bürosuna ödənilməsi barədə qəbz təqdim edilmişdir, lakin həmin pulun məhz hansı işlə bağlı ödənildiyi qəbzdə qeyd olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianın həmin hissədə əsassız hesab edməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qətnaməsi qanuna uyğun və əsaslı olduğundan dəyişiklik edilmədən saxlanılmalıdır və şikayətin dəlilləri mahiyyətcə düzgün qətnamənin ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və MPM-nin 384.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Sumqayıt İnzibati –İqtisadi Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən:imza Hakimlər:imzalar Əsli ilə düzdür Hakim Nazim Nəsibov
Məhkəmə qərarları › İş №2-2(105)-6/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-6/2020
10.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver