Məhkəmə qərarları › İş №2-2(105)-62/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-62/2020

10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-62/2020 10.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X24 və X10 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı «İddiaçı” MMC-nin nümayəndəsi X12, Cavabdeh «Cavabdeh2” MMC-nin nümayəndəsi X17 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və X3rşı “zərərin ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(119)-23/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh X13 qarşı “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhər Nəsimi rayon Məhkəməsinə müraciət edərək, “cavabdeh X15 tərəfindən yol verilən qanunsuzluqlar nəticəsində İddiaçı itirdiyi gəlirlərinin (əldə çıxmış fayda hesablanaraq) 100 000 manat olaraq dəyərləndirilməsi və İddiaçınə ödənilməsi, Mikayıl Babayevin süni maneələri nəticəsində İddiaçı X1suz olaraq çıxarılmış və Cavabdeh2.net-ə qoşulmuş müştərilərin İddiaçınə təkrar qoşulmasının təmin edilməsi öhdəliyinin onun üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş Bakı şəhər Nəsimi rayon Məhkəməsinin icraatında olarkən iddiaçı tərəf məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə (həmin ərizə İddiaçı baş direktoru X29 tərəfindən imzalanmışdır) təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X2 Dövlət Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə, iddia tələbini cavabdehlər X13 və X3rşı yönəltmiş və həmin ərizədə “1) Cavabdehlər Mikayıl Babayev və X9 tərəfindən yol verilən qanunsuzluqlar nəticəsində İddiaçı MMC-nin itirdiyi gəlirlərinin (əldən çıxmış fayda hesablanaraq) 100000 AZN olaraq dəyərləndirilməsi və cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi; 2) Cavabdehlərin süni maneələri nəticəsində İddiaçı MMC-dən qanunsuz olaraq çıxarılmış və Cavabdeh2.net-ə qoşulmuş müştərilərin İddiaçı MMC-yə təkrar qoşulmasının təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur (i.v: 1-ci cild, səhifə 89-90). İş Bakı şəhər Nəsimi rayon Məhkəməsinin icraatında olarkən iddiaçı tərəfin vəsatəti əsasında cavabdeh X15 cavabdeh X7 ilə əvəz edilmiş və həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. X27-İqtisadi Məhkəməsinin icraatında olarkən iddiaçı tərəf xx xxxxxxxx 2019-cu ildə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə (ərizə İddiaçı baş direktoru X29 tərəfindən imzalanmışdır) təqdim edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X2 Dövlət Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə, iddia tələbini cavabdehlər Cavabdeh2nə və X3rşı yönəltmiş və həmin ərizədə “X7 tərəfindən vurulan zərərin və əldən çıxmış faydanın dəyərinin hesablanaraq 850000 manat məbləğində müəyyən olunması və iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur (i/v: 2-ci cild, səhifə 9-10). Bundan əlavə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə İddiaçı nümayəndəsi Könül Əliyeva tərəfindən imzalanmış “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim olunmuş və həmin ərizədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X2 Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə, iddia tələbində “1) Cavabdehlər Cavabdeh2 MMC və X7 tərəfindən yol verilən qanunsuzluqlar nəticəsində İddiaçı MMC-nin itirdiyi gəlirlərinin (əldən çıxmış fayda hesablanaraq) 800.000 manat olaraq dəyərləndirilməsi və cavadehlərdən müştərək qaydada İddiaçı MMC-yə ödənilməsi; 2) Cavabdehlərin süni maneələri nəticəsində İddiaçı MMC-dən qanunsuz olaraq çıxarılmış və Cavabdeh2.net-ə qoşulmuş müştərilərin İddiaçı MMC-yə təkrar qoşulmasının təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur (i/v: - 2-ci cild, səhifə 18-19). Bundan sonra, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə İddiaçı nümayəndəsi X18 tərəfindən imzalanmış “iddia tələbinin dəqiqləşdirilməsi” barədə növbəti ərizə təqdim olunmuş və həmin ərizədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X2 Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə, iddia tələbi cavabdehlər Cavabdeh2 MMC-nə və X3rşı yönəldilmiş və həmin iddia tələbində “X7 tərəfindən vurulan zərərin və əldən çıxmış faydanın dəyərinin hesablanaraq 850.000 manat məbləğində müəyyən olunması və iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur (i/v: - 2-ci cild, səhifə 122-123). İddia ərizəsi ilk olaraq onunla əsaslandırılmışdır ki, “İddiaçı MMC 100% xarici investisiyalı şirkət olaraq 20 ilə yaxındır ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq informasiya kommunikasiya texnologiyalarının inkişafına Bakı şəhəri və regionlarında investisiya qoyaraq, fəaliyyət göstərir. Şirkət Cavabdeh2 MMC-yə məxsus TKQ-lar arasında bağlanmış əməkdaşlıq müqavilələri əsasında regionlarda geniş zolaqlı internet xidmətləri göstərir. Təəssüf ki, fəaliyyət göstərdiyi Şirvan rayonunda fəaliyyətinə 2016-cı ildən Şirvan TKQ rəis əvəzi Mikayıl Babayev tərəfindən qanunsuz müdaxilələr olunmuşdur. Şirkətin TKQ-da yerləşən avadanlıqları dəfələrlə əsassız şəkildə söndürülmüş, söndürülmə nəticəsində müştərilərdən daxil olan şikayət əsasında TKQ-ya müraciət olunduqda, TKQ əməkdaşları problemdən xəbərsiz olduqlarını bildirmiş, Şirvana ezam olunmuş İddiaçı MMC əməkdaşlarının avadanlıqlara baxış keçirmək tələbi rədd olunmuş, məsələnin yerində araşdırılmasına maneə yaradılmışdır. Beləliklə, Mülki Məcəllənin 152-ci maddəsində əks olunan mülkiyyət hüquq normaları kobud şəkildə pozulmuşdur. Eyni zamanda “Telekomunikasiya haqqında” Azərbaycan Respublikası Qanunu kobud şəkildə pozulmuşdur. Belə ki, həmin qanuna əsasən telekomunikasiya xidməti bazarına bərabər daxilolmanı təmin etmək məqsədilə, hökmran mövqe tutan operator arabağlantı məqsədləri üçün şəbəkələrin qoşulması və trafık mübadiləsi üzrə bərabər şərait yaratmağa borcludur. Bundan əlavə, həmin Qanunun 33.1.3-cü bəndinə əsasən operatorun əsas vəzifələrindən biri istehlakçı hüquqlarını pozmamaqdan ibarətdir. Göründüyü kimi, cavabdeh İddiaçı şirkətinə məxsus avadanlıqlara müdaxilə edərək qanunvericilik normalarına əməl etməmişdir. Həmçinin, Şirkət və müştərilərdən xəbərsiz mövcud abunəçilər İddiaçı İnternet xidmətindən Cavabdeh2.net balansına keçirilmişdir ki, bu hərəkətlər nəticəsində Şirkətin mövcud şəbəkəsi tamamilə iflic vəziyyətinə salınmış və Şirvan TKQ-da xidmətdən istifadə edən 1 abunəçi belə qalmamışdır. Bu zamana qədər İddiaçı MMC-dən asılı olmayan Şirvan TKQ rəis əvəzi Mikayıl Babayev tərəfindən yaradılan maneələrlə əlaqədar Şirkətin xidmətlərindən istifadədən imtina edən abunəçilərə müştəri məmnuniyyətini təmin etmək məqsədilə təzminat ödənilmişdir. Məsələn, müştərilərdən X16 İddiaçı MMC tərəfindən təzminat olaraq 3 ay ödənişsiz internetdən istifadə hüququ verilmişdir. Mikayıl Babayev İddiaçı MMC-yə qarşı yol verdiyi qanunsuz hərəkətlərə Abşeron TKQ-na rəis vəzifəsinə təyin olunarkən də davam etmişdir. Belə ki, Şirvan TKQ-da olduğu kimi, burada da Şirkətin regionlar üzrə fəaliyyətinə zərbə vurulmuş, Şirkətin texniki avadanlıqlarını gizli şəkildə, adətən həftə sonları söndürməklə Şirkət və onun müştəriləri üçün ciddi problemlər yaratmış, bu haqda məlumat almaq istədikdə isə heç bir şeydən xəbəri olmadığını bildirmişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu şəxs Şirkətə qarşı təxribat apararaq avadanlıqları qəsdən söndürmüş və dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq qanunsuz əməllərini davam etdirmişdir. Beləliklə, İnformasiya ehtiyatları və proseslərinin mühafizəsi qaydaları ciddi şəkildə pozulmuşdur. Cavabdeh Mikayıl Babayev hazırlanmış yeni xidmət müqaviləsi təqdim edərək, imzalanmadığı və keçmiş illər də daxil olmaqla yeni tariflərlə ödəniş edilmədiyi təqdirdə həmin ATS-lər ərazisində Şrkətin fəaliyyətini ümumiyyətlə qadağan edəcəyini bildirmişdi. Hazırlanmış yeni müqavilədə heç bir hüquqi və iqtisadi əsası olmayaraq texniki avadanlıqların icarə haqqı 40 dəfədən artıq artırılmışdır. 2016-cı ildən bəri Mikayıl Babayev adlı şəxsin apardığı təxribatlar nəticəsində Şirkətin reputasiyasına ciddi ziyan vurulmuş, təkcə Abşeron və Şirvanda deyil, digər regionlarda da minlərlə müştəri Şirkətin xidmətlərindən imtina etmişdir. Abşeron və Şirvan şəhərində İddiaçı şirkətinin xidmətlərindən istifadə edən müştərilərin üzləşdiyi problemlərin şahidi olan vətəndaşlar artıq İddiaçı şirkətinə deyil, təbii olaraq digər provayderlərə üstünlük verirlər ki, son nəticədə Şirkət son 3 ildə minlərlə potensial müştərilərini itirmişdir. Abşeron və Şirvan rayonlarında bəzi İddiaçı istifadəçilərinin heç bir qanuni əsas olmadan (ləğv məktubu göndərilmədən) İddiaçı MMC-dən çıxarılması Cavabdeh2un balansına keçirilməsi cavabdehin vəzifə səlahiyyətlərindən birbaşa sui-istifadə etməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Mülki Məcəllənin 1097.1-ci maddəsində qeyd olunur ki, ”mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir”. Mülki Məcəllənin 1098.2-ci maddəsində isə “əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər” deyə norma müəyyən olunmuşdur. “İstehlakçı hüquqları haqqında” Qanunun 8-ci maddəsində göstərilir ki, “bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda, o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin”. Həmin Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. “İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 18-ci maddəsində İnformasiya ehtiyatları və proseslərinin mühafizəsinin təşkili qaydaları əks olunmuşdur. Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən “vəzifə səlahiyyətlərindən istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mövqeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. “Telekomunikasiya haqqında” Qanunun 35-ci maddəsində göstərilir ki, “telekomunikasiya şəbəkələrinə, vasitələrinə, qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti provayderə tam həcmdə ödənilir”. Beləliklə, cavabdeh şəxs mülkiyyət hüquqlarını, istehlakçı hüquqlarını, informasiyanın mühafizəsi qaydalarını vəzifə səlahiyyətlərindən istifadə edərək kobud şəkildə pozmuş, şirkətə və vətəndaşlara maddi və mənəvi ziyan vurmuşdur. Müasir dövrdə, internet xidmətlərinin gündəlik həyatda necə böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq 1 gün belə internet xidmətlərindən istifadə edə bilməyən vətəndaşların nə qədər itkilərə məruz qaldığını təsəvvür etmək çətin deyil. Eyni zamanda qanunsuz olaraq müştəriləri başqa operatora keçirilən, xidmətin dayandırılması nəticəsində müştərilərinə təzminat ödəyən, mövcud və potensial müştərilərini itirən, baş vermiş problemi aradan qaldırmaq üçün vaxt və müəyyən xərclər sərf edən Şirkətin itkiləri əhəmiyyətli dərəcədə çoxdur.” İddiaçı tərəfindən yuxarıda qeyd olunan ərizələr təqdim edilməklə iddia tələbi bir neçə dəfə dəqiqləşdirilmiş və son olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X2 Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə, iddia tələbi cavabdehlər Cavabdeh2 MMC-nə və X3rşı yönəldilmiş və “X7 tərəfindən vurulan zərərin və əldən çıxmış faydanın dəyərinin hesablanaraq 850.000 manat məbləğində müəyyən olunması və iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur Cavabdeh2 MMC etirazını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Abşeron TKQ arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqavilənin predmetini EATS 341/342,346 və EATS 34t da sahənin və enerjinin istifadəyə verilməsi və istifadəçi tərəfindən bunun müqabilində müvafiq ödənişin həyata keçirilməsi təşkil etmişdir. 2016-cı ildə sahə və enerji haqqı ilə bağlı yeni tariflər müəyyən edildiyindən, Abşeron TKQ tərəfindən digər provayderlərlə yanaşı İddiaçı MMC-yə də yeni tariflərə uyğun müqavilə bağlanması üçün müraciət olunmuşdur. Lakin, digərlərindən fərqli olaraq, İddiaçı MMC müxtəlif bəhanələrlə yeni şərtlərə uyğun müqavilə bağlamaqdan yayınmışdır. Buna görə də, İddiaçı MMC-yə dəfələrlə müraciət olunmuş və xəbərdarlıq edilmişdir ki, müqavilə bağlamayacağı təqdirdə, onunla bağlanmış müqaviləyə birtərəfli qaydada xitam veriləcək və xidmətdən istifadəsi dayandırılacaqdır. İddiaçı MMC isə nəinki yeni şərtlərlə müqavilə bağlamağa razılaşmamış, əksinə əvvəlki müqavilə əsasında istifadə etdiyi xidmətin haqqını da ödəməmişdir. “Cavabdeh2" MMC Abşeron TKQ tərəfindən göstərilən xidmətlərə görə hesablanmış xidmət haqqının iddiaçı tərəfindən ödənilmədiyi, o cümlədən Cəmiyyətə məxsus şəbəkədən istifadə etməklə ADSL internet xidməti göstərən digər provayderlərə münasibətdə haqsız rəqabətə (tətbiq olunan xidmət haqlarının fərqli olması) yol verilməməsi məqsədilə, sonuncu dəfə İddiaçı MMC-yə xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixlərində xəbərdarlıq məktubları göndərərək, müddəti başa çatmaqda olan (xx.xx.2019-cu il tarixində) müqavilənin növbəti dəfə eyni müddətə uzadılmayacağı barədə niyyətini (qərarını) bildirmişdir. Göndərilən xəbərdarlıq məktublarından sonra xx.xx.2019-cu ildə müqavilə münasibətlərinə xitam verildiyindən (müqavilə müddəti bitdiyindən), xidmət dayandırılmışdır. İddiaçı MMC Cavabdeh2 MMC tərəfindən ona qarşı haqsız rəqabətə yol verildiyini iddia etsə də, əslində onun niyyəti bazarda daha az vəsaitlə daha üstün mövqe tutmaq və beləliklə Cavabdeh2 MMC-ni digər provayderlərə qarşı haqsız rəqabətə sövq etməkdir. Çünki bütün provayderlərlə (Cəmiyyətə məxsus şəbəkədən istifadə edən digər 18 provayderdən 17-i) Cavabdeh2 MMC arasında 2016-cı ildən etibarən yeni şərtlərlə (yeni tariflərə uyğun) müqavilələr bağlanmışdır. İddiaçı MMC ilə köhnə tariflərlə müqavilə münasibətlərinin davam etdirilməsi isə, əslində digər provayderlərə münasibətdə haqsız rəqabətə yol verilməsi iddialarına imkan verir. Eyni zamanda, İddiaçı MMC-nin iddiasının əsaslarından biri 10000 müştərinin geri qaytarılmasıdır ki, bu da əsassız və mümkünsüz tələbdir. Belə ki, müştərilərin İddiaçı MMC-nin xidmətindən imtina etməsi və ya yararlana bilməməsi, nə Cavabdeh2 MMC-nin, nə də Abşeron TKQ-nin təqsiri səbəbindən deyil, məhz İddiaçı MMC-nin məsuliyyətsiz davranışının nəticəsində ola bilərdi. İddiaçının öz iddia ərizəsinə sübut kimi əlavə etdiyi sosial şəbəkələrdən çıxarışları (güya abunəçi şikayətlərinin) və yazıları mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, qeyd olunanların hansı şəraitdə, kimlər tərəfindən yazıldığı və qeydə alındığı naməlumdur və həqiqiliyi ciddi şübhə doğurur. İddiaçı tərəfindən sübut kimi təqdim edilən əsaslar işin ədalətli yekun həlli üçün əhəmiyyətsiz hesab edilməli və işin ədalətli həllinin mümkünlüyü baxımından nəzərə alınmamalıdır. Qeyd edilənlərdən aydın olur ki, İddiaçı MMC-nin Cavabdeh2 MMC və Abşeron TKQ-yə qarşı iddiası əsassızdır və təmin olunması üçün heç bir əsas mövcud deyildir. Cavabdeh2 tərəfindən məhkəməyə iddia tələbi ilə əlaqədar verilmiş etiraza əlavə təqdim edilmiş və onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair X26”nin Tədbirlər Planının 1.2.2 və 1.2.4-cü bəndlərinin icrası məqsədilə “Respublikada fiber-optik şəbəkənin 2018-2020-ci illərdə genişləndirilməsi üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2018ci il tarixli 0118 saylı əmri ilə təsdiq olunmuş İnkişaf Planına əsasən Abşeron rayonu ərazisində (Cəmiyyətin “Abşeron” Telekommunikasiya Qovşağının xidməti ərazisində) rabitə infrastrukturunun yenidən qurulması və xidmət keyfiyyətinin artırılması tədbirlərinin əsas icraçısı olaraq Cavabdeh2 MMC müəyyən edilmişdir. 2017-ci ildə öz şəbəkəsində yenidənqurma işləri aparacağına hazırlıq niyyəti ilə Cavabdeh2 MMC bu barədə bütün aidiyyəti təşkilatlara, o cümlədən ona məxsus telefon xətt şəbəkəsindən istifadə etməklə (müqavilə əsasında) internet xidməti verən 18 internet provayder təşkilatına məlumat vermiş və bununla bağlı zəruri tədbirləri paralel aparmalarını istəmişdir. Abşeron TKQ-nin ərazisində yuxarıda qeyd olunan İnkişaf Planında müəyyən edilmiş müddətdə (2018-ci il ərzində) şəbəkənin yenidən qurulması işləri aparılmalı və tamamlanmalı olduğu halda, məlum səbəblərdən (internet provayderlərin müxtəlif üsullarla prosesə mane olması) icrası gecikmişdir. Belə ki, bir sıra internet provayderləri kimi iddiaçı da yenidənqurma işlərinə dəstək verməməklə yanaşı, hüquqdan sui-istifadə etməklə işlərin icrasına maneə törətmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı ilə cavabdeh arasında cavabdehə məxsus inzibati binada iddiaçının avadanlıqlarının yerləşdirilməsi və abunəçilərə internet xidmətinin verilməsi üçün cavabdehə məxsus telefon xətt şəbəkəsindən istifadə etmək barədə xx.xx.2013-cü il tarixli müqavilə olmuş və həmin müqavilənin növbəti dəfə 1 illik müddətin başa çatmasına müəyyən müddət qalmış müqavilə və qanunvericiliklə müəyyən edilmiş hüququndan istifadə etməklə cavabdeh müqavilənin növbəti müddətə uzadılmayacağı barədə bəyanını qarşı tərəfə (iddiaçıya) bildirməklə qeyd olunan müqavilə münasibətlərinə Abşeron TKQ-nin xidməti ərazisində xitam vermişdir (xx.xx.2019-cu il tarixindən). Belə ki, 2016-cı ildə cavabdeh qanunvericlikdən və öz nizamnaməsindən irəli gələn hüquqlardan istifadə edərək iqtisadi əsaslandırma aparmaqla tariflərdə dəyişiklik etmiş və cavabdehlə eyni məzmunlu müqavilə münasibətləri olan digər provayderlər (17 internet provayderi) əvvəlki müqavilələrə xitam verilməklə, yeni tariflərə uyğun müqavilə bağlanmasına razılıq verməklə bu hüquqi proseduru icra etsələr də, iddiaçı müxtəlif bəhanələrlə bundan yayınmışdır. Təbii ki, cavabdeh digər təşkilatlara qarşı haqsız rəqabətin yaranmaması üçün (qiymətlərdə fərq olmaması üçün) iddiaçı ilə cavabdeh arasında olan eyni məzmunlu 30-dan çox müqavilənin hər birinin müddəti başa çatmaqla uzadılmamasına qərar vermiş və buna uyğun hüquqi prosedurların icrasına başlamışdır. O cümlədən, Abşeron TKQ ilə olan müqavilə növbəti müddətə eyni şərtlərlə uzadılmaması qarşı tərəfə bildirilməklə, müqavilə münasibətlərinə xitam verilmişdir. İddiaçı tariflərin yüksək olmasını əsas göstərməklə müqavilə bağlamaqdan yayınmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2005-ci il tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı”ndan görünür ki, iddiaçının göstərdiyi xidmətlərdən yalnız beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi xidmətlərinin tarifləri dövlət tərəfindən (Tarif Şurasının qərarı əsasında) tənzimlənir. Digər xidmətlərin tənzimlənməsi isə cavabdehin öz qərarı əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2013-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin siyahısı”nda Cavabdeh2 MMC də müəyyən edilmişdir. Həmin Siyahıda qeyd edilmişdir ki, Cavabdeh2 MMC ümumi istifadədə olan elektrik rabitəsi xidmətləri (telefon), qəbuledici-verici stansiyaların, yüksəktezlik qurğuların istismarı üzrə təbii inhisar subyektidir. Göründüyü kimi, Cəmiyyət internet xidmətləri üzrə təbii inhisar subyekti deyildir. İstənilən internet provayderi telefon xətlərindən istifadə etmədən özü fiber-optik, mis, ethernet və ya simsiz şəbəkə qurmaqla internet xidməti göstərə bilər. İddiaçı isə öz iddiasında əsaslandırmağa çalışmışdır ki, güya internet xidmətlərini vermək üçün cavabdehdən asılıdır. Amma bu iddia tamamilə əsassızdır və cavabdeh öz şəbəkəsini qurmaq hüququna malikdir. İddiaçı ilə cavabdeh arasında qeyd olunan məsələyə dair hüquqi münasibətləri könüllülük əsasında bağlanmış müqavilə ilə yaranmışdır. Cavabdeh “Cavabdeh2’’ MMC iddiaçı ilə münasibətləri davam etdirməkdə maraqlıdır. İddiaçının bu günədək cavabdehə yaranmış və icra müddəti ötmüş öhdəliklərini (pul öhdəliyi) icra etməsi və yeni tariflərlə müqavilə bağlanması barədə təklif etməsi halında - cavabdeh təklifi qəbul etməyə hazırdır və bunu dəfələrlə qarşı tərəfə bəyan etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(119)-23/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Z.Sadiqov). Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin elan edilməsi xx xxxxxx 2020-ci il tarixə, saat 16:00-a təxirə salınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ xx xxxxxx 2013-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında "Sahədən və enerjidən istifadə haqqında" 163 saylı müqavilə imzalanmışdır. Cavabdeh müqaviləyə xx xxxxxx 2018-ci il tarixində xitam verilməsini iddia etməsinə baxmayaraq, xx xxxxxxx 2019-cu il tarixinə qədər həmin müqaviləyə əsasən iddiaçıya xidmət üzrə müvafiq qaimələr göndərilmiş və bu sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdeh həmçinin 2015-ci ildən etibarən iddiaçının müştərilərini əksər hallarda müştəri və iddiaçının məlumatı olmadan, bəzən isə iddiaçıya yazılı xəbərdarlıq edərək, öz şəbəkəsinə keçirmişdir. Həmin məktublar məhkəməyə sübut olaraq təqdim olunmuşdur. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, cavabdeh internet xidmətlərinin göstərilməsi üzrə təbii inhisarçı orqan deyildir, ona görə də müqavilə üzrə xidmətlərin qiymətini müəyyən etməkdə sərbəstdir. Qeyd olunmalıdır ki, cavabdeh internet xidmətlərinin göstərilməsi üzrə Abşeron regionu daxil olmaqla regionlarda hökmran mövqeyə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 400-cü maddəsində qeyd olunur ki, "Əgər müqavilə tərəflərindən biri bazarda hökmran mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli və kontragentə qeyri-bərabər şərtlər təklif etməməlidir". Antiinhisar fəaliyyəti haqqında Qanunun 4-cü maddəsində qeyd olunur ki,-"Hökmran mövqe dedikdə, təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti, həmçinin bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti başa düşülür". Cavabdeh yuxarıda qeyd edilən qanunvercilik normasını pozaraq digər özəl provayderlərə, o cümlədən iddiaçıya əlverişsiz şərtlərlə əməkdaşlıq təklifi etmiş, lakin hüquqi prosedurlar və qanunvercilik normalarını pozmaqla öz xeyrinə tənzimlənən müqavilə iddiaçı tərəfindən təsdiqlənmədiyi halda göstərilən xidmətləri birtərəfli qaydada dayandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsində qeyd olunur ki, "Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda, irəli sürə bilər". Sumqayıt Kommersiya Məhkəməsinə iddiaçı tərəfindən təqdim olunan çoxsaylı sübutlara baxmayaraq, məhkəmə yalnız müştərilərlə olan səs yazılarına, sosial şəbəkələrdən çıxarılan yazışmalara əsaslanıb onların mötəbər dəlil sayılmadığını əsas gətirərək iddia tələbini rədd etmişdir. Halbuki, cavabdehin haqsız rəqabətə yol verdiyi barədə mötəbər sübutlar məhkəməyə təqdim olunmuşdur. Belə ki, cavabdeh iddiaçıdan müqavilədən kənar ödəmələr tələb etmiş, həmin ödəmələr olmadığı üçün dəfələrlə iddiaçının avadanlıqları cavabdeh tərəfindən söndürülmüş və son nəticədə müqavilə öhdəliklərini kobud şəkildə pozmaqla iddiaçıya külli miqdarda ziyan vurmaqla yanaşı, iddiaçının müştəriləri internetsiz qalmış, onların istehlakçı hüququ pozulmuşdur. Müqavilədən kənar ödənişlərin tələb olunması ilə bağlı tərəflərindən məhkəməyə təqdim olunan elektron qaimələr sübut kimi nəzərə alınmamışdır ki, bu da məhkəmənin qərəzli mövqeyi kimi qiymətləndirilməlidir. Halbuki, cavabdeh tərəfindən həyata keçirilən bu fəaliyyət rəqibin təsərrüfat fəaliyyətinə birbaşa müdaxilə kimi dəyərləndirilir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının müştərilərinin cavabdehin şəbəkəsinə keçirilməsi barədə rəsmi məktublar mövcuddur. Bu, müqavilə şərtləri və qanuvericilik normalarının kobud şəkildə pozulması və inhisarçılıq fəaliyyəti kimi qiymətləndirilməlidir. Həmçinin, cavabdeh öz müştərilərini ən çoxu bir neçə saat ərzində öz şəbəkəsinə qoşduğu halda, iddiaçı tərəfindən yeni müştərilərin qoşulması məqsədilə cavabdehə müraciət məktublarına verilən cavablarda, müştərilərin qoşulmasının bir neçə həftə çəkəcəyini və yaxud müxtəlif bəhanələr gətirərək qoşulmanın mümkün olmadığını bildirmişdir. Bununla cavabdeh rəqibin təsərrüfat fəaliyyətinə birbaşa müdaxilə edərək haqsız rəqabətə yol vermiş, müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Bütün bunlara məhkəmə lazımi hüquqi qiymət verməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X2 üzrə Dövlət Komitəsi iddianın haqlı olduğunu bildirmiş, sadəcə iddia olunan məbləğin dəqiqləşdirilməsinin zəruri olduğunu irəli sürmüşdür. Həmçinin, Antiinhisar Dövlət Xidmətinin nümayəndəsi də çıxışında cavabdehlə bağlı onlara müştərilər tərəfindən çoxsaylı şikayətlər daxil olduğunu məhkəmənin diqqətinə çatdırmışdır. X23 haqqında Konvensiyanın 6-cı maddəsində qeyd olunur: "Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir." Cavabdehə qarşı qaldırılan iddiaya oxşar iddialarla müxtəlif dövlətlər tərəfindən X23 Məhkəməsinə müraciətlər olmuşdur. İddiaçı tərəfindən qaldırılan iddiaya ən oxşar iddia Könvy-Tar Kft və başqaları tərəfindən Macarıstan hökumətinə qarşı X23 Məhkəməsində irəli sürülmüş iddiadır. Belə ki, iddiaçılar Könvy-Tar Kft, Suli-Könvy Kft və Tankönvy-Ker Bt şirkətləri məktəblərə tədris kitablarının satışı və distribütorluğu ilə məşğul olan şirkətlər idi. 2011 və 2012- ci illərdə Macarıstan hökuməti məktəblərə kitabların satışı və distribütorluğunun mərkəzi dövlət orqanları vasitəsilə həyata keçirilməsi barədə qanun layihəsini təsdiq etmişdir. Beləliklə, kitabların satışı və distribütorluğu Könyvtärellätö Kiemelten Közhasznü adlı quruma həvalə edilmişdir. Parlament tərəfindən yeni Qanun layihəsinin qəbul olunması satışın və distribütorluğun daha şəffaf həyata keçirilməsi zəruriyyətindən irəli gəlirdi, iddiaçı şirkətlər sübut etmişlər ki, cavabdeh şirkətin satış gəlirləri digər iddiaçı şirkətlərə nisbətən 20% artıq olmuşdur. Ölkə daxilində bütün məhkəmə instansiyalarına müraciət olunsa da, iddia təmin edilməmişdir, işə baxan X23 Məhkəməsi müəyyən etmişdir ki, mərkəzi dövlət orqanına verilən imtiyazlar iddiaçı şirkətlərə verilməmiş, bunun nəticəsində cavabdeh şirkət 20% daha çox gəlir əldə etmişdir. Macarıstan Hökuməti edilən dəyişikliklərin büdcə xərcləmələrinin daha effektiv idarə olunmasına gətirib çıxardığını iddia etsə də, burada müştərilərin, yəni, şagirdlərin, valideynlərin maraqlarının müdafiəsinin təmin olunması şübhə doğurmuşdur. Bundan əlavə, iddiaçı şirkətlərin tenderə dəvət olunmaması, ümumiyyətlə tender barədə məlumatının olmaması ciddi hüquq pozuntusu kimi dəyərləndirilmişdir. Həmçinin, iddiaçı şirkətlərin müştərilərini itirməsi nəticəsində onlara kompensasiya verilməsi nəzərdə tutula bilərdi ki, bütün bunlar nəzərə alınmamış və iddiaçı şirkətlər ciddi itkilərə məruz qalmış və bazarı tərk etməyə məcbur olmuşlar. Beləliklə, iddiaçı şirkətlərin iddiası təmin olunmuşdur. Cavabdeh tərəfindən yaradılmış yuxarıda göstərilən süni maneələr nəticəsində iddiaçının imici zədələnmiş və bu hərəkətlər iddiaçının 2015-2019-cu illər aralığında 2055 müştəri itirməsi ilə nəticələnmişdir. Belə ki, 2015 - 2019-cu il may dövrü üçün ümumi 1299 müştəri və 2019 may- 2019 oktyabr 756 müştəri itirilmişdir. Həmin müştərilər iddiaçının və özlərinin razılığı olmadan cavabdehin şəbəkəsinə keçirilmişdir. Hər müştəridən aylıq orta hesabla 15 manat əldə olunduğunu nəzərə alaraq, əldən çıxmış faydanı hesablamadan dəymiş zərərin miqdarı 850.000 manat həcmindədir. TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X18 apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək onun təmin edilməsini xahiş etdi və əlavə olaraq məhkəmə kollegiyasının üzvlərinin suallarını cavablandıraraq bildirdi ki, dəfələrlə qarşı tərəfə yazılı və şifahi müraciətlər etmişlər. Əsasən üç təklifləri olmuşdur- 1. onlara vurulan zərərə görə elektrik haqqını özləri ödəmək şərtilə bir il müddətinə Cavabdeh2 xidmətlərindən pulsuz istifadə etsinlər.(hər abunəçiyə görə 5m+ 2m=7 m qoşulma haqqı), 2. dəymiş zərər ödənilmək şərtilə bazardan çıxıb qalan istifadəçiləri də cavabdehə versinlər. 3. başqa regionlarda əlverişli şərtlərlə fəaliyyət göstərmələrinə şərait yaradılsın. Hal- hazırda da Cavabdeh2la fəaliyyət göstərirlər. 2017-ci ildə icarə haqqı birdənbirə 40 dəfə qaldırılaraq 1 kv. metr üçün 210 manat təşkil etmişdir. (5.90 manatdan). Bununla bağlı dəfələrlə Antiinhisar Xidmətinə müraciət etmişlər. Onlar da cavabında bildirimişlər ki, qiymətlər ədalətli deyil və Cavabdeh2 süni inhisarçılıq yaradır. İcarə haqqının qaldırılması barədə bildirişlərin daxil olmasına baxmayaraq icarə haqqını əvvəlki qiymətlə ödəmişlər və cavabdeh də qaimələri əvvəlki qiymətlə göndərmiş, onların da bu qiymətlə razılaşdığını zənn etmişlər. 2019-cu ilin dekabrında isə müqaviləyə xitam veriləcəyi barədə məktub daxil olmuşdur. Maddi ziyan əsasən Abşeronla regionu ilə bağlı olmuşdur. Qarşı tərəf iddia edir ki, bu Prezidentin Sərəncamı ilə imzalanmış “X26” ilə bağlıdır. 2015-ci ildən müvafiq problemlər gündəmdədir. Xəritə isə 2018-ci ildə imzalanmışdır. Cavabdeh haqsız rəqabətlə məşğul olur. 3 il ərzində iki dəfədən çox müştəri bazasına malik olması bunu bir daha sübut edir. 2015-ci ilədək cavabdehlə münasibətlər yaxşı olmuş, 2055 müştəriləri olmuşdur. Sonradan müştərilərdən çoxsaylı şikayətlər daxil olmuşdur. Onlarla müqayisədə digər provayderlər daha çox müştəri itirmişlər. 2018-ci ildə cavabdeh yeni tariflərlə müqavilə bağlamaq təklifi göndərsə də, qaimələr köhnə qiymətlərlə olmuşdur. 2019-cu ildə başqa bir təklif daxil olmuşdur. Təklifə əsasən hər müştəri üçün 6.80 manat ödənilməli idi. Bu isə 210 manatdan da artıq idi. Xarici investor kimi ölkədə fəaliyyət göstərirlər. Hal- hazırda Cavabdeh2 vasitəsilə xidmət göstərdikləri 1000-ə yaxın müştəri qalmışdır. Ümumilikdə isə 2000-ə yaxın müştəriləri vardır. Hal- hazırda iddiaçının cavabdehə 40.000 manata yaxın borcu vardır. Borcun səbəbi isə müştərilərin kəskin azalmasıdır. Belə ki, 2018-ci ilə kimi heç bir borcları olmamışdır. Sonda iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh «Cavabdeh2” MMC-nin nümayəndəsi X19 apelyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddianın əsasını iddiaçının müştərilərinin razılığı olmadan və xəbərdarlıq edilmədən Cavabdeh2 MMC tərəfindən öz şəbəkəsinə qoşulması təşkil etmişdir. İddiaçı bunu “sübut” etmək üçün məhkəməyə səs yazıları təqdim etmişdir. Həmin səs yazıları tərəflərin iştirakı ilə dinlənilmiş, lakin iddiaçının dedikləri öz əsasını tapmamışdır. Çünki səs yazısı təqdim edilən 4 abunəçi Cavabdeh2 MMC-yə qoşulmalarının onlardan xəbərsiz baş vermədiyini bildirmiş, eyni zamanda Cavabdeh2 MMC-yə qoşulmanın son zamanlar İddiaçı MMC-nin internetində problem yaranması ilə əlaqələndirmiş, həmçinin hazırda istifadə etdikləri internetin keyfiyyətindən razlılıqlarını ifadə etmişlər. İddianın ikinci əsas predimetini isə Cavabdeh2 MMC-nin İddiaçı MMC-yə verdiyi xidmət üzrə ölkədə təbii inhisarçı olması və bu mövqeyindən istifadə edərək provayderə problem yaratması təşkil etmişdir. Bununla bağlı qeyd edirlər ki, Cavabdeh2 MMC-nin İddiaçı MMC və digər provayderlərə verdiyi xidmət onun telefon xətləri üzərindən abunəçilərə ADSL xidməti göstərilməsidir. Provayderlər müraciət edir və onlarla müqvilə bağlanır. Sadəcə araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, əvvəllər müqavilə bağlayan şəxslər maxinasiyalara yol vermiş və həmin xidmət üzrə xərcin 5 manat deyil, 210 manat olması müəyyənləşdirilmişdir. Cavabdeh2 MMC təbii inhisarçı orqan deyildir və elə provayderlər var ki, heç də Cavabdeh2 MMC-dən yararlanmırlar. Hər bir provayder vətəndaşlara xidmət göstərmək üçün öz xidmətini, şəbəkəsini qura bilər. İddiaçı 2015-2019-cu illər ərzində özü şəbəkəsini qura bilərdi. Cavabdehin hökmran mövqeyi olan təbbi inhisarçı qurum olması ilə bağlı nümayəndə bildirdi ki, Azərbaycan Respublikası ərazisində 5 milyon internet istifadəçisi vardır və onun 35%-i cavabdehdə yoxdur. İnternet istifadəçiləri Bakı şəhərində üstünlük təşkil edir. Onlar isə Bakı şəhərində fəaliyyət göstərmirlər. İddiaçının təqdim etdiyi rəqəmlər şişirdilmişdir. Hər hansı bir provayderin itirilməsi Cavabdeh2 xeyrinə ola bilməz. 18 provayderdən yalnız iddiaçı yeni şərtlərlə razılaşmır. İddiaçı MMC-nin cavabdehin telefon xətlərindən istifadə etmədən öz müştərilərinə internet xidməti verməsinin mümkünlüyü isə mübahisə predimeti ola bilməz. Çünki hazırda Azərbaycanda telefon xətlərindən istifadə etmədən, öz şəbəkələrini qurmaqla müştərilərə internet xidməti göstərən xeyli sayda provayder mövcuddur. Belə olduğu halda isə qeyd edilən xidmət üzrə Cavabdeh2 MMC-nin təbii inhisarçı hesab edilməsi iddiası tamamilə absurddur. Cavabdeh2 MMC tərəfindən müqavilə şərtlərinin pozulması nəticəsində İddiaçı MMC-yə zərər dəyməsi iddia olunur ki, bu da tamamilə əsassızdır. Belə ki, göstərilən xidmət üzrə tariflərdə dəyişiklik edilməsi əsası ilə Cavabdeh2 MMC tərəfindən İddiaçı MMC- yə və digər provayderlərə bildiriş göndərilmiş və yeni şərtlərlə müqavilə bağlanması təklif edilmişdir. Digər provayderlərin yeni şərtlərlə müqavilə bağlamasına baxmayaraq, İddiaçı MMC əsassız olaraq müqavilə bağlamaqdan imtina etmişdir. Belə olan halda, Cavabdeh2 MMC tərəfindən müqavilə şərtlərinə uyğun olaraq, tərəflər arasında mövcud olan müqavilənin müddəti uzadılmamış və İddiaçı MMC-yə verilən xidmət dayandırılmışdır. Göstərilənlər bir daha təsdiq edir ki, “xxxxxxxx” MMC-nin iddiası tamamilə əsassız olmaqla öz müştəriləri qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilməməsini pərdələmək məqsədi daşıyır. Sonda cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh X7 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X2 Dövlət Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdeh X4 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X2 Dövlət Xidmətinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçının, cavabdehin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, «istifadəyə verən» Cavabdeh2 İstehsalat Birliyinin struktur vahidi Abşeron TKQ ilə «istifadəçi» İddiaçı MMC arasında «istifadəyə verən» tərəfindən EATS-341/342.346 və EATS-349-da sahənin və enerjinin istifadəyə verilməsi və «istifadəçi» tərəfindən bunun müqabilində müvafiq ödənişin həyata keçirilməsi barədə xx xxxxxx 2013-cü il tarixli 163 saylı “Sahədən və enerjidən istifadə haqqında” Müqaviİə bağlanmışdır. Həmin Müqavilənin 2.2-ci bəndinin tələblərinə görə, mövcud istifadə qaydalarında və tariflərdə dəyişiklik olduqda “istifadəçiyə” bu barədə yazılı məlumat vermək «istifadəyə verən»in vəzifəsi olmuşdur. Həmin Müqavilənin 7-ci bəndinin tələblərinə görə, bu Müqavilə xx xxxxxx 2013-cü il tarixdən 1 (bir) il müddətinə bağlanmış və Müqavilənin qüvvədə olduğu müddətin son 15 günü ərzində tərəflərdən birinin müqaviləni ləğv etmək üçün rəsmi müraciəti olmazsa, müqavilənin müddəti növbəti 1 (bir ) il üçün uzadılmış hesab edilir. İş materiallarından görünür ki, Cavabdeh2 MMC tərəfindən texnoloji yeniliklər aparıldıqdan və internet provayderlərə təqdim olunan xidmətlərə görə yeni tariflər müəyyən edildikdən sonra tərəflər arasında mübahisə yaranmış və İddiaçı MMC-yə Cavabdeh2 MMC tərəfindən xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixlərində xəbərdarlıq məktubları göndərilərək, xx xxxxxx 2019-cu il tarixində müddəti başa çatmaqda olan xx xxxxxx 2013-cü il tarixli müqavilənin növbəti dəfə eyni müddətə uzadılmayacağı bildirilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, iddiaçı tərəflə cavabdehlər arasında və eləcə də, iddiaçı ilə xidmət göstərdiyi müştərilər arasında münasibətlər onların arasında bağlanmış müvafiq müqavilələr əsasında yaranmış olduğundan, tərəflər arasında yaranan mübahisələr də həmin müqavilələrin və müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun tənzimlənməlidir. xx xxxxxx 2013-cü il tarixli 163 saylı “Sahədən və enerjidən istifadə haqqında” Müqaviİənin müəyyən müddətə bağlanmış olması, yəni həmin müqavilənin xitam edilməsi vaxtı və şərtləri əvvəlcədən müəyyən edilmiş olduğundan və eləcə də, internet xidmətlərinin Cavabdeh2 MMC-yə müraciət etmədən və sonuncunun xidmətlərindən istifadə olunmadan da göstərilə bilməsinin mümkünlüyü - iddiaçının həmin xidmətləri göstərə bilməməsində bilavasitə cavabdehlərin təqsirinin olmasını təsdiq etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, müqavilə müddətli müqavilə olmaqla onun ləğv olunması şərtləri də müqavilə ilə tənzimlənmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən tarifin dəyişdiriləcəyi və yeni tariflərlə fəaliyyət göstəriləcəyi barədə iddiaçıya bildirşlər göndərilmişdir. Qeyd olunmalıdır ki, müqavilə bir illik müddətə bağlanmış və nəinki bir illik, ondan da çox davam edən dövr ərzində tərəflər müqavilə əsasında fəaliyyət göstərmişlər və bu hər iki tərəfi qane etmişdir. Mübahisə cavabdeh tərəfin yeni tariflərlə müqavilə bağlamaq təklifindən sonra başlamışdır ki, müqavilənin məzmunundan tariflərin dəyişdirilməsi cavabdehin hüququ və bu barədə iddiaçını məlumatlandırmaq isə vəzifəsi kimi müəyyən edilmişdir. Cavabdeh də həmin hüquqdan istifadə etmiş və iddiaçını məlumatlandırmışdır. İddiaçı isə yeni tariflə razılaşmamışdır. Razılaşmadığı təqdirdə isə iddiaçının əməkdaşlığı davam etdirmək vəzifəsi olmasa da, müqavilənin davam etdirilməsində maraqlı olduğu üçün iradə sərbəstliyi hüququndan istifadə edərək müqavilə münasibətlərinə xitam verilməsi niyyətini bildirməmişdir. Beləliklə iddiaçı müqaviləni davam etdirmək niyyətində olmuş, lakin cavabdehin təkilf etdiyi yeni tariflərlə deyil, əvvəlki tariflərlə müqaviləni davam etdirmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin Mülki Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2005-ci il tarixli 178 nömrəli qərarı ilə Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı təsdiq edilmişdir və həmin Siyahıda internet xidmətlərinin göstərilməsi üzrə tariflər dövlət tərəfindən tənzimlənən qiymətlərə aid edilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı müqavilə şərtləri ilə müəyyənləşdirilmiş yeni şərtləri qəbul etməyərək cavabdehdən vurulmuş maddi ziyanı tələb edir. Halbuki cavabdehin iradə sərbəstliyi yuxarıda qeyd olunan normalarda öz əksini tapmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının müştərilərdən məhrum olmasına səbəb onun lazımi xidmət göstərməməsi ilə bağlı olmuşdur ki, bunun da səbəbi cavabdehin xəbərdarlıq məktublarına baxmayaraq yeni müəyyən edilmiş tariflərə qoşulmaması və bunun nəticəsində ona verilən xidmətin cavabdeh tərəfindən dayandırılması olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Təbii inhisar subyektlərinin siyahısında Cavabdeh2 İstehsalat Birliyi də müəyyən edilmişdir (sıra 27). Həmin siyahıda qeyd edilmişdir ki, cavabdehin internet xidmətləri üzrə təbii inhisar subyekti deyil, ümumi istifadədə olan elektrik rabitəsi xidmətləri (telefon), qəbuledici-verici stansiyalarının, yüksəktezlikli qurğuların istismarı üzrə təbii inhisar subyekti olması qeyd olunmuşdur. Bu səbəbdən iddiaçının israrla istinad etdiyi cavabdehin inhisarçı mövqedən istifadə etməsi dəlili və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 400-cü maddəsinə Antiinhisar fəaliyyəti haqqında Qanunun 4-cü maddəsinə istinad olunması əsassızdır. Əksinə iddiaçı hal-hazırda, öz şəbəkəsini yaratmaq və müştərilərə müstəqil qaydada xidmət göstərmək imkanı olduğu halda, məhkəmə mübahisəsi davam etdiyi dövrdə də Cavabdeh2la əməkdaşlığı davam etdirir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və X2 üzrə Dövlət Komitəsinin möqeyi ilə bağlı iddiaçının apelyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı MMC ilə cavabdehlər Cavabdeh2 MMC və X7 arasında yaranmış hazırkı mübahisə həmin Xidmət tərəfindən mahiyyəti üzrə araşdırılmamışdır. Belə ki, xidmət tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdə ünvanlanmış məktubla bildirilmişdir ki, Antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1998-ci il tarixli, 120 saylı Qərarı ilə təsdiq edilmiş “Antiinhisar - qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən baxılır. Həmin qaydalara əsasən antiinhisar qanunvericiliyinin pozulması haqqında müraciətlər yazılı şəkildə ərizə verməklə, antiinhisar qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli və ya həmin sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri, qanun pozuntusuna yol vermiş şəxs barədə məlumatlar əlavə olunmaqla antiinhisar orqanına təqdim edilməlidir. Qeyd olunan qaydaların tələblərinə uyğun olaraq, Cavabdeh2 MMC və ya onun struktur bölməsi tərəfindən antiinhisar qanunvericiliyin pozulmasına yol verilməsi faktlarını təsdiq edən sənədlər təqdim edildiyi təqdirdə müraciətə yenidən baxıla bilər. Cavabdeh tərəfindən yaradılmış süni maneələr nəticəsində iddiaçının imicinin zədələnməsi və iddiaçının 2015-2019-cu illər aralığında 2055 müştəri itirməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh yalnız müqavilə ilə müəyyən edilmiş hüquqlarından istifadə etməklə yeni tarif müəyyən etmiş və iddiaçı lazımi qaydada məlumatlandırılmasına baxmayaraq uzun müddət ərzində cavabdehin müraciətini nəzərə almayaraq köhnə tariflə fəaliyyət göstərmişdir. Yeni şərtləri qəbul etməməsi səbəbindən cavabdeh tərəfindən xidmətin verilməsi dayandırılmışdır. Bu halda heç bir süni maneədən söhbət gedə bilməz. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edildi ki, 2013-cü il tarixli müqavilə üzrə tərəflər göstərilən xidmətin dəyərinin qarşılıqlı razılaşma ilə müəyyənləşdirilməsində sərbəst olmuşlar. Həmin Müqavilə üzrə göstərilən xidmətlərin yeni dəyəri Cavabdeh2 MMC tərəfindən İddiaçı MMC-yə təklif edilmiş olsa da, İddiaçı MMC yeni şərtləri qəbul etməyərək azad surətdə bu müqaviləni bağlamaqdan imtina etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi, iddiaçıya maddi zərər vurulması, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının müştərilərdən məhrum olunmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənməhkəmə xərclərinin bölüşdürülməsi prinsipinə uyğun olaraq apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı «İddiaçı” X14 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(119)-23/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar