Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-63/2023 10.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X2 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-100/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X13 İdarəsinin Şabran rayon X12 12 noyabr 2021-ci il tarixli MS29/1640-02244-41 saylı Aktı və Xaçmaz X13 İdarəsinin 22 noyabr 2021-ci il il tarixli tələbnaməsi ilə əsassız hesablanmış 1620 manat borcun silinməsi və mediasiya xərci olaraq xidmət haqqı kimi ödənilən 60 manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Azəriqaz" İB-nin Xaçmaz X13 İdarəsinin Şabran Qaz Sahəsinin 22 noyabr 2021-ci il tarixli bildirişi ilə iddiaçıya məlumat verilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar Şabran rayonu Dəvəçikənd ərazisinin yaxınlığında yerləşən işlətdiyi "Bulaq" kafesi üçün quraşdırılmış G-6 markalı 28254723 saylı qaz sayğacı texniki baxış keçirilməsi məqsədi ilə çıxarılaraq müvafiq laboratoriyaya aparılmış və dövlət yoxlaması nəticəsində 12 noyabr 2021-ci il tarixli 29/1640-02244-41 nömrəli akta görə həmin qaz sayğacı istismara yararsız hesab edilmişdir. Bildirişə qeyri-əhali qaz sayğacının yoxlanması haqqında MS-29/1640-02244-41 saylı Akt da əlavə edilmişdir. Sonradan iddiaçıya "Azəriqaz" İB-nin etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalanmış "mediasiya prosesinin tətbiqi barədə təklif" göndərilmişdir, həmin təklifdə qeyd olunmuşdur ki, guya iddiaçı tərəfindən 1620 manat ziyan vurulmuşdur. İddiaçı bununla razılaşmayaraq bu barədə 10 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X5 filialına şikayət məktubu göndərmişdi. Həmin qurumun 17 fevral 2022-ci il tarixli AERA-25-198/22 saylı cavab məktubunda bildirilmişdi ki, "Azəriqaz" İB-nin Xaçmaz X13 İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş "X7 "4.8 və 4.9-cu bəndlərinin və həmin qaydalara 2-nömrəli Əlavədə verilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsinin 2.2.4-cü yarımbəndlərinin tələbləri pozulmuşdur. 02 mart 2022-ci il tarixində o, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X5 filialının 17 fevral 2022-ci il tarixli AERA-25198/22 saylı cavab məktubunun surətini əlavə etməklə "Azəriqaz" İB-nin Xaçmaz X13 İdarəsinə ərizə ilə müraciət edərək, 1620 manat məbləğində ödənişə cəlb edilmə tələblərindən imtina etmələrini xahiş etmişdi. Lakin, o, bu məktubuna heç bir cavab almadığına görə məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Şurasına müraciət edərək, 60 manat məbləğində mediasiya xərcini də ödəmişdi. Lakin, "Azəriqaz" İB-nin nümayəndəsi mediasiya sessiyasına da gəlməmiş və bu səbəbdən 20 may 2022-ci il tarixində MŞİH 17625 saylı "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" Arayış tərtib olunmuşdu. Eyni zamanda, o, "Bulaq" kafesinin qaz xəttində olan G-6 markalı 28254723 saylı qaz sayğacının laboratoriyada yoxlanması zamanı “qaz sayğacına müdaxilə edildiyinə görə, 6480 kub.m qaz itirilməsi və buna görə iddiaçının 1620 manat ödənişə cəlb edilməsi” tələblərindən imtina edilməsi barədə pretenziya göndərmişdi. Lakin, həmin pretenziya 02 iyun 2022-ci il tarixində alınmasına baxmayaraq, bununla bağlı ona hər hansı bir cavab verilməmişdir. Qeyd edir ki, onun və Şabran rayonu Dəvəçi kənd yaxınlığında yerləşən işlətdiyi "Bulaq" kafesində işləyən digər işçilərin qaz sayğacında yaranmış nasazlıqda təqsirləri yoxdur. X12 işçilərinə bildirilmişdir ki, qaz sayğacı iddiaçının ərazisindən kənarda yerləşir, sayğaca onlar müdaxilə etməmişlər və bundan onların məlumatları yoxdur. Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, e-2-2(119)- 100/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 22 noyabr 2021-ci il tarixli ******* nömrəli “Təbii X7 pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Şabran rayonu ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00050) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 1620 (min altı yüz iyirmi) manat məbləğində borcun silinməsi, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqının Cavabdehndən tutularaq, İddiaçı ödənilməsi, Cavabdehndən dövlət nəfinə 36,2 (otuz altı manat 20 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: iş üzrə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul oilan fiziki şəxsdir, qeyrı-əhali abonentidir. Onunla “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə imzalanmışdır (3 №-li əlavə). AR NK-nin 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na görə bu qəbildən olan abonentlər sayğacın işlək vəziyyətdə saxlanmasına özləri məsuliyyət daşıyırlar. Qətnamədə iddianın təmin edilməsi iddia ərizəsində qeyd edilmiş əsaslara görə deyil, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələblərinin pozulması ilə əsaslandırılmışdır. AR NK-nin 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndində qeyd edilir ki, Müqaviləyə Qaz paylayıcı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. İddiaçının qaz sayğacı balans mənsubiyyətində qoyulur. Sayğacın quraşdırıldığı yer obyektdən xeyli aralıda yerləşir. Sayğaca baxış keçirilərkən cavabdehin nümayəndələri İddiaçı işlətdiyi “Bulaq” kafesinin ərazısınə daxil olmamışlar. Buna görə də sayğacın açılıb dövlət yoxlamasına göndərilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələblərini pozmur. Bu barədə məhkəmənin qənaəti səhvdir. Belə ki, məhkəmənin istinad etdiyi Azərbayçan Respublikası Prezidentyinin 15 fevral 2011ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X11 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən: Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə monitorinq, müşahidə, təftiş, nəzarət, xrometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Qətnamədə qanunvericiliyin bu müddəasına əsaslanılmış, lakin nəyə görəsə yuxarıda kursivlə qeyd olunan hissə qətnamədə əks etdirilməmişdir. YəniCavabdeh İB-nin işçilərisayğacı xətdən açıb onu başqa sayğac ilə əvəz edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyiyerlərə gəlməkləsahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Məhkəmənin istinad etdiyi bu qanun norması Qətnamənin hüquqi əsası kimi qeyd edilmiş, lakin Qətnamədə yuxarıda kursivlə yazılan hissə çıxarılmışdır. Məhkəmə cavabdehin yoxlama haqqında məlumatın reyestrə daxil etməməsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Halbuki, iddiaçının qaz sayğacı zavodun ərazisindən kənarda yerləşdiyinə görə Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb onu başqa sayğac ilə əvəz edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə, yəni zavodun ərazisinə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Mübahisə edilən məbləğ sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən hesablanmamışdır. Sayğacın texniki şərtlərə cavab verməməsi isə laboratoriyada müəyyən edilmişdir. Bu rəyə əsasən iddiaçının hesabına itirilmiş qazın bərpası üçün qaz sərfinin miqdarı işlənilmişdir. Qanunsuz yoxlama o halda hesab edilir ki, yoxlayıcı sahibkarlıq fəaliyyətinin hayata keçirildiyi yerə getsin və sahibkarlıq fəaliyyəti subyektlərində yoxlama aparsın və bu yoxlama barədə məlumatı vahid reyestrə daxil etməsin. İşdə olan sübutlardan müəyyən olunur ki, Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb əvəz edərkən balans mənsubiyyətində hərəkət etmiş, çayxananın ərazisinə getməmiş və heç bir yoxlama aparmamışlar. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş 14 iyun 2022-ci il tarixli ******* nömrəli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus kafedə quraşdırılmış 28254723 nömrəli “G-6” markalı qaz sayğacı "sayğac sərfiyyatı qeyd etmir" qüsuruna görə Dövlət yoxlamasına göndərilməsi üçün 14 iyun 2022ci ildə çıxarılaraq aparılmışdır. Aktda məlum yoxlamanın X11 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan Cavabdeh X4 Departamenti tərəfindən 12 noyabr 2021-ci ildə təsdiq edilmiş “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” MS-29/1640-02244- 41 nömrəli Aktdan görünür ki, "Azəriqaz” İstehsalat Birliyinin 30 sentyabr 2021-ci il tarixli SOCAR**********31791640X02244 saylı məktubuna əsasən 07 oktyabr 2021-ci ildə Xaçmaz X13ı İdarəsindən Dövlət yoxlamasına gətirilmiş “G-6” markalı mexanika tipli qaz sayğacına 12 noyabr 2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi müəyyən edilmişdir ki, “plastmas qapağın yan tərəfində daxili qulaqcıqlarında əzik cızıq izləri var” (Aktda istehlakçının yoxlamada iştirakı barədə hər hansı bir qeyd yazılmamışdır). İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 22 noyabr 2021-ci il tarixində təsdiq edilmiş və “İstehlakçı: İddiaçı”, “ünvan: Şabran rayonu, Dəvəçi kəndi”, “Fəaliyyət növü: "q/əhali, yeməkxana”, “abonent kodu: **********00050” qeydləri yazılmış “Təbii X7 pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, 22 noyabr 2021ci ildə saat 1145-də abonent kodu **********00050 olan sahibkarlıq obyektində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda "Azəriqaz" İB-nin qeyri-əhali qaz sayğaclarının yoxlanılması haqqında AKT MS-29/1640-02244-41 saylı rəyinə əsasən 28254723 nömrəli sayğacın “plastmas qapağının yan tərəfində daxili qulaqcıqlarında əzik-cızıq izləri var” qeydi aparılmışdır. Eyni zamanda, həmin Aktda qeyd olunmuş məlumatlarla müəyyən olunur ki, həmin Akt yoxlamanı keçirən Cavabdeh əməkdaşları tərəfindən imzalansa da, “İstehlakçının nümayəndəsi” qismində qeyd olunan “İddiaçı” tərəfindən imzalanmamışdır və onun adının qarşısında “imtina etdi” qeydi aparılmışdır. Aktda məlum yoxlamanın X11 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan Cavabdeh X1 satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş 22 noyabr 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə istehlakçı: “İddiaçı, Bulaq yeməkxanası”, fəaliyyət növü: “qeyri-əhali”, ünvan: “Şabran rayonu, Təzəkənd, ev 0, mənzil 5”, “abonent kodu: **********00050” qeyd edilməklə göstərilir ki, “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 12 noyabr 2021-ci il tarixli MSK-29/1640-02244-41 №-li Aktına əsasən G-6 markalı 28254723 №-li sayğacın “plastmas qapağının yan tərəfində daxili qulaqcıqlarında əzik-cızıq izləri var” qüsuruna görə G-6 markalı qaz sayğacın nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 6480 m3 həcmində müəyyən edilmişdir (əsas: - 22 noyabr 2021-ci il tarixli ******* nömrəli Akt). İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00050) ilə müəyyən olunur ki, 22 noyabr 2021-ci il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus Şabran rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin hesabına 2021-ci ilin noyabr ayında bir dəfəyə 1620 (min altı yüz iyirmi) manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin Abonent Saldosunda olan məlumatlarla müəyyən olunur ki, 2010-2022-ci illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, istehlak edilən təbii qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X8 Filialı tərəfindən istehlakçı İddiaçı ünvanlanmış 17 fevral 2022-ci il tarixli AERA-25-198/22 nömrəli məktubu ilə müəyyən olunur ki, 14 iyun 2021-ci il tarixdə Şabran Xidmət Sahəsi tərəfindən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G6 markalı 28254723 zavod nömrəli qaz sayğacı sərfiyyatı qeyd etmədiyi üçün ******* nömrəli akta əsasən çıxarılaraq Dövlət yoxlamasına göndərilmiş və ona Metrologiya Departamentinin qeyri-əhali qaz sayğaclarının yoxlanması laboratoriyasında baxış keçirilmişdir. Baxış zamanı sayğacın “plastmas qapağın yan tərəfində, daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması” barədə rəy verilmiş və bununla bağlı 12 noyabr 2021-ci il tarixli MS-29/1640-02244-41 nömrəli Akt tərtib olunmuşdur. “Azəriqaz İB-nin Xaçmaz X13 İdarəsi tərəfindən tərtib edilmiş 22 noyabr 2021-ci il tarixli ******* nömrəli qüsur aktına və həmin rəyə əsasən 1620 manat məbləğində itirilmiş təbii qazın bərpası məqsədilə hesabat aparılaraq qeyri-yaşayış sahəsinin abonent hesabına işlənilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X11 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, qaz paylayıcısı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə Müqaviləyə əsasən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus Şabran rayonu ərazisində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00050 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada mexanika tipli “G-6” markalı sayğac quraşdırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, 22 noyabr 2021-ci il tarixli ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında 1620 manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 22 noyabr 2021-ci ildə istehlakçı İddiaçı istifadəsində olan sahibkarlıq obyektində quraşdırılmış qaz sayğacına keçirilən baxış, yəni yoxlama tədbiri X11 Reyestrində qeydə alınmadan aparılaraq aktlaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X11 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında X11 reyestrindən verilən kod qeyd edilir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X11 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X11 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin apardığı yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Yuxarıda isitnad olunan normaların tələbindən isə görünür ki, sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən bütün növ yoxlamalar (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-100/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-63/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-63/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver