Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-64/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(119)-2099/2022 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1999-cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 2099/2022 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək xx xxxxxxx 1999-cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən narazı qalan Maraqlı şəxs 19 yanvar 2023-cü il tarixdə “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2- 2(119)-2099/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(119)- 2099/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldüyündən apellyasiya şikayəti geri qaytarılmışdır (hakim Həlimə Alıyeva). Həmin qərardaddan narazı qalan Maraqlı şəxs 06 fevral 2023-cü il tarixdə şikayət verərək Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(119)- 2099/2022 qərardadının ləğv edilməsini və eyni zamanda müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(119)-2099/2022 nömrəli qərardadından şikayət vermək üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs "xxxx" MMC-yə ərizə ilə müraciət etmiş, müvafiq araşdırmadan sonra "xxxx" MMC-nin Şabran Proçt filialından cavab məktubu almışdır. Məktubda Sumqayıt Kommersiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2099/2022 nömrəli qətnaməsinin 20 dekabr 2022-ci il tarixində Maraqlı şəxs çatdırıldığı qeyd olunur. Sumqayıt Kommersiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, e-2-2(119)- 2099/2022 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(119)-2099/2022 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən şikayət verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmişdir (hakim Həlimə Alıyeva). Sumqayıt Kommersiya Məhkəməsinin 03 mart 2023-cü il tarixli, e-2-2(119)- 2099/2022 nömrəli qərardadı ilə Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli e-2-2(119)-2099/2022 nömrəli qərardadından verdiyi şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir(hakim Həlimə Alıyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(119)-2099/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsaən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2099/2022 nömrəli qətnaməsi 01 dekabr 2022-ci il tarixdə məktubla poçt vasitəsi ilə Maraqlı şəxs yaşadığı ünvanına göndərilmiş, sözü gedən qətnamə SS**********AZ nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən həmin ünvanda “İbrahimov.E” qeydi aparılmaqla xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, qətnamədən narazı qalan Maraqlı şəxs 19 yanvar 2023-cü il tarixdə “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermiş, Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2- 2(119)- 2099/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldüyündən apellyasiya şikayəti geri qaytarılmış, həmin qərardaddan narazı qalan Maraqlı şəxs şikayət verərək Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(119)-2099/2022 qərardadının ləğv edilməsini və eyni zamanda müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e- 2-2(119)-2099/2022 nömrəli qərardadından şikayət vermək üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs apellyasiya şikayətini "xxxx" MMC-nin Şabran Proçt filialının cavab məktubu ilə əsaslandırsa da, iş materiallarında olan SS**********AZ nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən qətnamənin Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edildiyi müəyyən edilir (i/v 23). Məhkəmə kollegiya hesab edir ki, maraqlı şəxs qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verdiyindən birinci instansiya məhkəməsinin hazırki iş üzrə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, e-2-2(119)- 2099/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-64/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-64/2023
03.04.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver