Məhkəmə qərarları › İş №2-2(105)-65/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-65/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-65/2023 08.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e-2-2(119)-44/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 105000 (yüz beş min) manat əsas borc və həmin pul vəsaitinin saxlanılması ilə bağlı zərərə görə 10500 (on min beş yüz) manat olmaqla, cəmi 115500 (yüz on beş min beş yüz) manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 10 manat məbləğində və mediasiyaya görə ödənilmiş 410 manat məbləğində pulun tutulub İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı "Vitamin Vio” MMC ilə satıcı Cavabdeh MMC arasında 09 oktyabr 2018-ci ildə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC meyvə məhsullarının yığılması üçün müxtəlif çeşiddə taxta konteynerlərini hazırlayıb İddiaçı MMC-yə təhvil verməli idi. Həmin tarixli müqavilə üzrə imzalanmış 19 yanvar 2021-ci il tarixli 03 nömrəli X1 əsasən iddiaçı tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 105000 (yüz beş min) manat dəyərində olmaqla, hər biri 210 (iki yüz on) manatdan 500 (beş yüz) ədəd (126 sm × 100 sm × 90 sm) konteynerlərin hazırlanması sifariş edilmişdir. Həmin sifarişin dəyəri olan 105000 (yüz beş min) manat məbləğində pul vəsaiti cavabdeh təşkilatın bank hesabına ödənilmişdir. Lakin, dəfələrlə iddiaçı tərəfindən edilən xəbərdarlığa baxmayaraq, dəyəri ödənilmiş mallar iddiaçıya təhvil verilməmiş və cavabdeh müqavilə ilə müəyyən edilmiş öhdəliyə əməl etməmişdir. Bundan sonra cavabdehlə məhkəmədəyək mübahisənin həll edilməsi məqsədilə Mediasiyaya müraciət edilmiş olsa da, Cavabdeh MMC mediasiya prosesində iştirak etməkdən imtina etmiş və bu barədə Mediator tərəfindən müvafiq Arayış verilmişdir. Ona görə də, cavabdeh tərəfindən öhdəliyə əməl edilmədiyindən ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində MMC-yə külli miqdarda ziyan dəymişdir. Belə ki, bu işlərin görülməsi məqsədilə MMC Banklardan müxtəlif məbləğlərdə kreditlər götürmüş və həmin bankların kredit ödənişlərini ödəyə bilməmişdir. Cavabdeh iki ildən coxdur ki, ödənilən pul vəsaitini qanunsuz olaraq özündə saxlayıb, istifadə etməkdədir. Ona görə də, cavabdehin öhdəliyin gecikdirilməsi ilə bağlı illik 5 faiz əlavə pul da hesablanmalıdır. Cavabdehin ödənilməyən əsas borcu 105000 manat olduğundan, gecikdirməyə görə 10500 manat əlavə pul hesablanmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e-2-2(119)-44/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdehndən 75000 (yetmiş beş min) manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində xidmət haqqı və 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 75420 (yetmiş beş min dörd yüz iyirmi) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət rüsumunun qalığı kimi 305 (üç yüz beş) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e-2-2(119)-44/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı MMC-nin iddiasının ona borclu olduqları 10040 (on min qırx) manat pul çıxılmaqla qalan hissədə rədd edilməsi barədə barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 19 yanvar 2021-ci il tarixli 03 saylı "Qiymətlərin razılaşdırma” Protokoluna əsasən 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Müqavilə üzrə satıcı Cavabdeh tərəfindən alıcı İddiaçınə bir ədədinin qiyməti 210 (iki yüz on) manat olan 500 ədəd olmaqla, ümumilikdə cəmi 105000 (yüz beş min) manat dəyərində "meyvə məhsullarının yığılması üçün taxta kontinerlər”in satılması barədə razılığa gəlinmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilmiş 22 yanvar 2021-ci il tarixli ödəniş tapşırığına əsasən 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən alıcı İddiaçı tərəfindən satıcı Cavabdeh hesabına 105000 (yüz beş min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin zaman İddiaçı tərəfindən ödənilən pul vəsaiti onların adına nağdlaşdırıla bilmədiyindən, həmin pul vəsaiti ödəniş tapşırığına əsasən bank tərəfindən birbaşa Cavabdeh hesabına köçürüldüyündən İddiaçı pula ehtiyacları olduqları üçün köçürülən pulun 7000 manat hissəsi sonradan ödənilmək şərti ilə onlara qaytarılmasını xahiş etmişdir. Cavabdeh də 7000 manat pulu xx.xx.2021-ci il tarixdə İddiaçı hesabına ödəmişdir. Lakin, sonradan həmin pul Cavabdehnə qaytarılmamışdır. 2021-ci ilin əvvəlləri ağır pandemiya dövürünə təsadüf etdiyindən Cavabdeh fəaliyyəti müvəqqəti olaraq dayandırılmış, həmin dövrdə materialların qiyməti qalxmış, bununla əlaqədar müqavilənin icrasında gecikmələr yaranmışdır. Münasib vaxtdan sonra müqavilə MMC tərəfindən icra olunmağa başlamışdır. Daha sonra pulun əvəzində hər hansı bir təhvil-təslim aktı tərtib olunmadan xx.xx.2021-ci il tarixində ** TA *** dövlət qeydiyyat nişanlı avtomobillə 28 ədəd, xx.xx.2021-ci il tarixində ** GE *** dövlət qeydiyyat nişanlı avtomobillə 46 ədəd, xx.xx.2021-ci il tarixində ** RU *** dövlət qeydiyyat nişanlı avtomobillə 67 ədəd, xx.xx.2021-ci il tarixində ** RU *** dövlət qeydiyyat nişanlı avtomobillə 69 ədəd, xx.xx.2021-ci il tarixində 22 ədəd, xx.xx.2021-ci il tarixində ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə 22 ədəd, xx.xx.2021-ci il tarixində ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə 22 ədəd, cəmi 276 ədəd yeşik MMC tərəfindən Şəmkir rayonu, Mahmudlu kəndinə "Vitamin Vio” MMC-nin ünvanına göndərilmişdir. Bundan əlavə xx.xx.2021-ci il tarixində ** BR *** dövlət nömrə nişanlı avtomobillə 4314 ədəd polkataxtası Şəmkir rayonu, Mahmudlu kəndinə İddiaçı MMC-nin ünvanına göndərilmişdir. Onlar bu barədə məhkəməyə yazılı sənəd təqdim etsələr də, məhkəmə qeyd edilən mühüm əhəmiyyətli faktiki halları araşdırmamış və qətnamədə qeyd edilmişdir ki, bu fakt məhkəmə araşdırması zamanı mötəbər sübutlar əsasında təsdiq olunmamış və cavabdeh tərəf bununla bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, tərəflər arasında bağlanmış Müqavilənin tələblərinə görə satılan mallar “hesab-faktura” və digər zəruri sənədlər ilə təhvil verilməli idi. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilən “hesabat”da (həmin sənədin tarixi yoxdur və yalnız cavabdehin direktoru tərəfindən imzalanmışdır) müxtəlif qeydiyyat nişanlı avtomobillər vasitəsilə ayrı-ayrı vaxtlarda olmaqla, ümumilikdə cəmi 276 ədəd taxta yeşiklərin göndərilməsi barədə qeydlər olmasına baxmayaraq, həmin “hesabat”da malların hara göndərilməsi, kimə təhvil verilməsi və həmin malların alınması tarixləri, alan şəxsin adı və imzası və s. qeyd olunmamış və ümumiyyətlə, həmin “hesabat” hazırkı mübahisəni həll edə biləcək səviyyədə aydın tərtib edilməmişdir. Daha sonra təhvil verilməyən yeşiklərin pulundan isə 25000 manat pul iddiaçı tərəfindən edilmiş şikayət əsasında Baş Mütəşəkill Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırma zamanı iddiaçı "Vitamin Vio” MMC-yə və 5000 manat pul isə həmin MMC-nin direktoru olan Kirov Ruslanın kart hesabına ödənilmişdir. Beləliklə, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 7000 manat, 25000 manat, 5000 manat pul ödənilmiş və 57960 manat dəyərində 276 ədəd yeşik göndərilmiş, cəmi 94960 manatlıq pul və əmlak ödənilmişdir. Nəticədə Cavabdeh İddiaçı MMC-yə 10040 manat ödənilməmiş borcu qalmışdır. Onlar məhkəmə prosesi gedişində yeşiklərdən 36 ədəd yeşiyi İddiaçı MMC-yə güzəşt edərək 25000 manat məbləğində borclarının olduğunu göstərmişlər. Hal-hazırda İddiaçı MMC-yə heç bir güzəşt etmirlər və yekun borcları olaraq 10040 manat pulu ödəməyə etiraz etmirlər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının 04 may 2023-cü il tarixdə keçirilimiş iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “satıcı” Cavabdeh (VÖEN: **********) ilə “alıcı” İddiaçı (VÖEN: **********) arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Alqı-satqı Müqaviləsinin 1.1-ci bəndindən görünür ki, “Satıcı” “Alıcı”ya Müqavilədə göstərilmiş qaydalarda “Mal” satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, Malın “Alıcı”nın ünvanına çatdırılması Malın qiymətinə daxildir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ödəniş həyata keçirildikdən sonra malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri də “Alıcı”ya təqdim etməlidir. İş materiallarında olan 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 12 yanvar 2021-ci il tarixli 02 saylı “Qiymətlərin razılaşdırma” Protokolundan (Əlavə 02) görünür ki, həmin Protokola əsasən 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Müqavilə üzrə satıcı Cavabdeh tərəfindən alıcı İddiaçınə bir ədədinin qiyməti 210 (iki yüz on) manat məbləğində “meyvə məhsullarının yığılması üçün taxta kontinerlər”in satılması barədə razılığa gəlinmişdir. İş materiallarında olan 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 19 yanvar 2021-ci il tarixli 03 saylı “Qiymətlərin razılaşdırma” Protokolundan (Əlavə 03) görünür ki, həmin Protokola əsasən 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Müqavilə üzrə satıcı Cavabdeh tərəfindən alıcı İddiaçınə bir ədədinin qiyməti 210 (iki yüz on) manat olan 500 ədəd olmaqla, ümumilikdə cəmi 105000 (yüz beş min) manat dəyərində “meyvə məhsullarının yığılması üçün taxta kontinerlər”in satılması barədə razılığa gəlinmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilmiş 22 yanvar 2021-ci il tarixli #003AZ**********1 nömrəli ödəniş tapşırığından görünür ki 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən “alıcı” İddiaçı tərəfindən “satıcı” Cavabdeh hesabına 105000 (yüz beş min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, alıcı İddiaçı MMC ilə satıcı Cavabdeh arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Alqı-satqı müqaviləsi üzrə imzalanmış 12 yanvar 2021-ci il tarixli 02 saylı "Qiymətlərin razılaşdırma” Protokolu (Əlavə 02) və 19 yanvar 2021-ci il tarixli 03 saylı "Qiymətlərin razılaşdırma” Protokolu (Əlavə 03) əsasında alıcı İddiaçı MMC tərəfindən “meyvə məhsullarının yığılması üçün taxta kontinerlər”in alınmasından ötrü satıcı Cavabdeh hesabına əvvəlcədən cəmi 105000 (yüz beş min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Satıcı Cavabdeh MMC tərəfindən müqavilə razılaşması üçün nəzərdə tutulan mallar təqdim olunmadığına görə, həmin Müqavilə üzrə nəzərdə tutulan malların alqısatqısı baş tutmamışdır. Bu səbəbdən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf məhkəmə iclasında cavabdehin hesabına ödənilmiş olan həmin 105.000 manat məbləğində pul vəsaitindən ümumilikdə 30.000 manatın qaytarıldığını etiraf edərək, Cavabdeh MMC-dən qaytarılmayan 75000 (yetmiş beş min) manat pulun tutulması hissəsində müdafiə etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək Cavabdehndən 75000 (yetmiş beş min) manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində xidmət haqqı və 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 75420 (yetmiş beş min dörd yüz iyirmi) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, alıcı İddiaçı MMC ilə satıcı Cavabdeh arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Alqı-satqı müqaviləsi üzrə imzalanmış 12 yanvar 2021-ci il tarixli 02 saylı "Qiymətlərin razılaşdırma” Protokolu (Əlavə 02) və 19 yanvar 2021-ci il tarixli 03 saylı "Qiymətlərin razılaşdırma” Protokolu (Əlavə 03) əsasında alıcı İddiaçı MMC tərəfindən “meyvə məhsullarının yığılması üçün taxta kontinerlər”in alınmasından ötrü satıcı Cavabdeh hesabına əvvəlcədən cəmi 105000 (yüz beş min) manat məbləğində pul vəsaiti ödənilmiş, satıcı Cavabdeh MMC müqavilə razılaşması üzrə nəzərdə tutulan malları təqdim etməyi öhdəsinə götürsə də, “meyvə məhsullarının yığılması üçün taxta kontinerlər”i alıcı İddiaçı MMC-yə təhvil verməmiş, bu səbəbdən həmin Müqavilə üzrə nəzərdə tutulan malların alqı-satqısı baş tutmamışdır. İddiaçı tərəfindən edilən xəbərdarlığa baxmayaraq, dəyəri ödənilmiş mallar iddiaçıya təhvil verilməmiş, müqavilə ilə müəyyən edilmiş öhdəliyə əməl edilməmişdir. Həmçinin iddiaçı tərəf məhkəmə iclasında cavabdehin hesabına ödənilmiş olan həmin 105.000 manat məbləğində pul vəsaitindən ümumilikdə 30.000 manat hissəsinin qaytarıldığını etiraf edərək, Cavabdeh MMC tərəfindən həmin pulun 75000 (yetmiş beş min) manat hissəsinin qaytarılmadığını bildirmişdir. Belə olan halda İddiaçı məhkəmə qaydasında Cavabdehndən 75000 (yetmiş beş min) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh apellyasiya şikayətində Cavabdeh tərəfindən İddiaçınə 7000 manat pulun qaytarılıdığını qeyd etsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi həmin qaytarılmış pul məbləğinin hazırki mübahisələndirilən pul məbləğinə aid olmadığını, həmin pulun tərəflər arasında olmuş digər hesablaşmalar üzrə aparıldığını qeyd etmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin 57960 manat dəyərində olan 276 ədəd yeşiyin Cavabdeh tərəfindən İddiaçınə göndərildiyini qeyd etsə də, apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlillərini əsaslı hesab etmir. Əksinə, məhkəmə kollegiyasının araşdırması nəticəsində İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “meyvə məhsullarının yığılması üçün taxta kontinerlər”in alqı-satqısına dair müqavilə üzrə cavabdehin öz öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi və buna görə də Cavabdeh İddiaçınə qeyd edilən müqavilə üzrə 75.000 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e-2-2(119)-44/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar