Məhkəmə qərarları › İş №2-2(105)-66/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-66/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-66/2020 02.06.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ QƏRARDAD Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası xx xxxx 2020-ci il İş № 2-2(105)-66/2020 Sumqayıt şəhəri Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-331/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2837,80 manat əsas borc, 4002,93 manat cərimə borcu və 30 manat dövlət rüsumunun, cəmi 6870,73 manat pul vəsaitinin X2 tutularaq İddiaçı ASC-yə ödənilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-331/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan İddiaçı ASC şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin dövlət rüsumu ilə bağlı yanaşması düzgün deyildir. Çünki ilk olaraq məhkəmə əmri verilməsinə ərizə verilən zaman 20 manat dövlət rüsumu ödənilmişdir. Sonradan iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 10 manat əlavə olaraq ödəniş edilərək, iş materiallarına əlavə olunmuşdur. Hər iki dövlət rüsumu ödəniş tapşırığı və bank vasitəsilə ödənilmişdir. Məhkəmənin qərardadda qeyd etdiyi kimi yayınma halı olmamış, qanunamüvafiq olaraq dövlət rüsumları ödənilmişdir. Bundan əlavə, məhkəmə qərardadda iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına əməl olunmadığını, pretenziya məktubunun 2 il əvvəl göndərilməsinin mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilmədiyini qeyd etmişdir. Qanunda elə bir qadağa olmadığından hazırki mübahisə üçün pretenziya qaydasına əməl olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. (hakim Xəqani Tağıyev) Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X6 şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından müəyyən edilir ki, İddiaçı ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrinə görə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumu 30 manat məbləğində ödənilir. İddiaçı şikayətində əvvəllər məhkəmə əmrinin verilməsi üçün ərizə verilən zaman xx.xx.2019-cu il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hesabına 20 manat dövlət rüsumu ödənildiyinə görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 10 manat dövlət rüsumunun ödənildiyinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud iddia ərizəsi üzrə icraat iddiaçının əvvəllər məhkəmə əmrinin verilməsi barədə ərizə üzrə icraatın davamı deyildir. Hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş və iddia ərizəsinə 10 manat dövlət rüsumunun Sumqayıt Kommersiya Məhkəməsinin hesabına ödənilməsinə dair sənəd əlavə edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən məhkəmə əmrinin verilməsi üçün ərizənin qəbulundan imtina edilmiş, lakin bu barədə gec məlumat aldıqlarından, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Digər tərəfdən, iddiaçı xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsinə dair xx.xx.2018-ci il tarixli pretenziya məktubunu iddia ərizəsinə əlavə etsə də, həmin məktub hazırkı mübahisə üzrə tələbin əsasını təşkil edən iddia ərizəsində göstərilmiş xx.xx.2013-cü il tarixli və xx.xx.2016-cı il tarixli müqavilələr üzrə deyil, xx.xx.2011-ci il tarixli 1043-L/11 nömrəli müqavilə üzrədir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-331/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-331/2020 saylı xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:imza Hakimlər:imzalar. Əsli ilə düzdür. Hakim Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar