Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-67/2023 27.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2-2(119)-49/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 08 iyul 2022-ci il tarixli müqavilə üzrə 22041,04 manat məbləğində əsas borc, borcun ödənilməsini gecikdirdiyinə görə 431,2 manat məbləğində pul vəsaiti və mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 22672,24 (iyirmi iki min altı yüz yetmiş iki manat 24 qəpik) manat tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında sifariş üzrə malların alqı-satqısına dair 08 iyul 2022-ci il tarixli, 178 saylı müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə görə malların sifarişi satıcının ekspeditoru tərəfindən alıcının satış nöqtəsində, yaxud telefon və elektron poçt vasitəsilə qəbul edilir. Müqavilənin 2.3-cü bəndinə görə malların təhvil verilməsi elektron qaimə-faktura əsasında həyata keçirilir. Hazırkı elektron qaimə-faktura qəbul edildiyi andan 5 gün ərzində ləğv edilmədiyi, düzəliş tələb edilmədiyi halda, malların müvafiq qaydada təhvil verildiyini-alındığını və o cümlədən də malların lazımi qaydada, həcmdə, çəkidə, qablaşdırmada, ünvanda və ümumilikdə göstəricilər üzrə razılaşdırılmış qaydada alındığını təsdiq edir. Qeyd olunan müqavilə üzrə xx.xx.2022-ci il tarixdə alıcıya bir kiloqramı 6,4 manat olmaqla 5004,069 kq “Çerkiz” fila toyuq təhvil verilmiş, alıcının 32026,04 manat borcu yaranmışdır. Cavabdeh həmin məbləğdən 9985 manat ödəniş etmiş, 22041,04 manat borcu qalmışdır. Borcun ödənilməsi məqsədi ilə dəfələrlə şifahi müraciət olunsa da, Cavabdeh tərəfindən ödəniş hal-hazıradək həyata keçirilməmişdir. Həmçinin cavabdeh müqavilə üzrə ödənilməmiş 22041,04 (iyirmi iki min qırx bir manat 04 qəpik) manat pul vəsaitini qanunsuz özündə saxladığına görə həmin məbləğdən faizlər ödəməlidir. Bu halda Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsini nəzərə alınsa, cavabdeh tərəfindən pul öhdəliyin icra edilməməsinə görə 6,5% miqdarında faiz hesablanıb borc məbləğinə əlavə edilməlidir. Müqavilə şərtinə görə borc 30 gün ərzində ödənilməli idi. 27 avqust 2022-ci il tarixdə həmin müddət tamam olmuş, lakin borc ödənilməmişdir. 22041,04*6.5%=1432,67; 1432,67/365=3,92 manat bir günə düşən faiz məbləğidir. Artıq 50 gündür ki, borcun ödənilmədiyini və məhkəmə prosesinin də təxminən 60 gün çəkəcəyini nəzərə alaraq 110*3.92=431,2 manat faiz ödənilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2-2(119)- 49/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdehndən (VÖEN: **********) 22041,04 (iyirmi iki min qırx bir manat 04 qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla - cəmi 22241,04 (iyirmi iki min iki yüz qırx bir manat 04 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, Cavabdehndən dövlət nəfinə 156,12 (yüz əlli altı manat 12 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2-2(119)-49/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında “Çerkiz” fila toyuq məhsulunun alqı-satqısına dair 08 iyul 2022-ci il tarixdə bağlanmış 178 saylı müqavilə üzrə cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçının cavabdehə satdığı “Çerkiz” fila toyuq məhsulunun köhnə və aşağı keyfiyyətli olması səbəbindən qısa zamanda xarab olması ilə bağlı olmuşdur. Qeyd edilən səbəbdən malın 2019 kq. hissəsi alış qiymətindən iki qat aşağı qiymətə satılmışdır. Halbuki malın köhnə olması iddiaçıya əvvəlcədən bəlli olmuş, lakin iddiaçı cavabdehi bu barədə xəbərdar etməmişdir. Bu səbəbdən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra edə bilməmişdir. Bunlarla yanaşı, xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən iddiaçıya malın dəyərini təşkil edən 32.026,04 manatın 9985 manatından savayı 4.000 manat da əlavə ödəmiş, lakin iddiaçı ödənilmiş 4.000 manatı hesaba almayaraq qanunsuz ələ keçirmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış sifariş üzrə malların alqı-satqısına dair 08 iyul 2022-ci il tarixli 178 saylı müqaviləyə əsasən satıcı alıcının sifarişi əsasında malların təchizatını alıcnın mülkiyyətinə verməyi öhdəsinə götürür, alıcı isə həmin malları qəbul edərək bu müqavilənin şərtlərinə uyğun olaraq malın dəyərini ödəyir. Həmin müqavilənin 3.2-ci bəndinə görə malların dəyəri bir qayda olaraq qaiməfaktura təqdim edildikdən sonra 30 təqvim günü ərzində ödənilməlidir. İş materiallarında olan EBCA seriyalı 775765 saylı 27 iyul 2022-ci il tarixli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı Qurman Plyus” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alıcı Cavabdehnə 32026,04 manat dəyərində “çerkiz fila toyuq” satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı tərəfindən 32026,04 manat dəyərində mal Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan kredit haqqında bildirişdən görünür ki, Cavabdeh tərəfindən X4 vasitəsilə 775765 saylı qaimə üzrə İddiaçınə 9985 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında sifariş üzrə malların alqı-satqısına dair 08 iyul 2022-ci il tarixli, 178 saylı müqavilə bağlanmış, qeyd olunan elektron qaimə və təhvil-qəbul aktına əsasən “çerkiz fila toyuq” İddiaçı tərəfindən Cavabdehnə təqdim edilmiş, lakin cavabdeh həmin malların dəyərini tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında sifariş üzrə malların alqı-satqısına dair 08 iyul 2022-ci il tarixli, 178 saylı müqavilə bağlanmış, qeyd olunan müqavilə üzrə xx.xx.2022-ci il tarixdə alıcıya bir kiloqramı 6,4 manat olmaqla 5004,069 kq “Çerkiz” fila toyuq təhvil verilmiş, alıcının 32026,04 manat borcu yaranmışdır. Cavabdeh həmin məbləğdən 9985 manat ödəniş etmiş, 22041,04 manat borcu qalmışdır. Borcun ödənilməsi məqsədi ilə cavabdehə dəfələrlə şifahi müraciət olunsa da, Cavabdeh tərəfindən hal-hazıradək ödəniş həyata keçirilməmişdir. Belə olan halda İddiaçı məhkəmə qaydasında Cavabdehndən 22241,04 (iyirmi iki min iki yüz qırx bir manat 04 qəpik) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Sadalanan qanunvericilik aktının tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona məxsus pul vəsaitindən maddi hüquq normasında qeyd edildiyi kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh apellyasiya şikayətini «iddiaçının onlara satdığı “Çerkiz” fila toyuq məhsulunun köhnə və aşağı keyfiyyətli olması səbəbindən qısa zamanda xarab olması, qeyd edilən səbəbdən malın 2019 kq. hissəsinin alış qiymətindən iki qat aşağı qiymətə satılması, malın köhnə olmasının iddiaçıya əvvəlcədən bəlli olmması, cavabdehi bu barədə xəbərdar etməməsi, eləcə də cavabdeh tərəfindən iddiaçıya malın dəyərini təşkil edən 32.026,04 manatın 9985 manatından savayı 4.000 manat da əlavə ödəniş edilməsi» ilə əsaslandırsa da, öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlillərini əsaslı hesab etmir. Əksinə, məhkəmə kollegiyasının araşdırması nəticəsində İddiaçı ilə Cavabdeh arasında bağlanmış sifariş üzrə malların alqı-satqısına dair müqavilə üzrə cavabdehin öz öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi və buna görə də Cavabdeh İddiaçınə qeyd edilən müqavilə üzrə 22041,04 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2-2(119)- 49/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-67/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-67/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver