Məhkəmə qərarları › İş №2-2(105)-7/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-7/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-7/2023 09.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1050/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 29 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 4751 (dörd min yeddi yüz əlli bir) manat əsas borc, gecikdirilimiş 29 ay müddət ərzində dəymiş zərərə və qiymətlərdə müşahidə olunmuş artıma görə hesablanmış 2755 (iki min yeddi yüz əlli beş) manat, hüquqi yardımdan istifadə etmək üçün 300 (üç yüz) manat və mediator xidmətindən istifadəyə görə 100 (yüz) manat olmaqla, ümumilikdə cəmi 7906 (yeddi min doqquz yüz altı) manat məbləğində borcun tutularaq, İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 22 iyul 2016-ci il tarixdən etibarən Sumqayıt şəhəri 2 saylı Ərazi Vergilər Departamentində (VÖEN **********) qeydiyyatdan keçərək, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və iddiaçı Müəssisə rezin və plastik boruların istehsalı və satışı ilə məşğul olur. İddiaçı sahibkar olduğu üçün bir neçə müəssisə və təşkilatlarla müqavilə bağlayaraq, rəsmi qaydada satış həyata keçirir. Belə müəssisələrdən biri də Cavabdeh MMC-dir. İddiaçı MMC Cavabdeh MMC ilə 30 oktyabr 2019-cu il tarixli 38 №-li Müqavilə imzalayaraq, rəsmi qaydada alqı-satqı etməyə başlamışdır. İddiaçı hər ay cavabdehin sifariş etdiyi su və kanalizasiya borularını elektron qaimə əsasında cavabdehə təhvil vermişdir. İndiyə qədər Cavabdeh MMC ilə bağlanmış müqaviləyə əsasən 10694,61 (on min altı yüz doxsan dörd manat 61 qəpik) manat dəyərində rəsmi satış edilərək, Alıcıya elektron qaimə göndərilmişdir. Həmin borc məbləğindən cavabdeh tərəfindən müxtəlif vaxtlarda cəmi 5943 manat məbləğində pul vəsaiti iddiaçının bank hesabına rəsmi qaydada ödəniş edilmişdir. Qalan 4751 (dörd min yeddi yüz əlli bir) manat borc vəsaiti isə hələ də bu günə kimi Cavabdeh MMC tərəfindən ödənilməmişdir. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək, borcun ödənilməsini tələb etməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin qalıq borc vəsaiti ödənilməyərək, müqavilə üzrə öhdəliklər Cavabdeh MMC tərəfindən birtərəfli qaydada pozulmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, e-2-2(119)- 1050/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 4751 (dörd min yeddi yüz əlli bir) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı və 67,51 (altmış yeddi manat 51 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4918,51 (dörd min doqquz yüz on səkkiz manat 51 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: iş materiallarına əlavə olunmuş sənədlərdən də görünür ki, 2019-cu il tarixdə cavadehin götürdüyü malların dəyəri 10694 azn təşkil edirdi. İndi isə həmin malların qiymətlərində ciddi artım olduğu üçün həmin malların qiymətləri bugünki gündə 14874 azn təşkil edir. Cavabdeh borc vəsaitini 4 ildir ki, ödəməmişdir. Bu müddət ərzində dəfələrlə malların qiymətlərində artım olmuşdur. Nəticədə sahibkarlıq fəaliyyətinə ciddi şəkildə zərər dəyir. Məhkəmə işi araşdırarkən malların əvvəlki və indiki qiymətlərini müqayisə edərək işə daha obyektiv yanaşmalı idi. Tərəflərin izahatları: İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan satıcı İddiaçı MMC (VÖEN **********) ilə alıcı Cavabdeh MMC (VÖEN **********) arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 38 nömrəli Alqısatqı Müqaviləsinin şərtlərinə görə “Satıcı” plastik borular və birləşdirici hissələri (bundan sonra “mallar” adlandırılacaq) satır (2.1-ci bənd) və “Alıcı” isə “Satıcı”dan təklif olunan plastik boruları və birləşdirici hissələrini alır (2.2-ci bənd). Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, malların çeşidi, qiyməti və sayı “Alıcı”ya təqdim olunmuş qaimə fakturaya əsasən müəyyən olunur. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, “Satıcı” satılmış malları “Alıcıya” elektron qaimə-faktura əsasında təhvil verir, “Alıcı” isə elektron qaimə-faktura əsasında təhvil alır. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, ’’Satıcı” malların təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri olan sənədləri “Alıcı”ya təqdim etməlidir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, “Satıcı” satdığı malları “Alıcıya” təhvil verdikdən sonra “Alıcı” qaimə-fakturada göstərilmiş malların dəyərini 1 ay (30 gün) müddətində tam olaraq ödəyir. Həmin Müqavilənin 5.2.2-ci bəndinə əsasən, “Alıcı" hər növbəti dəfə aldığı mal üçün alış tarixindən etibarən 1 ay (30 gün) müddətində malın dəyərini tam ödəməlidir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, Cavabdeh MMC İddiaçı MMC ilə bağlanmış 30 oktyabr 2019-cu il tarixli 38 nömrəli Alqısatqı Müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 4751 (dörd min yeddi yüz əlli bir) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Lakin, “cavabdehdən gecikdirilimiş 29 ay müddət ərzində dəymiş zərərə və qiymətlərdə müşahidə olunmuş artıma görə hesablanmış 2755 manatın tutulması” hissəsində isə iddianın əsaslılığı müəyyən olunmamışdır. Eyni zamanda, həmin hissədə iddia tələbinin əsaslılığı iddia ərizəsində müvafiq qaydada əsaslandırılmamış və məhkəmə araşdırması zamanı da bu iddia tələbi, yəni “29 ay müddət ərzində dəymiş zərər və qiymətlərdə müşahidə olunmuş artıma görə hesablanmış məbləğ olaraq “2755 manatın” tutulmalı olması” tədqiq olunan sübutlar və işin konkret halları ilə təsdiq olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" MMC-yə 11 noyabr 2019-cu il tarixli EBAC 249884 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 747,70 (yeddi yüz qırx yeddi manat 70 qəpik) manat dəyərində, 15 noyabr 2019-cu il tarixli EBAC 452554 nömrəli Elektron Qaimə üzrə ƏDV daxil 6190,36 (altı min yüz doxsan manat 36 qəpik) manat dəyərində, 21 noyabr 2019-cu il tarixli EBAC 758094 nömrəli Elektron Qaimə üzrə 2181,63 (iki min yüz səksən bir manat 63 qəpik) manat dəyərində, 25 noyabr 2019-cu il tarixli EBAC 850476 nömrəli Elektron Qaimə üzrə 772,99 (yeddi yüz yetmiş iki manat 99 qəpik) manat dəyərində, 03 dekabr 2019-cu il tarixli EBAD 293504 nömrəli Elektron Qaimə üzrə 596,56 (beş yüz doxsan altı manat 56 qəpik) manat dəyərində və 03 dekabr 2019-cu il tarixli EBAD 294759 nömrəli Elektron Qaimə üzrə 205,37 (iki yüz beş manat 37 qəpik) manat dəyərində olmaqla, ümumilikdə ƏDV daxil cəmi 10694,61 (on min altı yüz doxsan dörd manat 61 qəpik) manat məbləğində müxtəlif plastik borular və birləşdirici hissələri satılmışdır. İş materiallarında olan 23 avqust 2022-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 30 oktyabr 2019-cu il tarixli 38 nömrəli Alqı-satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdehnə ümumilikdə cəmi 10694,61 manat dəyərində mal satılmış və həmin məbləğin 5943 manat hissəsi Satıcının bank hesabına ödənilmiş olsa da, 4751 manat məbləğində qalıq borc ödənilməmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, 2019-cu il tarixdə cavadehin götürdüyü malların dəyəri 10694.00 azn təşkil edirdi. İndi isə həmin malların qiymətlərində ciddi artım olduğu üçün həmin malların qiymətləri bugünki gündə 14874 azn təşkil edir. Məhkəmə işi araşdırarkən malların əvvəlki və indiki qiymətlərini müqayisə edərək işə daha obyektiv yanaşmalı idi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçı tərəfindən qiymətlərin artımı ilə əlaqədar akt təqdim olunmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, dəymiş zərər və qiymətlərdə müşahidə olunmuş artıma görə hesablanmış məbləğ olaraq “2755 manatın” tutulmalı olması” tədqiq olunan sübutlar və işin konkret halları ilə təsdiq olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş akt isə iddiaçının öz mülahizəsi ilə tərtib olunmuş aktdır. Məhkəmə kollegiyası həmin aktı qiymətlərin artımının təsdiq edilməsi ilə bağlı mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1050/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar