Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-70/2021 14.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı cavabdeh "Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə ilkin iddia ərizəsinə və qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Mənzil- Tikinti Kooperativinin ("Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçınə və Cavabdeh2nə qarşı “aktların etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-2(119)- 5/2021 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 20 iyun 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Mənzil-Tikinti Kooperativindən 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat məbləğində borcun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı tərəfindən məhkəməyə “prosessual hüquq varisliyi” barədə vəsatət və “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, “xxxx” Mənzil-Tikinti Kooperativi (VÖEN: **********) təşkilati-hüquqi formanın dəyişməsi nəticəsində yenidən təşkil edilərək "Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) çevrilmiş olduğundan, cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin hüquq varisi "Cavabdeh3" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilməsi və cavabdeh "Cavabdeh3" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat məbləğində əsas borcun, 15155,34 (on beş min yüz əlli beş manat 34 qəpik) manat məbləğində dəbbə pulunun (cərimənin) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (“Mal göndərən”) ilə “xxxx” Mənzil-Tikinti Kooperativi (“Alıcı”) arasında 2007-ci ilin 02 iyul və 01 dekabr tarixlərində betonun alqı-satqısı ilə bağlı Müqavilələr imzalanmışdır. Həmin Müqavilələrin predmetini “Mal göndərən” tərəfindən betonun (bundan sonra “Mal”) öz qüvvə və vəsaiti hesabına hazırlanaraq “Alıcı” ya təhvil verilməsi və “Alıcı” tərəfindən malın qəbul edilərək əvəzində onun qiymətinin “Mal göndərən”ə ödənilməsi təşkil edir. 02 iyul 2007-ci il tarixli Müqavilənin 3-cü bəndinə əsasən, malların, yəni beton M100 hər kub metr üçün 56 manat, Beton M150 hər kub metr üçün 50 manat, Beton M250 hər kub metr üçün 63 manat, Beton M300 hər kub metr üçün 66 manat dəyərində alqı-satqı qiyməti müəyyənləşdirilmişdir və həmin qiymətlərə ƏDV daxil deyildir. 01 dekabr 2007-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı Əlavəyə əsasən, adları qeyd olunan Malların, yəni Beton M150 hər kub metr üçün 76,7 manat, Beton M200 hər kub metr üçün 80,24 manat, Beton M250 hər kub metr üçün 84,96 manat, Beton M300 hər kub metr üçün 89,68 manat, Beton M350 hər kub metr üçün 94,4 manat, Beton M400 hər kub metr üçün 101,48 manat dəyərində alqı-satqısı nəzərdə tutulmuşdur və həmin qiymətlərə ƏDV daxildir. Malın dəyəri 02 iyul 2007-ci il tarixli müqaviləyə əsasən, “Mal göndərən” tərəfindən “Alıcı” ya təhvil verildikdən sonra 7 gün ərzində, 01 dekabr 2007-ci il tarixli müqavilənin şərtlərinə əsasən isə 5 bank günü ərzində “Alıcı” tərəfindən “Mal göndərən”ə ödənilməlidir. Həmin Müqavilələr üzrə İddiaçı MMC (“Mal göndərən”) öz öhdəliklərini yerinə yetirərək Malın göndərilməsini təmin etmiş, “xxxx” MTK (“Alıcı”) isə təhvil alınmış Mallara görə ödənişi həyata keçirməyərək, müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, İddiaçı MMC (“Mal göndərən”) və “xxxx” MTK (“Alıcı”) tərəfindən birgə tərtib olunmuş X11 əsasən, 10 oktyabr 2018-ci il tarixə “Alıcı”nın “Mal göndərən”ə borcu 303106,84 manat təşkil edir. Göstərilənlərə əsasən, İddiaçı MMC (“Mal göndərən”) ilə “xxxx” MTK (Alıcı) arasında bağlanmış 02 iyul 2007-ci il tarixli və 01 dekabr 2007-ci il tarixli Müqavilələr üzrə İddiaçı MMC-nin malları göndərməsinə dair, cavabdeh “xxxx” MTK-nın isə malları qəbul edib müvafiq olaraq 5 bank günü və 7 gün ərzində dəyərini ödəməli olmasına dair öhdəliyi yaranmışdır (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri təsvir olunur). “Mal göndərən” tərəfindən Müqavilə üzrə öhdəliklərin həyata keçirilməsi üçün “Alıcı”ya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “Alıcı” Müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. “Mal göndərən” tərəfindən həmçinin yazılı qaydada 30 aprel 2019-cu il tarixdə “Alıcı”ya pretenziya məktubu da göndərilmişdir. Göstərilənlərə əsasən İddiaçı MMC (“Mal göndərən”) ilə “xxxx” MTK (“Alıcı”) arasında bağlanmış Müqavilələr üzrə İddiaçı MMC-nin malları göndərməsinə dair, cavabdeh “xxxx” MTK-nın isə malları qəbul edib müqavilələrdə qeyd olunan müddət ərzində ödəməli olmasına dair müqavilə öhdəliyi yarandığından, habelə İddiaçı MMC və “xxxx” MTK tərəfindən birgə tərtib edilmiş X8 əsasən 10 oktyabr 2018-ci il tarixə “xxxx” MTK-nın İddiaçı MMC-yə olan borcunun 303106,84 manat təşkil etməsi etiraf olunduğundan, lakin cavabdeh “xxxx” MTK (Alıcı) tərəfindən alınmış Mal üzrə ödənilməli olan 303106,84 manat məbləğində vəsait tərəflər arasında bağlanmış Müqavilələrdə qeyd olunan müddət ərzində ödənilmədiyindən, İddiaçı MMC 303106,84 manat məbləğində pul borcunun “xxxx” MTKdan alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Çünki aralarında imzalanmış müqavilə şərtlərinə uyğun olaraq “xxxx” MTK İddiaçı MMC-yə əlavə dəyər vergisi daxil 533286,84 (beş yüz otuz üç min iki yüz səksən altı manat 84 qəpik) manat məbləğində beton təqdim olunmuşdur. “xxxx” MTK tərəfindən 230180 (iki yüz otuz min yüz səksən) manat məbləğində pul ödənilsə də, hal-hazırda “xxxx” MTK-nin İddiaçı MMC-nə 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat borcu qalmışdır. Cavabdehin səlahiyyətli nümayəndələri maliyyə vəziyyətlərinin ağır olması səbəbindən bir neçə dəfə şifahi və yazılı formada möhlət verilməsini iddiaçıdan xahiş etmişlər. “Mal göndərən” İddiaçı MMC və “alıcı” “xxxx” MTK arasında bağlanmış müqaviləyə əsasən “Alıcı” tərəfindən ödəniş gecikdirilərsə, “Mal göndərən”ə sifarişin ümumi həcminin 5%-dən artıq olmamaq şərtilə cərimə ödənilməlidir. Hal-hazırda həmin cərimənin məbləği 15155,34 (on beş min yüz əlli beş manat 34 qəpik) manat təşkil edir. İş üzrə məhkəmə prosesi zamanı cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi ("xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) İddiaçınə və Cavabdeh2nə qarşı “aktların etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən tərtib edilmiş və İddiaçı MMC ilə “xxxx” MTK arasında bağlanmış 31 dekabr 2015-ci il tarixli və 10 oktyabr 2018-ci il tarixli Üzləşmə Aktlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iş üzrə məhkəmə baxışı zamanı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxx” Mənzil-Tikinti Kooperativi ("Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyəti) “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi ilə əlaqədar İddiaçı tərəfindən cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı verilmiş pul tələbinə iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin ərizə tərəflər arasında bağlanmış müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin 2007-ci ildə bitməsinə və həmin müqavilə üzrə tələb irəli sürmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin 2010-cu ildə sona çatmasına baxmayaraq, iddiaçının müvafiq iddia ərizəsi ilə 2019-cu ildə məhkəməyə müraciət etməsi ilə əsaslandırılmışdır. İlkin iddia üzrə cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi ("Cavabdeh3” MMC) “aktların etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 31 dekabr 2015-ci il tarixli Üzləşmə Aktındakı möhür “xxxx” MTK-nə aid deyildir. Həmin Aktdakı imzanın isə ümumiyyətlə kimə məxsus olduğu bilinmir. 10 oktyabr 2018-ci il tarixli Akt imzalanarkən “xxxx” MTK-nin mühasibi iştirak etməmişdir. Mühasib qrafasındakı imza isə “xxxx” MTK-nin mühasibinə aid deyildir. Bu üzləşmə aktları İddiaçı MMC-nin təsisçisi Cavabdeh2 MMC-nin təkidi ilə imzalanmışdır. Həmin Aktlarda göstərilən rəqəmlər həqiqəti əks etdirmir. Guya Aktların əsasını təşkil edən qaimə-fakturalarda malın kimə və harada təhvil verildiyi göstərilməmiş, həmin qaiməfakturalar “xxxx” MTK-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanmamışdır. Mal təhvil verildikdən 11 il sonra belə bir aktın imzalanması və bu 11 il ərzində malın dəyərin ödənilməməsi və ümumiyyətlə tələb olunmaması ağlabatan və inandırıcı deyildir. 10 oktyabr 2018-ci il tarixli Akt aldatma nəticəsində imzalanmışdır. Belə ki, cavabdehlər 31 dekabr 2015-ci il tarixli Aktı təqdim edərək, iddiaçının borclu olduğuna dair yanlış təəssürat yaratmışlar və nəticədə “xxxx” MTK-nın əməkdaşları yanılaraq bu Aktı imzalamışlar. 31 dekabr 2015-ci il tarixli aktdakı imza və möhür “xxxx” MTK-nə aid deyildir. Ümumiyyətlə, “xxxx” MTK tərəfindən Sumqayıt şəhərinin 9-cu mikrorayonda inşa edilmiş yaşayış binasının tikintisinə 303000 manat məbləğində betonun sərf edilməsi fiziki cəhətdən mümkün deyildir. Bu xüsusatı isə ekspertiza keçirməklə müəyyənləşdirmək mümkündür. Odur ki, İddiaçı MMC ilə “xxxx” MTK arasında bağlanmış Üzləşmə Aktları əsası olmadığından etibarsız hesab edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-2(119)-5/2021 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdeh "Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat məbləğində əsas borc, 5000 (beş min) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 308136,84 (üç yüz səkkiz min yüz otuz altı manat 84 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı (VÖEN **********) xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativinin ("Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçınə və Cavabdeh2nə qarşı “aktların etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.(hakim Z.Sadiqov). Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh "Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-5/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsinin qismən – ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və ilkin iddianın tam şəkildə rədd edilməklə qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, ilkin iddia üzrə iddiaçı cavabdeh “xxxx” MTK tərəfindən 230180 manat məbləğində pul ödənilsə də, halhazırda “xxxx” MTK-nin İddiaçı MMC-nə 303106,84 manat borcu qalmasını iddia edir. Birinci instansiya məhkəməsi bu halı müəyyənləşdirmək üçün heç bir tədbir görməmiş, “xxxx” MTK-nə 02 iyul 2007-ci il və 01 dekabr 2007-ci il tarixli müqavilələr üzrə ayrıayrılıqda nə qədər beton təhvil verildiyini və həmin müqavilələr üzrə nə qədər ödəniş edildiyini, o cümlədən nə qədər qalıq qaldığını aydınlaşdırmamış, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməli olduğu halda, bunu etməmişdir. Bununla da birinci instansiya məhkəməsi MPM-nin 14.1 və 88-ci maddələrinin tələblərini pozaraq, işi tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iş materiallarında olan 31 dekabr 2015-ci il tarixli və 10 oktyabr 2018-ci il tarixli üzləşmə aktlarına istinad edərək, belə qənaətə gəmişdir ki, ilkin iddia üzrə cavabdehin 303106,84 manat borcu vardır. Lakin məhkəmə 31 dekabr 2015-ci il tarixli aktın kim tərəfindən imzalanmasını və həmin şəxsin səlahiyyətlərini aydınlaşdırmamışdır. Nəzərə almaq lazımdır ki, ilkin iddia üzrə iddiaçı mal təhvil veriləndən 12 il sonra məhkəməyə müraciət etmişdir. Halbuki, müqavilə şərtlərinə görə malın dəyəri mal təhvil verilərkən, yəni hələ 2007-ci ildə ödənilməli idi. 12 il ərzində malın dəyərinin ödənilməməsi və ümumiyyətlə tələb olunmaması ağlabatan və inandırıcı deyildir. Tərəflər arasında bağlanmış müqavilələrdə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti 2007-ci ildə bitmiş və həmin müqavilələr üzrə tələb irəli sürmək hüququ 2010-cu ildə sona çatmışdır. Bunu görən İddiaçı MMC 2015-ci ildə çox güman ki “xxxx” MTK-nin əvvəlki təsisçilərinin köməkliyi ilə 31 dekabr 2015-ci il tarixli aktı tərtib edərək, ona “xxxx” MTK-nin möhürünü vurmağa nail olmuş, sonradan isə həmin aktın əsasında cavabdehin borclu olmasına dair yanlış təəssürat yaratmış və nəticədə cavabdehin əməkdaşları yanılaraq, 10 oktyabr 2018-ci il tarixli aktı imzalamışlar. İddiaçı MMC bu aktın onlara guya vergi və maliyyə orqanları qarşısında hesabat vermələri üçün lazım olduğunu bildirmişlər. Yalnız 10 oktyabr 2018-ci il tarixli aktı müxtəlif üsul və vasitələrlə əldə etdikdən sonra ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə aktlarda ilkin iddia üzrə cavabdehin möhürlərinin olması ilə kifayətlənərək, aktların mötəbərliliyini araşdırmamışdır. Halbuki, 2018-ci il tarixli aktın aldatma yolu ilə bağlanıldığı bildirilmişdir. 2015-ci il tarixli akt isə ümumiyyətlə tərəflərindən imzalanmamışdır. Ümumiyyətlə məhkəmə nəzərə almamışdır ki, bu 12 il ərzində İddiaçı MMC bir dəfə də olsun onlara rəsmi şəkildə müraciət etməmiş, öz borcunu tələb etməmişdir. Tərəflərin izahatları: İddiaçı, cavabdehlər "Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı, cavabdehlərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, e-2- 2(119)-5/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, hazırki işin hallarından görünür ki, İddiaçı (“Mal göndərən”) ilə “xxxx” Mənzil-Tikinti Kooperativi (“Alıcı”) arasında 02 iyul 2007-ci il tarixli Hazır X13 və 01 dekabr 2007-ci il tarixli Göndərmə Müqaviləsi bağlanmışdır. Həmin müqavilə şərtlərinə uyğun olaraq qiymət razılaşma protokolu və qaimə-fakturalar əsasında tərəflər arasında hazır beton məhsullarının alqı-satqısı yerinə yetirilmişdir. Həmin alqı-satqı üzrə satılmış hazır beton məhsullarının dəyərinin bir hissəsi, yəni 230180 (iki yüz otuz min yüz səksən) manat məbləğində pul vəsaiti “alıcı” “xxxx” MTK tərəfindən “Mal göndərən” İddiaçı MMCnə ödənilsə də, 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat məbləğində pul vəsaiti ödənilməmişdir. "İddiaçı" MMC və “xxxx” MTK arasında imzalanıb-möhürlənmiş 10 oktyabr 2018ci il tarixli X6 "xxxx" MTK-nın 10 oktyabr 2018-ci il tarixinə "İddiaçı" MMC-nə 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat məbləğində borcunun olduğu təsdiqlənmişdir. Aktın məzmunundan görünür ki, "xxxx" MTK 10 oktyabr 2018-ci il tarixinə "İddiaçı" MMC-nə 303106,84 manat məbləğində borcunun olmasını qəbul etmiş və 25 noyabr 2018-ci il tarixə kimi həmin borcun 100000 (bir yüz min) manatını, 25 dekabr 2018-ci ildən gec olmayaraq isə qalan 203106,84 (iki yüz üç min yüz altı manat 84 qəpik) manat hissəsini ödəməsini üzərinə götürmüş və həmin Aktda bu şərtlər tərəflər arasında razılaşdırılmışdır. Həmin Akt "xxxx" MTK-nın direktoru X9 (aktın üç yerində) və "xxxx" MTK-nın təsisçisi kimi qeyd olunmuş Hacıyev Nofəl tərəfindən imzalanmış və "xxxx" MTK-nə aid möhürlə möhürlənmişdir. Lakin 10 oktyabr 2018-ci il tarixli X6 qeyd olunan şərtlər "xxxx" MTK tərəfindən yerinə yetirilmədiyi üçün İddiaçı MMC 20 iyun 2019-cu ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan İddiaçı MMC (“Mal göndərən”) ilə “xxxx” MTK (“Alıcı”) arasında bağlanmış 01 dekabr 2007-ci il tarixli Göndərmə Müqavilənin 5.1-cü bəndinə əsasən, tərəflərdən biri bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa, yəni malın göndərilməsi «Mal göndərən» tərəfindən, ödəniş isə «Alıcı» tərəfindən gecikdirilirsə, günahkar tərəf digər tərəfə gecikdirilən hər gün üçün sifarişin ümumi dəyərinin 0,1 % məbləğində cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği sifarişin ümumi məbləğinin 5 %-dən artıq ola bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, ekspertiza tədqiqatları nəticəsində 10 oktyabr 2018-ci il tarixli X5 “xxxx” Mənzil-Tikinti Kooperativinə aid edilən möhür və imzaların mötəbərliliyi və həqiqiliyi öz təsdiqini tapmaqla yanaşı, hazırkı iş üzrə “xxxx” MTK-nin təmsil edilməsi üçün nümayəndə Vəkil1 verilmiş 08 aprel 2019-cu il tarixli Etibarnamədəki və 10 oktyabr 2018-ci il tarixli X5 möhür əkslərinin də öz aralarında eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "Cavabdeh3” Məhdud Məsuliyyətli Cəmiyyəti (“xxxx” Mənzil-Tikinti Kooperativi) 10 oktyabr 2018-ci il tarixli X5 və eləcə də, bundan daha əvvəl tərtib edilmiş 31 dekabr 2015-ci il tarixli X5 “xxxx” Mənzil-Tikinti Kooperativinə aid edilən imza və möhürləri mübahisələndirdiyi üçün iş üzrə müvafiq ekspertizalar keçirilərək, ekspertiza rəyləri alınmış və həmin ekspertiza rəyləri ilə 10 oktyabr 2018-ci il tarixli X5 “xxxx” Mənzil-Tikinti Kooperativinə aid edilən möhür və imzaların mötəbərliliyi və həqiqiliyi öz təsdiqini tapmışdır. 1.Belə ki, iş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 18 noyabr 2019-cu il tarixli 27291 №-li Ekspert Rəyindən görünür ki, ekspertrizaya təqdim olunmuş iqtisadi işin 57-ci vərəqəsində olan “İddiaçı" MMC ilə “xxxx” MTK arasında bağlanmış 10 oktyabr 2018-ci il tarixli X7 yuxarı sağ küncündə “Təsdiq edirəm “xxxx” MTK-nın Direktoru”xxxx“xxxx MTK-nin Baş mühasibi”xxxx“Qeyd - Mən, xxxx MTK-nin təsisçisi” qrafasındakı imza – X9 (“xxxx” MTK-nın Direktoru) tərəfindən icra olunmuşdur.
2. İş üzrə keçirilmiş sənədlərin texniki ekspertizasının 04 dekabr 2019-cu il tarixli 27552 №-li Ekspert Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı MMC ilə “xxxx” MTK arasında bağlanmış 31 dekabr 2015-ci il tarixli və 10 oktyabr 2018-ci il tarixli Üzləşmə Aktlarının üzərlərində olan möhür əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərin üzərinə bir başa vurulmuşdur. Tədqiqata təqdim edilmiş İddiaçı MMC ilə “xxxx” MTK arasında bağlanmış 31 dekabr 2015-ci il tarixli və 10 oktyabr 2018-ci il tarixi Üzləşmə Aktlarının üzərlərində olan “Azərbaycan Respublikası Mənzil Tikinti Kooperativi xxxx” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər.
3. İş üzrə keçirilmiş sənədlərin texniki ekspertizasının 12 may 2020-ci il tarixli 5/92 №-li Ekspert Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin 56 və 57-ci səhifələrindəki 31 dekabr 2015-ci il tarixli və 10 oktyabr 2018-ci il tarixli X1 “xxxx” MTKnın möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş mülki işin 56 və 57-ci səhifələrindəki 31.12.2015-ci il tarixli və 10.10.2018-ci il tarixli X3 “xxxx” MTK-nın möhür əksləri ekspertizaya təqdim edilmiş “xxxx” Mənzil- Tikinti Kooperativinin eksperimental əks nümunələri ilə eynilik təşkil etmir.
4. Sumqayıt Kommersiya Məhkəməsində ilk iddia üzrə cavabeh (qarşılıqlı iddia üzrə iddiaçı) "Cavabdeh3” MMC-nin (“xxxx” MTK) nümayəndəsi Vəkil1 iş materiallarında olan, “xxxx” Mənzil-Tikinti Kooperativinin direktoru Vaqif Əmiraslanov tərəfindən imzalanmış 08 aprel 2019-cu il tarixli Etibarnamənin təsdiq edilməsində istifadə edilən “xxxx” Mənzil-Tikinti Kooperativinə aid möhürlə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət ilə “xxxx” Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 31 dekabr 2015-ci il tarixli və 10 oktyabr 2018-ci il tarixli X4 təsdiq edilməsində istifadə edilən “xxxx” Mənzil-Tikinti Kooperativinə aid möhürün eyni olmasını mübahisələndirmiş və bu səbəbdən iş üzrə həmin möhürlərin eyniliyinin yoxlanılması zərurəti yaranmış, məhkəmənin 07 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə sənədlərin texniki ekspertizası təyin edilərək, ekspert qarşısında “xxxx” Mənzil-Tikinti Kooperativinin direktoru Vaqif Əmiraslanov tərəfindən imzalanaraq Vəkil1 verilmiş 08 aprel 2019-cu il tarixli Etibarnamənin (iş vərəqi: 09) təsdiq edilməsində istifadə edilən “xxxx” Mənzil-Tikinti Kooperativinə aid möhürlə "İddiaçı” MMC ilə “xxxx” MTK arasında bağlanmış 31 dekabr 2015-ci il tarixli (iş vərəqi: 56) və 10 oktyabr 2018-ci il (iş vərəqi: 57) tarixli X3 istifadə edilən möhürlərin eyni olub-olmaması sualı qoyulmuşdur. 28 oktyabr 2020-ci il tarixli 5/722 №-li Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş 08 aprel 2019-cu il tarixli Etibarnamədəki (i/v: 9), 31 dekabr 2015-ci il tarixli (i/v: 56) və 10 oktyabr 2018-ci il tarixli (i/v: 57) X2 möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur və eləcə də, təqdim edilmiş 08 aprel 2019cu il tarixli Etibarnamədəki, 31 dekabr 2015-ci il tarixli və 10 oktyabr 2018-ci il tarixli X2 möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Göründüyü kimi, ekspertiza tədqiqatları nəticəsində 10 oktyabr 2018-ci il tarixli X5 “xxxx” Mənzil-Tikinti Kooperativinə aid edilən möhür və imzaların mötəbərliliyi və həqiqiliyi öz təsdiqini tapmaqla yanaşı, “xxxx” MTK-nin təmsil edilməsi üçün nümayəndəyə verilmiş 08 aprel 2019-cu il tarixli Etibarnamədəki və 10 oktyabr 2018-ci il tarixli X5 möhür əkslərinin öz aralarında eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “alıcı” “xxxx” MTK (hal-hazırda Cavabdeh3 MMC) 02 iyul 2007-ci il tarixli hazır X13, 01 dekabr 2007-ci il tarixli Göndərmə Müqaviləsi və 10 oktyabr 2018-ci il tarixli X10 ilə müəyyən edilmiş öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və “mal göndərən” İddiaçınə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da, 10 oktyabr 2018-ci il tarixinədək 303106,84 (üç yüz üç min yüz altı manat 84 qəpik) manat məbləğində pul vəsaiti alıcı “xxxx” MTK tərəfindən satıcı “mal göndərən” İddiaçı MMC-nə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İlkin iddia üzrə cavabdeh tərəfindən apelyasiya baxışı zamanı apelyasiya şikayətinin əsaslı olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş ekspert rəylərindən görünür ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud olmuş, “xxxx” Mənzil-Tikinti Kooperativinə aid edilən möhür və imzaların mötəbərliliyi və həqiqiliyi isə bir neçə dəfə keçirilmiş ekspert rəyləri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən Sumqayıt Apelyasiya Məhkəməsinin 14.06.2021-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdehin nümayəndəsi A,Vəkil1 məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatəti təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Mənzil- Tikinti Kooperativinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçınə və Cavabdeh2nə qarşı “aktların etibarsız hesab edilməsi” barədə apelyasiya şikayətinin dəlilləri əsassızdır. İş materiallarından görünür ki, ilkin iddia üzrə cavabdehin nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, tərəflər arasında mübahisələndirilən X10 10 oktyabr 2018-ci ildə tərtib edildiyindən və həmin üzləşdirmə aktında cavabdeh 25 noyabr 2018-ci il tarixə kimi həmin borcun 100000 (bir yüz min) manatını, 25 dekabr 2018-ci ildən gec olmayaraq isə qalan 203106,84 (iki yüz üç min yüz altı manat 84 qəpik) manat hissəsini ödəməsini üzərinə götürdüyündən, məhkəməyə isə müvafiq iddia ərizəsi ilə 20.06.2019-cu ildə müraciət edildiyindən hazırki mübahisəyə iddia müddəti tətbiq oluna bilməz. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Beləliklə kollegiya yuxarıda qeyd olunanlarla apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işə apelyasiya qaydasında baxılması üçün ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir.
NƏTİCƏ HİSSƏ
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh3" Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 16.02.2021-ci il tarixli e-2-2(119)- 5/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.