Məhkəmə qərarları › İş №2-2(105)-71/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-71/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-71/2022 18.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-213/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 11 yanvar 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 avqust 2021-ci il tarixinə hesablanmış 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli müqavilə üzrə 812 (səkkiz yüz on iki) manat gecikdirilmiş əsas borc və 325,90 (üç yüz iyirmi beş manat 90 qəpik) manat cərimə, 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli müqavilə üzrə 1431 (min dörd yüz otuz bir) manat gecikdirilmiş əsas borc və 731,24 (yeddi yüz otuz bir manat 24 qəpik) manat cərimə, 28 noyabr 2017-ci il tarixli 2353-GL/17 nömrəli müqavilə üzrə 7570 (yeddi min beş yüz yetmiş) manat gecikdirilmiş əsas borc və 3135,49 (üç min yüz otuz beş manat 49 qəpik) manat cərimə, 24 fevral 2018-ci il tarixli 452-GL/18 nömrəli müqavilə üzrə 5234 (beş min iki yüz otuz dörd) manat gecikdirilmiş əsas borc və 1817,41 (min səkkiz yüz on yeddi manat 41 qəpik) manat cərimə və hüquqi yardımla əlaqədar ödənilmiş 350 (üç yüz əlli) manat xidmət haqqı olmaqla, cəmi 21407,04 (iyirmi bir min dörd yüz yeddi manat 04 qəpik) manat məbləğində pul vəsaitinin cavabeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq verən "xxxx" ASC ("xxxx" ASC) ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarilxli 1852-L/15 nömrəli, xx.xx.2016-cı il tarixli 161-GL/16 nömrəli, xx.xx.2017-ci il tarixli 2353-GL/17 nömrəli və xx.xx.2018-ci il tarixli 452-GL/18 nömrəli lizinq müqavilələrinə əsasən Lizinq alan dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Lakin, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 30 avqust 2021-ci il tarixinə 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli müqavilə üzrə 812 manat gecikdirilmiş əsas borc və 325,90 manat cərimə, 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli müqavilə üzrə 1431 manat gecikdirilmiş əsas borc və 731,24 manat cərimə, 28 noyabr 2017-ci il tarixli 2353-GL/17 nömrəli müqavilə üzrə 7570 manat gecikdirilmiş əsas borc və 3135,49 manat cərimə və 24 fevral 2018-ci il tarixli 452-GL/18 nömrəli müqavilə üzrə 5234 manat gecikdirilmiş əsas borc və 1817,41 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış Müqavilələrin 4.2ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə mübahisənin həll edilməsi mümkün olmamışdır. Eləcə də, hazırkı mübahisə ilə əlaqədar hüquqi yardım göstərilməsi üçün vəkilə müraciət edilmiş və hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə vəkilə 350 manat məbləğində pul ödənilmiş və həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (Qeyd: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmiş (ötürülmüşdür)). Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-213/2022 nömrəli, 07 aprel 2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh (VÖEN **********) 30 avqust 2021-ci il tarixinə hesablanmış 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli müqavilə üzrə 812 (səkkiz yüz on iki) manat məbləğində əsas borc və 40 (qırx) manat məbləğində cərimə, 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli müqavilə üzrə 1431 (min dörd yüz otuz bir) manat məbləğində əsas borc və 80 (səksən) manat məbləğində cərimə, 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli müqavilə üzrə 7570 (yeddi min beş yüz yetmiş) manat məbləğində əsas borc və 300 (üç yüz) manat məbləğində cərimə, 15 oktyabr 2018-ci il tarixli 452-GL/18 nömrəli müqavilə üzrə 5234 (beş min iki yüz otuz dörd) manat məbləğində əsas borc və 200 (iki yüz) manat məbləğində cərimə və hüquqi yardımla əlaqədar ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı olmaqla cəmi 16017 (on altı min on yeddi) manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə 137 (yüz otuz yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.(hakim Zülfüqar Sadiqov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə prosesində müqavilə üzrə əsas borcun tutulmasına etiraz etməmiş və iddia tələbində qeyd olunan cərimə borclarının ondan tutulmamasını xahiş etmişdir. Mediasiya prosesinin təşkili və keçirilməsi barədə məlumatı olmamış və bu barədə məhkəmədə X2 keçirilib-keçirilməməsi barədə obyektiv araşdırma aparmamışdır. İddiaçı tərəfindən “X1 Barədə Təklif” və Mediasiya Sessiyasına “Dəvət Məktubu” ünvanına göndərilməmişdir. Yuxarıda qeyd olunan mübahisənin mediasiya vasitəsilə həll edilməsi iddiaçı tərəfindən ona təklif olmamışdır. Bu barədə iddiaçı tərəf ünvanına göndərdiyi “X1 Barədə Təklif”-in poçt qəbzlərini və məktubun çatdırılması barədə sənədi məhkəməyə təqdim etməmişdir. Mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən X3 iştirak edilməsinə dair nə “Dəvət Məktubu” ünvanına göndərilmədiyindən, nə X2 tarixi və yeri barədə məlumatı olmamış, nə də hansı Mediator tərəfindən X2 keçirilməsi barədə məlumatı olmamışdır. X3 iştirakı təmin olunmadığı üçün iddiaçı mediatorun arayışını formal olaraq işə əlavə edib, halbuki birinci instansiya məhkəməsində mediasiya Sessiyasında istirakın təmin olunmasına dair iddiaçı tərəf heç bir sübüt təqdim etməmişdir və belə bir halda iddia tələbinə baxılmasının mümkünsüzlüyü barədə qərardad qəbul edilməli idi. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi və bildirdi ki, borc məbləğini mübahisələndirmir, yalnız cərimə borcunun tam silinməsini xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cavabdehi dinləyərək, hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli 1852L/15 nömrəli, 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli, 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli və 15 oktyabr 2018-ci il tarixli 452-GL/18 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqavilələr üzrə sonuncu tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək, vaxtlı-vaxtında lizinq ödənişləri edilmədiyindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hər bir müqavilə üzrə gecikdirilmiş əsas borc məbləğləri və cərimə borcları hesablanmışdır: Belə ki, “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” Cavabdeh arasında bağlanmış 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Lizinq alan” Cavabdeh 5 (beş) il müddətinə “AGHBM-N24” markalı gübrəsəpən və taxılsəpən ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 30 avqust 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 2848 (iki min səkkiz yüz qırx səkkiz) manat məbləğində ödəniş edilmiş və 30 avqust 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 812 (səkkiz yüz on iki) manat ödənilməmiş əsas borcu və 325,90 (üç yüz iyirmi beş manat 90 qəpik) manat məbləğində cərimə borcu vardır. Bundan başqa, “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” Cavabdeh arasında bağlanmış 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə, həmin Müqavilənin spesifikasıyasına (Əlavə № 1) və ödəniş qrafikinə (Əlavə № 2) əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh 6 (altı) il müddətinə “AGTTT-1” markalı səyyar toxumtəmizləyən ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 30 avqust 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 2071 (iki min yetmiş bir) manat məbləğində ödəniş edilmiş və 30 avqust 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 1431 (min dörd yüz otuz bir) manat ödənilməmiş əsas borcu və 731,24 (yeddi yüz otuz bir manat 24 qəpik) manat məbləğində cərimə borcu vardır. Bundan başqa, “Lizinq verən” "xxxx" ASC ilə “Lizinq alan” Cavabdeh arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh “New Holland TC5050” markalı taxılyığan kombayn ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 30 avqust 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 4428 (dörd min dörd yüz iyirmi səkkiz) manat məbləğində ödəniş edilmiş və 30 avqust 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 7570 (yeddi min beş yüz yetmiş) manat ödənilməmiş əsas borcu və 3135,49 (üç min yüz otuz beş manat 49 qəpik) manat məbləğində cərimə borcu vardır (həmin müqavilə ilə əlaqədar Xüsusi Komisiyyanın iclası 28 noyabr 2017-ci ildə keçirilmişdir). Bundan başqa, “Lizinq verən” "xxxx" ASC ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli 452-GL/18 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqaviləyə əsasən “Lizinq verən” "xxxx" ASC tərəfindən “Lizinq alan” Cavabdeh ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə “Belarus-1221” markalı traktor və “Can-P.-5” markalı 5 gövdəli (təkərli) Kotan dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 30 avqust 2021-ci il tarixli Maliyyə Arayışında göstərilir ki, 15 oktyabr 2018-ci il tarixli 452-GL/18 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh tərəfindən cəmi 5953 (beş min doqquz yüz əlli üç) manat məbləğində ödəniş edilmiş və 30 avqust 2021-ci il tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 5234 (beş min iki yüz otuz dörd) manat məbləğində ödənilməmiş əsas borcu və 1817,41 (min səkkiz yüz on yeddi manat 41 qəpik) manat məbləğində cərimə borcu vardır (həmin müqavilə ilə əlaqədar Xüsusi Komisiyyanın iclası 24 fevral 2018-ci ildə keçirilmişdir). Lizinq verən və Lizinq alan arasında bağlanmış yuxarıda qeyd olunan 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli, 19 yanvar 2016-cı il tarixli 161GL/16 nömrəli, 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli və 15 oktyabr 2018-ci il tarixli 452-GL/18 nömrəli Müqavilələrin müvafiq oalraq 4.2-ci bəndlərinə əsasən, Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Birinci instansiya məhkəməsi müqavilələr üzrə əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbini əsaslı hesab etmiş və həmin hissədə iddianı tam təmin etmişdir. Müqavilələr üzrə cərimə məbləğləri ilə bağlı hissədə isə məhkəmə iddia tələbini qismən təmin etmiş və hesab etmişdir ki, işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla cərimə məbləğləri azaldılmalı və Cavabdeh 09 oktyabr 2015-ci il tarixli 1852-L/15 nömrəli müqavilə üzrə 40 (qırx) manat, 19 yanvar 2016-cı il tarixli 161-GL/16 nömrəli müqavilə üzrə 80 (səksən) manat, 15 oktyabr 2018-ci il tarixli 2353-GL/17 nömrəli müqavilə üzrə 300 (üç yüz) manat və 15 oktyabr 2018-ci il tarixli 452-GL/18 nömrəli müqavilə üzrə 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Lizinq Müqavilələrinin tələblərinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, Ödəniş Qrafikinə riayət olunmadığı halda iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan cərimə məbləğlərinin də artması və cərimə məbləğlərinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cərimə məbləğinin müəyyən edilməsi ilə bağlı mövqeyini əsaslı və qanuni hesab edir. Cavabdehin apellyasiya şikayətinin cərimə məbləğinin tam silinməli olması barədə mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi ilə dəbbə pulunun yalnız azaldıla bilməsi nəzərdə tutulmuşdur. Apellyasiya şikayətinin digər bir dəlili isə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmaması və bu əsasla iddia ərizəsinin baxılmamış saxlanmalı olmasıdır. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər siyahısında X3n sonra prosesin davam etdirilə bilməməsi barədə arayışla müəyyən olunur ki, həmin arayış iddiaçı və cavabdehin X3 iştirak etdiyini təsdiq etmək üçün verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2-2(119)-213/2022 nömrəli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2-2(119)- 213/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar