Məhkəmə qərarları › İş №2-2(105)-73/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-73/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-73/2025 03.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdehn nümayəndəsi Vəkil və direktoru X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, e-2-2(119)-301/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 23281,40 (iyirmi üç min iki yüz səksən bir manat qırx qəpik) manat məbləğində əsas borcun, 2328 (iki min üç yüz iyirmi səkkiz) manat məbləğində cərimənin, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat məbləğində xidmət haqqının və 197 (yüz doxsan yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 15 fevral 2022-ci il tarixli 009/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı əvvəlcədən hər iki tərəfin razılaşdırdığı qaydada verilmiş sifarişə uyğun malları orada göstərilən çeşiddə və miqdarda alıcının tam mülkiyyətinə verir, alıcı isə bunun müqabilində malların dəyərini müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydalarda satıcıya ödəməyi öhdəsinə götürür. "xxxx" MMC "xxxx" MMC-nin sifarişi əsasında razılaşdırma protokolunda göstərilən malları sifarişçiyə təhvil vermiş, lakin müqavilə üzrə satılmış malların dəyəri bu günədək ödənilməmişdir. "xxxx" MMC-nin "xxxx" MMC-yə cəmi 23281,40 (iyirmi üç min iki yüz səksən bir manat qırx qəpik) manat məbləğində borcu mövcuddur. Müqavilənin 2.1-ci bəndinə əsasən hər sifariş üzrə alıcı tərəfindən malların dəyərinin 100%-i mallar tam təhvil verildikdən sonra satıcının bank hesabına ödənilir. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər arasında təsdiq edilən qaimə-fakturalar satıcının malları alıcıya təhvil verdiyini təsdiq edən sənəddir. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə satıcı hər gecikən gün üçün gecikdirilən məbləğin 0,1%-i həcmində alıcıya cərimə tətbiq edə bilər, lakin bu cərimə müqavilənin ümumi məbləğinin 10%-dən çox olmamalıdır. İddiaçı tərəfindən bütün mallar tam təhvil verilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəlik pozulmuş və onun iddiaçıya 23281,40 (iyirmi üç min iki yüz səksən bir manat qırx qəpik) manat məbləğində əsas borcu, 2328 (iki min üç yüz iyirmi səkkiz) manat cərimə borcu yaranmışdır. Cavabdeh nümayəndəsi Vəkil 14 aprel 2025-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı razılaşdırma protokolunda göstərilən malları cavabdehə çatdırmamış və tərəflər arasında təhvil-təslim aktı mövcud deyildir. İddiaçı iddia tələbi ilə bağlı sadəcə elektron qaimə-fakturalara istinad edərək tərəflər arasında borcun olduğunu sübut etməyə çalışır. Lakin tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsaslanaraq borcun tələb olunması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarı ilə ziddiyyət təşkil edir və ona görə bu tələbin əsasını təşkil edə bilməz. Belə ki, elektron qaimələr satıcı (iddiaçı) tərəfindən elektron formada hazırlanan və alıcıya (cavabdehə) göndərilən sənədlərdir. Bu sənədlər adətən malın satışı, xidmətin göstərilməsi və ya işin görülməsi ilə bağlı əməliyyatları əks etdirir. Bu məlumatlar arasında tərəflərin məlumatları, malın və ya xidmətin təsviri, miqdarı, qiyməti və vergi məlumatları yer alır, yəni iddiaçının cavabdehə elektron qaimə göndərməsi cavabdeh tərəfindən iddiaçının yerinə yetirdiyi işlərin qəbul edilməsi və həmin işlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən birtərəfli qaydada təqdim edilən elektron qaimə-fakturalar tərəflər arasında borcun təsdiq edilməsini əsaslandırmaq üçün sübut qismində qəbul edilə bilməz. Qeyd olunanlardan başqa tərəflər arasında olan müqavilənin 3.4-cü bəndinə əsasən mallar alıcıya təhvil-təslim aktı ilə verilməli və malların təhvil-təslim zamanı alıcının nümayəndələri satıcının nümayəndələri ilə birlikdə mallara baxış keçirə, kəmiyyətini və keyfiyyətini yoxlaya bilər. Yəni bir sözlə mallar verilərkən təhvil-təslim aktı müqaviləyə əsasən mütləq olmalıdır, lakin iş materiallarında təhvil-təslim aktı mövcud deyildir. Ona görə də iddia tələbi əsaslı deyil və təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında göstərilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, e-2-2(119)-301/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 23281,40 (iyirmi üç min iki yüz səksən bir manat qırx qəpik) manat məbləğində əsas borc,1165 (min yüz altmış beş) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 426 (dörd yüz iyirmi altı) manat məbləğində xidmət haqqı və 163,34 (yüz altmış üç manat otuz dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 25035,74 (iyirmi beş min otuz beş manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Həlimə Aliyeva). Cavabdeh tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, e-2-2(119)-301/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması və dövlət rüsumu kimi ödənilmiş 83 manatın iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Razılaşdırma protokolunda göstərilən malları cavabdehə çatdırmamış və ümumiyyətlə də cavabdeh də bunu tam şəkildə inkar edir, çünki tərəflər arasında təhvil-təslim aktı mövcud deyil. İddiaçı iddia tələbi ilə bağlı sadəcə elektron qaimələrə istinad edərək tərəflər arasında borcun olduğunu sübut etməyə çalışır, lakin tərəflər arasında olan müqavilənin 2.2-ci bəndinə əsaslanaraq borcun tələb olunması elə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarı ilə ziddiyyət təşkil edir və ona görə də bu tələbin əsasını təşkil edə bilməz. Ümumiyyətlə, elektron qaimələr dedikdə satıcı ( yəni iddiaçı) tərəfindən elektron formada hazırlanan və alıcıya (cavabdehə) göndərilən sənədlərdir ki, bu sənədlər adətən malın satışı, xidmətin göstərilməsi və ya işin görülməsi ilə bağlı əməliyyatları əks etdirir. Bu məlumatlar arasında tərəflərin məlumatları, malın və ya xidmətin təsviri, miqdarı, qiyməti və vergi məlumatları yer alır, yəni iddiaçının cavabdehə elektron qaimə göndərməsi cavabdeh tərəfindən iddiaçının yerinə yetirdiyi işlərin qəbul edilməsi və həmin işlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən birtərəfli qaydada təqdim edilən elektron qaimə-fakturalar tərəflər arasında borcun təsdiq edilməsini əsaslandırmaq üçün sübut qismində qəbul edilə bilməz. İddiaçı iddia ərizəsində qeyd edir ki, 15 fevral 2022- ci il tarixli 009/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 23281,40 manat dəyərində mal satılmış, lakin Cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək həmin malların dəyərini ödəməmişdir. Tərəflər arasında olan müqavilənin 3.4-cü bəndinə əsasən Mallar alıcıya təhvil-təslim aktı ilə verilməli və malların təhvil-təslim zamanı Alıcının nümayəndələri Satıcının nümayəndələri ilə birlikdə Mallara baxış keçirə, kəmiyyətini və keyfiyyətini yoxlaya bilər. Yani bir sözlə mallar verilərkən təhvil-təslim aktı müqaviləyə əsasən mütləq olmalıdır, lakin iş materiallarında təhvil-təslim aktı mövcud deyil, ona görə də iddia tələbi əsaslı deyil və təmin oluna bilməz. İşə baxan 1-ci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi sübutları qəbul etməməklə, onlara hüquqi qiymət verməməklə həqiqətə nail olmaq, işin hərtərəfli və obyektiv tədqiqi məqsədi daşıyan araşdırma aparmamışdır. Qətnamədə məhkəmə bir tərəfdən, yalnız iddiaçının formal mülahizələrini və gümanlarını qeyd edib, eləcə də gəldiyi nəticənin hansı sübutlara söykəndiyini əsaslandırmayıb. Digər tərəfdən, qeyd edilən maddənin tələblərini pozaraq, cavabdehin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün heç bir dəlil gətirməyib. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdehn nümayəndəsi Vəkil və direktoru X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməklə, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 15 fevral 2022-ci il tarixli 009/22 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bədinə əsasən satıcı əvvəlcədən hər iki tərəfin razılaşdırdığı qaydada verilmiş sifarişə uyğun malları orada göstərilən çeşiddə və miqdarda alıcının tam mülkiyyətinə verir, alıcı isə bunun müqabilində malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydalara uyğun olaraq satıcıya ödəyir. 2.1-ci bəndinə əsasən hər sifariş üzrə alıcı tərəfindən malların dəyərinin 100%-i avans olaraq 7 iş günü ərzində satıcının bank hesabına ödənilir. 2.2-ci bəndinə əsasən tərəflər arasında təsdiq edilən qaimə-fakturalar satıcının malları alıcıya təhvil verdiyini təsdiq edən sənəddir. 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə Malların Satıcı tərəfindən Alıcıya təchizatı Müqavilə imzalandıqdan sonra Alıcının göndərmiş olduğu sifarişlərə əsasən həyata keçirilir. Mallann təchizatı Alıcı tərəfindən təqdim olunmuş sifarişinə əsasən həyata keçirilir. Satıcı təqdim olunmuş Alıcının sifarişini aldıqdan sonra 2 iş günü ərzində, sifarişdə qeyd olunmuş Malların mövcudluğunu və qiymətini müəyyən edir və Alıcıya bunun barədə məlumat (təklif) təqdim edir. Alıcı təklif ilə razı olduğu təqdirdə, alınacaq Mallar üzrə "Razılaşma Protokolu" tərtib olunur və “Tərəflər" arasında təsdiq olunur. Razılaşma Protokolunda alınacaq Malların adı, çeşidi, miqdarı, çatdırılma müddəti və qiyməti(dəyəri) müəyyən olunur. Satıcı Malların təchizatını müvafiq Razılaşma Protokolunda göstərilmiş müddətdə həyala keçirir. Çatdırılmış Malların təhvili müvafiq qaimələrlə təsdiq olunur. Alıcı sifariş etdiyi Malları Satıcının ünvan 1 ünvanında yerləşən mərkəzi anbarından təhvil alır. 3.2-ci bəndinə əsasən Satıcı təqdim edilən malların keyfiyyətinə, istehsalçının təlimatlarına müvafiq olaraq saxlandığı və istifadə olunduğu təqdirdə, mal təchiz edildiyi tarixdən 1 (bir) il ərzində zəmanət müddətini təyin edir. 3.3-cü bəndinə əsasən 1 (bir) il müddət ərzində hər iki tərəfin yoxlaması zamanı təqdim olunmuş malların istehsalat qüsurları və çatışmazlıqları aşkarlanarsa Satıcı bütün zərəri öz hesabına aradan qaldırmalı, bərpa etməli və ya sifarişə uyğun olaraq ekvivalent mallar ilə əvəz etməlidir. 3.4-cü bəndinə əsasən mallar alıcıya təhvil-təslim aktı ilə verilir. Malların təhvil-təslim zamanı Alıcının nümayəndələri Satıcının nümayəndələri ilə birlikdə Mallara baxış keçirə, kəmiyyətini və kefiyyətini yoxlaya bilər. 3.5-ci bəndinə əsasən Mallar Alıcıya təhvil verildikdən sonra onlann daşınması və çatdırılması zamanı zədələnməsi. korlanması, təsadüfi məhv olması və bütün digər risklər Alıcının üzərinə düşür. 3.6-cı bəndinə əsasən Mallar bu müqavilə ilə müəyyən edilmiş qaydada Alıcıya təhvil verildikdən sonra onların zədələnməsi, korlanması, təsadüfi məhv olması və bütün digər risklər Alıcıya keçir. 4.1.2-ci bəndinə əsasən alıcıdan malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək satıcının hüququdur. 4.1.3-cü bəndinə əsasən Alıcı bu Müqavilə ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasından birtərəfli imtina etmək və Alıcıdan vurulmuş zərərin ödənilməsini tələb etmək satıcının hüququdur. 4.4.1-ci bəndinə əsasən Malları bu Müqavilə ilə müəyyən edilmiş qaydada qəbul etmək alıcının vəzifəsidir. 4.4.2-ci bəndinə əsasən malların qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. 5.2-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə satıcı hər gecikən gün üçün gecikdirilən məbləğin 0,1% həcmində alıcıya cərimə tətbiq edə bilər, lakin bu cərimə müqavilənin ümumi məbləğinin 10%-dən çox olmamalıdır. 5.5-ci bəndinə əsasən Bu Müqavilə ilə müəyyən edilmiş ilkin ödənişin Alıcı tərəfindən Müqavilə ilə müəyyən olunmuş müddətdə ödənilməməsi halında Satıcının Müqavilənin icrasından imtina edərək Müqaviləyə birtərəli qaydada xitam vermək və dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İş materiallarında olan 15 fevral 2022-ci il tarixli 009/22 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan Qiymətlərin razılaşdırılma protokoluna əsasən ümumilikdə 21629,40 manat dəyərində malların miqdarı və qiyməti tərəflər arasında razılaşdırılmışdır. İş materiallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdehnə 21629,40 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBR seriyalı 529595 nömrəli elektron qaimə-faktura təqdim olunmuş və həmin elektron qaimə-faktura cavabdeh tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdehnə 1652 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBS seriyalı 684058 nömrəli elektron qaimə-faktura təqdim olunmuş və həmin elektron qaimə-faktura sistem tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışında göstərilir ki, 15 fevral 2022-ci il tarixli 009/22 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə 23281,40 (iyirmi üç min iki yüz səksən bir manat qırx qəpik) manat məbləğində əsas borcu vardır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunan hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müvafiq malları Cavabdehnə satsa da, cavabdeh malların dəyərini ödəməyərək müqavilə öhdəliklərini lazımi qaydada icra etməmişdir. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Cavabdehnə 21629,40 manat və 1652 manat dəyərində malların satılması ilə əlaqədar iki ədəd elektron qaiməfaktura göndərilmiş, onlardan birincisi cavabdeh tərəfindən, ikincisi sistem tərəfindən təsdiq edilmişdir. Cavabdeh tərəfindən hər iki elektron qaimə-faktura üzrə malların satılmasına və təhvil verilməsinə etiraz olunmamış və hər hər hansı dəqiqləşmə aparılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırki iş üzrə mübahisənin mahiyyəti malların cavabdehə təhvil verilibverilməməsi ilə bağlıdır. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdən yalnız biri xx.xx.2022-ci il tarixli EBBR seriyalı 529595 nömrəli elektron qaimə-faktura cavabdeh tərəfindən təsdiq edilmişdir. Lakin cavabdeh malların ona təhvil verilmədiyini bildirərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında qeyd edilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı mübahisənin əsası müqaviləyə əsasən tələb olunan miqdarda malın verilməməsi ilə bağlı olduğundan, ilk növbədə onların arasında bağlanmış 15 fevral 2022-ci il tarixli 009/22 nömrəli alqı-satqı müqaviləsinin məzmununa diqqət edilməlidir. Həmin müqavilənin məzmununa diqqət yetirildikdə onun bəzi bəndləri arasında ziddiyyətlər olduğu müəyyən olunur.Əsas ziddiyyətlər isə müqavilənin 2.2-ci və 3.4-cü bəndləridir.Buna görə müqavilənin digər şərtlərinə əlaqəli şəkildə qiymət verilməlidir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən hər sifariş üzrə alıcı tərəfindən malların dəyərinin 100%-i avans olaraq 7 iş günü ərzində satıcının bank hesabına ödənilir. Lakin iddiaçının nümayəndəsi müqavilənin 2.1-ci bəndini iddia ərizəsində təhrif olunmuş şəkildə qeyd etmişdir: “Müqavilənin 2.1-ci bəndinə əsasən hər sifariş üzrə alıcı tərəfindən malların dəyərinin 100%-i mallar tam təhvil verildikdən sonra satıcının bank hesabına ödənilir”. Müqavilənin 3.4-cü bəndinə əsasən isə mallar alıcıya təhvil-təslim aktı ilə verilir. Malların təhvil-təslim zamanı Alıcının nümayəndələri Satıcının nümayəndələri ilə birlikdə Mallara baxış keçirə, kəmiyyətini və kefiyyətini yoxlaya bilər. Bunun məntiqi davamı olaraq müqavilənin 3.5-ci bəndinə görə Mallar Alıcıya təhvil verildikdən sonra onlann daşınması və çatdırılması zamanı zədələnməsi. korlanması, təsadüfi məhv olması və bütün digər risklər Alıcının üzərinə düşür. Müqavilənin 3.6-cı bəndinə görə Mallar bu müqavilə ilə müəyyən edilmiş qaydada Alıcıya təhvil verildikdən sonra onların zədələnməsi, korlanması, təsadüfi məhv olması və bütün digər risklər Alıcıya keçir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı sifariş etdiyi Malları Satıcının ünvan 1 ünvanında yerləşən mərkəzi anbarından təhvil alır. İşin 26-cı vərəqində olan iddiaçının nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ərizədə iddiaçının hazırki iş üzrə təqdim edəcək əlavə sübutlarının olmadığı göstərilmişdir.Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilədə nəzərdə tutulan mallar iddiaçının müqavilədə göstərilən mərkəzi anbarından nəyə görə təhvil-təslim aktı ilə alıcıya təqdim olunmamış, bunun hansı üzrlü səbəblərdən baş verməsinə iddiaçı hər hansı aydınlıq gətirmək istəməmişdir.Halbuki bu müqavilənin mühüm şərti kimi təsbit olunmuşdur.İddiaçının müqavilənin yalnız 2.2-ci bəndinə istinad etməsi isə müqavilənin digər bəndlərinə, həmçinin yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən əsaslı hesab edilə bilməz. Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki müqavilə 15 fevral 2022-ci il tarixdə iddiaçının əvvəlki direktoru olmuş Emruz İsgəndərov tərəfindən imzalanmış, hazırki iddia ərizəsi ilə isə iddiaçının indiki direktoru olan Cavanşir Hüseynovun xx.xx.2025-ci il tarixdə verdiyi etibarnamə əsasında birinci instansiya məhkəməsinə müraciət olunmuşdur.Lakin bununla belə iddiaçı tərəfindən ötən 2 il 11 ay ərzində pulun hansı səbəblərdən cavabdeh tərəfindən ödənilməsinə dair danışıqlar aparılması, Razılaşmalar olması və s. ilə bağlı hər hansı sübutlar təqdim olunmamışdır. Mülki Məcəllənin 399-cu maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin maddənin tələbləri baxımından müqavilənin şərtləri tərəflər üçün məcburidir və yuxarıda qeyd olunduğu kimi malların təhvil-təslim aktı ilə verilməsi müqavilənin mühüm şərti kimi qeyd edilmişdir. Müqavilə şərtlərinə əsasən (müqavilənin 3.4-cü bəndi) malın alıcıya (cavabdehə) təqdim edilməsi üzrə sübutetmə yükü də, MPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür. Lakin işin hallarına əsasən müəyyən edilir ki, iddiaçı öz iddiasını təsdiq edən sübut qismində yalnız elektron qaiməni təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı malların göndərildiyini mübahisələndirsə də, hər hansı digər mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmin malların cavabdehə təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Göründüyü kimi təhvil-təslim aktının olmaması riskini daşımaq iddiaçıya məxsusdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2-ci maddəsinə əsasən tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qanunvericilik normlarının tələblərini nəzərə almadan və işin hallarının düzgün araşdırmadan iddianı qismən təmin etmiş, bununla da düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Buna görə qətnamə ləğv edilməklə, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, e-2-2(119)- 301/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu İddiaçındən alınaraq Cavabdehnə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar