Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-80/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X1 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı-nin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya işi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 414/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-414/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. (hakim Z.Sadiqov) Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-414/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia məhkəməyə verilməmişdən əvvəl pretenziya qaydalarına riayət olunmuş və xx xxx 2020-ci il tarixdə cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh SS605020887AZ bar kodlu poçt qəbzi vasitəsi ilə müraciət olunmuş və cavabı olaraq xx.xx.2020-ci il tarixdə alınmasını təsdiqləyən qeydlə rəsmiləşdirilmişdir. Qeyd olunan poçt qəbzinin surəti iddiaya əlavə edilmişdir. Lakin texniki səbəblərdən məhkəməyə verilən elektron iddiaya əlavə edilmiş sənədlərin çatımlılığında müəyyən problemlər olmuşdur. Ona görə də, təkrarən həmin qəbz və digər müvafiq sənədləri əlavə edərək hakimə təqdim edir və iddianın icraata edilməklə baxılmasına köməklik olunmasını xahiş edirlər. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-414/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsinin elektron sistemə daxil edilməsi zamanı portalda problemlər olmuş, sənədlərin göndərilməsi zamanı çətinliklərlə üzləşmiş, bu barədə portalın işlək olması üçün məsul olan şəxslərə yazılı müraciət etmişdir və cavab olaraq portalda problemlərin tezliklə aradan qaldırılacağı bildirilmişdir. Nümayəndə həmçinin portalda problem olması səbəbindən sənədlərin hamısını lazımi qaydada təqdim edə bilməməsini birinci instansiya məhkəməsinə bildirmişdir və tezliklə portalda problem aradan qaldırılan kimi sənədləri iddia ərizəsinə əlavə edəcəyini bildirmişdir. Lakin Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-414/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə portalın işlək olmasına məsul şəxslə yazışmanı, iddia ərizəsinin və pretenziyanın cavabdehə çatdırılması barədə xəbərnamələri məhkəmə kollegiyasına təqdim etdi və Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-414/2020 saylı xx xxxx 2020-ci il tarixli və e-2-2(119)-414/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadlarının ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını, nümayəndə tərəfindən təqdim olunmuş sübutları və şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-414/2020 saylı xx xxxx 2020-ci il tarixli və e-2-2(119)- 414/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadları ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı 24.570 (iyirmi dörd min beş yüz yetmiş) ABŞ dolları məbləğində əsas borcu və 30 manat məbləğində dövlət rüsumunu mübahisələndirmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)- 414/2020 saylı qərardadı ilə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin Cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı bir sənədin (sübut) iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmaması, həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət edilməsini təsdiq edən sənədin (sübutu) iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilməməsi əsas gətirilərək iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd edilən əsaslarla geri qaytararkən işinfaktikihallarınadüzgünhüquqiqiymətverməmiş və düzgün nəticəyə gəlməmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamənin bir üzünün surətindən görünür ki, xx xxx 2020-ci il tarixdə cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh SS605020887AZ bar kodlu poçt qəbzi vasitəsi ilə müraciət olunmuşdur. Həmçinin iddia ərizəsinə əlavə edilmiş digər bir SS605020887AZ bar kodlu poçt qəbzi vasitəsi ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə göndəriş edilmişdir. İddiaçının nümayəndəsi şikayətində məhz texniki nasazlıq səbəbindən məhkəməyə verilən elektron iddiaya əlavə edilmiş sənədlərin natamam olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən iddia ərizəsinin və pretenziyanın cavabdehə məhkəməyə müraciət etməzdən əvvəl təqdim etməsi barədə sübutlara baxış keçirilmiş və iddia ərizəsinin və pretenziyanın lazımi qaydada cavabdehə təqdim olunması sübut olunmuşdur. Bu hal birinci instansiya məhkəməsinin 18 iyun tarixli qərardadı ilə də mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Kollegiya nəzərə alır ki, xx.xx.2020-ci il tarixdə yəni iddia ərizəsi portala daxil edildiyi gün iddiaçının nümayəndəsi portalda problem olması ilə bağlı məsul şəxslə yazışmalar aparmış və məhz bu amil iş üzrə mövcudluğu və cavabdehə çatdırlması şübhə doğurmayan iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisəni məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına riayət etməsini təsdiq edən sənədin portala daxil edilməsinə maneə olmuşdur. Ona görə də, iddia ərizəsinin qeyd olunan halla bağlı geri qaytarılması işə mahiyyəti üzrə baxılmasına maneə deyildir, bu halda iddia ərizəsi geri qaytarıla bilməzdi. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa - mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki,İddiaçı-nin şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-414/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, “iddia ərizəsinin icraata qəbul edilməsi” məsələsinə yenidən baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398, 400-cü, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı-nin şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-414/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadıvə şikayət təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin e-2-2(119)-414/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadıləğvedilsin. İddiaçı-nin “iddia ərizəsinin icraata qəbul edilməsi” barədə ərizəsinə yenidən baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Fərmayıl Zeynallı
Məhkəmə qərarları › İş №2-2(105)-80/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-80/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver