Məhkəmə qərarları › İş №2-2(105)-80/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-80/2024

26.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-80/2024 26.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, Ağakişiyeva Lətafət Almazxan qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbinə dair” və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-2(119)-6/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Sumqayıt Kommersiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-2(119)-6/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbinə dair” iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi, həmçinin birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin birləşdirilmiş iş üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən İddiaçı və Cavabdeh apellyasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı 24 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi və mülkiyyət hüququnun bərpa olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın – “ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək, iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə prosesi başlanmışdır (e-2-2(119)- 6/2024 nömrəli kommersiya işi). Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı tərəfindən 09 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması barədə” ərizə təqdim edilərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın - ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin Cavabdeh qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı iddiaçının mülkiyyət hüququnun bərpa olunması və cavabdeh "xxxx" MMC-dən 400000 (dörd yüz min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbinə dair” iddia ərizəsi ilə bağlı kommersiya işi üzrə məhkəmə prosesi aparıldığı dövrdə, yəni 01 mart 2023-cü ildə Cavabdeh iddiaçı olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh qismində İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi tələbinə dair” ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı müqavilə öhdəliklərini pozması nəticəsində dəymiş ümumilikdə 1979093,14 manat məbləğində maddi zərərin və çəkilmiş məhkəmə xərclərinin (dövlət rüsumu, mediasiya və hüquqi yardım xərci) əvəzinin tutulub iddiaçı Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək, iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə prosesi başlanmışdır (e-2-2(119)-14/2024 nömrəli kommersiya işi). Sumqayıt Kommersiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli e-2-2(119)-14/2024 nömrəli qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi tələbinə dair” e-2-2(119)-14/2024 nömrəli kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbinə dair” e-2-2(119)-6/2024 nömrəli kommersiya işinə birləşdirilmiş və bundan sonra hər iki iddia tələbləri üzrə bir icraatda məhkəmə prosesi davam etdirilmişdir (e-2-2(119)-6/2024 nömrə ilə). İddiaçı tərəfindən “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbinə dair” iddiası ilkin iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə onunla əsaslandırılmışdır ki, o, 08 iyul 2021-ci ildə Bakı şəhəri 11 saylı notariat ofisində Cavabdeh MMC ilə icarə müqaviləsi bağlayaraq, mülkiyyətçisi olduğu “ünvan 1 ünvanında yerləşən torpaq sahəsini və üzərindəki qeyriyaşayış sahəsini (əmlak kompleksini) 2021-ci ilin oktyabr ayından etibarən aylıq 50000 (əlli min) manat icarə haqqı ödənilməsi şərti ilə Cavabdeh MMC-yə icarəyə vermişdir. İcarə müqaviləsi bağlandığı tarixdə icarə obyektində təmir işləri tamamlanmış vəziyyətdə olmuş, obyektdə boya, elektrik, santexnika işləri tam şəkildə görülmüş, əlavə olaraq obyektin ofis hissəsi mebellərlə təchiz olunmuşdur. İcarə obyekti 2021-ci ilin iyul ayında istifadə üçün tam yararlı vəziyyətdə “Grand-Mart" MMC-yə təhvil verilmişdir. Bundan sonra Cavabdeh MMC orada fəaliyyət istiqamətinə uyğun kiçik təmir işləri aparmış, market fəaliyyəti üçün zəruri avadanlıqları obyektə yerləşdirmiş və bununla da icarə obyektini şəxsi mühafizəsi altına almışdır. İcarə müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh MMC-yə market fəaliyyəti üçün müvafiq işıqlandırma işlərinin görülməsi, avadanlıqların gətirilib quraşdırılması, obyektdə yerləşəcək mağazanın fəaliyyətə başlaması üçün 3 ay vaxt verilmişdir. Həmin möhlət 2021-ci ilin oktyabr ayında başa çatmışdır. Cavabdehə 23 noyabr 2021-ci il tarixli yazılı xəbərnamə göndərilərək 3 aylıq müddət başa çatdığı üçün həmin tarixdən etibarən icarə haqqının hesablanmağa başlanması barədə xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlığa cavabdeh “Grand-Mart" MMC tərəfindən hər hansı bir etiraz və ya pretenziya irəli sürülməmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən Cavabdeh MMC tərəfindən 5 aylıq icarə haqqı (250000 manat) ona ödənilmişdir (sonradan həmin vəsaitin 100000 manatı icarə obyektində isitmə-soyutma sisteminin quraşdırılması məqsədi ilə yenidən Cavabdeh MMC-yə qaytarılmışdır). Cavabdehə verilən möhlət 2021-ci ilin oktyabr ayında bitdiyindən cavabdeh tərəfindən edilən həmin ödəniş növbəti ayların (2021-ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar və fevral aylarının) icarə haqqı olaraq nəzərə alınmışdır. Bununla belə, cavabdeh 2022-ci ilin mart ayından etibarən icarə haqqını müxtəlif bəhanələrlə ödəməkdən yayınmaqdadır. Bununla bağlı Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanmış, icarə haqqının ödənilməməsi ilə bağlı xəbərdarlıq edilmiş, borc olaraq yığılmış icarə haqqının ödənmədiyi və bundan sonra da hər ay vaxtında ödənməyəcəyi təqdirdə, müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi, yığılmış icarə haqqı borcunun və bu müddət ərzində iddiaçıya dəymiş ziyanın ödənilməsi və icarə obyektinin boşaldılaraq təhvil verilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh MMC 08 iyul 2021-ci il tarixli icarə müqaviləsi üzrə öhdəliklərini pozmaqda davam edir. İddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaranmış mübahisənin həlli üçün güzəşt təkliflərinə baxmayaraq, cavabdeh icarə hüquq münasibətləri üzrə öhdəliklərini yerinə yetirmək əvəzinə, əsassız bəyanatlarla, təhdid və hədə-qorxu vasitəsi ilə məsuliyyətdən yayınmağa, müqavilənin şərtlərini kobud şəkildə pozmasına haqq qazandırmağa çalışır. Buna görə də iddiaçı pozulan hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin 08 iyul 2021-ci il tarixli icarə müqaviləsi üzrə hazırkı tarixə 6 aylıq (2022-ci ilin mart, aprel, may, iyun, iyul və avqust) icarə haqqı borcu yaranmışdır. Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozduğundan və hazırda da pozmağa davam etdiyindən icarə müqaviləsi iddiaçı icarəyə verən tərəfindən ləğv edilmişdir (Mülki Məcəllənin 700.3, 685.2 və 719.7-ci maddələrinə əsasən). Tərəflər arasında bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinin 10.3.3-cü bəndində icarəçi tərəfindən 3 aylıq icarə haqqı ödənilmədiyi halda, müqaviləyə xitam verilməsi nəzərdə tutulmuşdur. Beləliklə, tərəflər arasındakı icarə müqaviləsi iddiaçı tərəfindən tam qanuni əsaslarla birtərəfli qaydada ləğv edildiyindən, hazırda Cavabdeh MMC-nin “ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsi (əmlak kompleksi) üzərində sahibliyi qanunsuzdur. Buna görə də, iddiaçı mülkiyyətçisi olduğu əmlakın Cavabdeh MMC-nin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. Bundan əlavə, “Daşınmaz Əmlakın Dövlət Reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın, yəni ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin Cavabdeh MMCnin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı iddiaçının mülkiyyət hüququnun bərpa olunması barədə” iddia tələbi üzrə 2022-ci ilin mart ayından - noyabr ayına qədər olan ödənilməmiş 8 aylıq icarə haqqı məbləği də cavabdehdən tutulmalıdır. Bu səbəbdən də, icarə haqqının ödənilməsi ilə bağlı tələbin həcminin artırılması zərurəti yaranmışdır. Həm prosessual qənaət prinsipi, həm də ilkin mediasiya prosesində qeyd edilən məsələ nəzərdə tutulduğundan, “iddia tələbinin həcminin artırılması barədə” ərizə də məhkəmə tərəfindən nəzərə alınmalı və daşınmaz əmlakın dövlət reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın - ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyriyaşayış sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı iddiaçının mülkiyyət hüququnun bərpa olunması və iddiaçının xeyrinə Cavabdeh MMC-dən 400000 (dörd yüz min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməlidir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh tərəfindən “vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddiası onunla əsaslandırılmışdır ki, icarəyə verən İddiaçı ilə (bundan sonra – İcarəyə verən) icarəçi Cavabdeh MMC (bundan sonra – İcarəçi) arasında notarial qaydada bağlanmış 08 iyul 2021-ci il tarixli İcarə müqaviləsinə (bundan sonra – Müqavilə) əsasən, Quba Rayon İcra Hakimiyyəti başçısının 27 mart 2018-ci il tarixli 50 saylı sərəncamına görə ümumi sahəsi 6000 kv.m olan “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası (bundan sonra – İcarə obyekti), həmin sahəyə dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış əldə etməklə, ticarət və kommersiya obyekti təyinatı ilə istifadə edilməsi üçün 15 il müddətinə aylıq icarə haqqı 50000 manat olmaqla, icarəyə verən tərəfindən icarəçiyə icarəyə verilmişdir (bənd 1.1, 2.1, 3.1). Müqaviləyə əsasən (bənd 3.3) 5 aylıq icarə haqqı (250000 manat) icarəçi tərəfindən icarəyə verənin "xxxx" ASC-nin Sumqayıt şəhər filialında olan hesabına 17 iyul 2021-ci il tarixdə köçürmə yolu ilə öncədən ödənilmişdir. Müqavilə şərtinə görə (bənd 3.2) icarə haqqının ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən hesablanması razılaşdırılmışdır. 15 iyun 2022-ci il tarixdə icarə obyektində “Megastore” mağazasının açılışı olmuşdur. Lakin, müqavilənin bağlanmasından ötən müddət ərzində müqavilənin bir sıra şərtləri və müqaviləyə əsasən üzərinə düşən öhdəliklər icarəyə verən tərəfindən kobud şəkildə pozularaq icra edilməmişdir ki, bunun nəticəsində icarəçi aşağıda qeyd edilən məbləğdə maddi zərərə məruz qalmışdır: icarə obyektini isitmə və soyutma sistemi ilə təmin etmək (bənd 6.4), yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və sanitar-gigiyena qaydalarına uyğun olaraq istifadəyə vermək (bənd 7.1.1), obyektin yanğına qarşı və digər icbari sığortalarını öz hesabına təmin etmək (bənd 7.1.12) - öhdəlikləri icra edilməmiş və bu səbəbdən də İcarəçi həmin işləri məcburən özü yerinə yetirərək, isitmə-soyutma və təndir havalandırma sisteminin quraşdırılmasına 372130,23 manat, yanğın söndürmə sistemi və siqnalizasiya işlərinin görülməsinə 139291,51 manat olmaqla, cəmi 511421,74 manat xərc çəkmişdir (sübut qismində əlavə olunur: "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli xx/xx/2022 saylı müqavilə, həmin müqaviləyə əlavə olaraq qiymətlərin razılaşdırılması protokolları – 9 ədəd, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 168669 saylı və xx.xx.2022-ci il tarixli EBBY seriyalı 550727, 552606, 553449, 571524, 577687, 579533, 581405, 585406 saylı elektron qaimələr, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları – 18 ədəd və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli UNİ/D 03-697/22 saylı mütəxəssis rəyi). Bundan əlavə, icarə obyektində elektrik xətləri üçün sayğacları təmir işləri bitənədək quraşdırıb hazır vəziyyətə gətirmək (bənd 6.3), elektrik gücünü təmin etmək (bənd 7.1.1), bununla bağlı texniki şərtləri öz hesabına almaq (bənd 7.1.9) - öhdəlikləri icra edilməmiş və bu səbəbdən İcarəçi işıq generatoru icarəyə götürməyə məcbur olmuş, əlavə olaraq öz hesabına transformator, işıq generatoru və digər elektrik avadanlıqları almış, generatorun icarəsinə, servis (yağ dəyişmə), daşınma işlərinə və yanacaq sərfinə görə 243272,40 manat xərc çəkmişdir (sübut qismində əlavə olunur: "xxxx" MMC ilə bağlanmış xx.xx.2022ci il tarixli 03/2022 saylı müqavilə, xx.xx.2022-ci il tarixli 02/2022 saylı hesab-faktura, xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokolu, xx.xx.2022-ci il tarixli EBBY seriyalı 722533 saylı, xx.xx.2022-ci il tarixli EBBY seriyalı 723537 saylı elektron qaimələr, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları – 6 ədəd və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli UNİ/D 03-697/22 saylı mütəxəssis rəyi). İcarəçi İcarə obyektində su anbarının tikilməsi, su çəninin quraşdırılması və su xəttinin çəkilməsi üçün 50350,30 manat xərc çəkmişdir (sübut qismində əlavə olunur: “X8” MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 001/22 saylı müqavilə, həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 03 saylı əlavə razılaşma, xx.xx.2022-ci il tarixli 04 saylı hesab-faktura, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 958961 saylı elektron qaimə, xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları – 2 ədəd və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli UNİ/D 03- 697/22 saylı mütəxəssis rəyi). İcarə obyektinin qarşısında və ətrafında avtodayanacaqdan istifadəyə şərait yaratmaq öhdəliyi (bənd 7.1.7) icra edilməmiş, buna görə İcarəçi dayanacağın yaradılmasına və asfaltlanmasına 13438,70 manat xərc çəkmişdir (sübut qismində əlavə olunur: "xxxx" MMC-nin 05 dekabr 2022-ci il tarixli UNİ/D 03-697/22 saylı mütəxəssis rəyi). 15 iyun 2022ci il tarixdə mağazanın açılışı zamanı transformatorun olmaması səbəbindən işıq təchizatında yaranmış problemlər nəticəsində mağazada külli miqdarda ərzaq məhsulları xarab olmuş və nəticədə icarəçiyə 45510 manat maddi zərər dəymişdir (sübut qismində əlavə olunur: "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli UNİ/D 03-697/22 saylı mütəxəssis rəyi, məhsulların satışa yararsız hala düşməsi barədə xx.xx.2022-ci il tarixli aktlar). İcarə obyektini müqavilə bağlandığı tarixdən ən geci 3 ay ərzində təmir işlərini bitirib təyinatına uyğun şəkildə, tam işlək və yararlı vəziyyətdə təhvil-təslim aktı əsasında təqdim etmək öhdəliyini (bənd 4.1, 4.2, 4.3, 6.1 və 6.2) icra etməmiş, nəticədə ticarət sahəsi gec fəaliyyətə başlamış, icarəçi biznes plana uyğun olaraq supermarketin fəaliyyəti nəticəsində orta aylıq xalis mənfəət kimi hər bir ay üçün əldə edə biləcəyi 71510 manat məbləğdə gəlirdən məhrum olmuş və əldən çıxmış fayda 10 ay üçün 715100 manat təşkil etmişdir (sübut qismində əlavə olunur: "xxxx" MMC-nin 21 dekabr 2022-ci il tarixli UNİ/D 38-732/22 saylı mütəxəssis rəyi). Həmçinin, icarəçi müqaviləyə əsasən nəzərdə tutulan fəaliyyət istiqaməti üzrə hazırlanan biznes planın icrası ilə əlaqədar "xxxx" ASC-dən illik 13,5 % dərəcəsi ilə, aylıq 40000 manat faiz olmaqla ******* manat kredit götürmüş və 10 ay üçün 400000 manat faiz ödəməli olmuşdur (sübut qismində əlavə olunur: "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubu). Beləliklə, icarəyə verənin müqavilə öhdəliklərini pozması ucbatından icarəçiyə ümumilikdə 1979093,14 manat məbləğində maddi zərər dəymişdir. Müqavilənin 9.1-ci bəndinə əsasən, tərəflər bu müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə, bunun nəticəsində digər tərəfə dəyən zərəri tam miqdarda ödəməlidir. Müqavilənin 9.6-cı bəndinə əsasən, müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. Qeyd olunanlara və müqavilənin 11.3-cü bəndinə əsaslanaraq, icarəçi 15 iyul 2022-ci il tarixli 045 saylı və 08 avqust 2022ci il tarixli 050 saylı məktublarla icarəyə verənə müraciət edərək, dəymiş zərərin ödənilməsini tələb etmiş, əks halda müqavilənin 11.4-cü bəndinə əsasən sözügedən məbləğin və əlavə yaranacaq xərclərin ondan məhkəmə qaydasında tələb olunacağını və məsələ həllini tapana kimi zərər məbləğinin hər ayın icarə haqqından tutulacağını xatırlatmışdır. İcarəyə verən isə həmin məktublara 10 avqust 2022-ci il tarixli cavab məktubunda icarəçinin iddia etdiyi zərər məbləğini qəbul etməmiş, əksinə, ondan 2022-ci ilin mart-avqust aylarının guya ödənilməmiş icarə haqlarını tələb edərək, əks təqdirdə müqaviləyə birtərəfli qaydada xitam verəcəyini bildirmişdir. Daha sonra isə icarəyə verən icarəçiyə qarşı müvafiq iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, həmin iddiada guya icarəçi 2022-ci ilin mart-avqust aylarının (6 ay) icarə haqlarını ödəmədiyinə görə müqavilənin 10.3.3-cü bəndinə əsasən müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verdiyini əsas tutmaqla, icarə obyektinin icarəçinin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka sahiblik və istifadə ilə bağlı mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki, müqavilənin icarəyə verən tərəfindən birtərəfli qaydada ləğvi üçün heç bir faktiki və hüquqi əsas olmamış, belə ləğv üçün əsas gətirdiyi hal (guya 2022-ci ilin mart-avqust aylarının (6 ay) icarə haqlarının ödənilməməsi) isə əsassız olmaqla, həqiqəti əks etdirməmişdir. Çünki, müqavilə ilə müəyyən edilmiş şərtlərə əsasən icarə haqqının ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən hesablanması razılaşdırılmış (bənd 3.2), icarə obyektində “Megastore” mağazasının açılışı isə 15 iyun 2022-ci il tarixdə olmuş və 5 aylıq icarə haqqı (250000 manat) icarəçi tərəfindən icarəyə verənə 17 iyul 2021-ci il tarixdə köçürmə yolu ilə öncədən ödənilmişdir (bənd 3.3). Belə olan halda, həmin məbləğ 15 iyun 2022-ci ildən 15 noyabr 2022-ci ilədək olan 5 aylıq dövr üçün icarə haqqının ödənişi kimi nəzərə alınmalı olduğuna görə, icarəyə verənin müqaviləyə guya icarə borcunun olması bəhanəsi ilə birtərəfli xitam verməyə əsası yaranmamış və hüququ olmamışdır. 15 noyabr 2022-ci ildən 15 dekabr 2022-ci ilədək, 15 dekabr 2022-ci ildən 15 yanvar 2023-cü ilədək və 15 yanvar 2023-cü ildən 15 fevral 2023-cü ilədək olan dövrlər üçün aylıq 50000 icarə haqları isə icarəçi tərəfindən icarəyə verənin "xxxx" ASC-nin Sumqayıt şəhər filialında olan hesabına müvafiq olaraq 06 dekabr 2022, 11 yanvar 2023 və 07 fevral 2023-ci il tarixlərdə köçürmə yolu ilə ödənilmişdir. Maddi zərərlə bağlı yuxarıda təsvir olunan mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün icarəçi tərəfindən icarəyə verənə təklif göndərilmiş, ilkin mediasiya sessiyası üçün mediasiya təşkilatına ərizə verilmiş və mediasiyanın nəticəsinə dair müvafiq arayış alınmışdır. Həmçinin, icarəçi tərəfindən icarəyə verənə müqavilə öhdəliklərini pozması nəticəsində icarəçiyə dəymiş maddi zərərin ödənilməsini təmin etməyə dair pretenziya göndərilmiş, lakin nəticəsi olmamışdır. Ona görə də, pozulmuş hüququnun bərpasına nail olmaq üçün icarəçi icarəyə verənə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin yuxarıda şərh edilən faktiki hallarına əsasən hesab edilir ki, iddia təmin olunaraq, cavabdeh İddiaçı müqavilə öhdəliklərini pozması nəticəsində dəymiş ümumilikdə 1979093,14 manat məbləğində maddi zərərin və çəkilmiş məhkəmə xərclərinin əvəzi tutulub iddiaçı Cavabdeh MMC-yə ödənilməlidir. Birləşdirilmiş iddia tələblərinin araşdırıldığı hazırkı kommersiya işi üzrə İddiaçı Cavabdehnə qarşı vermiş olduğu “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbinə dar” iddiası ilə əlaqədar və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh tərəfindən ona qarşı verilmiş “vurulmuş zərərin ödənilməsi barədə” iddia tələbi ilə əlaqədar “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinə qarşı yazılı etiraz” (13 aprel 2023-cü ildə), “iddia tələbinə qarşı yazılı etiraz” (28 mart 2024-cü ildə) və 25 aprel 2024-cü ildə isə yazılı “Məhkəmə çıxışı” təqdim edərək, İddiaçı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbinə dar” iddiasının təmin olunaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın - ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin Cavabdeh qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı mülkiyyət hüququnun bərpa olunması və Cavabdehndən 400000 (dörd yüz min) manat məbləğində pul vəsaitinin tutulması, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh tərəfindən ona qarşı verilən “vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddianın isə təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və həmin yazılı müraciətlərdə iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı mövqeyi tərəflər arasında bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinin şərtləri, icarəçi Cavabdeh MMC tərəfindən icarə haqqı müvafiq qaydada ödənmədiyi üçün həmin müqavilənin icarəyəverən İddiaçı tərəfindən birtərəfli qaydada xitam olunması və tərəflər arasında aparılan yazışmalar ilə əsaslandırılmışdır. Həmçinin, yuxarıda qeyd olunan birləşdirilmiş iddia tələblərinin araşdırıldığı hazırkı kommersiya işi üzrə cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh tərəfindən İddiaçı vermiş olduğu “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbinə dair” iddiası və birləşdirilmiş iş üzrə iddiaçı olaraq Cavabdeh birləşdirilmiş iş üzrə cavabdeh qismində İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddiası ilə əlaqədar “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinə qarşı yazılı İzahat (iddiaya etiraz)” (09 mart 2023-cü ildə), “İzahata əlavə (iddiaya etiraz)” (27 mart 2023-cü ildə) və 23 aprel 2024-cü ildə isə yazılı “Məhkəmə çıxışı” təqdim edərək, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin “vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddiasının təmin olunaraq, həmin tələb üzrə cavabdeh İddiaçı müqavilə öhdəliklərini pozması nəticəsində dəymiş ümumilikdə 1979093,14 manat məbləğində maddi zərərin və çəkilmiş məhkəmə xərclərinin (dövlət rüsumu, mediasiya və hüquqi yardım xərci) əvəzinin tutulub iddiaçı Cavabdehnə ödənilməsi, birləşdirilən iş üzrə İddiaçı Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbinə dar” iddiasının isə təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin yazılı müraciətlərdə cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) "xxxx" MMC-nin mövqeyi - icarə obyektinin icarəyəverən İddiaçı tərəfindən tərəflər arasında bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinin şərtlərinə uyğun olaraq təhvil verilməməsi, sonuncu tərəfindən müqavilə şərtlərinə lazımi qaydada riayət edilməməsi, müqavilənin ləğvi üçün heç bir əsas olmadığına görə icarə müqaviləsinə icarəyəverən İddiaçı tərəfindən birtərəfli qaydada xitam verilməsinin mümkünsüzlüyü, icarəçinin müqavilə üzrə heç bir icarə borcunun olmaması və İcarə müqaviləsinin qüvvədə olması ilə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-6/2024 saylı qətnaməsinin qismən, yəni onun iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh də apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-6/2024 nömrəli qətnaməsinin qismən, yəni MMC-nin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilib, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.” Qeyd edilən qərarın tələbləri ona görə pozulmuşdur ki, məhkəmə qətnamə qəbul edərkən əsaslandırma hissəsində qətnamənin 25-ci səhifəsinin birinci abzasının sonunda qeyd etmişdir ki, “tərəflər arasında bağlanmış 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinin birtərəfli qaydada xitam olunması əsaslarının mövcud olması və icarəçinin həmin müqavilə üzrə icarə borcunun olması sübut olunmamışdır.” Bununla bağlı ilk olaraq qeyd edir ki, mülki işin bariz halıdır ki, tərəflər arasında bağlanmış müqavilənin 10.3.3-cü bəndinin tələbləri icarəçi tərəfindən yerinə yetirilməmişdir. Bu hal işdə olan sübutlarla nəinki sübut olunur, hətta işin mübahisəsiz halıdır. Cavabdeh bu halı inkar belə etmir, hətta özü etiraf edir ki, 8 aylıq icarə haqqını ödəməmişdir. Belə ki, iş materiallarında olan icarə müqaviləsinin 10.3.3-cü bəndində qeyd edilir ki, “icarəçi tərəfindən 3 aylıq icarə haqqı ödənilmədiyi halda müqaviləyə xitam verilir.” Qeyd edilən Plenum qərarında göstərilən hal işdə olan sübutlarla birmənalı olaraq təsdiq olunur. Belə ki, İddiaçı cavabdehə göndərdiyi xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilir ki, icarəçinin ödədiyi 250000 manat məbləğində icarə haqqından noyabr ayından başlayaraq aylıq icarə haqqı çıxmağa başlayacaqdır. Cavabdeh isə qeyd edilən məktuba yalnız 2022-ci ilin aprel ayında tam fərqli cavab verməklə aylıq icarə haqqını ödəmədiyini bir daha etiraf etməklə, bundan sonra da icarə haqqını ödəməyəcəyini qeyd etmişdir. Beləliklə, həm müqavilə şərtinin pozulması səbəbi ilə, həm də Mülki Məcəllədə (685.2-ci, 719.7-ci maddələr) nəzərdə tutulmuş hal səbəbi ilə, iddiaçı müqaviləni birtərəfli qaydada ləğv etməkdə tamamilə haqlı olmuşdur. MM-in 420.2-ci maddəsinə əsasən “Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.” Müqavilənin standart şərtli olması işin mübahisəsiz halıdır. Bu halı həm cavabdeh etiraf etmişdir (məhkəmə prosesində), həm də işin hallarından aydın olur. Belə ki, İddiaçıla cavabdeh arasında olan yazışmalarla qeyri-müəyyənliklər öz təsdiqini tapır. Hazırkı mülki iş üzrə müqavilənin 3.2-ci bəndi icarəyə verənin xeyrinə təfsir edildiyindən icarəçi aylıq icarə haqqını 2022-ci ilin mart ayından etibarən ödəməli olsa da, yalnız 9 aydan sonra icarə haqqını ödəməyə başlamışdır ki, bu da işdə olan sübutlarla öz təsdiqini tapır. Məhz bu səbəblə də icarəyə verən xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə icarə müqaviləsinə xitam verilməsini icarəçiyə bir daha bəyan etmişdir. İcarəçinin 3 ay ardıcıl olaraq icarə haqqını ödəməməsi həm də işdə olan sübutlarla öz təsdiqini tapır, həm də icarəçi icarə müqaviləsinin 3.2-ci bəndinin tələblərini birmənalı pozduğuna görə icarəyə verən icarə müqaviləsinə xitam verməkdə haqlı olmuşdur. Lakin məhkəmə heç bir əsas olmadan qeyd etmişdir ki, icarəçinin icarə haqqını üç ay ardıcıl olaraq ödəməməsi müəyyən edilmir. Müqavilədə icarə haqqının hesablanması ilə bağlı qeyri-müəyyənliklər, icarə obyektinin təmiri ilə bağlı qeyri-müəyyənliklər tərəflər arasındakı yazışmalarla öz təsdiqini tapır. Bütün qeyrimüəyyənliklər iddiaçının xeyrinə təfsir olunduğuna görə iddiaçının iddiası haqlı olsa da, məhkəmə heç bir əsas gətirmədən iddianı rədd eləmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə araşdırması zamanı işin mübahisə edilməyən halları ilə müəyyən olunmuşdur ki, Quba şəhərinin Tofiq Əhmədov küçəsində yerləşən ümumi sahəsi 6000 kv.m olan qeyri-yaşayış sahəsinə dair icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında 08 iyul 2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, icarə haqqının ödənişi ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən hesablanmalıdır. Lakin bu tarixin icarəyə verənin ticarət obyektində təmir işlərini bitirdiyi tarixdən başlayaraq 3 aydan artıq ola bilməyəcəyi tərəflər arasında razılaşdırılmışdır. İcarəyə verən isə obyekti icarəçiyə təhvil verərkən artıq bütün təmir işlərini bitirmiş, obyekt istifadəyə yararlı vəziyyətdə olmuşdur. Əvvəlcədən razılaşdırılmış şərtlərin mövcud olmasına baxmayaraq mağaza xx.xx.2022-ci il tarixdə fəaliyyətə başlamışdır. Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsində də qeyd edilir ki, “08 iyul 2021-ci il tarixli icarə müqaviləsi tərəflər arasında 15 il müddətinə bağlanaraq, aylıq icarə haqqı 50000 (əlli min) manat məbləğində müəyyən edilmiş və icarə haqqının hesablanmasının əvvəli icarəyə verilmiş qeyri-yaşayış sahəsində fəaliyyət göstərəcək ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən başlanması tərəflər arasında razılaşdırılmışdır (Müqavilənin 3.2-ci bəndi). Məlum icarə müqaviləsində nəzərdə tutulan “Megastore” mağazasının açılışı 15 iyun 2022-ci il tarixdə baş tutmuş və həmin tarixdən də icarəçiyə məxsus həmin mağaza qeyd olunan icarə obyektində hal-hazıradək fəaliyyətini davam etdirir.” Yəni məhkəmə tərəfindən də təsdiq edilmişdir ki, obyekt icarəyə verildikdən 10 ay sonra nəzdindəki mağaza fəaliyyətə başlamış, bununla da müqavilədə nəzərdə tutulmuş “3 aylıq müddət” şərti pozulmuşdur. İcarə müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh MMC-yə market fəaliyyəti üçün müvafiq işıqlandırma işlərinin görülməsi, avadanlıqların gətirilib quraşdırılması, obyektdə yerləşəcək mağazanın fəaliyyətə başlaması üçün 3 ay vaxt verilmişdir. Həmin möhlət 2021-ci ilin oktyabr ayında başa çatmışdır. Cavabdehə xx.xx.2021-ci il tarixli yazılı xəbərnamə göndərilərək 3 aylıq müddət başa çatdığı üçün həmin tarixdən etibarən icarəçi tərəfindən ödənilmiş 250 000 (iki yüz əlli min) manat ödənişdən icarə haqqının hesablanmağa başlanması barədə xəbərdarlıq edilmiş və həmin xəbərdarlığa Cavabdeh tərəfindən hər hansı bir etiraz və ya pretenziya irəli sürülməmişdir. Kifayət qədər mötəbər sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq Məhkəmə sübutlara lazımi hüquqi qiymət verməmiş, sübutları tam, hərtərəfli araşdırmamış, beləliklə də, qətnamə qəbul edərkən yanlış mülahizələrə əsaslanmışdır. Mülki Məcəllədə icarəçinin icarə haqqını üç aydan çox gecikdirməsi nəticəsində icarəyəverən üçün nəzərdə tutulmuş müqaviləyə xitam verilməsi hüququna önəm verməmiş, icarəyə verənin bu hüququnu həyata keçirməsini əsassız hesab etmişdir. Tərəflərin razılaşdırılmış iradə ifadəsinə əsaslanan bir müqavilənin mövcud olmasına, tərəflərin hər birinin öhdəliklərinin həmin müqavilədə nəzərdə tutulmasına baxmayaraq, məhkəmə həmin müqavilənin şərtlərinə düzgün qiymət verməmiş, tərəflərdən birinin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməkdən yayındığı təqdim edilmiş sübutlarla açıq şəkildə təsdiqini tapdığı halda, kreditorun haqlı olaraq borcludan vəzifəsinin icrasını tələb etmək hüququnu təmin etməmişdir. Məhkəmə tərəflərin iradə ifadəsini təfsir edərkən onun həqiqi məzmununu təkcə hərfi mənaya görə müəyyən etmiş, ağlabatan mühakimə aparmamışdır. Müqavilənin şərtlərini təfsir edərkən müvafiq halları, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmaları, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə almamışdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, icarəyə verənin müqavilə üzrə öhdəliyini icra etməməsinə məhkəmə qiymət verməmiş, bu hissədə işə səthi yanaşmışdır. İcarə müqaviləsinin bağlanmasından ötən müddət ərzində müqavilənin bir sıra şərtləri və müqaviləyə əsasən üzərinə düşən öhdəliklər icarəyə verən İddiaçı tərəfindən kobud şəkildə pozularaq icra edilməmişdir ki, bunun nəticəsində aralarında münasibətlər pozulmuşdur. Bundan sonra İddiaçı şəriki İrman Məmmədov ilə birlikdə əlbir olaraq öz hüquqlarından sui-istifadə etməklə vicdanlılıq prinsipinə zidd hərəkətlər edərək guya icarə müqaviləsindən İrman Məmmədovun xəbəri olmadığı iddiasını irəli sürmüşdür. İddiaçı bağlanmış icarə müqaviləsindən iləri gələn öhdəliklərini icra etmədiyi üçün İrman Məmmədovdan istifadə edərək onun vasitəsi ilə icarə müqaviləsinin etibarsız hesab edilməsinə çalışmış, nəticədə həmin məhkəmə işləri Cavabdeh MMC-nin xeyrinə yekunlaşmışdır. İcarəyə verən və icarəçi müqavilə əsasında sərbəst şəkildə öz hüquq və vəzifələrini müəyyən etmişlər. Məhkəmə tərəfindən də müqavilənin qanunvericiliyin tələblərinə zidd bağlandığı müyyən edilməmişdir. Lakin məhkəmə tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun şəkildə sərbəst bağlanmış müqaviləni tərəflərin iradəsinə zidd şərh edərək tərəflərin razılaşmasından kənara çıxmışdır. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə səthi yanaşmış, təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə vəhdətini nəzərə almamışdır. Tərəflər arasında imzalanmış müqavilədə görüləcək işlər açıq şəkildə göstərilmiş, tərəflərin öhdəlikləri müəyyən edilmişdir. İşin hallarından göründüyü kimi, müqavilə bağlandıqdan dərhal sonra tərəflər arasında təbii yolla işgüzar adətlər formalaşmışdır. İcarəyə verən tərəf təmir işlərinin icarəçi tərəfindən görülməsinə etiraz etməmişdir. Mülkiyyətçilər özlərinə məxsus daşınmaz əşyaları digər şəxslərin istifadəsinə müqavilələr əsasında verməklə bu əşyalara dair hüquqlarının təmin olunmasına nail olurlar. Belə ki, müqavilə bağlandığı andan hər iki tərəf üçün hüquqlar ilə yanaşı, vəzifələr də yaradır. Demək olar ki, müqavilənin müddəaları müqavilə tərəfləri üçün qanun qədər məcburi xarakterə malikdir. Hüquqlar müqavilədən irəli gələn vəzifələrin mütləq icrasını tələb edir. Vəzifələrin yerinə yetirilməməsi digər müqavilə tərəfinin hüquqlarının pozulması ilə nəticələnir və bunun nəticəsində dəymiş ziyanın ödənilməsi məsələsi qarşılıqlı razılıqla, bu olmadıqda məhkəmə qaydasında həyata keçirilir. Ona görə də müqavilə bağlayan zaman tərəflər bütün şərtlərlə diqqətlə tanış olmalı, bu şərtlərin öz maraqlarına uyğunluğunu dərindən təhlil etməlidir. İddiaçı icarəyə verən olaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. İcarəyə verən müqaviləni imzalayarkən müqavilənin bütün şərtləri ilə tanış olaraq imzalamış və öhdəlik götürmüşdür. İddiaçı nümayəndəsi Cavabdeh MMC-nin iddiasına etirazında bildirir ki, mülkiyyətçinin yüksək məbləğdə təmir xərclərini öz üzərinə götürməsi ağlabatan deyil. Bildirmək istəyir ki, obyekt təmirli şəkildə verilməli olduğu üçün MMC tərəfindən aylıq yüksək məbləğdə 50000 AZN icarə haqqına razılaşılmışdır. Müqavilənin müddəti 15 il olduğu üçün Cavabdeh MMC-nin 15 il ərzində ödəyəcəyi minimum icarə haqqı ******* (doqquz milyon) AZN edir. Təmir xərcləri təxmini 1 illik icarə haqqına bərabər olmaqla icarəyə verən üçün normal bir xərcdir. Buna əsasən də MMC tərəfindən əvvəlcədən 5 aylıq icarə haqqı olan 250000 AZN İddiaçı ödənmişdir. Lakin qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, hüquqi qiymət verilməmişdir. İcarə obyekti təmirli şəkildə icarəçiyə təqdim olunacağı üçün icarə haqqı yüksək məbləğdə, yəni 50000 AZN olaraq razılaşdırılmışdır. Hətta icarə müqaviləsinə əsasən icarəyə verən icarə obyekti ona qaytarılarkən təmirinin köhnəlməsini nəzərə alınaraq qəbul edəcəyini öhdəsinə götürmüşdür (bənd 7.1.6). Bu hal da onu göstərir ki, təmir öhdəliyi icarəyə verənə aiddir. Tərəfindən məhkəmə iclasında vəsatət verilərək icarə obyektinə yerli baxış keçirilməsi xahiş edilmiş, lakin məhkəmə vəsatətini təmin etməmişdir. Məqsədi ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən vizual qaydada müəyyən edilsin ki, onların iddia tələbi təmir xərcləri ilə əlaqədar olmuş, Cavabdeh MMC tərəfindən market fəaliyyəti üçün çəkilən avadanlıq xərcləri, daxili dizayn və memarlıq xərcləri ayrı olmuş, həmin xərclər icarəyə verəndən tələb edilməmişdir. İcarəyə verən qeyri-yaşayış sahəsini təmir edərək təhvil verməyi, sonda isə təmirin köhnəlməsini nəzərə alaraq təhvil almağı öhdəsinə götürmüşdür. Qətnamədə göstərilmişdir ki, ümumilikdə 1979093,14 manat məbləğində pul vəsaitinin hazırkı mübahisə üzrə icarəyəverən İddiaçı tələb olunmasının əsaslılığı məhkəmə araşdırması zamanı sübut olunmamışdır. Bununla birinci instansiya məhkəməsində qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən təmir edildiyi sübut edilmiş, məhkəmə də bunu qəbul etmişdir, sadəcə məhkəmə iddianı o əsasla rədd etmişdir ki, hal-hazırda İddiaçı tələb olunması əsaslı deyil, həmin məbləğ müqavilənin sonunda tələb edilə bilər. Buna görə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaq mümkün deyildir. Çünki iddia tələbləri tərəflər arasında notarial qaydada imzalanmış icarə müqaviləsindən irəli gəlir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edirlər. İcarə müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Sğzügedən icarə müqaviləsi üzrə icarəyə verən İddiaçı da öz üzərinə götürdüyü öhdəlikləri icra etməli və icarə predmeti olan qeyri-yaşayış sahəsini təyinatına uyğun istifadə üçün tam yararlı və təmirli vəziyyətdə icarəçi Cavabdeh MMC-yə təhvil verməli, özünə aid işlərin görülməsini icarəçinin üzərində qoymamalı idi. Qanuna görə, əgər icarəyə verənə aid işləri icarəçi özü və ya öz hesabına görürsə, onda icarəçinin gördüyü işlərin haqqını və ya çəkdiyi xərclərin əvəzini icarəyə verəndən tələb etmək hüququ yaranır. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 İddiaçı apellyasiya şikayətinin təmin edilərək Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-6/2024 saylı qətnaməsinin qismən - İddiaçı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını, Cavabdeh MMC-nin apellyasiya şikayətinin isə təmin edilməyərək qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Nümayəndə3 isə Cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilərək Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-6/2024 nömrəli qətnaməsinin qismən – cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh MMC-nin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını, eyni zamanda İddiaçı apellyasiya şikayətinin təmin edilməyərək qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti isə qismən təmin edilməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2-2(119)- 6/2024 nömrəli qətnaməsi qismən, yəni birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “vurulmuş zəzərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası qismən – 818.483,14 manat (səkkiz yüz on səkkiz min dörd yüz səksən üç manat 14 qəpik) məbləğində təmin edilməli, həmin məbləğdə pul vəsaiti birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdehnə ödənilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2-2(119)-6/2024 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan icarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanaraq, Bakı şəhəri 11 saylı notariat ofisində tərtib və təsdiq edilmiş (reyestrdə 3M-1082 № ilə qeyd olunub) 08 iyul 2021-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən Quba Rayon İcra Hakimiyyəti başçısının 27 mart 2018-ci il tarixli 50 nömrəli sərəncamına əsasən ümumi sahəsi 6000 kv.m olan “Quba rayonu, Tofiq Əhmədov küçəsi,1” ünvanında yerləşən qeyri-yaşayış binasına (sahəsinə) dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış əldə etməklə (bundan sonra «icarə predmeti» və ya «icarə obyekti» adlandırılacaq) ticarət və kommersiya obyekti təyinatı ilə istifadə edilməsi üçün icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə obyektini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Həmin müqavilənin 2-ci bəndinə əsasən, müqavilə hər iki tərəfin onu imzaladığı və möhürü olan tərəfin möhürlədiyi andan qüvvəyə minir və 15 (on beş) il müddətinə bağlanır (bənd 2.1), müqavilənin müddəti icarə müddəti başa çatdıqda bitir. Müqavilənin qüvvədə olma müddətinin bitməsi Tərəfləri öz öhdəliklərini icra etmək vəzifəsindən azad etmir (bənd 2.2), tərəflərin hər ikisinin qarşılıqlı yazılı razılığına əsasən icarə müddəti dəyişdirilə bilər (bənd 2.3), icarə müddətinin başa çatmasına 1 ay qalmış tərəflərdən yazılı şəkildə müqavilənin xitam edilməsi ilə bağlı müraciət edilmədiyi təqdirdə, müqavilə müddəti eyni şərtlərlə artırılmış sayılır (bənd 2.4). Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə 1 (bir) aylıq icarə haqqı 50000 (əlli min) manat təşkil edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, icarə haqqının hesablanması - ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən hesablanır. Lakin bu tarix İcarəyə verənin ticarət obyektində təmir işlərini bitirdiyi tarixdən başlayaraq 3 (üç) aydan artıq ola bilməz. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, icarəçi tərəf 5 (beş) aylıq icarə haqqını öncədən ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, icarə haqqı hər icarə ayı üçün növbəti ayın 10-dan gec olmayaraq icarəyə verən tərəfindən təqdim olunan ödəniş sənəd(lər)inə əsasən nağd və ya nağdsız hesablaşmalar qaydasında aparılır. Həmin müqavilənin 4-cü bəndinə əsasən, icarəyəverən icarə predmetini təyinatına uyğun şəkildə və tam işlək və yararlı vəziyyətdə təhvil-təslim aktı əsasında icarəçiyə təqdim etməlidir (bənd 4.1), icarə predmetinin təhvil-təslimi hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiqlənən və müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əsasında həyata keçirilir. Təhvil-təslim aktında təhvil verilərkən icarə predmetinin vəziyyəti, icarə predmetinin tərkibinə daxil olan tikililərdəki avadanlıqların adları, sayı, vəziyyəti, təhvil-təslim aktının tərtib olunma tarixi və digər zəruri məlumatlar əks olunmalıdır (bənd 4.2), icarə obyektinin təhvil-təsliminin həyata keçirilməsi üçün tərəflərin hər birindən iki nəfər səlahiyyətli şəxs daxil olmaqla təhvil-təslim komissiyası yaradılır (bənd 4.3), təhvil-təslim aktı imzalandıqdan sonra, icarəçi icarə obyektində avadanlığın və mebelin quraşdırılmasına və təmir işlərinə başlaya bilər (bənd 4.4) və müqavilənin müddəti qurtardıqdan sonra və ya vaxtından əvvəl xitam verildikdə, icarə obyektinin icarəçidən icarəyə verənə geri təhvil verilməsi təbii aşınma nəzərə alınaraq eyni qaydada müvafiq akt imzalanmaqla həyata keçirilir (bənd 4.5). Həmin müqavilənin 5-ci bəndinə əsasən, icarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq icarə predmetindən təyinatı üzrə istifadə etmək üçün öz mülahizəsi ilə icarə predmetini zəruri avadanlıqlarla və digər daşınar qurğularla təchiz edir (bənd 5.1) və icarəçi tərəfindən gətirilmiş və müvəqqəti quraşdırılmış əşyalar və avadanlıqlar, qiymətli əşyalar, elektrik cihazları və digər daşınar əşyalar «İcarəçi»nin mülkiyyəti olmaqla (və ya qanuni istifadəsində olmaqla) icarə müddətinin bitdiyi tarixdə və ya müqaviləyə vaxtından əvvəl xitam veriləcək digər tarixdə icarəçi tərəfindən geri götürülür və ya tərəflərin qarşılıqlı razılığı əsasında mövcud bazar qiyməti ilə icarəyə verən tərəfindən alına bilər (bənd 5.2). Həmin müqavilənin 6-cı bəndinə əsasən, icarəyə verən icarə obyektini icarəçiyə marketin təmir işləri bitdikdən sonra avadanlığın quraşdırılması üçün bu müqavilə ilə razılaşdırılmış vaxtda və vəziyyətdə təhvil verir (bənd 6.1), icarəyə verən müqavilə bağlandığı tarixdən ən geci 3 ay ərzində təmir işlərini bitirib icarəçiyə ticarət obyektini təhvil verməlidir (bənd 6.2), icarə obyektinin fəaliyyəti ilə bağlı tələb olunan avadanlıqlar (su, kanalizasiya, elektrik xətləri üçün sayğaclar - 3 faza olmaq şərti ilə) təmir işləri bitənə qədər icarəyə verən tərəfindən quraşdırılıb hazır vəziyyətdə olmalıdır (bənd 6.3), icarəyə verən icarə obyektini isitmə və soyutma sistemi ilə təmin edir (bənd 6.4), icarəçidən icarə obyektini təhvil verildiyi ilkin vəziyyətinə qaytarmaq tələb oluna bilməz (bənd 6.5) və icarəçi obyektinin bütöv və ya hər hansı bir hissəsi ilə bağlı təmir, yaxşılaşdırma və ya dəyişdirmə işlərini həyata keçirə bilər (bənd 6.6). Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, icarə predmetini qüvvədə olan yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və sanitar-gigiyena qaydalarına, tikinti normalarına, elektirik gücünün təmin edilməsi və müqavilənin şərtlərinə uyğun olaraq təyinatı üzrə istifadə edilməyə yararlı vəziyyətdə tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında icarəçinin istifadəsinə vermək (bənd 7.1.1), müqavilə bağlandığı və icarə predmeti təhvil verildiyi zaman icarə predmetinin bütün çatışmazlıqları barədə icarəçini xəbərdar etmək (bənd 7.1.2), icarə predmetində onun təyinatına uyğun istifadəsinə tam və ya qismən mane olan çatışmazlıqlar aşkar edildikdə icarəçinin tələbi ilə aşağıdakı tədbirlərdən birini həyata keçirmək: (a) çatışmazlıqları əvəzsiz, öz hesabına aradan qaldırmaq və ya (b) çatışmazlıqların aradan qaldırılması üzrə icarəçinin çəkdiyi xərcləri ödəmək (bənd 7.1.3), icarə müddətində icarə predmetindən tam sutka ərzində və maneəsiz istifadəyə real imkan yaratmaq, xüsusi zərurət olmadan icarə obyektinə daxil olmamaq və icarəçinin fəaliyyətinə mane olmamaq (bənd 7.1.4), müqaviləyə xitam verildiyi halda müqavilə ilə müəyyən edilmiş şərtlərlə köhnəlmə nəzərə alınmaqla, icarə predmetini qəbul etmək (bənd 7.1.6), icarəçinin icarə predmetində yerləşdirdiyi avadanlıqları və quraşdırdığı qurğuları müqavilə xitam olunduqdan sonra özü ilə aparmasına təminat vermək (bənd 7.1.8), icarə obyektinin təmiri və fəaliyyəti ilə bağlı qanunvericiliyə müvafiq olaraq dövlət orqanları tərəfindən tələb edilən müvafiq xüsusi icazə və razılaşdırmaları, icarə obyektinin təmiri ilə bağlı texniki şərtləri (su, qaz,elektrik xətləri (3 faza olmaq şərti ilə) üçün sayğaçları) öz hesabına təmin etmək (bənd 7.1.9) və icarə obyektinin yanğına qarşı və digər icbari sığortalarını öz hesabına təmin etmək (bənd 7.1.12) - icarəyə verənin öhdəlikləridir. Həmin müqavilənin 7.1.13-cü bəndinə əsasən, icarəyə verən icarə müddəti ərzində icarə obyektini icarəçinin yazılı razılığı olmadan sata və ya hər hansı digər formada özgəninkiləşdirə bilməz. Həmin müqavilənin 7.1.14-cü bəndinə əsasən, icarəyə verən icarə obyektini icarəçiyə təhvil verərkən avadanlıqsız təhvil verdiyini təsdiq edir. Həmin müqavilənin 7.2.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş icarə haqqının icarəçi tərəfindən vaxtında və tam ödənilməsini tələb etmək - icarəyə verənin hüququdur. Həmin müqavilənin 8.1.1-ci bəndinə əsasən, icarə haqqını vaxtında və tam ödəmək icarəçinin öhdəliyidir. Həmin müqavilənin 8.1.5-ci bəndinə əsasən, müqavilənin müddəti bitdikdə və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə icarəçi icarə obyektini icarəyəverənə normal köhnəlmə nəzərə alınmaqla təhvil verir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində icarə predmetindən onun təyinatına uyğun olaraq fasiləsiz və maneəsiz istifadə etmək (bənd 8.2.1), fəaliyyət zərurəti ilə əlaqədar icarə predmetində əlavə qurğular və avadanlıqlar quraşdırmaq, icarə predmeti daxilində tikinti, abadlaşdırma və yenidən qurma işləri aparmaq (bənd 8.2.2) və quraşdırdığı bütün avadanlıq və qurğuları müqavilə ləğv olunarkən özü ilə aparmaq (bənd 8.2.3) - icarəçinin hüquqlarıdır. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən, müqaviləyə xitam verildikdə icarəyə verən icarəçi tərəfindən marketin fəaliyyəti üçün quraşdırdığı və söküb apara bilmədiyi avadanlığın köhnəlmə vəziyyətində həmin dövrün real bazar qiymətinə uyğun dəyərini icarəçiyə ödəyir (quraşdırılan və sökülüb apara bilinməyən avadanlığın siyahısı tərəflər arasında imzalanan akt-la müəyyən ediləcək). Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, müqavilənin müddəti qurtardıqda və ya ona vaxtından əvvəl xitam verildikdə tərəflər müqavilə üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsi və icarə obyektinin geri qaytarılması barədə qarşılıqlı akt imzalayırlar. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən, icarəçi zəmanət verir ki, müqavilə bağlandığı tarixdən 5 il ərzində müqaviləyə birtərəfli xitam verməyəcək. İcarəçi qarşılıqlı razılaşma olmadan müqaviləyə birtərəfli qaydada xitam verərsə, 5 illik icarə müddətinin geri qalan ili (ayı) üçün icarə haqqını ödəməyə öhdəlik götürür. Həmin müqavilənin 10.3-cü bəndinə əsasən, müqavilənin 3-cü bəndində müəyyən edilmiş icarə müddətinin başa çatmasından sonra (bənd 10.3.1), İcarəçinin müqavilə müddətindən 5 il keçdikdə icarəyə verənə 2 (iki) ay öncədən yazılı xəbərdarlıq verdiyi təqdirdə (bənd 10.3.2), icarəçi tərəfindən 3 aylıq icarə haqqı ödənilmədiyi halda (bənd 10.3.3) və yaxud, müqavilənin etibarsız olması haqqında müvafiq məhkəmə qərarı olduqda (bənd 10.3.4) - müqaviləyə xitam verilir. Həmin müqavilənin 10.4-cü bəndinə əsasən, tərəflər yalnız müqavilənin 10.3-cü bəndində göstərilən hallarda bu müqaviləyə birtərəfli qaydada xitam verə bilərlər. Digər hallarda, bu müqaviləyə birtərəfli xitam verilə bilməz. Həmin müqavilənin 12.7-ci bəndinə əsasən, müqavilə imzalandıqdan sonra qüvvəyə minir və icarə müddəti başa çatanadək qüvvədə qalır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Quba şəhərinin Tofiq Əhmədov küçəsində yerləşən 0,9802 ha torpaq sahəsi və üzərindəki 948,9 kv.m qeyri-yaşayış sahəsi (əmlak kompleksi kimi müəssisə) paylı mülkiyyət hüququ əsasında X7, İddiaçı və X4 məxsusdur, onların həmin əmlak üzərindəki paylı mülkiyyət hüquqları 02 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti başçısının 27 mart 2018-ci il tarixli 50 nömrəli sərəncamından görünür ki, İddiaçı mülkiyyətində olan “süd emalı” sexinin binasında yenidənqurma işlərinin həyata keçirilməsinə və əlavə tikinti işlərinin aparılmasına razılıq verilməsi barədə Quba Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmiş, müvafiq torpaq ayırma sənədlərini və obyektin tikintisi üçün nəzərdə tutulmuş layihənin memarlıq-planlaşdırma bölməsini təqdim etmişdir. Vətəndaşın müraciətini və təqdim etdiyi sənədləri nəzərə almaqla, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq ona ünvan 5 ünvanda yerləşən və mülkiyyətində olan “süd emalı” sexinin binasında yenidənqurma işlərinin həyata keçirilməsinə və əlavə tikinti işlərinin aparılmasına razılıq verilmişdir. İş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilmiş və “Ödənişin təyinatı və əsas” qrafasında "QUBA, İCARE, 5 AYLİQ AVANS, ZYS 535.01045" kimi qeyd olunmuş 17 iyul 2021-ci il tarixli Ölkədaxili #005AZ**********6 nömrəli Ödəniş Tapşırığından görünür ki, 08 iyul 2021-ci il tarixli icarə müqaviləsi üzrə icarəçi Cavabdeh tərəfindən icarəyəverən İddiaçı hesabına avans olaraq 250000 (iki yüz əlli min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə olunmuş 06 dekabr 2022-ci il tarixli ölkədaxili #005AZ**********1 nömrəli, 11 yanvar 2023-cü il tarixli Ölkədaxili #005AZ**********1 nömrəli və 07 fevral 2023-cü il tarixli ölkədaxili #005AZ**********4 nömrəli ödəniş tapşırıqlarından görünür ki, 08 iyul 2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarəçi Cavabdeh tərəfindən müvafiq olaraq 06 dekabr 2022-ci ildə, 11 yanvar 2023-cü ildə və 07 fevral 2023-cü ildə “icarəyəverən” İddiaçı hesabına hər dəfə 50000 (əlli min) manat olmaqla, ümumilikdə 150000 (yüz əlli min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2024-cü il tarixli 2(102)-473/2024 nömrəli qərarından görünür ki, iddiaçı X9 cavabdehlər Cavabdehnə və İddiaçı qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehlər arasında Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış olan 08 iyul 2021-ci il tarixli “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilənin etibarsız hesab edilməsi, iddiaçının ½ hissədə paylı mülkiyyətində olan, **********83-12301 reyestr nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış daşınmaz əmlakının Cavabdeh MMC tərəfindən boşaldılması, oranın Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi və həmin daşınmaz əmlaka mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququnun bərpa olunması barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli e-2(027)-157/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, “İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış 08 iyul 2021-ci il tarixli “Quba rayonu, Tofiq Əhmədov küçəsi-1” ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəsinə dair müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçının ½ hissədə paylı mülkiyyətində olan **********83-12301 reyestr nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış daşınmaz əmlakın Cavabdeh MMC tərəfindən boşaldılması, oranın Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi və iddiaçının həmin daşınmaz əmlaka paylı mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququnun bərpa olunması” qət edilmişdir. Lakin, Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(103)-1403/2023 nömrəli qətnaməsi ilə həmin apellyasiya şikayəti təmin edilib, Quba Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli e- 2(027)-157/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı X5 cavabdehlər Cavabdeh MMC-yə və İddiaçı qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın cavabdeh tərəfindən boşaldılaraq onun qanunsuz sahibliyindən götürülməsi və daşınmaz əmlaka mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququnun bərpa olunması tələbinə dair” iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı X9 tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2024-cü il tarixli 2(102)-473/2024 nömrəli qərarı ilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(105)-1403/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, iş materiallarında olan icarəyəverən İddiaçı tərəfindən icarəçi Cavabdehnə ünvanlanmış 21 noyabr 2021-ci il tarixli və 19 aprel 2022-ci il tarixli məktublar, icarəçi Cavabdeh MMC tərəfindən icarəyəverən İddiaçı ünvanlanmış 18 aprel 2022-ci il tarixli 030 nömrəli, 25 aprel 2022-ci il tarixli 033 nömrəli, 29 aprel 2022-ci il tarixli 015 nömrəli, 15 iyul 2022-ci il tarixli 045 nömrəli və 08 avqust 2022-ci il tarixli 050 nömrəli məktublar, eləcə də birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin “vurulmuş zərərin ödənilməsi barədə” iddia tələbi üzrə məhkəməyə təqdim olunmuş sifarişçi Cavabdeh MMC ilə icraçı "xxxx" MMC arasında bağlanmış 23 fevral 2022-ci il tarixli xx/xx/2022 nömrəli müqavilə, ödəniş tapşırıqları, təhvil-təslim aktları, arayışlar və elektron qaimələr, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 31 yanvar 2022-ci il tarixli 03/2022 nömrəli müqavilə, elektron qaimələr və ödəniş tapşırıqları, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 11 aprel 2022-ci il tarixli 001/22 nömrəli Müqavilə, hesab-faktura, elektron qaimələr və ödəniş tapşırıqları, "xxxx" MMC tərəfindən tərtib olunmuş 05 dekabr 2022-ci il tarixli UNİ/D03-697/22 nömrəli “tikinti-quraşdırma işlərinin və daşınar əmlakın dəyərinin müəyyən edilməsi barədə” hesabat və 21 dekabr 2022-ci il tarixli UNİ/D 38-732/22 nömrəli “orta aylıq xalis mənfəətin müəyyən edilməsi barədə” mütəxəssis rəyi, "xxxx" MMC tərəfindən tərtib olunmuş 09 iyul 2022-ci il tarixli Aktlar və digər sənədlər də iş üzrə aparılan məhkəmə araşdırması zamanı proses iştirakçılarının iştirakı ilə tədqiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Məhkəmə kollegiyası Sumqayıt Kommersiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2-2(119)- 6/2024 nömrəli qətnaməsinin İddiaçı Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbinə dair” iddiasının təmin edilməməsi ilə bağlı əsaslandırmasını və qətnamənin həmin hissəsindən İddiaçı apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin İddiaçı tərəfindən mübahisələndirilən hissəsində düzgün nəticəyə gəlmişdir və İddiaçı apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Belə ki, İddiaçı iddia tələbinə əsasən, Cavabdeh MMC aylıq icarə haqqını 2022-ci ilin mart ayından noyabr ayınadək (8 aylıq) ödəməmiş, nəticədə MMC-nin ona 400.000 manat icarə haqqı borcu yaranmışdır. Cavabdeh həmin borcunu ödəməkdən imtina etdiyinə görə borcu məhkəmə qaydasında tələb etməyə məcbur olmuşdur. Eyni zamanda, cavabdehin aylıq icarə haqlarını uzun müddət ödəməməsi ona aralarında bağlanmış icarə müqaviləsinin 10.3.3-cü bəndinə müvafiq olaraq həmin müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ və əsası vermişdir. Ona görə də o, cavabdehə aralarındakı icarə müqaviləsinə birtərəfli qaydada xitam verdiyini bəyan edərək icarə obyektinin geri qaytarılmasını (qanunsuz sahiblikdən götürülməsini) və həmin obyekt üzərində mülkiyyət hüququnun bərpa olunmasını məhkəmə qaydasında tələb etməyə başlamışdır. İşin hallarından görünür ki, 08 iyul 2021-ci il tarixli icarə müqaviləsi tərəflər arasında 15 il müddətinə bağlanaraq, aylıq icarə haqqı 50000 (əlli min) manat məbləğində müəyyən edilmiş, icarə haqqının hesablanmasının isə icarəyə verilmiş qeyri-yaşayış sahəsində fəaliyyət göstərəcək ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən başlanması tərəflər arasında razılaşdırılmışdır (müqavilənin 3.2-ci bəndi). İcarə müqaviləsində nəzərdə tutulan “Megastore” mağazasının açılışı 15 iyun 2022-ci il tarixdə baş tutmuş və həmin tarixdən də mağaza icarə obyektində fəaliyyətini hal-hazıradək davam etdirir. 08 iyul 2021-ci il tarixli icarə müqaviləsi üzrə 17 iyul 2021-ci il tarixli ödəniş tapşırığı ilə icarəçi Cavabdeh MMC tərəfindən 17 iyul 2021-ci ildə (müqavilə bağlandıqdan 9 gün sonra) icarəyəverən İddiaçı hesabına avans olaraq 250000 (iki yüz əlli min) manat məbləğində pul vəsaiti (5 aylıq icarə haqqı) köçürülmüşdür (müqavilənin 3.3-cü bəndinə uyğun olaraq). Bu ödənişdən sonra 2022-ci ilin dekabr ayından etibarən icarəçi Cavabdeh MMC tərəfindən icarəyəverən İddiaçı hesabına icarə haqqı kimi hər ay üçün 50000 manat məbləğində pul ödənişləri davam etdirilmişdir. İddiaçı icarə müqaviləsinin 3.2-ci bəndinə istinadən qabaqcadan ödənilmiş 5 aylıq (250000 manat) icarə haqqını 2021-ci ilin oktyabrnoyabr-dekabr və 2022-ci ilin yanvar-fevral aylarına aid edir. Belə ki, müqavilənin həmin bəndində deyilir: “İcarə haqqı ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən hesablanır. Lakin bu tarix icarəyə verənin ticarət obyektində təmir işlərini bitirdiyi tarixdən başlayaraq 3 (üç) aydan artıq ola bilməz”. İcarəyə verən İddiaçı iddia edir ki, o, müqavilədə (6.2-ci bənd) nəzərdə tutulduğu kimi, müqavilə bağlandığı vaxtdan 3 ay ərzində, yəni 2021-ci ilin oktyabrında qeyri-yaşayış sahəsində təmir işlərini bitirib obyekti cavabdehin istifadəsinə vermiş, bundan sonra cavabdeh həmin obyektdə özünə aid işlərin görülməsinə, o cümlədən obyektdə fəaliyyət göstərəcək mağazanın avadanlıqlarının quraşdırılmasına və digər zəruri qurğularla təchizatına başlamışdır. İcarəçi Cavabdeh MMC (təmsilçisi) isə iddia edir ki, icarəyəverən İddiaçı icarə müqaviləsi üzrə ona aid olan bir sıra işləri görmədiyinə və bu işləri icarəçi özü icra etməyə məcbur olduğuna görə icarə obyektində “Megastore” mağazasının açılışı yalnız 15 iyun 2022-ci il tarixdə mümkün olmuş, ona görə də icarəçi müqavilənin 3.2-ci bəndinə müvafiq olaraq icarə haqqını bu tarixdən hesablamağa başlamış və qabaqcadan ödənilmiş 5 aylıq icarə haqqını 2022-ci ilin 15 iyunundan 15 noyabrınadək olan dövrə aid etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, icarə müqaviləsinin 4-cü bölməsinə müvafiq olaraq: (4.1-ci bənd) icarəyə verən icarə predmetini təyinatına uyğun şəkildə və tam işlək və yararlı vəziyyətdə təhvil-təslim aktı əsasında icarəçiyə təqdim etməlidir; (4.2-ci bənd) icarə predmetinin təhvil-təslimi hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiqlənən və müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əsasında həyata keçirilir. Təhvil-təslim aktında təhvil verilərkən icarə predmetinin vəziyyəti, icarə predmetinin tərkibinə daxil olan tikililərdəki avadanlıqların adları, sayı, vəziyyəti, təhvil-təslim aktının tərtib olunma tarixi və digər zəruri məlumatlar əks olunmalıdır; (4.3-cü bənd) icarə obyektinin təhvil-təsliminin həyata keçirilməsi üçün tərəflərin hər birindən iki nəfər səlahiyyətli şəxs daxil olmaqla təhvil-təslim komissiyası yaradılır; (4.4-cü bənd) təhvil-təslim aktı imzalandıqdan sonra icarəçi icarə obyektində avadanlığın və mebelin quraşdırılmasına və təmir işlərinə başlaya bilər. Göründüyü kimi, müqavilədə icarə predmetinin (obyektin) təhvil-təslim aktı əsasında icarəçiyə təqdim olunması icarəyə verənin vəzifəsi kimi nəzərdə tutulmuş, lakin icarəyə verən İddiaçı həmin öhdəliyini yerinə yetirməmişdir. Bu halda icarə predmetinin Müqavilə şərtlərinə uyğun vəziyyətdə icarəçiyə təhvil verilməsini sübut etmək vəzifəsi icarəyə verənin üzərinə düşür, sübut vasitəsi isə təhvil-təslim aktı ola bilər və təhvil-təslim aktının olmaması (tərtib olunmaması) nəticələrinin riskini də icarəyə verən daşıyır. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, icarəyə verən (iddiaçı) İddiaçı tərəfindən əksi sübut edilə bilinmədiyinə görə icarəçi (cavabdeh) Cavabdeh MMC-nin icarə predmetini (obyektini) çatışmazlıqlarla qəbul etdiyi və həmin çatışmazlıqları öz hesabına aradan qaldırdığı, yəni birləşdirilmiş iş üzrə iddiasında əvəzinin ödənilməsini tələb etdiyi işləri həqiqətən də icarəyəverənin əvəzinə icra etdiyi sübut olunmuş hesab edilməlidir. Əslində İddiaçı özü də Cavabdeh MMC tərəfindən icarə obyektində xeyli işlər gördüyünü və bu işlərin görülməsinə çəkilən xərcin təxminən 400-500 min manat həcmində olmasının mümkünlüyünü qəbul edir, lakin eyni zamanda iddia edir ki, həmin işlərin görülməsi ona deyil, icarəçiyə (Cavabdeh MMC-yə) aid olmuşdur. Halbuki, icarə müqaviləsinin şərtlərinə görə mübahisələndirilən işlər məhz icarəyə verən tərfindən görülməli və həm də icarə predmeti icarəçiyə təhvil verilənədək həmin işlər görülmüş olmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı icarə müqaviləsi üzrə öz öhdəliklərini lazımınca yerinə yetirməməsi səbəbindən icarə obyektinin nəzdindəki mağazanın fəaliyyət üçün hazır vəziyyətə gətirilməsi gecikmiş və həmin mağazanın açılışı (satışa başlaması) yalnız 15 iyun 2022-ci il tarixdə baş tutmuşdur. Cavabdeh haqlı olaraq, icarə müqaviləsinin 3.2-ci bəndində nəzərdə tutulduğu kimi, icarə haqqının hesablanmasına 15 iyun 2022-ci il tarixdən başlamış və belə olduğu halda onun iddiaçıya icarə haqqı borcu yaranmamışdır. Çünki, əvvəlcədən ödənilmiş 250000 manat məbləğində pul vəsaiti 15 iyun 2022-ci il tarixdən 15 noyabr 2022-ci il tarixədək olan dövr üzrə icarə haqqına silindikdən sonra, İcarəçi (Cavabdeh MMC) 15 noyabr 2022-ci ildən etibarən müqavilədə nəzərdə tutulan qaydada aylıq 50000 manat məbləğində müəyyən olunmuş icarə haqlarını ödəməyi davam etdirmiş və hal-hazıra icarə haqqı borcu qalmamışdır. Deməli, İddiaçı 08 iyul 2021-ci il tarixli İcarə müqaviləsinin 10.3.3-cü bəndinə (müqaviləyə birtərəfli qaydada xitam verilməsi əsaslarından biri - icarə haqqının 3 ay və daha artıq müddətdə ödənilməməsi) əsaslanaraq Cavabdeh MMC ilə bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verməkdə haqlı və buna əsası olmamışdır. İddiaçı Cavabdeh MMC-yə qarşı digər tələbləri isə məhz icarə haqlarının uzun müddət ödənilməməsi və buna görə onun birtərəfli iradə ifadəsinə əsasən aralarındakı icarə müqaviləsinin ləğv olunması iddiasından irəli gəldiyi üçün həmin tələblər də əsassız sayılmalı və rədd edilməlidir. Birinci instansiya məhkəməsi də düzgün olaraq belə nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiasının əsaslılığının müəyyən edilməməsi barədə gəldiyi nəticə ilə razılaşmır və həmin iddianı bir hissədə əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh icarə obyektində təşkili nəzərdə tutulmuş “Megastore” mağazasının açılışını və fəaliyyətini həyata keçirmək məqsədilə buna qədər icarəyə verən tərəfindən yerinə yetirilməsi təmin edilməli olan (tərəflər arasında bağlanmış 08 iyul 2021-ci il tarixli İcarə müqaviləsinin şərtlərinə əsasən) bir sıra işləri özü icra etməli olmuşdur. O cümlədən Cavabdeh MMC tərəfindən icarə obyektində isitmə-soyutma və təndir havalandırma sisteminin, yanğın söndürmə və siqnalizasiya sistemlərinin quraşdırılması, transformator, işıq generatoru və digər elektrik avadanlıqlarının alınması, quraşdırılması və servisi, su anbarının tikilməsi, su çəninin quraşdırılması və su xəttinin çəkilməsi, dayanacağın yaradılması və asfaltlanması işləri görülmüşdür. Halbuki, icarə müqaviləsinin şərtlərinə əsasən, icarə obyektini isitmə və soyutma sistemi ilə təmin etmək (bənd 6.4), yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və sanitar-gigiyena qaydalarına uyğun olaraq istifadəyə vermək (bənd 7.1.1), obyektin yanğına qarşı və digər icbari sığortalarını öz hesabına təmin etmək (bənd 7.1.12) – İcarəyə verənin öhdəliklərinə aid olduğu halda icarə obyekti həmin işlər yerinə yetirilmədən İcarəçiyə verilmiş və icarəçi həmin işləri məcburən özü yerinə yetirərək, isitmə-soyutma və təndir havalandırma sisteminin quraşdırılmasına 372130,23 manat, yanğın söndürmə və siqnalizasiya sistemlərinin quraşdırılmasına 139291,51 manat olmaqla, cəmi 511421,74 manat xərc çəkmişdir. Bundan əlavə, icarə obyektində təmir işləri bitənədək elektrik xətləri üçün sayğacları quraşdırıb hazır vəziyyətə gətirmək (bənd 6.3), elektrik gücünü təmin etmək (bənd 7.1.1), bununla bağlı texniki şərtləri öz hesabına almaq (bənd 7.1.9) – bunlar da icarəyə verənin öhdəlikləri olduğu halda icarə obyekti həmin işlər yerinə yetirilmədən icarəçiyə verilmiş və icarəçi işıq generatoru icarəyə götürməyə məcbur olmuş, əlavə olaraq öz hesabına transformator, işıq generatoru və digər elektrik avadanlıqları almış, generatorun icarəsinə, servis (yağ dəyişmə), daşınma işlərinə və yanacaq sərfinə görə 243272,40 manat xərc çəkmişdir. Həmçinin, icarəyə verən icarə obyektinin su təchizatını təmin etmədiyindən İcarəçi obyekti su ilə fasiləsiz təchiz etmək məqsədilə su anbarının tikilməsi, su çəninin quraşdırılması və su xəttinin çəkilməsi işlərini həyata keçirmiş və həmin işlər üçün 50350,30 manat xərc çəkmişdir. Bundan əlavə, icarəyə verən tərəfindən icarə obyektinin qarşısında və ətrafında avtodayanacaqdan istifadəyə şərait yaratmaq öhdəliyi (bənd 7.1.7) icra edilməmiş, buna görə icarəçi dayanacağın yaradılmasına və asfaltlanmasına 13438,70 manat xərc çəkmişdir. Beləliklə, Cavabdeh MMC icarəyə götürdüyü obyektdə icrası icarəyə verənin öhdəliklərinə aid olan, lakin obyekt ona verilənədək icrası təmin olunmamış, eyni zamanda icarə obyektinin təyinatı üzrə istifadəsi üçün icrası zəruri olan işlərin görülməsinə ümumilikdə 818483,14 manat məbləğində vəsait sərf etmişdir. İcarəçi Cavabdeh MMC tərəfindən onun sifarişi əsasında qeyd olunan işlərin icra edilməsini və çəkilmiş xərcləri təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunaraq iş materiallarına əlavə edilmişdir. Qeyd edildiyi kimi, iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı özü (nümayəndəsi) də Cavabdeh MMC tərəfindən icarə obyektində sadalanan işlərin gördüyünü inkar etmir, lakin eyni zamanda iddia edir ki, həmin işlərin görülməsi ona deyil, icarəçiyə (Cavabdeh MMC-yə) aid olmuşdur. Birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi apellyasiya baxışı zamanı izahatında həmçinin bildirmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin layihəsini Cavabdeh MMC-nin təmsilçiləri hazırlamış və müqavilə şərtlərini icarəçinin mənafeyinə uyğun, icarəyə verənin isə ziyanına tərtib etmişlər. Həmin müqavilənin müddəaları qanunvericiliyin tələblərinə uyğun olmamış, müqavilə standart şərtlər üzrə hazırlanmamışdır. İcarəyə verən İddiaçı qarşı tərəfin səmimiyyətinə inanıb müqavilənin incəliklərinə əhəmiyyət vermədən onu imzalamışdır. Odur ki, müqavilənin bir sıra (qeyristandart) şərtləri etibarsız sayılmalıdır. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, bağlanmış icarə müqaviləsinin müddəalarının qanunvericiliyin tələblərinə uyğun olmaması barədə cavabdehin nümayəndəsinin mülahizələri əsassızdır. Digər tərəfdən, cavabdeh həmin müqavilənin hansısa şərtlərinin etibarsızlığını vaxtında və lazımi qaydada mübahisələndirməmişdir. Bundan əlavə, Mülki Məcəllənin 417.3-cü maddəsinə görə, tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir... Ona görə də birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC tərəflər arasında bağlanmış İcarə müqaviləsinin şərtlərindən çıxış edərək tələblər irəli sürməkdə haqlıdır. Mülki Məcəllənin 676.0 və 676.0.1-ci maddələrinə müvafiq olaraq, kirayəyə verilən əşyanın kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmasına bütün kirayə müddəti ərzində kirayəyə verən məsuliyyət daşıyır. Həmin Məcəllənin 677.1-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: 677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər; 677.1.3. bundan savayı, kirayəyə verənin gecikdirməsi halında kirayəçi qüsuru özü aradan qaldıra bilər və çəkdiyi zəruri xərclərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 677.4-cü maddəsinə əsasən, kirayəyə verəni kirayəyə verilmiş əşyanın qüsurları üçün məsuliyyətdən azad edən və ya bu məsuliyyəti məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur, bu şərtlə ki, kirayəyə verən həmin qüsurlar barəsində qəsdən susmuş olsun. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin də 7.1.3-cü bəndində deyilir ki, icarə predmetində onun təyinatına uyğun istifadəsinə tam və ya qismən mane olan çatışmazlıqlar aşkar edildikdə icarəyə verənin vəzifəsidir (öhdəliyidir) ki, icarəçinin tələbi ilə aşağıdakı tədbirlərdən birini həyata keçirsin: (a) çatışmazlıqları əvəzsiz, öz hesabına aradan qaldırmaq və ya (b) çatışmazlıqların aradan qaldırılması üzrə İcarəçinin çəkdiyi xərcləri ödəmək. Qeyd olunduğu kimi, icarə müqaviləsinin şərtlərinə görə mübahisələndirilən işlər məhz icarəyə verən tərfindən görülməli və həm də icarə predmeti icarəçiyə təhvil verilənədək həmin işlər görülmüş olmalı idi. Lakin birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC icarəyə götürdüyü obyektdə icrası İcarəyə verənin öhdəliklərinə aid olan, lakin obyekt ona verilənədək icrası təmin olunmamış, eyni zamanda icarə obyektinin təyinatı üzrə istifadəsi üçün icrası zəruri olmuş yuxarıda sadalanan işləri öz hesabına görərək obyekti istifadə təyinatı üçün uyğun vəziyyətə gətirmiş və buna ümumilikdə 818483,14 manat məbləğində xərc çəkmişdir. Birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı həmin xərclərin əvəzini könüllü surətdə ödəməkdən imtina etdiyinə görə iddiaçı Cavabdeh MMC məhkəməyə müraciət etmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC həm də icarə obyektinin işıq təchizatında yaranmış problemlərlə əlaqədar ərzaq məhsullarının xarab olması nəticəsində dəymiş maddi ziyana görə 45510 manat, əldən çıxmış fayda qismində 715.100 manat və "xxxx" ASC-yə bank faizi kimi ödənilmiş 400.000 manat olmaqla cəmi 1.160.610 manat məbləğində ziyan əvəzinin cavabdeh İddiaçı onun xeyrinə tutulmasını tələb etmişdir. Belə ki, iddiaçının dəlillərinə görə, 15 iyun 2022-ci il tarixdə mağazanın açılışı zamanı transformatorun olmaması səbəbindən işıq təchizatında yaranmış problemlər nəticəsində mağazada külli miqdarda ərzaq məhsulları xarab olmuş və bununla icarəyə verənin təqsiri üzündən ona 45510 manat maddi zərər dəymişdir (mütəxəssis rəyinə və aktlara əsasən). Bundan başqa, icarəyə verən (cavabdeh İddiaçı) icarə obyektini müqavilə bağlandığı tarixdən ən geci 3 ay ərzində təmir işlərini bitirib təyinatına uyğun şəkildə, tam işlək və yararlı vəziyyətdə təhvil-təslim aktı əsasında təqdim etmək öhdəliyini icra etməmiş, nəticədə ticarət sahəsi (mağaza) gec fəaliyyətə başlamış, İcarəçi biznes plana uyğun olaraq supermarketin fəaliyyəti nəticəsində orta aylıq xalis mənfəət kimi hər bir ay üçün əldə edə biləcəyi 71510 manat məbləğdə gəlirdən məhrum olmuş və əldən çıxmış fayda 10 ay üçün 715100 manat təşkil etmişdir (mütəxəssis rəyinə əsasən). Həmçinin, İcarəçi (iddiaçı) müqaviləyə əsasən nəzərdə tutulan fəaliyyət istiqaməti üzrə hazırlanan biznes planın icrası ilə əlaqədar "xxxx" ASC-dən illik 13,5 % dərəcəsi ilə, aylıq 40000 manat faiz olmaqla ******* manat kredit götürmüş və 10 ay üçün 400000 manat faiz ödəməli olmuşdur ("xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən). Məhkəmə kollegiyası birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin bu tələblərini əsassız hesab edir. Belə ki, 15 iyun 2022-ci il tarixdə mağazanın açılışı zamanı transformatorun olmaması səbəbindən işıq təchizatında yaranmış problemlərlə əlaqədar ərzaq məhsullarının xarab olması nəticəsində iddiaçıya 45510 manat məbləğində maddi ziyanın dəyməsi ilə bağlı tələb üzrə məhkəmə kollegiyası qeyd edir ki, bu tələb əsaslı sayıla bilməz. Ona görə ki, iddiaçının dəlillərinə əsasən, icarə obyektində təmir işləri bitənədək elektrik xətləri üçün sayğacları quraşdırıb hazır vəziyyətə gətirmək, elektrik gücünü təmin etmək, bununla bağlı texniki şərtləri öz hesabına almaq kimi öhdəliklər icarəyə verən tərəfindən yerinə yetirilmədiyindən o, mağazanın açılışı ərəfəsində işıq generatoru icarəyə götürməyə məcbur olmuş, əlavə olaraq öz hesabına transformator, işıq generatoru və digər elektrik avadanlıqları almış, generatorun icarəsinə, servis (yağ dəyişmə), daşınma işlərinə və yanacaq sərfinə görə 243272,40 manat xərc çəkmişdir. Belə olduğu halda əgər mağazanın açılışı zamanı işıq təchizatında problemlər yaranmış və nəticədə ərzaq məhsulları xarab olmuşsa, buna görə artıq icarəyə verən deyil, iddiaçının sifarişi əsasında işıq təchizatı işlərini keyfiyyətsiz icra etmiş şəxs (müəssisə) məsuliyyət daşıyır... Əldən çıxmış fayda qismində 715.100 manat məbləğdə pul tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, cavabdehin müqavilə öhdəliklərini tam yerinə yetirməməsi ilə iddiaçının iddia etdiyi gəlirlərdən məhrum olması arasında səbəbli əlaqənin mövcudluğu sübut olunmur. Digər tərəfdən, həmin gəlirlərin əldə edilməsi imkanı ehtimala və nəzəri hesablamalara əsaslanır, ona görə də real zərər kimi qəbul oluna bilməz... "xxxx" ASC-yə ödənilmiş 400.000 manat faiz pulunun cavabdehdən vurulmuş ziyanın əvəzi hesabına tələb olunması ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, bu tələb də əsaslı deyildir. Çünki iddiaçı icarə obyektində işlər gördürdüyü dövrdə əsas vəsaitlərin və avadanlıqların alınması üçün "xxxx" ASC-dən hissə-hissə kreditlər götürmüş, həmin kreditlər təyinatı üzrə istifadə olunmuş, o cümlədən kredit vəsaitləri hesabına icarə obyektində 818483,14 manat həcmində işlər görülmüşdür. Əgər iddiaçı götürdüyü kredit vəsaitlərindən cavabdehin təqsiri (maneçilik törətməsi və s.) üzündən istifadə edə bilməyərək faizlər ödəmiş olsaydı, bunu zərər kimi qəbul etmək olardı. Lakin göründüyü kimi, götürülmüş kredit vəsaitlərindən vaxtında, təyinatı üzrə və səmərəli istifadə olunmuşdur. Belə halda təbii olaraq ödənilən kredit faizlərinin vurulmuş zərər kimi qiymətləndirilməsi qəbulolunmazdır... Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı icarə obyektinin işıq təchizatında yaranmış problemlərlə əlaqədar ərzaq məhsullarının xarab olması nəticəsində dəymiş maddi ziyana görə 45510 manat, əldən çıxmış fayda qismində 715.100 manat və "xxxx" ASC-yə bank faizi kimi ödənilmiş 400.000 manat pul vəsaiti tələbləri əsassızdır və Cavabdeh MMC-nin iddiası həmin tələblərə aid hissədə təmin olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası qismən – 818483,14 manat məbləğində təmin, qalan hissədə rədd edilməlidir. MPM-in 385.1 və 385.1.4-cü maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İşdən görünür ki, Cavabdeh MMC tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar 890 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin təmin olunmuş tələbinə mütənasib olaraq onun tərəfindən ödənilmiş dövlət rüsumu məbləğinin 522,0 manat hissəsi özünə aid edilməli, 368,0 manat hissəsi isə ona cavabdeh İddiaçı tutulub qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2-2(119)- 6/2024 nömrəli qətnaməsi birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin iddia tələbinin təmin edilməməsi hissəsində qismən ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “vurulmuş zəzərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası qismən – 818.483,14 manat (səkkiz yüz on səkkiz min dörd yüz səksən üç manat 14 qəpik) məbləğində təmin edilsin. Həmin məbləğdə pul vəsaiti birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdehnə ödənilsin. Həmçinin, iddiaçı Cavabdeh MMC tərəfindən ödənilmiş 890 manat məbləğində dövlət rüsumunun 368,0 (üç yüz altmış səkkiz) manat məbləği cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh MMC-yə qaytarılsın. Sumqayıt Kommersiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2-2(119)-6/2024 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar