Məhkəmə qərarları › İş №2-2(105)-81/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-81/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-81/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X1 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya işi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-410/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı“ Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6354,80 (altı min üç yüz əlli dörd manat 80 qəpik) manat əsas borcun, 3415,94 (üç min dörd yüz on beş manat 94 qəpik) manat cərimənin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “İddiaçı“ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-410/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. (hakim Z.Sadiqov) Qərardaddan narazı qalan iddiaçı “İddiaçı“ Açıq Səhmdar Cəmiyyəti şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-410/2020 saylı xx xxxx 2020ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin dövlət rüsumu ilə bağlı yanaşması düzgün deyildir. Çünki ilk olaraq məhkəmə əmri verilməsinə dair ərizə verilən zaman 20 manatlıq dövlət rüsumu ödənilmişdir. Sonradan iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 10 manat əlavə olaraq ödəniş edilərək iş materiallarına əlavə olunmuşdur. Hər iki dövlət rüsumu ödəniş tapşırığı vasitəsi ilə bank vasitəsi ilə edilmişdir. Hesab edirlər ki, qanuna müvafiq olaraq dövlət rüsumları ödənilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-410/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı “İddiaçı“ Açıq Səhmdar Cəmiyyəti 6354,80 (altı min üç yüz əlli dörd manat 80 qəpik) manat əsas borcu, 3415,94 (üç min dörd yüz on beş manat 94 qəpik) manat cəriməni və 30 manat məbləğində dövlət rüsumunu mübahisələndirmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)- 410/2020 saylı qərardadı ilə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən ödənilməli olan 30 manat məbləğində dövlət rüsumunun 20 manatının müvafiq qaydada ödənilməməsi, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə dövlət rüsumu kimi yalnız 10 (on) manat məbləğində dövlət rüsumunun ödənilməsi, bununla da, iddiaçı tərəfindən dövlət rüsumunun qanunla müəyyən edilmiş qaydada və məbləğdə ödənilməməsi əsas gətirilərək iddia ərizəsi geri qaytarılmışdır. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən “6354,80 (altı min üç yüz əlli dörd manat 80 qəpik) manat əsas borcun, 3415,94 (üç min dörd yüz on beş manat 94 qəpik) manat cərimənin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını” xahiş etsə də, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə dövlət rüsumu kimi yalnız 10 (on) manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən xx xxxxxx 2020-ci il tarixli ********* №-li mədaxil qəbzini daxil etmişdir. Lakin iddia ərizəsinə 20 (iyirmi) manat məbləğində pul vəsaitinin ödənilməsi ilə əlaqədar xx xxxx 2019-cu il tarixli qəbz əlavə edilmiş olsa da, həmin qəbzdə qeyd olunan məbləğ “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə dövlət rüsümu kimi daxil edilməmişdir. Beləliklə, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən ödənilməli olan 30 manat məbləğində dövlət rüsumunun 20 manatı müvafiq qaydada ödənilməmişdir. Bununla da, iddiaçı tərəfindən dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada və məbləğdə ödənilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Kollegiya qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini lazımi qaydada yerinə yetirməmiş və iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlara yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263- 264, 395-396, 398, 400-cü, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-410/2020 saylı xx xxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Fərmayıl Zeynallı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar