Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-81/2021 05.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Cavabdeh "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə iddiaçının “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında ərizəsi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli e-2-2(119)-544/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 05 aprel 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 123720 (yüz iyirmi üç min yeddi yüz iyirmi) ABŞ dolları məbləğində əsas borc və 5000 ABŞ dolları məbləğində zərər olmaqla, cəmi 128720 (yüz iyirmi səkkiz min yeddi yüz iyirmi) ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə birlikdə məhkəməyə daxil olmuş iddiaçının “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında ərizəsi ilə iddianın təmin tədbiri olaraq işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh MMC-nin bank hesablarına həbsin qoyulması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli e-2-2(119)544/2021 saylı qərardadı ilə İddiaçı “iddianın təmin tədbirinin tətbiq edilməsi” barədə ərizəsi təmin olunmamışdır. (hakim Z.Sadiqov) İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli e-2-2(119)- 544/2021 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını və cavabdehə məxsus bank hesablarındakı hesablara həbs qoyulması barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli e-2-2(119)-544/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-yə məxsus bank hesablarının üzərinə həbs qoyulmasını ona görə tələb edirlər ki, cavabdeh artıq iki ildən artıq bir müddətdir ki, şirkətə olan 123720 ABŞ dolları borcunu ödəmir və həmin borcun ödənilməsi ilə əlaqədar tərəflərindən dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq, cavabdeh borcun ödənilməsindən yayınmışdır. İddianın gələcəkdə maneəsiz icra olunması üçün cavabdehin bank hesablarının üzərinə həbs qoyulmalıdır. Lakin məhkəmə hansısa səbəbdən ərizənin tam əsaslandırılmaması qənaətinə gələrək ərizəni təmin etməmişdir. Hesab edirlər ki, gələcəkdə iddia təmin olunacağı təqdirdə, qətnamənin icrasında cavabdeh tərəfindən yenidən müəyyən bəhanələr gətirilməklə maneələr yaranacaq. Ona görə də, məhkəmə tərəfindən qəbul olunmuş 06.04.2021-ci il tarixli, e-2-2(119)-544/2021 saylı qərardad ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar edilməsnə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 şikayətə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddiaçının ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadında iddiaçının ərizəsinin rədd edilməsi onunla əsaslandırılmışdır ki, «Hüquqi şəxslər sahibkarlıq fəaliyyətini bank hesablarında olan pul vəsaitləri və mülkiyyətində olan əmlaklar vasitəsi ilə həyata keçirdiklərindən, kifayət qədər zəruriliyi müəyyən olunmadan hazırki mərhələdə iddianın təmin tədbiri olaraq Cavabdeh MMC-nin bank hesablarına həbs qoyulması – həmin hüquqi şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsinə manelər yarada, həmin hüquqi şəxsin və onunla əlaqədar olan digər şəxslərin hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıra və eləcə də, ona və digər şəxslərə iqtisadi, maddi və s. zərər vura bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Çünki məhkəmə nəzərə almamışdır ki, istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında həmçinin göstərilmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə isə Konstitsiya Məhkəməsi Plenumunun qərarında qeyd olunan meyarlar baxımından iddiaçının ərizəsinə hüquqi qiymət verməmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən məkəməyə tərəflər arasında notarial qaydada imzalanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilə, eyni zamanda, 123720 ABŞ dolları məbləğində ödənilməmiş borc barədə cavabdehə ünvanlanmış pretenziya müraciəti təqdim olunmuşdur. Bütün bu hallar isə ən azından iddianı təmin etmə tədbiri barədə ərizənin qismən təmin edilməsi və əsas borc (123720 ABŞ dolları) tələbi həcmində, iddiaçının müəyyən etdiyi cavabdehin “xxxx” QSC, “xxxx” ASC, “xxxx” ASC, “xxxx” ASC, “xxxx” KB ASC -dəki bank hesablarındakı pul vəsaiti üzərinə həbs qoyulmasını zəruri etməklə, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarında sadalanan meyarlara tam cavab verir. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, cavabdehin konstitusion vəzifələri nəzərə alınmaqla, onun bank hesablarındakı pul üzərinə həbsin qoyulması - “işçilərə əmək haqqı, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərinə (vergi, sosial və s.) məhdudiyyət qoyulmadan» icra edilməsi ilə şərtləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır; 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu vurğulayan dəlilləri ilə qismən razılaşır və belə qənaətə gəlir ki, onun şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 06.04.2021-ci il tarixli, e-2-2(119)-544/2021 saylı və şikayət təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 09.04.2021-ci il tarixli, e-2-2(119)-544/2021 saylı qərardadları ləğv edilməli, ərizə qismən təmin edilməli, işə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək Cavabdeh MMC-nin:
1. “xxxx” Qapalı Səhimdar Cəmiyyətində olan AZ07ACAB********************, AZ74ACAB**********000004445 və AZ35ACAB******************** saylı;
2. “xxxx” Açıq Səhimdar Cəmiyyətində olan AZ88AZRT********************,AZ04AZRT********************, AZ03AZRT********************,AZ11AZRT401400184**********, AZ42AZRT00019088ATB001L00002,AZ37AZRT00019088ATB002L00016, AZ12AZRT00019088ATB002C00015,AZ43AZRT******************** və AZ29AZRT00019088ATB003C00021 saylı;
3. “xxxx” Açıq Səhimdar Cəmiyyətində olan AZ39AİİB******************** saylı;
4. “xxxx” Açıq Səhimdar Cəmiyyətində olan AZ57MUGA**********00033EUR00,AZ14MUGA**********00033AZM00, AZ65MUGA**********000033AZM00,AZ24MUGA**********00033RUB00 və AZ04MUGA**********00033USD00 saylı;
5. “xxxx” X4 Səhimdar Cəmiyyətində olan AZ70UBAZ**********3220AZN001,AZ95UBAZ**********0040AZN001, **********44AZN01,AZ19UBAZ**********0760USD001, AZ36UBAZ**********0460USD001,AZ64UBAZ**********0160EUR001, AZ79UBAZ**********0060AZN001,AZ15UBAZ**********0040AZN001, AZ58UBAZ**********0140RUB001,AZ52UBAZ**********0140USD001, AZ15UBAZ**********0140EUR001 saylı hesabındakı pul vəsaiti üzərinə - əmək haqqı, vergi və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan, 123720 ABŞ dolları ABŞ dolları həddində (Azərbaycan manatı məzənnəsi ilə) həbs qoyulmalı, ərizə qalan hissədə rədd edilməlidir. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALİR:
İddiaçı MMC-nin şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 06.04.2021-ci il tarixli, e-2-2(119)-544/2021 saylı və şikayət təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 09.04.2021-ci il tarixli, e-2-2(119)-544/2021 saylı qərardadları ləğv edilsin. İddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilsin. İşə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək, Cavabdeh MMC-nin 1.“xxxx” Qapalı Səhimdar Cəmiyyətində olan AZ07ACAB********************, AZ74ACAB**********000004445 və AZ35ACAB******************** saylı; 2.“xxxx” Açıq Səhimdar Cəmiyyətində olan AZ88AZRT********************,AZ04AZRT********************, AZ03AZRT********************,AZ11AZRT401400184**********, AZ42AZRT00019088ATB001L00002,AZ37AZRT00019088ATB002L00016, AZ12AZRT00019088ATB002C00015,AZ43AZRT******************** və AZ29AZRT00019088ATB003C00021 saylı; 3.“xxxx” Açıq Səhimdar Cəmiyyətində olan AZ39AİİB******************** saylı; 4.“xxxx” Açıq Səhimdar Cəmiyyətində olan AZ57MUGA**********00033EUR00,AZ14MUGA**********00033AZM00, AZ65MUGA**********000033AZM00,AZ24MUGA**********00033RUB00 və AZ04MUGA**********00033USD00 saylı; 5.“xxxx” X4 Səhimdar Cəmiyyətində olan AZ70UBAZ**********3220AZN001,AZ95UBAZ**********0040AZN001, **********44AZN01,AZ19UBAZ**********0760USD001, AZ36UBAZ**********0460USD001,AZ64UBAZ**********0160EUR001, AZ79UBAZ**********0060AZN001,AZ15UBAZ**********0040AZN001, AZ58UBAZ**********0140RUB001,AZ52UBAZ**********0140USD001, AZ15UBAZ**********0140EUR001 saylı bank hesablarındakı pul vəsaiti üzərinə əmək haqqı, vergi və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan, 123720 (yüz iyirmi üç min yeddi yüz iyirmi) ABŞ dolları həddində (Azərbaycan manatı məzənnəsi ilə) həbs qoyulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad, icra vərəqəsi verilməklə, dərhal icraya yönəldilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.