Məhkəmə qərarları › İş №2-2(105)-81/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-81/2022

22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-81/2022 22.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Telman Qədir oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Qara Çay" Şirkətinə qarşı “borcun tutulması” tələbinə dair Sumqayıt Kommersiya Məhkəməsinin 18 may 2022-ci il tarixli, e-2-2(119)-231/2022 nömrəli qətnaməsindən cavabdeh “Qara Çay" Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 19 yanvar 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “Qara Çay" Şirkətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 8211,26 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə hesablanmış 386,57 manat məbləğində pul vəsaitinin, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat məbləğində mediator haqqının və 16 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Alıcı” olaraq Cavabdeh ilə “Satıcı” olaraq İddiaçı arasında bağlanmış 24 yanvar 2020-ci il tarixli 012 nömrəli Alqı-satqı müqaviləsinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə, yəni Spesifikasiya aktında adları göstərilən malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi yolu ilə və yaxud nəğd hesablaşma yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilməli idi. İddiaçı olan “Satıcı” tərəfindən üzərinə götürülmüş öhdəliklər tamamilə icra olunsa da, cavabdeh olan “Alıcı” öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi tam şəkildə yerinə yetirməmişdir. Elektron vergi sistemindən təqdim edilmiş 28 yanvar 2021-ci il tarixli 567192 saylı elektron qaimə-faktura sənədinə əsasən, Cavabdehnə ƏDV daxil ümumi dəyəri 11646,60 manat məbləğində olan inşaat materialları təhvil verilmişdir. Həmin elektron qaimə-faktura üzrə qeyd olunan məbləğdən müəyyən ödənişlər həyata keçirildikdən sonra cavabdehin İddiaçı MMC-yə 8211,26 manat məbləğində qalıq borcu qalmışdır. Tərəflər arasında 01 yanvar 2020-ci ildən 01 fevral 2021-ci ilədək olan dövrü əhatə edən müddətdə qalıq borcun müəyyənləşdirilməsi və təsdiqlənməsi məqsədilə yekun “Üzləşdirmə aktı” tərtib edilmişdir. Həmin 01 fevral 2021-ci il tarixli Aktda alıcı Cavabdeh satıcı İddiaçı MMC-yə 6958,50 manat əsas məbləğdən və 1252,76 manat ƏDV məbləğindən olmaqla, ümumilikdə cəmi 8211,26 manat qalıq borcu olduğu tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Bundan başqa alıcı Cavabdeh satıcı İddiaçı MMC qarşısında olan öhdəliklərinin tənzimlənməsi məqsədilə həmin Tərəflər 30 iyun 2021-ci il tarixdə “Razılaşma” protokolu imzalamışlar. 01 fevral 2021-ci il tarixli Üzləşdirmə Aktında əks olunan xüsusatlar 30 iyun 2021-ci il tarixli “Razılaşma” protokolunun 2-ci bəndində də öz əksini tapmışdır və cavabdeh həmin Razılaşmada iddiaçı qarşısında öhdəliyini 2021-ci ilin sentyabr ayının sonunadək tam icra edəcəyi barədə öhdəlik də götürmüşdür. Lakin, bundan sonra da cavabdehə borcun ödənilməsi məqsədilə bir neçə dəfə xəbərdarlıqlar və müraciətlər edilsə də, cavabdeh öhdəliklərini bu günə kimi yerinə yetirməmiş və cəmi 8211,26 manat məbləğində borcunu ödəməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış Müqavilənin 6.2-ci bəndinə əsasən, Alıcı sifariş edilmiş Malların dəyərini bu Müqavilənin 5.1-ci bəndində müəyyən edilmiş müddət ərzində ödəmədiyi halda hər gecikdirilən gün üçün, satıcıya sifariş edilmiş Malların tam ödənildiyi günə qədər malların ödənilməyən dəyərinin 0,1%-i məbləğində cərimə də ödəməlidir. 13 oktyabr 2021-ci il tarixdə cavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilmiş və həmin qalıq borcun ödənilməsi tələb olunmuşdur. Lakin, cavabdeh tərəfindən münasibətlərin nizama salınması məqsədilə heç bir addım atılmamışdır. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamış və cavabdeh tərəfindən cəmi 8211,26 manat məbləğində borc ödənməmişdir. Cavabdeh tərəfindən həmin borcun ödənilməməsi ilə əlaqədar iddiaçı tərəfindən əldən çıxmış faydaya görə 386,57 manat məbləğində borc da hesablanmışdır. Ona görə də, iddianın təmin edilməsi və Cavabdehndən 8211,26 manat məbləğində əsas borcun, həmin borcun ödənişinin gecikdirildiyinə görə hesablanmış 386,57 manat məbləğində pul vəsaitinin, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat məbləğində mediator haqqının və məhkəməyə müraciət edilərkən ödənilmiş 16 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Sumqayıt Kommersiya Məhkəməsinin 18 may 2022-ci il tarixli, e-2-2(119)-231/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh “Qara Çay" Şirkətindən 8211,26 (səkkiz min iki yüz on bir manat 26 qəpik) manat məbləğində əsas borcun, ödənişin gecikdirildiyinə görə hesablanmış 386,57 (üç yüz səksən altı manat 57 qəpik) manat məbləğində pul vəsaitinin, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının və 16 (on altı) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 8713,83 (səkkiz min yeddi yüz on üç manat 83 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, Cavabdehndən dövlət rüsumunun qalığı kimi 89,97 (səksən doqquz manat 97 qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov ). Qətnamədən narazı qalan cavabdeh “Qara Çay" Şirkəti apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 18 may 2022-ci il tarixli, e-2-2(119)-231/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “Qara Çay" Şirkəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə heç bir araşdırma aparmamış, yalnız iddiaçının iddiasında qeyd etdikləri əsasında iddianın əsaslı olması qənaətinə gəlmişdir.Halbuki iddiaçı ilə bağlanmış müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından qanunsuz və əsassızdır. Bundan başqa iddiaçının istinad etdiyi üzləşmə aktı cavabdeh tərəfindən imzalanmamışdır.Məhkəmədə cavabdehin iştirakı təmin olunmamış, bu səbəbdən də bu məsələ ilə bağlı izahatını bildirmək imkanı olunmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq işdə iştirak edən tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddəyə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. İş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı “Qara Çay" Şirkəti (VÖEN **********) arasında bağlanmış 24 yanvar 2020-ci il tarixli 012 nömrəli Alqı-satqı Müqaviləsinin 1.1-ci bəndinə görə “Satıcı” müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (Müqaviləyə 1 saylı Əlavə) Spesifikasiyada adları göstərilən malları satmağı, “Alıcı” isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, malların miqdarının ölçü vahidi, malların çeşidi, müqavilənin ayrılmaz hissəsi sayılan (Müqaviləyə 1 saylı Əlavə) Spesifikasiyada göstərilir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, “Satıcı” bu Müqavilə imzalandığı tarixdən, “Alıcı” tərəfindən öncədən daxil olmuş sifarişlərə uyğun olaraq, 3-5 (üç-beş) təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda Malı “Alıcı”nın özünə və ya səlahiyyətli nümayəndəsinə təhvil verir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, malların hər vahidinin qiyməti, Müqavilənin ayrılmaz hissəsi sayılan Spesifikasiyada (Müqaviləyə 1 saylı Əlavə) göstərilir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, malların təhvil-təslimi Alıcının sifarişindən 2 gün ərzində Satıcının anbarında həyata keçirilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Satıcının anbarında Malların Alıcıya təhvil verdiyi gün Satıcının öz öhdəliklərim icra etdiyi gün hesab olunur. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi yolu ilə və yaxud nəğd hesablaşma (ödəniş) yolu ilə malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, Alıcı sifariş edilmiş Malların dəyərini bu Müqavilənin 5.1-ci bəndində müəyyən edilmiş müddət ərzində ödəmədiyi halda, hər gecikdirilən gün üçün Satıcıya sifariş edilmiş malların tam ödənildiyi günə qədər, Malların ödənilməyən dəyərinin 0,1% (sıfır tam onda bir) faizi məbləğində cərimə ödəyir. İş materiallarında olan 28 yanvar 2020-ci il tarixli EBAF 567192 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı “Qara Çay" Şirkətinə ƏDV daxil cəmi 11646,60 (on bir min altı yüz qırx altı manat 60 qəpik) manat dəyərində olmaqla (9870 manat malın dəyəri + 1776,60 manat ƏDV) müxtəlif tikinti materialları satılmışdır. İş materiallarında olan 24 yanvar 2020-ci il tarixli 012 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı “Qara Çay" Şirkəti tərəfindən tərtib edilərək imzalanmış 01 fevral 2021-ci il tarixli Üzləşdirmə Aktından görünür ki, alıcı “Qara Çay" Şirkətinin 01 fevral 2021-ci il tarixinə satıcı İddiaçınə cəmi 6958,50 (altı min doqquz yüz əlli səkkiz manat 50 qəpik) manat məbləğində əsas və 1252,76 (min iki yüz əlli iki manat 76 qəpik) manat ƏDV borcu olmaqla, cəmi 8211,26 (səkkiz min iki yüz on bir manat 26 qəpik) manat məbləğində ödənilməmiş borcu vardır. İş materiallarında olan 24 yanvar 2020-ci il tarixli 012 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı “Qara Çay" Şirkəti tərəfindən tərtib edilərək imzalanmış 30 iyun 2021-ci il tarixli “Razılaşma”dan görünür ki, həmin “Razılaşma”nın məqsədini alıcı Cavabdeh satıcı İddiaçı MMC qarşısında olan öhdəliklərinin tənzimlənməsi təşkil edir (1-ci bənd) və həmin “Razılaşma”da alıcı Cavabdeh 2021-ci ilin sentyabr ayının sonunadək satıcı İddiaçı qarşısında olan əsas məbləğdən 6958,50 manat və ƏDV məbləğindən 1252,76 manat məbləğində öhdəliyinin tam icrasını və ödənilməsini öz öhdəsinə götürür (2-ci bənd). İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli Maliyyə Arayışından görünür ki, alıcı “Qara Çay" Şirkəti 24 yanvar 2020-ci il tarixli 012 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC-yə 10 yanvar 2022-ci il tarixinə 8211,24 (səkkiz min iki yüz on bir manat 26 qəpik) manat məbləğində əsas borcu və əldən çıxmış faydaya görə hesablanmış 386,57 (üç yüz səksən altı manat 57 qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 24 yanvar 2020-ci il tarixli 012 nömrəli Alqı-satqı müqaviləsinə əsasən “satıcı” İddiaçı ilə “alıcı” “Qara Çay" Şirkəti arasında tikinti materiallarının alqısatqısı baş tutmuş və həmin alqı-satqı üzrə “alıcı” “Qara Çay" Şirkətinin “satıcı” İddiaçınə ümumilikdə cəmi 8211,26 (səkkiz min iki yüz on bir manat 26 qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 8211,26 (səkkiz min iki yüz on bir manat 26 qəpik) manat məbləğində əsas borcun və həmin əsas borcun ödənişinin gecikdirildiyinə görə 10 yanvar 2022-ci il tarixinədək hesablanmış 386,57 (üç yüz səksən altı manat 57 qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh “Qara Çay" Şirkətindən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar birinci instansiya məhkəməsi iddianın təmin edilməli olması ilə bağlı həmçinin aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (maddə 445.2.1) və yaxud, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (maddə 445.2.2) - borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının istinad etdiyi üzləşmə aktının cavabdeh tərəfindən imzalanmamasına dair apellyasiya şikayətinin dəlili əsassızdır.Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli üzləşmə aktı və xx.xx.2021-ci il tarixli Razılaşma protokolu cavabdehin möhürü və vəzifəli şəxsinin imzası ilə təsdiq olunmuşdur. Bundan əlavə cavabdeh üzlşdirmə aktının onlar tərəfindən imzalanmadığını bildirsə də, bununla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: Cavabdeh “Qara Çay" Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 18 may 2022-ci il tarixli, e-2-2(119)-231/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar