Məhkəmə qərarları › İş №2-2(105)-84/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-84/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-84/2020 28.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X8 və X4 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-51/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 53603,59 (əlli üç min altı yüz üç manat 59 qəpik) manat əsas borc, ödənişin gecikdirilməsinə görə müqavilə üzrə əsas borca hesablanmış 5% cərimə, Mərkəzi Bankın müəyyən etdiyi 15% bank uçot dərəcəsi, hüquqi xidmətlərə görə ödənilmiş 2000 (iki min) manat və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 66756,32 (altmış altı min yeddi yüz əlli altı manat 32 qəpik) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-51/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 53603,59 (əlli üç min altı yüz üç manat 59 qəpik) manat əsas borc, 2680,17 (iki min altı yüz səksən manat 17 qəpik) manat cərimə, hüquqi xidmətə görə ödənilmiş xərcin əvəzi kimi 500 (beş yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 56813,76 (əlli altı min səkkiz yüz on üç manat 76 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim İ.Quliyev) Qətnamədən narazı qalan Cavabdeh MMC tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-51/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, yəni Cavabdeh MMCdən İddiaçı MMC-nin xeyrinə 40165,4 (qırx min yüz altmış beş) manat məbləğində pul tutulması, iddianın qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən apelyasiya şikayəti mümkün sayılaraq, icraata qəbul edilmiş və işə baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili X9 məhkəmə kollegiyasına müraciət edərək, iş üzrə tərəflər arasında aşağıda göstərilən məzmunda barışıq sazişi bağlandığını bildirmiş, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

1. Mübahisəni barışıq sazişi ilə həll etmək məqsədilə tərəflərin qarşılıqlı razılığı ilə cavabdehin iddiaçıya olan borcunun ümumi məbləği 45000 AZN (qırx beş min manat) müəyyən edilir.

2. Cavabdeh öhdəsinə götürür ki, həmin borcu 3 dəfəyə, hər dəfəsində 15000 (on beş min) manat olmaqla müvafiq olaraq 30 sentyabr, 30 oktyabr və xx xxxxxx 2020-ci il tarixlərində bank hesabına köçürmə yolu ilə iddiaçıya ödəyəcəkdir. İddiaçı öhdəsinə götürür ki, bu qaydada ödənişi qəbul edəcəkdir.

3. Tərəflər razılığa gəlirlər ki, əgər ödəniş qeyri-iş günü, fövqəladə və ya hərbi vəziyyət, qarşısılınmaz qüvvənin təsiri nəticəsində və digər üzrlü səbəblər istisna olmaqla, razılaşdırılmış gündə ödənilməzsə, hər gecikdirilən gün üçün ödənilməli olan 15000 manatın 1%-i (bir faizi) məbləğində peniya ödəniləcək.

4. Tərəflərə aydındır ki, hazırki işi barışıq sazişi ilə başa çatdırdıqları üçün gələcəkdə bir-birinə qarşı eyni predmetlə bağlı iddia ilə məhkəməyə müraciət edə bilməzlər və barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğu andan cavabdehin iddiaçıya 53.603,59 AZN (əlli üç min altı yüz üç manat əlli doqquz qəpik), iddiaçının isə cavabdehə 6.531,30 AZN (altı min beş yüz otuz bir manat otuz qəpik) borcu olduğunu təqsdiq edən xx xxxxxxxx 2019-cu il tarixli qarşılıqlı borcların üzləşdirilməsi haqqında hər iki akt qüvvədən düşmüş sayılır və bu aktlar üzrə tərəflər bir-birinə qarşı heç bir iddia qaldıra bilməzlər.

5. Gələcəkdə hər hansı bir tərəf barışıq sazişinin şərtlərini icra etməzsə tərəflər barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilərlər. Tərəflər bu saziş üzrə öhdəliklərini vicdanla yerinə yetirəcəklər. Tərəflərdən biri öz öhdəliyini icra etməzsə, digər tərəf bu sazişdən imtina edə bilər.

6. Bu saziş 3 (üç) nüsxədə tərtib olunur, bir nüsxəsi məhkəməyə təqdim olunur, digər nüsxələri isə, tərəflərin özlərində saxlanılır.

7. Bu saziş məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, barışıq sazişini nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5 maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, tərəflərin təqdim etdikləri barışıq sazişinin şərtləri qanuna zidd deyil və digər şəxslərin mənafelərinə toxunmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli və Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-51/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-264, 391 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Aşağıda göstərilən məzmunda tərəflər arasında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

1. Mübahisəni barışıq sazişi ilə həll etmək məqsədilə tərəflərin qarşılıqlı razılığı ilə cavabdehin iddiaçıya olan borcunun ümumi məbləği 45000 AZN (qırx beş min manat) müəyyən edilir.

2. Cavabdeh öhdəsinə götürür ki, həmin borcu 3 dəfəyə, hər dəfəsində 15000 (on beş min) manat olmaqla müvafiq olaraq 30 sentyabr, 30 oktyabr və xx xxxxxx 2020-ci il tarixlərində bank hesabına köçürmə yolu ilə iddiaçıya ödəyəcəkdir. İddiaçı öhdəsinə götürür ki, bu qaydada ödənişi qəbul edəcəkdir.

3. Tərəflər razılığa gəlirlər ki, əgər ödəniş qeyri-iş günü, fövqəladə və ya hərbi vəziyyət, qarşısılınmaz qüvvənin təsiri nəticəsində və digər üzrlü səbəblər istisna olmaqla, razılaşdırılmış gündə ödənilməzsə, hər gecikdirilən gün üçün ödənilməli olan 15000 manatın 1%-i (bir faizi) məbləğində peniya ödəniləcək.

4. Tərəflərə aydındır ki, hazırki işi barışıq sazişi ilə başa çatdırdıqları üçün gələcəkdə bir-birinə qarşı eyni predmetlə bağlı iddia ilə məhkəməyə müraciət edə bilməzlər və barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğu andan cavabdehin iddiaçıya 53.603,59 AZN (əlli üç min altı yüz üç manat əlli doqquz qəpik), iddiaçının isə cavabdehə 6.531,30 AZN (altı min beş yüz otuz bir manat otuz qəpik) borcu olduğunu təqsdiq edən xx xxxxxxxx 2019-cu il tarixli qarşılıqlı borcların üzləşdirilməsi haqqında hər iki akt qüvvədən düşmüş sayılır və bu aktlar üzrə tərəflər bir-birinə qarşı heç bir iddia qaldıra bilməzlər.

5. Gələcəkdə hər hansı bir tərəf barışıq sazişinin şərtlərini icra etməzsə tərəflər barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilərlər. Tərəflər bu saziş üzrə öhdəliklərini vicdanla yerinə yetirəcəklər. Tərəflərdən biri öz öhdəliyini icra etməzsə, digər tərəf bu sazişdən imtina edə bilər.

6. Bu saziş 3 (üç) nüsxədə tərtib olunur, bir nüsxəsi məhkəməyə təqdim olunur, digər nüsxələri isə, tərəflərin özlərində saxlanılır.

7. Bu saziş məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-51/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə və işin icraatına xitam verildikdə tərəflərin eyni predimet və eyni əsaslar üzrə mübahisəyə dair məhkəməyə təkrar müraciət etmələrinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən Zaur Məmmədov Hakimlər Məhəmmədəli Rzayev Elman Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar