Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-86/2020 04.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X2 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi üzrə iddianın təmin tədbirinin tətbiq edilməsi haqqında iddiaçının ərizəsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-416/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən ona məxsus **********00000 saylı kod üzərinə yazılmış 11721,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddia ərizəsi ilə birlikdə məhkəməyə daxil olmuş iddiaçının “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında ərizəsi ilə iddianın təmin tədbiri olaraq işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçıya məxsus Quba şəhərinin 223-cü Atıcı Divizya küçəsində yerləşən abonent kodu **********00000 olan “Əli” Ticarət Mərkəzinə qazın verilməsinin bərpa olunması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iddia predmeti mübahisəli olduğundan “Əli” Ticarət Mərkəzinə verilən qaz təchizatının dayandırılması iddiaçıya maddi və mənəvi zərərin dəyməsi ilə nəticələnəcəkdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-416/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə mahiyyəti üzrə baxılanadək, iddianın təmin tədbiri kimi iddiaçıya məxsus Quba şəhəri 223-cü Atıcı Divizya küçəsində yerləşən “Əli” Ticarət Mərkəzinə (abonent kodu **********00000) qazın verilməsinin dayandırılması Cavabdehnə qadağan edilmişdir. (hakim Z.Sadiqov) Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-416/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba xidmət sahəsinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə həmin müəssisənin qaz avadanlıqlarına (qaz təsərrüfatına) baxış keçirilmişdir. Keçirilən baxış zamanı müəssisədə sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə olunduğu müəyyən edilmişdir. Bununla bağlı Quba qaz xidmət sahəsinin əməkdaşları tərəfindən müvafiq aktlar yazılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-cibəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi İstehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 6897,60 manat dəymiş ziyanın ödənilməsi istehlakçıdan tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bundan başqa, həmin müəssisənin 6532,10 manat məbləğində sayğac göstəricilərinə əsasən müəyyən olunan debitor borcu da vardır və dəfələrlə yazılı xəbərdarlıq (bildiriş) göndərilməsinə baxmayaraq istehlakçı tərəfindən həmin borc ödənilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin 6-cı bəndinin 4-cü hissəsinə əsasən Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; Göstərilənlərdən də müəyyən olunur ki, istehlakçının qaz təchizatının dayandırılması mövcud qanunvericiliyə və istehlakçı ilə bağlanmış müqaviləyə tam uyğun olaraq həyata keçirilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-416/2020 saylı xx xxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və iddianın təmin tədbiri haqqında ərizəni araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı hazırkı iddia ərizəsi ilə Cavabdeh tərəfindən hesablanmış 11721,60 manat məbləğində borcu mübahisələndirmişdir. İddiaçının ərizəsinə əsasən qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-416/2020 saylı qərardadına əsasən kommersiya işinə mahiyyəti üzrə baxılanadək, iddianın təmin tədbiri kimi iddiaçıya məxsus Quba şəhəri 223-cü Atıcı Divizya küçəsində yerləşən “Əli” Ticarət Mərkəzinə (abonent kodu **********00000) qazın verilməsinin dayandırılması Cavabdehnə qadağan edilmişdir. Kollegiya qeyd edir ki, mübahisələndirilən borc məbləğinə görə fiziki şəxs olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı məxsus Quba şəhəri 223-cü Atıcı Divizya küçəsində yerləşən “Əli” Ticarət Mərkəzinə təbii qazın verilməsinin dayandırılması - sonuncunun sahibkarlıq fəaliyyətini həyata keçirməsinə maneələr yarada və həmin sahibkara və digər şəxslərə zərər vura bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinin tələblərinə görə, məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398, 400-cü, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-416/2020 saylı xx xxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Fərmayıl Zeynallı
Məhkəmə qərarları › İş №2-2(105)-86/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-86/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver