Məhkəmə qərarları › İş №2-2(105)-9/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-9/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-9/2025 04.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçının nümayəndələri Qanuni nümayəndə, Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e- 2-2(119)-1165/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı «Alyans-N” Məhdud Məsuliyyətli Cəmiyyəti 27 iyun 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehə satılmış “Kremlinka” və “Sobolinaya” araqlarına görə 56073 (əlli altı min yetmiş üç) manat məbləğində, anbarda saxlanan “Sobolinaya” araqlarına görə 140030 (yüz qırx min otuz) manat məbləğində borc olmaqla, cəmi 196103 (yüz doxsan altı min yüz üç) manat pul vəsaitinin və Mülki Məcəllənin 449.1 maddəsinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə vurulmuş zərərin, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 1165/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 9777,32 (doqquz min yeddi yüz yetmiş yeddi manat, otuz iki qəpik) manat dəyərində "Kremlinka", 140030 (yüz qırx min otuz) manat dəyərində "Sobolinaya" markalı araqların iddiaçı «Alyans-N” Məhdud Məsuliyyətli Cəmiyyətinə natura formasında geri qaytarılması, qaytarılmadıqda isə onların dəyərinin iddiaçıya ödənilməsi, cavabdeh "Abşeron-Şərab” Açıq Səhmdar Cəmiyyətindən 439,81 (dörd yüz otuz doqquz manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçı "Alyans-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli). Sumqayıt Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 1165/2024 nömrəli qətnaməsindən iddiaçı «Alyans-N” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayətləri verilərək Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-1165/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qətnaməsinin 56073 manat məbləğində pul vəsaitinini iddiaçı tərəfindən 27 fevral 2020-ci il tarixdən cavabdehə ödənilməməsinə görə Mülki Məcəllənin 449.4-cümadəsinə əsasən cavabdehdən zərərin əvəzinin ödənilməsi ilə bağlı pul vəsaitinin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin olunması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 1165/2024 nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayətləri verilərək Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 1165/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən tərəflər arasında barışıq sazişinin bağlanmasının təmin edilməsi məqsədilə məhkəmə iclası təxirə salınmış və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə tərəflər arasında bağlanmış barışıq sazişi, malların təhvil-qəbul aktı və Akt təqdim edilmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aşağıdakı sazişi bağlayır: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti anbarında saxlanılan aşağıdakı markada və sayda araqları İddiaçınə təhvil verir, gələcəkdə İddiaçınə qarşı heç bir iddiası və tələbi olmayacaqdır, bununla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2- 2(105)-9/2025 nömrəli iş üzrə icraata xitam verilməsinə razıdır:

1. Sobolinaya 0.5İ 1050 ədəd x 35.30 AZN

2. Sobolinaya 0.7İ 1526 ədəd x 49.10 AZN

3. Sobolinaya Tuba 0.7İ 500ədəd x 55.21 AZN Cəmi dəyəri 139.596,60 (bir yüz otuz doqquz min beş yüz doxsan altı manat altmış qəpik) manat İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti anbarında saxlanılan aşağıdakı markada və sayda araqları təhvil alır, gələcəkdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətiinə qarşı heç bir iddiası və tələbi olmayacaqdır, bununla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(105)-9/2025 nömrəli iş üzrə icraata xitam verilməsinə razıdır:

1. Sobolinaya 0.5l 1050 ədəd x 35.30 AZN

2. Sobolinaya 0.7İ 1526 ədəd x 49.10 AZN

3. Sobolinaya Tuba 0.7İ 500ədəd x 55.21 AZN Cəmi dəyəri 139.596,60 (bir yüz otuz doqquz min beş yüz doxsan altı manat altmış qəpik) manat Hazırkı saziş kənar təsir olmadan tərəflərin özləri tərəfindən iradə sərbəstliyi əsasında tərtib olunmuş və tərəflərin imzası ilə təsdiq olunmuşdur. Həmçinin barışıq sazişinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 012591 nömrəli malların təhvil-qəbul aktı ilə müəyyən edilir ki, cəmi dəyəri 139.596,60 (bir yüz otuz doqquz min beş yüz doxsan altı manat altmış qəpik) manat olan 1050 ədəd Araq Sobolinaya 0.5l, 1526 ədəd Araq Sobolinaya 0.7İ, 500 ədəd Araq Sobolinaya 0.7l X3 tərəfindən təhvil verilmiş və Qanuni nümayəndə tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin maliyyə direktoru X4, anbardar X3, İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə tərəfindən imza edilərək tərtib edilmiş Aktla müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən Araq Sobolinaya 0.5l 1050 ədəd, Araq Sobolinaya 0.7l 1526 ədəd, Araq Sobolinaya 0.7l 500 ədəd malı "xxxx" ASC İddiaçı MMC-yə təhvil vermişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1165/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, kommersiya işi üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, tərəflər barışıq sazişi bağladıqları üçün və barışıq sazişi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 1165/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.5, 370, 384.0.5, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı «Alyans-N” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1165/2024 nömrəli qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış 30 yanvar 2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aşağıdakı sazişi bağlayır: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti anbarında saxlanılan aşağıdakı markada və sayda araqları İddiaçınə təhvil verir, gələcəkdə İddiaçınə qarşı heç bir iddiası və tələbi olmayacaqdır, bununla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2- 2(105)-9/2025 nömrəli iş üzrə icraata xitam verilməsinə razıdır:

1. Sobolinaya 0.5İ 1050 ədəd x 35.30 AZN

2. Sobolinaya 0.7İ 1526 ədəd x 49.10 AZN

3. Sobolinaya Tuba 0.7İ 500ədəd x 55.21 AZN Cəmi dəyəri 139.596,60 (bir yüz otuz doqquz min beş yüz doxsan altı manat altmış qəpik) manat İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti anbarında saxlanılan aşağıdakı markada və sayda araqları təhvil alır, gələcəkdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətiinə qarşı heç bir iddiası və tələbi olmayacaqdır, bununla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(105)-9/2025 nömrəli iş üzrə icraata xitam verilməsinə razıdır:

1. Sobolinaya 0.5l 1050 ədəd x 35.30 AZN

2. Sobolinaya 0.7İ 1526 ədəd x 49.10 AZN

3. Sobolinaya Tuba 0.7İ 500ədəd x 55.21 AZN Cəmi dəyəri 139.596,60 (bir yüz otuz doqquz min beş yüz doxsan altı manat altmış qəpik) manat. İddiaçı «Alyans-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar