Məhkəmə qərarları › İş №2-2(105)-91/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-91/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-91/2020 17.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X2 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə iddianın təmin tədbirinin tətbiq edilməsi haqqında iddiaçının ərizəsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-439/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh «Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 18855 (on səkkiz min səkkiz yüz əlli beş) manat məbləğində əsas borcun, 131985 (yüz otuz bir min doqquz yüz səksən beş) manat məbləğində cərimə-dəbbə pulunun, 5000 (beş min) manat əldən çıxmış fayda haqqının, 7,25 % məbləğində hesablanmaqla 1366 (min üç yüz altmış altı) manat məbləğində bank uçot dərəcəsinin və 31 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək hazırkı kommersiya işinin icraatı yekunlaşanadək Cavabdeh MMC-yə məxsus “xxxx” ASC, Abşeron rayonu filialında yerləşən "İBAN-H\H- AZ82AİİB********************; VÖEN-**********; M\HAZ37NABZ**********000001944; Bank Kodu-200231" olan bank hesabındakı pul vəsaitlərinin üzərinə iddia tələbi həcmində həbs qoyulması, özgəninkiləşdirilməsinin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 12/17 №li müqavilə bağlanıb. Cavabdeh MMC öz üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyinə görə ona qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət olunub. İddia ərizəsi ilə birlikdə məhkəməyə baxılması üçün iddianı təmin etmək haqqında ərizənin də təqdim edilməsi zərurəti vardır. Belə ki, iddia təmin olunacağı təqdirdə cavabdehdən xeyli miqdarda pulun tutulması qət ediləcəkdir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən müstəsna hallar nəzərə alınmaqla icra sənədinin icrası 3 ay ərzində həyata keçirilməlidir. Lakin cavabdehin bu müddət ərzində tələb edilən məbləğdə pulu ödəməsi real deyildir. Çünki pulun ödənilməsi barədə dəfələrlə müraciət olunsa da, cavabdeh pulu geri ödəməkdən yayınır. Cavabdehə ödədikləri puldan təkrar istifadə edə bilməkləri və daha da çox zərərə uğramamaqları üçün qətnamənin vaxtında icra olunması pozulmuş hüquqlarının bərpası üçün vacibdir. Buna görə də hazırkı iddialarının əsaslılığı prezumpsiyasından çıxış edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə cavabdehə məxsus əmlak – bank hesabına həbs qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı hazırkı işin icraatı yekunlaşana qədər, iddianı təmin etmək üçün tədbir kimi, Cavabdeh MMC-yə məxsus “xxxx” ASC, Abşeron rayonu filialında yerləşən, İBANH\HAZ82AİİB********************;VÖEN-**********; M\HAZ37NABZ**********000001944; Bank Kodu-200231; olan bank hesabında olan pul vəsaitlərinin üzərinə iddia tələbi həcmində həbs qoyulması, özgəninkiləşdirilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-439/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Cavabdeh MMC-yə məxsus “xxxx” ASC, Abşeron rayonu filialında yerləşən, İBANH\HAZ82AİİB********************; VÖEN-**********; M\HAZ37NABZ**********000001944; Bank Kodu-200231; olan bank hesabında olan pul vəsaitlərinin üzərinə 25000 (iyirmi beş min manat) məbləğində həbs qoyulmuş, həmin məbləğdə pul vəsaitinin özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmişdir. (hakim X.Tağıyev) Qərardaddan narazı qalan cavabdeh «Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-439/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, pandemiya ilə əlaqədar işində durğunluq yaranmış və digər vətəndaşlar kimi onun da maddi vəziyyəti və iş faəliyyəti aşağı səviyyəyə enmişdir. Ona görə də hazırki problemlə üzləşmişdir. “xxxx” MMC-nin iddiasını qismən qəbul edir. İddiaçı MMC-yə təxminən 18 000 (on səkkiz min) manat məbləğində borcu vardır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-439/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 ərizəni müdafiə edib onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və iddianın təmin tədbiri haqqında ərizəni araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə 18855 (on səkkiz min səkkiz yüz əlli beş) manat məbləğində əsas borc, 131985 (yüz otuz bir min doqquz yüz səksən beş) manat məbləğində cərimə-dəbbə pulun, 5000 (beş min) manat əldən çıxmış fayda haqqı, 7,25 % məbləğində hesablanmaqla 1366 (min üç yüz altmış altı) manat məbləğində bank uçot dərəcəsi və 31 manat məbləğində dövlət rüsumunu mübahisələndirmişdir. İddiaçının ərizəsinə əsasən qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-439/2020 saylı qərardadına əsasən işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Cavabdeh MMC-yə məxsus “xxxx” ASC, Abşeron rayonu filialında yerləşən, İBANH\HAZ82AİİB********************;VÖEN-**********; M\HAZ37NABZ**********000001944; Bank Kodu-200231; olan bank hesabında olan pul vəsaitlərinin üzərinə 25000 (iyirmi beş min manat) məbləğində həbs qoyulmuş, həmin məbləğdə pul vəsaitinin özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinin tələblərinə görə, məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh «Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-439/2020 saylı xx xxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar