Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-91/2023 28.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X4, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-6/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Alıcı Cavabdeh (VÖEN **********) ilə satıcı İddiaçı arasında bağlanmış 05 aprel 2019-cu il tarixli 13/2019 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcının dövri sifarişləri əsasında, müqavilədə nəzərdə tutulmuş qaydada və şərtərlə, müqavilənin Əlavələri olan "Malların təsnifatı və qiymətlərin razılaşdırma рrotokolları” ilə müəyyən edilmiş məişət avadanlıqlarını satır və alıcıya təhvil verir.
2. Müqavilənin 2.1-ci bəndinə görə müqavilə üzrə malların dəyəri, təchiz müddəti və ödəniş şərtləri müqavilənin, ayrılmaz tərkib hissəsi olan "Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolları” ilə müəyyən edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən əgər satıcı bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə avadanlıqların təchizini gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə qiymətinin 1 (bir) faizi həcmində alıcıya cərimə ödəməlidir. Lakin bu cərimələrin ümumi məbləği müqavilə qiymətinin 10 faizindən artıq olmamalıdır.
3. Alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavə olan aprel 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 7271,16 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 12 aprel 2019-cu il tarixli 545 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 7271,16 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 7271,16 manat dəyərində malın verilməsi ilə əlaqədar 13 aprel 2019-cu il tarixli EAAT seriyalı 070007 nömrəli elektron qaimə təqdim olunmuşdur.
4. Alqı-satqı müqaviləsinə 2 nömrəli Əlavə olan 01 may 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 7651,12 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 01 may 2019-cu il tarixli 640 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 7651,16 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 7651,16 manat dəyərində malın verilməsi ilə əlaqədar 02 may 2019-cu il tarixli EAAT seriyalı 873476 nömrəli elektron qaimə təqdim olunmuşdur.
5. Alqı-satqı müqaviləsinə 3 nömrəli Əlavə olan 12 iyun 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 7875,32 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 12 iyun 2019-cu il tarixli 930 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 7875,32 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 7875,32 manat dəyərində malın verilməsi ilə əlaqədar 13 iyun 2019-cuil tarixli EAAV seriyalı 756319 nömrəli elektron qaimə təqdim olunmuşdur.
6. Alqı-satqı müqaviləsinə 4 nömrəli Əlavə olan 17 iyul 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 9806,98 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 17 iyul 2019-cuil tarixli 1223 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 9806,98 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 9806,98 manat dəyərində malın verilməsi ilə əlaqədar 22 iyul 2019-cu il tarixli EAAX seriyalı 470385 nömrəli elektron qaimə təqdim olunmuşdur.
7. Alqı-satqı müqaviləsinə 4/1 nömrəli Əlavə olan 05 avqust 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 12423,04 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 05 avqust 2019-cu il tarixli 1346 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 12423,04 manat olan mallar Cavabdeh təhvil verilmişdir. 20 sentyabr 2019-cu il tarixli 247 nömrəli iadə qaiməyə əsasən 661,98 manat dəyərində mal Cavabdeh tərəfindən qaytarılmışdır. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 11761,06 manat dəyərində malın verilməsi ilə əlaqədar 20 sentyabr 2019-cu il tarixli EBAA seriyalı 112859 nömrəli elektron qaimə təqdim olunmuşdur.
8. Alqı-satqı müqaviləsinə 5 nömrəli Əlavə olan 16 avqust 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 5275,78 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 16 avqust 2019-cu il tarixli 1405 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 5275,78 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 5275,78 manat dəyərində malın verilməsi ilə əlaqədar 19 avqust 2019-cu il tarixli EAAY seriyalı 680061 nömrəli elektron qaimə təqdim olunmuşdur.
9. Alqı-satqı müqaviləsinə 7 nömrəli Əlavə olan 03 sentyabr 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 8814,6 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 03 sentyabr 2019-cu il tarixli 1531 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 8814,6 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 8814,6 manat dəyərində malın verilməsi ilə əlaqədar 04 sentyabr 2019-cu il tarixli EAAZ seriyalı 387817 nömrəli elektron qaimə təqdim olunmuşdur.
10. Alqı-satqı müqaviləsinə 8 nömrəli Əlavə olan 30 oktyabr 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 19921,94 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 30 oktyabr 2019-cu il tarixli 1856 nömrəli qaimə-fakturaya əsasən ümumi məbləği 19921,94 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 19921,94 manat dəyərində malın verilməsi ilə əlaqədar 31 oktyabr 2019-cu il tarixli EBAB seriyalı 896347 nömrəli elektron qaimə təqdim olunmuşdur.
11. Alqı-satqı müqaviləsinə 9 nömrəli Əlavə olan 22 noyabr 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 6605,64 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 22 noyabr 2019-cu il tarixli 1944 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 6605,64 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 6605,64 manat dəyərində malın verilməsi ilə əlaqədar 25 noyabr 2019-cu il tarixli EBAC seriyalı 901469 nömrəli elektron qaimə təqdim olunmuşdur.
12. Alqı-satqı müqaviləsinə 10 nömrəli Əlavə olan 26 dekabr 2019-cu il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 8339,06 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 26 dekabr 2019-cu il tarixli 2132 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 8339,06 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 8339,06 manat dəyərində malın verilməsi ilə əlaqədar 26 dekabr 2019-cu il tarixli EBAE seriyalı 439588 nömrəli elektron qaimə təqdim olunmuşdur.
13. Alqı-satqı müqaviləsinə 11 nömrəli Əlavə olan 29 yanvar 2020-ci il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 6736,62 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 30 yanvar 2020-ci il tarixli 91 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 6736,62 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 6736,62 manat dəyərində malın verilməsi ilə əlaqədar 31 yanvar 2020-ci il tarixli EBAF seriyalı 731202 nömrəli elektron qaimə təqdim olunmuşdur.
14. Alqı-satqı müqaviləsinə 12 nömrəli Əlavə olan 29 aprel 2020-ci il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 9291,32 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 29 aprel 2020-ci il tarixli 407 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 9291,32 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 9291,32 manat dəyərində malın verilməsi ilə əlaqədar 08 may 2020-ci il tarixli EBAJ seriyalı 674293 nömrəli elektron qaimə təqdim olunmuşdur.
15. Alqı-satqı müqaviləsinə 13 nömrəli Əlavə olan 13 may 2020-ci il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 2044,94 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 13 may 2020-ciil tarixli 484 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 2044,94 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 2044,94 manat dəyərində malın verilməsi ilə əlaqədar 15 may 2020-ci il tarixli EBAJ seriyalı 948959 nömrəli elektron qaimə təqdim olunmuşdur.
16. Alqı-satqı müqaviləsinə 14 nömrəli Əlavə olan 08 iyun 2020-ci il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 7055,22 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 08 iyun 2020-ci il tarixli 698 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 7055,22 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 7055,22 manat dəyərində malın verilməsi ilə əlaqədar 09 iyun 2020-ci il tarixli EBAK seriyalı 924259 nömrəli elektron qaimə təqdim olunmuşdur.
17. Alqı-satqı müqaviləsinə 15 nömrəli Əlavə olan 02 iyul 2020-ci il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 13165,26 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 02 iyul 2020-ci il tarixli 913 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 13165,26 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 13165,26 manat dəyərində malın verilməsi ilə əlaqədar 03 iyul 2020-ci il tarixli EBAL seriyalı 920932 nömrəli elektron qaimə təqdim olunmuşdur.
18. Alqı-satqı müqaviləsinə 16 nömrəli Əlavə olan 10 iyul 2020-ci il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 21008,72 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 10 iyul 2020-ci il tarixli 966 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 21008,72 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 21008,72 manat dəyərində malın verilməsi ilə əlaqədar 14 iyul 2020-ci il tarixli EBAM seriyalı 359266 nömrəli elektron qaimə təqdim olunmuşdur.
19. Alqı-satqı müqaviləsinə 17 nömrəli Əlavə olan 06 avqust 2020-ci il tarixli Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolunda ümumi məbləği 12241,32 manat olan malların bu əlavə imzalandıqdan 3 iş günü ərzində satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh təhvil verilməsi, əlavədə adları qeyd olunan məişət avadanlıqlarının dəyərinin avadanlıqlar təhvil alındıqdan sonrakı 90 təqvim günü ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. 06 avqust 2020-ci il tarixli 1059 nömrəli qaimə fakturaya əsasən ümumi məbləği 12241,32 manat olan mallar Cavabdeh təhvil verilmişdir. İddiaçı tərəfindən alıcı Cavabdeh ƏDV daxil olmaqla 12241,32 manat dəyərində malın verilməsi ilə əlaqədar 06 avqust 2020-ciil tarixli EBAN seriyalı 344092 nömrəli elektron qaimə təqdim olunmuşdur.
20. 14 iyun 2022-ci il tarixli 4/742 nömrəli ekspert rəyinə əsasən, kommersiya işinin müqaviləyə 01 may 2019-cu il tarixli 2 nömrəli Əlavə olan malların təsnifatı və qiymətlərin razılaşma protokolunda “Alıcı:” qrafasından aşağıda yerləşən “Fiziki şəxs” qrafasındakı imza, xx.xx.2019-cu il tarixli 640 nömrəli qaimə fakturada “/Cavabdeh/” yazısının yuxarı hissəsində yerləşən "Təhvil aldı:” qrafasındakı imza, xx.xx.2019-cu il tarixli 1856 nömrəli qaimə fakturada /Cavabdeh/” yazısının yuxarı hissəsində yerləşən "Təhvil aldı:” qrafasındakı imza, müqaviləyə xx.xx.2019-cu il tarixli müqaviləyə 8 nömrəli əlavə olan malların təsnifatı və qiymətlərin razılaşma protokolunun 1-ci vərəqinin sağ hissəsindəki imza, 2-ci vərəqində “Alıcı:” qrafasından aşağıda yerləşən “Fiziki şəxş” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.
21. 07 fevral 2023-cü il tarixli 4/1730 nömrəli ekspert rəyinə əsasən, 05 aprel 2019cu il tarixli 13/2019 saylı “Alqı-satqı müqaviləsi”nin sonunda “Alıcı” qrafasındakı imza, müqaviləyə 1 nömrəli əlavə olunan 12 aprel 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 3 nömrəli əlavə olunan 12 iyun 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 4 nömrəli əlavə olunan 17 iyul 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 4/1 nömrəli əlavə olunan 05 avqust 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 5 nömrəli əlavə olunan 16 avqust 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 7 nömrəli əlavə olunan 03 sentyabr 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 9 nömrəli əlavə olunan 22 noyabr 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 10 nömrəli əlavə olunan 26 dekabr 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 11 nömrəli əlavə olunan 29 yanvar 2020-ci il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda,12 nömrəli əlavə olunan 29 aprel 2020-ci il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 13 nömrəli əlavə olunan 13 may 2020-ci il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 14 nömrəli əlavə olunan 08 iyun 2020-ci il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda,15 nömrəli əlavə olunan 02 iyul 2020-ci il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda, 16 nömrəli əlavə olunan 10 iyul 2020-ci il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda,17 nömrəli əlavə olunan 06 avqust 2020-ci il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolunda “Alıcı: Cavabdeh” qrafalarındakı imzalar,12 aprel 2019-cu il tarixli 545 nömrəli qaimə fakturada, 12 iyun 2019-cu il tarixli 930 nömrəli qaimə fakturada, 17 iyul 2019-cu il tarixli 1223 nömrəli qaimə fakturada, 05 avqust 2019-cu il tarixli 1346 nömrəli qaimə fakturada, 16 avqust 2019-cu il tarixli 1405 nömrəli qaimə fakturada, 03 sentyabr 2019-cu il tarixli 1531 nömrəli qaimə fakturada, 22 noyabr 2019-cu il tarixli 1944 nömrəli qaimə fakturada, 26 dekabr 2019-cu il tarixli 2132 nömrəli qaimə fakturada, 30 yanvar 2020-ci il tarixli 91 nömrəli qaimə fakturada, 29 aprel 2020-ci il tarixli 407 nömrəli qaimə fakturada, 13 may 2020-ci il tarixli 484 nömrəli qaimə fakturada, 08 iyun 2020-ci il tarixli 698 nömrəli qaimə fakturada, 02 iyul 2020-ci il tarixli 913 nömrəli qaimə fakturada, 10 iyul 2020-ci il tarixli 966 nömrəli qaimə fakturada, 06 avqust 2020-ci il tarixli 1059 nömrəli qaimə fakturada “Təhvil aldı:” qrafalarındakı imzalar Cavabdeh icra olunmuşdur.
22. "xxxx" ASC-nin 22 sentyabr 2022-ci il tarixli məktubuna əsasən, Cavabdeh tərəfindən "xxxx" ASC-də mövcud olan bank hesabı vasitəsilə 13 mart 2019-cu il tarixindən 24 avqust 2022-ci il tarixinə qədər İddiaçı MMC-yə 109402,60 manat həcmində vəsait ödənilmişdir.
23. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahdağ Ticarət Mərkəzində satıcı işləmiş X5 və sürücü işləmiş X3 ifadələrində Cavabdeh Şahdağ Ticarət Mərkəzində satıcı kimi işlədiklərini bildirmişlər.
Birinci instansiya məhkəməsində icraat
24. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 55463,46 (əlli beş min dörd yüz altmış üç manat 46 qəpik) əsas borcun, 5546,35 (beş min beş yüz qırx altı manat 35 qəpik) manat məbləğində cərimənin, 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manatın tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
25. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 aprel 2019-cu il tarixdə İddiaçı MMC ilə cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh arasında 13/2019 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən satıcı İddiaçı MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh dövri sifarişlər əsasında müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə, müqavilənin əlavələri olan “Malların təsnifatı və qiymətlərin razılaşdırma protokolları” ilə müəyyən edilmiş məişət avadanlıqlarını satır və alıcıya təhvil verir. Həmin müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçı tərəfindən cavabdehə malların təsnifatı və qiymətlərin razılaşma protokolları əsasında 165.528 (yüz altmış beş min beş yüz iyirmi səkkiz) manat məbləğində məişət texnikası satılaraq təhvil verilmişdir. Belə ki, 12 aprel 2019-cu il tarixdə 1 nömrəli əlavə protokol və 545 nömrəli qaimə faktura əsasında iddiaçı tərəfindən cavabdehə 7271,16 (yeddi min iki yüz yetmiş bir manat 16 qəpik) manat məbləğində, 01 may 2019-cu il tarixdə 2 nömrəli protokol və 640 nömrəli qaimə faktura əsasında 7651,12 (yeddi min altı yüz əlli bir manat 12 qəpik) manat məbləğində, 12 iyun 2019-cu il tarixdə 3 nömrəli əlavə protokol və 930 nömrəli qaimə faktura əsasında 7875,32 (yeddi min səkkiz yüz yetmiş beş manat 32 qəpik) manat məbləğində, 17 iyul 2019-cu il tarixdə 4 nömrəli əlavə protokol və 1223 nömrəli qaimə faktura əsasında 9806,98 (doqquz min səkkiz yüz altı manat 98 qəpik) manat məbləğində, 05 avqust 2019-cu il tarixdə 4/1 nömrəli əlavə protokol və 1346 nömrəli qaimə faktura əsasında 12423,04 (on iki min dörd yüz iyirmi üç manat 04 qəpik) manat məbləğində, 16 avqust 2019-cu il tarixdə 5 nömrəli əlavə protokol və 1405 nömrəli qaimə faktura əsasında 5275,78 (beş min iki yüz yetmiş beş manat 78 qəpik) manat məbləğində, 03 sentyabr 2019-cu il tarixdə 7 nömrəli əlavə protokol və 1531 nömrəli qaimə faktura əsasında 8814,06 (səkkiz min səkkiz yüz on dörd manat 60 qəpik) manat məbləğində, 30 oktyabr 2019-cu il tarixli 8 nömrəli əlavə protokol və 1856 nömrəli qaimə faktura əsasında 19921,24 (on doqquz min doqquz yüz iyirmi bir manat 94 qəpik) manat məbləğində, 22 noyabr 2019-cu il tarixli 9 nömrəli əlavə protokol və 1944 nömrəli qaimə faktura əsasında 6605,64 (altı min altı yüz beş manat altmış dörd qəpik) manat məbləğində, 26 dekabr 2019-cu il tarixli 10 nömrəli əlavə protokol və 2132 nömrəli qaimə faktura əsasında 8339,06 ( səkkiz min üç yüz otuz doqquz manat 06 qəpik) manat məbləğində, 29 yanvar 2019-cu il tarixli 11 nömrəli əlavə protokol və 91 nömrəli qaimə faktura əsasında 6736,62 (altı min yeddi yüz otuz altı manat 62 qəpik) manat məbləğində, 29 aprel 2020-ci il tarixli 12 nömrəli əlavə protokol və 407 nömrəli qaimə faktura əsasında 9291,32 (doqquz min iki yüz doxsan bir manat 32 qəpik) manat məbləğində, 13 may 2020-ci il tarixli 13 nömrəli əlavə protokol və 484 nömrəli qaimə faktura əsasında 2044,94 (iki min qırx dörd manat 94 qəpik) manat məbləğində, 03 iyul 2020-ci il tarixli 15 nömrəli protokol və 913 nömrəli qaimə faktura əsasında 13165,26 (on üç min yüz altmış beş manat 26 qəpik) manat məbləğində, 10 iyul 2020-ci il tarixli 16 nömrəli əlavə protokol və 966 nömrəli qaimə faktura əsasında 21008,72 (iyirmi bir min səkkiz manat 72 qəpik) manat məbləğində, 06 avqust 2020-ci il tarixli 17 nömrəli əlavə protokol və 1059 nömrəli qaimə faktura əsasında 12241,32 (on iki min iki yüz qırx bir manat 32 qəpik) manat məbləğində məişət texnikası təhvil verilmişdir. Beləliklə, Cavabdeh İddiaçı MMC-dən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 165528 (yüz altmış beş min manat beş yüz iyirmi səkkiz) manat məbləğində məişət texnikası almışdır. Lakin cavabdeh satılmış məişət texnikası üçün iddiaçıya yalnız 110064,58 (yüz on min altmış dörd manat 58 qəpik) manat ödəmiş, qalan 55463 (əlli beş min dörd yüz altmış üç manat 46 qəpik) manat pulu ödəməkdən boyun qaçırmışdır. Bununla əlaqədar, iddiaçı cavabdehə xx.xx.2020-ci il tarixdə xəbərdarlıq göndərmişdir. Xəbərdarlıqda satılmış məişət texnikası üçün ən qısa müddətdə qalan 55463,46 (əlli beş min dörd yüz altmış üç manat 46 qəpik) manat məbləğində pulun qaytarılması xahiş edilmişdir. Bir müddətdən sonra cavabdeh iddiaçının ünvanına ərizə göndərərək bildirmişdir ki, iddiaçı onun adına VÖEN açaraq fərdi sahibkar kimi qeydiyyatdan keçmiş, sonra onun adına vergi sənədləri, kodlar, ASAN imza nömrəsi və onunla bağlı bütün məlumatlar, həmçinin kassa və pul məbləğləri, mallar İddiaçı MMC-nin istifadəsində və sərəncamında qalmışdır. Beləliklə, cavabdeh iddiaçı ilə arasında olan müqavilənin şərtlərini pozaraq, alınmış məişət texnikası üçün borcun bir hissəsinin qaytarılmasından imtina edir. Müqavilənin 4.3-cü bəndinə əsasən, əgər alıcı müqavilə ilə müəyyən edilmiş müddətlərdə avadanlıqların dəyərinin ödənilməsini gecikdirərsə, hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 1 (bir) faizi həcmində satıcıya cərimə ödəməlidir. Lakin bu cərimənin ümumi məbləği müqavilə qiymətinin 10 faizindən artıq olmamalıdır. Beləliklə, borcun əsas məbləği 55463,46 (əlli beş min dörd yüz altmış üç manat 46 qəpik) manat, cərimənin məbləği isə 5546,35 (beş min beş yüz qırx altı manat 35 qəpik) təşkil edir. Mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə Mediasiya Şurasına müraciət olunmuş və Cavabdeh ilkin mediasiya sessiyasına iştirak etmək üçün dəvət edilmişdir. İlkin mediasiya sessiyasında İddiaçı MMC-nin direktoru X7 iştirak etmiş və ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməməsi barədə arayış verilmişdir.
26. 02 noyabr 2022-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə göndərərək Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə edilmiş 13 nömrəli xx.xx.2020-ci il tarixli, 14 nömrəli xx.xx.2020-ci il tarixli, 15 nömrəli xx.xx.2020-ci il tarixli, 16 nömrəli xx.xx.2020-ci il tarixli və 17 nömrəli xx.xx.2020-ci il tarixli əlavələrə əsasən tərtib edilmiş elektron qaimələr əsasında cavabdehə təhvil verilmiş malların dəyəri olan 55543,78 manat pul vəsaiti, həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə 5000 manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərci və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqı olmaqla, ümumilikdə 61243,78 (altmış bir min iki yüz qırx üç manat 78 qəpik) manat pul vəsaitinin İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
27. Birinci instansiya məhkəməsində Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 izahatında cavabdehin Şahdağ Ticarət Mərkəzində satıcı kimi işlədiyini, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını və onun adından bütün əməliyyatların İddiaçı MMC-nin əməkdaşları tərəfindən aparıldığını qeyd etmişdir. O, iddia tələbinin tam əsassız olduğunu bildirərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
28. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-6/2023 nömrəli, 03 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 27890,4 (iyirmi yeddi min səkkiz yüz doxsan manat 40 qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 400 (dörd yüz) manat məbləğində mediasiya xərci olmaqla - cəmi 29090,4 (iyirmi doqquz min doxsan manat 40 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə 175,17 (yüz yetmiş beş manat 17 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 276 (iki yüz yetmiş altı) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq X1 ödənilməsi qət edilmişdir.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, 27890,4 (iyirmi yeddi min səkkiz yüz doxsan manat 40 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd etmişdir ki, cavabdehin aldığı mallara görə iddiaçıya ödəmədiyi vəsait 27890,4 (164,866,06 manat -109402,60 manat - 27573,06 = 27890,4 manat) manat təşkil edir.
30. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1,425.1, 427.3, 442,462.1, 465.2, 467, 567,600.1,600.4, , Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1, 119.2, 121.1, 217.3, 217.4, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1-1, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
31. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, iş üzrə iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini etmişdir. Həmçinin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
32. İddiaçının apellyasiya şikayətinin dəlilləri: - Məhkəmə sənədlərdə cavabdehin imzalanmamasını əsas gətirərək normanı düzgün tətbiq etməmişdir. Belə ki, cavabdeh mallara dair e-qaimələri təsdiq etmişdir. Malların qəbulundan imtina edilməsi üçün həmin mallara dair e-qaimələri geri qaytarmamışdır. Məhkəmə cavabdehə məxsus olmayan imzalara əsaslanmış, əsl reallıqda malların qəbul edilməsini sübut edən faktları, cavabdehin həmin e-qaimələrdə göstərilən malların anbara qəbul edərək satılması və bu barədə vergi orqanına bəyannamə verməsini sübut kimi nəzərə almamışdır. Nəticədə norma iddianın təmin edilməyən hissəsində yanlış olaraq tətbiq ediməmişdir.
33. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: - məhkəməyə təqdim edilmiş borcların qarşılıqlı üzləşməsi ilə bağlı aktlardan və digər sənədlərdən, aktlardan müəyyən edilir ki, Enerqoservis MMC-nin mühasibi Rəhim Cəfərov, Şahdağ TM-nin mühasibi Orxan Xucamov, Şahdağ TM-nin direktoru Mübariz Paşayev, satış meneceri Valeh Valehov daim yoxlama, inventarizasiya, təftiş aparmışlar. Əgər Cavabdeh iddiaçı tərəfin qələmə verdiyi kimi, həqiqətən fərdi sahibkar idisə, nəyə görə adları yuxarıda qeyd edilən şəxslər onu daima yoxlamış, təftiş aparmış, bütün sənədlərdə onun adı “Satıcı” olaraq qeyd edilmişdir? Cavabdeh məxsus Asan imza isə həmişə Orxan Xucamovda olmuş və asan imza ilə bütün elektron əməliyyatları təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Cavabdeh faktiki olaraq satıcı olmasını, bütün idarəetmənin İddiaçı MMC-nin əlində olmasını, Cavabdeh adına olan vergi sənədlərinin, kodların, asan imza nömrəsinin və onunla bağlı bütün məlumatların, həmçinin kassa və pul məbləğlərinin, malların həmişə İddiaçı MMC-nin əməkdaşlarının istifadəsində və sərəncamında olmasını, sonuncu dəfə kassa aparatı, hesabat və maliyyə sənədləri, eyni zamanda malların, texnikanın İddiaçı MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən İddiaçı MMC-nə məxsus digər “Atlant” adlı ticarət mərkəzinə aparılmasını təsdiq etmişlər. Bundan başqa, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/742 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, təhvil-təslim aktlarında və razılşama protokollarında Cavabdeh adının qarşısında olan imzalar başqa şəxslər tərəfindən icra olunmuşdur. Göründüyü kimi, yuxarıda qeyd edilən işin faktik hallarının heç biri məhkəmə tərəfindən nəzərə alınmamış, iddia tələbinə baxılarkən, iddia tələbi ilə bağlı gətirdikləri dəlillərə əhəmiyyət verilməmişdir. - Cavabdeh və İddiaçı MMC faktiki olaraq, işçi və işəgötürən kimi əmək münasibətlərində olmuşlar. Cavabdeh İddiaçı MMC-nin tabeliyində olan, ondan aylıq maaş alan işçi olmasına baxmayaraq, onun adından böyük maddi əməliyyatlar icra edimiş, müxtəlif vaxtlarda mahiyyətini bilmədiyi bəzi sənədlərə ona imza atdırmışlar. Cavabdeh ilə İddiaçı MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn heç bir öhdəlik hüquq münasibətləri yaranmamışdır. Bu səbəbdən məhkəmə hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci və 600.4-cü maddələrini tətbiq etməklə düzgün nəticəyə gəlməmişdir. - Bütün yoxlama-təftiş sənədlərində Enerqoservis MMC-nin mühasibi Rəhim Cəfərovun, Şahdağ TM-nin mühasibi Orxan Xucamovun, Şahdağ TM-nin direktoru Mübariz Paşayevin, satış meneceri Valeh Valehovun adlarının keçməsinə baxmayaraq, həmin şəxslər məhkəməyə şahid kimi cəlb edilməmiş, mübahisənin düzgün həlli məqsədi ilə işin ədalətli həlli baxımından önəmli olmasına baxmayaraq, işin halları barədə məlumatı olan həmin şəxslərin ifadələri alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin dəyişdirilməsini, iş üzrə iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini etdilər.
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil1 qətnamənin qismən - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 329. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 389.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
38. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər; Elektron sənədi göndərən (bundan sonra - Göndərən) - elektron sənəd dövriyyəsi vasitəsi istisna olmaqla, özü tərəfindən və ya adından elektron sənəd göndərilən fiziki və ya hüquqi şəxs; Elektron imza sahibi (bundan sonra - imza sahibi)-öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxs; Maddə 27. Elektron sənədin göndərilməsi və alınması 27.1. Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
40. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 aprel 2019-cu il tarixli, 13/2019 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı ümumilikdə 61243,78 manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ona istinad etmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, alınmış məişət texnikası üçün borcun bir hissəsinin qaytarılmasından imtina edir. Birinci instansiya məhkəməsi cavabdehin aldığı mallara görə iddiaçıya ödəmədiyi vəsaitin 27890,4 (164,866,06 manat -109402,60 manat - 27573,06 = 27890,4 manat) manat təşkil etdiyini müəyyən etmişdir.
43. Qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayətləri vermişlər.
44. Məhkəmə kollegiyası ilk öncə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma aparılmasını zəruri hesab edir.
45. Cavabdeh ona istinad edir ki, ümumiyyətlə onun adından əməliyyatlar aparılmasından məlumatlı olmamışdır, Cavabdeh məxsus Asan imza həmişə Orxan Xucamovda olmuş və Asan imza ilə bütün elektron əməliyyatları təsdiq etmişdir.
46. Məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir. İlk öncə qeyd olunmalıdır ki, alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında 05 aprel 2019-cu il tarixli 13/2019 nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Cavabdeh özü də qeyd etdiyi kimi, elektron imzası olmuşdur və bildirmişdir ki, həmin imzadan Orxan Xucamov istifadə etmişdir. Bu onu təsdiq edir ki, cavabdeh özü yol vermişdir ki, həmin imzadan istifadə olunsun, cavabdehə məxsus elektron imza davamlı olaraq ondan başqa kimdəsə səhvən və ya təsadüfdən ola bilməzdi. Cavabdehin həmin əməliyyatlardan məlumatlı olmaması barədə dəlili həm də o səbəbdən əsassızdır ki, iş materiallarında cavabdeh tərəfindən imzalanmış çoxsaylı qaimə fakturalar, qiymətlərin razılaşma protokolları və 05 aprel 2019-cu il tarixli, 13/2019 nömrəli alqı-satqı müqaviləsi mövcuddur.
47. Bundan başqa, iş materiallarının 30-cu səhifəsində cavabdehin İddiaçı MMC-nin direktoruna ünvanlanmış izahatı mövcuddur. İzahat aşağıdakı məzmunda olmuşdur: “Yazıb sizə bildirirəm ki, mən Cavabdeh İddiaçı MMC-nin Şahdağ TM-nin radiotexnika şöbəsində satıcı vəzifəsində işləmişəm. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi cavabdeh olduğum şöbənin aşağıda siyahı şəklində göstərilən malları satıb kassadan kənar şəxsən TM-nin rəhbərliyinin xəbəri olmadan gizli şəkildə mənimsəmişəm.. Yuxarıda yazdıqlarım və malların adlı siyahısının məbləği 8036 öz imzamla təsdiq edirəm.”
48. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq sənəd qüsurla, yazı səhvləri ilə tərtib olunsa da, sənədin məzmunu ilə cavabdehin iddiaçıya borcu olmasını etiraf etməsi birmənalı görünür.
49. Bundan başqa, cavabdehin İddiaçı MMC-nin direktoruna ünvanlanmış ərizəsində cavabdeh qeyd etmişdir ki, onun adından VÖEN açılmış, sahibkar kimi qeydiyyatdan keçirilmiş, adından özünün məlumatsız olduğu əməliyyatlar aparılmışdır. Bu səbəbdən aidiyyəti orqanlara müraciət ediləcəkdir.
50. Məhkəmə kollegiyası cavabdehin bu dəlillərini inandırıcı, məntiqli hesab etmir.
51. Belə ki, cavabdehin vergi əməliyyatları barədə məlumatların məhkəməyə təqdim olunması üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh tərəfindən təsdiq edilmiş onlayn alış aktları, həmin tarixlər üzrə cavabdehə məxsus idxal və ixrac yük gömrük bəyannamələri, ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, gəlir vergisi bəyannaməsi barədə məlumatlar, xx.xx.2019-xx.xx.2022-ci il tarixlərdə şəxsi hesab vərəqindən çıxarış məlumatlarının 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur.
52. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə Cavabdeh şəxsi hesab vərəqəsindən çıxarış və ödənilmiş vergilər, MDSS, İTS haqları barədə məlumatlar təqdim olunmuşdur. Şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh tərəfindən göstərilən dövr üzrə sadələşdirilmiş vergi ödəyicisi kimi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödənişlər edilmiş, vergi orqanına ödənilməmiş borcu qalmamışdır.
53. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından görünür ki, cavabdeh ilk öncə ümumiyyətlə onun adından saxta əməliyyatlar aparıldığını, heç bir imzadan xəbəri olmadığını bildirmiş, daha sonra isə sahibkar kimi fəaliyyət göstərəcəyi barədə iddiaçının rəhbərliyinin onu məlumatlandırdığını qeyd etmişdir. Protokollardan o da görünür ki, cavabdeh ziddiyyətli ifadələr vermiş, bir tərəfdən heç nədən xəbəri olmadığını, adından qanunsuz, saxta əməliyyatlar aparıldığını bildirmiş, digər tərəfdən isə özünün adına VÖEN, Asan imza olduğunu təsdiqləmişdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehin adına bankda hesab açıldığı, özünün bank vasitəsilə ödənişlər etdiyi məlum olmuşdur. İddiaçının rəhbərliyinə ünvanlanmış etirafedici izahatla bağlı isə cavabdeh həmin sənədi gah hədə qorxu təsiri altında, gah da həmin sənədin əhəmiyyətsiz olduğunu iddiaçı MMC-nin rəhbər işçiləri ona bildirdikdən sonra yazdığını bildirmişdir.
54. Beləliklə iki illik müddət ərzində cavabdehin davamlı sənədlərə imza etməsi, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olması, adına bank hesabı açılması, bankda şəxsən ödənişlər etməsi, adına olan elektron imzadan xəbərdar olması apellyasiya şikayətinin dəlillərinin əsassızlığına dəlalət edir.
55. Cavabdeh tərəfindən məhkəmə mübahisəsi gedən dövr ərzində onun adına olan sənədlərin saxtalaşdırıldığı, özünün xəbəri olmadan ona məxsus elektron imzadan qanunsuz istifadə olunması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsi də müəyyən olunmur.
56. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin dəlillər də əsassızdır. Belə ki, məhkəməyə təqdim olunmuş 14 iyun 2022-ci il tarixli 4/742 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, 7651,12 manat dəyərində malın verilməsi barədə sözügedən müqaviləyə 2 nömrəli əlavə olan 01 may 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolu və həmin tarixli 640 nömrəli qaimə faktura, eyni zamanda 19921,94 manat dəyərində malın verilməsi barədə 8 nömrəli əlavə olan 30 oktyabr 2019-cu il tarixli malların təsnifatı və qiymətlərin razılaşma protokolu və həmin tarixli 1856 nömrəli qaimə faktura Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Bu səbəbdən həmin sənədlər 27573,06 manat məbləğində malın cavabdehə təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi nəzərə alına bilməz. İddiaçı tərəfindən tələbin həmin hissədə əsaslılığı ilə bağlı heç bir sübut təqdim olunmamışdır. 57.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
58. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
59. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(119)- 6/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.