Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-96/2020 14.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və X3 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxx” X1rşı “borcun tutulması” tələbinə dair iddianın təmini tədbiri barədə ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-471/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı” X5 cavabdeh «xxxxxxxxxxxxxx” X1rşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxx” MMC-dən xx xxx 2019-cu il tarixli GS-279/19 saylı Alqı-Satqı müqaviləsi və xx xxx 2019-cu il tarixli 109223 saylı Satınalma Sifarişinə çatdırılan malların dəyəri olan 4757,76 (dörd min yeddi yüz əlli yeddi manat 76 qəpik) (ƏDV daxil) manat borcun, işin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun və proses zamanı yaranacaq digər xərclərin cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin tədbiri olaraq işə mahiyyəti üzrə baxılıb qurtaranadək “cavabdehdə (və ya sair şəxslərdə) olan cavabdehə məxsus əmlak, yaxud Bank hesabları (pul məbləği) üzərinə həbs qoyulması, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan olunması, cavabdehə əmlak verməyi və ya ona olan münasibətdə sair öhdəliklər yerinə yetirməyi başqa şəxslərə qadağan edilməsi və s.” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamənin gələcəkdə icrasının çətinləşəcəyinə və ya qeyri-mümkün olacağına aşağıdakı hallar dəlalət edir: cavabdeh xx.xx.2019-cu il tarixli, 109223 saylı Satınalma Sifarişi (PO) ilə razılaşdırılmış və xx xxx 2019-cu il tarixli, GS №9580 nömrəli Təhvil-Qəbul Aktına əsasən qəbul olunmuş malın satış qiymətində uzun müddət keçməsinə baxmayaraq, əsassız olaraq endirim etməyi və yeni qiymətlə satışı həyata keçirməyi tələb edir. Mülki Məcəllənin 430-cu maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Yəni, verilmiş təklif ilə razılaşma əsasında malı təhvil alıb istifadə etdikdən sonra, cavabdehin birtərəfli qaydada şifahi şəkildə tələb etdiyi əlavə endirim əsasız və qəbul edilməzdir. Əsassız olaraq xxxxxxxxxxxxxx firması bu iddiasından əl çəkmədiyi kimi, artıq müraciət və məktublara da cavab vermir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(119)- 471/2020 nömrəli qərardadı ilə İddiaçı “iddianın təmin tədbirinin tətbiq edilməsi” ərizəsi təmin olunmamışdır. Qərardaddan narazı qalan İddiaçı MMC şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-471/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia müqavilə öhdəliyindən irəli gələn pul tələbinin ödənilməsi ilə bağlıdır ki, cavabdehin əmlakına həbs qoyulması zamanı demək olar ki, bütün hallarda ödəniş edilir və bununla da iddia ediləcək bir pozuntu olmadığı üçün məhkəmə icraatının davam etməsinə əsas qalmır. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən çıxarılmış qərardad iddia təmin edildiyi təqdirdə qətnaməsinin icrasını çətinləşdirir. Belə ki, cavabdeh tərəfindən pul vəsaitlərinin xərclənməsi, adına olan əmlakların özgəninkiləşdirilməsi iddia təmin edildiyi təqdirdə qətnamənin icrasının çətinləşməsi ehtimalının mövcud olduğunu, digər tərəfdən iddianın təmini tədbiri tətbiq edilməklə əmlakının, o cümlədən bank hesablarında olan pul vəsaitlərinin üzərində həbs qoyulması belə bir ehtimalı aradan qaldırdığını nəzərə alaraq hesab edirlər ki, iş üzrə cavabdehin əmlakı üzərinə həbs qoyulması iddianın təmin edilməsi zamanı qətnamənin icrasını reallaşdırmaq üçün zəruridir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-471/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və iddianın təmin tədbiri haqqında ərizəni araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd olunan qanun normasının təhlilindən aydın olur ki, iddianın təmin tədbiri qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək halların aradan qaldırılması-daha dəqiq desək-qətnamənin icrasını təmin etmək məqsədilə tətbiq edilir. Qanunverici, məhkəməyə, hələ yekun qərar qəbul etmədən çıxarılacaq məhkəmə qərarının icrasının mümkünlüyünü realizə etmək üçün belə bir hüquq vermişdir və belə bir hüququnun həyata keçirilməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında prosesin istənilən mərhələsində yol verilir. İstənilən mərhələ dedikdə, iddia ərizəsinin icraata qəbul olunmasından iş üzrə qəbul ediləcək yekun qərar çıxarılanadək dövr başa düşülməlidir. İddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının MPM-in 157.2-ci maddəsində göstərilən məqsədi (qətnamənin gələcəkdə icrasının təmin edilməsi) o halda realizə olunur ki, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Həmçinin nəzərdən qaçırmaq olmaz ki, iddianın təmin edilməsi haqqında ərizələrə baxılarkən işin konkret halları nəzərə alınmalı və məsələyə iddianın əsaslılığı prezumpsiyası baxımından yanaşılmalıdır. Kollegiya qeyd edir ki, iddianın təmin tədbirləri məhkəmənin qəbul edəcəyi qətnamənin icrasının təmin edilməsi məqsədi ilə tətbiq edildiyi üçün, tətbiq edildiyi zaman həmin tədbirlərin zəruriliyi və əsaslılığı sübut olunmalıdır. Lakin hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malik olduğundan, zəruriliyi kifayət qədər əsaslandırılmadan iddianın təmin tədbirinin tətbiqi - mülkiyyət hüququnun əsassız olaraq məhdudlaşdırılmasını qadağan edən Azərbaycan Respublikasının müvafiq qanunvericilik normalarının tələblərinin pozulması ilə yanaşı, həm də İnsan Hüquqlarının və X7 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə də ziddir. Qeyd olunması zəruridir ki, hüquqi şəxslər sahibkarlıq fəaliyyətini bank hesablarında olan pul vəsaitləri vasitəsi ilə həyata keçirdiklərindən, kifayət qədər zəruriliyi müəyyən olunmadan hazırkı mərhələdə iddianın təmin tədbiri olaraq “cavabdehdə (və ya sair şəxslərdə) olan cavabdehə məxsus əmlak, yaxud Bank hesabları (pul məbləği) üzərinə həbs qoyulması,müəyyən hərəkətləri etməyi cavabdehə qadağan olunması, cavabdehə əmlak verməyi və ya ona olan münasibətdə sair öhdəlikləri yerinə yetirməyi başqa şəxslərə qadağan edilməsi və s.” kimi tədbirlərin və yaxud, həmin tədbirlərdən hər hansı birinin tətbiq olunması” – həmin hüquqi şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsinə manelər yarada və həmin hüquqi şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdıra, eləcə də ona və digər şəxslərə zərər vura bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən şikayət ərizəsində hazırkı iddianı təmin etmə tədbiri görülmədiyi təqdirdə, gələcəkdə bu iş üzrə qəbul ediləcək qətnamənin icrasının çətinləşəcəyi və ya qeyri-mümkün ola biləcəyinə əsaslı şübhələrin olması, beləliklə də iddianı təmin etmə tədbirinin zəruriliyi əsaslandırılmamışdır. Belə olan halda məhkəmə kollegiyası iddianı təmin etmə institutunun yuxarıda qeyd edilən məqsədlərinə, mahiyyətinə əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddianın təmin tədbirinin tətbiqi yetərincə zəruri əsaslandırılmadığından və müvafiq tədbirinin tətbiqini zəruri edəcək sübutlar məhkəməyə təqdim edilmədiyindən iddiaçının şikayəti təmin edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-471/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №2-2(105)-96/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-96/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver