Məhkəmə qərarları › İş №2-2(105)-96/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-96/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-96/2022 24.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı “İddiaçı”nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, e-2-2(119)- 45/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 405 000 (dörd yüz beş min) avro məbləğində borcun, 400 (dörd yüz) manat mediasiya prosesi ilə bağlı xərcin, 80 (səksən) manat tərcümə və notariat xərclərinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Tavsan Dış Ticaret Anonim Şirketi” ilə "xxxx" ASC arasında əldə olunmuş razılığa əsasən “Tavsan Dış Ticaret Anonim Şirketi” "xxxx" ASC-yə daşıyıcı “Çavdaroğlu 61 Nakliyat Turizm ve X8. Ltd. Şirketi” vasitəsi ilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə kodu 84362900 olan toyuq hinləri üçün quşçuluq avadanlıqları göndərmişdir. "xxxx" ASC-yə sözügedən avadanlıqların çatdırılması aşağıda qeyd olunan yük daşıma sənədləri ilə təqsdiq olunur: 1.1. xx.xx.2015-ci il tarixli, 2050 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi – 14 480 kq; bağlamaların sayı – 284; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335657, xx.xx.2015); 1.2. xx.xx.2015-ci il tarixli, 2051 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi – 9020 kq; bağlamaların sayı – 283; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335657, xx.xx.2015); 1.3. xx.xx.2015-ci il tarixli, 2049 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi – 7060 kq; bağlamaların sayı – 112; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335657, xx.xx.2015); cəmi: 30.560 kq, 679 bağlama; 2.1. xx.xx.2015-ci il tarixli, 2054 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi – 4940 kq; bağlamaların sayı – 124; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335670, xx.xx.2015); 2.2. xx.xx.2015-ci il tarixli, 2055 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi – 13200 kq; bağlamaların sayı – 128; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335670, xx.xx.2015); 2.3. xx.xx.2015-ci il tarixli, 2056 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi – 2480 kq; bağlamaların sayı – 147; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335670, xx.xx.2015); 2.4. xx.xx.2015-ci il tarixli, 2057 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi – 10820 kq; bağlamaların sayı – 374; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335670, xx.xx.2015); cəmi: 31440 kq 773 bağlama; 3.1. xx.xx.2015-ci il tarixli, 2091 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi – 7440,60 kq; bağlamaların sayı – 116; hesabfakturanın nömrəsi və tarixi - Bİ 335701, xx.xx.2015; 3.2. xx.xx.2015-ci il tarixli, 2093 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi - 6139,962 kq; bağlamaların sayı – 201; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335701, xx.xx.2015); 3.3. xx.xx.2015-ci il tarixli, 2094 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi - 2740 kq; bağlamaların sayı – 78; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335701, xx.xx.2015); 3.4. xx.xx.2015-ci il tarixli, 2092 nömrəli beynəlxalq yük daşıma sənədi (yüklərin brutto çəkisi - 15334,405 kq; bağlamaların sayı – 352; hesab-fakturanın nömrəsi və tarixi - Bİ 335701, xx.xx.2015); cəmi: 31.660 kq, 747 bağlama. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun ştampında yükün yoxlama baxış sistemində yoxlanıldığı və Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərildiyi qeyd edilmişdir. "xxxx" ASC-nin möhürü ilə təsdiq edilən xx.xx.2015-ci il tarixli sənəddə Bİ 335657 nömrəli, xx.xx.2015-ci il tarixli hesab-faktura üzrə 130.167,86 (yüz otuz min yüz altmış yeddi) avro dəyərində olan malların, xx.xx.2015-ci il tarixli sənəddə Bİ 335670 nömrəli, xx.xx.2015 tarixli hesab-faktura üzrə 139 832,24 (yüz otuz doqquz min səkkiz yüz otuz iki) avro dəyərində olan malların və xx.xx.2015-ci il tarixli sənəddə Bİ 335701 nömrəli, xx.xx.2015 tarixli hesab-faktura üzrə 135.000 (yüz otuz beş min) avro dəyərində olan malların "xxxx" ASC tərəfindən verilən sifarişə uyğun olaraq yaxşı vəziyyətdə qəbul olunduğu etiraf edilmişdir. Həmin sənəddə həmçinin qeyd edilmişdir ki, debitor borclarla bağlı bütün hüquqlar “İddiaçı”nə (Türk Eximbanka) ötürüldüyü üçün hesab-fakturalardan meydana gələn məbləğlər “İddiaçı”nin hesabına ödəniləcək. xx.xx.2015-ci il tarixli hesab-faktura üzrə yaranmış 130.167,86 (yüz otuz min yüz altmış yeddi) avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ xx.xx.2015-ci il tarixdə, xx.xx.2015-ci il tarixli hesabfaktura üzrə yaranmış 139.832,24 (yüz otuz doqquz min səkkiz yüz otuz iki) avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ xx.xx.2015-ci il tarixdə, xx.xx.2015-ci il tarixli hesab-faktura üzrə yaranmış 135.000 (yüz otuz beş min) avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ xx.xx.2015-ci il tarixdə “Qısamüddətli güzəştli ixracat krediti proqramı”na əsasən “Tavsan Dış Ticaret Anonim Şirketi” tərəfindən “Temlikname” adlı yazılı sənədin rəsmiləşdirilməsi yolu ilə “İddiaçı”nə güzəşt edilmişdir. "xxxx" ASC tərəfindən sifariş olunan avadanlıqların adbaad siyahısı və həmin malların dəyəri aşağıda göstərilən sənədlərdə öz əksini tapmışdır: 1) 139.832,24 (yüz otuz doqquz min səkkiz yüz otuz iki) avro məbləğində mallar üzrə - xx.xx.2015-ci il tarixli, DS/00003665 saylı Təklif; 2) 130.167,86 (yüz otuz min yüz altmış yeddi) avro məbləğində mallar üzrə - xx.xx.2015-ci il tarixli, DS/00003667 saylı Təklif; 3) 135.000 (yüz otuz beş min) avro məbləğində malar üzrə - xx.xx.2015-ci il tarixli, DS/00003644 saylı Təklif. Bu sənədlər "xxxx" ASC-nin qanuni təmsilçisi X1 imzası və Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş Təklifə əsasən "xxxx" ASC-yə ödəniş üçün 360 gün vaxt verilmişdir. Sənədə əsasən malların sığortası və quraşdırılması, alıcının ölkəsində ortaya çıxan və çıxacaq hər cür gömrük, vergi, daxili daşıma, sənədləşmə və sair xərclər qiymət təklifinə daxil deyil. Sifariş olunan malların dəyəri və həcmi, həmçinin, hesab-fakturalarda qeyd edilmişdir. xx.xx.2015-ci il tarixli hesab-fakturaya əsasən 10 dəstdən və 747 bağlamadan, ümumi çəkisi 31.660 kiloqramdan ibarət olan 135.000 avroluq avadanlığın dəyəri bank köçürməsi yolu ilə, faktura (invoys) tarixindən 360 gün ərzində, xx.xx.2015-ci il tarixli hesab-fakturaya əsasən 10 dəstdən və 679 bağlamadan, ümumi çəkisi 30.560 kiloqramdan ibarət olan 130.167,86 avroluq avadanlığın dəyəri bank köçürməsi yolu ilə, faktura (invoys) tarixindən 360 gün ərzində, xx.xx.2015-ci il tarixli hesab-fakturaya əsasən 8 dəstdən və 773 bağlamadan, ümumi çəkisi 31 440 kiloqramdan ibarət olan 139.832,24 avroluq avadanlığın dəyəri bank köçürməsi yolu ilə, faktura (invoys) tarixindən 360 gün ərzində ödənilməli idi. Göstərilənləri nəzərə alaraq iddiaçı məhkəmədən cavabdeh "xxxx" ASC-dən 405.000 (dörd yüz beş min) avro məbləğində borcun, 400 (dörd yüz) manat mediasiya prosesi ilə bağlı xərcin, 80 (səksən) manat tərcümə və notariat xərclərinin tutularaq “İddiaçı”nə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, e-2-2(119)-45/2022 nömrəli qətnaməsi ilə iddiaçı “İddiaçı”nin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 405.000 avro məbləğində pul ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq iddiaçı “İddiaçı”nə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən 615 manat, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, tərcümə və notariat xərclərinə görə 80 manat pulun tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 400 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Xəqani Tağıyev). Qətnamədən narazı qalan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, e-2- 2(119)-45/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Siyəzən şəhərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin inzibati ərazisində (binasında) Satıcı Türkiyə Respublikasının hüquqi şəxsi olan «Tavsan Dış Ticaret Anonim Şirkəti» ilə Alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 05 avqust 2015ci il tarixdə toyuq hinləri üçün quşçuluq avadanlıqlarının satış kontraktı bağlanmışdır və bağlanan satış kontraktına əsas 03 sentyabr 2015-ci il tarixə qədər keçərli olan 05 avqust 2015-ci il tarixli satış-ekipman təklif listəsi olmuşdur. İddia ərizəsində qeyd olunanların əksi olaraq tərəflər arasında hər hansı şifahi razılıqlar və ya şifahi razılaşmalar olmamışdır. Satıcı Türkiyə Respublikasının hüquqi şəxsi olan «Tavsan Dış Ticaret Anonim Şirkəti» ilə Alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanan 05 avqust 2015-ci il tarixli satış kontraktının şərtlərinə əsasən ödənişin 360 gün ərzində «Eximbank»a – «X9 Bankası Anonim Şirkəti»nə ödənilməsinin Alıcıya aid olması razılaşdırılmışdır. «Tavsan Dış Ticaret Anonim Şirkəti» ona olan borcunun «Eximbank»a – «X9 Bankası Anonim Şirkəti»nə ödənilməsi barədə aralarında temliknamə sənədi imzalamışlar. Tələbin güzəşti olaraq borc tələbinin «Eximbank» - «X9 Bankası Anonim Şirkəti» tərəfindən tələb olunması və ya ona ödənilməsi barədə razılığa gəlinmişdir. Azərbaycan Respublikası Siyəzən şəhərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin inzibati ərazisində (binasında) Satıcı Türkiyə Respublikasının hüquqi şəxsi olan «Tavsan Dış Ticaret Anonim Şirkəti» ilə Alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 05 avqust 2015-ci il tarixdə toyuq hinləri üçün quşçuluq avadanlıqlarının satış kontraktı bağlanmışdır və bağlanan satış kontraktına əsas 03 sentyabr 2015-ci il tarixə qədər keçərli olan 05 avqust 2015-ci il tarixli satış-ekipman teklif listəsi olmuşdur. Satıcı «Tavsan Dış Ticaret Anonim Şirkəti» ilə Alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanan 05 avqust 2015-ci il tarixli satış kontraktı Azəbaycan Respublikasında bağlanıldığından müqavilədə - kontraktda hansı ölkənin tətbiq edilən hüququnun və mübahisələrin həlli ilə bağlı məhkəmə aidiyyatinin olması halları yazılmamışdır. Yuxarıda qeyd edildiyi kimi tərəflər arasında müqavilə, müqavilənin əlavəsi olan təkliflər listəsi və digər sənədlər Azərbaycan Respublikasında Siyəzən rayonunda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin inzibati ərazisində bağlanmışdır. Müqavilə Azərbaycan Respublikasının ərazisində bağlandığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mülki qanunvericiliyin məkana və şəxslərə görə olan normaları, bir sözlə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunmalıdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.5-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Müqavilə Azərbaycan Respublikasında bağlandığından və icra olunduğundan «Beynəlxalq xüsusi hüquq haqqında» Azərbaycan Respublikasının Qanununun normaları tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi bu müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti keçmişdir. Məhkəmədə mütəxəssis kimi dindirilən və rəyi təqdim edilən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin «Beynəlxalq xüsusi hüquq və Avropa hüququ» kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru X2 «Beynəlxalq xüsusi hüquq haqqında» Azərbaycan Respublikasının Qanununun normaları ilə tərəflərin tərəfdar çıxdığı Beynəlxalq müqavilələr (konvensiyalar) arasında ziddiyətlərin olmasını və tərəflər arasında olan hazırkı mübahisəyə Azərbaycan Respublikasının qanunlarının tətbiq olunmasını əsaslandırmışdır. Lakin məhkəmə əsaslandırılmış mütəxəssis rəyinə və ifadəsinə əhəmiyyət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan 05 avqust 2015-ci il tarixli satış kontraktından görünür ki, “Tavsan Dış Ticaret Anonim Şirketi” ilə "xxxx" ASC arasında toyuq hinləri üçün quşçuluq avadanlıqlarının alqı-satqısı barədə razılığa gəlinmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Hesab fakturadan görünür ki, 10 dəstdən və 679 bağlamadan ibarət, ümumi çəkisi 30.560 kiloqram olan 130.167,86 avroluq avadanlığın dəyərinin bank köçürməsi yolu ilə faktura (invoys) tarixindən 360 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Hesab fakturadan görünür ki, 8 dəstdən və 773 bağlamadan ibarət, ümumi çəkisi 31.440 kiloqram olan 139 832,24 avroluq avadanlığın dəyərinin bank köçürməsi yolu ilə faktura (invoys) tarixindən 360 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Hesab fakturadan görünür ki, 10 dəstdən və 747 bağlamadan ibarət, ümumi çəkisi 31.660 kiloqram olan 135.000 avroluq avadanlığın dəyərinin bank köçürməsi yolu ilə faktura (invoys) tarixindən 360 gün ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sifariş olunan avadanlıqların adbaad siyahısı və həmin malların dəyəri 1) 139 832,24 (yüz otuz doqquz min səkkiz yüz otuz iki) avro məbləğində mallar üzrə - xx.xx.2015-ci il tarixli, DS/00003665 saylı Təklifdə; 2) 130 167,86 (yüz otuz min yüz altmış yeddi) avro məbləğində mallar üzrə - xx.xx.2015-ci il tarixli, DS/00003667 saylı Təklifdə; 3) 135 000 (yüz otuz beş min) avro məbləğində malar üzrə - xx.xx.2015-ci il tarixli, DS/00003644 saylı Təklifdə öz əksini tapmışdır. Bu sənədlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi X1 imzası və Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş Təklifə əsasən Siyəzən-Broyler ASC-yə ödəniş üçün 360 gün vaxt verilmişdir. İş materiallarında olan 2049 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335657 nömrəli hesab-faktura üzrə 7060 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir (bağlamaların sayı – 112). İş materiallarında olan 2050 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335657 nömrəli hesab-faktura üzrə 14.480 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir. İş materiallarında olan 2051 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335657 nömrəli hesab-faktura üzrə 9020 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir (bağlamaların sayı – 283). İş materiallarında olan 2054 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335670 nömrəli hesab-faktura üzrə 4940 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir (bağlamaların sayı – 124). İş materiallarında olan 2055 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335670 nömrəli hesab-faktura üzrə 13200 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir (bağlamaların sayı – 128). İş materiallarında olan 2056 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335670 nömrəli hesab-faktura üzrə 2480 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir (bağlamaların sayı – 147). İş materiallarında olan 2057 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən ki, Bİ 335670 nömrəli hesab-faktura üzrə 10820 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir (bağlamaların sayı – 374). İş materiallarında olan 2091 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335701 nömrəli hesab-faktura üzrə 7440,60 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir (bağlamaların sayı – 116). İş materiallarında olan 2092 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335701nömrəli hesab-faktura üzrə 15334,405 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir (bağlamaların sayı – 352). İş materiallarında olan 2093 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335701nömrəli hesab-faktura üzrə 6139,962 kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir (bağlamaların sayı – 201). İş materiallarında olan 2094 nömrəli beynəlxalq yükdaşıma sənədinin təsdiq olunmuş surətindən görünür ki, Bİ 335701nömrəli hesab-faktura üzrə 2740kq-lıq malların yoxlama baxış sistemində yoxlanıldığı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ştampı ilə təsdiq olunmuş və yük Bakı Baş Gömrük İdarəsinə rəsmiləşdirilməyə göndərilmişdir (bağlamaların sayı – 78). İş materiallarında olan "xxxx" ASC-nin möhürü ilə təsdiq edilən xx.xx.2015-ci il tarixli məktubdan görünür ki, Bİ 335657 nömrəli, xx.xx.2015-ci il tarixli hesab-faktura üzrə 130.167,86 (yüz otuz min yüz altmış yeddi,) avro dəyərində olan mallar "xxxx" ASC tərəfindən verilən sifarişə uyğun olaraq yaxşı vəziyyətdə qəbul edilmişdir. Həmin sənəddə həmçinin qeyd edilmişdir ki, debitor borclarla bağlı bütün hüquqlar “İddiaçı”nə (Türk Eximbanka) ötürüldüyü üçün hesab-fakturalardan meydana gələn məbləğlər “İddiaçı”nin hesabına ödəniləcək. İş materiallarında olan "xxxx" ASC-nin möhürü ilə təsdiq edilən xx.xx.2015-ci il tarixli məktubdan görünür ki, Bİ 335670 nömrəli, xx.xx.2015 tarixli hesab-faktura üzrə 139 832,24 (yüz otuz doqquz min səkkiz yüz otuz iki) avro dəyərində olan mallar "xxxx" ASC tərəfindən verilən sifarişə uyğun olaraq yaxşı vəziyyətdə qəbul edilmişdir. Həmin sənəddə həmçinin qeyd edilmişdir ki, debitor borclarla bağlı bütün hüquqlar “İddiaçı”nə (Türk Eximbanka) ötürüldüyü üçün hesab-fakturalardan meydana gələn məbləğlər “İddiaçı”nin hesabına ödəniləcək. İş materiallarında olan "xxxx" ASC-nin möhürü ilə təsdiq edilən xx.xx.2015-ci il tarixli sənəddə Bİ 335701 nömrəli, xx.xx.2015 tarixli hesab-faktura üzrə 135.000 (yüz otuz beş min) avro dəyərində olan malların "xxxx" ASC tərəfindən verilən sifarişə uyğun olaraq yaxşı vəziyyətdə qəbul edilmişdir. Həmin sənəddə həmçinin qeyd edilmişdir ki, debitor borclarla bağlı bütün hüquqlar “İddiaçı”nə (Türk Eximbanka) ötürüldüyü üçün hesabfakturalardan meydana gələn məbləğlər “İddiaçı”nin hesabına ödəniləcək. İş materiallarında olan xx.xx.2015-ci il tarixli tapşırıq məktublarından görünür ki, xx.xx.2015-ci il tarixli hesab-faktura üzrə yaranmış 130.167,86 (yüz otuz min yüz altmış yeddi) avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ “Qısamüddətli güzəştli ixracat krediti proqramı”na əsasən “Tavsan Dış Ticaret Anonim Şirketi” tərəfindən “Temlikname” adlı yazılı sənədin rəsmiləşdirilməsi yolu ilə “İddiaçı”nə güzəşt edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli tapşırıq məktublarından görünür ki, xx.xx.2015-ci il tarixli hesab-faktura üzrə yaranmış 139.832,24 (yüz otuz doqquz min səkkiz yüz otuz iki) avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ “Qısamüddətli güzəştli ixracat krediti proqramı”na əsasən “Tavsan Dış Ticaret Anonim Şirketi” tərəfindən “Temlikname” adlı yazılı sənədin rəsmiləşdirilməsi yolu ilə “İddiaçı”nə güzəşt edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli tapşırıq məktublarından görünür ki, xx.xx.2015-ci il tarixli hesab-faktura üzrə yaranmış 135.000 (yüz otuz beş min) avro məbləğində borcun ödənilməsini tələb etmək hüququ “Qısamüddətli güzəştli ixracat krediti proqramı”na əsasən “Tavsan Dış Ticaret Anonim Şirketi” tərəfindən “Temlikname” adlı yazılı sənədin rəsmiləşdirilməsi yolu ilə “İddiaçı”nə güzəşt edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 476839 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən ”Az-transtalion Servis” MMC-yə tərcümə və təsdiq xərcləri ilə bağlı 80 (səksən) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 247505 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 400 (dörd yüz) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə 669 (altı yüz altmış doqquz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, “Tavsan Dış Ticaret Anonim Şirkəti” ilə Alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 05 avqust 2015-ci il tarixdə toyuq hinləri üçün quşçuluq avadanlıqlarının satış kontraktı bağlanmış və "xxxx" ASC-yə ümumilikdə 405.000 avro dəyərində avadanlıqlar göndərilmiş, lakin "xxxx" ASC tərəfindən “Tavsan Dış Ticaret Anonim Şirkəti”nə heç bir ödəniş olunmamışdır. İş materiallarından göründüyü kimi, “Qısamüddətli güzəştli ixracat krediti proqramı”na əsasən yükdaşımaları ilə bağlı meydana gəlmiş sığorta zəmanəti ilə əlaqədar “Tavsan Dış Ticaret Anonim Şirketi” tərəfindən “Temlikname” adlı yazılı sənədin rəsmiləşdirilməsi yolu ilə xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il arixli Hesab fakturalar üzrə yaranmış borc vəsaiti, habelə məhkəmədə iddia qaldırmaq da daxil olmaqla bütün hüquqlar “İddiaçı”nə tapşırılmışdır (güzəşt edilmişdir). Cavabdeh "xxxx" ASC “Tavsan Dış Ticaret Anonim Şirkəti”nə ünvanladığı məktublarında həmin kontrakt əsasında göndərilmiş cəmi 405.000 avro məbləğində avadanlıqları aldığını təsdiq etmiş və qaimələr üzrə yaranan borc məbləğlərinin “İddiaçı”nə ödəniləcəyini bildirmişdir. Lakin edilən müraciətlərə baxmayaraq, yenə də "xxxx" ASC tərəfindən borcla bağlı ödənişlər həyata keçirilməmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini «tərəflər arasında müqavilənin, müqavilənin əlavəsi olan təkliflər listəsinin və digər sənədlərin Azərbaycan Respublikasında Siyəzən rayonunda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin inzibati ərazisində bağlanması, müqavilə Azərbaycan Respublikasının ərazisində bağlandığından Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq olunmalı olması və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddətinin üç il olması və müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin keçməsi» ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 443-cü maddəsinə əsasən iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında olduğu yer olduqda; cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarımbəndinə əsasən alqı-satqı müqaviləsinin tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə satıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. Türk Borclar Məcəlləsinin 117-ci maddəsinə əsasən vaxtı keçmiş borcu olan şəxs kreditorun xəbərdarlığından sonra öhdəliyini yerinə yetirməmiş hesab edilir. Borcun yerinə yetirilmə tarixində bir tərəf birlikdə müəyyənləşdirilmiş və ya müqavilədə nəzərdə tutulan bir hüquqa əsaslanaraq müvafiq bir bildiriş göndərərək müəyyən etmişsə və bu tarixin üzərindən zaman keçmişsə, qanunsuz fəaliyyətin həyata keçirildiyi, haqsız zənginləşmə halında isə həmin zənginləşmənin meydana gəldiyi tarixdə borclu öhdəliyini yerinə yetirməmiş sayılır. Türk Borclar Məcəlləsinin 146-cı maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, hər alacak (debitor) borcunun müddəti on il keçdikdən sonra bitir. Həmin Məcəllənin 183-cü maddəsinə əsasən qanun, müqavilə və ya işin mahiyyəti buna mane olmadıqda, kreditor borclu şəxsin razılığını almadan borcu üçüncü şəxsə ötürə bilər. Həmin Məcəllənin 207-ci maddəsinə görə alqı-satqı müqaviləsi satıcının satılan malın mülkiyyəti və əmlakının alıcıya verilməsi, alıcının isə bunun müqabilində bir qiymət ödəmək borcunu öhdəsinə götürdüyü bir müqavilədir. Məhkəmə kollegiyası qeyd edir ki, “Tavsan Dış Ticaret Anonim Şirkəti” ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 05 avqust 2015-ci il tarixli müqaviləyə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 1-ci hissəsinin 1-ci yarımbəndinə uyğun olaraq Türkiyə Respublikasının hüququ tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Satıcı “Tavsan Dış Ticaret Anonim Şirkəti” ilə Alıcı "xxxx" ASC arasında satış kontraktı 05 avqust 2015-ci il tarixdə bağlanmış və müqavilə münasibətləri həmin tarixdə yarandığı üçün və hal-hazırda Türk Borclar Məcəlləsinin 146-cı maddəsində nəzərdə tutulan on illik iddia müddəti bitməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, e-2-2(119)-45/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar