Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-96/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kommersiya işi üzrə (Açar sözlər: pul tələbi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və X2 ibarət tərkibdə, Nigar Natiq qızı Təhməzlinin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli e-2-2(119)-106/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı 28 dekabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 15 fevral 2021-ci il tarixli “Məhsulların nisyə alqı-satqısı” müqaviləsi üzrə ödənilməmiş 7140 (yeddi min yüz qırx) manat məbləğində borcun və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış 15 fevral 2021-ci il tarixli 018/2021 saylı “Alqı-satqı” Müqaviləsinin 1-ci bəndinə əsasən satıcı İddiaçı MMC alıcı Cavabdeh ümumi dəyəri 7140 (yeddi min yüz qırx) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, alıcı Cavabdeh isə Müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən o, malların dəyərini pul şəklində 5 (beş) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra alıcı Cavabdeh satıcı İddiaçı MMC-nin rəhbərliyinə yazdığı 01 mart 2021-ci il tarixli ərizədə borcunu etiraf etmiş və beş ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan 7140 (yeddi min yüz qırx) manat məbləğində borcunu bu günədək ödəməmişdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd etmək lazımdır ki, öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək hüququnu ehtiva edən mülki hüquq münasibətidir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edilərək, müqavilə üzrə öhdəliklərini icra etməsi və İddiaçı MMC-yə olan borcunu ödəməsi xahiş edilsə də, o, xəbərdarlıqlara məhəl qoymamış və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınmışdır. Həmçinin, məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin də təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamışdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Satıcı İddiaçı (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 15 fevral 2021-ci il tarixli 018/2021 nömrəli “Məhsulların nisyə alqı-satqısı” Müqaviləsinin şərtlərinə görə, "Satıcı" "Alıcı"ya nisyə (borc) olaraq ümumi dəyəri 7140 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır (1-ci bənd). Müqavilənin 2-ci bəndinə əsasən, "Alıcı" "Satıcı"dan ümumi dəyəri 7140 məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir. Müqavilənin 3-cü bəndinə əsasən, “Alıcı” “Satıcı”ya 7140 manat məbləğində olan borcunu xx.xx.2021-ci il ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür. 6-cı bəndinə əsasən, tərəflər arasında bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzim olunur.
5. 15 fevral 2021-ci il tarixli 018/2021 nömrəli Alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar tərtib edilərək imzalanmış 15 fevral 2021-ci il tarixli TəhvilTəslim Aktından görünür ki, alıcı Cavabdeh 15 fevral 2021-ci ildə satıcı İddiaçındən 6050,90 (altı min əlli manat 90 qəpik) manat dəyərində malları (həmin sənəddə satılan hər bir malın (içkinin) qiyməti, miqdarı və digər əlamətləri ayrı-ayrılıqda göstərilmişdir) təhvil almış və həmin alqısatqı üzrə təhvil verilən cəmi 6050,9 (altı min əlli manat 90 qəpik) manat dəyərində müxtəlif adda və çeşiddə içki məhsullarına görə 1089,1 (min səksən doqquz manat 10 qəpik) manat məbləğində X8 hesablanaraq həmin Aktda qeyd olunmuşdur (6050,9 manat malın dəyəri + 1089,1 manat ƏDV = 7140 manat).
6. Kreditor İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 15 fevral 2021-ci il tarixli “Borcun etirafı haqqında mücərrəd Müqavilə”də Kreditor tərəfindən Borcluya verilmiş müxtəlif çeşidli məhsullara görə Borclunun Kreditora ümumilikdə 7140 manat məbləğində borcunun olduğu və Borclunun həmin borcun bu Müqavilə bağlandıqdan sonra hər ay 700 manat olmaqla, 31 sentyabr 2021-ci il tarixinədək tam olaraq Kreditora ödəməyi öhdəsinə götürməsi qeyd olunmuşdur.
7. Cavabdeh adından tərtib edilərək, sonuncu tərəfindən imzalanmış 01 mart 2021-ci il tarixli ərizədə qeyd olunur ki, o, 15 fevral 2021-ci il tarixli 018/2021 nömrəli “Məhsulların nisyə alqı-satqısı” Müqaviləsinə əsasən 7140 manat məbləğində borcu yarandığını etiraf edir və 31 sentyabr 2021-ci il tarixinədək həmin borcu tam şəkildə ödəməyi öhdəsinə götürür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8. Sumqayıt Kommersiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli e-2-2(119)- 106/2023 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN **********) 6050,9 (altı min əlli manat 90 qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 6150,9 (altı min yüz əlli manat 90 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə 80,5 (səksən manat 50 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 15 fevral 2021-ci il tarixli 018/2021 nömrəli “Məhsulların nisyə alqı-satqısı” Müqaviləsinə əsasən satıcı İddiaçı ilə alıcı Cavabdeh sa oğlu arasında müxtəlif çeşidli məhsulların nisyə alqı-satqısı baş tutmuş və həmin alqı-satqı üzrə “alıcı” Cavabdeh “satıcı” İddiaçındən 6050,9 (altı min əlli manat 90 qəpik) manat dəyərində müxtəlif içki məhsullarını nisyə almışdır və 15 fevral 2021-ci il tarixli Təhvil-Təslim Aktında həmin 6050,9 (altı min əlli manat 90 qəpik) manat dəyərində satılan məhsullara görə 1089,1 (min səksən doqquz manat 10 qəpik) manat məbləğində X8 (ƏDV) hesablanmışdır (15 fevral 2021-ci il tarixli Təhvil-Təslim Aktı).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 448, 567, 600.1 və 600.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 106.3, 119.1, 119.2, 217.3, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli e-2-2(119)-106/2023 nömrəli qətnaməsinin Cavabdeh (VÖEN **********) 6050.9 (altı min əlli manat 90 qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 6150.9 (altı min yüz əlli manat 90 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barəsində yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə əsasən borclunun onun risk dairəsinə düşən öhdəliklər üçün cavabdeh olduğu qeyd olunsa da, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə lazımi izahat verilməsi – sadəcə adi işçi kimi işlədiyi ticarət obyektində rəhbərliyin, yəni həmin ticarət obyektinin sahiblərinin göstərişi əsasında VÖEN açılaraq və bu VÖEN vasitəsilə ticarət obyektini satiş malları ilə təmin edən İddiaçı MMC ilə 15 fevral 2021-ci il tarixli 018/2021 saylı alqısatqı müqaviləsi bağlanıldığı və onun tərəfindən imzalandığı bildirilsə də məhkəmə tərəfindən işin halları düzgün başa düşülməmişdir. Belə ki, müqavilə ilə nəzərdə tutulan mallar iddiaçıya təqdim olunmamış və ya onun tərəfindən qəbul olunmamışdır. Müqavilədə imzası olmasına baxmayaraq, o, müqavilənin real tərəfi olmadığına görə faktiki olaraq hər hansı bir hüquq və öhdəliyi yaranmır. Müqavilə üzrə alıcının hüququ olan malların qəbul olunması onun deyil, işlədiyi mağazanın gəlirinin aid olduğu əsl sahibləri tərəfindən yerinə yetirildiyinə görə müqavilənin faktiki və real alıcısı qismində onlar başa düşülməli və buna görə də müqavilə üzrə alıcının üzərinə düşən öhdəliyin icra olunması onlardan tələb olunmalıdır. Qətnamədə istinad edilən xx.xx.2021-ci il tarixli ərizə onun tərəfindən imzalansa da, boş vərəqi imzalamış və işlədiyi mağazanın mərhum müdiri X1 verilmişdir. Verilməsinə səbəb aralarında olan sıx dostluq münasibəti olmuşdur. Onun ölümündən sonra oğlu Adil Ələsgərov onun imzası ilə olan vərəqi iddiaçı tərəfə vermişdir. İş üzrə xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətlə müraciət etsə də vəsatəti təmin edilməmişdir. Vəsatətin rədd edilməsinə dair qərardad qarşı tərəfin verdiyi izahatı ilə əsaslandırılmışdır. Halbuki vəsatətin təmin edilməsi və iş üzrə xətşünaslıq ekspertizasının keçirilməsi işin faktiki hallarının araşdırılmasına əhəmiyyətli rol oynaya bilər. Belə ki, imza ilə ərizədə yazılan rəqəmlərin eyni vaxtda icra edilməsi və digər məsələlərə aydınlıq gətirilməli idi.Ümumiyyətlə, iddiaçı tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməmişdir. Heç bir mal təhvil verilməmişdir. Müqavilə formal xarakter daşımışdır. İddiaçı müqavilə öhdəliyi ilə əlaqədar üzərinə düşən öhdəliyin yerinə yetirilməsini məhkəmə gedişatında sübuta yetirə bilməmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli ərizənin onun tərəfindən doldurulmamasını məhkəmə iclasında iddiaçının nümayəndəsi özü etiraf etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Cavabdeh əlavə olaraq bildirdi ki, o, borcun etiafı barədə ərizədəki imza ona məxsusdur, lakin boş vərəqləri imzalamışdır, ərizənin məzmununu o, yazmayıb, mətində yazılanlardan məlumatsız olub. Eləcə də müqavilə formal olaraq onunla bağlanılmışdır. Təhvil-təslim aktına da formal olaraq imza etmişdir, əslində ona mal verilməmişdir. Qeyd etdiyi sənədləri imzalamasına səbəb həmin yerdə işçi olması və etibar etməsi olmuşdur.
14. İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən -Cavabdeh (VÖEN **********) 6050.9 (altı min əlli manat 90 qəpik) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 6150.9 (altı min yüz əlli manat 90 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissədə yoxlanılmasını qanunauyğun hesab edir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1 Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
19. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir.
21. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.
23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 15 fevral 2021-ci il tarixli 018/2021 nömrəli “Məhsulların nisyə alqısatqısı” Müqaviləsi bağlanılmışdır. Onlar arasında müxtəlif çeşidli məhsulların nisyə alqısatqısı baş tutmuş və həmin alqı-satqı üzrə alıcı - Cavabdeh satıcı- İddiaçındən 6050,9 (altı min əlli manat 90 qəpik) manat dəyərində müxtəlif içki məhsullarını nisyə almışdır. 15 fevral 2021-ci il tarixli Təhvil-Təslim Aktına əsasən satılan məhsulların dəyəri cəmi 6050,9 manat təşkil edir. Alıcı (cavabdeh) 6050,9 manat borcu xx.xx.2021-ci il tarixdək ödəməyi öhdəsinə götürmüş, lakin hazırki vaxtadək öhdəlik icra edilməmişdir.
24. Cavabdeh apellyasiya şikayətinin dəlilləri olaraq, eləcə də məhkəmə kollegiyasının araşdırması zamanı izahatında iddia tələbinin əsasını təşkil edən müqavilələr, təhvil-təslim aktında olan imzaların ona məxsus olduğunu etiraf etsə də həmin sənədlərin məzmunu barədə məlumatlı olmadığını, boş vərəqələrə imza etdiyini, tərəflər arasında bağlanmış müqavilənin formal olduğunu bildirdi. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh həmin sənədlərə formal imza etməsi, sənədlərin məzmunu barədə məlumatı olmaması, ağ vərəqələrə imza etməsi, müqavilənin onun tərəfində formal bağlanması, heç bir məhsul almaması barədə göstərdiklərinə dair heç bir sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyasının qənaətincə apellyasiya şikayətinin qeyd olunan dəlilləri formal mülahizələr olmaqla heç bir sübuta əsasanmır.
25. Halbuki, sübutlar, o cümlədən işdə iştirak edən şəxslərin izahatları qanunun tələbinə görə mübahisənin ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etməli, həmin sübutların tamlığı, obyektivliyi, mötəbərliyi şübhə altında olmamalıdır. İş üzrə əhəmiyyət kəsb edən hallar o halda mötəbər sübut hesab olunur ki, həmin sübutların məzmununu təşkil edən məlumatlar işin həqiqi hallarına uyğun olsun. Hansı ki həmin hallar məhkəmənin iş üzrə obyektiv nəticəyə gəlməsi və son nəticədə ədalətli qərar qəbul etməsi üçün zəmin rolunu oynayır. İşin həqiqi hallarına qiymət verilməməsi isə qəbul ediləcək məhkəmə aktının mötəbərliyini və obyektivliyini şübhə altına alır.
26. S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən işdə iştirak edən şəxslərin izahatlarının, şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddiaçı tərəfindən isə pul tələbini irəli sürməkdə haqlı olmasına dair kifayət qədər və mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin sübutların tamlığı, obyektivliyi, mötəbərliyi və etibarlığına şübhə altına alan heç bir hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq mübahisələndirilən borc məbləğinin cavabdehdən tutulması qənaətinə gəlmişdir.
28. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min matadan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 14 aprel 2023-cü il tarixli e-2-2(119)-106/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz.