Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-98/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və X1 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-342/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı X4 tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı“ X4 xx xxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17056 (on yeddi min əlli altı) manat əsas borc, 5772,44 (beş min yeddi yüz yetmiş iki manat 44 qəpik) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “İddiaçı“ X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(119)- 342/2020 saylı qərardadı ilə İddiaçı X2 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair e- 2-2(119)- 342/2020 saylı kommersiya işi baxılmamış saxlanılmışdır. (hakim Z.Sadiqov) İddiaçı X4 Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2- 2(119)-342/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını və işin məhkəmə baxışının davam etdirilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(119)- 342/2020 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinə tərəflərindən 10-dan çox iş göndərilmiş və həmin işlərin də məhkəmə baxışı iclaslarında iştirak etmək imkan xaricində olduğu üçün iştirikları olmadan işə təqdim edilmiş sübutlar əsasında baxılmasını ərizə ilə məhkəmədən xahiş etmişlər. Həmin ərizələr məhkəmə tərəfindən qeydə alınmış və işlər üzrə əsaslı qətnamələr çıxarılmışdır. e-2-2(119)- 342/2020 saylı işin 14.08.20-ci il tarixli 14:30 tarixində keçirilən məhkəmə iclasında iştirak etmək imkanları olmadığından tərəflərindən məhkəməyə ərizə ilə müraciət edilmişdir. e-2- 2(119)/2020 saylı iş üzrə 14.08.20-ci il tarixli İddiaçı X2 Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinin baxılmamış saxlanılması ilə bağlı qərardad çıxarılmışdır. Hesab edirlər ki, qərardad qanunsuz və əsassızdır. Məhkəməiclasının vaxtıvəyeribarədəiddiaçı və cavabdeh lazımiqaydadaxəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan RespublikasıMPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, dəfələrlə məhkəmə iclasları təyin edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Vəkil (vəkil) heç bir məhkəmə iclasına, yəni iddia ərizəsinin baxılması üçün təyin edilmiş hazırlıq iclasına və baxış iclaslarının heç birinə gəlməmişdir. Halbuki, məlum iddia ərizəsi üzrə işin aparılması üçün iddiaçı tərəfindən bütün səlahiyyətlər verilməklə nümayəndə olaraq təyin edilmiş Vəkil məhkəmə iclaslarında iddiaçının adından iştirak etməli və həmin icraatda iddiaçını bilavasitə təmsil etməli idi. Kollegiya qeyd edir ki, iş materiallarında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil xx xxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ünvanlanmış ərizəsi mövcuddur. Həmin ərizə ilə iddiaçını təmsil edən vəkil işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin iş materiallarında iddiaçının Vəkil verdiyi etibarnamə mövcuddur. Həmin etibarnamə ilə nümayəndəyə məhkəmələrdə nümayəndəliklə bağlı, birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində çıxış edərək iddiaçı və cavabdehə aid bütün hüquq və vəzifələri yerinə yetirmək, o cümlədən, ərizə və iddia ərizələrini imzalamaq, iddia tələbini artırmaq və ya azaltmaq, vəsatətlər vermək, iddianın predmetini və əsasını dəyişdirmək, məhkəmə qərarlarından şikayət vermək, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar zəruri olan bütün hərəkətləri etmək səlahiyyətləri verilmişdir. Göründüyü kimi, nümayəndə etibarnamə ilə ona bilavasitə verilmiş səlahiyyətlərdən istifadə edərək müvafiq ərizəni məhkəməyə təqdim etmişdir. Azərbaycan RespublikasıMPM-nin73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. HəminMəcəllənin74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli qərardaddan iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayəti mümkün hesab edərək özünün xx.xx.2020-ci il tarixli qərardadını qəbul edərkən nümayəndənin şikayət vermək səlahiyyətini tanıyır(etibarnamədə həmin səlahiyyət qeyd olunduğu üçün), lakin iddiaçının nümayəndəsinin etibarnamədə iddia ərizəsindən başqa ərizələri imzalamaq, təqdim etmək kimi səlahiyyəti qeyd olunsa da onu qəbul etmir. Halbuki bir etibarnamə ilə iddiaçının nümayəndəsinə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində çıxış edərək iddiaçı və cavabdehə aid bütün hüquq və vəzifələri yerinə yetirmək, o cümlədən, ərizə və iddia ərizələrini imzalamaq, səlahiyyəti verilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı X2 şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-342/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, e-2-2(119)-342/2020 saylı iş baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 248-251, 263-264, 398.0.2, 400-cü, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR : İddiaçı X2 şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 342/2020 saylı qərardadıvə şikayət təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 342/2020 saylı qərardadıləğvedilsin. e-2-2(119)-342/2020 saylı iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №2-2(105)-98/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-98/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver