Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-99/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və X1 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya işi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-534/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 xx xxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, 2837,80 (iki min səkkiz yüz otuz yeddi manat 80 qəpik) manat əsas borc, 4002,93 (dörd min iki manat 93 qəpik) manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 6870,73 (altı min səkkiz yüz yetmiş manat 73 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-534/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. (hakim Z.Sadiqov) Qərardaddan narazı qalan iddiaçı “İddiaçı“ X3 şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-534/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata götürülərək baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Prezidentinin İddiaçı ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli Fərmanına əsaslanaraq Cavabdeh barəsində iddia ərizəsini geri qaytarmışdır. Həmin qərardadla razılaşmayaraq hesab edirlər ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, qeyd edilən Fərmanın 3.1-ci bəndinə əsasən bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin (lizinq alanların və lizinq obyektlərinin siyahısı, habelə lizinq ödənişləri üzrə borcların məbləği müəyyənləşdirilməklə) altı ay müddətində Agentliyə ötürülməsi üçün tədbirlər görülsün və 4.1-ci bəndinə əsasən Cəmiyyətin yeni nizamnaməsini üç ay müddətində təsdiqlənsin. Hesab edirlər ki, məhkəmənin yanaşması düzgün deyildir. Çünki iddia ərizəsi Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq iddiaçı və onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmışdır Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-534/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı “İddiaçı“ X3 xx xxxxxxx 2013cü il tarixli və xx xxxxxx 2016-cı il tarixli lizinq müqavilələrinə əsasən 2837,80 (iki min səkkiz yüz otuz yeddi manat 80 qəpik) manat əsas borc, 4002,93 (dörd min iki manat 93 qəpik) manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 6870,73 (altı min səkkiz yüz yetmiş manat 73 qəpik) manat məbləğində borcu mübahisələndirmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(119)- 534/2020 saylı qərardadı ilə iddia ərizəsinin İddiaçı X2 İdarə Heyətinin sədri Nümayəndə tərəfindən imzalanması əsas gətirilərək iddia ərizəsi geri qaytarılmışdır. Kollegiya qeyd edir ki, İddiaçı X3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixində Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi İddiaçı X2 İdarə Heyətinin sədri Nümayəndə tərəfindən imzalanmışdır. Lakin, Azərbaycan Respublikası Prezidentinin İddiaçı X2 fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı X2 adı dəyişdirilərək “Aqroservis” X3 adlandırılmış (Fərmanın 1-ci bəndi) və İddiaçı X2 kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. (Fərmanın 2.2-ci bəndi) Fərmanın 4.3-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin: 4.3.1. mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsini; 4.3.2. lizinq ödənişləri üzrə borcların yığılmasını. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda- iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Kollegiya qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbləri lazımi qaydada yerinə yetirməmiş və iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlara yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263- 264, 395-396, 398, 400-cü, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı X2 şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-534/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №2-2(105)-99/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-99/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver