Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-101/2023 07.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X13, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçı və cavabdehin iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2023-cü tarixli, e-2-2(121)-54/2023 saylı qətnaməsindən (hakim E.Abdullayev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən yaranmış 5.400 (beş min dörd yüz) manat əsas borcun, dəymiş maddi ziyanın əvəzi (faiz məbləği) 702 (yeddi yüz iki) manat, mənəvi zərərin əvəzi 300 (üç yüz) manat, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumuna görə 75 (yetmiş beş) manat və mediasiya xərcinə görə ödənilmiş 50 manat olmaqla, ümumilikdə isə 6527 (altı min beş yüz iyirmi yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq X5 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Kənd Təsərrüfatı üçün gübrələrin və dərmanların ölkəyə idxalı və satışı ilə məşğul olur. Bunun üçün ona Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 18 aprel 2017-ci il tarixli xüsusi lisenziyada verilib. Gürcüstan Respublikasının "X17 LTD” şirkətinin istehsalı olan "Orqanika” gübrəsinin Azərbaycan Respublikasına idxalı və satışı üçün dövlət qeydiyyatına alınmış, bu barədə Kənd Təsərrüfatı Nazirliyi X9 Xidməti tərəfindən ona 002237 saylı şəhadətnamə verilmişdir. Cavabdeh 22 yanvar 2019-cu il tarixində ondan 5400 (beş min dörd yüz) manat dəyərində "Orqanika” gübrəsi almış, qeyd olunan məbləği iki ay müddətinə qaytaracağına söz vermişdir. Cavabdeh malın satılmasına dair tərtib edilmiş ******* nömrəli qaiməni öz imzası ilə təsdiq etmişdir. Artıq Cavabdeh gübrənin pulunun qaytaracağına söz verdiyi vaxtdan üç ilə yaxın vaxt keçib. Üç ilə yaxın vaxt ərzində cavabdeh qanunsuz və əsassız olaraq 5400 manat pulunu verməyir ki, bunun nəticəsindədə sahibkar kimi ona mənəvi ziyan dəymişdir. Belə ki, ona məxsus "Orqanika” gübrəsinin pulunu qanunsuz və əsassız olaraq üç ilə yaxın müddətə özündə saxladığına görə o sahibkarlıq fəaliyyətimi dayandırmağa məcbur olmuşdur. İki ildir ki, o qanunsuz əməllərini ona qarşı davam etdirmiş və bununlada onun qanunla qorunan hüquqlarını pozmuşdur. Dəfələrlə cavabdehə zəng etsə də o bu əməllərini davam etdirmişdir. Buna görədə məhkəməyə müraciət edmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1689/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddiaçı X3 iddiası qismən təmin edilərək X6 ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən yaranmış 5400 (beş min dörd yüz) manat əsas borc, dəymiş maddi ziyanın əvəzi (faiz məbləği) 702 (yeddi yüz iki) manat, mənəvi zərərin əvəzi 300 (üç yüz) manat və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində hissəsi (əvəzi), ümumilikdə isə 6422 (altı min dörd yüz iyirmi iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub (alınıb) X5 ödənilməsi (verilməsi) qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1032/2022 saylı, 27 aprel 2022-ci il tarixli qərardadı ilə, cavabdeh X8 apellyasiya şikayəti qismən təmin edilərək Sabirabad Rayon Məhkəməsinin 2(056)-1689/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsinin ləğv olunması və mülki işin məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1470/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı X3 Cavabdeh qarşı pulun qaytarılması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmənin 14 mart 2023-cü il tarixində keçirilən iclasında hazırkı işə 2-2(121)- 1470/2022 saylı işlə birlikdə baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi və vəkili Vəkil hazırkı iş üzrə xx.xx.2023-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinə ünvanladığı etirazda qeyd etmişdir ki, cavabdeh Məlikov X10 rayonu, Qaratəpə kənd yolunda yerləşən kənd təsərüffatı mağazasında satıcı kimi işləmiş və əmək haqqı olaraq 300 (üç yüz) manat pul almışdır. Hal-hazırda həmin mağazada işləmir. Günlərin bir günü yoldan keçən maşının mühərriki nasaz vəziyyətdə işə salınmadığı üçün onun işlədiyi mağazanın yanında saxlamış və həmin avtomobildən düşən Çingiz adlı bir nəfər şəxs mağazaya gələrək cavabdehin müdirindən xahiş etmişdir ki, bır müddət üçün malın, yəni gübrənin onun satıcı olduğu mağazada saxlanması üçün köməklik göstərsin və 10-15 gün müddətində həmin malı yük maşını ilə gəlib götürəcəkdir. Müdirinin göstərişi ilə cavabdeh isə satıcı olaraq heç bir söz demədən həmin şəxsin malını mağazaya yığmalarına etiraz etməmişdir. Lakin, iddiaçı malı dediyi vaxtda gəlib aparmadığından dəfələrlə bildirmişlər ki, gəlib malı aparsınlar. Hər dəfə onlar bir bəhanə gətirərək gəlib malı aparacaqlarını bildirsələrdə bu günə kimi də həmin mal mağazada qalmaqdadır. Əlavə olaraq bildirirəm ki, iddiaçı X6 ilə Cavabdeh arasında hər hansı bir müqavilə olmamışdır. Cavabdeh heç iddiaçını da tanımır. Belə ki, cavabdehin adından tərtib edilmiş qaimə iddianın tələbi üçün sənəd sayılmır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmadığından cavabdehin hər hansı bir öhdəliyi də yaranmır. Göründüyü kimi cavabdeh ilə iddiaçı arasında müqavilə olmadığından və əvvələr də bu dərmanların satışında yaxından iştirak etmədiyindən bu hal absurddur. Qeyd edim ki, bizdə olan məlumata görə iddiaçı barəsində yararsız gübrələrin satışı ilə məşğul olduğundan müvafiq orqanlarda onun barəsində araşdırma aparılmışdır. Əlavə olaraq bildirirəm ki, Gürcüstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinə ünvanladığı məktubda da həmin dərmanların Azərbaycan Respublikasında satışı qadağan olunmuş dərmanlardır. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2023-cü tarixli, e-2-2(121)-54/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 5.400 manat əsas borcun, 63 manat dövlət rüsumunun və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat olmaqla, ümumilikdə 5.513 (beş min beş yüz on üç) manat məbləğində pulun tutularaq iddiaçı X5 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, Sabirabad rayonu, Qaratəpə kənd yolunda yerləşən kənd təsərüffatı mağazasında satıcı kimi işləyir. Əmək haqqı olaraq 300 (üç yüz) manat pul alır. Günlərin bir günü yoldan keçən maşının mühərriki nasaz vəziyyətdə işə salınmadığı həmin avtomobildən düşən Çingiz adlı bir nəfər şəxs onların mağazasına gələrək müdirimdən xahiş etmişdir ki, bir müddət üçün malın cavabdehin satıcı olduğu mağazada saxlanılması üçün köməklik göstərsin. Bildirmişdir ki, 10-15 gün müddətində həmin malı yük maşını ilə gəlib müdirindən götürəcəkdir. Müdirinin göstərişi ilə cavabdeh isə adi satıcı olaraq heç bir söz demədən həmin şəxsin malını mağazaya yığmalarına etiraz etməmişdir. Lakin, dəfələrlə bildirmişlər ki, gəlin malınızı aparın. Hər dəfə onlar bir bəhanə gətirərək gəlib malı aparacaqlarını bildirmişlər. Bu günə kimi də həmin mal mağazada qalmaqdadır. Əlavə olaraq bildirirəm ki, iddiaçıX6 ilə aramda hər hansı bir müqavilə olmamışdır. Heç o adamı da mən tanımıram. Əssasız olaraq özlərindən belə bir sənəd düzüb-qoşub məhkəməyə təqdim etmişlər. Belə ki, mənim adımdan saxta yolla tərtib edilmiş qaimə iddianın tələbi üçün sənəd sayılmır. Alqı-satqımüqaviləsi notarial qaydada tərtib olunmuş müqavilə əsasında malın verilməsi öhdəliyi yaranır. Göründüyü kimi mənim iddiaçı ilə aramda müqavilə olmadığından və əvvələr də bu dərmanların satışında yaxından iştirak etmədiyimdən bu hal absuddur. Qaimə isə malların təhvil alması barədə rəsmi sənəd sayılmır. Belə olan halda Şirvan Kommersiya Məhkəməsi sənədin qəbulundan imtina etməlidir. Lakin məhkəmə hüquqlqarımı açıqcasına və kobudcasına pozaraq belə bir zidd qətnamə qəbul etmişdir. Bütün şifahi məhkəmələrdə mən cavabdeh kimi dindirilən zaman həmin qadını tanımadığımı yəni Minayə adlı qadından heç bir vaxt heç bir zaman nəinki əlaqəm hətta tanışlığım belə yoxdur. Onun isə Sabirabad rayonunda olması ehtimalı belə yoxdur. Əgər tələbin məbləği 3000 manatdan çoxdursa, bu halda tərəflər arasında kredit və ya borc müqaviləsi notarial qaydada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göründüyü kimi, aramızda hər hansı bir alqı-satıq və ya borc müqaviləsi bağlanmamışdır. Mənim isə cavabdehlə əvvələr və ya sonlar da alış-veriş etməm və ya ona dair əvvəlki münasibətlər öz əksini tapmamışdır. Ona görə də hazırki qətnamə hüququmun pozulmasına gətirib çıxaracaqdır. Gürcüstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinə ünvanladığı məktubda həmin dərmanların Azərbaycan Respublikasında satışı qadağan olunmuş dərmanlardır. Bu məlumatımənə yerli kənd təsərrüfatına məlumat verdikdə mənə bu malların qadağan olunması bildirilmişdir. Bundan başqa da bildirmək istəyir ki, malların alış-verişi barədə aramızda hər hansı bir müqavilə olmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* nömrəli qaimə fakturanın əslindən görünür ki, X6 tərəfindən Cavabdeh 720 ədəd, hər birinin qiyməti 7,50 manat cəmi 5.400 manat dəyərində orqanika gübrəsi verilmiş, Cavabdeh həmin malları alması təhvil alması barədə qaimədə imza etmişdir. İş materiallarında olan "Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixində sahibkarlıq fəaliyyətinin istiqaməti “qum və çinqılın pərakəndə satışı”, fəaliyyət obyekti isə “təsərrüfat malları mağazası” kimi vergi orqanından qeydiyyatdan keçmiş və ona ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. İş materiallarında olan "ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” xx.xx.2022-ci il, MŞS\1\00092 saylı arayışdan görünür ki, X6 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya dair xərci ödəmişdir. İş materiallarında olan "Dövlət rüsumunun ödənilməsi haqqında” məlumatdan görünür ki, X6 tərəfindən 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin 24 yanvar 2023-cü il tarixində keçirilən iclasında şahid qismində dindirilmiş X11 ifadəsində iddiaçı X1 həyat yoldaşı olduğunu, 2019-cu ilin yanvar ayında Saatlı rayonuna gedən yolun kənarında yerləşən Cavabdeh mağazasına gedərək cavabdehə gübrəni qaimə faktura əsasında onun verdiyini bildirmişdir. Sonradan Cavabdeh ona malların dəyərini 10-15 günə qaytaracağını bildirmişdir. Bir müddət sonra ondan malları tələb etsə də o, malların olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində Cavabdeh onun kənd təsərrüfatı malları mağazasında aylıq əmək haqqısı 300 manat olmaqla satıcı işlədiyini, vergi orqanlarında həmin mağazanın sahibi kimi Cavabdeh qeydiyyatdan keçərək VÖEN aldığını bildirmişdir. 2019-cu ilin yanvar ayında gübrəni mağazada müvəqqəti saxlamaq üçün Cavabdeh razılıq verdiyini qeyd etdi. Lakin, sonradan ona məlum olmuşdur ki, Cavabdeh malları təhvil alarkən qaimə fakturanı da imzalamışdır. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1689/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə, iddiaçı X3 iddiası qismən təmin edilərək X6 ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsindən yaranmış 5400 (beş min dörd yüz) manat əsas borc, dəymiş maddi ziyanın əvəzi (faiz məbləği) 702 (yeddi yüz iki) manat, mənəvi zərərin əvəzi 300 (üç yüz) manat və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində hissəsi (əvəzi), ümumilikdə isə 6422 (altı min dörd yüz iyirmi iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub (alınıb) X5 ödənilməsi (verilməsi) qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1032/2022 saylı, 27 aprel 2022-ci il tarixli qərardadı ilə, cavabdeh X8 apellyasiya şikayəti qismən təmin edilərək Sabirabad Rayon Məhkəməsinin 2(056)-1689/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsinin ləğv olunması və mülki işin məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan əlavə, Sabirabad Rayon Məhkəməsinin icraatında olmuş 2(056)1689/2021 saylı iş üzrə keçirilən 30 noyabr 2021-ci il tarixli məhkəmə iclasında həmin iş üzrə cavabdeh olan Cavabdeh izahatında Mirağa adlı şəxsə məxsus olan mağazanı icarə əsasında işlətdiyini, sözügedən gübrəni nisyə qaydada satılması üçün qəbul edib qaiməni imzaladığını, lakin gübrə satılmadığı üçün geri qaytarmaq qərarına gəldiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin cavabdehə münasibətdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2023-cü tarixli, e-2-2(121)-54/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-101/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-101/2023
07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver