Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-108/2023 22.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli e-2-2(121)-1603/2023 saylı qətnaməsindən (hakim N.Misirzadə) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, “Lənkəran X4 Müəssisəsi” MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 2107.6 manat məbləğində borc(ların)unun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan “Lənkəran X4 Müəssisəsi” MMC (VÖEN: **********) öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun 31 may 2023-cü il tarixə 2107.6 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli e-2-2(121)-1603/2023 saylı qətnaməsi ilə ərizə təmin olunaraq, xx xxxx 1951-ci il tarixdə Lənkəran rayonu, Haftoni qəsəbəsində doğulmuş, Lənkəran rayonu, Haftoni qəsəbəsində qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək ləğv olunmasını, ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası 27 iyul 2023-cü il tarixinə, saat 16:10-a təyin edilsədə, məhkəmə bildirişini 27 iyul 2023-cü il tarixdə saat 15:20-də poşt vasitəsi ilə almışdır. Bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə iştirakı olmadan qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, “Lənkəran X4 Müəssisəsi” MMC-nin dövlət bücəsinə olan borcu ona aid olmayan məsələdir. Ərizəçi 17 yanvar 2023-cü il tarixli **********580100 nömrəli bildirişin ünvanına göndərilməsini göstərmiş, əslində bildiriş göndərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetin 25 sentyabr 2018-ci il tarixli qərarı ilə «Lənkəran X4 Müəssisəsi» MMC ləğv edilmiş, həmin qərarla «X3 və Emal Birliyi» MMC yaradılmışdır. Bundan əlavə 29 sentyabr 2018-ci il tarixli 4 №-li akta əsasən “Lənkəran X4 Müəssisəsi” MMC-yə məxsus möhur və hüquqi sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetin 25 sentyabr 2018ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə təhvil vermişdir. Əgər şəxsi müəssisəsi olsaydı, dövlətə olan borcu verərdi. Ərizəçinin hesabladığı borc qanunvericiliyə uyğun olaraq yeni yaradılmış müəssənin hesabına keçirilməlidir. Çünki müəssisə təhvil veriləndə debitor və krediror borclar öz əksini tapmışdır. Bundan öncə də, ərizəçi tərəfindən Lənkəran Rayon Məhkəməsinə dövlət bücəsinə olan ümumilikdə 3506.08 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədi ilə ölkədən getmək hüququnun müvvəqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmiş, Lənkəran Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(049)-1617/2019 saylı qətnaməsi ilə onun iştirakı olmadan işə baxılaraq, ərizə təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının 2(106)-2745/2019 saylı 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiyya şikayəti təmin olunaraq, Lənkəran Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(049)-1617/2019 saylı qətnaməsi ləğv edilmiş, ərizənin təmin olunmaması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyası mülki işə baxarkən «X3 və Emal Birliyi» MMC-nin hazırda fəaliyyət göstərib-göstərməməsi, fəliyyət göstərirsə rəhbərinin adı, soyadı, atasının adı və vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata düşüb-düşməməsi barədə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 08 oktyabr 2019-cu il tarixli 07/22-08-886 saylı cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədə uyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özgələşdirməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarında dəyişikiliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 sentyabr tarixli 414 nömrəli qərarının 1-ci hissəsinə əsasən keçmiş X4 müəssisələri birləsdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X3 və Emal Birliyi” MMC yaradılmışdır. MMC hazırda fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müvafiq əmrinə əsasən X2 2019-cu ilin 21 fevral tarixindən cəmiyyətin diroktoru təyin edilmiş, cəmiyyətin xx.xx.2018-ci il tarixdə (VÖEN:1********) müvafiq vergi orqanında qeydiyyata alınmış və buna dair 2018-ci il 7 dekabr tarixli **********214300-nömrəli kommersiya qurumunun dövlət reyestrindən çıxarış almışdır. Lakin bunlara baxmayaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Vergilər Departamenti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının 2(106) 2745/2019 saylı 07 noyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kolleqiyasının 19 iyun 2020-ci il tarixli 2(102)-1908/2020 saylı qərarı ilə ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Vergilər Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolleqiyasının 2(106)-2745/2019 saylı 07 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi işi tam obyektiv araşdırmış olsaydı, məhkəmə bildirişinin maraqlı şəxsə çatıb-çatmamsını, “Lənkəran X4 Müəssisəsi” MMC-nin ləğv edilib, yeni təşkilatın yaranıb - yaranmamasını müəyyən edərdi. Heç bir araşdırma olmadan bir tərəfli olaraq qətnamə qəbul edilmişdir. Ona görə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolleqiyasının 19 iyun 2020-ci il tarixli 2(102)- 1908/2020 saylı qərarını şikayətinə əlavə edir. Məhkəmədə maraqlı şəxs apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış ərizəçi məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamış, bunun üzürlü səbəbləri barədə qabaqcadan məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə ərizəçinin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edib belə nəticəyə gəlir ki, iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə xitam verilməlidir. Belə ki, apellyasiya şikayətinə qoşma olaraq əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1908/2020 saylı 19 iyun 2020-ci il tarixli qərarından aşağıdakılar müəyyən olunur: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Vergilər Departamenti Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, “Lənkəran X4 Müəssisəsi” MMC-nin dövlət büdcəsinə olan 3944.11 manat vergi borcunun ödənilməsini təmin etmək məqsədilə icra orqanın rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir, Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməyən Lənkəran X4 Müəssisəsi” MMC-nin (VÖEN-**********) xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə 3944.11 manat məbləğində (o cümlədən, vergilər üzrə 3506.08 manat, faizlər üzrə 438.03 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı iiə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilsinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixli **********3 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Calalov X6 rayonu, Haftoni qəsəbəsində yaşayır, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1637/2019 saylı 21 may 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin olunaraq, "X7 İstehsalat Müəssisəsi" MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır, Lənkəran Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi maraqlı şəxs tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş və Şirvan Apellyasiya Məhkəməsi Mülki Mollegiyasının 2(106)-2745/2019 saylı 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev, R.Cəfərov, Z.Babayev) apellyasiya şikayəti təmin olunmuş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1637/2019 saylı 21 may 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq, ərizənin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, «Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarında dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 sentyabr tarixli 414 nömrəli qərarının 1-ci hissəsinə əsasən keçmiş kənd tərsərrüfatı istehsalat müəssisələri birləşdirilərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində «X3 və Emal birliyi» MMC yaradılmışdır. Hazırda həmin cəmiyyət fəaliyyətini davam etdirir, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müvafiq əmrinə əsasən X2 2019-cu ilin 21 fevral tarixindən cəmiyyətin direktoru təyin edilmişdir. Cəmiyyətin xx.xx.2018-ci il tarixdə (VÖEN: 1********) müvafiq vergi orqanında qeydiyyata götürülmüş və buna dair 2018-ci il 7 dekabr tarixli **********214300 nömrəli kommersiya qurumunun dövlət reyestrindən çıxarış alınmışdır, Şirvan Apellyasiya Məhkəməsinin istinad olunan qətnaməsi ərizəçi tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1908/2020 saylı 19 iyun 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmayaraq, Şirvan Apellyasiya Məhkəməsi Mülki Mollegiyasının 2(106)- 2745/2019 saylı 07 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “X3 və Emal Birliyi” MMC tərəfindən 27 may 2019-cu ildə 6 saylı Vergilər Departamentinə ünvanlanan 125M-19 qeydiyyat nömrəli məktubda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” 25 sentyabr 2018-ci il tarixli 414 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X4 Müəssisələri birləşdirilərək “X3 və Emal Birliyi” MMC yaradılmışdır. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılarkən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “X3 və Emal Birliyi” MMC-nə sorğu verilərək, Nazirlər Kabinetinin yuxarıda istinad olunan qərarı əsasında birləşdirilmiş X4 Müəssisələrinin, o cümlədən “Lənkəran X4 Müəssisəsi” MMC-nin nizamnaməsində sahibkarlıq fəaliyyəti həyata keçirmək səlahiyyətinin olub-olmaması barədə məlumat verilməsi xahiş edimişdir. Sorğuya verilən 21 noyabr 2023-cü il tarixli 3-22-15/2-107/2023 saylı cavab məktubunda bildirilir ki, müəssisədə saxlanılan ləğv olunmuş sənədlərin siyahısına əsasən “Lənkəran X4 Müəssisəsi” MMC-nin, habelə birləşdirilmiş digər X4 müəssisələrinin nizamnamələri aşkar edilməmişdir. Lakin sorğuya əsasən aparılmış araşdırma nəticəsində “Lənkəran X4 Müəssisəsi” MMC-nin 2008-ci il 25 iyul tarixidə kommersiya qurumlarının dövlət reyestrində ********** nömrəli VÖEN əsasında qeydiyyata alınması müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılarkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə sorğu verilərək, Nazirlər Kabinetinin yuxarıda istinad olunan qərarı əsasında birləşdirilmiş X4 Müəssisələrinin, o cümlədən “Lənkəran X4 Müəssisəsi” MMC-nin nizamnaməsində sahibkarlıq fəaliyyəti həyata keçirmək səlahiyyətinin olub-olmaması barədə məlumat verilməsi xahiş edimişdir. Sorğuya verilən 21 noyabr 2023-cü il tarixli **********214900 saylı cavab məktubunda bildirilir ki, “Lənkəran X4 Müəssisəsi” MMC-nin (VÖEN **********) qeydiyyata alınmış nizamnaməsində cəmiyyətin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan və əsas məqsədi mənfəət götürməkdən ibarət olan hüquqi şəxs olması və Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul olmaq hüququna malik olması göstərilmişdir. İş materiallarından göründüyü kimi yaranmış vergi borcuna görə icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması istənilən “Lənkəran X4 Müəssisəsi” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” 25 sentyabr 2018-ci il tarixli 414 nömrəli qərarına müvafiq olaraq digər X4 müəssisələri ilə birləşdirilək “X3 və Emal Birliyi” MMC yaradılmışdır. Həmin müəssisə 2018-ci ildən sonra fəaliyyət göstərməmişdir. Müəssisənin 12 aprel 2019-cu il tarixinə dövlət büdcəsinə mövcud 3944.11 manat vergi borcunun ödənilməsini təmin etmək məqsədilə icra orqanın rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Vergilər Departamentinin ərizəsi, qüvvədə olan məhkəmə qətnaməsinə əsasən rədd edilmişdir. Hazırda isə ərizəçi müəssisənin 31 may 2023-cü il tarixinə dövlət büdcəsinə olan 2107.6 manat vergi borcunun ödənilməsini təmin etmək məqsədilə icra orqanın rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması istənilən “Lənkəran X4 Müəssisəsi” MMC 2018-ci ilin sonlarından ümumiyyətlə fəaliyyət göstərmədiyindən, ərizəçinin 12 aprel 2019-cu il tarixinə dövlət büdcəsinə mövcud 3944.11 manat vergi borcunun ödənilməsini təmin etmək məqsədilə verdiyi ərizəsi isə rədd edildiyindən, 31 may 2023-cü il tarixinə dövlət büdcəsinə olan 2107.6 manat vergi borcunun ödənilməsini təmin etmək məqsədilə verilən ərizə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə verilən ərizədir. Çünki müəssisə 2018-ci ilin sonlarından digər müəssisələrlə birləşdirilərək bazalarında yeni müəssisə yaradılmış, sonrakı tarixdə hər hansı bir fəaliyyəti olmamışdır. Belə olan halda isə 2107.6 manat vergi borcu yuxarıda qeyd olunan məhkəmə qərarlarında istinad olunan 3944.11 manat vergi borcunun tərkib hissəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263, 264 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 27 iyul 2023-cü il tarixli e-2-2(121)-1603/2023 saylı qətnaməsi ləğv olunsun. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-108/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-108/2023
22.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver