Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-116/2022 15.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2- 2(121)-481/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" MMC ilə olan alqı-satqı müqaviləsinə ğörə yaranmış 84.900 manat əsas borcun, gecikdirilmiş borca görə hesablanmış faiz 8.490 manat və 400 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 22D/2020 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən “Satıcı” “Alıcı”nın sifarişinə uyğun olaraq müəssisədə istehsal olunan qida məhsullarını hissə-hissə (“Kristal”, "xxxx", v.s un məhsullarla yanaşı kəpək v.s.) olmaqla “Alıcı”ya satmağı üzərinə götürmüşdür.“Alıcı” isə 5 (beş) iş günü ərzində “Satıcı”nın təqdim etdiyi elektron-qaimə fakturaya uyğun olaraq aldığı malın dəyərini ödəməlidir.Cavabdehlə qarşılıqlı etimad əsasında bəzən elə olurdu ki, götürdüyü məhsulun pulun müqavilədə göstərildiyi vaxt tam ödəyə bilmədiyi haldada ona nisyə şəklində mal buraxılırdı.Buda onun işgüzar fəaliyyətinin dahada genişləndirilməsinə və partnyor kimi bir birinə inam və etimadı dahada möhkəmləndirirdi.Lakin cavabdeh sonuncu dəfə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.Belə ki, “Xırman “ MMC ilə cavabdehin arasında xx.xx.2021 il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən cavabdehin borcu 102490 (yüz iki min dörd yüz doxsan) manat təşkil etmişdir.Bundan sonrada işgüzar münasibətləri davam etmiş ona əsas borcunu hissə-hissə mal verməklə onu təmin etmişlər ki, işləsin və dövriyyə göstərməklə iddiaçıya borcunu qaytarsın, cavabdeh isə əksinə nə dövriyyə göstərmiş nə də ki, borcunu ödəmişdir.Bununla bağlı cavabdehə telefon vasitəsi ilə şifahi xəbərdarlıqlar etmişlər, xəbərdarlığa məhəl qoymadığından ona, xx.xx.2021 il tarixli, 154 saylı pretenziya məktubu ünvanlayaraq xəbərdarlıq edilib ki, cavabdehlə bağlanmış müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün bir tərəfli qaydada xitam verilir. Eyni zamanda 10 iş günü müddətində "xxxx" MMC-yə olan 84.900 (səksən dörd min doqquz yüz) manat borcun qaytarılmasını tələb etmişlər, xx.xx.2021-ci il tarixinə kimi möhlət verməyi xahiş eləsə də yenə mal buraxılması barədə xahiş etmişdir.Müəssisə rəhbərliyi cavabdehin xahişini nəzərə alsa da, o, verdiyi sözə əməl etməyərək olan borcunu ödəməkdən yayınmışdır.xx.xx.2021-ci il tarixində mediasiya prosesinin təklifi barədə cavabdehə 84.900 (səksən dörd min doqquz yüz) manat borcu məhkəmədən kənar qaydada ödənilməsini təklif etmişlər, mediatorun dəvətinə uygun olaraq mediasiya sesiyası keçirilmiş və prosesi davam etdirməmək qərarına gəlmişlər, 400 (dörd yüz) manat mediasiya xərci tərəflərindən ödənilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2-2(121)481/2022 saylı qətnaməsi ilə (sədrlik edən E.Abdullayev) iddia qismən təmin edilərək Cavabdeh 84.900 manat məbləğində əsas borc, 425 manat məbləğində cərimə məbləği və 400 manat mediasiya xərci, ümumilikdə 85.725 (səksən beş min yeddi yüz iyirmi beş) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmşdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə mübahisəyə Mülki Məcəllənin 386.1, 425.1, 427, 445.2.1, 567 və 600.1-ci maddələri düzgün tətbiq edilməmişdir, iddiaçı ilə aralarında öhdəliklə bağlı müqavilə olmamışdır, iddiaçı tərəfindən təqdim edilmiş müqavilə isə cavabdehin iradə ifadəsini əks etdirmir, iddiaçı təşkilatla aralarında müqavilə olmadan fəaliyyət göstərmişlər və onların pulu da vaxtlı vaxtında ödənilmişdir, əgər ödənilməmişdirsə, iddiaçı təşkilat niyə ona yenidən un göndərirdi. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçı tərəfindən iddia ərizəsinə tələbin hüquqi əsası kimi xx.xx.2020-ci il tarixli, 22D/2020 saylı alqı-saqı müqaviləsi və xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı əlavə olunmuşdur.Həmin sənədləri araşdırdıqda isə məlum olur ki, sözügedən xx.xx.2020-ci il tarixli, 22D/2020 saylı alqı-satqı müqaviləsinin sonunda “Alıcı” qrafasının altındakı imza və kiril əlifbası ilə yazılmış “Cavabdeh” yazısı qrafasındakı imza və kiril əlifbası ilə yazılmış “Cavabdeh” yazısı, eləcə də xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının sonundakı kiril əlifbası ilə yazılmış “üzləşmə aktı ilə tanış olduq imzamla təsdiq etdim. Cavabdeh oğ, xx.xx.2021” yazısı ona məxsus deyildir. Eyni zamanda onu da qeyd etmişdir ki, həmin üzləşdirmə aktında onun imzası yoxdur. İddiaçı tərəf bu cür “şablon” müqavilə formalarından dəfələrlə istifadə etməklə əməkdaşlıq etdikləri alıcıları çətin vəziyyətə salırlar.Həmin “şablon” müqavilə formalarından hal hazırda onda bir neçə nüsxə vardır və o müqavilələrdə də müqavilənin son səhifəsində yalnız “satıcı” qrafasında imza və möhür olduğu görünməkdədir.Müqavilələrə diqqət yetirildikdə aydın olur ki, həmin müqavilələrin bitmə müddəti əlyazma şəklində qeyd edilməklə 31.12. 2020-ci il tarixə kimi müəyyən edilmişdir.Hal-hazırda iddia ərizəsinə əlavə edilmiş müqavilə isə sonradan, yəni xx.xx.2021-ci il tarixə guya aparılmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının müqaviləyə əlavə edilə bilməsi üçün tərtib olunmuş, saxta yolla imzalanmışdır.Ona göndərilmiş pretenziyada və iddia ərizəsində qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının tarixi xx.xx.2021, iddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqaviləsinin sonunda əlavə kimi qeyd olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının tarixi isə xx.xx.2021-ci il olaraq göstərilmişdir. Apellyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e 2-2(121)-481/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. d)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz verilərək apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 8 iyun 2022-ci il tarixli 2- 2(121)481/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir, məhkəməyə teleqram göndərərək vəkilin üzürlü səbəbdən iştirak edə bilmədiyini, 07.09-xx.xx.2022-ci il tarixlərdə keçirilən əmək və ailə mediasiyası təlimləri, eləcədə yekun imtahanlarda iştirak edəcəyi üçün məhkəmə iclasında iştirakı mümkün olmadığı üçün məhkəmə iclasına gələ bilməmələrinin səbənin üzürlü hesab edib məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etməsinə baxmayaraq cavabdehin və vəkilinin məhkəmə iclasına gələ bilməmələrinin üzürlü səbəbləri barədə rəsmi sübut təqdim etməmişlər, teleqrama hər hansı sənəd əlavə etməmişlər.Ona görə də işə cavabdeh tərəfin iştirakı olmdadn baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 izahatında apellyasiya şikayətinin təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 8 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-in 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apelyasiya şikayətində Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e- 2-2(121)-481/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə bütövlükdə mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir edilmiş, prosessual hüquq normalarının tələbləri pozulmamış, məhkəmənin iş üzrə gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmdən saxlanılması barədə izahatını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2-2(121)-481/2022 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edərkən birinci instansiya məhkəməsi hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, iş materiallarında olan 30 aprel 2020-ci il tarixli, 22D/2020 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müəssisədə istehsal olunan qida məhsullarının və digər malların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı alıcının sifarişinə uyğun olaraq müəssisədə istehsal olunan qida məhsullarını və digər malları (gələcəkdə mal adlandırılacaq) hissə-hissə olmaqla alıcıya satmağı öhdəsinə götürür. Satılan malın növü, miqdarı, sayı, qiyməti malın təhvil verilməsini təsdiq edən elektronqaimə faktura və ya elektron vergi hesab-faktura əsasında müəyyən olunacaq.Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqaviləyə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsinin öhdəsində götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri müqavilənin qüvvədə olduğu müddət ərzində satıcı tərəfindən alıcıya təqdim edilmiş elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturaya əsasən təhvil verilmiş malın dəyəridir.Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, alıcı müqavilənin şərtlərində nəzərdə tutulan ödənilməmiş məbləğin gecikdirilən hər gün üçün 0.2 % miqdarında satıcıya cərimə ödəyir.Cərimənin ümumi məbləği ödənilməmiş məbləğin 10 %dən çox ola bilməz. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, "xxxx" MMC (VÖEN:**********) ilə Cavabdeh (VÖEN **********) malların alqı-satqısı üzrə yaranmış debitor borcun məbləğinin ümumilikdə 102.490 manat olması barədə qarşılıqlı nəticəyə gəlmişlər.Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İş materillarında olan elektron qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ümumilikdə 773.509,85 manat məbləğində un məhsulları göndərilmişdir. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsinin "xxxx" MMC-in nümayəndəsi X2 xx.xx.2021-ci il tarixdə Masallı Rayon Polis Şöbəsinə ünvanladığı müraciətlərin yoxlanılmasının nəticəsinə dair xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, Masallı rayon Ərkivan qəsəbə sakini Cavabdeh izahatında ölkədə olan pandemiya ilə əlaqədar "xxxx" MMC-dən götürdüyü un məmulatlarının satışında problemlər yarandığını, şirkətdən götürdüyü un məmulatlarının satışında alacağı pulun qaytarılmasında gecikmələr yarandığını, pulu vaxtında qaytara bilmədiyini, lakin şirkətin müraciətdə göstərdiyi kimi 84.900 (səksən dörd min doqquz yüz) manat deyil təxminən 50.000 (əlli min) manat pul borcu olduğunu, həmin borcu da yaxın vaxtlarda ödəyəcəyinə söz versə də qarşı tərəfin ona həmin məbləğdə borcunun olmasını bildirdiyini, aralarında qaytarılmalı olan pulla bağlı mübahisənin olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış 84.900 manat borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, tərəflər arasında un məhsullarına dair alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən mallar cavabdehə “Müqavilə”nin 2.2-ci və 3.2-ci bəndlərinə əsasən elektron qaimələrə əsasən verilmiş və cavabdeh tərəfindən qəbul olunmuşdur.İddiaçı tərəfindən təhvil verilən mallar cavabdeh tərəfindən təhvil alınsa da cavabdeh malların dəyərini tam olaraq ödəməmişdir.Bundan əlavə, tərəflər arasında xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı imzalanaraq malların alqı-satqısı üzrə yaranmış debitor borcun məbləğinin ümumilikdə 102.490 manat olması barədə qarşılıqlı nəticəyə gəlinmişdir.Sonradan cavabdeh tərəfindən həmin borcdan 17.590 manat ödənilsə də, 84.900 manat məbləğində borc pulun ödənilməsini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İşə tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir.Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra –Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır.Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaiməfakturanı hazırlayır, təsdiq edir və göndərir.Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır.Həmin Qaydaların 3.2-ci – 3.4-cü bəndlərinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər.Düzəliş üçün qaytarılmış elektron qaiməfaktura göndərən tərəfindən düzəliş edildikdən sonar yenidən təqdim oluna bilər.Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-sı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaiməfakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun cavabdehə təhvil verilmişdir. Qeyd edilməlidir ki, iddiaçı cavabdehə “Müqavilə”yə əsasən un məhsuları göndərməsəydi, cavabdeh, iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi.Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Cavabdehin iddiaya dair etirazı araşdırılaraq hesab edilir ki, cavabdeh iddiaya dair etirazını tutarlı dəlillərlə təkzib edə bilməmişdir, Cavabdeh 16 mart 2022-ci il tarixində keçirilən məhkəmə iclasında 30 aprel 2020-ci il tarixli, 22D/2020 saylı alqı-satqı müqaviləsinin və xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının onun tərəfindən imzalandığını bildirmişdir. Eyni zamanda, iş materiallarında olan 30 aprel 2020-ci il tarixli, 22D/2020 saylı alqısatqı müqaviləsinin və 16 aprel 2021-ci il tarixli üzləşmə aktının saxtalığı və ya həqiqəti əks etdirməməsi cavabdeh tərəfindən mötəbər sübutlarla təkzib olunmamışdır.Halbuki, bununla bağlı sübutetmə vəzifəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə uyğun olaraq məhz cavabdehin üzərinə düşürdü.Ümumiyyətlə, cavabdeh ondan tələb olunan borcun mövcudluğunu qəbul etmədiyi halda 16 aprel 2021-ci il tarixli üzləşmə aktını imzalamaqla sözügedən borcu öz üzərinə götürməsi barədə ağlabatan izah verməsi iş materiallarından görünmür. İşdən görünür ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla, elektron qaimələrlə və qarşılıqlı üzləşmə aktı ilə təqdim olunmuş mallar üzrə cavabdehin iddiaçıya ümumilikdə 84.900 manat əsas borcunun olması təsdiqini tapdığından, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə qanuni və əsaslı olduğu üçün təmin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsində dəbbə pulu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir.Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər.Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər.Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər.Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir.Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçı tərəfindən iddia ərizəsinə tələbin hüquqi əsası kimi xx.xx.2020-ci il tarixli, 22D/2020 saylı alqı-saqı müqaviləsi və xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı əlavə olunmuşdur.Həmin sənədləri araşdırdıqda isə məlum olur ki, sözügedən xx.xx.2020-ci il tarixli, 22D/2020 saylı alqı-satqı müqavilənin sonunda “Alıcı” qrafasının altındakı imza və kirli əlifbası ilə yazılmış “Cavabdeh” yazısı qrafasındakı imza və kiril əlifbası ilə yazılmış “Cavabdeh” yazısı, eləcə də xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının sonundakı kiril əlifbası ilə yazılmış “üzləşmə aktı ilə tanış olduq imzamla təsdiq etdim.Cavabdeh oğ, xx.xx.2021” yazısı ona məxsus deyildir. Eyni zamanda onu da qeyd etmişdir ki, həmin üzləşdirmə aktında onun imzası yoxdur. İddiaçı tərəf bu cür “şablon” müqavilə formalarından dəfələrlə istifadə etməklə əməkdaşlıq etdikləri alıcıları çətin vəziyyətə salırlar.Həmin “şablon” müqavilə formalarından hal hazırda onda bir neçə nüsxə vardır və o müqavilələrdə də müqavilənin son səhifəsində yalnız “satıcı” qrafasında imza və möhür olduğu görünməkdədir.Müqavilələrə diqqət yetirildikdə aydın olur ki, həmin müqavilələrin bitmə müddəti əlyazma şəklində qeyd edilməklə 31.12. 2020-ci il tarixə kimi müəyyən edilmişdir.Hal-hazırda iddia ərizəsinə əlavə edilmiş müqavilə isə sonradan, yəni xx.xx.2021-ci il tarixə guya aparılmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının müqaviləyə əlavə edilə bilməsi üçün tərtib olunmuş, saxta yolla imzalanmışdır.Ona göndərilmiş pretenziyada və iddia ərizəsində qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının tarixi xx.xx.2021, iddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqaviləsinin sonunda əlavə kimi qeyd olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının tarixi isə xx.xx.2021-ci il olaraq göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini araşdırarkən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə “Müqavilə”yə əsasən un məhsulları göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi, lakin hazırki işdə bu hallar mövcud deyildir, bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir, cavabdehin iddiaya dair etirazı araşdırılaraq hesab edilir ki, cavabdeh iddiaya dair etirazını tutarlı dəlillərlə təkzib edə bilməmişdir, işdən görünür ki, Cavabdeh birinci instansiya məhkəməsinin 16 mart 2022-ci il tarixdə keçirilən iclasında 30 aprel 2020-ci il tarixli, 22D/2020 saylı alqı-satqı müqaviləsinin və xx.xx.2021ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının onun tərəfindən imzalandığını bildirmişdir. Bundan başqa iş materiallarında olan 30 aprel 2020-ci il tarixli, 22D/2020 saylı alqısatqı müqaviləsinin və 16 aprel 2021-ci il tarixli üzləşmə aktının saxtalığı və ya həqiqəti əks etdirməməsi cavabdeh tərəfindən mötəbər sübutlarla təsdiq olunmamışdır, cavabdeh ondan tələb olunan borcun mövcudluğunu qəbul etmədiyi halda 16 aprel 2021-ci il tarixli üzləşmə aktını imzalamaqla borcu öz üzərinə götürmüşdür. Bu baxımdan iddiaçı tərəfindən iddia ərizəsinə tələbin hüquqi əsası kimi xx.xx.2020ci il tarixli, 22D/2020 saylı alqı-saqı müqaviləsi və xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının araşdırdıqda məlum olur ki, sözügedən 30.04. 2020-ci il tarixli, 22D/2020 saylı alqı-satqı müqavilənin sonunda “Alıcı” qrafasının altındakı imza və kirli əlifbası ilə yazılmış “Cavabdeh” yazısı qrafasındakı imza və kiril əlifbası ilə yazılmış “Cavabdeh” yazısı, eləcə də xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının sonundakı kiril əlifbası ilə yazılmış “üzləşmə aktı ilə tanış olduq imzamla təsdiq etdim.Cavabdeh oğ, xx.xx.2021” yazısının cavabdehə məxsus olmaması barədə apellyasiya şikayətinin dəlilləri işin faktiki və hüquqi hallarına uyğun olmadığı üçün əsassız hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasya şikayətinin dəlillərini iş materilları üzrə araşdırıb hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz.Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur.Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.Odur ki, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsasssız hesab etməklə, iş üçün subut əhəmiyyəti daşımayan formal mülahizə hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən iddia ərizəsinə tələbin hüquqi əsası kimi xx.xx.2020-ci il tarixli, 22D/2020 saylı alqı-saqı müqaviləsi və xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktını araşdırdıqda isə məlum olur ki, sözügedən xx.xx.2020-ci il tarixli, 22D/2020 saylı alqı-satqı müqavilənin sonunda “Alıcı” qrafasının altındakı imza və kirli əlifbası ilə yazılmış “Cavabdeh” yazısı qrafasındakı imza və kiril əlifbası ilə yazılmış “Cavabdeh” yazısı, eləcə də xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının sonundakı kiril əlifbası ilə yazılmış “üzləşmə aktı ilə tanış olduq imzamla təsdiq etdim.Cavabdeh oğ, xx.xx.2021” yazısı cavabdehə məxsus deyildir barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh birinci instansiya məhkəmə baxışı iclasından iştirak etmiş, göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir.Odur ki, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsasssız hesab etməklə, iş üçün subut əhəmiyyəti daşımayan formal mülahizələr hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-cü, 392-393-cü, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2-2(121)-481/2022 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-116/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-116/2022
15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver