Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-118/2025 07.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, Şirvan Kommersiya Məhkəməsinin 1 aprel 2025-ci il tarixli e-2-2(121)-152/2025 saylı qərardadından (hakim Z.Abbasov) Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 16289.84 (on altı min iki yüz səksən doqquz manat səksən dörd qəpik) manat məbləğində borcun, 138.87 (bir yüz otuz səkkiz manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun, 2800.00 (iki min səkkiz yüz) manat hüquqi yardıma görə ödənilmiş xidmət haqqının, cəmi 19228.71 (on doqquz min iki yüz iyirmi səkkiz manat yetmiş bir qəpik) manat pul vəsaitinin cavabdehdən tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 18 fevral 2025-ci il tarixli e-2-2(121)-152/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh 16289.84 manat məbləğində borcun, 1000 manat məbləğində hüquqi yardıma görə ödənilmiş xidmət haqqının və 138.87 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 17428.71 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnaməyə əsasən qətnamə 12 mart 2025-ci ildə Cavabdeh rəsmi qaydada verilmişdir. 17 mart 2025-ci il tarixində Cavabdehının vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən imzalanaraq “Elktron məhkəmə” informasiya sistemi üzərindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 18 mart 2025-ci il tarixli e-2-2(121)-152/2025 saylı qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin 18 fevral 2025-ci il tarixli e-2-2(121)- 152/2025 saylı qətnaməsindən Cavabdehının vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinin tələblərinə cavab verməməsi (şikayətin onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanması) əsası ilə qaytarılmış, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ********** nömrəli qəbzlə ödənilmiş dövlət rüsumunun qaytarılması qərara alınmışdır. 28 mart 2025-ci il tarixdə Cavabdehının vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən vəkil orderi əlavə edilməklə qətnamədən yenidən apellyasiya şikayəti verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 1 aprel 2025-ci il tarixli e-2-2(121)-152/2025 saylı qərardadı ilə apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə (qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə olunmaması) istinadla qaytarılmışdır. Birinci instansiya məhkəməsi qeyd olunan qərardadında mövqeyini belə əsaslandırmışdır ki, tərəfin ********** nömrəli qəbzlə ödəmiş olduğu dövlət rüsumunun 18 mart 2025-ci il tarixli qərardadla geri qaytarılmasına, həmin qərardadın mübahisələndirilməməsinə və qüvvədə olmasına baxmayaraq, hazırki apellyasiya şikayətində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi həmin ********** nömrəli qəbzdən istifadə edilmişdir. Qərardaddan Cavabdehının vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsslandırılmışdır ki, Şirvan Kommeriya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-152/2025 saylı qətnaməsindən qanuna muvafiq olaraq məhkəmə vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Şirvan Komersiya Məhkəməsinin qanunsuz və əsassız qərardadı ilə şikayəti geri qaytarılmışdır. Halbuki, məhkəmə tərəfindən cavabdehin numayəndəsi və vəkili kimi tanınsa da, apellyasiya şikayəti 18 mart 2025-ci il tarixli qərardad ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyri iş günləri ilə bağlı qərarına əsasən 20 mart 2025-ci il tarixdən 31 mart 2025-ci il tarixədək qeyri iş günləri olduğundan qərardadın icrası qeyri-mümkün hesab edilir. 28 mart 2025-ci il tarixdən yenidən Kommersiya məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. 18 mart 2025-ci il tarixli qərardad icra edilmədən (icra etmək üçün icra müddəti bitməli olduğundan) əsassız qərardad ilə yenidən apellyasiya şikayəti geri qaytarılmışdır. Şirvan Kommersiya Məhkəməsinin 22 aprel 2025-ci il tarixli e-2-2(121)-152/2025 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən olunur ki, məhkəmə ikinci dəfə verilmiş apellyasiya şikayətini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə olunmaması, tərəfin ********** nömrəli qəbzlə ödəmiş olduğu dövlət rüsumunun 18 mart 2025-ci il tarixli qərardadla geri qaytarılmasına, həmin qərardadın mübahisələndirilməməsinə və qüvvədə olmasına baxmayaraq, hazırki apellyasiya şikayətində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi həmin ********** nömrəli qəbzdən istifadə edilməsi əsasları ilə geri qaytarmışdır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh şikayətində birinci dəfə vermiş olduğu apellyasiya şikayətinin qaytarılmasına dair 18 mart 2025-ci il tarixli qərardadın qanunsuz və əsassız olduğunu bildirsə də, həmin qərardad tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəyə minmişdir. Belə olan halın mövcudluğu isə həmin qərardadla qaytarılan dövlət rüsumundan yenidən verilmiş apellyasiya şikayəti üzrə istifadəni mümkünsüz edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri öz təsdiqini tapmadığından şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 1 aprel 2025-ci il tarixli e-2-2(121)-152/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-118/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-118/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver