Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-121/2023 17.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), hakimlər Heydərov Tofiq Xudayar oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı 91587,63 manat əsas borcun, gecikdirməyə görə 3022,40 manat cərimə faizin, 5000 manat dəbbə pulunun cəmi 99610,03 manat (doxsan doqquz min altı yüz on manat üç qəpik) pul məbləğinin Cavabdeh tutularaq iddiçı İddiaçı MMC-yə ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2-2(121)-697/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-697/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 01 sentyabr 2021-ci il tarixli AP- 01\09 nömrəli müqavilə üzrə yaranmış 91.587,63 (doxsan bir min beş yüz səksən yeddi manat, altmış üç qəpik) manat məbləğində borc tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-697/2023 saylı 07 sentyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-697/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-697/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması, Cavabdeh tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ödənilmiş 183 manat məbləğində dövlət rüsumunun (qəbzin nömrəsi: **********) Cavabdeh qaytarılması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(121)-697/2023 saylı qətnaməsi tərtib edildikən sonra xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində xx.xx.2021-ci il tarixdən şəxsi elektron kabineti mövcuddur. Cavabdeh xx.xx.2023-cü il tarixdə qeyd olunan qətnamədən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya şikayəti vermişdir. Beləcə, Cavabdeh 25 yanvar 2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinet açdığından Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 697/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən məlumatlı olmuşdur. Eyni zamanda, cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsində xəstəliyi ilə bağlı qeyd etdiyi (qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətinin verilməsini mümkünsüz edən) faktları təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq, işə baxılan zaman cavabdeh tərəfindən Səringül Şükürovaya məxsus tibbi sənədlər elektron kabinetə yerləşdirmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-697/2023 saylı 07 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən şikayət verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-697/2023 saylı 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2-2(121)- 697/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılması və həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X1rşı iş” üzrə 1985-ci il 28 may tarixli, “Bellet Fransaya qarşı iş” üzrə 1995-ci il 4 dekabr tarixli və digər qərarları ilə formalaşdırdığı hüquqi mövqeyinə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələblərindən görünür ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin prosessual normanın tələbindən görünür ki, tərəfin məhkəmə qətnaməsini apellyasiya qaydasında mübahisələndirməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qətnamənin ona rəsmi qaydada verildiyi gündən başlanır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh şikayəti təmin olunmamalı, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-697/2023 saylı 07 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə” 23 aprel 2004-cü il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu, məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması və müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla, şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 135, 135, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli 2-2(121)-697/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-121/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-121/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver