Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-122/2025 10.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli e-2-2(121)-1436/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Abbasov) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilərək vergi ödəyiciləri olan "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri - xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs vergi öhdəlikləri tam yerinə yetirilənədək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Maraqlı şəxs apellyasiya şikayəti verərək həmin qətnamənin ləğvini və ərizənin təmin olunmamasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi Vəkil 10 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayətindən imtinanın qəbul olunmasını xahiş etdiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. MPM-in 369.1 və 369.2-ci maddələrinin tələblərinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə tərkibi hazırkı işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, maraqlı şəxsin vəkil olan nümayəndəsi vasitəsilə apellyasiya şikayətindən imtinası həqiqi iradə ifadəsi olmaqla təzyiq altında qəbul edilməmişdir. Apellyasiya şikayətindən imtina qanuna zidd deyil, tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. MPM-in 369.4-cü maddəsinə əsasən belə hallarda məhkəmə şikayətdən imtinanın qəbul edilməsi haqqında qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə tərkibi hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369, 376.2 və 402-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: Apellyasiya şikayətindən imtina qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-122/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-122/2025
10.06.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver