Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-123/2025 29.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi Şirvan şəhəri, 29 may 2025-ci il X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2-2(121)-480/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 10857.85 manat dəyərində borcun və 200.00 manat məbləğində ödənilmiş mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Sabirabad Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 14/22-535 saylı alğı-satqı müqaviləsinə əsasən Sabirabad rayonu, Güdəcühür kəndi ərazisində yerləşən 8.00 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 13027.46. manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında; 361.00 manat məbləğində 1-ci şum, 70.00 manat məbləğində tandem disklimala, 915.45 manat məbləğində malaçəkmə, 289,80 manat məbləğində çiyid səpini, 1040.00 manat məbləğində kultivasiya, 59.50 manat məbləğində gübrəilə kultivasiya, 160.00 manat məbləğində boroza, 273.00 manat məbləğində dərman səpini, 2304.00 manat məbləğində çiyid, 5850.00 manat avans, becərmə, suvarmaya, 1704.71 manat məbləğində vəsait avans olaraq əl yığımına cəmi: 13027.46 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 10117.08 manat məbləğində 12908.32 kq xam-pambıq təhvil vermiş, bununla da 2022- ci il mövsümü üzrə İddiaçıya 2910.38 manat məbləğində borcu qalmışdır. Bundan başqa, cavabdehlə İddiaçı MMC-nin Kürdəmir Filialı arasında bağlanmış xx.xx.2021-ciil tarixli 13 saylı müqaviləyə əsasən Kürdəmir rayonu, Çöhranlı kəndi ərazisində yerləşən 31.5 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 33384.60. manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərinimüqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 14807.5 manat məbləğində aqrotexniki işlər görülmüş, avans olaraq arat, becərməyə 9245.00 verilmiş, 6452.10 manat məbləğində dərman/gübrə verilmiş, 2880.00 manat mədləğində çiyid toxumu, cəmi: 33384.60 manat məbləğində avans verilmiş, işlər görülmüş, xidmət göstərilmişdir. “Cavabdeh”müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 25437.13 manat məbləğində 36336.75 kq xampambıq təhvil vermiş, bununla da bu mövsüm üzrə iddiaçıya 7947.47 manat məbləğində borcu qalmışdır. 2021 və 2022-ciillər üzrə cavabdehin iddiaçıya borcu 10857.85 manat təşkil edir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu tam ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfin imzası ilətəsdiq edilən iş və xidmətlərin yerinə yetirilməsi barədə xx.xx.2022-cü iltarixli aktı (2021-ciil üzrə üzləşmə aktı), xx.xx.2023-cü iltarixli akt (2022-ci il üzrə üzləşmə aktı) qaimə, ödəmə tapşırıqları və digər sənədlərlə təsdiq edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. İddiaçı nümayəndəsi X2 birinci instansiya məhkəməsi iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən onun mövqeyini öyrənmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2-2(121)-480/2025 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh 10857,85 manat məbləğində borc və ödənilmiş 200 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 11057,85 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməsi və iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 122,57 manat məbləğində dövlət rüsumun cavabdehə aid edilməsi və Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(121)-480/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 13 saylı müqaviləyə və xx.xx.2022-ci il tarixli, 14/22-535 saylımüqaviləyə əsasən pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Qeyd etmişdir ki, məhsulu yetişdirmək üçün ona avans verilmişdir. Bu halları danmır. Lakin 2021 və 2022-ci illərdə hava şəraitinin isti və yağışsız keçməsi nəticəsində quraqlıq baş vermişdir. Buna görə də 2021 və 2022-ci illərdə məhsuldarlığın aşağı düşməsi fors-major şəraitin (hava şəraitinin qeyri-adi isti və quraq keçməsi) nəticəsində baş vermişdir. Bu hallar onun iradəsindən asılı olmayaraq yaranmış və öhdəliklərimin tam icrasına mane olmuşdur. Baş vermiş fors-major vəziyyəti müqavilə öhdəliklərinin pozulmasına hüquqi əsas vermiş və məsuliyyətin azaldılmasına səbəb olmuşdur. Xam pambığın alqı-satqı müqaviləsinin 5.3-cü bəndinə əsasən, tərəflər forsmajor şərait aradan qaldırıldıqdan sonra yaranmış faktiki borca görə qarşılıqlı məsuliyyət daşıyırlar. Bu baxımdan, məhsuldarlığın aşağı düşməsi onun iradəsindən asılı olmayan fors-major şərait nəticəsində baş vermiş, bu isə müqavilə öhdəliklərimin icrasına bilavasitə təsir etmişdir. Qeyd edilən müqavilə müddəasına əsasən, yalnız fors-major halı aradan qalxdıqdan sonra yaranmış faktiki borc üzrə qarşılıqlı məsuliyyət mövcuddur. Belə olan halda, fors-major dövründə baş verən məhsul itkisi və məsuliyyət azaldılmalı, müqavilə öhdəliklərinin icrasına hüquqi əsasla düzəliş edilməlidir. Qeyd etmişdir ki, məhsul itkisi ilə bağlı iddiaçıya məlumat verilmişdir, lakin bu hallar nəzərə alınmamış və heç bir araşdırma aparılmamışdır. Halbuki, iddiaçı müvafiq dövlət orqanlarına rəsmi sorğu göndərməklə 2021-2022-ci illərdəki hava şəraiti və suvarma vəziyyəti barədə rəsmi məlumat əldə edə bilərdi. Bundan əlavə, həmin dövrlərdə ölkə üzrə müşahidə olunan quraqlıq nəticəsində Kür çayının su səviyyəsi o qədər aşağı düşmüşdür ki, Xəzər dənizinin duzlu suyu Salyan rayonuna qədər irəliləmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız hesab etmiş, həmin şikayətin yalnız qətnaməni icra etməmək üçün müəyyən vaxt qazanmaq məqsədilə verildiyini qeyd etmiş, bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. İşə tətbiq edilən hüquq: Mülki Məcəlləinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, iş materiallarında olan fiziki şəxs sahibkarlıq subyekti haqqında məlumatdan görünür ki, Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2007-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda Sabirabad rayonu, Axtaçı-Muğan kəndi ünavnında qeydiyyatdadır. İş materiallarında olan İddiaçı MMC-nin Sabirabad Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli,13 nömrəli alqi-satqı müqaviləsinin : 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini “Alıcı” tərəfindən “Satıcı”ya məxsus Kürdəmir rayonu, Çöhranlı kəndində yerləşən 31,5 ha torpaq sahəsində pambığın əkilib becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Satıcı” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “Alıcı”ya təhvil verilməsi və “Alıcı” tərəfindən “Satıcı”nın borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir; 2.2.2-ci bəndinə əsasən, “Satıcı” istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini “Alıcı”ya ödəmək üçün, (hər hektardan -25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq qaydada xx.xx.2022-ci il tarixədək “Alıcı”ya təhvil verir; 2.2.3-cü bəndinə əsasən, “Alıcı” tərəfindən göstərilən servis xidmətlərin, nisyə verilən nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə “Satıcı”ya cərimə ödəyir; 2.2.4-cü bəndinə əsasən, “Alıcı” dan borc kimi aldığı vəsaitdən yalnız bu müqavilədə nəzərdə tutulan pambığın becərilməsi üçün istifadə edir, xərclərin təyinatı barədə mövsüm ərzində mütəmadi olaraq, “Alıcı”ya məlumat verir və aldığı borcun tam şəkildə qaytarılmasını təmin edir; 2.2.5-ci bəndinə əsasən, “Satıcı” pambıq əkilən sahədə pambığın itkilərdən qorunması üçün tədbirlər görür, pambıq sahəsinin suvarılmasını, eləcə də tələb olunan digər aqrotexniki tədbirlərin aparılmasını, mineral gübrə və pestisidlərin vaxtında verilməsini öhdəsinə götürür; 2.2.7-ci bəndinə əsasən, hazırki müqavilənin pozulmasına yönəlmiş hərəkətlərə yol vermir, pambığın becərilməsi, o cümlədən suvarma, kənd təsərrüfatı texnikalarından, mineral gübrədən və toxumdan istifadə zamanı, habelə “Alıcı”dan aldığı borcun qaytarılması ilə bağlı yaranan problemlər barədə dərhal “Alıcı”ya məlumat verir; 3.2-ci bəndinə əsasən, məhsulun olmaması və ya az olması “Satıcı-Fermer”i göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir; 4.1-ci bəndinə əsasən, “Alıcı” nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Fermer”dən (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ -650 AZN/ton, İİ növ – 630 AZN/ton, İİİ növ – 590 AZN/ton, İV növ – 550 AZN/ton; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir. İş materiallarında olan İddiaçı MMC-nin Saatlı Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 14/22-535 nömrəli alqi-satqı müqaviləsinin : 1.1-ci bəndinə əsasən, müqavilənin predmetini “Alıcı” tərəfindən “Satıcı” Cavabdeh məxsus Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən 8 ha torpaq sahəsində pambığın əkilib becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Satıcı” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “Alıcı”ya təhvil verilməsi və “Alıcı” tərəfindən “Satıcı”nın borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir; 2.2.2-ci bəndinə əsasən, “Satıcı” istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini “Alıcı”ya ödəmək üçün, (hər hektardan -25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xam-pambığı son məhsuladək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq qaydada xx.xx.2022-ci il tarixədək “Alıcı”ya təhvil verir; 2.2.3-cü bəndinə əsasən, “Alıcı” tərəfindən göstərilən servis xidmətlərin, nisyə verilən nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə “Satıcı”ya cərimə ödəyir; 2.2.4-cü bəndinə əsasən, “Alıcı” dan borc kimi aldığı vəsaitdən yalnız bu müqavilədə nəzərdə tutulan pambığın becərilməsi üçün istifadə edir, xərclərin təyinatı barədə mövsüm ərzində mütəmadi olaraq, “Alıcı”ya məlumat verir və aldığı borcun tam şəkildə qaytarılmasını təmin edir; 2.2.5-ci bəndinə əsasən, “Satıcı” pambıq əkilən sahədə pambığın itkilərdən qorunması üçün tədbirlər görür, pambıq sahəsinin suvarılmasını, eləcə də tələb olunan digər aqrotexniki tədbirlərin aparılmasını, mineral gübrə və pestisidlərin vaxtında verilməsini öhdəsinə götürür; 2.2.7-ci bəndinə əsasən, hazırki müqavilənin pozulmasına yönəlmiş hərəkətlərə yol vermir, pambığın becərilməsi, o cümlədən suvarma, kənd təsərrüfatı texnikalarından, mineral gübrədən və toxumdan istifadə zamanı, habelə “Alıcı”dan aldığı borcun qaytarılması ilə bağlı yaranan problemlər barədə dərhal “Alıcı”ya məlumat verir; 3.2-ci bəndinə əsasən, məhsulun olmaması və ya az olması “Satıcı-Fermer”i göstərilmiş xidmətlərin, alınmış vəsaitin, nisyə alınmış toxum, mineral gübrə və pestisidlərin dəyərinin ödənilməsi öhdəliyindən azad etmir; 4.1-ci bəndinə əsasən, “Alıcı” nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Fermer”dən (istehsalçıdan) aşağıdakı qiymətə qəbul edir: İ növ -700 AZN/ton, İİ növ – 690 AZN/ton, İİİ növ – 640 AZN/ton, İV növ – 600 AZN/ton; 7.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir. İş materiallarında olan iş aktlarının, təhvil-qəbul qəbzlərinin surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh sahəsində müvafiq aqrotexniki işlər görülmüş və mallar təhvil verilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarının surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına ümumilkdə cəmi 7288,85 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan iddiaçının nümayəndələri və Cavabdeh tərəfindən imzalannmış xx.xx.2022-ci il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi aktı”ndan görünür ki, xx.xx.2021-ci il tarixli,13 nömrəli müqavilə üzrə Cavabdeh İddiaçı MMC-nə olan yekun borcunun məbləği 7947,47 manat təşkil etmişdir. İş materiallarında olan iddiaçının nümayəndələri və Cavabdeh tərəfindən imzalannmış xx.xx.2023-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi aktı”ndan görünür ki, xx.xx.2022-ci il tarixli 14/22-535 nömrəli müqavilə üzrə Cavabdeh İddiaçı MMC-nə olan yekun borcunun məbləği 2910,38 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin Kürdəmir Filialı ilə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli,13 nömrəli alqı-satqı müqaviləsinə əlavə olaraq, tərəflər arasında qiymətlərin razılaşdırma protokolu imzalanmışdır. İş materiallarında olan iddiaçının Cavabdeh ünvanladığı xx.xx.2022- ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İddiaçı MMC tərəfindən pambığın becərilməsi ilə bağlı Cavabdeh ödənilmiş avansdan 7947,50 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun "xxxx" MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddiaçının Cavabdeh ünvanladığı xx.xx.2024- ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İddiaçı MMC tərəfindən pambığın becərilməsi ilə bağlı Cavabdeh ödənilmiş avansdan 2910,38 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun "xxxx" MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”ın surətindən görünür ki, İddiaçı MMC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan “arayış”ın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Sabirabad 1 saylı Mediasiya Təşkilatının hesabına 200 manat vəsait ödəmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş üzrə tərəflər öz aralarında müqavilə bağlayaraq razılığa gəlmişlər ki, iddiaçı cavabdehə məxsus olan sahədə xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması müqabilində cavabdehə müxtəlif aqrotexniki xidmətlərin göstərilməsini, həmçinin cavabdehə avans olaraq nağd pul vəsaitinin verilməsini, cavabdeh isə tədarük etdiyi xampambığın ilk olaraq iddiaçı tərəfindən göstərilmiş xidmətlərin, verilmiş malların və nağd pul vəsaitinin qaytarılması məqsədi ilə iddiaçıya verilməsini, bundan sonra tədarük ediləcək xam pambığın razılaşdırılmış qiymətə iddiaçıya satılmasını öhdələrinə götürürlər. Həmin razılığa əsasən iddiaçı cavabdehə ümumilkdə 46412,06 manat avans verməsinə baxmayaraq, bunun müqabilində cavabdehin 35554,21 manat məbləğində xam pambıq təhvil verdiyini, 10857,85 manat borc məbləğini qaytarmadığını iddia edir. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı xam pambığın alğısatqısına dair razılığa gəldiklərini nəzərə alaraq pambığın əkilməsi üçün cavabdehə avans olaraq müvafiq xidmətlər göstərmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından, eləcə də işin mübahisə olunmayan faktiki hallarına əsasən gəlinən qənaətdən belə nəticə çıxarmaq olur ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə göstərilmiş xidmətlərin təyinatı alınan əşyanın qabaqcadan qismən ödənilməsindən ibarət olmuşdur. İşin müəyyən edilmiş faktiki hallarını nəzərə alan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ tərəflər arasında bağlanılmış xam pambığın alğı-satqısına dair müqavilədən irəli gəlir. Həmin razılaşmanın şərtlərinə görə iddiaçı xam pambıq əkilməsi və tədarük mövsümündə yığılmış xam pambığın iddiaçıya satılması məqsədi ilə cavabdehə xidmətlər göstərilməsi şəklində avans verilməsini öhdəsinə götürmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən avans olaraq cavabdehə 46412,06 manat dəyərində işlər görülmüş, xidmətlər göstərilmişdir. Cavabdeh isə razılaşma üzrə öz üzərinə düşən öhdəliyi tam yerinə yetriməmiş, 35554,21 manat məbləğində xam pambıq təhvil vermiş və nəticədə onun iddiaçıya 10857,85 manat məbləğində borcu yaranmışdır. Cavabdehin ödənilməmiş avans borcunun qalması işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə qeyd etmişdir ki, tələb olunan borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddia ərizəsinə etiraz verməmiş, iddianın tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Lakin, iş materiallarında olan “İş və xidmətlərin yerinə yetirilməsi aktı”ndan görünür ki, həmin aktı imzalmaqla İddiaçı MMCnə 10857,85 manat məbləğində borcun olduğu etiraf edilmişdir. Belə olan halda məhkəmə, tələb olunan borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı təmin etmiş qətnamədən cavabdeh narazı qalmış və onu mübahisələndirmişdir. Şikayətin əsas dəlili 2021 və 2022-ci illərdə məhsuldarlığın aşağı düşməsi forsmajor şəraitin (hava şəraitinin qeyri-adi isti və quraq keçməsi) nəticəsində baş vermişdir. Bildirmişdir ki, bu hallar onun iradəsindən asılı olmayaraq yaranmış və öhdəliklərinin tam icrasına mane olmuşdur. Cavabdeh müqavilə öhdəliyinin tam icrasının yerinə yetirə bilməməsini fors-major şəraitin (hava şəraitinin qeyri-adi isti və quraq keçməsi) baş verməsi ilə əlaqələndirsə də o bununla bağlı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində iddiaçının pambığın yetişdirilməsi ona avans verməsini bildirmiş və həmin halı danmadığını göstərmişdir. Bununla da cavabdeh dolayısı ilə iddianı etiraf etmişdir. Buna görə də Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Yuxarıda şərh olunanlara əsasən Cavabdeh apellyasiya şikayəti təmin edilməməməli, Şirvan Kommersiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2-2(121)- 480/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli, e-2-2(121)-480/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-123/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-123/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver