Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-128/2024 27.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əmlakların və ya dəyərinin geri qaytarılması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2- 2(121)-38/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı cavabdehə müvəqqəti istifadə üçün verilmiş hər birinin dəyəri 11000 manat olan “İveco FİAT S-59” markalı ** AD *** dövlət qeydiyyat nişanlı və ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobilləri, bir ədədinin dəyəri 350 manat olan 300L - 40 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314L - 5 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L - 33 ədəd, bir ədədinin dəyəri 500 manat olan 500L - 5 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600L - 2 ədəd soyuducu, ümumi dəyəri 14000 manat olan 10 HP motor qrupu DWM (kopeland komplekti), dəyəri 2000 manat olan siyirtmə qapı və bir qutusunun dəyəri 50 manat olan 10 qutu izolyasiyanın ondan alınaraq geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 72800 manatın, 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının istehsal etdiyi dondurma məhsullarının satışı ilə məşğul olmuş, bununla əlaqədar müəssisə tərəfindən cavabdehə zəruri şərait yaradılmışdır. Belə ki, Bakıdan kənar rayonlarda satışın həyata keçirilməsi məqsədilə müəssisə tərəfindən cavabdehə hər birinin dəyəri 11000 manat olan “İveco FİAT S-59” markalı ** AD *** və ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobilləri, bir ədədinin dəyəri 350 manat olan 300 L - 40 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314 L- 5 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400 L - 33 ədəd, bir ədədinin dəyəri 500 manat olan 500 L - 5 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600 L - 2 ədəd soyuducu, ümumi dəyəri 14000 manat olan 10 HP motor qrupu DWM (kopeland komplekti), dəyəri 2000 manat olan siyirtmə qapı və bir qutusunun dəyəri 50 manat olan 10 qutu izolyasiya müvəqqəti istifadə üçün verilmişdir. Tərəflər arasında olan alqı-satqı əməliyyatları artıq 3 ildir ki, dayandırılmışdır. Göstərilən müddətdə cavabdehlə üzləşmə aparılmış və sonuncunun müəssisəyə alqı-satqı əməliyyatlarından 27000,17 manat borcunun olduğu, eləcə də yuxarıda adı çəkilən əmlakların cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir. Cavabdeh dəfələrlə şifahi və yazılı qaydada borcun ödənilməsi və yuxarıda adı çəkilən əmlakların geri qaytarılması tələb olunsa da, cavabdeh borcu ödəməmiş və əmlakları geri qaytarmamışdır. Odur ki, müəssisə tərəfindən sözügedən borc məbləğinin ödənilməsi ilə bağlı sonuncuya qarşı məhkəmədə iddia qaldırılmış və Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(072)-129/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-168/2023 nömrəli qətnaməsinə əsasən Cəbrayıl Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı sonradan iddiasını dəyişdirərək, cavabdehə müvəqqəti istifadə üçün verilmiş hər birinin dəyəri 11000 manat olan İveco FİAT S-59” markalı ** AD *** və ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobilləri, bir ədədinin dəyəri 350 manat olan 300L - 40 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314L - 5 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L - 33 ədəd, bir ədədinin dəyəri 500 manat olan 500L - 5 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600L - 2 ədəd soyuducu, ümumi dəyəri 14000 manat olan 10 HP motor qrupu DWM (kopeland komplekti), dəyəri 2000 manat olan siyirtmə qapı və bir qutusunun dəyəri 50 manat olan 10 qutu izolyasiyanın ondan alınaraq geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 72800 manatın, 400 manat mediasiya xərcinin, həmçinin bir ədədinin dəyəri 350 manat olan 300L - 37 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314L - 1 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L - 94 ədəd, bir ədədinin dəyəri 500 manat olan 500L - 2 ədəd, ümumi 134 ədəd soyuducunun ondan alınaraq geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 56600 manatın və 260 manat dövlət rüsumunun, ümumilikdə isə 130.060 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-38/2024 saylı qətnaməsi ilə (hakim Namidar Misirzadə) iddia qismən təmin edilərək, “İveco FBAT S59 yük” markalı ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılması, bu mümkün olmadıqda isə dəyərini təşkil edən 8800 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi, “FİAT İveco yük” markalı ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılması, bu mümkün olmadıqda isə dəyərini təşkil edən 8000 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi, bir ədədinin dəyəri 350 manat olan 300L (“Uğur” markalı) tutumlu - 4 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L tutumlu - 3 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600L tutumlu - 2 ədəd soyuducuların Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 3950 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi, bir ədədinin dəyəri 350 manat olan 300L (“Uğur” markalı) tutumlu - 37 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314L (“Şen Ocak” markalı) tutumlu - 1 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L tutumlu - 94 ədəd və bir ədədinin dəyəri 500 manat olan 500L tutumlu - 2 ədəd soyuducuların Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 56600 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi, 350 manat məbləğində mediasiya xərcinin və 19 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 350 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 326 manat məbləğində pul vəsaitinin 126 manat hissəsinin İddiaçı MMC-dən, 200 manatının isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin təmin olunmayan hissədə ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il akt əsasında Bakı şəhərində 134 ədəd, eyni zamanda xx.xx.2016-cı il tarixli üzləşmə aktı əsasında Qəsəbədə 74 ədəd soyuducu Cavabdeh təhvil verilmişdir. Məhkəmə iclasında cavabdeh özü və nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi şəxsin mövqeyinə əsasən 2014-cü və 2016-cı illərdə tərtib olunan sənədlərdə olan imzalar ona məxsusdur, ekspertiza keçirilməsinə ehtiyac yoxdur. Eyni zamanda cavabdeh tərəfindən şahid qismində dəvət olunmuş X11 da öz ifadəsində təsdiq etdi ki, həmin aktlar onun tərəfindən tərtib olunub, həmin soyuducular onun tərəfindən Cavabdeh təhvil verilib və aktlardakı imza Cavabdeh məxsusdur. Əlavə olaraq, cavabdeh bildirmişdir ki, sözügedən soyuducuları geri qaytarıb. Onda yalnız xx.xx.2023-cü il tarixli aktda qeyd olunan 9 ədəd soyuducu qalmışdır. Məhkəmə özü də xx.xx.2024-cü il tarixli 2- 2(121)-38/2024 nömrəli qətnaməsinin 10-cu səhifəsinin 9 və 10-cu abzaslarında qeyd edir ki, “iddia tələbi qalan hissədə qəbul edilməsə də, xx.xx.2014-cü il tarixli və xx.xx.2016-cı il tarixli “üzləşmə akt”larında olan imzaların cavabdehin özü tərəfindən imzalanması məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən inkar edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsi iddia tələbinin qalan hissəsi olan xx.xx.2014-cü il tarixli “üzləşmə aktı”nda göstərilən əmlakların (soyuducuların) iddiaçıya geri qaytarılmasını bildirirsə, həmin əmlakların iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi cavabdehə keçmişdir.” Göründüyü kimi, Qəsəbədə 74 ədəd və Bakıda 134 ədəd soyuducunun onun istifadəsinə verilməsini cavabdeh özü etiraf edir və bu iş materiallarındakı xüsusatlarla təsdiq olunur. Eləcə də, cavabdeh həmin soyuducuları geri qaytardığını bildirsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə iş materiallarında olan sübutları, cavabdehin və şahidlərin ifadələrini araşdıraraq belə qənaətə gəlir ki, əmlakların iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi cavabdehə keçmişdir. Bu xüsusatda məhkəmə Bakı şəhərində olan xx.xx.2014-cü il tarixli akta münasibətdə cavabdehin soyuducuları geri qaytarma vəzifəsini onun üzərinə qoyur, ancaq xx.xx.2016-cı il tarixli üzləşmə aktına münasibətdə isə onu qismən, yəni etiraf olunan hissədə təmin edərək yanlışlığa yol verir. Məhkəmə iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/1974-5/1679 saylı rəyinə əsaslanaraq qeyd edir ki, xx.xx.2015-ci il tarixli 01095 saylı qaimə-fakturanın kserosurətində “Təhvil aldım” qrafasında əks olunan imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadığından həmin hissədə iddianı qismən təmin edir. Məhkəmənin qismən təmin elədiyi hissə bundan ibarətdir ki, ** AD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə münasibətdə cavabdeh özü həmin avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğunu təsdiq etmişdir. Qalan hissədə, yəni dəyəri 2000 manat olan 1 ədəd siyirtmə qapı, dəyəri 14 min manat olan 10 HP motor qrupu və dəyəri 500 manat olan 10 qutu izolyasiyanın və ya bu mümkün olmadıqda dəyərinin ödənilməsi hissəsində iddianı rədd etmişdir. Qeyd olunan ekspertiza rəyinin əsassız olması ilə bağlı təkrar ekspertiza üçün vəsatətlə məhkəməyə müraciət olunaraq təkrarən xətşünaslıq ekspertizasının keçirilməsi xahiş edilmişdir. Məhkəmə qeyd olunan vəsatəti rədd etmişdir. Təkrar xətşünaslıq ekspertizası keçirilməklə məhkəmə həqiqətə nail ola və mübahisə predmeti olan qaimədəki imzanın Cavabdeh məxsusluğunu müəyyən edə bilərdi. Lakin vəsatəti təmin etməyərək bundan imtina etmişdir. Sözügedən qaimə Cavabdeh əlavə X2 və X5 tərəfindən də imzalanmışdır. Bakı şəhər Xətai rayon prokurorunun köməkçisi tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/1455 saylı xx.xx.2023-cü il tarixli rəyində qeyd olunur ki, xx.xx.2015-ci il tarixli 01095 nömrəli qaimə-fakturanın kserosurətində əks olunmuş yazılar (aşağı hissədəki “Anbarı təhvil verdim Şahmuradov” yazılarından başqa) və “Təhvil verdi” qrafasında əks olunmuş imza - X2 tərəfindən, “Anbarı təhvil verdim Şahmuradov” yazıları və “Şahmuradov” soyadının qarşısında əks olunmuş imza - X5 tərəfindən icra olunmuş və “Təhvil aldı” qrafasında əks olunmuş imzanın isə Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertiza rəyi ilə bağlı ziddiyyətli məqam bundan ibarətdir ki, eyni sənəd üzrə 3 imzadan 2-nin kim tərəfindən icra olunduğu müəyyən olunsa da, 1-i müəyyən oluna bilməmişdir. Eləcə də, qeyd olunmalıdır ki, məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməxətşünaslıq və sənədlərin texniki ekspertizalarının xx.xx.2024-cü il tarixli 4/1974-5/1679 saylı rəyində də qaimədəki “təhvil aldı” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra edilib-edilmədiyinə dair ekspertizanın əvvəlki rəyindəki mövqe təkrarlanmışdır. Təsadüfi deyildir ki, iş üzrə şahid qismində dindirilmiş X2 qaimədə göstərilən malların Cavabdeh təhvil verildiyini təsdiq etmiş, X5 isə qaimədə adı qeyd olunmuş 10 HP motor qrupunun onun tərəfindən quraşdırıldığını təsdiq etsə də, həmin motor qrupunun kimə məxsus olduğunu bilmədiyini, lakin "xxxx" MMC-yə məxsus qaiməyə hansı səbəbdən imza atdığını əsaslandıra bilməmişdir. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehə dondurma satışını həyata keçirmək üçün müvafiq avadanlıqlar verilmişdir. Həmin avadanlıqlar əvvəlcə satış işini Qəsəbədə həyata keçirmək üçün verilmiş, sonra isə Bakı şəhərində də həyata keçirmək üçün eyniylə yeni avadanlıqlar verilmişdir. xx.xx.2020-ci il tarixli üzləşmə aktında 85 ədəd soyuducudan söhbət gedir. Həmin soyuducular qəsəbədə olan soyuducuları ehtiva edir. Onlar ilkin vaxtlarda cavabdehdən yalnız qəsəbədəki soyuducuları tələb etsələr də, sonradan hər iki (Bakı və qəsəbə) üzləşmə aktını da məhkəməyə təqdim edərək hər iki ərazidə olan soyuducuları tələb etmişlər. Bakı şəhərində 134 soyuducu, qəsəbədə 74 soyuducunun olması üzləşmə aktında öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi Bakıdakı soyuduculara aid hissədə iddialarını təmin etsə də, qəsəbədə olan soyuducuların yalnız 11 ədədi hissəsində təmin etdi. Belə ki, Cəbrayıl Rayon Məhkəməsinin müvafiq qərarının icra edilməsi ilə əlaqədar icra məmuru akt tərtib edərkən qəsəbədə yalnız 11 ədəd soyuducunun mövcudluğunu aşkar etmişdir. Onlar həmin soyuducuların təmin edilməyən hissəsinin təmin edilməsini xahiş edirlər. xx.xx.2015-ci il tarixli qaimədə və xx.xx.2020-ci il tarixli üzləşmə aktındakı imzaların cavabdehə məxsus olmaması birinci instansiya tərəfindən müəyyən edilmiş, lakin imzaların cavabdehə məxsus olmasını təsdiq edən yeni ekspertiza rəyi var. Cavabdeh şirkətdə 2013-cü ilədək anbardar vəzifəsində işləmişdir. Onunla əmək müqaviləsinə xitam veriləndən sonra da biznes fəaliyyətləri davam etmişdir. Belə ki, cavabdehin şirkət rəhbərliyi ilə qohumluq əlaqələri mövcud olduğundan, bundan sonra da kommersiya əlaqələri mövcud olmuş və ona müxtəlif soyuducular verilmişdir. Bununla bağlı cavabdehlə yazılı müqavilə imzalanmamışdır. Cavabdeh soyuducuları başqa şəxslərə satmışdır. Bundan sonra rəhbərlik ilə münasibətləri korlanmışdır. 2 aktda imzaların ona məxsus olmasını cavabdeh özü birinci instansiya məhkəməsi zamanı təsdiq etmişdir. Lakin cavabdeh həmin avadanlıqları onlara qaytardığını bildirir. Bu dəfə isə sübutetmə yükü cavabdehin üzərinə düşür. Yəni cavabdeh həmin əşyaları onlara qaytardığını özü sübut etməlidir. Hazırkı cavabdeh bir neçə şəxslə birlikdə onlara qarşı işdən çıxdıqları günədək ödənilməli olan ödənişlərin alınması barədə iddia qaldırmışdır. Həmin iş üzrə cavabdeh etiraf edir ki, 2013-cü ildən sonra şirkətlə əmək fəaliyyəti mövcud olmamışdır. Cavabdehin əmək kitabı özünə qaytarılıb və hazırda şirkətdə deyildir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2015-ci il tarixli qaimədə və xx.xx.2020-ci il tarixli üzləşmə aktındakı imzalar ona məxsus deyil və həmin sənədlər saxtalaşdırılmış şəkildə tərtib edilmişdir. 2020-ci ildə olan aktla bağlı polisin müvafiq qərarı var, hansı ki məhkəməyə onu təqdim etmişdir. Bildirilir ki, şirkətlə 2014-cü ildə müqavilə bağlamışdır, lakin firmanın 2016-cı ildə olan möhürü sənədin üstünə vurulmuşdur. Bu da aşkar şəkildə sənədlərin saxtalaşdırılmasını göstərən ünsürlərdən biridir. Avtomobillərlə bağlı aktlar saxtalaşdırılmışdır. “İveco FİAT S-59” markalı ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobili ona idarə edilmək üçün verilib. Bu gün də avtomobil ondadır. Dəfələrlə şirkətə gəlib avtomobili götürmələrini bildirsə də, gəlib götürən yoxdur. “İveco FİAT S-59” markalı ** AD *** qeydiyyat nişanlı avtomobil isə yanmışdır. Soyuducular ikinci əl soyuducular olub və onun 2006-2011-ci illərdə istifadəsinə verilmişdir. Yəni soyuducular 2013-cü ildən əvvəl ona verilmişdir. Şirkətlə əmək müqaviləsi imzalamışdır. İşdən çıxan zaman əmək müqaviləsini onlardan tələb etsə də, həmin kitabçanı ona verməmişlər. Hazırda VÖEN-i var. Şirkətdə sonuncu dəfə 2011-ci ildən təxminən 2013-14cü illərədək ekspeditor işləmişdir. Soyuducuları şirkətə qaytarmışdır. Hazırda qəsəbədə 11 soyuducu qalıb. xx.xx.2014-cü il tarixli və xx.xx.2016-cı il tarixli aktdakı imzalar ona məxsusdur. Əlavə olaraq bildirir ki, onda olan soyuducuları təhvil vermişdir və bunu şahid kimi təsdiq edə biləcək şəxs Asif Cabbarovdur. O, soyuducuları gedib gətirməsi ilə bağlı ona maşın verilməsi barədə dəfələrlə şirkətə müraciət etmiş, lakin şirkət buna əhəmiyyət verməmişdir. Halbuki, həmin soyuducular hal-hazırda onda yox, mağazalardadır. Soyuducularla bağlı heç bir problem yoxdur və istənilən vaxt onları olduqları mağazalardan götürmək olar. 10-HP motor qrupu DWM (kopeland komplekti) ilə bağlı qeyd edir ki, həmin mallar onda deyil, eləcə də həmin əmlak heç iddiaçının əmlakı deyil. xx.xx.2023-cü il tarixli aktda olan imza ona məxsus deyildir. xx.xx.2014-cü il tarixli və xx.xx.2016-cı il tarixli aktlardakı imzalar ona məxsusdur. xx.xx.2020-ci il tarixli üzləşmə aktında olan imzalar ona məxsus deyil. Onun xəbəri olmadan saxta sənəd tərtib etmişlər və əsassız olaraq onda olmayan malları tələb edirlər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-38/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İş materiallarında olan İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2015-ci il tarixli qaimə-fakturanın surətindən görünür ki, Cavabdeh dəyəri 2000 manat olan siyirtmə qapı, dəyəri 14000 manat olan 10 HP motor qrupu DWM (kopeland komplekti), dəyəri 11000 manat olan ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil və bir qutusunun dəyir 50 manat olan 10 qutu izolyasiya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Bakı şəhərində tərtib edilmiş “üzləşmə aktı”ndan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 6.269,88 manat manat borcu var və İddiaçı MMC-yə məxsus 37 ədəd 300 litrlik, 1 ədəd 314 litrlik, 94 ədəd 400 litrlik, 2 ədəd 500 litrlik soyuducu Cavabdeh öhdəliyindədir. İşdə olan xx.xx.2016-cı il tarixli Qəsəbədə tərtib edilmiş “üzləşmə aktı”ndan görünür ki, İddiaçı MMC-yə məxsus 33 ədəd 300 litrlik, 5 ədəd 314 litrlik, 27 ədəd 400 litrlik, 7 ədəd 500 litrlik, 2 ədəd 600 litrlik soyuducu Cavabdeh öhdəliyindədir. İşdən görünür ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli “qarşılıqlı üzləşmə” aktı tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “üzləşmə aktı”ndan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 27.000,17 manat borcu var və İddiaçı MMC-yə məxsus “İveco Fiat S-59” markalı ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobili, 40 ədəd 300 litrlik, 5 ədəd 314 litrlik, 33 ədəd 400 litrlik, 5 ədəd 500 litrlik, 2 ədəd 600 litrlik soyuducu Cavabdeh öhdəliyindədir. İşdə olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(072)-005/2022 saylı icra sənədinin icrası zamanı “İveco Fiat S-59” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil, 2 ədəd 600L markalı soyuducu, 3 ədəd 400L markalı soyuducu və 4 ədəd 300L markalı soyuducu Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(121)-32/2023 saylı icra vərəqəsinin icrası ilə əlaqədar olaraq, dəyəri 14000 manat olan 10HP motor qrupu DWM (kopeland komplekti) və dəyəri 2000 manat olan siyirtmə qapının üzərinə həbs qoyulmuş və saxlanc üçün Cavabdeh təhvil verilmişdir. Həmçinin Cavabdeh bildirmişdir ki, “Fiat İveco yük” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili 2014-cü ildə yanmışdır və bu barədə rayon prokurorluğunda müvafiq araşdırma aparılmışdır. İcra sənədində göstərilən 10 qutu izolyasiyanın olmadığı qeyd edilmişdir. İşə əlavə olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, DİN Baş X16 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən “İVECO FBAT S59 YÜK” markalı ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2002-ci il tarixdən AER firmasının adında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, DİN Baş X16 İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən “FİAT İVECO YÜK” markalı ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2008-ci il tarixdən AER firmasının adında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl rayon polis şöbəsinin Şirvan Kommersiya Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cəbrayıl rayon sakini hazırda Qaradağ rayonu Müşfiqabad qəsəbəsi qaçqınlar və məcburi köçkünlər üçün salınmış şəhərcik bina 12 mənzil 46-da yaşayan X7 xx.xx.2014-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək “Fiat İveko” markalı ** AD *** dövlət nömrə nişanlı avtomobilinin yandırılması barədə məlumat vermişdir. Faktla bağlı xx.xx.2014-cü il tarixdə Cəbrayıl RPŞ-nin istintaq qurupu tərəfindən CM-in 186.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, xx.xx.2014-cü il tarixdə CPM-in 39.1.5-ci maddəsinə əsasən cinayət işi xitam olunmuş və cinayət işi DİN-in Baş İstintaq və Təhqiqat idarəsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023- cü il tarixli, 2(106)- 168/2023 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(072)-129/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(072)-129/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 27000 manat məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 171 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi tərəfindən təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının 4/1455 saylı xx.xx.2023-cü il tarixli rəyinin surətindən görünür ki, ekspertizaya təqdim olunmuş, xx.xx.2015-ci il tarixli 01095 nömrəli qaimə-fakturanın kserosurətində əks olunmuş yazılar (aşağı hissədəki “Anbarı təhvil verdim Şahmuradov” yazılarından başqa) və “Təhvil verdi” qrafasında əks olunmuş imza - X2 tərəfindən, “Anbarı təhvil verdim Şahmuradov” yazıları və “Şahmuradov” soyadının qarşısında əks olunmuş imza - X5 tərəfindən icra olunmuş və “Təhvil aldı” qrafasında əks olunmuş imzanın Cavabdeh tərəfindən, X9, X5, X2 və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisinin xx.xx.2023-cü il tarixli qərarına əsasən X6 əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərara görə Cavabdeh izahatında göstərilmişdir ki, ünvan 3 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də 2005-ci ildən 2013-cü ilədək müxtəlif vəzifələrdə işləmiş və 2013-cü ildə əmək fəaliyyətinə xitam verilmişdir. 2013-cü ildə əmək fəaliyyətinə xitam verilərkən "xxxx" MMCdə ekspeditor vəzifəsində işləmişdir. Əmək fəaliyyətinə xitam verilərkən "xxxx" MMC ilə onun arasında qarşılıqlı təhvil-təslim həyata keçirilməmişdir. Əmək fəaliyyətinə 2013-cü ildə xitam verilməsinə baxmayaraq, "xxxx" MMC-nin direktoru Adil Şərifov, MMC-nin mexaniki Əfqan Şahmuradov və MMC-nin laborantı Gültəkin Əliyeva MMC-yə məxsus qiyməti 2000 manat olan 01 ədəd siyirtmə qapı, qiyməti 14000 manat olan 01 ədəd 10 HP motor qrupu, DWM kopiland. kom, qiyməti 11000 manat olan 01 ədəd ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil və qiyməti 500 manat olan 10 paket izoyasiya materialının - cəmi 27500 manat dəyərində əmlakın anbara təhvil verilməsi barədə onun iştirakı və imzası olmadan xx.xx.2015-ci il tarixli 01095 nömrəli saxta qaimə-faktura tərtib etmişlər. Halbuki, xx.xx.2015ci il tarixli 01095 nömrəli qaimə-fakturada qeyd olunmuş “Fiat İveco” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixdə Biləsuvar rayonu ərazisində yanması faktı üzrə Cəbrayıl rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis mayoru Xəyyam Mirhüseynov tərəfindən Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış və bu barədə "xxxx" MMC-nin direktoru Adil Şərifova xx.xx.2014-cü il tarixli 1125 nömrəli məktub ünvanlanmışdır. xx.xx.2015-ci il tarixli 01095 nömrəli qaimə-fakturanın saxta icra olunması barədə 2023-cü ilin iyul ayının sonlarında Əfqan Şahmuradov tərəfindən ona məlumat verilmişdir. Həmin qərardan həmçinin görünür ki, X5 izahatında göstərmişdir ki, 2002-ci ildən etibarən hazırda "xxxx" adlandırılan "xxxx" MMCdə mexanik vəzifəsində işləyir. Cavabdeh iş yerindən tanıyır, onunla qohumluğu yoxdur və ədavəti olmamışdır. xx.xx.2015-ci il tarixli 01095 nömrəli qaimə-fakturada “Anbarı təhvil verdim”, “Şahmuradov” sözləri və imza onun tərəfindən icra olunmuşdur. Belə ki, 2023-cü ilin iyun ayında "xxxx" MMC-nin direktoru Adil Şərifov onu öz xidməti iş otağına dəvət edərək ona boş qaimə-faktura təqdim edib imzalamasını tələb etmişdir. Səbəbini soruşduqda Adil Şərifov ondan Cavabdeh üçün Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsində soyuducu quraşdırıb-quraşdırmadığını soruşmuşdur. Cavabında 2008 və 2011-ci ildə Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsində Cavabdeh üçün onun öz şəxsi vəsaiti hesabına soyuducu quraşdırdığını bildirmişdir. Adil Şərifov həmin qaimə-fakturanın məhz bununla əlaqədar olduğunu izah etdikdən sonra o, həmin boş qaimə-fakturanı imzalamışdır. Sonradan Cavabdeh ona xx.xx.2015-ci il tarixli 01095 nömrəli həmin qaimə-fakturanm saxta olduğunu bildirdikdə Adil Şərifovla görüşərək sonuncudan ona saxta sənədə imza etdirməsinin səbəbini soruşmuş və bu səbəbdən onunla mübahisə etmişdir. Həmin qaiməfakturanı Adil Şərifovun onu aldatması nəticəsində imzalamışdır. Adil Şərifov savadsız olmasından istifadə edərək həmin qaimə-fakturanı ona imzalatmışdır. Qeyd edilən qərardan aşkar olur ki, X2 araşdırma zamanı izahatında göstərmişdir ki, 1999-cu ildən "xxxx" MMCdə növbə rəisi kimi işə başlamışdır. Sonradan müxtəlif vəzifələrdə işləmiş və "xxxx" MMC-yə keçdikdən sonra hazıradək həmin MMC-də anbardar vəzifəsində işləyir. Cavabdeh tanıyır, onunla qohumluğu yoxdur, ədavəti olmamışdır. xx.xx.2015-ci il tarixli 01095 nömrəli qaiməfakturada “Anbarı təhvil verdim”, “Şahmuradov” və imzanın icrasından başqa yazı nümunələri və “Təhvil verdim” sözü qarşısında imza onun tərəfindən icra olunmuşdur. Qaimə-fakturada “Təhvil aldım” sözü qarşısındakı imza onun tərəfindən icra olunmamışdır. Həmin qaimə-faktura onun tərəfindən 2023-cü ilin iyun ayında tərtib edilmişdir. Bununla əlaqədar sonradan Adil Şərifovla danışaraq onun təkidi ilə tərtib edib imzaladığı həmin qaimə-fakturanın saxta olduğunu bildirib səbəbini soruşduqda Adil Şərifov narahat olmamasını söyləmişdir. Göstərilən qərardan eyni zamanda görünür ki, X9 araşdırma zamanı izahatında göstərmişdir ki, "xxxx" MMC-nin təsisçisidir. Sonuncu vəzifəsi "xxxx" MMC-nin direktoru müavini olmuşdur. 2020-ci ildə səhhəti ilə əlaqədar işdən çıxmış və sonradan "xxxx" MMC-ni təsis etmişdir. Cavabdeh 2005-ci ildən "xxxx" MMC-də çalışmışdır. Cavabdeh əvvəllər istehsalat sahəsində çalışsa da, sonradan ekspeditor, daha sonralar isə vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə malların satışı ilə məşğul olmuşdur. Həmin dövrdə o, "xxxx" MMC-də direktor müavini vəzifəsində çalışmış, əsas işi texniki avadanlıqların, ehtiyat hissələrinin, xam mal, material ehtiyatlarının xaricdən alınıb gətirilməsi, eləcə də regionlarda anbarların qurulması və satışın aparılması üçün digər işlərə rəhbərlik etməkdən ibarət olmuşdur. xx.xx.2015-ci il tarixli 01095 nömrəli qaiməfaktura 2015-ci ilin mart ayında yazılmışdır. xx.xx.2015-ci il tarixli 01095 nömrəli qaiməfaktura "xxxx" MMC-yə məxsus olmaqla MMC-də anbardar vəzifəsində işləyən X2 tərəfindən yazılmışdır. Qaimə-fakturada X2, X5 və Cavabdeh imzaları vardır. 2015-ci ildə sənədlər yandırılaraq ləğv edildiyi üçün xx.xx.2015-ci il tarixli 01095 nömrəli qaiməfakturanın yalnız surəti qalmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(011)-5/2024 nömrəli qərarına əsasən Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi Etibar Əliyevin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, 430 C-23 saylı material əlavə araşdırma aparılması üçün Bakı şəhəri Xətai Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, icarəyə götürülmüş “Fiat İveco” markalı yük avtomobilin yandırılaraq Cavabdeh 1634 manat maddi ziyan vurulması faktına görə xx.xx.2014-cü ildə Cəbrayıl rayon polis şöbəsinin İstintaq qrupunda Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış, istintaq zamanı Cavabdeh zərərçəkmiş şəxs qismində tanınaraq ifadəsi alınmış, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs Ərkinaz Quliyeva öldüyündən 10 oktyabr 2014-cü ildə Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən cinayət işinin icraatının xitam edilməsi haqqında qərar qəbul edilmiş və həmin məktubla cinayət işinin xitam edilməsi haqqında qərarın surəti ona göndərilmişdir. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6921 saylı rəyindən görünür ki, ekspertiza baxışına təqdim edilmiş 1992-ci il istehsalı “İveco Fiat S59” markalı ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobilin hazırkı təyinatı üzrə yararsız vəziyyətdə orta bazar qiyməti təxminən 4500 manat, təxminən 20 faiz çıxılma tətbiq edilməklə likvid dəyəri 3600 manat müəyyən edilir. Hal-hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olan soyuducuların hazırkı (korroziyaya uğramış, ehtiyyat hissələri sıradan çıxmış, bəzi detalları üzərlərində yoxdur və sair) vəziyyətdə orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 3130 manat, təxminən 20% çıxılma tətbiq edilməklə likvid dəyəri 2500 manat müəyyən olunur. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizalarının xx.xx.2024-cü il tarixli 4/1974-5/1679 saylı rəyinə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktının sağ aşağı küncündə “İmza” qrafasında əks olunan imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşin 10-cu vərəqində olan İddiaçı MMC ilə Cavabdeh arasında tərtib edilmiş xx.xx.2015-ci il tarixli 01095 saylı qaimə-fakturanın kserosurətində “Təhvil aldım” qrafasında əks olunan imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Sənədlərin texniki ekspertizası üzrə tədqiqat aparılmamışdır. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş əlavə məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/9375 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən yük avtomobillərinin təyinatı üzrə yararlı vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 21000 (11000 + 10000) manat, təxminən 20 faiz çıxılma tətbiq edilməklə likvid dəyəri 16800 manat müəyyən olunmuşdur. O cümlədən, 1992-ci il istehsalı, “İveco Fiat S59" markalı ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobili 11000 manat; 1989-cu il istehsalı “FİAT İveco yük” markalı ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobili 10000 manat müəyyən olunmuşdur. Ekspertiza təyini haqqında qərardadda göstərilən 5 adda soyuducuların və 1 adda soyutma qrupunun normal vəziyyətdə orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 50.900 manat, təxminən 20 faiz çıxılma tətbiq edilməklə likvid dəyəri 40.720 manat müəyyən olunmuşdur. Qərarda göstərilən digər 2 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, təyinatı və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparılmadı. Qərarda göstərilən digər mallar ekspert baxışına təqdim edilmədiyindən həmin mallar üzrə qiymətləndirmə aparılmadı. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli etirazının, xx.xx.2024-cü il tarixli vəsatətinin məzmunundan görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı qaldırdığı iddianın tam şəkildə rədd edilməsi barədə qərar çıxarılmasını və göstərdiyi faktların araşdırılması üçün xüsusi qərardad qəbul edilərək prokurorluğa göndərilməsini xahiş etmişdir. İşə əlavə olan cavabdehin vəkilinin vəsatətindən görünür ki, cinayət əlamətləri aşkara çıxarıldığına görə xüsusi qərardad çıxarılaraq prokurorluğa xəbər verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Birinci instansiya məhkəməsi zaman iş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Cavabdeh ilə əvvəllər İddiaçı MMC-də bir yerdə işləmişlər. Cavabdeh sex rəisi qismində işləmişdir. xx.xx.2015-ci il tarixli qaimə faktura ehtiyyat hissələri barədə tərtib olunmuş qaimə fakturadır. Həmin qaimə fakturanın nə vaxt tərtib olunması dəqiq yadında deyil. Həmin qaimədəki imza ona məxsusdur. Anbardan mal verildiyi üçün qaiməyə imza etmişdir. Mallar xx.xx.2015-ci il tarixdə verilmiş və həmin tarixdə də qaimə tərtib olunmuşdur. Həyacanlı olduğu üçün prokurorluq orqanında səhv izahat vermişdir. O, 2000-ci ildən 2020-ci ilədək İddiaçı MMC-də işləmiş, il yarım işdən çıxmış, həmin şirkətdə işləməmiş, sonra yenidən qayıdaraq həmin müəssisədə işləmişdir. Qaimədə qeyd olunan əmlaklar cavabdehə təhvil verilmişdir, bu səbəbdən də qaiməyə imza çəkilmişdir. Qaimədə qeyd olunan əmlaklar İddiaçı MMC-yə məxsus olmuşdur. O, boş qaiməyə qol çəkməmişdir, qaimə yazılı olmuşdur, qaimənin tarixinə fikir verməmişdir. Birinci instansiya məhkəməsi zaman iş üzrə şahid qismində dindirilmiş X5 məhkəmədə ifadə verərək göstərmişdir ki, 2002-ci ildən hal-hazırkı tarixədək İddiaçı MMC-də işləyir Cavabdeh Rza Hümbəyalıyevi tanıyır. 2005-2006-cı illərdə Biləsuvar rayonu Cəbrayıl qəsəbəsində cavabdeh üçün soyuducu anbar qurmuşdur, yəni soyuducu anbarın aqreqatın montaj eləmişdir. 2023-cu ildə xx.xx.2015-ci il tarixdəki qaiməni o imzalamışdır, 2023-cü ildə həmin qaimə ona boş verilmişdir. Qeyd edilən qaiməni iddiaçı şirkətin direktoru “Adil” müəllim vermişdir. O yalnız qaimədə “anbarı təhvil verdim” sözünü yazmışdır və imzalamışdır. Qaimədə yazılan digər təhvil verilmiş əmlaklar barədə məlumatı yoxdur. Qaimə-fakturada qeyd edilən avtomobillərin, siyirtmə qapının onun gördüyü işə aidiyyəti yoxdur deyə onun məlumatı yoxdur. 10 HP motor qrupu DWM (kopeland komplekti) cavabdeh üçün quraşdırmışdır. Qaimə-fakturanı ilk o “anbarı təhvil verdim” sözünü qeyd edərək imza etmişdir. Soyuducu anbarın motor qrupu cavabdehin yerində olmuşdur, həmin qurğunu kimin ora aparması, həmin qurğunun kimə məxsus olması barədə onun məlumatı yoxdur. İşdən kənar Rzanın dəvəti əsasında ona xidmət göstərmişdir. Adil müəllim ondan anbarı Rza üçün quraşdırıb-quraşdırmadığını soruşmuş, o da anbarı Rza üçün quraşdırdığını bildirmişdir. Adil müəllim ona demişdir ki, anbarın Rza üçün quraşdırılmasını kağıza yazsın ki, onların yadlarında qalsın. Birinci instansiya məhkəməsi zaman iş üzrə şahid qismində dindirilmiş X11 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, İddiaçı MMC-də 2000-ci ildən 2021-ci ilin oktyabr ayınadək satış müdiri və icraçı direktor vəzifələrində işləməmişdir. 2008-ci ildən 2010-cu ilədək satış müdiri işləmişdir. Cavabdeh onun mal verib satdırdığı ekspeditor olmuşdur. Sənədləri o özü yazdığından baxanda xəttini tanıyır və hansı sənəd saxta olmasını bilir. Üzləşmə aktını yalnız satış müdiri tərtib edir. xx.xx.2016-cı il tarixli aktı o tərtib etmişdir, aktda olan imza Rza Hümbəyalıyevə məxsusdur. xx.xx.2014-cü il tarixli aktı da özü tərtib etmişdir, həmin aktdakı imza da Rza Hümbəyalıyevə məxsusdur. 2018-ci və 2020-ci illərdə dair tərtib olunmuş aktlar var, həmin aktlarda təhvil verilmiş əmlaklar var, onlar iddiaçıdadır. Akt bir nüsxədən ibarət tərtib olunurdu, çünki ondan əvvəl işləyənlər aktı bir nüsxə tərtib etmişdilər, o da aktları bir nüsxə tərtib etmişdir. Aktları iki nəfər yazırdı, o və Məmmədli Bəhruz adlı şəxs, 2020-ci ilin sənədlərini nə o, nə də Bəhruz yazmamışdır, həmin aktı yazan adam 2020-ci ildə orda işləməmişdir. Qəsəbədəki soyuducuları o Rzaya vermişdir, Hümbəyalıyev Rza Bakı şəhərində obyektlərdəki soyuducuları təhvil alıb, soyuducuları Asif Cabbarova təhvil vermişdir və aralarında təhvil-təslim olmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı istehsal etdiyi dondurma məhsullarının satılmasının təmin edilməsi məqsədi ilə əmlakı olan soyuducuları və avtomobillərini cavabdehin əvəzsiz istifadəsinə vermiş və həmin əmlaklar uzun müddət cavabdehin istifadəsindədir. Lakin iddiaçı tərəfindən cavabdehdən soyuducuların və avtomobillərin qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducular və avtomobillər qaytarılmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1, 372.6 və 372.7-ci maddələrinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və məhkəmədə müəyyən edilmiş faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, o zaman iddia tələbi əsaslı, əgər uzlaşmırsa əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 734.1-ci maddəsinə görə kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. MM-in 734.2-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. MM-in 1087.1-ci maddəsinə görə özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. MM-in 1089.1-ci-1089.3-cü maddələrinə əsasən icraçı işləri aparması gedişində qəsdən və ya ehtiyatsızlıq üzündən vurulan zərərin kompensasiyası üçün sahibkar qarşısında məsuliyyət daşıyır. İşlərin aparılmasından məqsəd sahibkarı yaxınlaşmaqda olan təhlükədən qorumaq olduqda, icraçının məsuliyyəti qəsd və kobud ehtiyatsızlıq üçün məsuliyyətin hədləri ilə məhdudlaşır. Əgər işlərin aparılması sahibkarın elan edilmiş və ya başqa şəkildə aşkar olunmuş iradəsinə ziddirsə, icraçı zərəri qəsdən və ya ehtiyatsızlıq üzündən vurmamış olduqda belə, sahibkar qarşısında məsuliyyət daşıyır, amma icraçının öz müdaxiləsi olmadan da zərərin yarana biləcəyini sübuta yetirdiyi hallar istisna təşkil edir. Sözügedən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan istifadəsinə əşya(lar) götürmək hüququna malik olduğu kimi, eyni zamanda həmin əşya(lar)ı qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən əşya(lar)dan istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin həmin əşya(lar)ın qaytarılmasına dair vəzifəsini yerinə yetirməmişdir. İddiaçı ona məxsus əmlakların cavabdehdən alınaraq qaytarılması, bu mümkün olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq ona ödənilməsini tələb etməkdə haqlı olsa da, iddia tələbi əmlakların bir qisminə münasibətdə tam təmin edilə bilməz. Belə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/1974-5/1679 saylı rəyindən də aydın olur ki, xx.xx.2020-ci il tarixli üzləşmə aktının sağ aşağı küncündə “İmza” qrafasında əks olunan imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin xx.xx.2015-ci il tarixli 01095 saylı qaimə-fakturanın kserosurətində “Təhvil aldım” qrafasında əks olunan imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul etmiş və onunla razılaşmışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddia qeyd edilən üzləşmə aktı və qaimə-faktura əsasında tələb edilən əmlaklara münasibətdə qismən təmin edilə bilər. Cavabdehin nümayəndəsi (əvvəlki iclaslarda cavabdehin özü tərəfindən) tərəfindən iddia tələbi üzləşmə akı və qaimə-faktura əsasında tələb edilən əmlaklara münasibətdə qismən, yəni ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil və xx.xx.2023- cü il tarixli aktda qeyd olunan soyuducuların (yəni bir ədədinin dəyəri 350 manat olan 300L (“Uğur” markalı) tutumlu - 4 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L tutumlu - 3 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600L tutumlu - 2 ədəd soyuducular) verilməsinə dair hissəsində etiraf edilir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh (onun nümayəndəsi) tərəfindən qismən etiraf edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Bu hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək göstərilən qaydada qiymətləndirilməlidir. Digər tərəfdən, iddia tələbi qalan hissədə qəbul edilməsə də, xx.xx.2014-cü il tarixli və xx.xx.2016-cı il tarixli “üzləşmə akt”larında olan imzaların cavabdehin özü tərəfindən imzalanması məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən inkar edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsi iddia tələbinin qalan hissəsi olan xx.xx.2014-cü il tarixli “üzləşmə aktı”nda göstərilən əmlakların (soyuducuların) iddiaçıya geri qaytarılmasını bildirirsə, həmin əmlakların iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi cavabdehə keçmişdir. Məhkəmə iddianın həmin hissədə təmin edilməsi qənaətinə gələrkən prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdehin nümayəndəsi tərəfindən qeyd edilən halları etiraf edilməsindən savayı göstərilən əmlakların məhz iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi halları sübuta yetirmiş, cavabdeh isə həmin əmlakları iddiaçıya qaytarılmasını sübuta yetirə bilməmişdir. Odur ki, iddia tələbinin qalan hissəsi olan xx.xx.2014-cü il tarixli “üzləşmə aktı”nda göstərilən əmlaklar (soyuducular) cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, bu mümkün olmadıqda isə onların dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdeh tərəfin “Fiat İveko” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin yandırılması ilə bağlı iddiaya etirazının (halbuki, hüquq mühafizə orqanlarına qeyd edilən avtomobilin yandırılması ilə bağlı məlumat da cavabdehin özü tərəfindən verilmişdir) dəlillərini araşdıraraq, hesab etmişdir ki, cavabdeh tərəfin dəlilləri əsassızdır. Belə ki, qeyd edilən avtomobil cavabdehdə olduğu müddətdə yandırıldığından, buna görə məsuliyyət cavabdehin üzərinə düşür. Odur ki, iddia bu hissədə də təmin edilərək, yük avtomobili cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, bu mümkün olmadıqda isə dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda cavabdeh tərəfin “xx.xx.2014-cü il tarixli və xx.xx.2016-cı il tarixli “üzləşmə akt”larında olan əmlakların (soyuducuların) eyni əmlak olmaları” ilə bağlı iddiaya etirazının dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh tərəfin göstərilən dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir mötəbər sübutla öz təsdiqini tapmayan dəlillərini formal mülahizə hesab edir. Belə ki, apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə dair bildirir ki, tərəflər arasında mövcud münasibətlərin yaranması əsasları işdəki sübutlarla təsdiqini tapır və onlar arasında işgüzar münasibətlərin real iradə ifadəsi əsasında baş tutması işin mübahisəsiz halıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Məhkəmə kollegiyası hazırkı iş üzrə bildirməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş üzrə təkrar xətşünaslıq ekspertizasının keçirilməsi ilə qaimə-fakturada olan imzanın cavabdehə məxsus olmasının müəyyən edilməsinin mümkünlüyü barədə iddiaçının dəlili hər hansı əsasa söykənmir və yenidən ekspertizanın keçirilməsi zəruriliyi təsdiqini tapmır. Bundan başqa, şahid qismində dindirilmiş X1, X3, həmçinin digər şəxslərin ifadə və izahatlarında müəyyən edilmiş hallar da qətnamənin ləğv olunması yaxud dəyişdirilməsinə səbəb deyildir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya diqqətə çatdırır ki, MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 17 aprel 2024-cü il tarixli e-2-2(121)-38/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı MMC-nin nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 17 aprel 2024-cü il tarixli e-2-2(121)-38/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-128/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-128/2024
27.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver