Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-13/2023 15.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçı və Cavabdeh-nin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 iştirakı ilə, ilk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh-yə qarşı "müqavilə üzrə öhdəliklərin icrasının təmin olunması", qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin cavabdeh İddiaçı MMC-yə qarşı "yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi" tələblərinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli 2-2(121)- 37/2021 nömrəli qətnaməsindən (hakim R.İsmayılov) iddiaçı və Cavabdeh-nin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh-yə qarşı "müqavilə üzrə öhdəliklərin icrasının təmin olunması" tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək 12 aprel 2018-ci il tarixli müqavilə üzrə yaranmış 364200 avro məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 18210 avro məbləğində əldən çıxmış faydanın və 31 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbinin həcmini artıraraq 12 aprel 2018-ci il tarixli müqavilə üzrə yaranmış 364200 avro məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 36420 avro məbləğində əldən çıxmış faydanın və 31 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “X7 və Konyak Zavodu” MMC-nin adı dəyişdirilərək dövlət reyestrində İddiaçı MMC kimi qeyd olunmuşdur. “X7 və Konyak Zavodu” MMC ilə Cavabdeh arasında 12 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı 5 illik üzüm çaxırının emal olunmamş distilləsini alıcıya satmağı, nəqliyyat vasitələrinə yükləməyi və alıcıya çatdırmağı öhdəsinə götürür. Alıcı isə həmin malları almağı, dəyərini ödəməyi və qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən, malın hər 1 litri üçün nəzərdə tutulmuş qiymət 1.55 avro təşkil edir. Müqavilədə nəzərdə tutulmuş malların ümumi dəyəri 564200 avro təşkil edir. Alıcı malların ümumi dəyərindən 200000 avro məbləğində hissəsini dərhal ödəməyi öhdəsinə götürür. Qalan məbləğ isə malların alıcı tərəfindən qəbul edilməsindən sonra 3 ay müddətində ödəniləcəkdir. Qeyd olunan müqavilə üzrə öhdəliklər tərəflərindən tam icra olunmuş, mallar cavabdehə təhvil verilmişdir. Lakin müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilməmiş, malların dəyəri tam olaraq onlara ödənilməmişdir. Cavabdehə dəfələrlə müraciət edərək alınmış malın dəyərinin ödənilməsi xahiş olunmuşdir. Lakin cavabdeh onlara ünvanladığı pretenziya ərizəsində bir sıra halları qeyd edərək, malların dəyərinin ödənilməyəcəyini bildirmişdir. Cavabdeh pretenziya məktubunda aralarında imzalanmış 12 aprel 2018-ci il tarixli müqaviləyə istinad edir və qeyd edir ki, müqavilənin şərtləri İddiaçı MMC tərəfindən pozulmşdur, satılan mala dair keyfiyyət sertifikatı müqavilənin şərtlərinə uyğun deyildir və mallar lazımı keyfiyyətdə olmamışdır. Lakin aralarında imzalanmış 12 aprel 2018-ci tarixli müqaviləyə uyğun olaraq alqı-satqı predmeti olan tərkibindəki spirt səviyyəsi 63% olan və 5 illik üzüm çaxırının emal olunmamış distilləsi keyfiyyət standartlarına uyğun şəkildə cavabdehə təhvil verilmişdir. Belə ki, həmin malların keyfiyyətli olmasına dair 21 may 2018-ci il tarixli sertifikat, 23 may 2018-ci il tarixli sınaq protokolu və forma A keyfiyyət sertifikatı mallarla birlikdə cavabdehə təqdim edilmişdir. Müqavilənin heç bir şərti və bəndi tərəflərindən pozulmamış, müqavilə üzrə öhdəliklər tərəflərindən tam yerinə yetirilmişdir. Bundan əlavə, cavabdeh öz pretenziya müraciətində 618024 avro məbləğində zərərə uğradığını və həmin zərərə görə onların müəssisənin məsuliyyət daşıdığını qeyd etmişdir. Lakin cavabdeh öz tələblərini əsaslandıra bilməmişdir. Belə ki, ilk öncə cavabdeh həmin zərərə uğradığını əsaslandırmalı və buna dair sübutları, dəlilləri onlara təqdim etməlidir. Əgər həmin zərərə uğramaqları təsdiq olunsa belə, bu zərərin məhz onların təqsirli hərəkətlərinin və müqavilə şərtlərinin pozulması nəticəsində əmələ gəlməsini sübut etməlidirlər. Lakin belə sübutlar onlara təqdim edilməmiş və bu barədə məlumat verilməmişdir. Tərəflərindən 12 aprel 2018-ci il tarixli müqavilənin şərtləri pozulmamış, müqavilə üzrə öhdəlikləri yerinə yetirmişlər. Müqaviləyə əsasən malları vaxtında və keyfiyyət standartlarına uyğun olaraq cavabdehə təqdim etmişlər. Əksinə müqavilənin şərtləri cavabdeh tərəfindən tam icra edilməmiş, malların dəyəri tam ödənilməmişdir. Cavabdehə son olaraq 02 avqust 2019-cu il tarixli pretenziya məktubu ilə müraciət olunmuş və müqavilə üzrə öhdəliklərin tam icra olunması, 364200 avro məbləğində pulun ödənilməsi xahiş olunmuşdur. Lakin pretenziya məktubları cavabsız qalmışdır. İddia ərizəsinə əlavə olunmuş sübutlardan müəyyən olunur ki, pretenziya məktubu 12 sentyabr 2019-cu il tarixində cavabdeh tərəfindən qəbul edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı "müqavilənin ləğvi, yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi" tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd olunması, cavabdeh İddiaçı MMC ilə arasında bağlanmış 12 aprel 2018-ci il tarixli 2-2018 nömrəli müqavilənin ləğv olunması, İddiaçı MMC-nin təqsirli hərəkəti nəticəsində Cavabdeh-yə göndərilmiş 6 vaqon malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə Cavabdeh-yə dəymiş 160000 avro zərərin, “Latviya Balzams” Səhmdar Cəmiyyətinin anbarında 6 vaqon malın uzun müddət saxlanmasına görə Cavabdeh-yə dəymiş 532077.17 avro zərərin, İddiaçı MMC tərəfindən keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malın göndərilməsi nəticəsində Cavabdeh-yə vurulmuş 163319.57 avro zərərin, Cavabdeh-nin müqavilə üzrə avans (ilkin ödəniş) kimi İddiaçı MMC-yə ödədiyi 200000 avronun və Cavabdeh-yə məxsus 200000 avronu 2 iİ 4 aylıq dövr üçün qanunsuz saxladığından illik 5% nəzərə alınmaqla 12563 avronun İddiaçı MMC-dən alınaraq Cavabdeh-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir (Qeyd: 17 iyul 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh-nin nümayəndəsi və vəkili tərəfindən nümunə kimi təqdim edilmiş ilk iddia tələbinin rədd olunması, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh-nin İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiasının təmin olunması, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-2018 nömrəli müqavilənin ləğv edilməsi, Cavabdeh-nin müqavilə üzrə avans (ilkin ödəniş) kimi İddiaçı MMC-yə ödədiyi 200.000 Avronun geri qaytarılması və Cavabdeh-yə məxsus 200.000 Avronu qanunsuz olaraq, 1 il 2 aylıq dövr üçün saxladığından illik 5% nəzərə olmaqla 11.666 Avronun İddiaçı MMC-dən alınaraq Cavabdeh-yə ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməmişdir – 1-ci cild, i.v. 57-62). Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bir-neçə dəfə tələbinin həcmini dəyişdirərək yekunda aşağıdakı tələbləri irəli sürmüşdür : 1) ilk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh-yə qarşı 12 aprel 2018-ci il tarixli müqavilə üzrə yaranmış 364200 avro məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 36420 avro məbləğində əldən çıxmış faydanın, 31 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə iddiası rədd olunsun, 2) İddiaçı MMC-nin təqsirli hərəkəti nəticəsində Cavabdeh-yə göndərilmiş 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə Cavabdeh-yə dəymiş 160000 avro zərər, 3) İddiaçı MMC-nin keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi nəticəsində Cavabdeh-yə dəymiş 179694.27 avro zərər, 4) Cavabdeh-nin 12 aprel 2018-ci il tarixli 2-2018 nömrəli müqavilə üzrə İddiaçı MMCyə avans formasında ödədiyi 200000 avro, 5) Cavabdeh-yə məxsus 200000 avronu 2 illik dövr üçün qanunsuz saxladığından illk 5% nəzərə alınmaqla 20000 avro əldən çıxmış fayda, 6) Cavabdeh-nin İspaniyanın "xxxx" Şikətində aparılmış laborotoriya tədqiqatına görə ödədiyi 3184.51 avro, 7) içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin 15 avqust 2019-cu il tarixdən - 13 avqust 2020-ci il tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınması, orada saxlanması, mühafizəsi və sair xidmətlərə görə Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş 75351.93 avro, 8) İddiaçı MMC-nin təqsiri nəticəsində "xxxx" SC-nin Cavabdeh-yə malın gecikməsinə görə tətbiq etdiyi cərimə sanksiyasına görə Cavabdeh-nin "xxxx" SC-yə ödədiyi 44266.75 avro, 9) Cavabdeh-nin "xxxx" MMC-yə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin alkoqollu içkilərin aksiz vergisinin təmin edilməsinə görə ödədiyi sığorta zəmanəti xərcinə görə) ödədiyi 75511.63 avro, 10) Cavabdeh-nin hüquqi yardımla bağlı "xxxx" MMC-yə ödədiyi 62778.92 avro, 11) Cavabdeh-nin iddia ərizəsinə əlavə olunmuş sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariat qaydasında təsdiq olunmasına ödədiyi 5390.37 avro və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərilməsinə görə ödədiyi 359.28 avro məbləğində pul vəsaitləri cavabdeh İddiaçı MMC-dən alınaraq xeyrinə ödənilsin. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) ilə Cavabdeh (“Alıcı”) arasında 12 aprel 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı 5 illik üzüm çaxırının emal olunmamış distilləsini “Alıcı”ya satmağı, nəqliyyat vasitələrinə yükləməyi və müqavilədə göstərilmiş ünvana çatdırmağı, “Alıcı” isə həmin malları almağı, qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə görə malın hər 1 litrinin qiyməti 1.55 avro, malların ümumi dəyəri 564200 avro təşkil etmişdir. Müqaviləyə görə “Alıcı” malların ümumi dəyərindən 200000 avro məbləğində hissəsini “Satıcı”ya avans şəkilində ödəmək, qalan məbləği isə mallar tərəfindən qəbul edildikdən sonra 3 ay müddətində “Satıcı”ya ödənilməsi nəzərdə tutulmuşdur. “Alıcı" müqavilə üzrə ilkin ödənişi, 200000 avronu 16 aprel 2018-ci il tarixdə “Satıcı”ya ödəmiş və 25 may 2018-ci il tarixdə “Satıcı” tərəfindən 6 sistern üzüm distilliyyatı adı altında malı dəmir yolu vasitəsi ilə müqavilə üzrə yükalanın malın çatdırlma ünvanı kimi göstərilmiş Riqa şəhərində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus gömrük anbarına göndərilmişdir. Rusiya Federasiyası sərhəddinədək həmin 6 sisternin daşınması Satıcı tərəfindən icra olunmuş, Rusiya sərhədindən Riqa şəhərində yerləşən yükalanın yerləşdiyi ünvanına həmin 6 sisternin daşınmasını "xxxx" MMC həyata keçirmişdir (əslində həmin yükün daşınması “Alıcı” tərəfindən daşıyıcı şirkəti olan "xxxx" MMC-yə tapşırılmış ("xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, A0112-43 nömrəli “Gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinə” dair müqaviləyə əsasən) və "xxxx" MMC ilə "xxxx" MMC arasında olan xx.xx.2015-ci il tarixli, 092-AT/OB nömrəli “Nəqliyyatekspedisiya” müqaviləsinə əsasən, qeyd olunan yüklərin daşınması "xxxx" MMC tərəfindən icra olunmuş, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Zaminlik” müqaviləsinə əsasən, "xxxx" MMC ilə "xxxx" MMC arasında olan xx.xx.2015-ci il tarixli, 092-AT/OB nömrəli “Nəqliyyat-ekspedisiya” müqaviləsinə görə yaranacaq bütün məsuliyyəti "xxxx" MMC özü zamin olaraq öz üzərinə götürmüşdür və alıcı tərəfindən qeyd olunan yüklə bağlı daşıma haqqı xx.xx.2018-ci il tarixli, ********** nömrəli qarşılıqlı hesablaşmalar aktına əsasən 35539.90 avro "xxxx" MMC-yə ödənilmişdir). xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə yuxarıda qeyd edilən çaxır distilliyyatı yüklənmiş sisternlər Rusiya Federasiyası gömrük əməkdaşları tərəfindən saxlanmış, malın eyniləşdirilməsi məqsədi ilə 77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərində daşınan mala gömrük baxışı keçirilmişdir (gömrük nəzarəti keçirilməsinin səbəbi onunla izah olunur ki, “xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində Pskov gömrüyünün Posin DYBM-nin gömrük postunda gömrük əməkdaşları tərəfindən Gömrük İttifaqının gömrük sərhədi vasitəsilə Azərbaycan Respublikasından Latviya Respublikasına qanunsuz hərəkət edən 77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərində daşınan malların qeyri-dəqiq gömrük bəyannaməsi” olmuşdur). Rusiya Federasiyası Gömrük Xidmətinin Mərkəzi ekspert-kriminalistik gömrük idarəsi ekspertlərinin 12411002/0020790 nömrəli, xx.xx.2018-ci il tarixli; 12411002/0020791 nömrəli, xx.xx.2018-ci il tarixli; 12411002/0020788 nömrəli, xx.xx.2018-ci il tarixli; 12411002/0020793 nömrəli, xx.xx.2018-ci il tarixli; 12411002/0020794 nömrəli, xx.xx.2018-ci il tarixli; 12411002/0020785 nömrəli, xx.xx.2018-ci il tarixli ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, 77302644, 77311082, 77326585, 77329308, 77331361 və 77331379 nömrəli dəmir yolu sisternlərindən götürülmüş nümunələr üzərində aparılmış ekspertiza tədqiqatı ilə müəyyən olunur ki, həmin sisternlərdəki mal, həmin malları müşayət edən sənədlərdə göstərilənlərə uyğun deyil, “Mal nümunəsində qeyri-üzüm mənşəli spirt olması və qida xammalından hazırlanması aşkar edilmişdir”, yəni həmin malın qeyri-üzüm mənşəli spirt olması təsdiq olunmuşdur. Bu səbəbdən də fakt üzrə Pskov gömrük xidmətində xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 200.2-ci maddəsi ilə **********3000057 №-li cinayət işi başlanmış, xx.xx.2019-cu il tarixdə həmin cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmuş (xx.xx.2019-cu il tarixdə cinayət işinə xitam verilməsi barədə qərar ləğv olunmuş, sonra yenidən istintaq aparılmış və həmin cinayət işinə xx.xx.2019-ci il tarixdə yenidən xitam verilmişdir). xx.xx.2019-cu il tarixdə İddiaçı MMC “Sebej” DYS-ə məktubla müraciət edərək, göndərdiyi malın üzüm spirtindən deyil, qida xammalının distillə edilməsi nəticəsində alınan spirt tərkibli məhsul olmasını təsdiq etmiş və həmin malın əvvəlki kodunu 22089077 (08) dəyişmiş və həmin malın kodu dəyişdirildikdən sonra, dəmir yolu sisternləri Latviya Respublikasına göndərilmiş, xx.xx.2019-cu il tarixdə həmin sisternlər yükalan "xxxx" MMC-nin gömrük anbarına qəbul olunmuş və gömrük nəzarətinə götürülmüş, Latviya Respublikası Dövlət gəlirləri xidmətinin gömrük əməkdaşlarının xx.xx.2019-cu il tarixli 27.21.3-4/91 nömrəli yoxlama aktına əsasən, 6 ədəd (77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli) dəmir yolu sisternlərinin plombları yoxlanıldıqdan sonra, həmin sisternlərin müşayətedici sənədləri ilə sisternlərdə olan malın eyni olmasını müəyyən etmək üçün sisternlərdən nümunələr götürülmüş, gömrük təşkilatının icazəsi olmadan mallara giriş və ya malların eyniləşdirilmə vasitələrinin çıxarılması "xxxx" MMC-nin rəhbərliyinə qadağan olunmuşdur. Latviya Respublikası Dövlət gəlirləri xidmətinin gömrük əməkdaşlarının qeyd olunan 6 sisterndə olan mallar malın müşayətedici sənədlərinə uyğun olmadığından, həmin maldan "xxxx" SC-nin (Cavabdeh həmin malı "xxxx" SC-yə tədarük etmək (satmaq) üçün almışdır) imtina etdiyindən 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri dolu halda 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni 30 aprel 2019-cu il tarixdə Dövlət gömrük xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına göndərilmiş və həmin sisternlərdə olan mallar "xxxx" MMC-yə təhvil verilənədək (xx.xx.2020-ci il tarixdək) həmin limanda saxlanmışdır. İddiaçı MMC-nin rəhbərliyinin Cavabdeh-yə göndərdiyi 6 sistern malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması, həmin mal barəsində Rusiya Federasiyası Gömrük Xidmətinin Mərkəzi ekspert-kriminalistik gömrük idarəsinin ekspertlərinin rəyi, fakt üzrə cinayət işinin başlanmasından və sairdən məlumatlı olmuş, hətta cinayət işi üzrə İddiaçı MMC-nin nümayəndələri ifadələr vermiş, cinayət işinin araşdırılması zamanı İddiaçı MMC-nin direktoru T.Quliyev rəhbərlik etdiyi müəssisənin hüquqlarının müdafiəsi ilə bağlı "xxxx" MMC-nin hüquqşünası X3 xx.xx.2018-ci il tarixli, 1/35 nömrəli ilə etibarnamə vermişdir. İddiaçı MMC-nin rəhbərliyinin xahişi (tapşırığı) əsasında Cavabdeh "xxxx" MMC ilə hüquqi yardımla bağlı müqavilə bağlamış və 3 (üç) dəfəyə "xxxx" MMC-nin bank hesabına 57000 avro ödəmişdir. Cinayət işinin araşdırılması zamanı, yəni ekspertiza rəyləri ilə İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi malın üzüm spirti deyil, digər ərzaq məhsullarından (qarğıdalı, şəkər çuğunduru, sorqo və sair ərzaq məhsullarından) çəkilmiş spirt olması Cavabdeh-yə bəlli olduqdan sonra, Cavabdeh-nin rəhbərliyi telefonla danışaraq həmin maldan imtina etdiyini İddiaçı MMC-nin rəhbərliyinə bildirilmiş, lakin İddiaçı MMC-nin rəhbərlinin Cavabdeh-nin rəhbərliyindən şifahi surətdə xahiş etmişdir ki, İddiaçı MMC Cavabdeh-yə bu 6 sistern malla bağlı dəymiş və dəyə biləcək bütün zərərlərin əvəzini ödəyəcəyinə söz verir, bir şərtlə ki, həmin 6 sistern geri qaytarılmasın, həmin sisternlər geri qaytarılacağı halda, Azərbaycan Respublikasında da İddiaçı MMC-nin rəhbərliyinin bərəsində cinayət işi başlanılacaq. Cavabdeh İddiaçı MMC arasında olan uzunmüddətli işgüzar münasibətləri nəzərə almış, onlara inanmış, cinayət işinin istintaqı aparalarkən həmin maldan imtina etməmişdir. Həmin sisternlər (mal) Riqa ərazisinə çatdırıldıqdan bir müddət sonra, yəni 2019-cu ilin may ayının əvvəllərində Cavabdeh İddiaçı MMC-yə şifahi müraciət edərək, ona dəymiş zərəri qarşılamağı tələb etmiş, İddiaçı MMC zərəri ödəməkdən imtina etdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh İddiaçı MMCnin elektron poçt ünvanına pretenziya göndərərək, İddiaçı MMC-dən 617731 avro ziyanı, 200000 avro avans şəkilində ödədiyi pulu, 42000 avro malın satıcıya (İddiaçı MMC-yə) qaytarılması xərcini tələb etmişdir. İddiaçı MMC-nin Cavabdeh-nin elektron ünvanına xx.xx.2019-cu il tarixdə göndərdiyi məktubda Cavabdeh-nin tələblərini qəbul etmədiklərini və malın pulunu tələb etdiklərini bildirmişlər. Bundan sonra Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli pretenziya göndərərək, həmin pretenziyada ona dəymiş ziyana görə satıcıdan 618024 avro və ona göndərdiyi keyfiyyətsiz malı götürməyi təklif etmiş, malın götürülmədiyi halda, həmin malı hərracdan satacağını bildirmişdir. Həmin pretenziyaya İddiaçı MMC xx.xx.2019-cu il tarixli cavabında Cavabdeh qarşısında hər hansı borcunun olmamasını və əksinə “Alıcı”dan 364000 avro pul tələb etmişdir. İddiaçı MMC-nin Cavabdeh-yə ünvanladığı xx.xx.2019-cu il tarixli, 29 nömrəli pretenziyaya Cavabdeh-nin xx.xx.2019-cu il tarixli cavabında onlara göndərilmiş malların keyfiyyətinin aralarında bağlanmış müqavilənin tələblərinə uyğun olmamasını əsaslandırmaqla yanaşı, cavabdehə tədarük etdikləri məhsulların keyfiyyəti ilə bağlı mübahisələri həll etmək məqsədilə birgə nümunələr götürmək və müstəqil Avropa laboratoriyasında malların keyfiyyətini yoxlamaq üçün İddiaçı MMC-nin nümayəndəsini Riqaya göndərməyi təklif etmişdir. Lakin, İddiaçı MMC bu təklifi də qəbul etməmişdir, bu səbəbdən Cavabdeh tədqiqat aparılması üçün 6 sisterndən (77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri) ayrı-ayrılıqda götürülmüş nümunələri öz təşəbbüsü ilə xx.xx.2020-ci il tarixdə İspaniyaya göndərmiş, xx.xx.2020-ci il tarixli rəylərə əsasən, tədqiqat aparılmış mal nümunələrinin üzüm mənşəli olmaması müəyyən olunmuşdur. İddiaçı MMC ilə aralarında olan danışıqların və yazışmaların heç bir nəticə vermədiyini görən Cavabdeh Dövlət gömrük nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanında saxlanılan 6 sistern malın "xxxx" SC-yə satılması ilə bağlı yenidən danışıqlar aparmağa başlamış ("xxxx" SC və Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, üzüm distilliyatının 1 deka litrini 31.5 avroya razılaşdırılmış, lakin həmin mal Riqaya gətirildikdən sonra "xxxx" SC-yə məlum olmuşdur ki, həmin mal keyfiyyət baxımından onların sifariş etdiyi mal deyildir, ona görə də "xxxx" SC Cavabdeh-dən həmin malı almaqdan imtina etmişdir) və nəticədə həmin sisternlərdə olan malın xx.xx.2019-cu il tarixli, LV 2019/08/008 nömrəli yeni “Tədarük” müqaviləsinə əsasən, "xxxx" SC-yə satılması barədə razılığa gəlmişlər. "xxxx" SC və Cavabdeh arasında bağlanmış LV 2019/08/008 nömrəli, xx.xx.2019-cu il tarixli “Tədarük” müqaviləsinə 1 nömrəli əlavəyə görə həmin malın 4014 deka litrini 24.70 avroya, qalan hissəsini isə 23.40 avroya satılması razılaşdırılmış və həmin sisternlərdə olan mal 6 dəfəyə (hər dəfə 1 sistern), birinci sistern xx.xx.2019-cu il tarixdə, sonuncu sisterni isə xx.xx.2020-ci il tarixdə Gömrük nəzarəti altında "xxxx" SC-yə təhvil verilmişdir. "xxxx" SC və Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinin icrasının gecikməsinə görə "xxxx" SC Cavabdeh-yə 44266.75 cərimə sanksiyası tətbiq etmiş və həmin məbləğ RS000000027 nömrəli, xx.xx.2020-ci il tarixli qarşılıqlı hesablaşmalar aktına əsasən, Cavabdeh tərəfindən "xxxx" SC-nin hesabına ödənilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 2- 2018 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı” ən azı 5 il saxlanılmış çaxır distillyatını alıcıya satmağı, nəqliyyat vasitələrinə yükləməyi və alıcıya çatdırmağı öhdəsinə götürür. “Alıcı” isə həmin malları almağı, dəyərini ödəməyi və qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, satıcı zəmanət verir ki, mal yükalan - "xxxx" MMC-nin anbarına xx.xx.2018-ci ildək təhvil veriləcək. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, Satıcı tərəfindən təqdim olunmuş invoys əsasında alıcı 200000 avro məbləğində avans ödəməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya ГОСТ 31493-2012 keyfiyyətinə uyğun olan “Çaxır distillyatı. Texniki şərtlər” təchiz etməyi öhdəsinə götürür. Tərəflərin arasında olan müqavilə şərtlərindən göründüyü kimi, “Satıcı” satdığı malı “Alıcı”ya "xxxx" MMC-nin anbarına xx.xx.2018-ci ildək təhvil verməsinə zəmanət versə də, həmin mal xx.xx.2019-cu il tarixdə Riqa şəhərinə çatmış və Riqada gömrük nəzarətinə götürülmüşdür. Yəni, “Satıcı” müqavilə öhdəlikləri üzrə “Alıcı” qarşısında öhdəliyi yerinə yetirməmiş və nəticədə həmin mal “Alıcı”ya müqavilə üzrə müəyyən olunmuş tarixdən təxminən 9 ay sonra çatdırılmışdır. İddia ərizəsinə əlavə olunmuş Pskov gömrük xidmətində xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 200.2-ci maddəsi ilə **********3000057 №-li cinayət işi başlanması, xx.xx.2019-cu il tarixdə həmin cinayət işinin icraatına xitam verilməsi barədə qərarları ilə müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində Pskov gömrüyünün Posin DYBM-nin gömrük postunda gömrük əməkdaşları tərəfindən Gömrük İttifaqının gömrük sərhədi vasitəsilə Azərbaycan Respublikasından Latviya Respublikasına qanunsuz hərəkət edən 77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərində daşınan malların qeyri-dəqiq gömrük bəyannaməsi olmuşdur. Malın “Alıcı”ya müqavilə üzrə müəyyən olunmuş tarixdən 9 ay sonra çatdırlmasının “Satıcı”nın təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Rusiya Federasiyası Gömrük Xidmətinin Mərkəzi ekspert-kriminalistik gömrük idarəsi ekspertlərinin ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, 77302644, 77311082, 77326585, 77329308, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərindən götürülmüş nümunələr üzərində aparılmış ekspertiza tədqiqatı ilə müəyyən olunur ki, həmin sisternlərdəki mal, həmin malları müşayət edən sənədlərdə göstərilənlərə uyğun deyil, “Mal nümunəsində qeyriüzüm mənşəli spirt olması və qida xammalından hazırlanması aşkar edilmişdir”, yəni həmin malın qeyri-üzüm mənşəli spirt olması təsdiq olunmuşdur. Göründüyü kimi, “Satıcı” “Alıcıya” ГОСТ 31493-2012 keyfiyyətinə uyğun olan “Çaxır distillyatı. Texniki şərtlər” (üzüm spirti) verməli olduğu halda, malların sənədlərini saxtalaşdırmış və nəticə etibarilə məlum olmuşdur ki, Alıcıya satılmış mal (spirt məhlulu) üzümdən deyil, digər ərzaq məhsullarından (qarğıdalı, şəkər çuğunduru, sorqo və sair bitkilərdən) çəkilmiş spirtdir. Bu hal öz təsdiqini qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş, Rusiya Federasiyasının Pskov gömrük xidmətində xx.xx.2018-ci il tarixdə **********3000057 nömrəli cinayət işi başlanması barədə qərarla, ekspertiza rəyləri ilə, xx.xx.2019-cu il tarixdə **********3000057 nömrəli cinayət işinə xitam verilməsi barədə qanuni qüvvəsini almış qərarla və xx.xx.2019cu il tarixli İddiaçı MMC-nin “Sebej” DYS rəisinə göndərdiyi müraciət ilə tapmışdır. Bu öz təsdiqini 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərindən ayrı-ayrılıqda götürülmüş nümunələr üzrə İspaniyanın "xxxx" Şikətində keçirilmiş laborotoriya tədqiqatlarının xx.xx.2020-ci il tarixli rəyləri (analtik hesabatlar) ilə də tam sübuta yetirilir. Həmin rəylərdə göstərilmişdir ki, aparılan tədqiqatın nəticələrinə əsasən, təqdim olunmuş mal nümunələri şərabın mənşəyinə uyğun gəlmir. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2-2018 №-li müqavilənin 4.1-ci maddəsinə əsasən, “Satıcı” “Alıcı”ya ГОСТ 31493-2012 keyfiyyətinə uyğun olan “Çaxır distillyatı. Texniki şərtlər” təchiz etməyi öhdəsinə götürmüşdür. Satıcı tərəfindən müqavilə öhdəlikləri tələbləri pozulmuş, müqavilə üzrə şərtləşdirilmiş mal deyil, keyfiyyəti müqavilə tələblərinə uyğun olmayan başqa mal verilmişdir. "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı 25 mart 2020-ci il tarixli petenziyanın (zərərə görə 160000 avro) surətindən göründüyü kimi "xxxx" SC Rusiya Federasiyası ərazisində 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərin 2018-2019-cu illərdə 9 ay boşdayanmasına görə "xxxx" MMC-dən 160000 avro məhkəmə qaydasında tələb etmiş, bu səbəbdən də "xxxx" MMC həmin 160000 avronu Cavabdeh-dən tələb etmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, 14 təqvim günü ərzində 160000 avro borcu ödəmədiyi halda, müqavilə üzrə gündə 0.5 % (323 gün) cərimə və qanunla müəyyən edilmiş borcun əsas məbləğin illik 6% cərimə tətbiq olunacaqdır. Bu səbəbdən Cavabdeh xx.xx.2021-ci il tarixdə 6 sisternin 9 ay Rusiya Federasiyası ərazisində boşdayanmasına görə "xxxx" MMC-nin bank hesabına 160000 avronu ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş müqavilələrin surətlərindən göründüyü kimi İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi 6 sistern malın Azərbaycan Respublikası sərhədindən Riqa şəhərinə daşınmasını "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, A0112-43 nömrəli “Gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinə” dair müqaviləyə əsasən, "xxxx" MMC-yə həvalə olunmuş və "xxxx" MMC ilə "xxxx" MMC arasında olan xx.xx.2015-ci il tarixli, 092-AT/OB nömrəli “Nəqliyyat-ekspedisiya” müqaviləsinə əsasən, qeyd olunan yüklərin daşınması "xxxx" MMC tərəfindən icra olunmuş, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Zaminlik” müqaviləsinə əsasən, "xxxx" MMC ilə "xxxx" MMC arasında olan xx.xx.2015-ci il tarixli, 092-AT/OB nömrəli “Nəqliyyat-ekspedisiya” müqaviləsinə görə yaranacaq bütün məsuliyyəti "xxxx" MMC öz üzərinə götürmüş və Cavabdeh tərəfindən qeyd olunan yüklə bağlı daşınma haqqı xx.xx.2018-ci il tarixli, ********** nömrəli qarşılıqlı hesablaşmalar aktına əsasən 35539.90 avro "xxxx" MMC-yə ödənilmişdir ("xxxx" MMC-yə daşımaya görə ödənilmiş 35539.90 avro ilə bağlı hər-hansı mübahisə yoxdur). Eyni zamanda 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri (mal) 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni (mal) 30 aprel 2019-cu il tarixdə Dövlət gömrük xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına daşınmış və həmin mallar "xxxx" ASC-yə təhvil verilənədək (xx.xx.2020-ci il tarixədək) həmin limanda saxlanmışdır. İddia ərizəsinə əlavə olunmuş 12 ədəd fesab-fakturalarla və X8 ilə müəyyən olunur ki, həmin 6 sisternanın daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh tərəfindən "xxxx" MMC-yə 75351.93 Avro ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" SC və Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Niyyət razılaşmasına” əsasən, Cavabdeh "xxxx" SC-yə şərab (konyak) spirti tədarük etməyi, "xxxx" SC isə Cavabdeh-dən həmin malı qəbul etməyi və almağı öhdəsinə götürür. İddia ərizəsinə əlavə olunmuş İddiaçı MMC tərəfindən 6 sistern mal Cavabdeh-yə göndərildikdən sonra, "xxxx" SC və Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən, həmin malın (həmin malın həcmi 36236 deka litr olmuş, mütləq spirt təmizləndikdən sonra 22828.7 deka litr qalır) 1 deka litrini (1 deka litr = 10 litr) alıcıya ("xxxx" SC-yə) 31.5 Avroya satmalı idi. İddiaçı MMC tərəfindən Cavabdeh-yə göndərilən mal, vaxtında və razılaşdırılmış keyfiyyətdə çatdırıldığı halda, həmin malı Cavabdeh "xxxx" SC ilə razılaşdırılmış qiymətə sata bilərdi. Lakin, həmin mal bəlli səbəblərdən Riqa şəhərinə 9 ay gec çatdırıldığından və Riqa şəhərinə gətirilmiş malın keyfiyyəti müqavilə üzrə şərtlərə uyğun olmadığından, "xxxx" SC həmin maldan imtina etmişdir. Tərəflər arasında aparılmış uzunmüddətli danışıqlardan sonra "xxxx" SC və Cavabdeh arasında olan LV2019/08/008 nömrəli, xx.xx.2019-cu il tarixli yeni “Tədarük” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 1 nömrəli əlavəyə görə, həmin malın 4014 deka litrini 24.70 avroya, qalan hissəsini isə 23.40 avroya tədarük olunması razılaşdırılmışdır. "xxxx" SC və Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsi və xx.xx.2019-cu il tarixli, 2019/08/008 nömrəli “Tədarük” müqaviləsindəki malların qiymətləri arasındakı ciddi fərq yaranmasının səbəbi onunla izah olunur ki, İddiaçı MMC-nin Cavabdeh-yə “Çaxır Distilliyatı” əvəzinə, digər ərzaq mallarından hazırlanmış spirt göndərdirmişdir. Nəticə etibarilə, Cavabdeh 22828.7 deka litr malı 31.5 avroya "xxxx" SC-yə sataraq, "xxxx" SC-dən cəmi 719104.05 avro almalı olduğu halda, İddiaçı MMC-nin keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi səbəbindən, 22828.7 deka litr malın 4014 deka litrini 24.70 avroya (4.014 X 24,70 = 99145.80), 18814.7 deka litrini 23.40 avroya (18714.7 x 23.40 = 440263.98), cəmi 539409.78 Avroya satmışdır. Nəticə etibarilə, Cavabdeh-yə qeyd olunan alqı-satqı müqaviləsi nəticəsində (719104.05 – 539409.78 = 179694.27) 179694.27 avro zərər dəymişdir. Yuxarıda qeyd olunan hal, yəni Cavabdeh-nin "xxxx" SC-yə ümumi həcmi 36236 deka litr, təmizləndikdən sonra 22828.7 deka litr malın 4014 deka litrni 24.70 avroya, qalan hissəsini isə 23.40 avroya təhvil verilməsi xüsusatı, iddia ərizəsinə əlavə olunmuş Cavabdeh və "xxxx" SC-nin təsdiq etdikləri xx.xx.2019-cu il tarixli, ROL 2858 nömrəli qaimə (77331379 nömrəli sistern: 62883.71 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3942.18 deka litr; qiyməti 24.70 avro; ümumi məbləğ sisternə görə 97371.85 avro), xx.xx.2019-cu il tarixli, ROL 2859 nömrəli qaimə (77329308 nömrəli sistern: 62779.31 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3959.49 deka litr; qiyməti 23.40 avro; ümumi məbləğ sisternə görə 92652.07 avro), xx.xx.2019-cu il tarixli, ROL 2860 nömrəli qaimə (77326585 nömrəli sistern: 62900.8 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3930.04 deka litr; qiyməti 23.40 avro; ümumi məbləğ sisternə görə 91962.94 avro), xx.xx.2019-cu il tarixli, ROL 2861 nömrəli qaimə (77311082 nömrəli sistern: 52886.1 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3347.48 deka litr; qiyməti 23.40 avro; ümumi məbləğ sisternə görə 78331.03 avro), xx.xx.2020-ci il tarixli, ROL 2862 nömrəli qaimə (77331361 nömrəli sistern: 62678.6 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3953.14 deka litr; qiyməti 23.40 avro; ümumi məbləğ sisternə görə 92503.48 avro), xx.xx.2020-ci il tarixli, ROL 2863 nömrəli qaimə (77302644 nömrəli sistern: 53760 litr; təmizləndikdən sonra mütləq spirtin miqdarı 3387 deka litr; qiyməti 23.40 avro; ümumi məbləğ sisternə görə 79255.80 avro) təsdiq olunur (qeyd: sonuncu sisternin nömrəsi Azərbaycan dilinə yanlış tərcümə olunmuş 77302644 əvəzinə, 77331361 nömrəli sistern yazılmış, çəkisi 47304 kq. əvəzinə, 56563.05 kq. yazılmışdır. İş materialına sonradan əlavə olunmuş eyni tarixli, eyni nömrəli qaimənin surətindən görünür ki, əvvəlki qaimədə "xxxx" SC-nin möhürü, malın qəbul edən şəxsin imzası yoxdur, sonrakı qaimə isə qəbul edən şirkətin möhürü və məsul şəxsin imzası ilə təsdiq olunur. Sonrakı qaimədə qeyd olunan sisterndəki mal 53760 litr deyil, 53884.9 litr olması göstərilir, təmizləndikdən sonra mütləq spirtin miqdarı 3387 deka litr deyil, 3408 deka litr, ümumi məbləğ isə sisternə görə 79255.80 avro deyil, 79752.35 avro göstərilmişdir). "xxxx" SC və Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinin 5.2-ci bəndinə əsasən, “X12 1.1-ci bəndində göstərilən keyfiyyətdə, həcmdə və ya qrafikə uyğun tədarük etmirsə, Alıcıya vaxtında çatdırılmamış keyfiyyətli malların dəyərinin 0.5 %-i miqdarında cərimə olunur”. Həmin müqaviləyə əlavə olunmuş xx.xx.2018-ci il tarixli razılaşmanın 2-ci bəndində göstərilir ki, “Tərəflər razılığa gəlirlər ki, "xxxx" SC-nin istehsal planı və texnolji proses nəzərə alınmaqla Satıcı bu razılaşmanı imzaladığı tarixdən etibarən 45 təqvim günü ərzində, yəni 31 iyul 2018-ci il tarixədək malları (Azərbaycan mənşəli şərab distilliatı) Alıcıya 22828.7 deka litr mütləq spirt miqdarında çatdırmağı öhdəsinə götürür”. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC-nin təqsirli hərəkətləri nəticəsində Cavabdeh həmin malları müqavilə ilə şərtləşdirilmiş zamanda "xxxx" SC-yə tədarük edə bilməmiş, bu səbəbdən də "xxxx" SC Cavabdeh-yə tədarük olunacaq malın gecikməsinə görə, aralarında olan işgüzar münasibətləri və sair nəzərə almaqla minimum həddə 44266.75 avro cərimə sanksiyası tətbiq etmiş, həmin cərimə Cavabdeh tərəfindən "xxxx" SC-yə ödənilmişdir, bu hal iddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli faktura sənədləri, xx.xx.2020-ci il tarixli, RS000000027 nömrəli qarşılıqlı hesablaşmalar aktı və "xxxx" SC-nin vəkil sorğusuna cavabı ilə təsdiq olunur. Göründüyü kimi, İddiaçı MMC-nin qanunsuz hərəkətləri nəticəsində (müqavilə öhdəlikləri üzrə malı vaxtında Alıcıya çatdırmadığından), Cavabdehyə 44266.75 avro zərər dəymişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 2-2018 nömrəli müqavilənin 2.3-cü bəndinə əsasən, İddiaçı MMC Cavabdeh-yə satdığı malları xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-nin Latviya Respublikası, Riqa şəhəri, Rensenu küçəsi, 10 A ünvanındakı gömrük anbarına təhvil verməli idi. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh və "xxxx" MMC arasında olan xx.xx.2005-ci il tarixli, TL 01 nömrəli “Gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən, anbar sahibi yüklərin qəbulu, saxlanması, yükləmə-boşaltma, malların daşınması, ekspedisiya xidmətləri, nəqliyyat xidmətləri, gömrük rəsmiləşdirilməsi, anbara qəbul olunmuş malın sığortalanması və sair xidmətləri göstərir ki, həmin xidmətlərə görə ödənişlər Sifarişçi tərəfindən həyta keçirilir. İddiaçı MMC-nin göndərdiyi mal xx.xx.2019-cu il tarixdə yükalan "xxxx" MMC-nin gömrük anbarına qəbul olunmuş və gömrük nəzarətinə götürülmüş, 6 sisterndə olan mal müşayiətedici sənədlərinə uyğun olmadığından, həmin malın alıcısı olan "xxxx" SC-nin həmin maldan imtina etdiyindən 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri (mal) 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisternləri (mal) 30 aprel 2019-cu il tarixdə Dövlət gömrük xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına göndərilmiş və həmin sisternlərdə olan mallar "xxxx" SC-yə təhvil verilənədək (xx.xx.2020-ci il tarixdək) Riqa azad ticarət limanda saxlanmışdır. İddiaçı MMC-nin Alıcıya göndərdiyi mal İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 2-2018 nömrəli müqavilənin (malın keyfiyyəti və sairlə bağlı) tələblərinə uyğun olduğu halda, həmin mal yük alan "xxxx" MMC-nin gömrük anbarına qəbul etdiyi gündən 15 gün ərzində malın alıcısı "xxxx" SC-yə təhvil verilməli idi. Lakin, həmin mal müqavilə tələblərinə uyğun olmadığından, uzun müddət "xxxx" MMC-nin gömrük anbarında (xx.xx.2019-cu il tarixdən - 30 aprel 2019-cu il tarixədək) və "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanında saxlanmışdır (29 aprel 2019-cu il tarixdən - xx.xx.2020-ci il tarixdək) ki, buna görə də, "xxxx" MMC həmin malın sığortası üçün nəzərdə tutulduğundan əlavə xərclər çəkmişdir ki, həmin xərclər Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, "xxxx" MMC-nin Cavabdeh-yə göndərdiyi xx.xx.2020-ci il tarixli, T 166 nömrəli hesab-fakturanın surətindən göründüyü kimi, yuxarıda qeyd olunan 6 sisternin sığortasına görə 88000 avro çəkdiyi xərci 5 gün ərizində ödənilməsini tələb etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında olan xx.xx.2020-ci il tarixli, RS ********* nömrəli qarşılıqlı hesablaşmalar aktına əsasən, həmin məbləğdən 60184.96 avro "xxxx" MMC-nin hesabına ödənilmişdir. xx.xx.2020-ci il tarixli, T 166 nömrəli hesab-fakturaya əlavənin surətində xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün 6 sisternin aksiz vergisinin ümumi təmin edilməsi üçün sığorta xərcləri dəqiq göstərilmişdir. Həmin hesab-fakturaya əlavə ilə müəyyən olunur ki, "xxxx" MMC 6 dəmir yolu sisternin (77331379 nömrəli dəmir yolu sisternin 471 günə sığorta xərci 10833 avro, 77329308 nömrəli dəmir yolu sisternin 503 günə sığorta xərci 11569 avro, 77326585 nömrəli dəmir yolu sisternin 532 günə sığorta xərci 12236 avro, 77311082 dəmir yolu sisternin 559 günə sığorta xərci 11180 avro, 77331361 dəmir yolu sisternin 669 günə sığorta xərci 15387 avro, 77302644 nömrəli dəmir yolu sisternin 777 günə sığorta xərci 14306 avro) sığorta xərci cəmi, 75511.63 avro ödənmişdir (Qeyd: Latviya Respublikası qanunvericiliyinə (Latviya Respublikası “Latviya Respublikası Dövlət Gəlir Xidməti haqqında” və Gömrük haqqında Qanunun) əsasən, alkoqollu içkilər üçün sığorta zəmanəti almadan, həmin mallar gömrük anbarına qəbul oluna bilməz, aksiz vergisinin təmin edilməsi üçün sığorta zəmanəti, idxal olunan mal ölkə ərazisinə daxil olanadək ödənməlidir). İş materialından göründüyü kimi, qeyd olunan 6 sistern “Çaxır Distilliyatı” xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-nin anbarına təhvil verilməli olduğundan "xxxx" MMC xx.xx.2018-ci il tarixdən sonuncu sistern 77302644 nömrəli dəmir yolu sisterni "xxxx" SC-yə təhvil verilən tarixədək sığorta zəmanəti ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli aksiz vergisinin ümumi təmin edilməsi üçün 1531838GİM19001 nömrəli kredit təşkilatının zaminliyinə dair sənədin surətindən göründüyü kimi, aksiz vergisinin ümumi təmin edilməsi üçün “Citadele Bank” SC "xxxx" MMC-nin 380000 avro sığorta zəmanəti təminatı vermişdir. Latviya Respublikası Dövlət Gəlir Xidməti "xxxx" MMC-yə LV **********7 nömrəli “Aksiz vergisinin ümumi təminatının vəsiqəsi” vermişdir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh-nin xx.xx.2020-ci il tarixli, RS000000044 nömrəli qarşılıqlı hesablaşmalar aktının surətindən göründüyü kimi, 15565.12 avro Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödəmişdir (xx.xx.2020-ci il tarixli, RS ********* nömrəli qarşılıqlı hesablaşmalar aktına əsasən, 60184.96 avro, hazırda isə 15565.12 avro, cəmi 75511.63 avro ödənmişdir). İddiaçı MMC-nin rəhbərliyinin Cavabdeh-yə göndərdiyi 6 sistern malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması, həmin mal barəsində Rusiya Federasiyası Gömrük Xidmətinin Mərkəzi ekspertkriminalistik gömrük idarəsi ekspertlərinin rəyi, fakt üzrə cinayət işinin başlanmasından və sairdən məlumatlı olmuş, hətta cinayət işi üzrə İddiaçı MMC-nin nümayəndələri ifadələr vermiş, cinayət işinin araşdırılması zamanı İddiaçı MMC hüquqlarının müdafiəsi ilə bağlı "xxxx" MMC-nin hüquqşünası X3 xx.xx.2018-ci il tarixli, 1/35 nömrəli, 21 nömrəli etibarnamə vermişdir. İddiaçı MMC-nin rəhbərliyinin xahişi və tapşırığı əsasında Cavabdeh xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının Pskov şəhərində "xxxx" MMC ilə “Hüquqkonsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18-LV nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı MMC-nin "xxxx" MMC-yə göndərdiyi və Rusiya Federasiyasının Pskov şəhərində saxlanılmış 6 sistern üzüm distilliyatı ilə bağlı Rusiya Federasiyası Gömrük, İstintaq Komitəsində və digər orqanlarda "xxxx" MMC hüquqi yardım göstərməli idi. "xxxx" MMC tərəfindən edilmiş hüquqi yardıma bağlı Cavabdeh-yə 57000 avronun (15 nömrəli, xx.xx.2019-cu il tarixli akta əsasən 15500 avro, 18 nömrəli, xx.xx.2019-cu il tarxli akta əsasən 22500 avro, 29 nömrəli, xx.xx.2019-cu il tarxli akta əsasən 19000 avro) ödənilməsi ilə bağlı sənədlər göndərilmişdir. “Citadele Bank” SC-nin beynəlxalq ödəniş sənədlərinin surətindən göründüyü kimi, Cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına xx.xx.2019-cu il tarixdə 38000 avro, xx.xx.2019cu il tarixdə 19000 avro cəmi, 57000 avro ödənilmişdir. Hüquq şirkəti olan "xxxx" MMC ilə Cavabdeh arasında hüquqi yardımla bağlı müqavilə İddiaçı MMC-nin rəhbərliyinin xahişi və tapşırığı əsasında olmuşdur. Razılaşmaya görə Cavabdeh-nin hüquqi yardıma görə "xxxx" MMC-yə ödəyəcəyi məbləğ, malın pulundan, yəni Cavabdeh-nin İddiaçı MMC-yə qalan borcundan çıxılmalı idi. Göründüyü kimi, İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi 6 sistern malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması, həmin sisternlərdə olan malın müşayiətedici sənədlərə uyğun olub-olmaması ilə hüquq mühafizə orqanlarında aparılan araşdırmalarla bağlı İddiaçı MMC-nin şifahi tapşırığı əsasında Cavabdeh "xxxx" MMC ilə hüquqi yardımla bağlı müqavilə bağlamış və nəticə etibarilə göstərilmiş hüquqi yardıma görə, "xxxx" MMC-yə 57000 avro ödəmişdir. Həmin 57000 avro İddiaçı MMC tərəfindən Cavabdeh-yə qaytarılmalıdır. Eyni zamanda "xxxx" SC Rusiya Federasiyası ərazisində 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərin 2018-2019-cu illərdə 9 ay boşdayanmasına görə "xxxx" MMC-dən 160000 avro məhkəmə qaydasında tələb etmiş, həmin iş Riqa şəhəri Lataqaliya Rayon Məhkəməsinin icraatında olmuşdur. Həmin məhkəmə mübahisəsinə görə "xxxx" MMC-nin qarşısında Cavabdeh məsuliyyət daşıdığından, bu işlə bağlı "xxxx" MMC-yə göstərilən hüquqi yardıma görə 5778.92 avro ödəniş Cavabdeh tərəfindən həyata keçirilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi mal tərəflər arasında olan müqavilə tələblərinə uyğun olduğu halda, "xxxx" SC və "xxxx" MMC arasında həmin sisternlərin 9 ay Rusiya Federasiyası ərazisində boşdayanmasına görə 160000 avroluq məhkəmə mübahisəsi yaranmazdı və Cavabdeh də, həmin mübahisəyə görə "xxxx" MMC-yə hüquqi yardımın əvəzini, 5778.92 avronu ödəməzdi. Ona görə də "xxxx" MMC-yə Riqa şəhəri Lataqaliya Rayon Məhkəməsində (iddiaçı "xxxx"ın iddiası üzrə) göstərilən hüquqi yardıma görə Cavabdeh-nin ödədiyi 5778.92 avro İddiaçı MMC-dən tutularaq, Cavabdeh-yə ödənilməlidir. İşin mübahisə yaratmayan halı ondan ibarətdir ki, (xx.xx.2018-ci il tarixli, 2- 2018 №-li müqavilə, həmin ilkin iddia, həm də qarşılıqlı iddia ərizəsi ilə müəyyən olunur) Cavabdeh bu müqavilə üzrə ilkin ödənişi, 200000 avronu İddiaçı MMC-yə xx.xx.2018-ci il tarixdə ödəmişdir. İddiaçı MMC-nin təqsirli hərəkəti nəticəsində həmin müqavilənin tələbləri kobud surətdə pozulmuşdur. Belə olduğu halda Cavabdeh-nin müqavilə üzrə avans kimi İddiaçı MMC-yə ödədiyi 200000 avro geri qaytarılmalıdır. Göründüyü kimi, Cavabdeh-nin mala görə avans ödədiyi 200000 Avronu müqavilə bağlanan zaman İddiaçı MMC-yə ödəmişdir və İddiaçı MMC həmin 200000 avronu 3 ildir ki, qanunsuz olaraq özündə saxlamasına baxmayaraq, mal Rusiya Federasiyası ərazisində saxlanılan zaman Cavabdeh-yə bəlli olmuşdur ki, mal keyfiyyət baxımından tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun deyildir. Bu səbəbdən İddiaçı MMC-nin Cavabdeh-yə məxsus 200000 avronu qanunsuz olaraq saxlamağı ilə bağlı illik beş faiz nəzərə alınmaqla hesablanması, Satıcının Alıcının məhkəmyədək pretenziya qaydasında müraciətinə cavab verdiyi tarixdən, xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Yəni, Cavabdeh-yə məxsus 200000 avronu qanunsuz olaraq, iki il özündə saxladığından illk beş faiz nəzərə olmaqla, 200000 avrodan əlavə, 20000 avro İddiaçı MMC-dən alınaraq Cavabdeh-yə ödənilməlidir. Yuxarıda göstərildiyi kimi, 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternlərindən (həmin mallar “Baltijas Balzams” SC-yə təhvil verilən zaman) ayrı-ayrılıqda götürülmüş nümunələr Cavabdeh-nin təşəbbüsü ilə (bu barədə öncədən İddiaçı MMC-nin pretenziyasına Cavabdeh-nin xx.xx.2019-cu il tarixli cavabında İddiaçı MMC-yə məlumat verilmişdir) İspaniyanın "xxxx" Şikətində keçirilmiş laborotoriya tədqiqatlarının xx.xx.2020-ci il tarixli rəyləri ilə müəyyən olunmuşdur ki, aparılan tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş mal nümunələri şərabın mənşəyinə uyğun gəlmir. Cavabdeh keçirilmiş bu tədqiqata görə "xxxx" şirkətinə cəmi, 3184.51 avro ödəmişdir ki, həmin məbləğ İddiaçı MMC-dən tutularaq, Cavabdeh-yə ödənilməlidir. İddia ərizəsinə əlavə olunmuş sənədlərin surətindən göründüyü kimi, həmin sənədlər rus, latış və ispan dillərindən Azərbaycan dilinə tərcümə olunmuş və notariat qaydasında təsdiq olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sənədlərin rus, latış və ispan dillərindən Azərbaycan dilinə tərcümə olunmasına və notariat qaydasında təsdiq olunmasına görə 3259 avro, xx.xx.2020-ci il tarixdən - xx.xx.2021-ci il tarixədək (qeyd: Cavabdeh-yə təqdim olunmuş “Hesab dövriyyəsi haqqında çıxarış”dan göründüyü bu çıxarış xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü deyil, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edir) 2131.37 avro, cəmi 5390.37 avro Cavabdeh tərəfindən Sjadristijs Sergejsin (qeydiyyat nömrəsi **********1 olan) bank hesabına ödənilmişdir. Eyni zamanda qeyd olunan sənədlərin Bakı şəhərinə poçtla göndərilməsi üçün poçt xidmətlərinə görə xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək 86.65 avro, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (qeyd: tərcümədə xx.xx.2021-ci il tarixi yanlış olaraq, xx.xx.2021-ci il göstərilmişdir) 272.63 avro, cəmi 359.28 Avro "xxxx" MMC-nin (UPS-in Latviyadakı səlahiyyətli təmsilçisi) bank hesabına ödənilmişdir. Cavabdeh-nin bu işlə bağlı sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariatda təsdiq olunmasına çəkdiyi 5390.37 avro və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərmə xərci 359.28 avro "xxxx" MMC-dən tutularaq Cavabdeh-yə ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli 2-2(121)-37/2021 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin olunaraq Cavabdeh-dən 361658 avro əsas borc və ödənişin gecikdirilməsinə görə illik 5%-lə hesablanmaqla 23086.66 avro faiz borcu olmaqla, cəmi 384744.66 avro məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 28.81 manat hissəsinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tam olaraq rədd olunması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı və Cavabdeh-nin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək ləğv olunması, ilk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh-yə qarşı "müqavilə üzrə öhdəliklərin icrasının təmin olunması" tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin cavabdeh İddiaçı MMC-yə qarşı "müqavilənin ləğvi, yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385, 386-cı maddələrinin tələbləri pozulmuşdur. Qarşılıqlı iddianı təmin etməyən birinci instansiya məhkəməsi qətnaməsini aşağıdakı dəlillərlə əsaslandırmışdır: 1.Birinci instansiya məhkəməsinin "xxxx" MMC-nin malı qəbul etməsi və alqı-satqı müqavilləsinin tələblərini pozması barədə dəlilləri ilə bağlı bildirmək istəyirik ki, malın Latviya Respublikası ərazisinə çatdırılması, malın Cavabdeh tərəfindən qəbul edilməsi anı kimi qəbul edilə bilməz. İş materiallarına əlavə edilmiş və məhkəmə qətnaməsində istinad olunmuş Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin gömrük əməkdaşlarının xx.xx.2019-cu il tarixli 27.21.3-4/91 nömrəli “Yoxlama akt”ına əsasən, 6 ədəd (77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli) dəmir yolu sisterinlərinin plombları yoxlanıldıqdan sonra, həmin sisterinlərin müşayətedici sənədləri ilə sisterinlərdə olan malın eyni olmasını müəyyən etmək üçün sisterinlərdən nümunələr götürülmüş, gömrük təşkilatının icazəsi olmadan mallara giriş və ya malların eyniləşdirilmə vasitələrinin çıxarılması "xxxx" MMC-nin rəhbərliyinə qadağan etmişdir. Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin gömrük əməkdaşları qeyd olunan 6 sisterində olan malın müşayətedici sənədlərinə uyğun olmadığını müəyyən etmiş, bu səbəbdən də “Latvijs Balzams” SC həmin malı Cavabdeh-dən almaqdan imtina etmişdir. Ona görə ki, həmin mal "xxxx" SC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinin tələblərinə uyğun olmamış, yəni həmin mal “çaxır distilliyyatı” deyil, ərzaq məhsullarından çəkilmiş spirt olmuşdur. Həmin sisternlər gömrük nəzarətinə götürüldükdən və həmin maldan "xxxx" SC almaqdan imtina etdikdən sonra Cavabdeh İddiaçı MMC-yə bu barədə məlumat vermiş, ona dəymiş zərəri qarşılamağı tələb etmiş, İddiaçı MMC zərəri ödəməkdən imtina etdikdə, xx.xx.2019-cu il tarixdə Cavabdeh İddiaçı MMC-nin elektron poçt ünvanına Pretenziya (bildiriş) göndərərək, həmin malın keyfiyyətinin aralarında olan müqavilənin tələbinə uyğun olmamsı və digər səbəblərdən, İddiaçı MMC-dən 617731 avro ziyanı, 200000 avro avans şəkilində ödədiyi pulu, malı “Alıcı”nın ərazisindən götürülməsini və malın “Satıcı”ya qaytarılması ilə əlaqədar bütün xərcləri ödəməsini tələb etmişdir. Malın “Satıcı”ya qaytarılması üçün 42000 avro İddiaçı MMC-dən tələb etmiş, İddiaçı MMC-nin Cavabdeh-nin elektron ünvanına xx.xx.2019-cu il tarixdə göndərdiyi məktubda Cavabdeh tələblərini qəbul etmədiklərini və malın pulunu tələb etdiklərini bildirmişlər. Bundan sonra Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli pretenziya (bildiriş) göndərərək, həmin pretenziyada ona dəymiş ziyana görə satıcıdan 618024 avro və ona göndərdiyi keyfiyyətsiz malı götürməyi təklif etmiş, malın götürülmədiyi halda, həmin malı hərracdan satacağını bildirmişdir. Həmin pretenziyaya İddiaçı MMC xx.xx.2019-cu il tarixli cavabında Cavabdeh qarşısında hər hansı borcunun olmamasını və “Alıcı”dan 364000 avro pul tələb etmişdir. Bundan başqa apellyasiya şikayətinə əlavə etdiyimiz sənədlərdən bəli olur ki, həqiqətən Cavabdeh mübahisəli malı qəbul etməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli, 01-19 nömrəli aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77331379 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC-nə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-3283 nömrəli, xx.xx.2019-cu il tarixli gömrük yoxlama aktında əksini tapmışdır. xx.xx.2019-cu il tarixli, 02-19 nömrəli aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77329308 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC-nə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-3358 nömrəli, xx.xx.2019-cu il tarixli gömrük yoxlama aktında əksini tapmışdır. xx.xx.2019-cu il tarixli, 03-19 nömrəli aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77326585 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC-nə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-3830 nömrəli, xx.xx.2019-cu il tarixli gömrük yoxlama aktında əksini tapmışdır. xx.xx.2019-cu il tarixli, 04-19 nömrəli aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77311082 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC-nə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-4189 nömrəli, xx.xx.2019-cu il tarixli gömrük yoxlama aktında əksini tapmışdır. xx.xx.2020-ci il tarixli, 01-20 nömrəli aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77331361 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC-nə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-0709 nömrəli, xx.xx.2020-ci il tarixli gömrük yoxlama aktında əksini tapmışdır. xx.xx.2020-ci il tarixli, 02-20 nömrəli aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77302644 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC-nə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-1454 nömrəli, xx.xx.2020-ci il tarixli gömrük yoxlama aktında əksini tapmışdır. Yuxarıda göstərilən sənədlərlə bir daha təsdiq olunur ki, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni isə 30 aprel 2019-cu il tarixdə Dövlət gömrük xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına saxlanmaq üçün yerləşdirilmiş, həmin sisterinlərdə olan mal "xxxx" SC-yə təhvil veriləndək, Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin nəzarəti altında olmuş heç bir vaxt "xxxx" MMC tərəfindən qəbul olunmamış, yalnız Cavabdeh həmin malın sahibi kimi "xxxx" SC-nə təhvil verilməsində iştirak etmişdir. Cavabdeh İddiaçı MMC-nin göndərdiyi 6 sistern malı qəbul etməmişdir. Mülki Məcəllənin 595-ci maddəsinə əsasən: 595.1. Alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alqı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyrimümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 595.3. Əgər satıcı alıcıya verilmiş əşyaların alqı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməzdi. İşə baxan birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə qeyd edilən Məcəllənin 595.1 və 595.2-ci maddələrinə istinad etsə də, qərəzli olaraq, 595.3-cü maddəsinə istinad etməmişdir, ona görə ki, məhkəmə həmin normanı tətbiq etdiyi halda, ilkin iddia tələbini təmin edə bilməzdi. İş materialları ilə tam sübuta yetirilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh-yə göndərilmiş 6 sistern malın keyfiyyət baxımından tərəflərin aralarında olan müqavilənin tələblərinə uyğun olmamasını İddiaçı MMC həmin malı göndərməmişdən öncə bilirdi.
2. Məhkəmənin qəbul etdiyi qətnamədə göstərilir ki, “Lüksium Vayns SL” şirkətinə təqdim olunmuş nümunələrin məhz İddiaçı MMC tərəfindən Cavabdeh-yə təqdim edilmiş mallardan götürülməsini təsdiq edən sənədlər iş materialında mövcud deyildir və "Azər Alko” MMC tərəfindən Cavabdeh-yə təqdim edilmiş mal xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə “Latviya Balzams” SC-yə satıldığı halda, həmin nümunələrin sonradan, xx.xx.2020-ci il tarixdə götürüləmsi ağlabatan və inandırıcı deyildir, qeyd olunan tarixdə həmin mallar Cavabdehnin sərəncamında olmamışdır. Məhkəmənin qeyd olunan dəlili ilə bağlı aşağıda göstərlənləri apellyasiya məhkəməsinin diqqətinə çatdırmaq istəyirik: İddiaçı MMC-nin Cavabdeh-yə ünvanladığı xx.xx.2019-cu il tarixli, 29 nömrəli pretenziyaya Cavabdeh-nin xx.xx.2019-cu il tarixli cavabında onlara göndərilmiş malların keyfiyyətinin aralarında bağlanmış müqavilənin tələblərinə uyğun olmamasını əsaslandırmaqla yanaşı, cavabdehə tədarük etdikləri məhsulların keyfiyyəti ilə bağlı mübahisələri birdəfəlik həll etmək məqsədilə birgə nümunələr götürmək və müstəqil Avropa laboratoriyasında malların keyfiyyətini yoxlamaq üçün İddiaçı MMC-nin nümayəndəsini Riqaya göndərməyi təklif etmiş, lakin İddiaçı MMC bu təklifi də qəbul etməmişdir. Bu səbəbdən həmin sisternlər "xxxx" SC-nə Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin nəzarəti altında təhvil verilərkən hər bir sisterndən ayrı ayrılıqda "xxxx" SC və Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin iştirakı ilə müvafiq qaydada sənədləşdirilməklə (protokollaşdırılmaqla) nümunələr götürülmüş (bu barədə Latviya Respublikası Dövlət Gəlir Xidmətinin Gömrük yoxlama aktlarında qeydlər aparılmışdır), yəni, həmin nümunələr xx.xx.2020-ci il tarixdə deyil, "xxxx" SC-nə hər bir sistern təhvil verilən gün götürülmüşdür. Sonuncu 77302644 nömrəli dəmir yolu sisterni məhkəmə qətnaməsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə deyil (həmin tarixdə Cavabdeh “Latvija Balzams” SC-nə sonucu sisternlə bağlı elektron qayimə göndərib), apellyasiya şikayətinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 02-20 nömrəli aktdan və ona əlavə olunmuş digər sənədlərdən göründüyü kimi xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Sonuncu nümunə götürüldükdən sonra, 6 sisterndən götürülmüş nümunələr birlikdə qablaşdırılaraq müvafiq analizlər aparılması üçün İspaniyanın “Lüksium Vayns SL” şirkətinə göndərilmiş, həmin nümunələr xx.xx.2020-ci il tarixdə həmin şirkətə çatdırılmış, həmin şirkətdə xx.xx.2020-ci il tarixdən həmin mal nümunələrinin tədqiqatına başlanmış və tədqiqat qurtardıqdan sonra xx.xx.2020-ci il tarixdə müvafiq rəylər verilmiş, həmin rəylərə əsasən, tədqiqat aparılmış mal nümunələrinin üzüm mənşəli olmaması təkrarən təsdiq olunmuşdur. 3.Qətnamədə göstərilir ki, “iddia ərizəsindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh-yə göndərilmiş malların Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanmasından, müvafiq ekspertizalrın nəticəsi olaraq tərtib edilmiş ekspert rəylərindən, malın tərkibində qeyriüzüm mənşəli spirtlərin olmasından 2018-ci ilin iyul ayında Cavabdeh-nin məlumatı olmuş, lakin buna baxmayaraq, həmin malın qəbul edilməməsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla İddiaçı MMC-yə hər-hansı irad bildirməmiş, başqa sözlə, malı qəbul etmiş, daha sonra isə malı satmışdır. Məhkəmənin qətnamədə qeyd olunan dəlili ilə bağlı bildirmək istəyirik ki, İddiaçı MMCnin Cavabdeh-yə göndərdiyi 6 sisterin malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması barədə bizim məlumatımız olmuş, lakin iş üzrə ekspert rəylərinin nəticələri barədə məlumatlar İddiaçı MMC-nin və Cavabdeh-nin səlahiyyətli nümayəndəsi "xxxx" MMC-nin hüquqşünası X6 tərəfindən Cavabdeh-yə şifahi surətdə sonradan bildirilmişdir. Nümayəndədən aldığı məlumatla bağlı Cavabdeh-nin rəhbərliyi İddiaçı MMC-nin rəhbərliyi ilə əlaqə saxlayaraq həmin malın keyfiyyət baxımından aralarında olan müqavilənin tələblərinə uyğun olmadığından, həmin maldan imtina etdiyini bildirmiş, lakin İddiaçı MMC-nin rəhbərliyi Cavabdeh-yə bu 6 sistern malla bağlı Cavabdeh-yə dəyə biləcək bütün zərərlərin əvəzini ödəyəcəklərinə söz vermişdir (cavabdehin bildirməsinə görə, həmin imtina olunacağı halda, Azərbaycan Respublikasında İddiaçı MMC-nin rəhbərliyinin və digər şəxslərin bərəsində cinayət işi başlanılmalı idi). Cavabdeh İddiaçı MMC arasında olan uzunmüddətli işgüzar münasibətləri nəzərə alaraq, həmin maldan cinayət işinin istintaqı aparalarkən imtina etməmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması, cinayət işinin icraatına xitam verilməsinə dair qərarlar və ekspert rəyləri cinayət işi üzrə icraata xitam verildikdən sonra (xx.xx.2019-cu il tarixdən sonra), təxminən 2019-cu ilin iyun ayında Cavabdeh-yə təqdim olunmuşdur.
4. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini təmin etməməsinin əsaslarından biri kimi Cavabdeh ilə İddiaçı MMC arasında olan müqavilənin 6-cı bəndinə istinad etmişdir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən, fors-major vəziyyətlərin təsiri və ya dövlət orqanlarının və ya hökumət qərarlarının yuxarıda göstərilən təsiri 2 aydan çox davam edərsə, tərəflər bir-birlərinə 14 təqvim günü əvvəl bildirməklə hazırkı müqaviləyə xitam vermək hüququna malikdir. Qeyd olunan müqavilənin 6.3-cü bəndinin tələbindən göründüyü kimi, fors-major vəziyyətlərin təsiri və ya dövlət orqanlarının və ya hökumət qərarlarının yuxarıda göstərilən təsiri 2 aydan çox davam edərsə, tərəflər bir-birlərinə 14 təqvim günü əvvəl bildirməklə hazırkı müqaviləyə xitam vermək hüququ tərəfin vəzifəsi deyil, hüququdur və həmin bənddə göstərilən hüquqdan istifadə etməməsi, sonradan Cavabdeh-ni İddiaçı MMC-yə qarşı aralarında olan müqavilədən imtina etməsindən və ya ona qarşı digər tələblərlə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir.
5. Məhkəmə qətnaməsini tərəflər arasında olan müqavilə tələblərinin pozulmasını, yəni 6 sistern malın alıcıya zamanında çatdırılmamsını, malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması, cinayət işinin başlanması, cinayət işinin icraatına xitam verilməsini, dövlət orqanlarının hərəkətlərinin təsiri kimi obyektiv məhdudiyyətlərlə əsaslandırmışdır. Ona görə hesab etmişdir ki, “belə hallarda müqavilənin 6.1-ci bəndinə əsasən, bu hallar İddiaçı MMC-nin müqavilə üzrə öhdəliklərin qismən və ya tamamilə pozulmasına görə məsuliyyətən azad edilməsinə əsasdır”. Məhkəmənin qeyd edilən dəlilini də aşağıda göstərilənlərə əsasən əsassız hesab edirik. Belə ki, malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanmasının və sairin səbəbi, fors-major hadisənin baş verməsi nəticəsində yaranmamışdır. Eyni zamanda Satıcının və ya Alıcının ölkələrinin dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən digər obyektiv məhdudiyyətlərin nəticəsi də deyil. Həmin malların Rusiya Federasiyası ərazisində saxlanmasının əsası, Pskov gömrük xidmətində xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 200.2-ci maddəsi ilə **********3000057 №-li cinayət işi başlanması, həmin cinayət işinin icraatına xitam verilməsi barədə qərarlarla müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində Pskov gömrüyünün Posin DYBM-nin gömrük postunda gömrük əməkdaşları tərəfindən Gömrük İttifaqının gömrük sərhədi vasitəsilə Azərbaycan Respublikasından Latviya Respublikasına qanunsuz hərəkət edən 77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinlərində daşınan malların qeyri-dəqiq gömrük bəyannaməsi olmuşdur. Göründüyü kimi, həmin sisternlərin uzun müddət RF ərazisində saxlanması, obyektiv halla bağlı olmamış, cavabdehin üzüm distiliyyatı əvəzinə, iddiaçıya qida xamamlından çəkilmiş spirt göndərməsi olmuşdur ki, bu hal iş materialları ilə sübuta yetrilir, işin mübahisəsiz halıdır. Cavabdeh müqavilə tələblərinə riayət edərək, “ГОСТ 31493-2012 “Çaxır distillyatı. Texniki şərtlər” keyfiyyətinə malik olmalı malı iddiaçıya göndərdiyi halda, həmin malın uzun müddət qanunsuz olaraq Rusiya Federasiyası ərazisində saxlanılması mümkünsüz idi. Cavabdeh isə daha çox pul əldə etmk üçün iddiaçıya “ГОСТ 31493-2012 “Çaxır distillyatı. Texniki şərtlər” keyfiyyətinə malik olmalı malın əvəzinə, bazarda ondan 5-6 dəfə ucuz olan qida xammalından çəkilmiş spirt göndərmiş və həmin mal ilə bağlı olan sənədləri saxtalaşdırmağa nail olmuşdur. 6.Məhkəmə qətnaməsində qarşılıqlı iddia ərizəsinin İddiaçı MMC-nin göndərdiyi 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə Cavabdeh-yə 160000 avro zərərin və İddiaçı MMC-nin təqsiri nəticəsində "xxxx" SC-nin Cavabdeh-yə malın gecikməsinə görə tətbiq etdiyi 44266.75 avro tutulması (cərimə sanksiyası) təmin olunmaması əsaslarını da, tərəflər arasında olan müqavilənin 6.1-ci bəndi ilə əsaslandırmağa çalışmışdır. Yuxarıda göstərdiyimiz kimi, 6 sisternin RF dəmir yollarında 9 aydan çox müddətdə boşdayanmasının və həmin malın Cavabdeh tərəfindən "xxxx" SCnə təhvil verilməsinin heç bir obyektiv halla əlaqəsi yoxdur, əksinə bu subyektiv halla bağlıdır, yəni bu hal İddiaçı MMC rəhbərliyinin birbaşa təqsiri nəticəsində baş vermişdir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı 25 mart 2020-ci il tarixli pretenziyanın (zərərə görə 160000 avro) surətindən, göründüyü kimi "xxxx" SC Rusiya Federasiyası ərazisində 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinlərin 2018-2019-cu illərdə 9 ay boşdayanmasına görə "xxxx" MMC-dən 160000 avro məhkəmə qaydasında tələb edib, bu səbəbdən də "xxxx" MMC də həmin 160000 avronu Cavabdeh-dən tələb etmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, 14 təqvim günü ərzində 160000 avro borcu ödəmədiyi halda, müqavilə üzrə gündə 0.5 % (323 gün) cərimə və qanunla müəyyən edilmiş borcun əsas məbləğin illik 6%-i ilə cərimə tətbiq olunacaqdır. Bu səbəbdən Cavabdeh xx.xx.2021-ci il tarixdə 6 sisternanın 9 ay Rusiya Federasiyası ərazisində boşdayanmasına görə "xxxx" MMC-nin bank hesabına 160000 avronu ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" SC və Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinin 5.2-ci bəndinə əsasən, “X12 1.1-ci bəndində göstərilən keyfiyyətdə, həcmdə və ya qrafikə uyğun tədarük etmirsə, Alıcıya vaxtında çatdırılmamış keyfiyyətli malların dəyərinin 0.5%-i miqdarında cərimə olunur”. Mülki işin materiallarına əlavə olunmuş tərəflər arasında xx.xx.2018-ci il tarixli razılaşmanın 2-ci bəndində göstərilir ki, “Tərəflər razılığa gəlirlər ki, "xxxx" SC-nin istehsal planı və texnolji proses nəzərə alınmaqla Satıcı bu razılaşmanı imzaladığı tarixdən etibarən 45 təqvim günü ərzində, yəni 31 iyul 2018-ci il tarixədək malları (Azərbaycan mənşəli şərab distilliatı) Alıcıya 22828.7 deka litr mütləq spirt miqdarında çatdırmağı öhdəsinə götürür”. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC-nin təqsirli hərəkətləri nəticəsində Cavabdeh həmin malları müqavilə ilə şərtləşdirilmiş zamanda "xxxx" SC-yə tədarük edə bilməmiş, bu səbəbdən də "xxxx" SC Cavabdeh-yə tədarük olunacaq malın gecikməsinə görə, aralarında olan işgüzar münasibətləri və sairi nəzərə almaqla minimum həddə 44266.75 cərimə sanksiyası tətbiq etmiş, həmin cərimə Cavabdeh tərəfindən "xxxx" SC-nə ödənilmişdir, bu hal iddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli faktura sənədləri, xx.xx.2020-ci il tarixli, RS000000027 nömrəli Qarşılıqlı Hesablaşmalar AKTİ və "xxxx" SC-nin vəkil sorğusuna cavabı ilə təkrarən təsdiq olunur. Göründüyü kimi, İddiaçı MMC-nin təqsirli hərəkətləri nəticəsində Cavabdeh-yə 44266.75 zərər vurması sübuta yetirilir. 7.Məhkəmə qətnaməsində qarşılıqlı iddia ərizəsinin 179694.27 avro zərərin İddiaçı MMC-dən tutulması hissəsini ona görə əsassız hesab etmişdir ki, "xxxx" SC ilə Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsində Cavabdeh tərəfindən "xxxx" SC-nə təqdim olunacaq malın İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi mal olması qeyd olunmamışdır. Cavabdeh ilə “Latviya Balzams” SC arasında olan müqavilədə Azərbaycan mənşəli məhsul yazılmışdır ki, həmin məhsulu başqa şəxslər də satmış ola bilərdi”. Aşağıda göstərilənlərə və iş materiallarına birinci instansiya məhkəməsində təqdim olunmuş mötəbər sübutlarla müəyyən olunur ki, iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı məhkəmənin gətirdiyi dəlillər əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş tərəflər arasındakı xx.xx.2018-ci l tarixli, 2-2018 nömrəli müqavilənin 1.2-ci bəndinə əsasən, İddiaçı MMC Cavabdeh-yə göndərməli olduğu malın həcmi, 36400 dekalitr olmalı olmağına baxmayaraq, iş materiallarına İddiaçı MMC tərəfindən əlavə edilən 34/19 nömrəli, xx.xx.2019-cu il tarixli maliyyə arayışından göründüyü kimi, İddiaçı MMC Cavabdeh-yə 36236 dekalitr mal göndərmişdir. İş materiallarına İddiaçı MMC-nin təqdim etdiyi Spesfikasıya sənədlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh-yə göndərdiyi 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinlərində olan distilliyatdan, mütləq spirtin həcmi 22830 dekalitr edir. İş materiallarına Cavabdeh tərəfindən əlavə olunmuş "xxxx" SC və Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" SC-nə Cavabdeh tərəfindən tədarük olunacaq malda mütləq spirtin həcmi 22828.7 dekalitr olması göstərilir. Göründüyü kimi qeyd edilən səndəlrdə mübahisəli malda mütləq spirtin həcmində cəmi 1.3 dekalitr fərq vardır ki, bu da sisternlərdə olan spirtin dərəcəsindən və sairdən aslı olaraq yarana bilər. Eyni zamanda, iş materiallarına vəkil sorğusu əsasında "xxxx" SC-nin verdiyi 04/2021-ci il tarixli, xx.xx.2020-ci il tarixli cavabında göstərilir ki, “SİA Rolands S” ilə aramızdakı razılaşmaya əsasən Azərbaycan Respublikası “X7 və Konyak zavodu"ndan şərab distilliyyatı ilə altı ədəd sisterna göndərilmiş və həmin sisternlər 2018-ci lin iyun ayının sonlarına “SİA Talbergs” gömrük-aksiz anbarına çatmalı idi. Həmin 6 sistern “SİA Talbergs” çatdıqda və bütün zəruri sənədlərin tədqiqindən sonra "xxxx" AC-nə şirkətinə təhvil verilməli idi, lakin həmin sisternalar naməlum səbəblərdən yalnız 2019-cu ilin aprelində “SİA Talbergs” anbarına çatdırılmışdır və bu zaman məlum olmuşdur ki, həmin sisternlərdə olan spirt, SİA Cavabdeh ilə aramızda olan xx.xx.2018-ci il tarixli “Tədarük” müqaviləsinin tələblərinə uyğun deyil, yəni spirt üzüm mənşəli deyil. Bu səbəbdən biz bu malı almaqdan imtina etdik və bundan sonra Cavabdeh SİA uzun müddət bu məhsulun bizə satılması barədə danışıqlar aparmış və "xxxx" SC və “Rolanas S” SİA arasında olan LV- 2019/08/008nömrəli, xx.xx.2019-cu il tarixli yeni “Tədarük” müqaviləsi bağlanmışdır”. Göründüyü kimi, qeyd edilən 6 sistern üzüm distilliyatının məhz Cavabdeh-yə İddiaçı MMC (keçmiş adı “X7 və Konyak zavodu") tərəfəfindən göndərilməli olması, "xxxx" SC-yə də öncədən bəlli idi. Ona görə ki, 2011-ci ildən 2018-ci ildək dövr ərzində “X7 və Konyak zavodu"nun üzüm distilliyyatı məhsulları Cavabdeh tərəfindən "xxxx" SC-nə dəfələrlə tədarük olunmuşdu. Məhkəmənin qətnamənin qeyd olunan hissəsində göstərdiyi “həmin məhsulu başqa şəxslər də satmış ola bilərdi” fikri ilə bağlı əlavə olaraq bildirmək istəyirik ki, məhkəmə Azərbaycan Gömrük Komitəsinə qeyd olunan şübhə yarada biləcək məsələ ilə bağlı, yəni 2018-ci ilin aprel-may aylarında Azərbaycan Respublikasının şərab istehsalı müəssisələrindən Cavabdeh-yə göndərilən mallar, həmin malların çeşidi və həcmi barədə sorğular verməklə də dəqiqləşdirə bilərdi. xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-dən alacağı malın 1 deka litrini "xxxx" SC-yə 31.5 avroya satmalı idi. Lakin, həmin mal bəlli səbəblərdən Riqa şəhərinə 9 aydan sonra çatdırılmış və Riqa şəhərinə gətirilmiş malın keyfiyyəti müqavilə üzrə tələblərə uyğun olmadığından, "xxxx" SC həmin malı almaqdan imtina etmiş, İddiaçı MMC isə Cavabdeh tərəfindən ona olunmuş xəbərdarlıqlara baxmayaraq, qeyd olunan keyfiyyətsiz malı İddiaçı MMC Cavabdeh götürməkdən imtina etdiyindən, malın pulunu tələb etdiyindən, Cavabdeh "xxxx" SC ilə həmin mal ilə bağlı təkrar danışıqlar aparmış və "xxxx" SC ilə LV-2019/08/008 nömrəli, xx.xx.2019-cu il tarixli yeni “Tədarük” müqaviləsi bağlanmasına nail olmuşdur. Həmin müqaviləyə olunmuş 1 nömrəli əlavəyə əsasən, tərəflər həmin malın 4014 deka litrini 24.70 avroya, qalan hissəsini isə 23.40 avroya tədarük olunması barədə razılığa gəlmişlər. "xxxx" SC və Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsi və xx.xx.2019-cu il tarixli, 2019/08/008 nömrəli “Tədarük” müqaviləsindəki malların qiymətləri arasındakı ciddi fərq, İddiaçı MMC-nin Cavabdeh-yə “Çaxır distilliyatı” əvəzinə, digər ərzaq məhsullarından hazırlanmış spirt göndərməsi olmuşdur. Nəticə etibarı ilə Cavabdeh 22828.7 dekalitr malı 31.5 avroya "xxxx" SC-nə sataraq, "xxxx" SC-dən cəmi 719104.05 avro almalı olduğu halda, İddiaçı MMC-nin keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi səbəbindən, 22828.7 dekalitr malın 4014 dekalitrini 24.70 avroya, 18814.7 dekalitrini 23.40 avroya, cəmi 539409.78 avroya satmışdır. Nəticə etibarı ilə Cavabdeh-yə qeyd olunan alqı-satqı müqaviləsi nəticəsində 179694.27 avro zərər dəymişdir.
8. Bundan başqa məhkəmə qətnaməsində qarşılıqlı iddia ərizəsinin xx.xx.2018-ci il tarixli, 2-2018 №-li müqavilə üzrə İddiaçı MMC-yə avans formasında ödədiyi 200000 avronun və həmin pul məbləğinin 2 illik dövr üçün saxlandığından illik 5% nəzərə alınmaqla 20000 avro əldən çıxmış faydanın tutulması hissəsinin təmin olunmaması ilə bağlıdır. Belə ki, işin mübahisə yaratmayan halı ondan ibarətdir ki, Cavabdeh bu müqavilə üzrə ilkin ödənişi avans olaraq 200000 avronu İddiaçı MMC-yə xx.xx.2018-ci il tarixdə ödəmişdir. İddiaçı MMC-nin təqsirli hərəkəti nəticəsində həmin müqavilənin tələbləri kobud surətdə pozulmuşdur. Belə olduğu halda Cavabdeh-nin müqavilə üzrə avans kimi İddiaçı MMC-yə ödədiyi 200000 avro geri qaytarılmalıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əməl gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Göründüyü kimi, Cavabdeh-nin mala görə avans ödədiyi 200000 avronu müqavilə bağlanan zaman İddiaçı MMC-yə ödəmişdir və İddiaçı MMC həmin 200.000 avronu 3(üç) ildir ki, qanunsuz olaraq özündə saxlamasına baxmayaraq, mal Rusiya Federasiyası ərazisində saxlanılan zaman Cavabdeh-yə bəlli olmuşdur ki, mal keyfiyyət baxımından tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun deyldir. Bu səbəbdən İddiaçı MMC-nin Cavabdeh-yə məxsus 200000 avronu qanunsuz olaraq saxlamağı ilə bağlı illik beş faiz nəzərə alınmaqla hesablanması, Satıcının Alıcının məhkəmyədək pretenziya qaydasında müraciətinə cavab verdiyi tarixdən, xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Yəni, Cavabdeh-yə məxsus 200000 avronu qanunsuz olaraq, iki il özündə saxladığından illk beş faiz nəzərə olmaqla, 200000 (iki yüz min) avrodan əlavə 20000 avro İddiaçı MMCdən alınaraq Cavabdeh-yə ödənilməlidir.
9. Bundan başqa məhkəmə qətnaməsində qarşılıqlı iddia ərizəsinin Cavabdeh-nin İspaniyanın "xxxx" Şikətində keçirilmiş laborotoriya tədqiqatlarına görə ödənilmiş 3184.51 avronun İddiaçı MMC-dən tutulması hissəsinin təmin olunmaması ilə bağlıdır. Apellyasiya şikayətimizin 2-ci bölməsində məhkəmə qətnaməsinin qeyd edilən dəlili ilə bağlı geniş əsaslandırma verdiyimizdən, təkrarçılığa yol vermədən hesab edirik ki, bu hissədə də iddia tələbimiz əsaslıdır və ona görə də Cavabdeh keçirilmiş bu tədqiqata görə "xxxx" şirkətinə ödədiyi 3184.51 avro İddiaçı MMC-dən tutularaq Cavabdeh-yə ödənilməlidir.
10. Məhkəmə qətnaməsində qarşılıqlı iddia ərizəsinin Cavabdeh-nin 6 sisterna malın "xxxx" MMC-yə daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə ödədiyi 75351.93 avronun İddiaçı MMC-dən tutulması hissəsinin təmin olunmaması ilə bağlıdır. Hesab edirik ki, qətnamənin həmin hissəsi qanunsuz və əsassızdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinləri 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni 30 aprel 2019-cu il tarixdə Dövlət Gəlirlər Xidmətinin nəzarəti altında "xxxx" MMCnin icarəsində olan Riqa azad ticarət limanına daşınmış və həmin mallar "xxxx" SC-yə təhvil verilənədək həmin limanda saxlanmışdır. İddia ərizəsinə əlavə olunmuş 12 ədəd Hesab-fakturalarla və X8 ilə müəyyən olunur ki, həmin 6 sisternanın daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə xx.xx.2019-cu il tarixdən-xx.xx.2020-ci il tarixədək Cavabdeh tərəfindən "xxxx" MMC-yə 75351.93 avro ödənilmişdir. İddiaçı MMC Cavabdeh-yə aralarında olan xx.xx.2018-ci il tarixli, 2-2018 nömrəli müqavilənin tələblərinə uyğun mal göndərdiyi halda, həmin mallar heç bir problem olmadan "xxxx" SCnə tədarük olunacaqdı, nə malın başqa yerə daşınmasına, orada uzun müddət saxlanmasına, mühafizə olunamsına və sairə də ehtiyac yaranmayacaqdı, hətta belə hallar yaransaydı belə, həmin zərərə görə İddiaçı MMC cavabdehlik daşımayacaqdı. Ona görə də iddia tələbinin bu hissəsi də qanuni və əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə də ləğv olunmalıdır.
11. Apellyasiya şikayətimizin digər dəlili qarşılıqlı iddia ərizəsinin hüquqi yardımla bağlı hissəsinin təmin olunmaması ilə bağlıdır. Cavabdeh-nin "xxxx" MMC-yə ödədiyi 62778.92 avronun İddiaçı MMC-dən tutulması hissəsini təmin etməyən məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə "xxxx" MMC ilə “Hüquq-konsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18-LV nömrəli müqavilədə "xxxx" MMC-nin məhz hazırkı mübahisə ilə əlaqədar, yoxsa Cavabdeh-nin digər işləri ilə bağlı bağlandığı müəyyən olunmur. Hesab edirlər ki, qətnamə həmin hissədə də qanunsuz və əsassızdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC-nin rəhbərliyinin Cavabdeh-yə göndərdiyi 6 sisterin malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanılmasından və fakt üzrə cinayət işinin başlanmasından məlumat aldıqdan sonra, cinayət işinin araşdırılması zamanı “ARAZ X4 və Konyak zavodu" (sonrakı adı İddiaçı MMC) hüquqlarının müdafiəsi ilə bağlı "xxxx" MMC-nin hüquqşünası X3 xx.xx.2018-ci il tarixli, 1/35 nömrəli, 21 nömrəli etibarnamə vermişdir. İddiaçı MMC-nin rəhbərliyinin xahişi və tapşırığı əsasında Cavabdeh xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının Pskov şəhərində "xxxx" MMC ilə “Hüquq-konsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18-LV nömrəli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, İddiaçı MMC-nin "xxxx" MMC-yə göndərdiyi və Rusiya Federasiyasının Pskov şəhərində saxlanılmış 6 sistern üzüm distilliyatı ilə bağlı Rusiya Federasiyası Gömrük, İstintaq Komitəsində və digər orqanlarda "xxxx" MMC hüquqi yardım göstərməli idi. Məhkəmənin yuxarıda qeyd olunan dəlili ilə bağlı apellyasiya instansiyasının diqqətinə çatdırmaq istəyirik ki, iş materialına tərəfimizdən təqdim olunmuş “Cinayət işi üzrə icraata xitam verilməsi”nə dair xx.xx.2019-cu il tarixli qərarın nəticə (qərara aldı hissəsində, tərcümədə yanlış olaraq qət etdi kimi tərcümə olunub) hissəsinin 3-cü bəndində göstərilir ki, “...77329308, 77326585, 77302644, 77331361 və 77331379 nömrəli dəmir yolu sisterinlərindən maddi sübut kimi tanıan spirt tərkibli maye ... yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzova qaytarılsın. Eyni zamanda iş materialına əlavə olunmuş xx.xx.2019-cu il tarixli qərarın əsaslandırcı (müəyyən etdim) hissəsinin sonunda həmin sisterilərdki malın yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzova artıq qaytarılmasından söhbət gedir. Yuxarıda göstərilənlən qərarlarda “yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzov” “ARAZ MMC X4 və Konyak zavodu"nun (sonrakı adı İddiaçı MMC) etibarnamə verdiyi, Cavabdeh "xxxx" MMC “Hüquq-konsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18-LV nömrəli müqaviləni icra edən, "xxxx" MMC-nin hüquqşünası X1. Yəni, iş materialları ilə bir daha təsdiq edilir ki, "xxxx" MMC-nin hüquqşünası X6 cianayət işinin istintaqı aparılarkən İddiaçı MMC-ni və Cavabdeh-ni təmsil etmişdir. Ona görə də Məhkəmənin yuxarda göstərilən dəlilini əsassız hesab edirik. İş materialına əlavə etdiyimiz “Citadle Bank” SC-nin Beynəlxalq ödəniş sənədlərinin surətindən göründüyü kimi, Cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına hüququ yardımla bağlı xx.xx.2019-cu il tarixdə 38000 avro, xx.xx.2019-cu il tarixdə 19000 avro cəmi, 57000 avro ödənilmişdir. Hüquq şirkəti olan "xxxx" MMC ilə Cavabdeh arasında hüquqi yardımla bağlı müqavilə İddiaçı MMC-nin rəhbərliyinin xahişi və tapşırığı əsasında bağlanmışdır. Razılaşmaya görə Cavabdeh-nin hüquqi yardıma görə "xxxx" MMC-yə ödəyəcəyi məbləğ malın pulundan, yəni Cavabdeh-nin İddiaçı MMC-yə qalan borcundan çıxılmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinin tələbinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Həmin Məcəllənin 784-cü maddəsinin tələbinə görə, vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Göründüyü kimi, İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi 6 sisterin malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanması, həmin sisternlərdə olan malın müşayətedici sənədlərə uyğun olub-olmaması ilə bağlı hüquq mühafizə orqanlarında aparılan araşdırmalarla bağlı Cavabdeh "xxxx" MMC ilə hüquqi yardımla bağlı müqavilə bağlamış və nəticə etibarı ilə göstərilmiş hüquqi yardıma görə, "xxxx" MMC-yə 57000 avro ödəmişdir ki, həmin 57000 avro İddiaçı MMC tərəfindən Cavabdeh-yə qaytarılmalıdır. Eyni zamanda, işin fakti hallarından göründüyü kimi, "xxxx" SC Rusiya Federasiyası ərazisində 6 ədəd dəmir yolu sisterinlərin 2018-2019-cu illərdə 9 ay boşdayanmasına görə "xxxx" MMC-dən 160000 avro məhkəmə qaydasında tələb edib, həmin iş Riqa şəhəri Lataqaliya Rayon Məhkəməsinin icraatında olmuşdur (bununla bağlı sənədlərin surəti iddia ərizəsinə əlavə olunub). Həmin məhkəmə mübahisəsinə görə "xxxx" MMC-nin qarşısında Cavabdeh məsuliyyət daşıdığından, bu işlə bağlı "xxxx" MMC-yə göstərilən hüququ yardıma görə 5778.92 avro ödəniş Cavabdeh tərəfindən həyata keçirilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi Mal tərəflər arasında olan müqavilə tələblərinə uyğun olduğu halda, "xxxx" SC və "xxxx" MMC arasında həmin sisternlərin 9 ay Rusiya Federasiyası ərazisində boşdayanmasına görə 160000 avroluq məhkəmə mübahisəsi yaranmazdı və Cavabdeh də həmin mübahisəyə görə "xxxx" MMC-yə hüquqi yardımın əvəzini, 5778.92 avronu ödəməzdi. Ona görə də "xxxx" MMC-yə Riqa şəhəri Lataqaliya Rayon Məhkəməsində (iddiaçı "xxxx"ın iddiası üzrə) göstərilən hüquqi yardıma görə Cavabdeh-nin ödədiyi 5778.92 avronun İddiaçı MMC-dən tutularaq Cavabdeh-yə ödənilməsi hissəsi ilə bağlı iddia tələbimiz əsaslı olduğundan təmin olunmalıdır.
12. Qarşılıqlı iddia ərizəsinin Cavabdeh-nin "xxxx" MMC-yə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin sığorta zəmanəti xərcinə görə) ödədiyi 75511.63 avronun İddiaçı MMC-dən tutulması hissəsini təmin etməyən məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qeyd olunan məbləğin nə məbləğ olduğu, nəyə görə ödənildiyi və nəyə görə İddiaçı MMC-dən tələb edildiyi iddia ərizəsindən və nümayəndənin izahatından məlum olmamışdır. Hesab edirlər ki, qətnamə qeyd olunan hissədə də qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC-nin göndərdiyi mal xx.xx.2019-cu il tarixdə yükalan "xxxx" MMC-nin gömrük anbarına çatdırılmış və gömrük nəzarətinə götürülmüş, 6 sisterində olan mal müşayətedici sənədlərinə uyğun olmadığından, həmin malın alıcısı olan "xxxx" SC-nin həmin maldan imtina etdiyindən 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinləri 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisternləri (Mal) 30 aprel 2019-cu il tarixdə Dövlət Gəlirlər Xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına göndərilmiş və həmin sisterinlərdə olan mallar "xxxx" SC-nə təhvil verilənədək Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin nəzarəti altında Riqa azad ticarət limanda saxlanmışdır. İddiaçı MMC-nin Alıcıya göndərdiyi mal tərəflər arasında xx.xx.2018-ci il tarixli 2-2018 nömrəli müqavilənin (malın keyfiyyəti və sairlə bağlı) tələblərinə uyğun olduğu halda, həmin mal yükalan "xxxx" MMC-nin gömrük anbarına qəbul etdiyi gündən 15 (on beş) gün ərzində malın alıcısı "xxxx" SC-nə təhvil verilməli idi. Lakin, həmin mal müqavilə tələblərinə uyğun olmadığından, təxminən 20 günə yaxın müddətdə "xxxx" MMC-nin gömrük anbarında, sonra isə "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanında saxlanmışdır (29 aprel 2019-cu il tarixdənxx.xx.2020-ci il tarixdək) ki, buna görə də "xxxx" MMC həmin malın sığortası üçün nəzərdə tutulduğundan əlavə xərclər çəkmişdir ki, həmin xərclər Cavabdeh tərəfindən "xxxx" MMCyə ödənilmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, "xxxx" MMC-nin Cavabdeh-yə göndərdiyi xx.xx.2020-ci il tarixli, T 166 nömrəli Hesab-fakturanın surətindən göründüyü kimi, yuxarıda qeyd olunan 6 sisterinin sığorta haqqına görə 88000 avro çəkdiyi xərci 5 gün ərizində ödənilməsini tələb etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında olan xx.xx.2020-ci il tarixli, RS ********* nömrəli Qarşılıqlı Hesablaşmalar AKTİ-na əsasən, həmin məbləğdən 60184.96 (altmış min yüz səksən dörd avro 96 senti) "xxxx" MMC-nin hesabına ödənilmişdir. xx.xx.2020-ci il tarixli, T 166 nömrəli Hesab-fakturaya Əlavənin surətində xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün 6 sisternanın aksiz vergisinin ümumi təmin edilməsi üçün sığorta xərcləri dəqiq göstərilmişdir. Həmin Hesab-fakturaya Əlavə ilə müəyyən olunur ki,"xxxx" MMC 6 dəmir yolu sisterinin (77331379 nömrəli dəmir yolu sisterinin 471 günə sığorta xərci 10833 avro; 77329308 nömrəli dəmir yolu sisterinin 503 günə sığorta xərci 11569 avro; 77326585 nömrəli dəmir yolu sisterinin 532 günə sığorta xərci 12236 avro; 77311082 dəmir yolu sisterinin 559 günə sığorta xərci 11180 avro; 77331361 dəmir yolu sisterinin 669 günə sığorta xərci 15387 avro;77302644 nömrəli dəmir yolu sisterinin 777 günə sığorta xərci 14306 avro) sığorta xərci cəmi, 75511.63 avro ödənmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, qətnamə sözügedən hissədə də əsassız olduğundan ləğv olunmalı, iddia tələbi Cavabdehnin "xxxx" MMC-yə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin sığorta zəmanəti xərcinə görə ödədiyi) 75511.63 avronun İddiaçı MMC-dən tutulması hissəsində təmin olunmalıdır.
13. Apellyasiya şikayətinin digər dəlili qarşılıqlı iddia ərizəsinin sənədlərin rus, latış və ispan dillərindən azərbaycan dilinə tərcümə olunmasına, notariat qaydasında təsdiq olunmasına və həmin sənədlərin Riqa şəhərindən Bakı şəhərinə poçtla göndərilməsi üçün poçt xidmətlərinə görə çəkilmiş xərclər hissəsinin təmin olunmaması ilə bağlıdır. Məhkəmənin qənaətinə görə Cavabdeh-nin sənədlərin rus, latış və ispan dillərindən azərbaycan dilinə tərcümə olunmasına, notariat qaydasında təsdiq olunmasına çəkdiyi 5390.37 avro və həmin sənədlərin Riqa şəhərindən Bakı şəhərinə poçtla göndərilməsi üçün poçt xidmətlərinə görə çəkdiyi 359.28 avro məhkəmə xərclərinə aid olsa da, həmin xərclər İddiaçı MMC-dən tutula bilməz. Hesab edirik ki, qətnamə həmin hissədə də qanunsuz və əsassızdır. Belə ki, işin faktiki hallarından və iddia ərizəsinə əlavə olunmuş sənədlərin surətindən göründüyü kimi, həmin sənədlərin hamısı rus, latış və ispan dillərindən azərbaycan dilinə tərcümə olunmuş və notariat qaydasında təsdiq olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sənədlərin rus, latış və ispan dillərindən azərbaycan dilinə tərcümə olunmasına və notariat qaydasında təsdiq olunmasına görə, cəmi 5390.37 avro və həmin sənədlərin Riqa şəhərindən Bakı şəhərinə poçtla göndərilməsi üçün poçt xidmətlərinə görə çəkilmiş xərclərə görə cəmi 359.28 avro "xxxx" MMC-dən tutularaq Cavabdeh-yə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, qətnamə sözügedən hissədə də əsassız olduğundan ləğv olunmalı, iddia tələbi Cavabdeh-nin "xxxx" MMC-yə iddia ərizəsinə əlavə olunmuş sənədlərin rus, latış və ispan dillərindən azərbaycan dilinə tərcümə olunmasına, notariat qaydasında təsdiq olunmasına görə, cəmi 5390.37 avro və həmin sənədlərin Riqa şəhərindən Bakı şəhərinə poçtla göndərilməsi üçün poçt xidmətlərinə çəkilmiş xərclərə görə, cəmi 359.28 avro avronun İddiaçı MMC-dən tutulması hissəsində təmin olunmalıdır.
c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı və cavabdeh "xxxx" MMC-nin vəkili və eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz ilkin iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh pretenziya məktubunda aralaırnda imzalanmış 12 aprel 2018-ci il tarixli müqaviləyə istinad edir ve geyd edir ki, şərtləri "xxxx" MMC tərəfindən pozulmşdur, satılan mala dair keyfiyyət müqavilənin şərtlərinə uyğun deyildir və mallar lazımı keyifyyətdə olmamışdır. Lakin aralaırnda imzalanmış 12 aprel 2018-ci il tarixli müqaviləyə uyğun olaraq alğı- satqı predmeti olan tərkibindəki spirt səviyyəsi 63% olan və 5 illik üzüm çaxırının emal olunmamış distilləsi keyfiyyət standartlarına uyğun şəkildə cavabdehə təhvil verilmişdir. Belə ki, həmin malların keyfiyyətli olmasına dair xx.xx.2018-ci il tarixli sertifikat, xx.xx.2018-ci il tarixli sınaq protokolu və forma A keyfiyyət sertifikatı mallarla birlikdə cavabdehə təqdim edilmişdir. Müqavilənin heç bir şərti və bəndi tərəflərindən pozulmamış, müqavilə üzrə öhdəliklər tərəflərindən tam və vaxtında yerinə yetirilmişdir. Belə ki, ilk öncə cavabdeh həmin zərərə uğradığını əsaslandırmamış və buna dair sübutları dəlilləri məhkəməyə təqdim etməmişdir. Tərəflərindən 12 aprel 2018-ci il tarixli müqavilənin şərtləri pozulmamış, müqavilə üzrə öhdəliklər öz tərəflərindən tam və vaxtında yerinə yetirilmişdir. Müqaviləyə əsasən malları vaxtında və keyfiyyət standartlarına uyğun olaraq cavabdehə təqdim etmişlər. Əksinə müqavilənin şərtləri cavabdeh tərəfindən tam icra edilməmiş, malların dəyəri tam ödənilməmişdir. Cavabdehə son olaraq xx.xx.2019-cu il tarixli pretenziya məktubu ilə müraciət olunmuş və müqavilə üzrə öhdəliklərin tam icra olunması, 364200 avro məbləğində pulun ödənilməsi xahiş olunmuşdur. Lakin pretenziya məktubları cavabsız qalmışdır. İş materiallarında olan sübutlardan da müəyyən olunur ki, pretenziya məktubu xx.xx.2019-cu il tarixində cavabdeh tərəfindən qəbul edilmişdir. Göründüyü kimi “X7 və Konyak Zavodu” ilə “Rolands S’MMC arasında bağlanılmış 12 aprel 2018-ci il tarixli 2-2018 saylı müqavilənin şərtləri ‘Azər Alko” MMC tərəfindən yerinə yetirilmiş, lakin Cavabdeh müqavilə üzrə öz öhdəliklərini tam şəkildə icra etməmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixdə tərikibində azı 63% alkoqol olan, 36236 dekalitr (müqavilə üzrə 36400 dekalitr olmalı idi) həcmdə 5 il saxlanılmış çaxır distillyatı xx.xx.2018-ci il tarixdə İddiaçı MMC tərəfindən Samur gömrük-sərhəd buraxılış məntəqəsində müvafiq müqavilələrə əsasən “Rolands S" MMC üçün daşıma xidmətini həyata keçirən "xxxx" SC-yə təhvil verilmişdir. Mal tərəflər arasında bağlanılmış müqavilənin 4.2-ci bəndində qeyd olunan bütün sənədlərlə müşayiət olunmuşdur. Təqdim olunmuş malın ГОСТ 31493-2012 “Çaxır distillyat. Texniki şərtlər” keyfiyyətinə malik olmaması ilə bağlı Cavabdeh-nin mövqeyindən yaranmışdır. Halbuki, malın ГОСТ 31493 - 2012 “Çaxır distillyat. Texniki şərtlər” keyfiyyətinə malik olmasına dair hansı sənədlərin təqdim edilməli olması aralaırnda bağlanılmış müqavilədə öz əksini tapmış və həmin sənədlər tərəflərindən "Rolands S” MMC-yə təqdim edilmişdir. Digər tərəfdən, müqavilənin 4.5-ci bəndinə əsasən, malın alınması zamanı alıcı malın qəbul edilməsi anından 5 iş günü ərzində tam analiz aparır. Əgər malın keyfiyyətinin ГОСТ 31493 - 2012 “Çaxır distillyatı. Texniki şərtlər" uyğun olmadığı müəyyən edilərsə, alıcı 2 iş günü ərzində akt tərtib edir və bu barədə yazılı şəkildə satıcıya məlumat verir. İş materiallarında olan sənədlərdən görünür ki, malın xx.xx.2019-cu il tarixdə Latviya Respublikasına çatmasına baxmayaraq, “Rolands S" MMC tərəfindən müqavilədə razılaşdırılmış qaydada, yəni 5 iş günü arzində malın analizi aparılmamış və 2 iş günündə müvafiq akt tərtib edərək, “Azər Alko" MMC-yə məlumat verməmişdir. “Rolands S" tərəfindən malın ГОСТ 31493 - 2012 “Çaxır distillyat. Texniki şərtlər" keyfiyyətinə olmamasını öncə Moskva şəhəri ekspertkriminalistik xidmətinin 18-20 iyul 2018-ci il tarixli gömrük ekspertlərinin rəyləri, daha sonra isə İspaniya şirkəti olan “Lüksium Vayns SL” şirkətinin aktları ilə əsaslandırır. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə udun olaraq, 36236 dal həcmində 5 illik, 63%lik emal edilməmiş çaxır distilyatının ГОСТ 31493-2012 standartlarına uyğun olmasına dair xx.xx.2018-ci il tarixli, 001349 saylı uyğunluq sertifikatı verilmişdir ki, İddiaçı MMC tərəfindən də həmin sertifikat Cavabdeh-yə təqdim edilmişdir. Sözügedən müqavilədə bundan başqa, yalnız malın alınmasından 5 iş günü ərzində müvafiq analizin aparılması və aktın tərtib edilməsi nəzərdə tutulmuşdur ki, malın xx.xx.2019-cu il tarixdə Latviya Respublikasına çatmasına baxmayaraq, həmin analiz yalnız bundan təqribən 1 il 4 ay sonra “Lüksium Vayns SL” şirkəti tərəfindən birtərəfli qaydada xx.xx.2020-сi il tarixdə aparılmışdır. Başqa sözlə, müqavilənin qeyd olunan şərti Cavabdeh-nin özü tərəfindən pozulmuşdur. Cavadeh apellyasiya şikayətində qeyd edir ki, “malın Latviya Respublikası ərazisinə çatdırılması, malın Cavabdeh tərəfindən qəbul edilməsi anı kimi qəbul adilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə qətnaməsində istinad olunmuş Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin gömrük əməkdaşlarının xx.xx.2019-cu il tarixli 27.21.3-4/91 nömrəli “Yoxlama aktına əsasən, 6 ədəd (77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli) dəmir yolu sisterinlərinin plombları yoxlanıldıqdan sonra, həmin sisterinlərin müşayətedici sənədləri ilə sisterinlərdə olan malın eyni olmasını müəyyən etmək üçün sisterinlərdən nümunələr götürülmüş, gömrük taşkilatının icazəsi olmadan mallara giriş və ya malların eyniləşdirilmə vasitələrinin çıxanlması"xxxx" MMC-nin rəhbərliyinə qadağan etmişdir. Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin gömrük əməkdaşları qeyd olunan 6 sisterində olan malın müşayətedici sanədlənnə uyğun olmadığını müəyyən etmiş, bu səbəbdən də “Latvijs Balzams” SC hamin malı Cavabdeh-dən almaqdan imtina etmişdir. Ona görə ki, həmin mal ‘Latvijas Balzams” SC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinin tələblərinə uyğun olmamış, yəni həmin mal “çaxır distıllıyyatı” deyil, ərzaq məhsullarından çəkilmiş spirt olmuşdur. Həmin sistemlər gömrük nezarətinə götürüldükdən və həmin malı "xxxx" SC almaqdan imtina etdikdən sonra, Cavabdeh İddiaçı MMC-yə bu barədə məlumat vermiş, ona dəymiş zərəri qarşılamağı tələb etmiş, İddiaçı MMC zərəri ödəməkdən imtina etdikdə, xx.xx.2019-cu il tarixdə Cavabdeh İddiaçı MMC-nin elektron poçt ünvanına Pretenziya (bildiriş) göndərərək, həmin malın keyfiyyətinin aralarında olan müqavilənin tələbinə uyğun olmamsı və diger səbəblərdən, İddiaçı MMC-dən 617731 avro ziyanı, 200000 avro avans şəkilində ödədiyi pulu, malı “Alıcının ərazisindən götürülməsini və malın “Satıcı’ya qaytarılması ilə əlaqədar bütün xərclən ödəməsini tələb etmişdir. Malın “Satıcı”ya qaytarılması üçün 42000 avro İddiaçı MMC-dən tələb etmiş, İddiaçı MMC-nin Cavabdeh-nin elektron ünvanına xx.xx.2019-cu il tarixdə göndərdiyi maktubda Cavabdeh tələblərini qəbul etmədiklərini və malın pulunu tələb etdiklərini bildirmişlər. Bundan sonra “Rolands S" MMC İddiaçı MMC-yə xx.xx.2019cu il tarixli Pretenziya (bildiriş) göndərərək, həmin pretenziyada ona dəymiş ziyana görə satıcıdan ona göndərdiyi keyfiyyətsiz malı götürməyi təklif etmiş, malın götürülmədiyi halda, malı hərracdan satacağını bildirmişdir. Həmin pretenziyaya İddiaçı MMC xx.xx.2019-cu il tarixli cavabında Cavabdeh qarşısında hər hansı borcunun olmamasını və “Alıcı”dan 364000 avro pul tələb etmişdir. Bununla bağlı bildirilir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür İddiaçı MMC tərəfindən Cavabdeh-yə göndərilmiş malların Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılmasından, müvafiq ekspertizaların nəticəsi olaraq tərtib edilmiş ekspert rəylərindən, malın tərkibində üzüm mənşəli spirtlərin olmamasından (Cavabdeh-nin mövqeyinə əsasən) 2018-ci ilin jyul ayında Cavabdeh-nin məlumatı olmuş, lakin buna baxmayaraq, həmin malın qəbul edilməməsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla bağlı İddiaçı MMC-yə hər-hansı irad bildirməmiş, başqa sözlə, malı qəbul etmiş, daha sonra isə satmışdır. Həmçinin aralarında bağlanılmış müqavilənin 6.1-ci bəndinə əsasən, hazırki müqavılə üzrə tərəflərin üzərinə qoyulan öhdəliklərin yerinə yetirilməməsi və ya vaxtında yerinə yetirilməməsi fors-major vəziyyətlərin, satıcının və ya alıcının ölkələrinin dövlət panlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir) edən digər obyektiv məhdudiyyətlərin nəticəsidirsə, tərəflər hazırki müqavilə üzrə öhdəliklərin qismən və ya tamamilə pozulmasına görə məsuliyyətdən azad edilirlər. Müqavilənin 6.3-cü bəndinə əsasən, fors-major vəziyyətlərin təsiri və ya dövlət orqanlarının və ya hökümət qərarlarının yuxarıda göstərilən təsiri 2 aydan çox davam edərsə, tərəflərin birilərinə 14 təqvim günü əvvəl bildirməklə hazırki müqaviləyə xitam vermək hüququna malikdir. İş materiallarından göründüyü kimi, mal Cavabdeh tərəfindən ("xxxx" SC vasitəsilə) Samur gömrük-sərhəd buraxılış məntəqəsində xx.xx.2018-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, Latviya Respublikasına xx.xx.2019-cu il tarixdə, yəni təqribən 10 aydan artıq müddət keçdikdən sonra çatmışdır. Belə olan halda, müqavilənin 6.3-cü bəndinə əsasən, Cavabdeh-nin 14 təqvim günü əvvəldən məlumat verilməklə müqaviləyə xitam vermək hüququna malik olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, bununla da, faktiki olaraq malı qəbul etdiyini nümayiş etdirmişdir. Cavabdeh bildirir ki, İddiaçı MMC tərəfindən ona təqdim edilmiş mal xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə "xxxx" SC-yə satılmışdır. Belə olan halda isə həmin nümunələrin sonradan, yəni xx.xx.2020-ci il tarixdə götürülməsi ağlabatan və inandırıcı deyildir. Qeyd olunan tarixdə həmin mallar Cavabdeh-nin sərəncamında olmamışdır. “Rolands S" MMC apelyasiya şikayətində bir tərəfdən qeyd edir ki, sözügedən mallar ümumiyyətlə ona çatdırılmayıb, həmçinin mallar onun Latvijas Balzams SC-yə satacağı mallar olmamışdır.Əgər mallar ona çatdılrılmamışdırsa, onda o malı o, necə sata bilib? Əgər mal Latvijas Balzams SC-yə satılacaq mal deyildisə, bəs “Rolands S" MMC həmin malı necə Latvijas Balzams SC-yə satıb? Bundan başqa, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, “Azər Alko" MMC tərəfindən Cavabdeh-yə göndərilmiş malların Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılmasından, müvafiq ekspertizaların nəticəsi olaraq tərtib edilmiş ekspert rəylərindən, malın tərkibində qeyri üzüm mənşəli spirtlərin olmasından (Cavabdeh-nin mövqeyinə əsasən) 2018-ci ilin iyul ayında “Rolands S" MMC-nin məlumatı olmuş, lakin buna baxmayaraq, həmin malın qəbul edilməməsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla bağlı İddiaçı MMC-yə hər-hansı irad bildirməmiş, başqa sözlə, malı qəbul etmiş, daha sonra isə satmışdır. Digər tərəfdən iş materiallarından göründüyü kimi, malın Latviya Respublikasına xx.xx.2019-cu il tarixdə çatmasının səbəbi malın Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılması, ekspertizaların keçirilməsi, nəticədə xx.xx.2018-ci il tarixli qərara əsasən, cinayət işi qaldırılması, xx.xx.2019-cu il tarixli qərarla cinayət işinə xitam verilməsi, sonradan xx.xx.2019-cu il tarixli cinayət işinə xitam verilməsi haqqında qararın ləğv edilməsi, daha sonra xx.xx.2019-cu il tarixdə yenidən cinayət işinə xitam verilməsi olmuşdur. Yəni həmin dövr ərzində mallar dövlət orqanlarının hərəkətlərinin və ya terəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən obyektiv məhdudiyyətlər nəticəsində vaxtında Cavabdeh-yə çatdırılmamışdır ki, belə hallarda müqavilənin 6.1-ci bəndinə əsasən, bu hallar İddiaçı MMC-nin müqavilə üzrə öhdəliklərin qismən və ya tamamilə pozulmasına görə məsuliyyətdən azad edilməsinə əsasdır. Ümumiyyətlə müqaviləyə əsasən onlar malı Samur gömrük postuna Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı sərhəddə qədər atdırmağı təmin etməli idilər. Onlar da öz öhdəliklərini yerinə yetirmişlər. Göründüyü kimi Şirvan Kommersiya Məhkəməsi iş üzrə düzgün araşdırma aparmış, hər hansı maddi və prosesual pozuntuya yol verməmişdir.
ç) Apellyasiya instansiya məhkəməsində əvvəlki icraat. Şirvan Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2-2(106)-228/2021 saylı qətnaməsi (hakimlər Z.Allahyarov, N.Mirzəyev və S.Mayılov) ilə iddiaçı və Cavabdeh-nin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti qismən təmin olunaraq Şirvan Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli 2-2(121)-37/2021 nömrəli qətnaməsi ləğv edilmiş, ilk iddia qismən təmin olunaraq Cavabdeh-dən 361658 (üç yüz altmış bir min altı yüz əlli səkkiz) avro məbləğində pulun ödəniləcək günə milli manatın Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə və ödənilmiş dövlət rüsumuna görə 10 manatın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia qismən təmin olunaraq, Cavabdeh-yə 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə dəymiş 160000 (bir yüz altmış min) avro zərər, İddiaçı MMC-nin keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi nəticəsində Cavabdeh-yə dəymiş 179694.27 (bir yüz yetmiş doqquz min altı yüz doxsan dörd avro, iyirmi yeddi avrosent) avro zərər, Cavabdeh tərəfindən İspaniyanın "xxxx" Şikətində aparılmış laborotoriya tədqiqatına görə ödənilmiş 3184.51 (üç min bir yüz səksən dörd avro, əlli bir avrosent) avro, içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin xx.xx.2019-cu il tarixdən - xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınması, orada saxlanması, mühafizəsi və sair xidmətlərə görə Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş 75351.93 (yetmiş beş min üç yüz əlli bir avro, doxsan üç avrosent) avro, İddiaçı MMC-nin təqsiri nəticəsində "xxxx" SC-nin Cavabdeh-yə malın gecikməsinə görə tətbiq etdiyi cərimə sanksiyasına görə Cavabdeh tərəfindən "xxxx" SC-yə ödənilmiş 44266.75 (qırx dörd min iki yüz altmış altı avro, yetmiş beş avrosent) avro, Cavabdeh tərəfindən (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin alkoqollu içkilərin aksiz vergisinin təmin edilməsinə görə ödədiyi sığorta zəmanəti xərcinə görə) "xxxx" MMC-yə ödədiyi 75511.63 (yetmiş beş min beş yüz on bir avro, altmış üç avrosent) avro, Cavabdeh tərəfindən iddiaçının müqavilə öhdəliklərini pozması nəticəsində hüquqi yardımla bağlı ödənilmiş 5000 (beş min) avro, Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariat qaydasında təsdiq olunmasına ödənilmiş 5390.37 (beş min üç yüz doxsan avro, otuz yeddi avrosent) avro və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərilməsinə görə ödənilmiş 359.28 (üç yüz əlli doqquz avro, iyirmi səkkiz avrosent) Avro, ümumilikdə 548758.74 (beş yüz qırx səkkiz min yeddi yüz əlli səkkiz avro, yetmiş dörd avrosent) avro ödəniləcək günə milli manatın Mərkəzi Bankın müəyyən etdiyi məzənnəsi üzrə və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manatın "xxxx" MMC-dən tutularaq Cavabdeh-nin xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissələrdə rədd olunması qət edilmişdir.
d) Kassasiya instansiya məhkəməsində icraat. Şirvan Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(106)-228/2021 saylı qətnaməsi iddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli 2-2(102)-186/2022 saylı qərarı (hakimlər İ.Dadaşov, B.Qəribov və B.Məmmədli) ilə kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - qarşılıqlı iddia tələbinin təmin olunduğu hissədə ləğv olunaraq iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
e) Kasasiya instansiyası məhkəməsinin göstərişləri. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini hissəvi ləğv edib, işi ləğv edilən hissədə yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq işə yenidən baxan məhkəmə üçün məcburi göstərişi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində və sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 noyabr tarixli, 2-2(106)-228/2021 saylı qətnaməsi qismən – qarşılıqlı iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı və Cavabdeh-nin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi, kassasiya instansiyasının qərarının 148-159cu abzaslarında əks olunmuş göstərişlərinə münasibətdə aşağıdakıları bildirdi:
1. 149-cu abzas: “İş materiallarına əsasən iddiaçı tərəfindən müqavilə predmeti olan mal 2018-ci il 25 avqust tarixdə cavabdehə çatdırılması üçün təhvil verilmiş, cavabdeh malı təhvil alan zaman müqavilədə nəzərdə tutulmuş müddət ərzində onun keyfiyyəti ilə bağlı irad bildirməmiş, cavabdeh tərəfindən 2020-ci il 7 avqust tarixdə şərab nümunələri yenidən yoxlanılması üçün İspaniyanın "xxxx" Şirkətinə göndərilmiş, cavabdeh müqavilənin tələblərinə uyğun olaraq 14 təqvim günü əvvəldən məlumat verilməklə müqaviləyə xitam vermək hüququna malik olsa da, bu hüququndan istifadə etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.5-ci bəndinə əsasən, malın alınması zamanı alıcı malın qəbul edilməsi anından 5 iş günü ərzində tam analiz aparır. Əgər malın keyfiyyətinin QOST 31493 – 2012 “Çaxır distilliyatı. Texniki şərtlər” uyğun olmadığı müəyyən edilərsə, alıcı 2 iş günü ərzində akt tərtib edir və bu barədə yazılı şəkildə satıcıya məlumat verir. Mülki qanunvericiliyin tələblərinə görə alıcı əşyanın qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehlik dayışır”. İş materialları ilə müəyyən olunur ki, müqavilə predmeti olan mal 2018-ci il 25 avqust tarixində deyil, 2019-cu ilin aprel ayında "xxxx" MMC-nin gömrük anbarına çatdırılmışdır. Malın Latviya Respublikası ərazisinə (və ya yük alanın gömrük anbarına) çatdırılması, malın Cavabdeh tərəfindən qəbul edilməsi anı kimi qəbul edilə bilməz. İş materiallarına əlavə edilmiş və məhkəmə qətnamələrində istinad olunmuş Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin gömrük əməkdaşlarının xx.xx.2019-cu il tarixli 27.21.3-4/91 nömrəli “Yoxlama akt”ına əsasən, 6 ədəd (77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli) dəmir yolu sisterinlərinin plombları yoxlanıldıqdan sonra, həmin sisterinlərin müşayətedici sənədləri ilə sisterinlərdə olan malın eyni olmasını müəyyən etmək üçün sisterinlərdən nümunələr götürülmüş, gömrük təşkilatının icazəsi olmadan mallara giriş və ya malların eyniləşdirilmə vasitələrinin çıxarılması "xxxx" MMC-nin rəhbərliyinə qadağan edilmişdir. Latviya Respublikası Dövlət Gəlirləri Xidməti 6 sisterində olan malın müşayətedici sənədlərinə uyğun olmadığını müəyyən etmiş, bu səbəbdən də "xxxx" SC həmin malı Cavabdeh-dən almaqdan imtina etmişdir. Ona görə ki, həmin mal "xxxx" SC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinin tələblərinə uyğun olmamış, yəni həmin mal “çaxır distilliyyatı” deyil, ərzaq məhsullarından çəkilmiş spirt olmuşdur. Həmin sisternlər gömrük nəzarətinə götürüldükdən və həmin maldan "xxxx" SC almaqdan imtina etdikdən sonra Cavabdeh İddiaçı MMC-yə bu barədə məlumat vermiş, ona dəymiş zərəri qarşılamağı tələb etmiş, İddiaçı MMC zərəri ödəməkdən imtina etdikdə, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC İddiaçı MMC-nin elektron poçt ünvanına Pretenziya (bildiriş) göndərərək, həmin malın keyfiyyətinin aralarında olan müqavilənin tələbinə uyğun olmadığndan, İddiaçı MMC-dən 617731 avro ziyanı, 200000 avro avans şəkilində ödədiyi pulu, malı isə “Alıcı”nın ərazisindən götürülməsini və malın “Satıcı”ya qaytarılması üçün 42000 avro İddiaçı MMC-dən tələb etmiş, İddiaçı MMC-nin Cavabdeh-nin elektron ünvanına xx.xx.2019-cu il tarixdə göndərdiyi məktubda Cavabdeh tələblərini qəbul etmədiklərini və malın pulunu tələb etdiklərini bildirmişlər. Bundan sonra Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli Pretenziya (bildiriş) göndərərək, həmin pretenziyada ona dəymiş ziyana görə satıcıdan 618024 avro və ona göndərdiyi keyfiyyətsiz malı götürməyi təklif etmiş, malın götürülmədiyi halda, həmin malı hərracdan satacağını bildirmişdir. Həmin pretenziyaya İddiaçı MMC xx.xx.2019-cu il tarixli cavabında Cavabdeh qarşısında hər hansı borcunun olmamasını, ona göndərdiyi malın keyfiyyətinin aralarında olmuş müqavilə tələblərinə uyğun olduğu bildirmiş və “Alıcı”dan 364000 avro pul tələb etmişdir. Eyni zamanda iş materiallarına (apellyasiya şikayətinə) əlavə edilmiş aşağıda sadalanan sənədlərlə sübuta yetirilir ki, Cavabdeh mübahisəli malı qəbul etməmişdir. xx.xx.2019-cu il tarixli, 01-19 saylı aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77331379 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC-nə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-3283 nömrəli, xx.xx.2019-cu il tarixli Gömrük yoxlama aktında əksini tapmışdır. xx.xx.2019-cu il tarixli, 02-19 saylı aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77329308 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC-nə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-3358 nömrəli, xx.xx.2019-cu il tarixli Gömrük yoxlama aktında əksini tapmışdır. xx.xx.2019-cu il tarixli, 03-19 saylı aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77326585 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC-nə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-3830 nömrəli, xx.xx.2019-cu il tarixli Gömrük yoxlama aktında əksini tapmışdır. xx.xx.2019-cu il tarixli, 04-19 saylı aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77311082 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC-nə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-4189 nömrəli, xx.xx.2019-cu il tarixli Gömrük yoxlama aktında əksini tapmışdır. xx.xx.2020-ci il tarixli, 01-20 saylı aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77331361 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC-nə təhvil verilməsi prosesi Dövlət Gəlir Xidmətinin MAALV0002xx/xx-0709 nömrəli, xx.xx.2020-ci il tarixli Gömrük yoxlama aktında əksini tapmışdır. xx.xx.2020-ci il tarixli, 02-20 saylı aktdan göründüyü kimi Riqa Azad Ticarət Limanında saxlanlan 77302644 nömrəli dəmir yolu sisternində olan spirt məhlulu "xxxx" SC-nə təhvil verilmiş, həmin malla bağlı idxal gömrük bəyannaməsi xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmiş, həmin sisterndə olan spirt məhlulunun "xxxx" SC-nə təhvil verilməsi prosesi Dövlət Gəlirlər Xidmətinin MAALV0002xx/xx-1454 nömrəli, xx.xx.2020-ci il tarixli Gömrük yoxlama aktında əksini tapmışdır. Yuxarıda göstərilən sənədlərlə bir daha təsdiq olunur ki, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni isə 30 aprel 2019-cu il tarixdə Dövlət gömrük xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa Azad Ticarət Limanına saxlanmaq üçün yerləşdirilmiş, həmin sisterinlərdə olan mal "xxxx" SC-yə təhvil veriləndək, Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin nəzarəti altında olmuş, heç bir vaxt "xxxx" MMC tərəfindən qəbul olunmamış, yalnız Cavabdeh həmin malın sahibi kimi "xxxx" SC-nə təhvil verilməsi prosesində iştirak etmişdir. İş materialında cavabdeh tərəfindən 2020-ci il 7 avqust tarixdə şərab nümunələri yenidən yoxlanılması üçün İspaniyanın "xxxx" Şirkətinə göndərilməsi ilə bağlı sənəd yoxdur (bu barədə izahtın 5-ci bəndində dəlillərimizi ətraflı göstərmişik). Mülki Məcəllənin 595-ci maddəsinə əsasən: 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyrimümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 595.3. Əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməzdi. İş materialları ilə tam sübuta yetirilir ki, İddiaçı MMC öncədən bizə göndərdiyi malın keyfiyyət baxımından aramızda olan müqavilənin tələblərinə uyğun olmadığını bilmişdir. Bir anlığa şərti olaraq qəbul etsək ki, həmin malı bizə göndərən zaman malın keyfiyyətinin müqavilə tələblərinə uyğun olmadığını bilmirdi (iddiaçı hətta Rusiya Federasiyasında aparılmış ekspertizanın nəticələri ilə razılaşmırdı və bizi inandırmışdı ki, həmin mal çaxır distilliyyatıdır). Sonradan bizə bəlli oldu ki, iddiaçı 11 mart 2019-cu il tarixdə “Sebej” DYS-ə məktubla müraciət edərək, göndərdiyi malın üzüm spirtindən deyil, qida xammalının distillə edilməsi nəticəsində alınan spirt tərkibli məhsul olmasını təsdiq etmişdir. və həmin malın kodunun 22089077(08) kimi qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi bizə göndərilmiş malın keyfiyyət baxımından müqavilə tələblərinə uyğun olmamasını iddiaçı öncədən bilirmiş. Belə olduğu halda Mülki Məcəllənin 595.3-cü maddəsinin tələbinə görə bizim həmin keyfiyyətsiz mal ilə bağlı Mülki Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad etməyimizə zərurət yaranmır. İş materialları ilə təsdiq olunur ki, bizim iradəmizdən aslı olmayan səbəblərdən həmin malı qəbul etmək imkanımız belə olmayıb. İddiaçının 11 mart 2019-cu il tarixdə “Sebej” DYS-ə məktubu barədə məlumatı aldıqdan dərhal sonra, iddiaçıya göndərdiyi malın keyfiyyət göstəricilərinə uyğun olmadığından həmin maldan imtana etməyimiz barədə danışıqlar aparmışıq və yuxarıda göstərilən pretenziyaları ona göndərmişik.
2. 150-ci abzas: “Məhkəmə kollegiyası malın saxlanılması, daşınması, mühafizəsi və aksiz vergisinə görə ödənilmiş vəsaitlərin də iddiaçıdan tutulmalı olmasına münasibətdə vurğulayır ki, həmin xərclərin müqavilə tərəfi olaraq məhz iddiaçı tərəfindən ödənilməli olması müqavilə ilə nəzərdə tutulmamışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, təchizat şərtləri STP Samur kimi nəzərdə tutulmuş və iş materiallarına əsasən mal Samur gömrük sərhəd buraxılış məntəqəsində müqavilənin müddəti çərçivəsində cavabdehin yükdaşıyıcısına təhvil verilmişdir. Cavabdehə təhvil verilmiş malın sonradan daşınması məqsədi ilə cavabdeh tərəfindən icarəyə götürülmüş sisternlərə görə icarə haqqı və onların sığortalanmasına görə sığorta haqqının iddiaçıdan tutulması, habelə, gömrük, aksiz vergisi və s. ödənişlər qanunvericiliklə müəyyən olunmuş ödənişlər olduğundan, malın keyfiyyəti barədə irad bildirməyərək onu qəbul etmiş cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən ödənilməli olması hissəsində apellyasiya məhkəməsinin qətnaməsi maddi hüquq normaları ilə əsaslandırılmamışdır”. Cavabdeh malı qəbul etməsi və malın keyfiyyəti ilə əlaqədar iradların bildirilməməsi ilə bağlı 1-ci abzasda ətraflı əsaslandırma vermişik, həmin ptretenziyaların məzmunu Ali Məhkəmənin Qərarının 32 və 35-ci abzaslarında öz əksini tapmışdır. İş materialında cavabdeh tərəfindən icarəyə götürülmış sisternlərə görə iddiaçıdan icarə haqqı tələb edilməsi, gömrük, aksiz vergisi ilə bağlı tələblər yoxdur və bu barədə apellyasiya məhkəməsinin qətnaməsində heç nə yoxdur. Malın Samur gömrük sərhəd buraxılış məntəqəsində müqavilənin müddəti çərçivəsində cavabdehin yükdaşıyıcısına təhvil verilməsi, iddiaçını məsuliyyətdən azad etmir. Tərəflər arasında olan müqavilənin 2.3-cü bəndində göstərilir ki, mal Yükalanın-"xxxx" MMC-nin anbarına 20 iyun 2018-ci il tarixədək tədarük ediləcək. Həmin malın Rusiya Federasiyası ərazisində 9 aydan artıq saxlanmasına görə məsuliyyəti yuxarıda göstərilən səbəblərdən iddiaçı daşıyır. Ona görə də cavabdehə dəymiş zərər iddiaçıdan tutulmalıdır. Malın saxlanılması, daşınması (burda daşınma dedikdə, malın Azərbaycan Respublikası sərhədindən Latviya Respublikasının Riqa şəhərinə daşınmasından deyil, "xxxx" MMC-yə məxsus gömrük anbarından, Riqa azad ticarət limanına daşınmasından söhbət gedir. Samur sərhəd keçid məntəqəsindən "xxxx" MMC-yə məxsus gömrük anbarınadək olan yol haqqı cavabdeh tərəfindən (35000 avro) ödənilib, həmin məbləğin mübahisəyə aidiyyəti yoxdur), mühafizəsi və həmin malların sığortalanmasına görə sığorta haqqının iddiaçıdan tutulması tərəflər arasında müqavilədə nəzərdə tutulmasa da, Mülki Məcələnin müvafiq maddələrinin tələbinə görə, cavabdehə dəymiş qeyd edilən zərərə görə məhz idddiaçı məsuliyyət daşıyır.
3. 151-ci abzas: “Apellyasiya instansiyası məhkəməsinin malın Rusiya Federasiyasında boş dayanmasına görə iddiaçıdan pulun tutulmasına dair mövqeyinə münasibətdə qeyd olunmalıdır ki, boşdayanmaya səbəb, malın Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılması, ekspertizaların keçirilməsi, nəticədə 2018-ci il 3 avqust tarixli qərara əsasən, cinayət işinin qaldırılması, 2019-cu il 25 fevral tarixli qərarla cinayət işinə xitam verilməsi, sonradan 2019-cu il 25 fevral tarixli cinayət işinə xitam verilməsi haqqında qərarın ləğv edilməsi, daha sonra 2019-cu il 6 may tarixdə yenidən cinayət işinə xitam verilməsi olmuşdur. Başqa sözlə, həmin dövr ərzində mallar dövlət orqanlarının hərəkətləri və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən obyektiv məhdudiyyətlər nəticəsində vaxtında cavabdehə çatdırılmamışdır. Mal cavabdeh tərəfindən ("xxxx", SC vasitəsilə) Samur gömrük - sərhəd buraxılış məntəqəsində 2018-ci il 25 may tarixdə qəbul edilməsinə baxmayaraq, Latviya Respublikasına 2019-cu il 10 aprel tarixdə, yəni təqribən 10 aydan artıq müddət keçdikdən sonra çatmışdır. Belə olan halda, müqavilə şərtlərinə tam uyğun olmayan tədarük edilmiş malı öz iradəsi ilə kənar təsir olmadan qəbul etməklə, müqavilənin 6.3-cü bəndinə əsasən 14 təqvim günü əvvəldən məlumat verilməklə müqaviləyə xitam vermək hüququna malik olmasına baxmayaraq, cavabdeh bu hüququndan istifadə etməmiş, bununla da faktiki olaraq malı qəbul etdiyini nümayiş etdirmişdir. Apellyasiya məhkəməsi bu zaman həmçinin tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinin tələblərini də tam nəzərə almamışdır. Belə ki, müqavilənin 6.1-ci bəndinə əsasən, hazırkı müqavilə üzrə tərəflərin üzərinə qoyulan öhdəliklərin yerinə yetirilməməsi fors-major vəziyyətlərin, satıcının və ya alıcının ölkələrinin dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən digər obyektiv məhdudiyyətlərin nəticəsidirsə, tərəflər hazırkı müqavilə üzrə öhdəliklərin qismən və ya tamamilə pozulmasına görə məsuliyyətdən azad edilirlər”. Malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə uzun müddət saxlanmasının səbəbi, fors-major hadisənin baş verməsi nəticəsində yaranmamışdır. Eyni zamanda Satıcının və ya Alıcının ölkələrinin dövlət orqanlarının hərəkətlərinin və ya Tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavasitə təsir edən digər obyektiv məhdudiyyətlərin nəticəsi də deyildir. Həmin malların Rusiya Federasiyası ərazisində saxlanmasının əsası, Pskov gömrük xidmətində xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 200.2-ci maddəsi ilə **********3000057 №-li cinayət işi başlanması, həmin cinayət işinin icraatına xitam verilməsi barədə qərarlar ilə müəyyən olunur. Həmin qərarlarla müəyyən olunur ki, Azərbaycan Respublikasından Latviya Respublikasına qanunsuz hərəkət edən 77311082, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinlərində daşınan malların qeyri-dəqiq gömrük bəyannaməsi həmin malların saxlanmasına səbəb olmuşdur. Göründüyü kimi, həmin sisternlərin uzun müddət RF ərazisində saxlanması, obyektiv halla bağlı olmamış, iddiaçının üzüm distiliyyatı əvəzinə, cavabdehə qida xamamlından çəkilmiş spirt göndərməsi olmuşdur ki, bu hal iş materialları ilə tam sübuta yetrilir və işin mübahisəsiz halıdır. İddiaçı müqavilə tələblərinə riayət edərək, “QOST 31493-2012 “Çaxır distillyatı. Texniki şərtlər” keyfiyyətinə malik olmalı malı cavabdehə göndərsəydi, həmin mal uzun müddət Rusiya Federasiyası ərazisində saxlanılmazdı və gömrük yoxlaması tez başa çatardı. Tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinin tələbindən göründüyü kimi, fors-major vəziyyətlərin təsiri və ya dövlət orqanlarının və ya hökumət qərarlarının yuxarıda göstərilən təsiri 2 aydan çox davam edərsə, tərəflər bir-birlərinə 14 təqvim günü əvvəl bildirməklə hazırkı müqaviləyə xitam vermək hüququ tərəfin vəzifəsi deyil, hüququdur və həmin bənddə göstərilən hüquqdan istifadə etməmə, sonradan Cavabdeh-nin İddiaçı MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququndan məhrum etmir və işə baxan məhkəmə qeyd olunan əsasla iddianı rədd edə bilməz.
4. 152-ci abzas: “Cavabdehin ona dəymiş 179694.27 avro zərərin ödənilməsinə dair tələbi onun tərəfindən 2018-ci il 7 iyun tarixli müqavilə üzrə “Latvijas Balzams" SC-yə satmalı olduğu, lakin nəticədə 2019-cu il 22 avqust tarixli müqavilə ilə satdığı malların dəyəri arasındakı fərqlə əsaslandırılmışdır. İş materiallarına əsasən həmin müqavilələrin predmetinin məhz 2018-ci il 12 aprel tarixli, 2-2018 saylı müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh-yə təqdim olunacaq malın təşkil etdiyi müəyyən olunmur. Həmin müqavilələrdə "xxxx" SC-yə təqdim olunacaq malın yalnız Azərbaycan mənşəli şərab spirit (distillyatı) olması qeyd olunmuşdur. Yəni həmin şərab spirtinin (distillyatının) məhz İddiaçı MMC tərəfindən təqdim olunacaq mal olması müqavilələrdə qeyd edilməmişdir. Halbuki, Azərbaycan mənşəli məhsulları satan yeganə şəxs İddiaçı MMC deyildir. Həmin məhsulu digər şəxslər də satmış ola bilər. Digər tərəfdən Cavabdeh təqdim olunmuş malın keyfiyyətinin müqaviləyə uyğun olmadığını iddia edirdisə və bu hal ona malın artıq Rusiya Federasiyası ərazisində Pskov gömrük idarəsi tərəfindən saxlanılmasından, müvafiq ekspertizaların nəticəsi olaraq tərtib edilmiş ekspert rəylərindən sonra (2018-ci ilin iyul ayında) məlum olmasına baxmayaraq, ağlabatan müddətdə İddiaçı MMC-yə bildiriş verməmiş, həmin malın qəbul edilməməsi, geri qaytarılması, malın əvəz edilməsi və digər hallarla bağlı İddiaçı MMC-yə hər hansı irad bildirməmiş, başqa sözlə malı qəbul etmişdir”. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci l tarixli, 2-2018 saylı müqavilənin 1.2-ci bəndinə əsasən, İddiaçı MMC Cavabdeh-yə göndərməli olduğu malın həcmi, 36400 dekalitr olmalı olmağına baxmayaraq, İddiaçı MMC tərəfindən iş materiallarına əlavə etdiyi 34/19 nömrəli, xx.xx.2019-cu il tarixli maliyyə arayışından göründüyü kimi, İddiaçı MMC Cavabdeh-yə 36236 dekalitr mal göndərmişdir. İş materiallarına İddiaçı MMC-nin təqdim etdiyi Spesfikasıya sənədlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh-yə göndərdiyi 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinlərində olan distilliyatdan, mütləq spirtin həcmi 22830 dekalitrdir. İş materiallarına Cavabdeh tərəfindən əlavə olunmuş "xxxx" SC və Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" SC-nə Cavabdeh tərəfindən tədarük olunacaq malda mütləq spirtin həcmi 22828.7 dekalitr olması göstərilir. Göründüyü kimi qeyd edilən səndəlrdə mübahisəli malda mütləq spirtin həcmində cəmi 1.3 dekalitr fərq vardır ki, bu da sisternlərdə olan spirtin dərəcəsindən, havanın tempraturundan və sairdən aslı olaraq ola bilər. İş materialında olan mallara dair sənədlərlə müəyyən olunur ki, göndərilmiş spirtin miqdarı 0.2 dərəcə çox və ya az ola bilməsi qəbul ediləndir. Qeyd edilən spirt məhlulunun "xxxx" SC-nə təhviltəslim sənədlərindən görünür ki, təhvil verilən mallarda spirtin miqdarı hər sisterndə fərqlidir, yəni 61-63 dərəcə arasında dəyişir. Qeyd edilənlərlə bir daha təsdiq olunur ki, cavabdehin "xxxx" SC ilə bağladığı tədarük müqaviləsində göstərilən Azərbaycan mənşəli spirt iddiaçının cavabdehə göndərdiyi spirtdir, əks halda yuxarıda qeyd olunan malın çəkisində ciddi fərq yarana bilərdi. Eyni zamanda iş materiallarında olan vəkil sorğusuna "xxxx" SC-nin verdiyi xx.xx.2020-ci il tarixli cavabında göstərilir ki, “SİA Rolands S” ilə aramızdakı razılaşmaya əsasən Azərbaycan Respublikası "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodundan şərab distilliyyatı ilə altı ədəd sisterna göndərilmiş və həmin sisternlər 2018-ci lin iyun ayının sonlarına “SİA Talbergs” gömrük-aksiz anbarına çatmalı idi. Həmin 6 sistern “SİA Talbergs” çatdıqda və bütün zəruri sənədlərin tədqiqindən sonra "xxxx" AC-nə şirkətinə təhvil verilməli idi, lakin həmin sisternalar naməlum səbəblərdən yalnız 2019-cu ilin aprelində “SİA Talbergs” anbarına çatdırılmışdır və bu zaman məlum olmuşdur ki, həmin sisternlərdə olan spirt, SİA Cavabdeh ilə aramızda olan xx.xx.2018-ci il tarixli “Tədarük” müqaviləsinin tələblərinə uyğun deyil, yəni spirt üzüm mənşəli deyil. Bu səbəbdən biz bu malı almaqdan imtina etdik və bundan sonra Cavabdeh SİA uzun müddət bu məhsulun bizə satılması barədə danışıqlar aparmış və "xxxx" SC və “Rolanas S” SİA arasında olan LV-2019/08/008saylı, xx.xx.2019-cu il tarixli yeni “Tədarük” müqaviləsi bağlanmışdır”. Göründüyü kimi, qeyd edilən 6 sistern üzüm distilliyatının məhz Cavabdeh-yə İddiaçı MMC tərəfəindən göndərilməli olması, "xxxx" SC-yə də öncədən bəlli idi. Ona görə ki, 2011-ci ildən 2018-ci ildək dövr ərzində "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodunun üzüm distilliyyatı məhsulları Cavabdeh tərəfindən "xxxx" SC-nə dəfələrlə tədarük olunmuşdu. xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-dən alacağı malın 1 deka litrini "xxxx" SCyə 31.5 avroya satmalı idi. Lakin, həmin mal bəlli səbəblərdən Riqa şəhərinə 9 aydan sonra çatdırılmış və Riqa şəhərinə gətirilmiş malın keyfiyyəti müqavilə üzrə tələblərə uyğun olmadığından, "xxxx" SC həmin malı almaqdan imtina etmiş, İddiaçı MMC isə Cavabdeh tərəfindən ona olunmuş xəbərdarlıqlara baxmayaraq, qeyd olunan keyfiyyətsiz malı İddiaçı MMC Cavabdeh götürməkdən imtina etdiyindən, malın pulunu tələb etdiyindən və malına sahib çıxmadığından Cavabdeh "xxxx" SC ilə həmin mal ilə bağlı təkrar və uzunmüddətli danışıqlar aparmış və "xxxx" SC ilə LV-2019/08/008 nömrəli, xx.xx.2019-cu il tarixli yeni “Tədarük” müqaviləsi bağlanmasına nail olmuşdur. Həmin müqaviləyə olunmuş 1 nömrəli əlavəyə əsasən, tərəflər həmin malın 4014 deka litrini 24.70 avroya, qalan hissəsini isə 23.40 avroya tədarük olunması barədə razılığa gəlmişlər. "xxxx" SC və Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsi və xx.xx.2019-cu il tarixli, 2019/08/008 nömrəli “Tədarük” müqaviləsindəki malların qiymətləri arasındakı ciddi fərq, İddiaçı MMC-nin Cavabdeh-yə “Çaxır Distilliyatı” əvəzinə, digər ərzaq məhsullarından hazırlanmış spirt göndərməsi olmuşdur. Nəticə etibarı ilə Cavabdeh 22828.7 dekalitr malı 31.5 avroya "xxxx" SC-nə sataraq, "xxxx" SC-dən cəmi 719104.05 avro almalı olduğu halda, İddiaçı MMC-nin keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi səbəbindən, 22828.7 dekalitr malın 4014 dekalitrini 24.70 avroya, 18814.7 dekalitrini 23.40 avroya, cəmi 539409.78 avroya satmışdır. Nəticə etibarı ilə Cavabdeh-yə qeyd olunan alqı-satğı müqaviləsi nəticəsində 179694.27 avro zərər dəymişdir.
5. 153-cü abzas: “2018-ci il 12 aprel tarixli, 2-2018 saylı müqavilənin 4.5-ci bəndində malın qəbul edilməsi anından 5 iş günü ərzində tam analizin aparılması məhz alıcının, yəni cavabdehin vəzifəsi olaraq müəyyən edilmişdir. Belə olan halda isə cavabdeh tərəfindən İspaniyanın "xxxx" Şirkətində aparılmış laboratoriya tədqiqatına görə ödənilmiş 3184.51 avronun iddiaçıdan cavabdehin xeyrinə tutulması da əsaslı hesab oluna bilməz. Digər tərəfdən İspaniyanın "xxxx" Şirkətinə laboratoriyaya göndərilmiş məhsulun məhz iddiaçı tərəfindən cavabdehə göndərilmiş məhsulun olması da sübuta yetirilməmiş, artıq Pskov gömrük postunda aparılan araşdırma zamanı məhsulun üzüm mənşəli olmadığı müəyyən edildiyi halda, bu faktın iki il sonra yenidən müəyyən edilməsinin hansı zərurətdən irəli gəlməsi də əsaslandırılmamışdır”. Tərəflər arasında bağlanmış müqavilənin 4.5-ci bəninin tələblərinə cavabdehin riayət etməsi ilə bağlı dəlillərimizi izahıtın 1-ci bəndində ətraflı əsaslandırmışıq, bu səbəbdən izahatda təkrarçılığa zərurət yoxdur. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş və Ali Məhkəmənin qərarının 34cü abzasında istinad edilmiş iddiaçının cavabdehə ünvanladığı 2019-cu il 2 avqust tarixli və 2019-cu il 29 oktyabr tarixli pretenziyalarda mübahisəli malın müqavilə tələblərinə uyğun olaraq çaxır distilliyatı olması göstərilir. Həmin pretenziyaya cavab olaraq Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2019-cu il 19 dekabr tarixli, 26 saylı məktubdan görünür ki, göndərilmiş məhsulun keyfiyyəti ilə bağlı fikir ayrılıqlarının birdəfəlik aradan qaldırılması məqsədi ilə birgə prob və nümunələrin seçilməsi və müstəqil Avropa laboratoriyasında malın keyfiyyət ekspertizasının keçirilməsi üçün "xxxx" MMC-nin nümayəndəsinin Riqaya göndərilməsi təklif etmişdir (Ali Məhkəmənin Qərarı 37-ci abzas). Bu səbəbdən həmin sisternlər "xxxx" SC-nə Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin nəzarəti altında təhvil verilərkən hər bir sisterndən ayrı ayrılıqda "xxxx" SC və Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin iştirakı ilə müvafiq qaydada sənədləşdirilməklə (protokollaşdırılmaqla) nümunələr götürülmüş (bu barədə Latviya Respublikası Dövlət Gəlir Xidmətinin Gömrük yoxlama aktlarında qeydlər aparılmışdır), yəni həmin nümunələr Ali Məhkəmənin Qərarında göstərildiyi kimi, xx.xx.2020-ci il tarixdə deyil, "xxxx" SC-nə hər bir sistern təhvil verilən gün götürülmüşdür. Sonuncu 77302644 nömrəli dəmir yolu sisterni apellyasiya şikayətinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 02- 20 saylı aktdan və ona əlavə olunmuş digər sənədlərdən göründüyü kimi xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Sonuncu nümunə götürüldükdən sonra, 6 sisterndən götürülmüş nümunələr müvafiq analizlər aparılması üçün İspaniyanın “Lüksium Vayns SL” şirkətinə göndərilmiş həmin nümunələr xx.xx.2020-ci il tarixdə həmin şirkətə çatdırılmış, həmin şirkətdə xx.xx.2020-ci il tarixdən həmin mal nümunələrinin tədqiqatına başlanmış və tədqiqat qurtardıqdan sonra xx.xx.2020-ci il tarixdə müvafiq rəylər verilmiş, həmin rəylərə əsasən, tədqiqat aparılmış mal nümunələrinin üzüm mənşəli olmaması təkrarən təsdiq olunmuşdur. Yəni, təkrar müayinin aparılmasının səbəbi, iddiaçının malın keyfiyyəti ilə bağlı cavabdehə göndərdiyi pretenziyalar olmuşdur.
6. 154-cü abzas: “Apelyasiya məhkəməsi iddiaçıdan Cavabdeh-nin xeyrinə 75351.93 avro məbləğində vəsaitin tutulmasını onunla əsaslandırmışdır ki, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisternləri 2019-cu il 29 aprel tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni isə 2019-cu il 30 aprel tarixdə Dövlət Gəlirlər Xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına daşınmış və həmin mallar "xxxx" SC-yə təhvil verilənədək həmin limanda saxlanmış, 12 ədəd hesab-faktura və X8 ilə müəyyən olunur ki, həmin 6 sisternin daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə 2019-cu il 15 avqust tarixdən 2020-ci il 13 avqust tarixədək Cavabdeh tərəfindən "xxxx" MMC-yə 75351.93 avro ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə müqavilə tələblərinə uyğun olmayan, yəni keyfiyyətsiz mal göndərilməsi ilə bağlı 6 ədəd dəmir yolu sisterni 2019-cu il 15 avqust tarixdən 2020-ci il 13 avqust tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınaraq orada saxlandığına görə də iddiaçıdan 75351.93 avro cavabdehin xeyrinə tutulmalıdır”. İşin faktiki hallarından göründüyü kimi, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinləri 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni 30 aprel 2019-cu il tarixdə Dövlət Gəlirlər Xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına daşınmış və həmin mallar "xxxx" SC-yə təhvil verilənədək həmin limanda saxlanmışdır. İddia ərizəsinə əlavə olunmuş 12 ədəd Hesab-fakturalarla və X8 ilə müəyyən olunur ki, həmin 6 sisternanın daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh tərəfindən "xxxx" MMC-yə 75351.93 avro ödənilmişdir. İddiaçı MMC Cavabdeh-yə aralarında olan xx.xx.2018-ci il tarixli, 2-2018 nömrəli müqavilənin tələblərinə uyğun mal göndərdiyi halda, həmin mallar heç bir problem olmadan "xxxx" SC-nə tədarük olunacaqdı, nə malın başqa yerə daşınmasına, orada uzun müddət saxlanmasına, mühafizə olunamsına və sairə də ehtiyac yaranmayacaqdı, hətta belə hallar yaransaydı belə, həmin zərərə görə İddiaçı MMC cavabdehlik daşımayacaqdı. Ona görə də iddia tələbinin bu hissəsi də qanuni və əsaslı olduğundan təmin olunmalıdır.
7. 155-ci abzas: “Bununla əlaqədar qeyd edilməlidir ki, iş materiallarına əsasən ona keyfiyyətsiz mal göndərilməsini bildirən cavabdeh son vaxtlara qədər də MM-in 587-ci maddəsinin ona verdiyi hüquqların heç birindən istifadə etməmiş, tədarük edilmiş malın keyfiyyət göstəricilərinin müqavilədə razılaşdırılmış standartlara uyğun olmadığını bildiyi halda, baş verə biləcək mümkün zərərlərin qarşısını almaq məqsədi ilə vaxtında maldan imtina etməmiş, bu barədə malı satmalı olduğu "xxxx" SC-ni malın keyfiyyət göstəriciləri barədə vaxtında xəbərdar etməmiş, sonuncunun buna münasibətini öyrənmədən razılaşdırılmış standarta uyğun olmayan malı Latviya Respublikasına gətirmiş, sonda isə onu "xxxx" SC-yə satmağa müvəffəq olmuşdur. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, vurulduğu iddia edilən zərərlərin yaranması bir tərəfdən müqavilədə razılaşdırılmamış malı tədarük edən iddiaçının hərəkətləri ilə bağlıdırsa, digər tərəfdən bunu bildiyi halda, müqavilədə razılaşdırılmamış malı qəbul edən və müqavilədə nəzərdə tutulan müddətdə maldan imtina etməyən cavabdehin hərəkətləri ilə bağlıdır. İşin həmin halları isə apelyasiya məhkəməsi tərəfindən adekvat qiymətləndirilməmişdir”. İş materialları ilə müəyyən olunur ki, müqavilə tərəfi, alıcı olaraq üzərimizə düşən öhdəlikləri qanunvericiliyin tələbləri baxımından tam əməl etmişik və satıcı tərəfindən bizə göndərilmiş malın keyfiyyət tələblərinə uyğun olmadığı bizə bəlli olan andan həmin maldan imtina edərək, həmin malın aparılması, cavabdehə dəymiş zərərin ödənilməsi, mal götürülmədiyi halda, həmin malın hərracdan satılması ilə bağlı iddiaçıya zamanında pretenziyalar vermişik. İddaçı qeyd edilən iradlara, tələblərə adekvat cavab vermədiyindən, həmin malı satmışıq. İddiaçının bizə göndərdiyi malın keyfiyyət tələblərinin müqaviləyə uyğun olmaması barədə məlumatı da "xxxx" SC-nə biz vermişik. Nəzərə almaq lazımdır ki, müqavilə tələbinə uyğun olmayan malı Litva Respublikasına biz gətirməmişik, həmin malı Litva Respublikasına müqavilə tələbinə uyğun olaraq iddiaçı göndərmiş, daşıma şirkəti həmin malı Riqaya çatdırmışdır. Eyni zamanda iş materialı ilə müəyyən olunur ki, iddiaçı hətta həmin mal Riqa azad ticarət limanında saxlanarkən bizə göndərdiyi pretenziya və iradlarda həmin malın standartlara uyğun olmasını bildirirdi (izahatın 5-ci bəndi). Göründüyü kimi, cavadeh Mülki Məcəllənin 587-ci maddəsinin tələblərini pozmamışdır, ona görə də qeyd edilən zərərə görə cavabdehin hər-hansı məsuliyyətindən söhbət gedə bilməz. Mülki Məcəllənin 634.1-ci maddəsinə əsasən, Alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 635-ci maddəsinə əsasən: 635.1. Göndərmə müqaviləsinə uyğun olaraq alıcı (mal alan) mal göndərənin verdiyi maldan imtina etdikdə bu malın salamatlığını təmin etməyə (məsuliyyətlə saxlamağa) və mal göndərənə ləngimədən bildiriş göndərməyə borcludur. 635.2. Mal göndərən alıcının (mal alanın) məsuliyyətlə saxlamağa qəbul etdiyi malı ağlabatan müddətdə aparmağa və ya ona dair sərəncam verməyə borcludur. Əgər mal göndərən mala dair bu müddətdə sərəncam verməzsə, alıcı malı sata bilər və ya mal göndərənə qaytara bilər. 635.3. Malın məsuliyyətlə saxlanmağa qəbul edilməsi, satılması və ya satıcıya qaytarılması ilə əlaqədar alıcının çəkdiyi zəruri xərclərin əvəzini mal göndərən ödəməlidir. Bu zaman malın satışından götürülən vəsait alıcıya çatan məbləğ çıxılmaqla mal göndərənə verilir. Həmin Məcəllənin 645-ci maddəsinə əsasən: 645.1. Əgər satıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə alıcı müqavilədə nəzərdə tutulan malın əvəzinə başqa şəxsdən daha yüksək, lakin ağlabatan qiymətlə mal alarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini satıcıya qarşı irəli sürə bilər. 645.2. Əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. 645.3. Əgər bu Məcəllənin 645.1. və 645.2-ci maddələrində nəzərdə tutulan əsaslar üzrə müqavilə ləğv edildikdən sonra onun əvəzinə başqa əqd bağlanmamışsa və həmin malın cari qiyməti varsa, tərəf müqavilədə müəyyənləşdirilmiş qiymətlə müqavilənin ləğv edildiyi məqamdakı cari qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilər. 645.4. Malın verilməli olduğu yerdə oxşar mal üçün müqayisəyə gələn şəraitdə adətən alınmış qiymət cari qiymət sayılır. Əgər həmin yerdə cari qiymət yoxdursa, başqa yerdə tətbiq edilən, ağlabatan əvəz ola bilən cari qiymət, malın nəql edilməsi xərclərindəki fərq nəzərə alınmaqla, tətbiq edilə bilər. 645.5. Bu Məcəllənin 645.1.-645.4-cü maddələrində nəzərdə tutulan tələblərin yerinə yetirilməsi öhdəliyi icra etməmiş və ya lazımınca icra etməmiş tərəfi digər tərəfə vurulmuş başqa zərərin əvəzini ödəməkdən azad etmir. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
8. 156-cı abzas: “Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilkin iddianı qismən təmin etməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2018-ci il 12 aprel tarixli, 2-2018 nömrəli müqavilənin 1.2-ci bəndinə əsasən, iddiaçı tərəfindən cavabdehə verilməli olan malın həcmi 36400 dekalitr olmalı olduğuna baxmayaraq, işin materialında olan sənədlərdən görünür ki, təqdim olunmuş mal 36236 dekalitr (362360 litr) təşkil etmişdir. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya avans olaraq 200000 avro ödənildiyi işin mübahisəsiz halı olduğundan məhkəmə hesab etmişdir ki, sözügedən müqavilə üzrə cavabdehin iddiaçıya 361658 (362360 x 1.55 = 561658 - 200000 = 361658) avro əsas borcu qalmışdır ki, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qarşılıqlı iddianın təmin edilməsi isə əsasən iddiaçı tərəfindən cavabdehə keyfiyyətsiz mal verilməsi nəticəsində sonuncunun üzləşdiyi ziyanın aradan qaldırılması ilə əlaqədar olmuşdur. Cavabdeh tərəfindən, müqavilə üzrə razılaşdırılmış pul məbləğinin 561658 avro məbləğinin ondan tutulması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya şikayəti verilməklə mübahisələndirilmədiyi, başqa sözlə birinci instansiya məhkəməsinin mövqeyi ilə faktiki razılaşdığı, buna görə də qətnamənin həmin hissəsinin hazırkı halda araşdırma predmeti olmadığı nəzərə alınarsa, apelyasiya məhkəməsinin mövqeyinin ziddiyyətli olduğu aydın olur. Belə ki, 561658 avro məbləğində pul vəsaiti cavabdehdən məhz müqavilədə razılaşdırılmış keyfiyyətdə (məhsulun həcminə görə deyil) və müvafiq standartlara uyğun olan çaxır distilliyyatının tədarük edilməsi üçün iddiaçının xeyrinə tutulmalı idi”. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə bizim aramızda qeyd olunan müqavilə bağlanmış və tərəfimizdən iddiaçıya avans olaraq, 200000 avro ödənilmiş və bizim cavabdehə 361658 avro borcumuz qalmışdı. İddiaçının bizə göndərdiyi mal keyfiyyət göstəricilərinə görə aramızda bağlanmış müqavilənin tələblərinə uyğun olmadığından, həmin mal ilə bağlı aramızda mübahisə yaranmış, iddiaçının göndərdiyi maldan imtina olunmuş, həmin malı aparması, bizə vurduğu zərər ödəməyi və sair tələb olunmasına baxmayaraq, iddiaçı malına sahib çıxmamış, keyfiyyət göstəriciləri müqavilə tələblərinə uyğun olmayan həmin malı məcburiyyətdən "xxxx" SC ilə xx.xx.2018-ci il tarixdə razılaşdırılmış məbləğdən aşağı qiymətə satmışıq, yəni həmin mal çölə atmamışıq. Bu səbəbdən də apellyasiya məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddiaçının qanunsuz və təqsirli hərəkətləri nəticəsində bizə vurulmuş zərərin əsas hissəsi ödənildiyindən, həmin qətnamədən kassasiya şikayəti verməmişik.
9. 157-ci abzas: “Bundan əlavə cavabdehlə "xxxx" MMC arasında hüquq-konsaltinq xidmətlərinin göstərilməsinə dair bağlanılmış 2018-ci il 10 avqust tarixli, 08/02/18-LV saylı müqavilədə sonuncu tərəfindən hansı məsələ ilə bağlı hüquq-konsaltinq xidmətlərinin göstərilməsi, yəni xidmətin (tapşırığın) mahiyyəti qeyd olunmamışdır. Başqa sözlə, həmin müqavilənin məhz hazırkı mübahisə ilə əlaqədar, yoxsa cavabdehin digər işləri ilə bağlı bağlanıldığı müəyyən olunmadığından, qeyd olunan məbləğin də iddiaçıdan tutulması əsaslı hesab oluna bilməz. Həmçinin qeyd edilməlidir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri faktiki olaraq təmin edildiyindən cavabdehin məhkəmə xərcləri ilə bağlı ödədiyi məbləğlərin ilkin iddiaçıdan tutulması apelyasiya məhkəməsi tərəfindən tam əsaslandırılmamışdır”. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC Cavabdeh-yə göndərdiyi 6 sisterin malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanılmasından və fakt üzrə cinayət işinin başlanmasından məlumat aldıqdan sonra cinayət işinin araşdırılması zamanı "xxxx" MMC hüquqlarının müdafiəsi ilə bağlı "xxxx" MMC-nin hüquqşünası X3 xx.xx.2018-ci il tarixli, 1/35 saylı, 21 nömrəli etibarnamə vermişdir. İddiaçı MMC-nin rəhbərliyinin xahişi və tapşırığı əsasında Cavabdeh elə həmin gün, yəni xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının Pskov şəhərində "xxxx" MMC ilə “Hüquq-konsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18-LV nömrəli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən, İddiaçı MMC-nin "xxxx" MMCyə göndərdiyi və Rusiya Federasiyasının Pskov şəhərində saxlanılmış 6 sistern üzüm distilliyatı ilə bağlı Rusiya Federasiyası Gömrük, İstintaq Komitəsində və digər orqanlarda "xxxx" MMC hüquqi yardım göstərməli idi. Ali Məhkəmənin yuxarıda qeyd olunan dəlili ilə bağlı apellyasiya instansiyasının diqqətinə çatdırmaq istəyirik ki, iş materialına tərəfimizdən təqdim olunmuş “Cinayət işi üzrə icraata xitam verilməsi”nə dair xx.xx.2019cu il tarixli qərarın nəticə hissəsinin 3-cü bədində göstərilir ki, “..77329308, 77326585, 77302644, 77331361 və77331379 nömrəli dəmir yolu sisternləində maddi sübut kimi tanınan spirt təkibli maye yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzova qaytarısın. Eyni zamanda iş materialına əlavə olunmuş xx.xx.2019-cu il tarixli qərarın əaslandıcı (müəyyən etdi) hissəsinin sonunda həmin sisternlərdəki malın yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzova artıq qaytarılmasıdan söhbət gedir. Yuxarıa götərilən qəarlarda “yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzov "xxxx"MMC X10 və Konyak zavodunun (sonrakı adıİddiaçı MMC) etibarnamə verdiyi, Cavabdeh "xxxx"MMC “hüquq-konsaltinq xidmələinin götərilməsi haqqıda ”08/02/18-LV nömrəli müqaviləni icra edən, "xxxx"MMC-nin hüquqşünası X2. Yəni, iş materialları ilə bir daha təsdiq edilir ki, "xxxx"MMC-nin hüquqşünası X6 cianayət işnin istintaqı aparılarkən İddiaçıMMC-ni vəCavabdeh-ni təmsil etmişir. İş materialına əlavə etdiyimiz “Citadle Bank”SC-nin Beynəxalq ödəiş sənədlərinin surətindən göründüyü kimi Cavabdeh tərəfindən "xxxx"MMC-nin bank hesabına hüquqi yardımla bağlı xx.xx.2019-cu il tarixdə 38000 avro, xx.xx.2019-cu il tarixdə 19000 avro cəmi, 57000 avro ödənilmişdir. Hüquq şirkəti olan "xxxx" MMC ilə Cavabdeh arasında hüquqi yardımla bağlı müqavilə İddiaçı MMC-nin rəhbərliyinin xahişi və tapşırığı əsasında bağlanmışdır. Razılaşmaya görə Cavabdeh-nin hüquqi yardıma görə "xxxx" MMC-yə ödəyəcəyi məbləğ, Malın pulundan, yəni Cavabdeh-nin İddiaçı MMC-yə qalan borcundan çıxılmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinin tələbinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Həmin Məcəllənin 784-cü maddəsinin tələbinə görə, vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, "xxxx" SC Rusiya Federasiyası ərazisində 6 ədəd dəmir yolu sisterinlərin 2018-2019-cu illərdə 9 ay boşdayanmasına görə "xxxx" MMC-dən 160000 avro məhkəmə qaydasında tələb edib, həmin iş Riqa şəhəri Lataqaliya Rayon Məhkəməsinin icraatında olmuşdur. Həmin məhkəmə mübahisəsinə görə "xxxx" MMC-nin qarşısında Cavabdeh məsuliyyət daşıdığından, bu işlə bağlı "xxxx" MMC-yə göstərilən hüququ yardıma görə 5778.92 avro ödəniş Cavabdeh tərəfindən həyata keçirilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi Mal tərəflər arasında olan müqavilə tələblərinə uyğun olduğu halda, "xxxx" SC və "xxxx" MMC arasında həmin sisternlərin 9 ay Rusiya Federasiyası ərazisində boşdayanmasına görə 160000 avroluq məhkəmə mübahisəsi yaranmazdı və Cavabdeh də həmin mübahisəyə görə "xxxx" MMC-yə hüquqi yardımın əvəzini, 5778.92 avronu ödəməzdi. Ona görə də "xxxx" MMC-yə Riqa şəhəri Lataqaliya rayon Məhkəməsində göstərilən hüquqi yardıma görə Cavabdeh-nin ödədiyi 5778.92 avronun İddiaçı MMC-dən tutularaq, Cavabdeh-yə ödənilməsi hissəsi ilə bağlı iddia tələbimiz əsaslı olmuşdur.
10. 158-ci abzas: “Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir. MPM-in sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz”. Qeyd edilən göstərişlər MPM-nin tələbləri ilə bağlı olduğundan, bu abzasla bağlı hər-hansı əsaslandırma vermirik.
11. 159-cu abzas: “Bundan başqa, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün müvafiq sənədlərin Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi ilə bağlı xərclər məhkəmə xərclərinə daxil olduğundan, mülki prosessual qanunvericiliyin tələbləri baxımından həmin xərclər yalnız qarşılıqlı iddia tələbinin təmin olunduğu hissəsinə nisbətdə iddiaçıdan tutula bilərdi. Hazırkı halda isə ilkin iddia tələbini də təmin edən apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini qismən təmin etsə də, məhkəmə xərclərinə münasibətdə olan hissəni tam təmin etmişdir. Belə nəticə isə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun sayıla bilməz”. İş materialları ilə müəyyən olunur ki, qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərin hamısı rus, latış və ispan dillərindən azərbaycan dilinə tərcümə olunmuş və notariat qaydasında təsdiq olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sənədlərin rus, latış və ispan dillərindən azərbaycan dilinə tərcümə olunmasına və notariat qaydasında təsdiq olunmasına görə, cəmi 5390.37 avro və həmin sənədlərin Riqa şəhərindən Bakı şəhərinə poçtla göndərilməsi üçün poçt xidmətlərinə görə çəkilmiş xərclərə görə cəmi, 359.28 avro ödənilmişdir. Hesab edirik ki, tərəflər arasında yaranmış mübahisədə cavabdehin təqsiri müəyyən olunmadığından, məhkəmə xərcləri tam həcmdə iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Bunlardan başqa cavabdeh tərəfindən Cavabdeh-yə göndərilmiş (və ya satılmış) Mal (“Çaxır distilliyatı”) keyfiyyət göstəricilərinə görə cavabdehlə aramızda olan müqavilənin tələblərinə uyğun olduğu halda, qeyd olunan malın sığorta təminatına hansı miqdarda xərc çəkiləcəyi, həmin xərcin kimin tərəfindən ödənilməli olması ilə bağlı iddia tələbimizin və apellyasiya şikayətimizin (iddia tələbinin həcminin artırılmasına ərizənin 9-10-cu səhifələri və apellyasiya şikayətinin 12-ci səhifəsində qeyd olunan 12-ci bölməsi) əsaslandırıcı hissəsində geniş əsaslandırma vermişik. X14 Məcəlləsinin təsdiq edilməsi barədə 952/2013 nömrəli (9 oktyabr 2013) Regulyasiyanın (qaydaların) tələbinə görə, xarici ölkələrdən Avropa İttifaqı ərazisinə daxil olan malların gömrük anbarlarına qəbul olunması üçün mal Avropa İttifaqı sərhədinə keçməmişdən öncə həmin mala görə sığorta qarantiyası (sığorta ödənişi) həyata keçirilmədir. Sığorta qarantiyasının miqdarı idxal olunacaq malın növündən, malın hansı müddətə gömrük anbarında saxlanmasından, malın istlehlakçıya təhvil verildiyi son tarixədək həyata keçirilməldir. Bir daha Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 2-2018 nömrəli müqavilənin 2.3-cü bəndinə əsasən, İddiaçı MMC Cavabdeh-yə satdığı malları xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-nin Latviya Respublikası, Riqa şəhəri, Rensenu küçəsi, 10 A ünvanındakı gömrük anbarına təhvil verməli idi. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh və "xxxx" MMC arasında olan xx.xx.2005-ci il tarixli, TL 01 nömrəli “Gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən, anbar sahibi yüklərin qəbulu, saxlanması, yükləmə-boşaltma, malların daşınması, ekspedisiya xidmətləri, nəqliyyat xidmətləri, gömrük rəsmiləşdirilməsi, anbara qəbul olunmuş malın sığortalanması və sair xidmətləri göstərir ki, həmin xidmətlərə görə ödənişlər sifarişçi tərəfindən həyta keçirilir. İddiaçı MMCnin Alıcıya göndərdiyi mal İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2-2018 nömrəli müqavilənin (malın keyfiyyəti və sairlə bağlı) tələblərinə uyğun olduğu halda, həmin Mal yükalan "xxxx" MMC-nin gömrük anbarına çatdırldığı gündən 1 həftə ərzində, müstasna halda yəni, bu çatdırılma bayram günlərinə düşdüyü halda isə ən çoxu 15 gün müddətində Malın alıcısı olan "xxxx" SC-nə təhvil verilməli idi. Lakin, həmin mal müqavilə tələblərinə uyğun olmadığından uzun müddət "xxxx" MMC-nin gömrük anbarında və "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanında saxlanmışdır (29 aprel 2019-cu il tarixdən-xx.xx.2020-ci il tarixdək) ki, ona görə də "xxxx" MMC həmin malın sığorta təminatı üçün nəzərdə tutulduğundan bir neçə dəfə artıq xərc çəkmişdir ki, həmin xərclər Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materialına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, T 166 saylı Hesab-fakturaya Əlavənin surətindən göründüyü kimi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün 6 sisternanın ümumi təmin edilməsi üçün sığorta xərci 75511.63 (yetmiş beş min beş yüz on bir avro 63 sent) avro təşkil edir. Həmin əlavə ilə müəyyən olunur ki, "xxxx" MMC 6 dəmir yolu sisterinin (77331379 nömrəli dəmir yolu sisterinin 471 günə sığorta xərci 10833 avro; 77329308 nömrəli dəmir yolu sisterinin 503 günə sığorta xərci 11569 avro; 77326585 nömrəli dəmir yolu sisterinin 532 günə sığorta xərci 12236 avro; 77311082 dəmir yolu sisterinin 559 günə sığorta xərci 11180 avro; 77331361 dəmir yolu sisterinin 669 günə sığorta xərci 15387 avro; 77302644 nömrəli dəmir yolu sisterinin 777 günə sığorta xərci 14306 avro) cəmi sığorta xərci 75511.63 avrodur (Qeyd: “Latviya Respublikası Dövlət Gəlir Xidməti haqqında” Qanuna əsasən, alkoqollu içkilər üçün sığorta zəmanəti almadan, həmin mallar gömrük anbarına qəbul oluna bilməz, sığorta zəmanəti ödənişi Mal ölkə ərazisinə daxil olanadək ödənməlidir. İş materiallarından göründüyü kimi qeyd olunan 6 sistern “Çaxır Distilliyatı” xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-nin anbarına təhvil verilməli olduğundan "xxxx" MMC xx.xx.2018-ci il tarixdən sonuncu sistern 77302644 nömrəli dəmir yolu sisterni "xxxx" SC-nə təhvil verilən tarixədək (xx.xx.2020-ci il tarixədək) sığorta ödəmişdir. Yuxarıda göstərilənlərdən belə bəlli olur ki, cavabdehin iddiaçıya göndərdiyi mal tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun göndərildiyi halda, iddiaçı içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterinlərinin sığorta təminatına görə xx.xx.2018-ci tarixindən xx.xx.2018-ci il tarixədək ödəniş etməli idi. Yəni, iddiaçının 77331379 nömrəli dəmir yolu sisterinin 471 günə sığorta xərci 10833 avro deyil, 897 avro (10833:471=23X39=897) olmalı idi. 77329308, 77326585, 77302644 nömrəli dəmir yolu sisterinlərində eyni həcmdə spirt məhlulu olduğundan həmin sisternlərin hər birinin sığorta xərci də 897 avro edəcəkdi, yəni yuxarıda göstərilən 4 sisternə görə sığota xərci 3588 avro (4x897=3588), 77311982 və 77302644 nömrəli dəmir yolu sisterinlərində eyni həcmdə spirt məhlulu olduğundan həmin sisternlərin hər birinin sığorta xərci 780 avro, qeyd edilən sonuncu 2 sisternə görə cəmi 1560 avro ödəniləcəkdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və cavabdeh "xxxx" MMC məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Kollegiya apellyasiya şikayətinə iş materialları əsasında "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri nəzərə alınaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı iddiaçı və Cavabdeh-nə münasibətdə, təmin olunmayan qarşılıqlı iddiaya aid hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçı və Cavabdeh-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya baxışının predmetini təşkil edən hissədə apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisələndirilən hissədə tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin müəyən olunan halları aşağıdakılardan ibarətdir: Satıcı "X9 və Konyak Zavodu" MMC ilə (hazırki adı "xxxx" MMC") alıcı Cavabdeh arasında 12 aprel 2018-ci il tarixdə bağlanmış 2-2018 saylı müqaviləyə əsasən satıcı tərəfindən ən azı 5 il saxlanılmış çaxır distilyatının satılması, nəqliyyat vasitəsinə yüklənərək çatdırılması, alıcı tərəfindən isə çaxır distilyatının alınması, dəyərinin ödənilməsi və qəbul edilməsi müqavilənin predmetini təşkil etmişdir (müqavilənin 1.1-ci bəndi). Müqavilənin 1.2-ci bəndinə əsasən Malın kodu - XİFMN C-22082040, Mal haqqında məlumat: - istehsalçı ölkə Azərbaycan, komplektləşdirmə və keyfiyyət - dəmir yolu sisterni doldurma (6 sistern), ГОСТ3143-2012 "Çaxır distilyatı. Texniki şərtlər", ölçü vahidi dkl(dekalitr), tərkibindəki alkoqolun faizi - ən azı 63%, miqdarı və təchizat dövrü (364 ton) və ya 36400 dkl(20 dərəcə C temp.) 01 iyun tarixindən 20 iyun 2018-ci il tarixinə qədər müəyyən edilmişdir. Müqavilənin 2-ci bəndində təchizat qaydası və şərtləri müəyyən edilmişdir: 2.1 - Təchizat şərtləri - CPT, Samur (İNKOTERMS 2010); 2.2 - Mal yola salındığı zaman aşağıdakı sənədlərlə müşaiyət edilməlidir;- Beynəlxalq mal-nəqliyyat qaiməsi,-İnvoys, - İxrac gömrük bəyannaməsi, Malın keyfiyyətini təsdiq edən sənədlər. İstehsalçının sertifikatında "Spirt həcmdə" mövqeyində 20 dərəcə C temp. alkoqolun miqdar faizi göstərilməlidir, həmçinin mütləq ümumi kükürd turşusunun M/K və kükürd anhidridin (SO2) M/K miqdarı göstərilməlidir, satıcı alıcıya boş sisternlərin qaytarılması üzrə təlimat verir; 2.3 - Satıcı zəmanət verir ki, mal yükalanın "xxxx" MMC anbarına 20 iyun 2018-ci ilə qədər tədarük ediləcək. Müqavilənin 3-cü bəndində qiymət və ödəniş şərtləri müəyyən edilmişdir: 3.1 - Mala aşağıdakı qiymət müəyyən edilir - ən azı 63% alkoqol tərkibi faizi ilə bir litrə görə (20 dərəcə C temp) 1.55 avro; 3.2 - alıcı malın təchizatına görə satıcı tərəfindən təqdim edilmiş invoys əsasında 200000 (iki yüz min) avro məbləğində ilkin ödəniş ödəyir, qalan məbləğ malın "xxxx"MMC Latviya Respublikası, Riqa şəhəri, Rensenu küçəsi, 10A ünvanında yerləşən anbarında alınmasından sonra 3 ay ərzində köçürülür. Müqavilənin 4-cü bəndində malın hansı keyfiyyət göstəricilərinə malik olması müəyyən edilmişdir: 4.1 - satıcı alıcıya ГОСТ3143-2012 keyfiyyətinə uyğun olan "Çaxır distilyatı. Texniki şərtlər" təchiz etməyi öhdəsinə götürür. Təchiz edilən mal əvvəllər təqdim edilmiş nümunələrə və sertifikatlara uyğun olmalıdır; 4.2 - X17 keyfiyyəti və mənşəyi haqqında aşağılakı sənədləri təqdim etməlidir; - Azərbaycan Respublikasının müvafiq orqanı tərəfindən verilmiş malın uyğunluq sertifikatı - 1 nüsxə, istehsalçı zavodun keyfiyyət sertifikatı (və ya istehsalçının keyfiyyət vəsiqəsi) hər sisternə 1 nüsxə, malın keyfiyyət göstəricilərinə və ГОСТ3143-2012 "Çaxır distilyatı. Texniki şərtlər" uyğunluğuna dair sınaq protokolları - 1 nüsxə, radiasiya nəzarəti nəticələrinə görə rəy, malın bəyan edilmiş tündlüyünə uyğunluğunun müayinə sənədləri və malın aromatizatorların olmasına dair müayinə sənədləri, həmçinin malın keyfiyyətini təsdiq edən digər sənədlər; 4.3 - malın keyfiyyət və kəmiyyət göstəriciləri üzrə qəbulu "xxxx"MMC-nin anbarında aparılır, qəbulun nəticələrinə dair akt tərtib olunur; 4.4 - malın alınması zamanı alıcı malın qəbul edilməsi anından 5 iş günü ərzində tam analiz aparır. Əgər malın keyfiyyətinin ГОСТ3143-2012 "Çaxır distilyatı. Texniki şərtlər" uyğun olmadığı müəyyən edilərsə, alıcı 2 iş günü ərzində akt tərtib edir və bu barədə yazılı şəkildə satıcıya məlumat verir. Tərəflər bütün yaranan mübahisələri danışıqlar yolu ilə tənzimləyir. Müqavilənin 5-ci bəndində müqavilənin qüvvədə olma müddəti müəyyən edilmişdir: 5.1 - müqavilə tərəflərin onu imzalaması anından qüvvəyə minir və 31 dekabr 2018-ci il tarixədək qüvvədədir. Müqavilənin 6-cı bəndində fors-major hallar müəyyən edilmişdir: 6.1 - tərəflər hazırki müqavilə üzrə öhdəlikləri qismən və ya tamamilə pozmalarına görə məsuliyyətdən azad edilirlər, əgər hazırki müqavilə üzrə tərəflərin üzərinə qoyulan öhdəliklərin yerinə yetirilməməsi və ya vaxtında yerinə yetirilməməsi fors-major vəziyyətlərin və ya satıcının və ya alıcının ölkələrinin dövlət orqanlarının hərəkətlərinin və ya tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə bilavsitə təsir edən digər obyektiv məhdüdiyyətlərin nəticəsidirsə; 6.2 - fors-major vəziyyət dedikdə daşqın, yanğın, zəlzələ, epidemiya, hərbi hərəkətlər, terror aktlarını başa düşmək lazımdır. Fors-major vəziyyətlərə istinad edən tərəf onların təsdiq edilməsi üçün müvafiq dövlət orqanı tərəfindən verilmiş müvafiq sənədi təqdim etməlidir; 6.3 - fors-major vəziyyətlərin təsiri və ya dövlət orqanlarının və ya hökumət qərarlarının yuxarıda göstərilən təsiri 2 aydan çox davam edərsə, tərəflər bir-birlərinə ən azı 14 təqvim günü əvvəl bildirməklə hazırki müqaviləyə xitam vermək hüququna malikdir. Müqavilənin 7-ci bəndində reklamasiya və mübahisələrin həll edilməsi qaydası müəyyən edilmişdir: 7.1 - tərəflərin müqavilənin şərtlərinin yerinə yetirilməsi və ya lazımi şəkildə yerinə yetirilməməsinə görə bir-birlərinə bildirdikləri iradları digər tərəf iradın göndərilməsi tarixindən 15 gün ərzində irada baxmalıdır; 7.2 - keyfiyyətsiz malın təchiz edilməsinə, həmçinin malın tam təchiz edilməməsinə görə maddi məsuliyyət tamamilə satıcının üzərinə qoyulur. Alıcı tərəfin keyfiyyətə və ya kəmiyyətə dair iradlarına satıcı tərəfindən baxılacaq və son hesablaşmada mübahisəsiz olaraq nəzərə alınacaq; 7.3 - hazırki müqavilədən yaoana biləcək bütün mübahisələr və fikir ayrılıqlarını tərəflər danışıqlar yolu ilə həll edirlər. İrad qaydasından sonra razılığa gəlmədikləri təqdirdə mübahisələrə həll edilməsi və tənzimlənməsi üçün Azərbaycan Respublikasının Arbitraj və ya Təsərrüfat Məhkəməsində baxılmalıdır. Araşdırma dili rus dilidir. Müqavilənin 8-ci bəndində isə digər şərtlər müəyyən edilmişdir: 8.1 - hazırki müqaviləyə bütün əlavələr və dəyişikliklər yalnız onların yazılı şəkildə yerinə yetirildiyi və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı halda etibarlıdır. Müqaviləyə bütün imzalanmış əlavə sazişlər onun ayrılmaz hissəsidir; 8.2 - tərəflər razılaşırlar ki, müqavilə və tərəflərin elektron poçtla (e-mail) və ya faks rabitə ilə imzaladığı bütün əlavə sazişlər eyni hüquqi qüvvəyə malikdir; 8.3 - tərəflər öz rekvizitlərinin - hüquqi statusun, bank rekvizitlərinin, ünvanın, telefon və faks nömrələrinin dəyişməsi haqqında 3 gün ərzində bir-birlərini yazılı şəkildə xəbərdar etməlidirlər; 8.4 - hazırki müqavilə tərəflərdən hər biri üçün bir nüsxə olmaqla 2 nüsxədə rus dilində tərtib edilmişdir. Ödəniş tapşırığından görünür ki, 2018-ci il 16 aprel tarixli hesab-fakturaya əsasən, Cavabdeh tərəfindən 2018-ci il 18 aprel tarixdə “X7 və Konyak Zavodu” MMC-yə (hazırda İddiaçı MMC) 200000 avro ödənilmişdir. 2018-ci il 21 may tarixli, 01, 02, 03, 04, 05 və 06 saylı spesifikasiyalardan görünür ki, “X7 və Konyak Zavodu” MMC ("xxxx" MMC) tərəfindən Cavabdeh-yə göndərilən 77331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 saylı vaqonlarda 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatı vardır. Məhsulun ГОСТ 31493 - 2012 standartlarına uyğunluğunun sınaq göstəricilərinə dair 2018-ci il 21 may tarixli, 01, 02, 03, 04, 05, 06 saylı sertifikatlardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh-yə göndərilən 6 sistern çaxır distillyatı standartlara uyğundur. 2018-ci il 23 may tarixli, 74/A saylı sınaq protokolundan görünür ki, 36236 dekalitr tərkibindəki spirt səviyyəsi 63% olan və 5 illik üzüm çaxırının emal olunmamış distilləsinin ГОСТ 31493 - 2012 standartlarına uyğunluğu yoxlanılmış, malın standartlara uyğun olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Sanitariya-Karantin Müfəttişliyinin radiasiya nəzarətinin nəticələrinə dair 2018-ci il 21 may tarixli, 001777 saylı rəyindən görünür ki, 77331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 saylı vaqonlarda mövcud olan 36236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatı radiasiya təhlükəsizliyi normalarına uyğundur. 2018-ci il 23 may tarixli, 001349 saylı uyğunluq sertifikatından görünür ki, “X7 və Konyak Zavodu” MMC ("xxxx" MMC) tərəfindən istehsal edilmiş 36236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatı ГОСТ 31493 - 2012 standartlarına uyğundur. Mənşə sertifikatından görünür ki, “X7 və Konyak Zavodu” MMC ("xxxx" MMC) tərəfindən Cavabdeh-yə göndərilən 36236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatına dair 2018-ci il 22 may tarixli, A836600 saylı mənşə sertifikatı verilmişdir. 239805, 239806, 239807, 239808, 239809 saylı qaimələrin dublikatlarından görünür ki, 2018-ci il 25 may tarixdə Azərbaycanın Gömrük Sərhəddindən "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodu MMC ("xxxx" MMC) tərəfindən göndərilmiş 6 vaqon olmaqla, cəmi 36236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatı Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən sənədləşdirilmişdir. 36236 dal həcmində 5 illik, 63%-lik emal edilməmiş çaxır distilyatına dair gömrük bəyannamələri tərtib edilmişdir. Moskva şəhəri, ekspert-kriminalistik xidmətinin 2018-ci il 18 iyul tarixli, 12411002/0020788 saylı və 12411002/0020785 saylı, 2018-ci il 19 iyul tarixli, 12411002/0020790 saylı və 12411002/0020791 saylı, 2018-ci il 20 iyul tarixli, 12411002/0020793 saylı və 12411002/0020794 saylı gömrük ekspertlərinin rəylərində qeyd olunmuşdur ki, araşdırılan mal nümunəsi palıd ağacı ilə təmasda olan, tərkibində 63,0±0,2% həcmdə etil spirti olan qida xammalının damıltması nəticəsində əldə edilən bir spirt tərkibli məhsuldur. Mal nümunəsində qeyri-üzüm mənşəli spirtlərin olması aşkar edilmişdir. Mal nümunəsi qida xammalından istifadə edərək hazırlanmışdır. 2018-ci il 3 avqust tarixli və 2018-ci il 10 avqust tarixli etibarnamələrdən görünür ki, Cavabdeh və "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodu MMC (İddiaçı MMC) onların bütün dövlət orqan və idarələrində, o cümlədən Federal Gömrük Xidmətində təmsil olunma və s. səlahiyyətlər daxil olmaqla X5 etibarnamələr verilmişdir. 2018-ci il 3 avqust tarixli, **********3000057 saylı qərardan görünür ki, Pskov gömrük idarəsi tərəfindən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 200.2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri üzrə (Gömrük ittifaqının gömrük sərhədindən spirt məhsullarının və (və ya) tütün məmulatının qanunsuz olaraq külli miqdarda keçirilməsi) cinayət işinin qaldırılması qərara alınmışdır. 2019-cu il 25 fevral tarixli cinayət işinə xitam verilməsi haqqında qərardan görünür ki, Rusiya Federasiyasının CPM-in 24.1.1-ci maddəsində nəzərdə tutulan əsas üzrə **********3000057 saylı cinayət işinə xitam verilməsi qərara alınmışdır. 2019-cu il 6 may tarixli cinayət işinə xitam verilməsi haqqında qərardan görünür ki, 2019-cu il 25 fevral tarixli cinayət işinə xitam verilməsi haqqında qərar ləğv edilmiş, daha sonra yenidən Rusiya Federasiyasının CPM-in 24-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulan əsas üzrə **********3000057 saylı cinayət işinə xitam verilməsi qərara alınmışdır. "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodu MMC (İddiaçı MMC) tərəfindən “Oktyabrsk dəmir yolunun “Sebej” dəmir yolu stansiyasına ünvanlanmış 2019-cu il 11 mart tarixli məktubda Beynəlxalq dəmir yolu nəqliyyatı haqqında müqavilənin 15-ci qrafasına növbəti dəyişikliklərin daxil edilməsi xahiş edilmişdir: göndərilmələr №239804, 239805, 239806, 239807, 239808, 239809, yükün adı: “ən azı 5 il palıd ağacı ilə təmasda olan fermentləşdirilmiş qida xammalının distillə edilməsi nəticəsində alınan spirt tərkibli məhsul, 63%”, MVTSN kodu - 593071, UYN kodu ********. 2019-cu il 10 aprel tarixli yoxlama aktından görünür ki, yoxlama zamanı müəyyən edildi ki, gömrük anbarının və müvəqqəti saxlanma yeri ərazisində 6 ədəd dəmiryol vaqonları (No. 77326585, 77331361, 77331379, 77302644, 77311082, 7732908) yerləşdirilib, müşayiətedici sənədlərə əsasən onların içərisində tərkibi 63% spirt olan çaxır var. Mal tranzit gömrük proseduru keçməsi üçün gömrük bəyannamələrində sifariş edilib: 19LV**********6195, 19LV**********6300, 19LV**********6070, 19LV**********6096, 19LV**********6088, 19LV**********7553, tranzit 2019-cu il 9 aprel gömrük müəssisənin vaxtında bağlanmamış və gömrük anbarında uçota götürülməmişdir. "xxxx" MMC-nin direktoru Malakov V. tərəfindən izahat alınıb: verilən məlumata əsasən, malın müvəqqəti saxlanma yerində və gömrük anbarında uçota götürülməsi mümkün deyil, çünki müəssisənin tapşırığı kifayət eləmir, onun artırılması isə yubanır, o cümlədən texniki yükün yerini dəyişmək mümkün deyil və müvafiq olaraq, növbəti gömrük prosedurunu tətbiq etmək mümkün deyil (yəni, layihə və fakturalar hazırlanmalıdır). Yoxlama zamanı No. 77326585 saylı sistern, K6657354 və FTS No. 15 ******* saylı dəmiryolu plombu zədələnmədən açılmışdır, malın, müşayiətedici sənədlərlə uyğunlaşmasını yoxlamaq üçün d/y sisterndən malın nümunələri götürülmüşdür, həmin nümunələr 01 saylı, 2018-ci il 21 may tarixli hesab-fakturada qeyd edilən malın nümunələridir. Məhsul 5 ildir ki, oduncaqla reaksiyadadır, 63% nümunələri "xxxx" MMC nin işçisi Şahmar Hüseynov vəzifəli şəxslərin iştirakı ilə götürmüşdür, nümunələrə gömrük təminatı qoyulub No. MA-55311, MA-55312, MA-55313. Yekun nümunə No. 55313 saxlanması üçün "xxxx" MMC-nin saxlanmasına verilib. Nümunələr laboratoriyada, testdən keçəndən sonra nəticələr elan olunacaqdır, baxış zamanı pozulmayan təminatlar aşkar edildi, d/y yoxlama zamanı 77326585 saylı sisternə AD652123 plombu, 77331361 saylı sisternə AD652127 plombu, 77331379 saylı sisternə AD652144 plombu, 77302644 saylı sisternə AD652125 plombu, 77311082 saylı sisternə AD652126 plombu, ******* saylı sisternə AD652124 plombu vurulub, yoxlama zamanı ərazi və dəmir yol sisternlərinin şəkilləri çəkilmişdir. "xxxx" SC tərəfindən "xxxx" SİA-ya ünvanlanan 2020-ci il 28 fevral tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, 2015-ci il 1 noyabr tarixdə "xxxx" SİA ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında 092-AT/OB saylı nəqliyyat-ekspedisiya müqaviləsi bağlanmış, ona əsasən icraçının tapşırığı ilə beynəlxalq nəqliyyatda dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə yüklərin daşınması zamanı ödəniş müqabilində nəqliyyat-ekspedisiya xidmətləri göstərməyi öhdəsinə götürür. Məktubda bağlanmış müqavilənin müddəaları əsas gətirilərək, ********.09 rubl məbləğini 7 təqvim günü ərzində ödənilməsi xahiş edilmiş, göstərilən vaxta qədər tələb təmin olunmazsa, qeyd olunan məbləğin tutulması üçün zaminin olduğu yer üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı 2020-ci il 25 mart tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, 2018-ci il 16 may tarixində işlənilməmiş şərab distillatının 2018-ci ilin may ayında Azərbaycan dəmir yolu İmişli-Latviya dəmir yolu marşurutu ilə daşınmasına dair 1 saylı sifariş razılaşdırılmışdır. Rusiya Federasiyasının ərazisində yüklü vaqonun d/y tarifinin ödəyicisi "xxxx" MMC-nin olması razılaşdırılmışdır. "xxxx" MMC sifarişçi qarşısında tarifin tam ödənilməsinə dair öz öhdəliklərini yerinə yetirmişdir. 777331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 saylı vaqonlar 2018-ci il 26 may tarixində Azərbaycan dəmir yolu İmişli yükləmə stansiyasından Riqa-Preçu təyinat yerinə göndərilmişdir. 2018-ci il 10 iyun, 2018-ci il 12 iyun və 2018-ci il 13 iyun yollanması icraçı tərəfindən həyata keçirilən vaqonlar Oktyabrsk dəmir yolunun Sebej keçid stansiyası sərhəd postunda olarkən, Pskov gömrüyünün göstərişi ilə yoxlanış üçün açılmışdır. 2018-ci il 10 iyun tarixdən 2018-ci il 9 avqust tarixədək dövrdə daşınan yükün gömrük yoxlanışı aparılmışdır. 2018-ci il 10 avqust tarixdən 2019-cu il 25 fevral tarixədək dövrdə yüklü vaqonlar **********3000057 saylı cinayət işi çərçivəsində müsadirə edilmişdir. 2019-cu il 19 mart tarixində cinayət işinin bağlanması ilə əlaqədar yüklü vaqonlar buraxılmış və daşıyıcı tərəfindən sərhəd stansiyasından təyinat stansiyasına istiqamətləndirilmişdir. Bütün bu göstərilən müddət ərzində vaqonlar ümumi istifadə olunan yollarda olmuşdur. Vaqonların ümumi istifadə olunan yollarda qaldığı vaxt ərzində "xxxx" MMC "xxxx" MMC-yə vaqonların boşdayanmasına görə 160000 avro məbləğində pretenziya təqdim etmişdir. Gömrük anbarı və ekspeditor xidmətlərinin göstərilməsinə dair 2005-ci il 2 may tarixli, TL01 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, malların sahibi xidmətlərin haqqını ödəməyi, anbar sahibi isə yüklərin qəbulu və saxlanılması, yüklərə aid müşayətedici sənədlərin, habelə yüklərin qəbulu, saxlanılması və göndərilməsi üçün bütün zəruri sənədlərin tərtib edilməsi, yükləmə-boşaltma işlərinin həyata keçirilməsi, beynəlxalq nəqliyyatda malların daşınması və ekspedisiya xidmətləri və nəqliyyat xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. Gömrük anbarı və ekspeditor xidmətlərinin göstərilməsinə dair 2012-ci il 1 noyabr tarixli, A0112-043 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, yük sahibi yüklərin anbara qəbulu və orada saxlanılması, müşayətedici və yüklərin qəbulu, saxlanılması və göndərilməsi üçün digər zəruri sənədlərin tərtib edilməsi, yükləmə və yükboşaltma işlərinin görülməsi, beynəlxalq daşımalarda yükdaşıma xidmətləri və ekspeditor xidməti və nəqliyyat xidmətlərini həvalə edir və haqqını ödəməyi öhdəsinə götürür, anbar sahibi isə onları həmin xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə, yük sahibi yükləri anbara göndərməzdən əvvəl, yük sahibinə anbar sahibindən müəyyən yükü gömrük anbarına qəbul etmək imkanı barədə təsdiq almalıdır. Əks halda, anbar sahibi mümkün boşdayanma və yükü anbara vaxtında qəbul edə bilməməsi səbəbindən yük sahibinin əlavə xərcləri üçün məsuliyyət daşımır. Müqavilənin 3.1-ci bəndinə görə, anbar sahibi yük sahibinin təqdim etməli olduğu bütün lazımi məlumatı və sənədləri aldıqdan sonra, gömrük nəzarəti altında daxil olmaqla yükü saxlama üçün anbara qəbul edir. 2015-ci il 5 yanvar tarixli niyyət razılaşmasından görünür ki, Cavabdeh ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında şərab/konyak spirtinin tədarükü və satışı haqqında razılaşma əldə edilmişdir. Razılaşmaya görə Cavabdeh şərab/konyak spirtini tədarük etməyi və satmağı, "xxxx" Səhmdar Cəmiyyəti isə malları qəbul etməyi və almağı öhdələrinə götürmüşlər. 2015-ci il 1 noyabr tarixli, 092-AT/OB nəqliyyat-ekspedisiya müqaviləsindən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, icraçı sifarişçinin tapşırığı ilə beynəlxalq nəqliyyatda dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə yüklərin daşınması zamanı ödəniş müqabilində nəqliyyat ekspedisiya xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, icraçı sifarişçinin tapşırığı ilə daşıyıcılarla müəyyən olunmuş qaydada sifarişçi ilə sifarişçinin yüklərinin daşınması, boşaldılıb yüklənməsini razılaşdırır. Müqavilənin 2.2.2-ci bəndinə görə, sifarişçi icraçının hazırkı müqaviləyə əlavə olunan əlavələrdə qeyd olunan razılaşdırılmış tariflərlə və razılaşdırılmış müddətdə yüklərin daşınmasının təşkilini və nəqliyyat-ekspedisiyası üzrə xidmətlərini və xərclərini ödəyir. 2016-cı il 6 dekabr tarixli, İ 04-03/16-05 saylı gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, "xxxx" MMC ilə “Yük sahibi” olaraq təmsil edilən SİA “Rolands” arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, yük sahibi yüklərin anbara qəbulu və orada saxlanılması, müşayiət edici və yüklərin qəbulu, saxlanılması və göndərilməsi üçün digər zəruri sənədlərin tərtib edilməsi, yükləmə və yükboşaltma işlərinin görülməsi, beynəlxalq daşımalarda yükdaşıma xidmətləri və ekspeditor xidməti, hazırkı müqavilə üzrə bütün xidmətlər Latviya Respublikasının normativ aktlarına, beynəlxalq daşıma halında isə müvafiq xidmətlərin göstərilməsini tənzimləyən beynəlxalq normativ aktlara uyğun olaraq göstərilir, yük sahibinin tapşırığı ilə və tərəflər razılaşdırılmış haqq müqabilində öz adından və ya yük sahibi adından anbar sahibi üçüncü şəxslərdə əlavə xidmətlərin göstərilməsinə dair müqavilələr bağlamaq hüququna sahibdir: sığorta, yükün vəziyyəti və keyfiyyətinin yoxlanılması, yükləmə və yükboşaltma, saxlanılma, gömrük rəsmiləşdirilməsi və s. xidmətləri həvalə edir və haqqını ödəməyi öhdəsinə götürür və anbar sahibi isə onları göstərməyi öhdəsinə götürmüşdür. 2018-ci il 7 iyun tarixli, 013-18 saylı tədarük müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı alıcının sifarişi ilə əvvəlcədən razılaşdırılmış həcmdə və hazırkı müqavilənin müddəalarına müvafiq olaraq Azərbaycan mənşəli şərab spirtini alıcıya satır, alıcı isə hazırkı müqavilə ilə müəyyən olunmuş qaydada aldığı malların haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 2018-ci il 7 iyun tarixli əlavədən görünür ki, tərəflər 1 dekalitri 31.5 avro olmaqla, 22828.7 dekalitr miqdarında Azərbaycan mənşəli şərab spirtinin təhvil verilməsinə dair razılığa gəlmişlər. 2018-ci il 10 avqust tarixli, 08/02/18-LV saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında hüquq-konsaltinq xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, icraçı sifarişçiyə hüquq-konsaltinq xidmətləri göstərməyi, sifarişçi isə göstərilmiş xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. 2018-ci il 30 avqust tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" SİA (zamin), "xxxx" SİA (borclu) və "xxxx" ASC (kreditor) arasında zaminlik müqaviləsi bağlanmışdır. Göstərilən zaminlik müqaviləsinə əsasən 092-AT-OB saylı 2015-ci il 1 noyabr tarixli, 064- AT/OPT saylı 2018-ci il 15 may tarixli nəqliyyat ekspedisiyası haqqında müqavilələr üzrə həm hazırkı zaminlik müqaviləsi imzalananadək yaranan və hazırkı zaminlik müqaviləsi bağlandıqdan sonra yaranacaq bütün öhdəliklərini yerinə yetirməsinə görə kreditorun qarşısında cavab verməyi öhdəsinə götürmüşdür. Zamin 092-AT-OB saylı, 2015-ci il 1 noyabr tarixli və 064-AT/OPT saylı, 2018-ci il 15 may tarixli nəqliyyat ekspedisiyası müqavilələri üzrə sənədləşdirilmiş zərərlərin kompensasiyası daxil olmaqla, borclu ilə eyni miqdarda kreditor qarşısında məsuliyyət daşıyır. Zamin borclunun öhdəliklərinin icrası üçün öz öhdəlikləri kimi məsuliyyət daşıyır. 2019-cu il 3 may tarixli, aksiz vergisinin ümumi təmin edilməsi üçün 1531838GİM19001 saylı kredit təşkilatının zaminliyinə dair sənədin surətindən görünür ki, aksiz vergisinin ümumi təmin edilməsi üçün “Citadele Bank” SC tərəfindən "xxxx" MMC-yə 380000 avro sığorta zəmanəti təminatı verilmişdir. 2019-cu il 22 avqust tarixli, LB-2019/08/008 saylı tədarük müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı alıcının sifarişinə əsasən əvvəlcədən razılaşdırılmış miqdarda və hazırki müqavilənin müddəaları ilə müvafiq olaraq Azərbaycan mənşəli şərab distilləsini alıcıya satır, alıcı isə aldığı malların haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, tərəflər Azərbaycan mənşəli şərab distilləsinin 1 dekalitri 24.70 avro olmaqla 4014 dekalitrinin 2019- cu ilin sentyabr ayında, 1 dekalitri 23.40 avro olmaqla, 11415 dekalitrini 2019-cu ilin oktyabr-noyabr aylarında təhvil verilməsinə dair razılığa gəlmişlər. 2020-ci il 4 avqust tarixli, RS000000027 saylı və 2020-ci il 5 avqust tarixli RS000000028 saylı qarşılıqlı hesablaşmalar aktlarından görünür ki, Cavabdeh ilə "xxxx" Səhmdar Cəmiyyəti arasında 2020-ci il 4 avqust tarixli, RS000000027 saylı akt üzrə borc məbləği 44266.75 avro və 2020-ci il 5 avqust tarixli RS000000028 saylı akt üzrə isə 60184.96 avro təşkil etmişdir. İddiaçı MMC-nin 2019-cu il 14 avqust tarixli, 34/19 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, İmişli rayonu, Telestudiya küçəsi, ev 38 saylı ünvanında yerləşən köhnə adı "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak Zavodu MMC, yeni adı İddiaçı MMC olan zavoddan 2-2018 saylı, 2018-ci il 12 aprel tarixli müqaviləyə əsasən, 2018-ci il 25 may tarixdə Azərbaycan Respublikasının İmişli rayonundan Latviya Respublikasının Cavabdeh şirkətinə 77331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 nömrəli 6 sistern, müddəti 5 (beş) il olan distillə şərabı göndərilmişdir. Vaqonların ümumi çəkisi 36236 dekalitr olmaqla dəyəri 561658 avro təşkil edir. Müqavilənin 3.2-ci bəndində qeyd edildiyi kimi, 2018-ci il 18 aprel tarixdə zavodun "xxxx" ASC-də olan avro hesabına 200000 avro avans ödənilmişdir. Lakin müqavilənin eyni bəndində qeyd edilən qalıq məbləğin, yəni 361658 avro gedən malın anbara daxil olduğu tarixdən 3 ay sonra ödənilməli olsa da, 2019-cu il 14 avqust tarixə kimi ödənilməmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məhkəməyə qədər pretenziya məktubunda (məktub 2019-cu il 8 may tarixdə e-mail vasitəsilə göndərilmişdir) qeyd olunur ki, satıcının tədarük şərtlərinə əməl etməməsi nəticəsində alıcıya 617731 avro məbləğində zərər dəymişdir. Həmin məbləğin, həmçinin 200000 avro avans ödənişinin pretenziyanın alındığı andan 7 gün ərzində tam həcmdə qaytarılması, eləcə də malın alıcının ərazisindən götürülməsi və malın satıcıya qaytarılması ilə əlaqədar bütün xərclərin ödənilməsi tələb edilmiş, əks halda Azərbaycan Respublikasının və Latviyanın hüquqmühafizə orqanlarına müraciət ediləcəyi, məhkəmə icraçıları vasitəsilə malın saxlanılması ilə əlaqədar xərclərin və zərərlərin azaldılması hesabına malı satmaq məcburiyyətində qalacaqları barədə İddiaçı MMC məlumatlandırılmışdır. Pretenziya məktubuna İddiaçı MMC tərəfindən 2019-cu il 9 may tarixdə email vasitəsilə verilmiş cavab məktubunda, məktubda göstərilən məbləğin ödənilməyəcəyi, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin tam şəkildə yerinə yetirildiyi, malın vaxtında göndərildiyi, Samura qədər çatdıırlma şərtlərinin yerinə yetirildiyi, malın onlar tərəfindən gecikdirilmədiyi bildirilmiş, bu səbəbdən göndərilmiş mala görə pul vəsaitlərinin tam məbləğdə qaytarılması Cavabdeh-dən tələb edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh-yə ünvanlanan 2019-cu il 2 avqust tarixli pretenziya məktubunda qeyd olunur ki, "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak Zavodu MMC ilə Cavabdeh arasında 2018-ci il 12 aprel tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı 5 illik üzüm çaxırının emal olunmamış distilləsini alıcıya satmağı, nəqliyyat vasitələrinə yükləməyı və alıcıya çatdırmağı öhdəsinə götürür. Alıcı isə həmin malları almağı, dəyərini ödəməyi və qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən, malın hər 1 litri üçün nəzərdə tutulmuş qiymət 1.55 avro təşkil edir. Müqavilədə nəzərdə tutulmuş malların ümumi dəyəri 564200 avro təşkil edir. Alıcı malların ümumi dəyərindən 200000 avro məbləğində hissəsini dərhal ödəməyi öhdəsinə götürür. Qalan məbləğ isə malların alıcı tərəfindən qəbul edilməsindən sonra 3 ay müddətində ödəniləcəkdir. Qeyd olunan müqavilə üzrə öhdəliklər tərəflərindən tam icra olunmuş, mallar təhvil verilmişdir. Lakin müqavilə üzrə şərtlər icra edilməmiş, malların dəyəri tam olaraq ödənilməmişdir. 2018-ci il 12 aprel tarixli müqavilə üzrə yaranmış 364200 avro məbləğində pulun ödənilməsinin təmin edilməsi, əks halda əsas borcun tutulması, ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar olunmuşdur. Cavabdeh tərəfindən "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak Zavodu MMC-yə (İddiaçı MMC-yə) ünvanlanmış 2019-cu il 22 iyul tarixli pretenziya məktubunda qeyd edilir ki, satıcı malın keyfiyyəti üzrə müqavilə şərtlərini pozmuşdur. 2-2018 saylı müqavilənin 4.1-ci bəndini rəhbər tutaraq, Satıcı Alıcıya ГОСТ (dövlət standartları) 31493-2012 “Şərab distillatı. Texniki şərtlər” keyfiyyətinə uyğun mal tədarük etməli idi. Tədarük edilən Mal daha əvvəl təqdim olunmuş nümunələrə və sertifikatlara uyğun olmalıdır. Müqavilənin 4.2ci bəndinə əsasən, faktiki olaraq, malın keyfiyyətinin elan edilmiş sənədlərə uyğunsuzluğu qeyd edilmişdir. X17 keyfiyyətini təsdiq edən sənədlər təqdim etməli idi. Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən aparılan ekspertiza zamanı satıcı tərəfindən təqdim olunmuş sənədlərin (sertifikatların) Alıcıya tədarük edilən mallara uyğunsuzluğu barədə qeyd edilmişdir. Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən alınan Satıcının mal sənədlərinin nəticələrinə görə, eləcə də malın müstəqil ekspertizasına əsasən Alıcı nəticəyə gəlir ki, malın keyfiyyətini təsdiq edən sənədlər saxtalaşdırma xarakteri daşıyır. Malın keyfiyyətini təsdiq edən sənədlərin saxtalaşdırılmasının təsdiqi olaraq, Satıcı Alıcıya əvvəlcə reallığa uyğun olmayan sertifikatlar təqdim etmişdir. Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən aparılan malın ekspertiza faktı ilə X17 keyfiyyətinə dair 2-2018 saylı, 2018-ci il 12 aprel tarixli müqavilənin elan edilmiş şərtlərinə uyğun olmayan başqa sertifikat təqdim etmişdir. Satıcı tərəfindən 2-2018 saylı, 2018-ci il 12 aprel tarixli müqavilənin əsas şərtlərinin pozulması faktına görə alıcı aşağıdakı itkilərə malikdir: alıcının əsas müştərisinin malı almaqdan imtina etməsi nəticəsində 215731 avro məbləğində itkilər, Rusiya Federasiyasının ərazisində tranzitə görə 40000 avro S/N:077 məbləğində itkilər, satıcı tərəfindən alıcının 2018-ci il 17 aprel tarixdə ödədiyi ilkin ödənişdən istifadəsinə görə 12000 avro (Latviya Respublikasının qanunvericiliyinə əsasən ilkin ödəniş məbləğindən illik 6%) məbləğində itkilər, 160000 avro məbləğində itkilər - Rusiya Federasiyasının Oktyabrsk dəmir yolu adi (mal) sistemə görə Posin sərhəd stansiyasında (Sebej gömrük postu) hesab təqdim etmişdir, malın 3 il müddətində anbarda saxlanılmasına görə sığorta təminatı (həmin malın Əsas müştəri tərəfindən alınması şərti ilə) olaraq 60000 avro məbləğində itkilər, vəkil xidmətlərinə görə 130000 avro məbləğində itkilər, malın Latviya dəmir yollarında dayanması və saxlanılmasına görə 2019-cu il 26 mart tarixdən etibarən günlük 293 avro məbləğində itkilər və itirilmiş mənfəət olmaqla, birbaşa itkilərin yekun məbləği 618024 avro təşkil edir. Alıcı Satıcıdan ondan malı götürməyi və birbaşa itkilərin yekun məbləğini ödəməyi tələb edir. Satıcı - pretenziyanı aldığı andan 5 gün ərzində alıcının tələblərini yerinə yetirməzsə, alıcı zərərin ödənilməsi üçün malı Latviya Respublikasında auksiona qoymağa məcbur olacaq, o cümlədən alıcı Azərbaycan Respublikasının Prokurorluğuna (Mal keyfiyyətinin müqavilə üzrə sənədlərə uyğunsuzluğu üzrə) və Arbitraj Məhkəməsinə və ya Azərbaycan Respublikasının İqtisadi Məhkəməsinə müraciət etməyə məcbur olacaqdır. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 1110219/1 saylı pretenziyaya cavab məktubunda qeyd olunmuşdur ki, tərəflər arasında 2018-ci il 12 aprel tarixdə, 2-2018 saylı müqavilə bağlanılmışdır. “Posin” dəmiryol stansiyasında gömrük nəzarəti zamanı daşınan mallardan Rusiya Federasiyası gömrük orqanları tərəfindən nümunələr götürülmüşdür. X16 Xidmətinin Mərkəzi Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin nəticələrinə uyğun olaraq, məhsulun palıd ağacı ilə təmas olunan qida xammalı distilləsindən alınan spirt tərkibli məhsul olduğu aşkarlanmışdır. Hal-hazırda Cavabdeh-nin ünvanına daxil olmuş mallar gömrük nəzarəti altındadır. Lazımi gömrük rüsumları və aksizlər ödənildikdən sonra, Latviya gömrükçülərinin nəzarəti altında malların nümunələri toplanaraq, onların uyğunluğunun yoxlanılması üçün əlavə araşdırılmaya göndəriləcəkdir. 2019-cu il 29 oktyabr tarixli irada cavab olaraq Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2019-cu il 19 dekabr tarixli, 26 saylı məktubdan görünür ki, göndərilmiş məhsulun keyfiyyəti ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması məqsədi ilə birgə prob və nümunələrin seçilməsi və müstəqil Avropa laboratoriyasında malın keyfiyyət ekspertizasının keçirilməsi üçün "xxxx" MMC-nin nümayəndəsinin Riqaya göndərilməsi təklif edilmişdir. 2019-cu il 16 mart, 2019-cu il 2 iyul, 2019-cu il 10 sentyabr, 2019-cu il 2 oktyabr, 2019cu il 30 oktyabr və 2019-cu il 27 noyabr tarixli qaimələrdən görünür ki, müxtəlif həcmlərdə olan Cavabdeh tərəfindən "xxxx" Səhmdar Cəmiyyətinə satılmış Azərbaycan mənşəli, ± 63 %-lik şərab distilləsinin dəyəri ödənilmişdir. Hüquq xidmətlərinə görə Cavabdeh tərəfindən "xxxx" MMC-yə cəmi 57000 (15.500 + 22.500 + 19.000) avro ödənilmişdir. 2020-ci il 19 avqust tarixli aktlardan (cəmi 6 ədəd) və ödəniş tapşırığından görünür ki, 2020-ci il 7 avqust tarixdə götürülmüş və Cavabdeh tərəfindən İspaniya şirkəti olan “Lüksium Vayns SL” şirkətinə göndərilmiş şərab nümunələri yoxlanılmış və uyğunsuzluq müəyyən edilmişdir. Həmin yoxlamanın həyata keçirilməsi üçün Cavabdeh tərəfindən “Lüksium Vayns SL” şirkətinə 3184.51 avro ödənilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh-yə ünvanlanmış 2021-ci il 7 yanvar tarixli məktubda qeyd edilmişdir ki, 14 təqvim günü ərzində 160000 avro borcu ödəmədiyi halda, müqavilə üzrə gündə 0.5 % (323 gün) cərimə və qanunla müəyyən edilmiş borcun əsas məbləğin illik 6%-i ilə cərimə tətbiq olunacaqdır. 2021-ci il 2 fevral tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına 160000 avro ödənilmişdir.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: ... 14.2.6. Başqa şəxsə zərər vurulması 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hцquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 424.5. Müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 581.1. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. Alış qiymətinin mütənasib azaldılması; 587.1.2. Əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. Əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. Alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. Lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 595.1. Alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alqı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyrimümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 595.3. Əgər satıcı alıcıya verilmiş əşyaların alqı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməzdi. 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1. Alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 635.1. Göndərmə müqaviləsinə uyğun olaraq alıcı (mal alan) mal göndərənin verdiyi maldan imtina etdikdə bu malın salamatlığını təmin etməyə (məsuliyyətlə saxlamağa) və mal göndərənə ləngimədən bildiriş göndərməyə borcludur. 635.2. Mal göndərən alıcının (mal alanın) məsuliyyətlə saxlamağa qəbul etdiyi malı ağlabatan müddətdə aparmağa və ya ona dair sərəncam verməyə borcludur. Əgər mal göndərən mala dair bu müddətdə sərəncam verməzsə, alıcı malı sata bilər və ya mal göndərənə qaytara bilər. 635.3. Malın məsuliyyətlə saxlanmağa qəbul edilməsi, satılması və ya satıcıya qaytarılması ilə əlaqədar alıcının çəkdiyi zəruri xərclərin əvəzini mal göndərən ödəməlidir. Bu zaman malın satışından götürülən vəsait alıcıya çatan məbləğ çıxılmaqla mal göndərənə verilir. 641.3. Malların qüsurları aradan qaldırılanadək və komplekti tamamlananadək və ya mallar dəyişdirilənədək alıcı (mal alan) lazımi keyfiyyətli olmayan və komplektsiz malları ödəməkdən imtina edə bilər, malları ödəmiş olduqda isə ödədiyi məbləğlərin qaytarılmasını tələb edə bilər. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər.
784. Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbinin əsasını cavabdeh "xxxx" MMC-nin təqsirli hərəkəti nəticəsində məruz qalmış olduğu zərərin qarşılanması təşkil edir. Bu baxımdan həmin hissədə mübahisəyə hüquqi qiymət verilməsindən ötrü hökmən müəyyən edilməlidir; zərər mövcuddurmu, zərər cavabdehin təqsirli hərəkəti nəticəsində yetirilmişdirmi, cavabdehin təqsirli hərəkəti ilə qarşılıqlı iddia üzrə iddiaçıya yetirilmiş zərər arasında səbəbli əlaqə varmı? İşin müəyyən olunan hallarına əsasən tərəflər arasında 12 aprel 2018-ci il tarixdə bağlanmış 2-2018 saylı alqı-satqı, göndərmə müqaviləsinə əsasən cavabdeh (satıcı) "xxxx" MMC tərəfindən ən azı 5 il saxlanılmış XİFMN C-22082040 kodlu, Azərbaycan istehsalı, ГОСТ3143-2012 "Çaxır distilyatı. Texniki şərtlər" keyfiyyətində, tərkibindəki alkoqolun faizi - ən azı 63%, (364 ton) və ya 36400 dkl(20 dərəcə C temp.) miqdarında çaxır distilyatının satılması, nəqliyyat vasitəsinə yüklənərək (dəmir yolu sisterni doldurma 6 sistern) çatdırılması, iddiaçı (alıcı) Cavabdeh tərəfindən isə çaxır distilyatının alınması, dəyərinin ödənilməsi və qəbul edilməsi müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı zərərə məruz qalmasını cavabdeh "xxxx" MMC-nin müqavilə ilə şətləşdirilmiş malı (ГОСТ 31493-2012 keyfiyyətinə uyğun olan “Çaxır distillyatı. Texniki şərtlər” üzüm spirti) deyil, sənədləri saxtalaşdıraraq digər ərzaq məhsullarından (qarğıdalı, şəkər çuğunduru, sorqo və sair bitkilərdən) çəkilmiş spirt göndərməsi ilə əsaslandırır. "xxxx" MMC-nin qeyd olunan arqumentləri Pskov gömrük idarəsi tərəfindən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 200.2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri üzrə (Gömrük ittifaqının gömrük sərhədindən spirt məhsullarının və (və ya) tütün məmulatının qanunsuz olaraq külli miqdarda keçirilməsi) 2018-ci ilin 3 avqust tarixində qaldırılmış cinayət işinin istintaqı zamanı alınan Moskva şəhəri, ekspert-kriminalistik xidmətinin 2018-ci il 18 iyul tarixli, 12411002/0020788 saylı və 12411002/0020785 saylı, 2018-ci il 19 iyul tarixli, 12411002/0020790 saylı və 12411002/0020791 saylı, 2018-ci il 20 iyul tarixli, 12411002/0020793 saylı və 12411002/0020794 saylı gömrük ekspertlərinin rəyləri, İspaniyanın "xxxx" Şikətində keçirilmiş laborotoriya tədqiqatlarının xx.xx.2020-ci il tarixli rəyləri ilə əsaslandırır. Həmin rəylərə əsasən cavabdeh (satıcı) "xxxx" MMC tərəfindən göndərilən mal palıd ağacı ilə təmasda olan, tərkibində 63,0±0,2% həcmdə etil spirti olan qida xammalının damıltması nəticəsində əldə edilən bir spirt tərkibli məhsuldur. Mal nümunəsində qeyri-üzüm mənşəli spirtlərin olması aşkar edilmişdir. Mal nümunəsi qida xammalından istifadə edərək hazırlanmışdır. Cavabdeh (satıcı) "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodu MMC (İddiaçı MMC) tərəfindən “Oktyabrsk dəmir yolunun “Sebej” dəmir yolu stansiyasına ünvanlanmış 2019-cu il 11 mart tarixli məktubda iddiaçı Cavabdeh-nin yuxarıda qeyd olunan arqumentləri təsdiq edilərək, göndərilmələr №239804, 239805, 239806, 239807, 239808, 239809, yükün adı: “ən azı 5 il palıd ağacı ilə təmasda olan fermentləşdirilmiş qida xammalının distillə edilməsi nəticəsində alınan spirt tərkibli məhsul, 63%”, MVTSN kodu - 593071, UYN kodu 22089077 olduğu bildirilmiş və Beynəlxalq dəmir yolu nəqliyyatı haqqında müqavilənin 15-ci qrafasına növbəti dəyişikliklərin daxil edilməsi xahiş edilmişdir. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin cavabdeh "xxxx" MMC-nin müqavilə ilə şətləşdirilmiş malı (ГОСТ 31493-2012 keyfiyyətinə uyğun olan “Çaxır distillyatı. Texniki şərtlər” üzüm spirti) deyil, sənədləri saxtalaşdıraraq digər ərzaq məhsullarından (qarğıdalı, şəkər çuğunduru, sorqo və sair bitkilərdən) çəkilmiş spirt göndərməsi ilə bağlı arqumentləri təkcə ekspert rəyləri ilə deyil, cavabdehin özünün “Sebej” dəmir yolu stansiyasına ünvanlanmış 2019-cu il 11 mart tarixli etiraf məktubu ilə tam təsdiqini tapır. Qarşılıqlı iddia üzrə cavabdeh (satıcı) "xxxx" MMC qabaqcadan iddiaçı (alıcı) Cavabdeh-nə müqavilə ilə şətləşdirilmiş (ГОСТ 31493-2012 keyfiyyətinə uyğun olan “Çaxır distillyatı. Texniki şərtlər” üzüm spirti, kod- XİFMN C-********) malı deyil, “ən azı 5 il palıd ağacı ilə təmasda olan fermentləşdirilmiş qida xammalının distillə edilməsi nəticəsində alınan spirt tərkibli məhsulu" (63%, MVTSN kodu - 593071, UYN kodu ********) göndərdiyini bilmişdir. Qeyd olunan hal isə cavabdeh (satıcı) "xxxx" MMC-nin bilərəkdən müqavilə ilə şətləşdirilmiş keyfiyyət göstəricisinə malik olmayan malın tədarük edilməsində yol verdiyi təqsirli hərəkətidir. Cavabdeh (satıcı) "xxxx" MMC-nin yol vermiş olduğu həmin təqsirli hərəkəti nəticəsində iddiaçı (alıcı) Cavabdeh-nin məruz qaldığı zərər arasında səbəbli əlaqənin mövcudluğuna isə aşağıda sadalanan tələblər üzrə ayrı-ayrılıqda qiymət veriləcəkdir;
1. İş materialında olan "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı xx.xx.2020-ci il tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdə işlənilməmiş şərab distillatının 2018-ci ilin may ayında Azərbaycan dəmir yolu İmişli-Latviya dəmir yolu marşurutu ilə daşınmasına dair 1 nömrəli sifariş razılaşdırılmışdır. Rusiya Federasiyasının ərazisində yüklü vaqonun d/y tarifinin ödəyicisi "xxxx" MMC-nin olması razılaşdırılmışdır. "xxxx" MMC sifarişçi qarşısında tarifin tam ödənilməsinə dair öz öhdəliklərini yerinə yetirmişdir. 777331361, 77329308, 77331379, 77326585, 77302644, 77311082 nömrəli vaqonlar xx.xx.2018-ci il tarixdə Azərbaycan Dəmir Yolu İmişli yükləmə stansiyasından Riqa-Preçu təyinat yerinə göndərilmişdir. xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018 yollanması icraçı tərəfindən həyata keçirilən vaqonlar Oktyabrsk dəmir yolunun Sebej keçid stansiyası sərhəd postunda olarkən Pskov gömrüyünün göstərişi ilə yoxlanış üçün açılmışdır. xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək dövrdə daşınan yükün gömrük yoxlanışı aparılmışdır. xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək dövrdə yüklü vaqonlar **********3000057 nömrəli cinayət işi çərçivəsində müsadirə edilmişdir. xx.xx.2019-cu il tarixində cinayət işinin bağlanması ilə əlaqədar, yüklü vaqonlar buraxılmış və daşıyıcı tərəfindən sərhəd stansiyasından təyinat stansiyasına istiqamətləndirilmişdir. Bütün bu göstərilən müddət ərzində vaqonlar ümumi istifadə olunan yollarda olmuşdur. Vaqonların ümumi istifadə olunan yollarda qaldığı vaxt ərzində "xxxx" MMC "xxxx" MMC-yə vaqonların boşdayanmasına görə 160.000 Avro məbləğində pretenziya təqdim etmişdir. İş materialında olan "xxxx" MMC tərəfindən Cavabdeh-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, 14 təqvim günü ərzində 160.000 Avro borcu ödəmədiyi halda, müqavilə üzrə gündə 0,5 % (323 gün) cərimə və qanunla müəyyən edilmiş borcun əsas məbləğin illik 6%-i ilə cərimə tətbiq olunacaqdır. İş materialında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına 160.000 Avro ödənilmişdir. /İV cild, i.v.271/ Kollegiya hesab edir ki, Cavabdeh-yə göndərilmiş 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanması İddiaçı MMC-nin təqsirli hərəkəti nəticəsində baş verdiyindən, yəni satıcı "xxxx" MMC alıcı Cavabdeh-nə müqavilə ilə şətləşdirilmiş (ГОСТ 31493-2012 keyfiyyətinə uyğun olan “Çaxır distillyatı. Texniki şərtlər” üzüm spirti, kod- XİFMN C-********) malı deyil, “ən azı 5 il palıd ağacı ilə təmasda olan fermentləşdirilmiş qida xammalının distillə edilməsi nəticəsində alınan spirt tərkibli məhsulu" (63%, MVTSN kodu - 593071, UYN kodu ********) gömrükdə bəyan etməklə göndərdiyindən, bunun da əticəsi olaraq aparılan araşdırmalarla bağlı boşdayanmaya görə Cavabdeh-yə dəymiş 160000 avro zərəri ödəməlidir.
2. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin 179694.27 avro zərərin İddiaçı MMC-dən tutulması hissəsini ona görə əsassız hesab etmişdir ki, "xxxx" SC ilə Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsində Cavabdeh tərəfindən "xxxx" SC-nə təqdim olunacaq malın İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi mal olması qeyd olunmamışdır. Cavabdeh ilə “Latviya Balzams” SC arasında olan müqavilədə Azərbaycan mənşəli məhsul yazılmışdır ki, həmin məhsulu başqa şəxslər də satmış ola bilərdi”. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci l tarixli 2-2018 nömrəli müqavilənin 1.2-ci bəndinə əsasən, İddiaçı MMC Cavabdeh-yə göndərməli olduğu malın həcmi, 36400 dekalitr olmalı olmasına baxmayaraq, İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 34/19 nömrəli, xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, iddiaçı Cavabdeh-yə 36236 dekalitr mal göndərmişdir. İddiaçı MMC-nin təqdim etdiyi spesfikasıya sənədlərindən görünür ki, İddiaçı MMC-nin Cavabdeh-yə göndərdiyi 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinlərində olan distilliyatdan, mütləq spirtin həcmi 22830 dekalitr edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" SC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 013-18 nömrəli “Tədarük” müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, "xxxx" SC-nə Cavabdeh tərəfindən tədarük olunacaq malda mütləq spirtin həcmi 22828.7 dekalitr olması göstərilir. Göründüyü kimi, qeyd edilən səndələrdə mübahisəli malda mütləq spirtin həcmində cəmi 1.3 dekalitr fərq vardır ki, bu da sisternlərdə olan spirtin dərəcəsindən və sairdən aslı olaraq ola bilər /İİ cild, i.v.147/. Eyni zamanda, "xxxx" SC vəkil sorğusuna verdiyi 04/2021-ci il nömrəli xx.xx.2020-ci il tarixli cavabında göstərir ki, “SİA Rolands S” ilə aramızdakı razılaşmaya əsasən Azərbaycan Respublikası "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodundan şərab distilliyyatı ilə altı ədəd sisterna göndərilmiş və həmin sisternlər 2018-ci lin iyun ayının sonlarına “SİA Talbergs” gömrük-aksiz anbarına çatmalı idi. Həmin 6 sistern “SİA Talbergs” çatdıqda və bütün zəruri sənədlərin tədqiqindən sonra "xxxx" AC-nə şirkətinə təhvil verilməli idi, lakin həmin sisternalar naməlum səbəblərdən yalnız 2019-cu ilin aprelində “SİA Talbergs” anbarına çatdırılmışdır və bu zaman məlum olmuşdur ki, həmin sisternlərdə olan spirt, SİA Cavabdeh ilə aramızda olan xx.xx.2018-ci il tarixli “Tədarük” müqaviləsinin tələblərinə uyğun deyil, yəni spirt üzüm mənşəli deyil. Bu səbəbdən biz bu malı almaqdan imtina etdik və bundan sonra Cavabdeh SİA uzun müddət bu məhsulun bizə satılması barədə danışıqlar aparmış və "xxxx" SC və “Rolanas S” SİA arasında olan LV- 2019/08/008 nömrəli, xx.xx.2019-cu il tarixli yeni “Tədarük” müqaviləsi bağlanmışdır” /İİ cild, i.v.267-271, İV cild, i.v.267/. Göründüyü kimi, qeyd edilən 6 sistern üzüm distilliyatının məhz Cavabdeh-yə İddiaçı MMC (keçmiş adı "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodu) tərəfəfindən göndərilməli olması, "xxxx" SC-yə də öncədən bəlli idi. Ona görə ki, 2011-ci ildən 2018-ci ilədək dövr ərzində "xxxx" Konservləşdirilmiş Şirələr və Konyak zavodunun üzüm distilliyyatı məhsulları Cavabdeh tərəfindən "xxxx" SC-nə dəfələrlə tədarük olunmuşdu. xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-dən alacağı malın 1 deka litrini "xxxx" SC-yə 31.5 avroya satmalı idi, lakin həmin mal bəlli səbəblərdən Riqa şəhərinə 9 aydan sonra çatdırılmış və Riqa şəhərinə gətirilmiş malın keyfiyyəti müqavilə üzrə tələblərə uyğun olmadığından, "xxxx" SC həmin malı almaqdan imtina etmiş, İddiaçı MMC isə Cavabdeh tərəfindən ona olunmuş xəbərdarlıqlara baxmayaraq, qeyd olunan keyfiyyətsiz malı geri götürməkdən imtina etdiyindən, malın pulunu tələb etdiyindən, Cavabdeh "xxxx" SC ilə həmin mal ilə bağlı təkrar danışıqlar aparmış və "xxxx" SC ilə LV-2019/08/008 nömrəli, xx.xx.2019-cu il tarixli yeni “Tədarük” müqaviləsinin bağlanmasına nail olmuşdur. Həmin müqaviləyə olunmuş 1 nömrəli əlavəyə əsasən, tərəflər həmin malın 4014 deka litrini 24.70 avroya, qalan hissəsini isə 23.40 avroya tədarük olunması barədə razılığa gəlmişlər. İddiaçı MMC Cavabdeh-yə “Çaxır Distilliyatı” əvəzinə digər ərzaq məhsullarından hazırlanmış spirt göndərdiyindən "xxxx" SC və Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli 013-18 nömrəli “Tədarük” müqaviləsi və xx.xx.2019-cu il tarixli 2019/08/008 nömrəli “Tədarük” müqaviləsində malların qiymətləri arasında ciddi fərq olmuşdur. Nəticə etibarı ilə Cavabdeh 22828.7 dekalitr malı 31.5 avroya "xxxx" SC-nə sataraq, "xxxx" SC-dən cəmi 719104.05 avro almalı olduğu halda, İddiaçı MMC-nin keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi səbəbindən, 22828.7 dekalitr malın 4014 dekalitrini 24.70 avroya, 18814.7 dekalitrini 23.40 avroya, cəmi 539409.78 avroya satmışdır. Göründüyü kimi, İddiaçı MMC tərəflər arasında bağlanmış xx.xx.2018-ci l tarixli 2-2018 nömrəli müqavilənin yuxarıda sadalanan 1.1, 1.2, 4.1 və 7.2-ci bəndlərinin tələblərini pozduğundan Cavabdeh-yə qeyd olunan alqı-satqı müqaviləsi nəticəsində (719104.05 - 539409.78 = 179694.27) 179694.27 avro zərər dəymiş, bununla müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan əhəmiyyətli dərəcədə məhrum oluşdur. Cavabdeh İddiaçı MMC müqavilənin 7.2-ci bəndinə əsasən keyfiyyətsiz malın təchiz edilməsinə görə maddi məsuliyyət daşıdığından, Cavabdeh-yə dəymiş 179694.27 avro zərəri ödəməlidir.
3. İş materialında olan xx.xx.2020-ci il tarixli aktlardan (cəmi 6 ədəd) və ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixdə götürülmüş və Cavabdeh tərəfindən İspaniya şirkəti olan “Lüksium Vayns SL” şirkətinə göndərilmiş şərab nümunələri yoxlanılmış və uyğunsuzluq müəyyən edilmişdir. Həmin yoxlamanın həyata keçirilməsi üçün Cavabdeh tərəfindən “Lüksium Vayns SL” şirkətinə 3184.51 avro ödənilmişdir /cild 2, i.v.174, 293/. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin İspaniyanın "xxxx" Şikətində aparılmış laborotoriya tədqiqatının dəyəri ilə bağlı bildirmişdir ki, “Lüksium Vayns SL” şirkətinə təqdim olunmuş nümunələrin məhz İddiaçı MMC tərəfindən Cavabdeh-yə təqdim edilmiş mallardan götürülməsini təsdiq edən sənədlərin iş materialında mövcud olmamsı və "Azər Alko” MMC tərəfindən Cavabdeh-yə təqdim edilmiş mal xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə “Latviya Balzams” SC-yə satıldığı halda həmin nümunələrin xx.xx.2020-ci il tarixdə götürülmsi ağlabatan və inandırıcı deyil, qeyd olunan tarixdə həmin mallar Cavabdeh-nin sərəncamında olmamışdır. İş materialında olan İddiaçı MMC-nin Cavabdeh-yə ünvanladığı xx.xx.2019-cu il tarixli, 29 nömrəli pretenziyaya Cavabdeh-nin xx.xx.2019-cu il tarixli cavabında onlara göndərilmiş malların keyfiyyətinin aralarında bağlanmış müqavilənin tələblərinə uyğun olmamasını əsaslandırmaqla yanaşı, cavabdehə tədarük etdikləri məhsulların keyfiyyəti ilə bağlı mübahisələri birdəfəlik həll etmək məqsədilə birgə nümunələr götürmək və müstəqil Avropa laboratoriyasında malların keyfiyyətini yoxlamaq üçün İddiaçı MMC-nin nümayəndəsini Riqaya göndərməyi təklif etmiş, lakin İddiaçı MMC bu təklifi qəbul etməmişdir. Bu səbəbdən həmin sisternlər "xxxx" SC-nə Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin nəzarəti altında təhvil verilərkən hər bir sisterndən ayrı-ayrılıqda "xxxx" SC və Latviya Respublikası Dövlət Gəlirləri Xidmətinin iştirakı ilə müvafiq qaydada sənədləşdirilməklə (protokollaşdırılmaqla) nümunələr götürülmüş (bu barədə Latviya Respublikası Dövlət Gəlir Xidmətinin Gömrük yoxlama aktlarında qeydlər aparılmışdır), yəni həmin nümunələr xx.xx.2020-ci il tarixdə deyil, "xxxx" SC-nə hər bir sistern təhvil verilən gün götürülmüşdür. Sonuncu 77302644 nömrəli dəmir yolu sisterni məhkəmə qətnaməsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə deyil (həmin tarixdə Cavabdeh “Latvija Balzams” SC-nə sonucu sisternlə bağlı elektron qayimə göndərib), xx.xx.2020-ci il tarixli, 02-20 nömrəli aktdan və ona əlavə olunmuş digər gömrük sənədlərindən göründüyü kimi xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Sonuncu nümunə götürüldükdən sonra 6 sisterndən götürülmüş nümunələr birlikdə qablaşdırılaraq müvafiq analizlər aparılması üçün İspaniyanın “Lüksium Vayns SL” şirkətinə göndərilmiş, həmin nümunələr xx.xx.2020ci il tarixdə həmin şirkətə çatdırılmış, həmin şirkətdə xx.xx.2020-ci il tarixdən həmin mal nümunələrinin tədqiqatına başlanmış və tədqiqat qurtardıqdan sonra xx.xx.2020-ci il tarixdə müvafiq rəylər verilmiş, həmin rəylərə əsasən, tədqiqat aparılmış mal nümunələrinin üzüm mənşəli olmaması təkrarən təsdiq olunmuşdur. Odur ki, qarşılıqlı iddia tələbi Cavabdeh tərəfindən İspaniyanın "xxxx" Şikətində aparılmış laborotoriya tədqiqatına görə ödənilmiş 3184.51 avro qarşılıqlı iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğundan təmin olunmalıdır.
4. Birinci instansiya məhkəməsi qətnaməsində qarşılıqlı iddia ərizəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh tərəfindən 6 dəmir yolu sisternlərinin "xxxx" MMC-yə daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə ödədiyi 75351.93 avronu İddiaçı MMC-dən tutulması tələbinə münasibətdə göstərmişdir ki, mal Cavabdehnin sərəncamında olmuş, ona görə də iddiaçı qeyd olunan hallarla bağlı məsuliyyət daşıya bilməz. İşin faktiki hallarından göründüyü kimi, 77329308, 77326585, 77302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinləri 29 aprel 2019-cu il tarixdə, 77311082 nömrəli dəmir yolu sisterni 30 aprel 2019-cu il tarixdə Dövlət Gəlirlər Xidmətinin nəzarəti altında "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanına daşınmış və həmin mallar "xxxx" SC-nə təhvil verilənədək həmin limanda saxlanmışdır. İddia ərizəsinə əlavə olunmuş 12 ədəd hesab-fakturalarla və X8 ilə müəyyən olunur ki, həmin 6 sisternanın daşınması, saxlanması, mühafizəsi və sair xidmətlərə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh tərəfindən "xxxx" MMC-yə 75351.93 avro ödənilmişdir /cild İV, i.v.239-250/. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə müqavilə tələblərinə uyğun olmayan, yəni keyfiyyətsiz mal göndərilməsi ilə bağlı 6 ədəd dəmir yolu sisternləri xx.xx.2019-cu il tarixdən - xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınaraq orada saxlanmışdır. Ona görə də İddiaçı MMC-dən 75351.93 avro Cavabdeh-nin xeyrinə tutulmalıdır.
5. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin İddiaçı MMC-nin göndərdiyi 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə Cavabdeh-yə 160000 Avro zərərin və İddiaçı MMC-nin təqsiri nəticəsində "xxxx" SC-nin Cavabdeh-yə malın gecikməsinə görə tətbiq etdiyi 44.266,75 Avro cərimə sanksiyasının təmin olunmamasını tərəflər arasında olan müqavilənin 6.1-ci bəndi ilə əsaslandırmışdır. Yuxarıda qeyd olunduğu kimi kimi, 6 sisternin RF dəmir yollarında 9 aydan çox müddətdə boşdayanmasının və müqavilədə nəzərdə tutulan malın deyil, keyfiyyətsiz malın Cavabdeh tərəfindən "xxxx" SC-nə təhvil verilməsi İddiaçı MMC rəhbərliyinin birbaşa təqsirli hərəkətləri nəticəsində baş vermişdir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" MMCnin Cavabdeh-yə ünvanladığı 25 mart 2020-ci il tarixli Pretenziyadan (160000 avro zərərə aid) göründüyü kimi, "xxxx" SC Rusiya Federasiyası ərazisində 77311082, 77329308, 77326585, 71302644, 77331361, 77331379 nömrəli dəmir yolu sisterinlərin 2018-2019-cu illərdə 9 ay boşdayanmasına görə "xxxx" MMC-dən 160000 avro məhkəmə qaydasında tələb edib, bu səbəbdən də "xxxx" MMC də həmin 160000 avronu Cavabdeh-dən tələb etmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC-nin Cavabdeh-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, 14 təqvim günü ərzində 160000 avro borcu ödəmədiyi halda, müqavilə üzrə gündə 0,5 % (323 gün) cərimə və qanunla müəyyən edilmiş borcun əsas məbləğin illik 6%-i ilə cərimə tətbiq olunacaqdır. Bu səbəbdən Cavabdeh xx.xx.2021-ci il tarixdə 6 sisternanın 9 ay Rusiya Federasiyası ərazisində boşdayanmasına görə "xxxx" MMC-nin bank hesabına 160000 Avronu ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" SC və Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli “Tədarük” müqaviləsinin 5.2-ci bəndinə əsasən, “X12 1.1-ci bəndində göstərilən keyfiyyətdə, həcmdə və ya qrafikə uyğun tədarük etmirsə, Alıcıya vaxtında çatdırılmamış keyfiyyətli Malların dəyərinin 0.5 %-i miqdarında cərimə olunur”. Mülki işin materiallarına əlavə olunmuş tərəflər arasında xx.xx.2018-ci il tarixli razılaşmanın 2-ci bəndində göstərilir ki, “Tərəflər razılığa gəlirlər ki, "xxxx" SC-nin istehsal planı və texnolji prosesə nəzərə alınmaqla Satıcı bu razılaşmanı imzaladığı tarixdən etibarən 45 təqvim günü ərzində, yəni 31 iyul 2018-ci il tarixədək malları (Azərbaycan mənşəli şərab distilliatı) Alıcıya 22828.7 dekalitr mütləq spirt miqdarında çatdırmağı öhdəsinə götürür”. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC-nin təqsirli hərəkətləri nəticəsində Cavabdeh həmin malları müqavilə ilə şərtləşdirilmiş zamanda "xxxx" SC-nə tədarük edə bilməmiş, bu səbəbdən də "xxxx" SC Cavabdeh-yə tədarük olunacaq malın gecikməsinə görə, aralarında olan işgüzar münasibətləri və sairi nəzərə almaqla minimum həddə - 44266.75 cərimə sanksiyası tətbiq etmiş, həmin cərimə Cavabdeh tərəfindən "xxxx" SC-nə ödənilmişdir, bu hal iddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli faktura sənədləri, xx.xx.2020-ci il tarixli, RS000000027 nömrəli qarşılıqlı hesablaşmalar aktı və "xxxx" SC-nin vəkil sorğusuna cavabı ilə təkrarən təsdiq olunur ki, İddiaçı MMC-nin təqsirli hərəkətləri nəticəsində, Cavabdeh-yə 44266.75 zərər vurulmuşdur. İş materialında olan xx.xx.2020-ci il tarixli BRT003591 nömrəli hesaba əsasən, "xxxx" SC 44266.75 Avro cərimənin ödənilməsi üçün Cavabdeh-yə bank hesabı təqdim etmişdir. /cild İV, i.v.261/ İş materialında olan xx.xx.2020-ci il tarixli RS000000027 nömrəli qarşılıqlı hesablaşmalar aktından görünür ki, Cavabdeh-nin "xxxx" Səhmdar Cəmiyyətinə borcu 44266.75 Avro təşkil etmişdir. İş materialında olan "xxxx" SC-nin İdarə Heyətinin sədri tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi Vəkil2 ünvanlanmış xx.xx.2021-ci il tarixli 04/2021 nömrəli məktubda qeyd olunmuşdur ki, "xxxx" SC və Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 013-18 nömrəli Tədarük müqaviləsinin 5.2-ci bəndinə əsasən, “X12 1.1-ci bəndində göstərilən keyfiyyətdə, həcmdə və ya qrafikə uyğun tədarük etmirsə, Alıcıya vaxtında çatdırılmamış keyfiyyətli malların dəyərinin 0.5 %-i miqdarında cərimə olunur”. xx.xx.2020-ci il tarixdə cərimə məbləğinə dair BRT003591 nömrəli hesab təqdim edilmişdir və Cavabdeh ilə hesablaşmalar zamanı həmin məbləğ RS000000027 saylı xx.xx.2020-ci il tarixli qarşılıqlı hesablaşmalar aktı əsasında ödənilmişdir. /cild İV, i.v.267/ Kollegiya hesab edir ki, İddiaçı MMC-nin təqsiri nəticəsində malın gecikməsinə görə "xxxx" SC tərəfindən Cavabdeh-yə tətbiq edilən və sonuncu tərəfindən "xxxx" SC-yə ödənilən 44266.75 avro İddiaçı MMC-dən Cavabdeh-nin xeyrinə tutulmalıdır.
5. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı Cavabdeh-nin "xxxx" MMC-yə (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin sığorta zəmanəti xərcinə görə) ödədiyi 75511,63 avronun İddiaçı MMC-dən tutulması hissəsini təmin etməməsini onunla əsaslandırmışdır ki, qeyd olunan məbləğin nə məbləğ olduğu, nəyə görə ödənildiyi və nəyə görə İddiaçı MMC-dən tələb edildiyi iddia ərizəsindən və nümayəndənin izahatından məlum olmamışdır. İş materialında olan "xxxx" MMC-nin T-166 saylı xx.xx.2020-ci il tarixli hesab-fakturaya əlavəsindən görünür ki, xx.xx.2018 - xx.xx.2020 dövr üçün 6 sisterna vaqonunun aksiz vergisinin ümumi təmin edilməsi üçün sığorta zəmanətinin xərci 75511.63 avro təşkil edir. /cild İV, i.v.277/ İş materialında olan “SİA Talbergs” tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi Vəkil2 ünvanlanmış xx.xx.2021-ci il tarixli 21 nömrəli məktubda qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası İddiaçı MMC ilə Latviya Respublikasının “SİA Rolands S” arasında bağlanmış malın – 20 dərəcə temperaturda 63%-lıq spirt tərkibli 36400 dekalitr miqdarında (6 d.y.sisterni) şərab distilatının tədarükü haqqında 2-2018 saylı müqaviləyə əsasən, yükalan “SİA Talbergs”-dir. Yuxarıda qeyd olunan müqaviləyə əsasən, mal “SİA Talbergs”in gömrük anbarına xx.xx.2018-ci ilədək çatdırılmalı idi. Latviya Respublikasının qanunvericiliyinə görə, “SİA Talbergs” yük gömrük anbarına çatana qədər mallar üzrə aksiz vergisinin ümumi istifadəsi üçün sığorta zəmanəti almalı idi. Sığorta zəmanəti almadan malın gömrük anbarına tədarükü mümkünsüzdür. Sığorta zəmanəti xx.xx.2018-ci ildən etibarən qüvvəyə minmişdir və xx.xx.2020-ci ildə bağlanmışdır(malların "xxxx" SC tərəfindən qəbul edilməsinin son tarixi). Zəmanət alıcının malların son partiyasını götürdüyü anadək etibarlıdır. Mallar “SİA Talbergs”in gömrük anbarına yalnız xx.xx.2019-cu ildə gəlmişdir. Malın kodu satıcının müşayiətedici sənədlərdə qeyd etdiyi mal koduna uyğun olmaması ilə əlaqədar 29 və 30 aprel 2019-cu il tarixdə yük Dövlət gömrüyü tərəfindən nəzarətə alınmış Riqa limanı ərazisinə göndərilmişdir. Sığorta zəmanəti ilə əlaqədar ümumi xərclər 75511.63 avro təşkil edir. T- 166 saylı xx.xx.2020-ci il tarixli hesab-fakturaya əlavəyə baxın. /cild İV, i.v.279/ X14 Məcəlləsinin təsdiq edilməsi barədə 952/2013 nömrəli (9 oktyabr 2013) Regulyasiyanın (qaydaların) tələbinə görə, xarici ölkələrdən Avropa İttifaqı ərazisinə daxil olan malların gömrük anbarlarına qəbul olunması üçün mal Avropa İttifaqı sərhədinə keçməmişdən öncə həmin mala görə sığorta qarantiyası (sığorta ödənişi) həyata keçirilmədir. Sığorta qarantiyasının miqdarı idxal olunacaq malın növündən, malın hansı müddətə gömrük anbarında saxlanmasından, malın istlehlakçıya təhvil verildiyi son tarixədək həyata keçirilməldir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 2-2018 nömrəli müqavilənin 2.3-cü bəndinə əsasən, İddiaçı MMC Cavabdeh-yə satdığı malları xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-nin Latviya Respublikası, Riqa şəhəri, Rensenu küçəsi, 10 A ünvanındakı gömrük anbarına təhvil verməli idi. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh və "xxxx" MMC arasında olan xx.xx.2005-ci il tarixli, TL 01 nömrəli “Gömrük anbarı xidmətləri və ekspeditor xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən, anbar sahibi yüklərin qəbulu, saxlanması, yükləmə-boşaltma, malların daşınması, ekspedisiya xidmətləri, nəqliyyat xidmətləri, gömrük rəsmiləşdirilməsi, anbara qəbul olunmuş malın sığortalanması və sair xidmətləri göstərir ki, həmin xidmətlərə görə ödənişlər sifarişçi tərəfindən həyta keçirilir. İddiaçı MMC-nin Alıcıya göndərdiyi mal İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2-2018 nömrəli müqavilənin (malın keyfiyyəti və sairlə bağlı) tələblərinə uyğun olduğu halda, həmin mal yükalan "xxxx" MMC-nin gömrük anbarına çatdırldığı gündən 1 həftə ərzində, müstasna halda yəni, bu çatdırılma bayram günlərinə düşdüyü halda isə ən çoxu 15 gün müddətində malın alıcısı olan "xxxx" SC-nə təhvil verilməli idi. Lakin, həmin mal müqavilə tələblərinə uyğun olmadığından, uzun müddət "xxxx" MMC-nin gömrük anbarında və "xxxx" MMC-nin icarəsində olan Riqa azad ticarət limanında saxlanmışdır (29 aprel 2019-cu il tarixdənxx.xx.2020-ci il tarixdək) ki, ona görə də "xxxx" MMC həmin malın sığorta təminatı üçün nəzərdə tutulduğundan bir neçə dəfə artıq xərc çəkmişdir ki, həmin xərclər Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materialına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, T 166 saylı Hesab-fakturaya Əlavənin surətindən göründüyü kimi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün 6 sisternanın ümumi təmin edilməsi üçün sığorta xərci 75511.63 (yetmiş beş min beş yüz on bir avro 63 sent) avro təşkil edir. Həmin əlavə ilə müəyyən olunur ki, "xxxx" MMC 6 dəmir yolu sisterinin (77331379 nömrəli dəmir yolu sisterinin 471 günə sığorta xərci 10833 avro; 77329308 nömrəli dəmir yolu sisterinin 503 günə sığorta xərci 11569 avro; 77326585 nömrəli dəmir yolu sisterinin 532 günə sığorta xərci 12236 avro; 77311082 dəmir yolu sisterinin 559 günə sığorta xərci 11180 avro; 77331361 dəmir yolu sisterinin 669 günə sığorta xərci 15387 avro; 77302644 nömrəli dəmir yolu sisterinin 777 günə sığorta xərci 14306 avro) cəmi sığorta xərci 75511.63 avrodur (Qeyd: “Latviya Respublikası Dövlət Gəlir Xidməti haqqında” Qanuna əsasən, alkoqollu içkilər üçün sığorta zəmanəti almadan, həmin mallar gömrük anbarına qəbul oluna bilməz, sığorta zəmanəti ödənişi Mal ölkə ərazisinə daxil olanadək ödənməlidir. İş materiallarından göründüyü kimi qeyd olunan 6 sistern “Çaxır Distilliyatı” xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-nin anbarına təhvil verilməli olduğundan "xxxx" MMC xx.xx.2018-ci il tarixdən sonuncu sistern 77302644 nömrəli dəmir yolu sisterni "xxxx" SC-nə təhvil verilən tarixədək (xx.xx.2020-ci il tarixədək) sığorta ödəmişdir. Cavabdehin iddiaçıya göndərdiyi mal tərəflər arasında bağlanmış müqavilənin tələblərinə uyğun göndərildiyi halda, iddiaçı içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterinlərinin sığorta təminatına görə xx.xx.2018-ci tarixindən xx.xx.2018-ci il tarixədək ödəniş etməli idi. Yəni, iddiaçının 77331379 nömrəli dəmir yolu sisterinin 471 günə sığorta xərci 10833 avro deyil, 897 avro (10833:471=23X39=897) olmalı idi. 77329308, 77326585, 77302644 nömrəli dəmir yolu sisterinlərində eyni həcmdə spirt məhlulu olduğundan həmin sisternlərin hər birinin sığorta xərci də 897 avro edəcəkdi, yəni yuxarıda göstərilən 4 sisternə görə sığota xərci 3588 avro (4x897=3588), 77311982 və 77302644 nömrəli dəmir yolu sisterinlərində eyni həcmdə spirt məhlulu olduğundan həmin sisternlərin hər birinin sığorta xərci 780 avro, qeyd edilən sonuncu 2 sisternə görə cəmi 1560 avro ödəniləcəkdi. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə müqavilə tələblərinə uyğun olmayan, yəni keyfiyyətsiz mal göndərilməsi ilə bağlı 6 ədəd dəmir yolu sisternləri üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün ödənilmiş 75511.63 avrodan, malın keyfiyyət göstəricilərinə cavab verəcəyi təqdirdə ödənilməli olan (3588+1560=5148) 5148 avro çıxılmaqla, 70363.63 avro məbləğində Cavabdeh-nin əlavə çəkmiş olduğu xərc İddiaçı MMC-dən tutularaq Cavabdeh-nə ödənilməlidir.
6. Birinci instansiya məhkəməsi iddianın Cavabdeh-nin "xxxx" MMC-yə ödədiyi 62.778,92 Avronun İddiaçı MMC-dən tutulması hissəsini təmin etməməsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış “Hüquq-konsaltinq xidmətlərinin göstərilməsi haqqında” xx.xx.2018-ci il tarixli 08/02/18-LV nömrəli müqavilədən "xxxx" MMC-nin məhz hazırkı mübahisə ilə əlaqədar, yoxsa Cavabdeh-nin digər işləri ilə bağlı bağlandığı müəyyən olunmur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, **********3000057 saylı qərardan görünür ki, Pskov gömrük idarəsi tərəfindən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 200.2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri üzrə cinayət işinin qaldırılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 08/02/18-LV saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında hüquq-konsaltinq xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, icraçı sifarişçiyə hüquq-konsaltinq xidmətləri göstərməyi, sifarişçi isə göstərilmiş xidmətlərin haqqını ödəməyi öhdəsinə götürür. İş materialında olan icraçı "xxxx" MMC ilə sifarişçi Cavabdeh arasında bağlanmış “Hüquq-konsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18-LV saylı xx.xx.2018-ci il tarixli müqaviləyə 1 saylı xx.xx.2019-cu il tarixli əlavə razılaşmaya əsasən, icraçı sifarişçiyə qiymətləri ayrı-ayrılıqda dəyəri 15.500, 22.500, 19.000 Avro, ümumi dəyəri 57.000 Avro olan 3 hüquqi xidmət göstərmişdir. /cild İİİ, i.v. 253-255/ İş materialında olan xx.xx.2020-ci il tarixli hesab-fakturaya əsasən, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı C29277220 saylı iş üzrə birgə hüquq xidmətlərin göstərilməsi üçün Cavabdeh tərəfindən hüquqi xidmət üçün 5778,92 Avro ödəniş olunmuşdur. /cild İV, i.v.139-140/ Apellyasiya şikayətində o cümlədən, məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 göstərmişdir ki, hüquq şirkəti olan "xxxx" MMC ilə Cavabdeh arasında hüquqi yardımla bağlı müqavilə İddiaçı MMC-nin rəhbərliyinin xahişi və tapşırığı əsasında bağlanmışdır. Razılaşmaya görə Cavabdeh-nin hüquqi yardıma görə "xxxx" MMC-yə ödəyəcəyi məbləğ, Malın pulundan, yəni Cavabdeh-nin İddiaçı MMC-yə qalan borcundan çıxılmalı idi. Bundan əlavə, iş materialında olan “cinayət işi üzrə icraata xitam verilməsi”nə dair xx.xx.2019-cu il tarixli qərarın nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, “...77329308, 77326585, 77302644, 77331361 və 77331379 nömrəli dəmir yolu sisterinlərindən maddi sübut kimi tanıan spirt tərkibli maye RV CPM-nin 81-ci maddəsinin 4-cü hissəsinin tələbləri qaydasında yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzova qaytarılsın./cild 1, i.v.193/ İş materialında olan xx.xx.2019-cu il tarixli qərarın “müəyyən etdim” hissəsinin sonunda həmin sisternlərdəki malın yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzova artıq qaytarılması qeyd olunmuşdur. Yuxarıda göstərilənlən qərarlarda “yük göndərənin və yük alanın nümayəndəsi V.V.Pereverzov” "xxxx" MMC X4 və Konyak zavodunun (sonrakı adı İddiaçı MMC) etibarnamə verdiyi, Cavabdeh ilə bağlanmış "xxxx" MMC “Hüquqkonsaltinq xidmətlərinin göstərilməsi haqqında” 08/02/18-LV nömrəli müqaviləni icra edən "xxxx" MMC-nin hüquqşünası X1. /cild 1, i.v.262/ Göründüyü kimi, İddiaçı MMC-nin rəhbərliyi Cavabdeh-yə göndərdiyi 6 sisterin malın Rusiya Federasiyasının Pskov (Sebejskiy gömrük postunda) gömrüyündə saxlanılmasından və fakt üzrə cinayət işinin başlanmasından məlumat aldıqdan sonra hüquqlarının müdafiəsi ilə bağlı "xxxx" MMC-nin hüquqşünası X3 xx.xx.2018-ci il tarixli, 1/35 saylı, 21 nömrəli etibarnamə vermişdir/cild İV, i.v.141-143/. Kollegiya sadalananları nəzərə alaraq Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə müvafiq olaraq hüquqi yardımla bağlı İddiaçı MMC-dən Cavabdeh-nin xeyrinə 5000 avro tutulmasını ağlabatan hesab edir.
7. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı Cavabdeh-nin sənədlərin rus, latış və ispan dillərindən azərbaycan dilinə tərcümə olunmasına, notariat qaydasında təsdiq olunmasına çəkdiyi 5390.37 avro və həmin sənədlərin Riqa şəhərindən Bakı şəhərinə poçtla göndərilməsi üçün poçt xidmətlərinə görə çəkdiyi 359.28 avro məhkəmə xərclərinə aid hissədə rədd edərkən qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı Mülki Prosessul Məcəllənin 119.1-ci maddəsinə əsaslanmışdır. İş materialında olan ödəniş sənədlərindən görünür ki, Cavabdeh tərəfindən sənədlərin yazılı tərcümə xidmətləri üçün 3259 avro ödənilmişdir./cild İİİ, i.v.256-266/ İş materialında olan Cavabdeh ilə Sjadristijs Sergeys arasında hesab dövriyyəsi haqqında çıxarışdan görünür ki, Cavabdeh tərəfindən sənədlərin yazılı tərcümə xidmətləri üçün xx.xx.2020-xx.xx.2021-ci il müddətində 2131 avro ödənilmişdir./cild İV, i.v.295/ İş materialında olan T 27 nömrəli xx.xx.2021-ci il tarixli hesab-fakturadan görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-yə poçt xidməti üçün ümumilikdə 359,28 avro ödəniş edilmişdir./cild İV, i.v.290-294/ Qarşılıqlı iddia üzrə iddiaçının ümumilikdə tələbi üzrə iddianın qiyməti (160000+179694.27+200000+20000+3184.51+75351.93+44266.75+75511.63+62778.92 = 820788.01) 820788.92 avro, iddianın təmin olunan hissədə isə qiyməti (160000+179694.27+3184.51+75351.93+44266.75+70363.63+5000=542861.02) 542861.02 avro təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq məhkəmə xərcləri iddianın təmin olunan hissəsinə mütənasib olaraq tərəflərə aid edildiyindən və hazırki mübahisə üzrə aparılan araşdırmanın nəticəsi olaraq qarşılıqlı iddia (542861.02X100:820788.92=66.13) 66% hissədə öz təsdiqini tapdığından, məhkəmə xərcləri hesab edilən qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərin rus, latış və ispan dillərindən azərbaycan dilinə tərcümə olunması və notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 5390.37 avro, həmin sənədlərin poçtla Riqa şəhərindən Bakı şəhərinə göndərilməsinə görə ödənilmiş 359.28 avronun iddianın təmin olunan 66% hissəsinə mütənasib hissəsi müvafiq olaraq 3557.64 avro və 237.12 avro məbləğlərində "xxxx" MMC-dən tutularaq Cavabdeh-yə ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Həmçinin qarşılıqlı iddia üzrə ödənilmiş 31 manat dövlət rüsumunun iddianın təmin olunan 66% hissəsinə mütənasib olan 20.46 manat hissəsi "xxxx" MMC-dən tutularaq Cavabdeh-yə ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Qarşılıqlı iddia üzrə Cavabdeh-nin İddiaçı MMC-yə avans formasında ödədiyi 200000 avro və sonuncunun həmin məbləği 2 il qanunsuz saxladığı dövr üzrə illk 5% olmaqla 20000 avro əldən çıxmış fayda tələbi hissəsdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, ilk iddia üzrə həmin məbləğə dair tələbə artıq hüquqi qiymət verildiyindən və həmin hissədə qətnamə qanuni vüvvəyə mindiyindən, həmin tələbin araşdırılmasına olan zərurət aradan qalxmışdır, iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq, qətnamə həmin hissədə ləğv olunmalı və iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı və Cavabdeh-nin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli 2-2(121)-37/2021 №-li qətnaməsi qarşılıqlı iddianın rədd olunması hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin cavabdeh İddiaçı MMC-yə qarşı "yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh-yə 6 sistern malın Rusiya Federasiyası ərazisində 9 ay boşdayanmasına görə dəymiş 160000 (bir yüz altmış min) avro zərər, İddiaçı MMC-nin keyfiyyət göstəriciləri müqavilə şərtlərinə uyğun olmayan malı göndərməsi nəticəsində Cavabdeh-yə dəymiş 179694.27 (bir yüz yetmiş doqquz min altı yüz doxsan dörd avro, iyirmi yeddi avrosent) avro zərər, Cavabdeh tərəfindən İspaniyanın "xxxx" Şikətində aparılmış laborotoriya tədqiqatına görə ödənilmiş 3184.51 (üç min yüz səksən dörd avro, əlli bir avrosent) avro, içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisternlərinin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin icarəyə götürdüyü Riqa azad ticarət limanına daşınması, orada saxlanması, mühafizəsi və sair xidmətlərə görə Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş 75351.93 (yetmiş beş min üç yüz əlli bir avro, doxsan üç avrosent) avro, İddiaçı MMC-nin təqsiri nəticəsində "xxxx" SC-nin Cavabdeh-yə malın gecikməsinə görə tətbiq etdiyi cərimə sanksiyasına görə Cavabdeh tərəfindən "xxxx" SCyə ödənilmiş 44266.75 (qırx dörd min iki yüz altmış altı avro, yetmiş beş avrosent) avro, Cavabdeh tərəfindən (içərisində spirt məhlulu olan 6 ədəd dəmir yolu sisterninin alkoqollu içkilərin aksiz vergisinin təmin edilməsinə görə ödədiyi sığorta zəmanəti xərcinə görə) "xxxx" MMC-yə ödədiyi 70363.63 (yetmiş min üç yüz altmış üç avro, altmış üç avrosent) avro, Cavabdeh tərəfindən iddiaçının müqavilə öhdəliklərini pozması nəticəsində hüquqi yardımla bağlı ödəmiş olduğu vəsaitə görə 5000 (beş min) avro, Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş sənədlərin Azərbaycan dilinə tərcüməsinə və notariat qaydasında təsdiq olunmasına ödənilmiş vəsaitə görə 3557.64 (üç min beş yüz əlli yeddi avro, altmış dörd avrosent) avro və həmin sənədlərin poçtla Bakı şəhərinə göndərilməsinə görə ödənilmiş vəsaitə görə 237.12 (iki yüz otuz yeddi avro, on iki avrosent) avro olmaqla, ümumilikdə 546655.78 (beş yüz qırx altı min altı yüz əlli beş avro, yetmiş səkkiz avrosent) avro ödəniləcək gün üçün Azərbaycan Mərkəzi Bankının avroya münasibətdə müəyyən etdiyi məzənnə üzrə və ödənilmiş dövlət rüsumuna görə 20.46 (iyirmi manat qırx altı qəpik) manat "xxxx" MMC-dən tutularaq Cavabdeh-nə ödənilsin. Qarşılıqlı iddia qalan hissələrdə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kasasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.