Məhkəmə qərarları › İş №2-2(106)-132/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-132/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-132/2023 07.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, e-2- 2(121)-1230/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı QSC Cavabdeh qarşı HX seriyalı, 002/1218 saylı, xx.xx.2018-ci il tarixli xidməti müqaviləsi üzrə 28037 manat borcun və 200 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında SM/2022/045 saylı, xx.xx.2022-ci il tarixli alqı- satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi alıcıya satmağı, alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Göstərilən müqavilənin 3-cü bəndinə əsasən məhsulun satış qiyməti satıcı tərəfindən təqdim olunmuş elektron qaimə müəyyən edir (3.1). Alıcı hazırki müqavilə üzrə məhsulun dəyərinin ödənilməsini satıcının bank hesabına köçürmə yolu ilə nağdsiz qaydada həyata keçirir (3.2). Satıcı tərəfindən alıcıya təqdim olunan məhsulların 20 təqvim günü müddətindən gec olmamaq şərti ilə tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər (3.3). Hazırda iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh tərəfindən SM/2022/045 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 28037 manat borc ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi ilə bağlı xx.xx.2023-ci il tarixli təklif göndərmişdir. Həmin təkliflə, iddiaçı hazırkı mübahisə ilə bağlı mediasiyanın 18 saylı Mediasiya Təşkilatında keçirilməsini təklif etmiş, lakin cavabdeh həmin təklifə münasibət bildirmədiyi üçün iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehin qeydiyyatı üzrə Sabirabad 1 saylı X1 üçün müraciət etmişdir. Cavabdeh X4 iştirak etmədiyi üçün X3 1 saylı Mediasiya Təşkilatı tərəfindən MŞS/MT023/2023-00947 saylı, xx.xx.2023cü il tarixli arayış verilmişdir. Göründüyü kimi, iddiaçının borcun qaytarılması ilə bağlı səyləri nəticəsiz olmuş və bu səbəbdən iddiaçı həmin borcun cavabdehdən alınaraq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qismən, yəni 10169,5 manat borc hissəsində qəbul etdiyini, iddianın qalan hissəsinə etiraz etdiyini bildirmişdir. Belə ki, Cavabdeh adına göndərilmiş 5 maşın sementi Beyləqan rayonunda fəaliyyət göstərən X7 təhvil almışdır, Gürşad Aslanovun dediyinə görə həmin 5 maşının pulunu iddiaçının işçisi olan Nofəl Əliyevə vermişdir. xx.xx.2022-ci il tarixdə tərəflər arasında üzləşmə aktı tərtib olunmuşdur, üzləşmə aktı tərtib olunduqdan sonra cavabdehin iddiaçıya 16880 manat məbləğində borcu qalmışdır. xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə göndərilən maşınlar Cavabdeh iddiaçıya verdiyi sifarişi əsasında göndərilmişdir, lakin həmin maşınlarda göndərilən malları X7 təhvil almışdır. İddiaçıya sifarişi Cavabdeh vermiş, lakin malların X5 göndərilməsi üçün vermişdir. Buna görə də, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, e-2-2(121)- 1230/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28037 manat məbləğində borcun Cavabdeh alınaraq "xxxx" QSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 174,11 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, e-2-2(121)- 1230/2023 saylı qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin qismən təmin edilərək Cavabdeh 10169,50 manat pulun alınıb İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 881 və 882-ci maddələrinin tələbləri birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Cavabdehiddia tələbini qismən qəbul edir. İş materiallarında olan əmtəə nəqliyyat qaimələrinə əsasən Cavabdeh adına xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə göndərilmiş sement yükləri Beyləqan rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan X5 verilmiş və onun tərəfindən də həmin sementlərin pulu iddiaçıya ödənilmişdir. Göstərilən tarixlərdə X5 göndərilən 119000 kq çəkidə olan sementin pulu 17867,50 manat təşkil edir. Tərəflər arasında borc münasibətlərinin olması əsası kimi həmin qaimələrə istinad edilə bilməz. Ona görə də Cavabdeh İddiaçı QSC-yə 28037 manat deyil, 10169,50 manat (28037-17867,50=10169,50) borcu vardır. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-dən hər dəfə aldığı sement məhsullarının dəyərindən ayrı-ayrılıqda nə qədər ödəniş etməsi, nə qədər borclu qalması görünmür və aydın yazılmamışdır. İş materiallarında olan əmtəənəqliyyat qaimələrinin surətlərindən görünür ki, malların “çatdırılma ünvanı” kimi Cavabdeh göstərilmiş, lakin mallar müştəri Gürşad Aslanova təhvil verilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli birgə üzləşmə aktının surətindən görünür ki, cavabdehin borcu 16880 manat məbləğində təşkil edir. Üzləşmə aktı tərtib edildikdən sonra cavabdehin 28037 manat borcunun yaranmasını təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya olan borcunu xx.xx.2022-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə etiraf etməsini əsas götürməmiş və Cavabdeh adına xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə göndərilmiş sement yükləri Beyləqan rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan X5 verilməsini və onun tərəfindən də həmin sementlərin pulunun iddiaçıya ödənilməsini araşdırmamış və iddia tələbini təmin etmişdir. Göründüyü kimi məhkəmə tərəflər arasındakı danışıqlara, tərəflərin qarşılıqlı münasibətlərini, işgüzar adətlər və tərəflərin sonrakı hərəkətlərini nəzərə almamış və aydınlaşdırmamışdır. Bundan başqa tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən yaranmış borc məbləğinin haradan yaranmasını, cavabdeh tərəfindən alınmış malların dəyərinin ödənilib-ödənilməməsini birinci instansiya məhkəməsi araşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin qismən təmin edilərək Cavabdeh 10169,50 manat pulun alınıb İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, sement məhsulları bütün tərəf müqabillərinin sifarişi əsasında zavoddan çıxarıla bilər. Müqavilə olmadan və müştəri tərəfindən sifariş olmadığı təqdirdə zavoddan sement məhsulunun çıxarılması mümkün deyildir. Mübahisəli xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərində zavoddan çıxarılmış sement yükləri Cavabdeh tərəfindən sifariş edilmiş və zavoddan Cavabdeh adına çıxarılmışdır. Bundan sonra yükün Cavabdeh tərəfindən harada, necə, kimə satılması onların marağında deyil. Ola bilər ki, Cavabdeh sementlərı ayrı-ayrı 3-4 satış mərkəzində sata və ya satdıra bilər. Qeyd edilən sementlər Cavabdeh adına Beyləqana göndərilmiş və təhvil verilmişdir. Onların cavabdehin istinad etdiyi Gürşad Aslanovla hər hansı müqavilələri olmayıb və Gürşad Aslanovu tanımırlar. Sementin pulu müştəriləri tərəfindən şirkətin hesabina sistem (milliön) vasitəsilə ödənilir. Onlar istəsə belə ödənişləri əlbə-əl ala bilməzlər, çünki bu qadağandır. Ödənişlər yalnız hesaba ödənilməlidir. Cavabdeh birinci instansiya məhkəməsində iştirak edən zaman borcun əksər hissəsini etiraf etmiş, digərlərinin isə araşdırıb deyə biləcəyini göstərməklə qeyrimüəyyən izahat vermişdir. Lakin sonradan guya onun şirkətə 10169,50 manat borcunun olmasını qeyd etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin qismən təmin edilərək Cavabdeh 10169,50 manat pulun alınıb İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunan elektron qaimələrin surətlərindən görünür ki, iddiaçı tərəfindən EBBS seriyalı, 699957 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 4550 manat, EBBV seriyalı, 243006 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 4200 manat, EBBY seriyalı, 003685 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 4410 manat, EBBZ seriyalı, 784273 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3858,75 manat, EBBZ seriyalı, 786884 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3858,75 manat, EBCAseriyalı, 151668 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3858,75 manat, EBCB seriyalı, 720020 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3858,75 manat, EBCB seriyalı, 782356 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3412,5 manat, EBCC seriyalı, 242508 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3412,5 manat, EBCC seriyalı, 242883 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3675 manat, EBCC seriyalı, 943093 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3307,5 manat, EBCH seriyalı, 243960 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3430 manat, EBCH seriyalı, 282589 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3412,5 manatlıq mal(lar) cavabdehə göndərilmişdir. İş materiallarında olan əmtəə-nəqliyyat qaimələrinin surətlərindən görünür ki, elektron qaimələrdə göstərilən mallar cavabdehə təhvil verilmişdir. Həmin qaimələrdən görünür ki, malların “çatdırılma ünvanı” kimi Cavabdeh götərilmişdir. xx.xx.2022-ci il tarixli qaimədən həmçinin aydın olur ki, mallar müştəri Gürşad Aslanova xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli birgə üzləşmə aktının surətindən görünür ki, cavabdehin borcu 16880 manat məbləğində təşkil edir. İşdən görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, cavabdehin qeyd edilən müqavilə üzrə 28037 manat məbləğində borcu qalmışdır. Maliyyə arayışından həmçinin aydın olur ki, xx.xx.2022-ci il tarixdən sonra da, yəni cavabdehin 16880 manat məbləğində borcunun olmasına dair üzləşmə aktı tərtib edildikdən sonra da, cavabdehin borcu yaranmışdır. İş materiallarına əlavə edilən mədaxil əməliyyatları barədə bank hesabından çıxarışdan görünür ki, həmin çıxarışda cavabdehin bütün ödənişləri qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Müəyyən olunur ki, EBBS seriyalı, 699957 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 4550 manat, EBBV seriyalı, 243006 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 4200 manat, EBBY seriyalı, 003685 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 4410 manat, EBBZ seriyalı, 784273 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3858,75 manat, EBBZ seriyalı, 786884 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3858,75 manat, EBCAseriyalı, 151668 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3858,75 manat, EBCB seriyalı, 720020 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3858,75 manat, EBCB seriyalı, 782356 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3412,5 manat, EBCC seriyalı, 242508 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3412,5 manat, EBCC seriyalı, 242883 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3675 manat, EBCC seriyalı, 943093 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3307,5 manat, EBCH seriyalı, 243960 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3430 manat, EBCH seriyalı, 282589 nömrəli, xx.xx.2022-ci tarixli elektron qaimə ilə 3412,5 manatlıq mal(lar) cəmi 45 385.75 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Cavabdeh keçən müddət ərzində qeyd edilə qaimələri hər hansısa bir şəkildə mübahisələndirməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli yüklərin hazırkı cavabdehə deyil, X5 təhvil verilməsi və həmin yüklərə görə məbləğlərin iddiaçıya verilməsidir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh vəsatət verərək Gürşad Aslanovun məhkəmədə dindirilməsini xahiş etmiş, buna görə də məhkəmə icası başqa tarixə təxirə salmışdır. Lakin cavabdeh tərəf Gürşad Aslanovun məhkəməyə gəlməsini təmin edə bilməmişdir. Həmçinin cavabdeh Gürşad Aslanovu kollegiyanın iclasına da dəvət etməmişdir. Yəni cavabdeh qeyd edilən malların Gürşad Aslanova təhvil verilməsini və həmin mallara görə iddiaçıya 17867,50 manat pul ödədiyini iddia etsə də bunlarla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin 20 iyul 2023-cü il tarixli iclasında şəxsən iştirak edən Cavabdeh bildirmişdir ki, “iddiaçı ilə münasibətləri olub, hesablamalara görə onun iddiaçıya 17000 manat borcu olmuş, həmin məbləğdən 2000 manat ödəniş etmişdir. Bildirmişdir ki, hazırda onun 15000 manata yaxın borcunun olması ehtimal edilir. Qaimələri qəbul etdiyini bildirmişdir. Həmçinin nə qədər borcunun qalması ilə bağlı dəftərinə baxaraq deyə biləcəyini göstərmişdir”. Göründüyü kimi cavabdeh özünün iştirak etdiyi məhkəmə iclasında borcunun təxminən 15000 manat yaxın olduğunu bildirmiş, həmçinin nə qədər borcunun qalması ilə bağlı dəftərinə baxaraq deyə biləcəyini göstərmişdir, digər halda isə bütün borclarını ödəməsi barədə fikirlər səsləndirməklə qeyri-müəyyən izahat vermişdir. İşin müəyyən olunan mübahisəsiz hallarına əsasən tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehə malların satılmasını öz üzərinə götürmüş, cavabdeh isə malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqavilə(lər)si bağlanmış, cavabdeh isə müqavilə(lər) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində qətnamənin dəyişdirilməsini xahiş etsə də, Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh buna əsas ola biləcək müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri yanlışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, e-2-2(121)- 1230/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar