Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-136/2024 16.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-68/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq 56430.80 (ƏDV daxil) manatı, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 500 manatı, mediasiya xərclərinə görə ödənilmiş 400 manatı Cavabdeh MMC-dən tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 03 mart 2023-cü il tarixli CRM-08/23 saylı tikinti materiallarının (taxta) alqı-satqısına dair müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. 03 mart 2023-cü il tarixli CRM-08/23 saylı alqı-satqı müqaviləsi üzrə 52060 manat alqı-satqı, 9370.80 manat ƏDV olmaqla ümumi borc məbləği 61430.80 manat müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən qeyd olunan pul vəsaitinin yalnız ƏDV məbləği – 5000 manat ödənilmiş, yerdə qalan 56430.80 (ƏDV daxil) manat bu günə qədər ödənilməmişdir. xx.xx.2023-cü il tarixdə pretenziya qaydasında Cavabdeh MMC vergi elektron hesabı poçtuna xəbərdarlıq və xx.xx.2023-cü il tarixdə mediasiya təklifi göndərilib. xx.xx.2023-cü il tarixdə Sabirabad 1 saylı Mediasiya təçkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayış verilib. Edilən xəbərdarlıq və təkliflərə baxayaraq Cavabdeh MMC alqı-satqı müqaviləsi üzrə öhdəliyini yerinə yetirməyərək borcunu ödəməyib. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan son tarix 2023-ci ilin may ayının 12-ni götürsələr və 56430.80 manatın ödənilməməsi nəticəsində hüquqlarını bərpa etmək üçün 500 manat hüquqi yardıma görə ödəyərək xərc çəkilmişdir. Həmçinin cavabdehə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərci ödənilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-68/2024 saylı qətnaməsi ilə (Elşən Abdullayev) iddia qismən təmin edilərək Cavabdeh MMC-dən 52.060 manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 500 manat və ödənilmiş mediasiya xərcinin əvəzi 400 manat olmaqla, ümumilikdə 52.960 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın 9.370,80 manat ƏDV borcunun cavabdehdən tutulması ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına hissəsində təmin edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə əsas borcun əvəzi kimi 52060 manat deyil, 43060 manat pulun tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində ekspertizanın rəyi ilə razılaşmamış və qeyd etmişdir ki, “ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən (9000 manat) görünür ki, təqdim edilmiş 04 mart 2023-cü il tarixli kassa məxaric orderi reproqrafik surət olduğu üç ün üzərində olan möhür əksinin sənəd üzərinə vurulma üsulu üzrə tədqiqat aparılmamışdır”. Halbuki, ekspert öz rəyinin yuxarı sətrində məxaric orderi ilə müqavilədəki möhürlərin eyni olduğunu bildirməklə, artıq məxaric orderinin həqiqiliyi ilə bağlı şübhələri aradan qaldırmışdır. Məhkəmənin əsassızca həmin ekspert rəyi ilə razılaşmaması nəticəsində cavabdehin iddiaçıya ödəmiş olduğu 9000 manat pul iddia tələbi üzrə borcdan çıxılmamış, nəticədə iddiaçı əsassız olaraq varlanmışdır. Cavabdeh borcundan 9000 manat ödəniş etsə də (ƏDV xaric), həmin ödəniş məhkəmə tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Əgər təkrar ekspertizanın keçirilməsi zəruri olduğu halda, məhkəmə bunu etməyib öz fikrinə əsaslanmaqla rəyi qəbul etmirsə, o halda, ekspertizanın heç bir əhəmiyyəti qalmayacaqdır. Bütün bu hallar isə məhkəmənin qərəzsizliyinə şübhə yaradan hallardır. Məhkəmənin qətnaməsini mübahisələndirdiyi hissə məhz 04 mart 2023-cü il tarixli kassa məxaric orderinə əsasən sübut olunan, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 9000 manat pulun qətnamədə nəzərə alınmamasıdır. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Cavabdehin nümayəndəsi Vəkil2 bildirmişdir ki, bildiriş 9000 manatla verilib. İddiaçı bunu inkar edir. Sənəd də təqdim edilmişdir. Apellyasiya şikayətini müdafiə edir. İddiaçı təqdim etdikləri sənədin-qəbzin saxta olduğunu iddia edir. Orda möhrülər eynilik təşkil edir və saxta deyildir. İş materiallarındakı kassa məxaric orderinin əsli yoxdur. Həmin dövrdə cavabdehin ofisini başqa binaya köçürmüşlər deyə qarışıqlıq olmuşdur. Tərəflər arasında əvvəllər münasibət yaxşı olmuş, ona görə də, nə vaxtsa onlar arasında belə məhkəmə mübahisəsinin olmasını təxmin etməmişlər. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında bildirmişdir ki, 9000 ƏDV ilə bağlıdır və ödənilmişdir. Cavabdeh məxaric orderində möhür və imza var. O möhür və imza müqavilədən kopyalanmışdır. Onlar sənədin əslini təqdim edə bilmirlər. Digər 9000 manat isə sənədi olmayan bir işlə bağlıdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-68/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İş materiallarında olan tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli CRM- 08/23 saylı malların alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya tikinti materialları satır, alıcı isə malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyənləşdirilir. Müqavilənin 4.1-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 1 (bir) ay təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı malın dəyərini satıcının təqdim etdiyi elektron qaimənin aldıqdan sonra 45 iş günü ərzində köçürmə yolu ilə həyata keçirir. İşdə olan EBDB seriyalı 240900 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən CRM-08/23 saylı müqaviləyə əsasən Cavabdeh MMCyə 40710 manat məbləğində tikinti materialları təqdim edilmişdir. İşdə olan EBDB seriyalı 065923 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən CRM-08/23 saylı müqaviləyə əsasən Cavabdeh MMCyə 12478,50 manat məbləğində tikinti materialları təqdim edilmişdir. İşdə olan EBDB seriyalı 065027 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən CRM-08/23 saylı müqaviləyə əsasən "xxxx" MMC-yə 8260 manat məbləğində tikinti materialları təqdim edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 5000 manat məbləğində ƏDV-dən avans ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ƏDV sub-uçot hesabından 1260 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ƏDV sub-uçot hesabından 1903,50 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ƏDV sub-uçot hesabından 1210 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 08 avqust 2023-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən “DE FENDO” vəkil bürosuna hüquqi xidmətə 500 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/103-572 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2023-cü il tarixli CRM-08/23 nömrəli alqısatqı müqaviləsinin 4-cü vərəqində “Maddə 9. Tərəflərin hüquqi ünvanları və bank rekvizitləri” hissəsində “Satıcı” qrafasında “Direktor: X4” yazılarının aşağısında olan imza: əksi işin 65-ci vərəqində olan 04 mart 2023-cü il tarixli “Kassa məxaric orderi”nin kserosurətinin aşağı hissəsində “Baş böyük mühasib” qrafasında olan imza –X4 tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş 03 mart 2023-cü il tarixli, CRM-08/23 nömrəli alqı-satqı müqaviləsinin üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə bir başa vurulmuşdur. Tədqiq edilmiş 03 mart 2023-cü il tarixli, CRM-08/23 nömrəli alqı-satqı müqaviləsinin, 04 mart 2023-cü il tarixli kassa məxaric orderin reproqrafik surətinin üzərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti XANOĞLANOĞLU İNŞAAT” məzmunlu möhür əksi və onun təsviri həm öz aralarında,həmdə təqdim edilmiş eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Təqdim edilmiş 04 mart 2023-cü il tarixli kassa məxaric orderi reproqrafik surət olduğu üçün üzərində olan möhür əksinin sənəd üzərinə vurulma üsulu üzrə tədqiqat aparılmadı. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə əsas borcun əvəzi kimi 52060 manat deyil, 43060 manat pulun tutula bilməsi hissəsində yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin nümayəndəsi-vəkili Vəkil1 məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizasının keçirilməsi barədə vəsatəti əsasında keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2024-cü il tarixli 4/103-572 saylı ekspert rəyi ilə razılaşmır. Çünki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən (9000 manat) görünür ki, təqdim edilmiş 04 mart 2023cü il tarixli kassa məxaric orderi reproqrafik surət olduğu üçün üzərində olan möhür əksinin sənəd üzərinə vurulma üsulu üzrə tədqiqat aparılmamışdır. Halbuki, məhkəmə cavabdehin nümayəndəsinə xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin əslinin məhkəməyə təqdim edilməsini təklif etsə də, həmin sənədin əsli məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-in 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. MM-in 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (VM) 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. VM-in 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Adıçəkilən qaydaların 2.1-ci və bəndlərinə görə elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır.Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir; Elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Kollegiya qeyd edir ki, cavabdehin verdiyi apellyasiya şikayətində adıçəkilən kassa mədaxil orderinn əslinin təqdim edilməsi, eyni zamanda tikinti materiallarının alqı-satqı müqaviləsinə əsasən malların qiymətinin ödənilməsi üzrə sübut etmə yükü satıcının yox, alıcının üzərinə düşür. Məhkəmə kollegiyası beləcə, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisənin faktiki halları düzgün araşdırılmış və işdə olan mötəbər sübutlar əsasında qanuni nəticəyə gəlinmişdir. Belə ki, mübahisələndiirlən hissədə iddiaçı sübutetmə vəzifəsindən azad olunub. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar iş materialları ilə təsdiq olunmur, formal dəlilləri qanuni və əsaslı qətnamənin ləğvi üçün sübut sayıla bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir və cavabdehin yuxarıda qeyd edilən və araşdırılan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 15 may 2024-cü il tarixli e-2-2(121)-68/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-136/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-136/2024
16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver