Məhkəmə qərarları › İş №2-2(106)-144/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-144/2025

12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-144/2025 12.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi. Şirvan şəhəri, 12 mart 2026-cı il X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili Vəkil2 iştirakı ilə, (Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 əvvəlki məhkəmə iclaslarında iştirak etmişdir) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, e-2-2(121)-303/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 493.033,35 manat əsas borcun, 6.902 manat dəbbə pulunun, 220 manat vəkil xidmət haqqının, 790 manat ödənilmiş dövlət rüsumunun və 604 ədəd taxta paletin (istifadəyə yararlı vəziyyətdə) cavabdehdən məcburi qaydada İddiaçı MMC-nin xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cu il tarixdə “Distributorluq müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq Satıcı (İddiaçı MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdiricispirtsiz içkiləri, çayları və s. məhsulları Distributor Cavabdeh verməyi, Distributor isə verilən məhsulların razılaşdırılmış dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, Distributor faktura üzrə qəbul etdiyi məhsulun dəyərinin nağdsız formada Şirkət tərəfindən elektron qaimə təqdim edilməsi yolu ilə, nəğd faktura ilə satış zamanı malın çatdırıldığı anında (və ya anınadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər, onlayn platformalarda ödəmə imkanı varsa, mal aldığı anda göstərilən məbləğin Şirkətə ödənilməsini təmin etməli idi. İddiaçı MMC tərəfindən Cavabdeh “Malların Təhvil-Qəbul Aktları” və Maliyyə Arayışı əsasında ƏDV xaric ümumilikdə 3.422.999,85 manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. Cavabdeh borc məbləğindən 2.930.248.61 manat məbləğində pul vəsaitini iddiaçıya ödəsə də, hazırda 493.033,35 manat əsas borc ödənilməmişdir. Bununla yanaşı, İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilən məhsullar xüsusi taxta paletlərdə qablaşdırılaraq verildiyi üçün, cavabdehin hazırda iddiaçıya 604 ədəd taxta palet borcu da vardır. “Məhsulların alğı-satqı” Müqaviləsinin 6.1.7-ci bəndinə görə Məhsulların faktura və tara dəyərinin bu müqavilənin 3.2 bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi və ya taranın geri qaytarılması gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin və geri qaytarılmamış taranın dəyərinin 0.1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən çox olduqda isə növbəti (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0.2 (sıfır tam,onda iki)% miqdarında dəbbə pulu ödənilməlidir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh rəsmi pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 2 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Əksi təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul olunsa da, bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır. İddiaçı xx.xx.2024- cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, iddia ərizəsi məhkəməyə təqdim olunduqdan sonra Cavabdeh ilə aparılmış hesabat təhlili nəticəsində cavabdehin hazırda İddiaçı MMC-yə 281.367,35 (iki yüz səksən bir min üç yüz altmış yeddi manat, otuz beş qəpik) manat pul borcu və 30 (otuz) ədəd palet (taxta) borcu olduğunun müəyyən edildiyini, buna əsasən, Cavabdeh qarşı irəli sürdükləri iddia tələbini azaltmaq istədiklərini bildirmiş və Cavabdeh 281.367,35 (iki yüz səksən bir min üç yüz altmış yeddi manat, otuz beş qəpik) manat əsas borcun, 6.902 (altı min doqquz yüz iki manat) manat dəbbə pulunun, 220 (iki yüz iyirmi) manat vəkil xidmət haqqı, 790 (yeddi yüz doxsan) manat ödənilmiş dövlət rüsumunun və 30 (otuz) ədəd taxta paletin (istifadəyə yararlı vəziyyətdə) cavabdehdən məcburi qaydada İddiaçı MMC-nin xeyrinə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil1 vasitəsi ilə) xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin ona qarşı "pul və digər xərclərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 493.033,35 manat əsas borcun, 6.902 manat dəbbə pulunun, 220 manat vəkil xidmət haqqının, 790 manat ödənilmiş dövlət rüsumunun və 604 ədəd taxta paletin (istifadəyə yararlı vəziyyətdə) ondan alınması barədə qətnamə çıxarılmasını xahiş etdiyini, 09 dekabr 2024-cü il tarixdə iddiaçı "xxxx" MMC elektron məhkəmə portalı vasitəsi ilə ərizə təqdim edib iddia tələbinin həcmini azaldaraq 281.367,35 manat əsas borcun, 6.902 manat dəbbə pulunun, 220 manat vəkil xidmət haqqı, 790 manat ödənilmiş dövlət rüsumunun və 30 ədəd taxta paletin (istifadəyə yararlı vəziyyətdə) ondan iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etdiyini, iddia tələbini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab etdiyini, iddia ərizəsinə dair hazırkı etiraz ərizəsi məhkəməyə təqdim edilənədək "xxxx" MMC iddia tələbini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etmədiyini, iddia ərizəsinə qoşulmuş xx.xx.2023-cü il tarixli distributorluq müqaviləsi, məzmunu mücərrəd olan maliyyə arayışı, mətni oxunmayan malların təhvilqəbul aktlarının iddia tələbinin təmin olunmasına heç bir halda əsas vermədiyini, maliyyə arayışının məzmununun aydın olmadığını, yekun məbləğin haradan yaranmasının açıqlanmadığını, iddiaçının 3.422.999,85 manat məbləğində sərinləşdirici-spirtsiz içkilərin ona təhvil verilməsini məhkəmənin diqqətinə çatdırsa da, bunu təsdiq edəcək sübutları iddia ərizəsinə əlavə etmədiyini, qeyd edilən dəyərdə iddiaçıdan məhsul almadığını, ona göndərilmiş mallara görə tərəfindən iddiaçıya ödənilmiş vəsaitin 2.930.248.61 manat məbləğində olmasının qeyd edildiyini, dəqiqləşmə ilə bağlı iddiaçının təqdim etdiyi ərizədə iddia tələbi azaldılsa da, azaldılmanın necə hesablandığının, hansı səbəbə görə azalma baş verməsinin açıqlamadığını, bundan başqa, 30 ədəd taxta palet, dəbbə və xidmət pulu ilə bağlı iddiaçı məhkəməyə sübutların təqdim edilmədiyini, bununla belə, iddiaçı ilə aralarında olan müqavilə öhdəlikləri və onun icra vəziyyəti barədə məhkəməyə aşağıdakıları bildirməyi zəruri hesab etdiyini, ********** №-li xx.xx.2023-cü il tarixli distributorluq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı tərəfindən ona müxtəlif adlı məhsullar göndərildiyini (müvafiq qaimələr etiraza əlavə edilir), həmin qaimələrə əsasən iddiaçının ona 2 898 711.7022 manat məbləğində məhsul göndərdiyini, qeyd edilən məhsulların ƏDV-sinin 521 768.11 manat təşkil etdiyini, göndərilmiş məhsulun dəyəri və ona hesablanmış ƏDV toplanılarsa, 3.420.479,81 məbləğ alınacağını (2898711.70 + 521768.11 = 3.420.479,81), bu rəqəmin iddia ərizəsində qeyd edilmiş ona göndərilmiş məhsulun dəyəri ilə demək olar ki, üst-üstə düşdüyünü, lakin iddia ərizəsində həmin məbləğə ƏDV-nin daxil edilmədiyinin qeyd edildiyini, odur ki, iddiaçının ona ƏDV nəzərə alınmadan göndərdiyi məhsulun dəyərinin 3.422.999,85 manat kimi qeyd etməsi ilə razı olmadığını, xx.xx.2023- cü il tarixli distributorluq müqaviləsində nəzərdə tutulduğu kimi iddiaçı tərəfindən ona göndərilmiş məhsula görə xx.xx.2024-cü il tarixdən başlayaraq "xxxx" QSC və "xxxx" ASC vasitəsilə ödənişlər etdiyini, adıçəkilən kredit təşkilatları vasitəsilə iddiaçıya göndərilmiş pul vəsaitlərinə dair bank çıxarışları ilə iddiaçıdan aldığı məhsulların dəyərini ödədiyinin müəyyən olunduğunu, bununla belə, iddiaçının müəyyən məbləğləri nəzərə almadan məhkəmədə iddia qaldırdığını, halbuki, həmin məbləğlərin iddia qiymətindən çıxılmalı olduğunu, distribitorluq müqaviləsi bağlamazdan əvvəl iddiaçının tələbinə əsasən onun qarşısında yarana biləcək riskləri qarşılamaq üçün "xxxx" ASC-dən 200.000 manat məbləğə dair zəmanət məktubu əldə edib iddiaçıya təqdim etdiyini, zəmanət şərtlərinə uyğun olaraq "xxxx" ASC xx.xx.2024-cü il tarixdə iddiaçıya 200.000 manat məbləğində ödəniş etdiyini, bu ödənişin təqdim etdiyi bank çıxarışından aydın göründüyünü, lakin bu ödənişin iddia ərizəsində nəzərə alınmadığını, bundan başqa, iddiaçının razılığı və göstərişi ilə 2024-cü ilin 01 mayından 30 iyun tarixlərində fəaliyyət göstərdiyi bölgədə həyata keçirdiyi reklam, marketinq və satış artirma fəaliyyəti xidməti ilə bağlı xeyli işlər həyata keçirildiyini, bu işlərin 60 352.80 manat məbləğində olduğunu, bu məbləğin ona köçürülməsinə dair iddiaçıya e-qaimə göndərsə də, bu günədək həmin məbləğin ona köçürülmədiyini, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsində qeyd edilən 60 352.80 manat məbləğində xərclərini nəzərə almadığını, "xxxx" MMC-nin Satış Departamentinin əməkdaşı ilə telefon danışıqları zamanı sözügedən 60352.80 manat məbləğində reklam və marketinq xidmətləri ilə bağlı xərcləri qəbul etdiklərini, lakin bu məbləğin iddianın qiymətindən çıxılmadığını, iddiaçı "xxxx" MMC-nin ona qarşı iddia tələbinin əsassız olduğunu bildirmiş və iddiaçı "xxxx" MMC-nin ona qarşı "pul və digər xərclərin ödənilməsi" tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim olunduqdan sonra Cavabdeh ilə aparılmış hesabat təhlili nəticəsində cavabdehin hazırda İddiaçı MMC-yə 278.847,31 manat pul borcunun və 30 ədəd palet (taxta) borcunun olduğunun müəyyən edildiyini bildirmiş və Cavabdeh 278.847,31 manat əsas borcun, 6.902 manat dəbbə pulunun, 220 manat vəkil xidmət haqqının, 790 manat ödənilmiş dövlət rüsumunun və 30 ədəd taxta paletin (istifadəyə yararlı vəziyyətdə) cavabdehdən məcburi qaydada İddiaçı MMC-nin xeyrinə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil1 vasitəsi ilə) xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə qarşı əlavə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə əlavə sənədlər təqdim etdiyindən iddia ərizəsinə etiraza əlavə təqdim etmək zərurəti yaranmışdır. Elektron portal vasitəsi ilə məhkəməyə təqdim edilmiş, onunla İddiaçı MMC arasında 2024-cü ildə olan mal döviyyəsinə dair xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən ona 3.422.999,85 manat məbləğində mal verilmiş, o isə iddiaçıya 3.283.736,76 manat məblğində pul köçürmüşdür. Sadə riyazi hesablama aparmaqla müəyyən olunur ki, alınmış mal ilə ödənilmiş vəsait arasında 136.743,05 manat fərq alınır. Lakin adıçəkilən arayışa əsasan İddiaçı MMC ilə aralarında son qalıq olaraq onun iddiaçıya borcu 281.367, 35 manat məbləği həddində qeyd edilmiş və bir müddət əvvəl həmin məbləğə uyğun iddiaçı ona qarşı iddia ərizəsi təqdim etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia tələbini 278.847,31 manatadək azaltmışdır. İddia tələbini nə 136.743,5 manat, nə də 278.847,31 manat məbləğində qəbul etmir. Belə ki, kommersiya işinin materiallarından görünür ki, iddia tələbinin əsasını İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli “Distributorluq müqaviləsi” təşkil edir. Lakin təqdim edilmiş 2024-cü ilin mal dövriyyəsinə dair xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı adıçəkilən müqaviləyə əsasən ona təqdim etmədiyi mallara dair qalıq borc barədə məlumatı həmin arayışa daxil edərək, son nəticədə 278.847,31 manat məbləğində pulun ondan tutulmasını məhkəmədən xahiş etmişdir. Təqdim edilmiş arayışa diqqət yetirilsə, açıq görünür ki, əmələ gəlmə mənbəyi məlum olmayan 142.104,26 manatı iddiaçı qalıq borc kimi qeyd etməklə, yekunda onun 278.847,31 manat məbləğində borcunun olması nəticəsinə gəlmişdir. 142.104,26 manat məbləğində qalıq borcun necə və haradan yaranması ona məlum deyil. Həmin məbləğdə borcu qəbul etmir. Digər tərəfdən, bu və ya digər əsaslarla yaranmış borcun xx.xx.2023-cü il tarixli “Distributorluq müqaviləsi” əsasında tələb etmək qanuna uyğun deyil. Yəni, xx.xx.2023-cü il tarixli “Distributorluq müqaviləsi” əsasında əmələ gəlməmiş 142.104,26 manat məbləğində pulun iddianın qiymətinə əlavə edilib tələb olunması düzgün deyil. xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən elektron portal vasitəsi ilə təqdim edilmiş 3 ədəd üzləşmə aktı ilə bağlı qeyd edilməlidir ki, həmin aktların tərəfindən imzalanmasını xatırlamır. İddiaçı “X2 Bottlers” MMC ilə əməkdaşlığı dövründə üzləşmə aparmamış, aralarında mübahisə olmamış, üzləşmə aktında iddiaçının nümayəndəsi kimi qeyd edilmiş şəxsi tanımır. 2024-cü ilin may ayının 01-dən iyun ayının 30- dək olan dövr ərzində fəaliyyət göstərdiyi bölgədə həyata keçirdiyi reklam, marketinq və satış artırma fəaliyyəti xidməti ilə bağlı 60.352,80 manat məbləğində vəsait xərcləmişdir. Bu məbləğin ona köçürülməsinə dair xx.xx.2024-cü il tarixdə iddiaçıya e-qaimə göndərsə də, bu günədək həmin məbləğ ona köçürülməmiş, həmçinin İddiaçı MMC məhkəməyə təqdim edtiyi iddia ərizəsində adıçəkilən 60.352,80 manat məbləğində xərclər nəzərə alınmamışdır. Halbuki, 2022 və 2023-cü illərdə eyni qaydada iddiaçıya göndərdiyi qaimələr əsasında eyni məqsədlər üçün xərclədiyi vəsait İddiaçı MMC tərəfindən ona köçürülmüşdür. 2022 və 2023-cü illərə dair reklam, marketinq və satış artırma fəaliyyəti xidməti ilə bağlı e-qaimələr və həmin qaimələr əsasında ona edilmiş ödənişlər barədə bank hesabından çıxarış etiraza əlavə olunur. Məhkəmə nəzərə almalıdır ki, İddiaçı MMC xx.xx.2023-cü il tarixli “Distributorluq müqaviləsi” əsasında əmələ gəlməmiş 142.104,26 manat məbləğində pulu əsassız olaraq iddia qiymətinə hesablamaqla, həmçinin, 2024-cü ilin birinci yarımilliyi ərzində həyata keçirdiyi reklam, marketinq və satış artırma fəaliyyəti xidmətinə görə ona ödənilməli olduğu 60.352,80 manat məbləğində pulu iddia qiymətinə əsassız olaraq daxil etməklə ona qarşı 278.847,31 manat məbləğində iddia qaldırmışdır. Beləliklə, iddia ərizəsində istinad edilən xx.xx.2023-cü il tarixli “Distributorluq müqaviləsi”nə aid olmayan qalıq borc kimi 142.104,26 manat, reklam, marketinq və satış artırma fəaliyyəti xidmətinə görə iddiaçının ona ödəməli olduğu 60.352,80 manat, cəmi 202.547,06 manat məbləğ iddia qiymətindən çıxılmalıdır. (142.104,26 + 60.352,80 = 202.457,06) 281.367,35 manat iddia qiymətindən artıq hesablanmış 202.457,06 manat məbləğı çıxdıqda fərq 76.390,29 manat (278.847,31 - 202.457,06 = 76.390,25) alınır. İddia tələbini 76.390,25 manat məbləği həddində də qəbul etmir. Hesab edir ki, əvvəlki məhkəmə iclasları dövründə təqdim etdiyi iddia ərizəsinə əlavə edilmiş 3 ədəd bank çıxarışında qeyd edilən köçürmələri nəzərə almaqla iddaiçı ilə aralarında borc yaranmır. Yuxarıda qeyd edilmiş qalıq borc kimi göstərilmiş 142.104,26 manat və iddiaçının ona ödəməli olduğu 60.352,80 manat məbləğlərini nəzərə almaqla iddiaçının ona verdiyi malların dəyəri tərəfindən tam olaraq ödənilmişdir. Qeyd edilənlər o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı “X2 Bottlers” MMC-nin ona qarşı iddia tələbi əsassızdır. Qeyd olunanlara əsaslanaraq İddiaçı MMC-nin ona qarşı “pul və digər xərclərin ödənilməsi” tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin o mövqeyini məhkəməyə ünvanladığı etiraz ərizələri ilə bildirmişdir. Şirvan Kommersiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, e-2-2(121)-303/2025 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 278 847,31 manat məbləğində əsas, 500 manat məbləğində cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 220 manat və 790 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 280 357,31 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və "xxxx" MMC-nin xidmət haqqı xərcləri olan 300 manat məbləğində pul vəsaitinin 200 manat hissəsi Cavabdeh, 100 manat hissəsi İddiaçındən alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN **********, VÖEN **********1, Müxbir hesab AZ10NABZ**********000005644, Hesab nömrəsi AZ85ACAB********************, bankın kodu 505000) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini və İddiaçı MMC-nın cavabdehə qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin belə nəticəyə gəlməsi üçün heç bir əsas olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş hallarından, o cümlədən işin nəticəsində marağı olmayan "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabata əsasən onun tərəfindən İddiaçı MMC-yə 3.283.736,76 manat ödənildiyindən, müqavilə üzə borcu 136.743,09 manat təşkil edir. Bundan başqa, mübahisənin məhkəmədə araşdırılması ilə müəyyən edilən hal həm də ondan ibarətdir ki, İddiaçı MMC-nin tapşırığı ilə həyata keçirilmiş reklam, marketinq və satış artırma fəaliyyəti xidmətinə görə 60.352,80 manat məbləğində vəsait xərcləmiş və tərəfindən təqdim edilmiş elektron qaimə-faktura iddiaçı tərəfindən mübahisəsiz şəkildə qəbul edilmişdir. Lakin kommersiya işinin materiallarında mötəbər sübutlar olmamasına və məhkəmədə fərqli halların müəyyən edilməsinə baxmayaraq, məhkəmə ondan ümumilikdə 280.357,31 manat məbləğində pulun ondan tutulması başa düşülən deyil. Bu isə məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Həmçinin bildirmişdir ki, tərəflər arasında olan üzləşmə aktı məhkəməyə hazırlıq iclasında deyil, baxış iclasında təqdim edilmişdir. Həmin üzləşmə aktının onlar tərəfindən imzalanmasını deməsini xatırlamır. Məhkəmə öz təşəbbüsü ilə üzləşmə aktının cavabdeh tərəfindən imzalanması ilə bağlı xəttşünaslıq ekspertizası təyin etməmişdir. Cavabdehin iddiaçıya üzləşmə aktı üzrə 870 131.28 manat borcunun olması sübut olunmayıb. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın 19 iyun 2025-ci və 14 avqust 2025-ci il tarixli iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat vermiş, şikayətin təmin edilərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə məhkəməyə vəsatət vermişdir. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmişdir. Cavabdehin nümayəndəsi (vəkili) məhkəməyə ərizə göndərərək başqa məhkəmələrdə öncədən təyin olunmuş iclasları olduğundan xx.xx.2026-cı il tarixinə təyin edilmiş iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin o, başqa məhkəmələrdə öncədən təyin olunmuş iclasları olmasına dair müvafiq sübutlarını ərizəsinə əlavə etməmişdir. Buna görə də Kollegiya cavabdehin bundan əvvəlki məhkəmənin 19 iyun 2025-ci və 14 avqust 2025-ci il tarixli iclaslarında iştirak etməsini, həmçinin başqa məhkəmələrdə öncədən təyin olunmuş iclasları olmasına dair müvafiq sübutlarını ərizəsinə əlavə etməməsini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiyanın bütün iclaslarında iştirak edən iddiaçının (əvvəlki iclaslarda nümayəndə kimi də səlahiyyətli olmuşdur) vəkili Vəkil2 apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, cavabdeh tərəf məhkəməyə təqdim etdiyi etiraz ərizələrində iddiaçı tərəfindən onlara 3.420.479,81 məbləğində (2898711.70+521768.11=3.420.479,81) mal verilməsini bildirməklə bu rəqəmin iddia ərizəsində qeyd edilmiş onlara göndərilmiş məhsulun dəyəri ilə demək olar ki, üst-üstə düşdüyünü qeyd etməklə borclarının 3.420.479,81 manat məbləğində olmasını etiraf etmişdir. Lakin cavabdeh tərəf qeyd edilən məbləğdə pul vəsaitinin iddiaçıya tam ödənilməsi barədə məhkəməyə tam sübut təqdim etməmişdir. Cavabdeh işdə olan və tərəflər arasında imzalanmaqla təsdiq edilmiş üzləşmə aktı üzrə 870 131.28 manat borcla bağlı Aktı sübut kimi qəbul etməsə də özünün etirafı ilə iddia olunan 278.847,31 manat əsas borcun və 6.902 manat dəbbə pulunun iddiaçıya ödənilməsi ilə bağlı sübut da təqdim edə bilmir. Bütün bunlara görə qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehin nümayəndəsi (vəkili) birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini və İddiaçı MMC-nın ona qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir. Buna görə də kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 567-ci maddəsinə əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3- cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cu il tarixli, ********** nömrəli “Distributorluq müqaviləsi”nin: 1.1-ci bəndinə əsasən, bu müqavilənin predmetini Şirkətin istehsal və satışını təşkil etdiyi çeşidli alkoqolsuz spirtsiz içkiləri və çayları və s. məhsulları (bundan sonra Məhsullar adlandırılacaq) Distributora satmaq və Distributor tərəfindən satın alınan məhsulların dəyərinin ödənilməsi təşkil edir. İş materiallarında olan elektron qaimə-fakturaların surətlərindən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü i tarixədək İddiaçı MMC tərəfindən Cavabdeh göndərilən malların ümumi dəyəri 473834,37 manat təşkil etmişdir. İş materiallarında olan “Qarşılqılı üzləşdirmə aktı”nın surətindən görünür ki, həmin aktı imza etməklə tərəflər Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı MMC-nə 142104,26 manat məbləğində borcunun olduğunu təsdiq etmişlər. İş materiallarında olan “Qarşılqılı üzləşdirmə aktı”nın surətindən görünür ki, həmin aktı imza etməklə tərəflər Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-nə 327736,29 manat məbləğində borcunun olduğunu təsdiq etmişlər. İş materiallarında olan “Qarşılqılı üzləşdirmə aktı”nın surətindən görünür ki, həmin aktı imza etməklə tərəflər Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-nə 870131,28 manat məbləğində borcunun olduğunu təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh İddiaçı MMC-nə borcu 493033,35 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında 2024-cü il il üzrə dövriyyəyə dair məlumata əsasən, Cavabdeh cəmi borc məbləği 281367,35 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh "xxxx" QSC-də olan bank hesabından çıxarışdan görünür ki, həmin hesabdan İddiaçı MMC-nin hesabına xx.xx.2023-cu il tarixli, ********** nömrəli “Distributorluq müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək cəmi 2264040,11 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Cavabdeh "xxxx" ASC-də olan bank hesabından çıxarışdan görünür ki, həmin hesabdan İddiaçı MMC-nin hesabına xx.xx.2023-cu il tarixli, ********** nömrəli “Distributorluq müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək cəmi 598361,88 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Azerbaijan Coca-Cola Bottlers” MMC ilə bağlanmış müqaviləyə əsasən yaranmış 493033,35 manat borcun 2 iş günü müddətində ödənilməsi xahiş olunmuşdur, əks təqdirdə əsas borc məbləğinin, faiz borcunun tətbiq olunacaq dəbbə pulunun və məhkəmə xərclərinin alınaraq İddiaçı MMC-nə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, xx.xx.2023-cü il tarixli Distributorluq müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-nə olan borc öhdəliyinin 136743,09 manat məbləğində olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, cavabdehin iddiaçıya olan borcu məhkəmənin müəyyən etdiyi məbləğdən xeyli azdır və iş üzrə təqdim edilmiş ekspert rəyinə əsasən borcun məbləği 136.743,09 manat təşkil edir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının tapşırığı ilə həyata keçirilmiş reklam, marketinq və satışın artırılması fəaliyyəti ilə bağlı 60.352,80 manat məbləğində xərclərin iddiaçı tərəfindən nəzərə alınmadığı bildirilmişdir. Həmçinin bildirmişdir ki, tərəflər arasında olan üzləşmə aktı məhkəməyə hazırlıq iclasında deyil, baxış iclasında təqdim edilmişdir. Həmin üzləşmə aktının onlar tərəfindən imzalanmasını deməsini xatırlamır. Məhkəmə öz təşəbbüsü ilə üzləşmə aktının cavabdeh tərəfindən imzalanması ilə bağlı xəttşünaslıq ekspertizası təyin etməmişdir. Cavabdehin iddiaçıya üzləşmə aktı üzrə 870 131.28 manat borcunun olması sübut olunmayıb. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli distributorluq müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşidli məhsulların verilməsi, cavabdeh tərəfindən isə həmin məhsulların dəyərinin müqavilədə nəzərdə tutulmuş qaydada ödənilməsi öhdəliyi götürülmüşdür. İş üzrə təqdim edilmiş sənədlərdən, o cümlədən elektron qaiməfakturalardan, qarşılıqlı üzləşmə aktlarından və bank çıxarışlarından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 3.420.479,85 manat məbləğində məhsul təhvil verilmiş, cavabdeh tərəfindən isə həmin məbləğin yalnız bir hissəsi ödənilmişdir.

2. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, o cümlədən tərəflər arasında tərtib edilmiş qarşılıqlı üzləşmə aktlarını və bank hesablarından çıxarışları araşdıraraq əsaslı şəkildə müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya müxtəlif tarixlərdə müəyyən məbləğlər ödənilmiş olsa da, təhvil alınmış malların dəyəri tam şəkildə ödənilməmişdir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, cavabdehin öhdəliklərinin təmin edilməsi məqsədilə verilmiş bank zəmanəti əsasında 200.000 manat məbləğində vəsait iddiaçıya ödənilmiş və həmin məbləğ ümumi borcdan çıxılmışdır. Bu hesablamalar nəticəsində cavabdehin iddiaçı qarşısında borcunun qalması müəyyən edilmiş və iddia tələbi məhz həmin məbləğ həddində qismən təmin edilmişdir.

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alğı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cu il tarixli, ********** nömrəli “Distributorluq müqaviləsi” üzrə ümumi dəyəri 3 420 479,85 manat dəyərində mal təhvil verildiyi (cavabdehin nümayəndəsinin yazılı etiraz ərizəsində və məhkəmə iclasında verdiyi şifahi izahatında etdiyi etirafına və iddiaçının nümayəndəsinin həmin etirafı qəbul etməsinə dair məhkəmə iclasında verdiyi izahatına əsasən), Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-nə 870131,28 manat məbləğində borcunun olduğu (qarşılıqlı üzləşmə aktına əsasən), İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cu il tarixli, ********** nömrəli “Distributorluq müqaviləsi” üzrə cavabdehin risklərinə görə verilmiş zəmanət şərtlərinə uyğun olaraq "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçıya 200000 manat məbləğində ödəniş edildiyi (bank hesabından çıxarış məlumatlarına və tərəflərin izahatlarına əsasən) işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli hallarını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam ödənilməməsi barədə iddiaçının tələbi, eləcə də cavabdehin alınmış malların dəyərini tərəfindən tam şəkildə ödənilməsinə dair etirazı təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 278.847,31 manat məbləğində borcunun qaldığını, cavabdeh isə ona təhvil verilmiş malların dəyərini tam şəkildə ödədiyini bildirir.

4. Məhkəmə qeyd etmişdir ki, mübahisə tərəflərinin bağladıqları alqı-satqı müqaviləsinin şərtlərinə görə tərəflər arasında mütəmadi olaraq qarşılıqlı öhdəliklərə dair üzləşmənin aparılması və bu barədə üzləşmə aktının tərtib edilərək imzalanması razılaşdırılmışdır. Həmin qarşılıqlı üzləşmə AKT-ı ilə cavabdehin xx.xx.2024-cü il tarixinə iddiaçıya 870131,28 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Lakin cavabdeh apellyasiya şikayətində Üzləşmə aktının sübut kimi məhkəmə hazırlıq iclasında deyil, baxış iclasında verilməsini əsas gətirərək həmin aktın sübut kimi qəbul edilməməsini qeyd etmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı adı çəkilən qarşılıqlı üzləşmə aktlarının etibarsızlığına dəlalət edən hallar aşkar edilməmiş, cavabdeh tərəfindən də həmin aktlarin etibarlılıq şərtləri mübahisələndirilməmiş, həmin aktların etibarsızlığına dair tələb irəli sürülməmişdir. Cavabdeh yalnız həmin aktları imzalamasını xatırlamadığını bildirmiş, bununla belə aktlardakı imzaların mənsubiyyətini mübahisələndirməmişdir.

5. Cavabdeh iddiaçıya 870131,28 manat məbləğində borcunun olması ilə bağlı xx.xx.2024-cü il tarixli üzləşmə aktının sübut kimi qəbul edilə bilməməsini qeyd etsə də cavabdehin iddiaçıya borcunun qalması işdə olan "xxxx" ASC və "xxxx" QSC tərəfindən təqdim olunmuş hesabdan çıxarışlara əsasən də müəyyən edilir. Belə ki, işdə olan "xxxx" ASC və "xxxx" QSC tərəfindən təqdim olunmuş hesabdan çıxarışlara əsasən Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2023-cu il tarixli, ********** nömrəli “Distributorluq müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək "xxxx" QSC-də olan bank hesabından 2 264 040,11 manat məbləğində, "xxxx" ASC-də olan bank hesabından 598 361,88 manat məbləğində olmaqla, ümumilkdə cəmi 2 874 452,83 manat məbləğində pul vəsaiti köçürülməsi müəyyən olunur. Kollegiya bu arada İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cu il tarixli, ********** nömrəli “Distributorluq müqaviləsi” üzrə təhvil verilmiş malların ümumi dəyərinin 3420479,85 manat təşkil etməsini və həmin məbləğin baxılan işin mübahisəsiz halını təşkil etməsini bir daha qeyd edir. Beləliklə, təhvil verilmiş malların dəyəri ilə həyata keçirilmiş ödənişlər hesablandıqda müəyyən edilir ki, Cavabdeh tərəfindən təhvil aldığı mallara görə İddiaçı MMC-nə 546 027,02 manat (3 420 479,85-2 874 452,83=546 027,02) məbləğində borcunun qalması müəyyən edilir. Cavabdehin risklərinə görə verilmiş zəmanət şərtlərinə uyğun olaraq "xxxx" ASC tərəfindən iddiaçıya 200000 manat məbləğində ödəniş edildiyi üçün, həmin məbləğ ümumi borc məbləğindən çıxıldıqda cavabdehin borcunun 346 027,02 manat məbləğində olduğu aşkar edilir. Hazırda iddiaçının tələbi isə 278.847,31 manat əsas və 6.902 manat dəbbə pulu borcu təşkil edir.

6. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olduğunu göstərmir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutları kompleks şəkildə araşdırmış, tərəflərin təqdim etdikləri bank çıxarışlarını, üzləşmə aktlarını və digər maliyyə sənədlərini müqayisəli təhlil edərək cavabdehin faktiki ödənişlərini və təhvil aldığı malların ümumi dəyərini müəyyən etmişdir. Həmin araşdırma nəticəsində cavabdehin ödənişlərinin ümumi məbləği, eləcə də müqavilə üzrə yaranmış borc məbləği dəqiq hesablanmışdır. Eyni zamanda kollegiya qeyd edir ki, reklam və marketinq fəaliyyəti ilə bağlı cavabdeh tərəfindən iddia edilən xərclərin iddiaçı tərəfindən qəbul edildiyini və ya həmin xərclərin tərəflər arasında bağlanmış müqavilə üzrə borc məbləğinin azaldılması üçün hüquqi əsas yaratdığını təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud deyildir. Buna görə də həmin iddialar məhkəmə tərəfindən əsaslı olaraq qəbul edilməmişdir. Həmçinin Kollegiya qeyd edir ki, iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və iş rəy verilməsi üçün MEM-nə göndərilmişdir. Lakin dəfələrlə ekspert tərəfindən məhkəməyə göndərilmiş vəsatətlər təmin edilərək zəruri sənədlər cavabdehdən alınaraq hər dəfə ekspertə təqdim edilsə də ekspert tərəfindən müvafiq rəy verilə bilinməmişdir. Kollegiya işdə olan sənədləri və sübutları mötəbər sübut kimi qəbul edərək müvafiq qətnamənin çıxarılması üçün yetərli hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, şikayət təmin edilmədiyindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, e-2-2(121)-303/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar