Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-154/2024 19.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xüsusi icraat qaydasında ərizəsinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2- 2(121)-2378/2022 saylı qənaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxsin dövlət büdcəsinə olan ümumilikdə 403 248,14 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2-2(121)- 2378/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 403.216,52 manat məbləğində vergi borcunun və İşsizlikdən Sığorta Fonduna olan 31,62 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan – xx.xx.1985-ci il tarixdə anadan olmuş, Masallı şəhəri, Boradigah qəsəbəsi, H.Aslanov küçəsi, ev 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Maraqlı şəxs (Fin:xxxxxxx) ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilinədək müvəqqəti məhdudlaşdırlması qət edilmişdir. Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. İş apellyasiya şikayəti əsasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06 avqust 2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş və icraata qəbul edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan xəbərnaməyə əsasən kommersiya işinin məhkəmə baxışına hazırlıq mərhələsində və məhkəmə baxışı zamanı cavabdehin adına bildirişlər rəsmi qeydiyyat ünvanı üzrə ünvan 1anda mobil nömrəsinə sms bildiriş göndərilmişdir. (işin 85-ci vərəqi). O, cümlədən 30 sentyabr 2022-ci il tarixli qətnamə də sifarişli poçt göndərişi ilə maraqlı şəxsin rəsmi qeydiyyat ünvanına göndərilmiş və 10 oktyabr 2022-ci il tarixdə ünvana çatdırılmışdır. (səhifə 97-dəki bildirişin kötüyü var). 30 may 2024-cü il tarixdə Maraqlı şəxs ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı şəhərində yaşadığından qətnaməni almadığını bildirmiş və rəsmi qaydada ona təqdim olunmasını xahiş etmişdir. Maraqlı şəxsin ərizəsinə əsasən Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 2378/2024 saylı, 30 sentyabr 2022-ci il tarixli qətnaməsi yenidən göndərilmişdir. İş materiallarında olan Azemis sistemindən çıxarışa əsasən Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2378/2024 saylı, 30 sentyabr 2022-ci il tarixli qətnaməsi 24 iyun 2024-cü il tarixdə Maraqlı şəxs təqdim olunmuşdur. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini kommersiya işini materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-154/2024 saylı qərardadı ləğv edilməli, verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşin hallarından müəyyən edilir ki, qətnamənin surəti rəsmi qaydada Maraqlı şəxs 10 oktyabr 2022-ci il tarixdə təqdim edilmişdir. Maraqlı şəxs 20 iyul 2024-cü il tarixdə “Elektron-məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, maraqlı şəxs apellyasiya şikayətini qətnamənin onlara rəsmi qaydada təqdim edildiyi, yəni 10 oktyabr 2022-ci il tarixdən 1 ay müddətində verməli olduğu halda, 2 il 9 aydan çox müddət keçdikdən sonra vermiş, eyni zamanda apellyasiya şikayətinə prosessual müddətin bərpasına dair ərizə əlavə etməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi qətnamənin xx.xx.2022-ci il tarixdə kimə təqdim edilməsini (iş. səh 97) araşdırmamışdır. Çünki maraqlı şəxs kollegiyanın iclasında bildirmişdir ki, yaşlı ata və anası Masallıda yaşayırlar, lakin bildirişdəki imza onların imzalarına bənzəmir. Görüdüyü kimi prosessual qanunvericiliyin tələblərinə əsasən prosessual hərəkətlər Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir və qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Müddət keçdikdən sonra isə həmin prosessual hərəkətin yerinə-yetirilməsindən ötrü, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində nəzərdə tutulan qaydalara riayət edildiyi halda, həmin prosessual hərəkət yerinə yetirilə bilər. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 363.1.3-ü maddəsinə əsasən geri qaytarmalı olduğu, buraxılmış prosessual müddətin barpasına dair ərizə verilmədiyi halda iş materiallarını apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-154/2024 saylı qərardadı ləğv edilməli, Şirvan Kommersiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2-2(121)-2378/2022 saylı qənaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Qanunvericiliyə əsasən apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəmələrinin qərardadlarından kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 128.1, 363.1.3, 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(106)-154/2024 saylı qərardadı ləğv edilsin. Şirvan Kommersiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e-2-2(121)- 2378/2022 saylı qənaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Kommersiya işi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə uyğunluğunun yoxlanılması və sonrakı prosessual hərəkətlərin yerinə-yetirilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-154/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-154/2024
19.09.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver