Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-155/2022 30.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil1, cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun və əmlaka yetirilmiş zərərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 4 avqust 2022-ci il tarixli e-2-2(121)-618/2022 saylı qətnaməsindən (hakim E.Abdullayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun və əmlaka yetirilmiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 6500 manat gecikdirilmiş borcun, 11700 manat hər gecikdirilmiş gün üçün hesablanmış cərimənin və 28417 dəymiş zərərin, cəmi 46617 manat pulun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağlanmış 01 yanvar2020-ci il tarixli C20CC031 nömrəli müqavilənin şərtlərinə əsasən nəqliyyat xidmətlərinin göstərilməsi üçün **-ZC-***, **-KJ-***, **-UO-***, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillər 01 mart 2020-ci il tarixinədək "xxxx" MMC-yə icarəyə verilmişdir. 01 mart 2020-ci il tarixli C20CC032 nömrəli müqavilənin şərtlərinə əsasən isə nəqliyyat xidmətlərinin göstərilməsi üçün **-KJ-***, **-UO-***, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillər 01 dekabr 2021-ci il tarixinədək "xxxx" MMC-yə icarəyə verilmişdir. **-ZC-*** dövlət qeydiyyatlı avtomobil 2020-ci ilin mart ayında nasaz vəziyyətdə qüsürla qaytarılmışdır. Həmin avtomobilin işlək və saz vəziyyətə gətirilməsi üçün 3900+1517 manat vəsait tələb olunmuşdur. 2020-ci ilin avqust ayında isə yenidən **-KJ-***, **-UO- ***, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillər qüsurlu, hətta ehtiyyat hissələri dəyişdirilərək və nasaz vəziyyətdə ona qaytarılmışdır. Hər üç avtomobil üçün aralarında bağlanmış 01 mart 2020-ci il tarixli müqavilənin şərtlərindən irəli gələn iki aylıq (iyun,iyul) xidmət haqları ödənilməmişdir. Bu da 6500 manat təşkil etmişdir. Ödəniş həyata keçirilməsi üçün invoys təqdim etməyinə baxmayaraq ödəniş haqları ödənilməmiş qalmışdır. 01 mart 2020-ci il tarixdə aralarında bağlanmış müqavilənin 2.6-cı bəndinə əsasən pul vəsaitləri 15 (on beş) iş günü ərzində “İcraçı”-ya ödənilməyibsə “Sifarişçi”yəhər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 1%-ni ödəməlidir. Bu isə hazırki dövr üçün 11700 manat təşkil edir. Həmin müqavilələrin 3.4-cü bəndində nəzərdə tutulmuşdur ki, sifarişçisi nəqliyyat vasitəsinin bütün təmir işlərini öz öhdəsinə götürür. Müqavilə tərəfi nəinki avtobillərin cari təmirini həyata keçirmiş, hətta avtomillərin ehtiyyat hissələri üzərindən çıxarılmış və yararsız vəziyyətdə evakuator vasitəsi ilə ona qaytarılmışdır. Bundan başqa hər üç avtomobilə, **-KJ-***, **-UO-***, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərər 23000 manat təşkil etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq 01 mart 2020-ci il tarixli C20CC032 nömrəli müqavilə üzrə 6500 (altı min beş yüz) manat iki aylıq icarə haqqı məbləğində gecikdirilmiş borcu və 11700 (on bir min yeddi yüz) manat hər gecikdirilmiş gün üçün hesablanmış cərimə məbləğini, eyni zamanda **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 5417 manat və **-KJ-***,**-UO-***, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə 23000 (iyirmi üç min) manat dəymiş zərəri, cəmi 46617(qırx altı min altı yüz on yeddi) manat vəsaitin ödənilməsiniqarşı tərəfdən dəfələrlə tələb etmişdir. Müəyyən bir dövr məsələnin yoluna qoyulacağına, borcun və zərərin ödənilməsinə vəddlər verilmişdir. Lakin sonradan isə ödəniş etməkdən boyun qaçırmışlar. Bundan sonra o mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində də qarşı tərəf iştirak etməkdən imtina etmişdir. Daha sonra isə onlayn karküzarlıq vasitəsi ilə Cavabdeh MMC-nə pretenziya göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil1 iddianin əsaslı olduğunu bildirib təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh vəkili və neyni zamanda nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək, əsassızolduğunu bildirib, rədd olunmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 4 avqust 2022-ci il tarixli e-2-2(121)-618/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdehndən 6500 manat məbləğindəicarə haqqı borcu, 585 manat cərimə olmaqla, ümumilikdə 7085 (yeddi min səksən beş) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli C20CC031 nömrəli və xx.xx.2020-ci il tarixli C20CC032 nömrəli icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda, cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Cavabdeh 2020-ci ilin iyun və iyul ayları üzrə ümumilikdə 6500 manat məbləğində icarə haqqını iddiaçıya ödəməmişdir. İddiaçı ödənilməyən icarə haqqı borcunu tələb etməkdə haqlı olmuşdur. İşin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını, bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyi baxımından dəbbə pulunun tutulması hissədə iddia qismən təmin olunaraq məbləği 585 manat müəyyən edilməlidir. İcarəyə verilmiş avtomobillərə vurulmuş zərərə görə tələb hüququ Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbinə uyğun olaraq müddətin keçməsinə görə qüvvədən düşdüyündən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qismən ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olarab qeyd edilmişdir ki, həmin qətnamə qanunsuz və əsassızdır. Tərəflər arasında bağlanmış müqavilələrin 2.6-cı bəndinə görə pul vəsaitləri 15 iş günü ərzində "icraçıya” ödənilməyibsə, “Sifarişçi” hər gecikdirilmiş gün ücün ödənilməmiş məbləğin 1%-ni ödəməlidir. Buradan da məlum olduğu kimi müqavilələrdə tərəflər sərbəst şəkildə dəbbə pulunun miqdarını və şərtlərini müəyyənləşdirmişlər. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Bundan başqa məhkəmə dəbbə pulununun miqdarını özü riyazi hesablama aparmaqla, mühasibatlıq ekspertizası təyin etmədən qanunsuz olaraq azaltmışdır. Digər tərəfdən isə məhkəmə iddianın maddi zərərlə bağlı hissəsini də təmin etmədən, bitərəfli qaydada borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə, əmlak mənafelərinə mənfi yöndə təsir edəcək şəkildə qiymətləndirmiş və tələb edilən dəbbə pulunun miqdarını yüksək hesab etmişdir. Halbuki, iddiaçı MM-nin 463.1,464.1,467-ci maddələri baxımından dəbbə pulunu tam həcmdə tələb etməkdə haqlı olmuşdur. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 697.4cü maddəsini tədbiq edərkən də, məhkəmə haqlı olmamışdır, ona görə ki, məhkəmə hazırlıq iclası mərhələsində iddiaçı tərəfindən məhkəməyə təqdim edilən tərəflər arasında mübahisənin yaranmasının başlanğıc və davam edən mərhələsində zərərin tələb etməsini və cavabdehin zərəri ödəməsi vədlərini əks etdirən vatsap yazışmalarını düzgün tədqiq etməmişdir. Həmin vatsap yazışmaları özündə əks etdirir ki, cavabdeh uzun müddət vurduğu zərərin ödənilməsinə vədlər verərək, sonradan imtina etdikdə, tərəf 2021-ci ilin fevral ayının sonları imtina aldıqdan sonra iddiaçı avqust ayının sonları cavabdehə pretenziya göndərilməklə mediasiya xidmətinə müraciət etmişdir. İkinci növbdədə də burada kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsin nəticəsində zərərin əvəzinin ödənilməsindən deyil, avtomobillərin üzərindən ehtiyyat hissələrinin oğurlanmasından və bunun nəticəsində avtomobillərin yararsız vəziyyətə gətirilməsi və bununla bağlı zərərin əvəzinin ödənilməsi tələbi irəli sürülmüşdür. Bilindiyi kimi, tərəflərin tələb və etirazlarım əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hər bir tərəf öz tələblərinin və etirazlanmn əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, çoxsaylı mötəbər dəlillər (sübutlar) təqdim etmələrinə baxmayaraq, birinci instansiya məhkəməsi tamamilə əsassız olaraq iddianı qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi çoxsaylı sübutların məcmusunu nədənsə görməzdən gəlmişditr. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilən baxış iclasında cavabdeh şirkətin nümayəndəsi tərəfindən məhkəməyə dəvət olunan şahid X1 ifadəsində göstərmişdir ki, “İlkin-N’* MMC-nin sifarişi əsasında 2020-ci ilin qış aylarında bir ədəd “Toyota Hihıx” avtomobilini idarə edərək Neftçala rayonundan Bakı şəhərində yerləşən iddiaçının yerləşdiyi ünvana gətirmişdir. Sonrakı 3 maşının isə hansı vaxtda gətirdiyini xatırlamadığını, lakin 4 maşının işlək vəziyyətdə olduğunu qeyd etmişdir. Bu halların təkzib edilməsi üçün tərəfindən məhkəməyə hazırlıq iclaslarında təqdim edilmiş təhvil-təslim vərəqələrində evakuator sürücülərinin məlumatları, yəni adı-soyadı və telefon məlumatlarının olmasını bildirilərək, nümayəndə olaraq həmin evakuator sürücülərinin dəvət olunaraq bu halların araşdırılmasına dair məhkəmədə şifahi vəsatət verilsə də, məhkəmə buna ehtiyac olmaması əsası ilə vəsatəti rədd etmişdir. Lakin bu hallar iş üçün mühüm əhəmiyyət kəsb etməklə, qarşı tərəfin şahidinin göstərdiyi halların həqiqətə uyğun olmamasını təstiq edə bilərdi. Amma məhkəmə bu kimi halların araşdırılmasında maraqlı olmamışdır. Eyni zamanda evakuator sürücülərinin həqiqətən də avtomobilləri daşınaraq evakuator vasitəsi ilə iddiaçının yerləşdiyi ünvana gətirməsi təsdiqini məhkəmədə tapardısa, onda iddiaçı və onlar tərəfindən imzaları ilə təstiq edilmiş təhvil təslim vərəqələrində qeyd edilən avtomobillərin təhvil verilməsi vaxtları da dəqiq müəyyən edilməli idi. Əfsuslar olsun ki, məhkəmə rəsmi sənədlər və mötəbər subutlarla təstiq oluna biləcək subutların toplanıİmasına üstünlük vermək əvəzinə, qarşı tərəfin öyrədilmiş şahidinin ifadəsinin alınması ilə kifayətlənərək, işə nəticə vermişdir. Bu halların da araşdırılmaması qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərini bir daha təsdiq etmiş hesab olunur. Hesab edir ki, məhkəmə dəymiş zərəri cavabdehin birbaşa ziyan və ya zərər vurmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkət olmasını və bu hərəkətləri ilə iddiaçıya ziyan vurmasını yanlış olaraq qətnaməsində kirayəyə verilmiş əşyanın dəyişməsi və pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları kateqoriyasına aid olmaqla, buna dair də Mülki Məcəllənin 697.4-cü maddəsinin müddaları baxımından səhv qiymətləndirmişdir. Bununla da həmin maddəni tədbiq etməklə habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsi kimi qiymətləndirərək nəticədə də kəsici müddət tətbiq etməklə iddianın 6(altı) ay müddətində məhkəməyə verilməməsinə görə bu hissədə iddianı təmin etməmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bötün faktiki hallar düzgün aydınlaşdırılmamışdır və məhkəmənin gəlmiş olduğu nəticə işin hallarına uyğun gəlmir. Yeni sübutları hələ ki, yoxdur. Bütün mötəbər sübutları və dəlilləri birinci instansiya məhkəməsində təqdim etmişdir. Yalnız birinci instansiya məhkəməsinə iddiaçının hüququnun pozulmasını bildiyi an kimi mübahisənin yaranması dövrünü əhatə edən və özündə əks etdirən tərəflərin vatsap yazışmalarından çıxarışları bir daha təqdim edərək apellyasiya şikayətinə əlavə edir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzxmunu ilə oxşar məzmunda izahat verək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin oldunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissədə ləğv olunmasını xahiş etməklə, qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissələrdə qətnamənin ləğvinin və yaxud da dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş üzrə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin rəhbəridir, lakin hal-hazırda orada fəaliyyət göstərmir. 2020-ci ilin mart ayında fəaliyyət göstərdiyi zaman onun qarajına bir ədəd mostu olmayan avtomobil nasaz vəziyyətdə gətirilmiş, həmin avtomobilə baxış keçirmişlər. 6 ay sonra isə daha 3 avtomobil evakuatorla gətirilmiş, həmin avtomobillərə də baxış keçirmişlər. Həmin avtomobillər də, nasaz vəziyyətdə idilər. Avtomobilləri gətirən şəxslərin iştirakı ilə təhvil-təslim aktları tərtib olunmuş, həmin aktlara İddiaçı imza atmışdır. Kənar şəxslər tərəfindən gətirilən avtomobillərə baxış keçirilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, hal-hazırda Cavabdeh MMC-də işləyir. Şirkətin sifarişi əsasında sənədlərin çatdırılmasını və müəyyən işləri görür.Cavabdeh MMC-nin sifarişi əsasında 2020-ci ilin qış aylarında bir ədəd “Toyota Hilux” avtomobili idarə edərək Neftçala rayonundan Bakı şəhərində yerləşən iddiaçının ünvanına gətirmiş, daha sonra isə digər 3 avtomobili də eyni qaydada iddiaçının yerləşdiyi ünvana gətirmişdir. Sonrakı 3 avtomobili hansı vaxtda gətirdiyini xatırlamır. Hər 4 avtomobil işlək vəziyyətdə olmuşdur. iş materiallarında olan xx.xx.2020-ci il tarixli C20CC031 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında nəqliyyat xidmətlərinin göstərilməsi üçün **-ZC-***, **-KJ-***, **-UO-*** və **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci yarımbəndinə qeyd edilmişdir ki, nəqliyyat xidmətlinin aylıq ödənişi 4050 AZN təşkir edir. Həmin müqavilənin 3.1-ci yarımbəndində qeyd edilmişdir ki, “icraçı” tərəfindən akt əsasında təhvil verilən avtomobilə, “sifarişçi” tərəfindən yoxlanıldıqdan sonra 5 gün ərizində heç bir nasazlıq və şikayət olmasa, təmir üzrə bütün xərclər sifarişçi tərəfindən ödəniləcəkdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli C20CC032 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında nəqliyyat xidmətlərinin göstərilməsi üçün **-KJ-***, **-UO-*** və **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci yarımbəndinə qeyd edilmişdir ki, nəqliyyat xidmətlinin aylıq ödənişi 3250 AZN təşkir edir. Həmin müqavilənin 3.1-ci yarımbəndində qeyd edilmişdir ki, “icraçı” tərəfindən akt əsasında təhvil verilən avtomobilə, “sifarişçi” tərəfindən yoxlanıldıqdan sonra 5 gün ərizində heç bir nasazlıq və şikayət olmasa, təmir üzrə bütün xərclər sifarişçi tərəfindən ödəniləcəkdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim vərəqələrindən görünür ki, iddiaçı **-KJ-*** və **-NT-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobilləri xx.xx.2020-ci il tarixində təhvil almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim vərəqəsindən görünür ki, iddiaçı **-UO-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobili xx.xx.2020-ci il tarixində təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş **-KJ-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin xx.xx.2020-ci il tarixə olan texniki baxış vərəqəsindən görünür ki, avtomobilə ilkin baxış keçirilmiş və ehtiyat hissələrinin dəyişdirilməsi və təmiri xərci üçün 11105 manat məbləğ müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş **-ZC-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin xx.xx.2020-ci il tarixə olan texniki baxış vərəqəsindən görünür ki, avtomobilə ilkin baxış keçirilmiş və ehtiyat hissələrinin dəyişdirilməsi və təmiri xərci üçün 8.350 manat məbləğ müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş **-UO-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin xx.xx.2020-ci il tarixə olan texniki baxış vərəqəsindən görünür ki, avtomobilə ilkin baxış keçirilmiş və ehtiyat hissələrinin dəyişdirilməsi və təmiri xərci üçün 7450 manat məbləğ müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş **-NT-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin xx.xx.2020-ci il tarixə olan texniki baxış vərəqəsindən görünür ki, avtomobilə ilkin baxış keçirilmiş və ehtiyat hissələrinin dəyişdirilməsi və təmiri xərci üçün 9180 manat məbləğ müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış AZ843 nömrəli, 21 avqust 2020-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında **-KJ-***, **-UO-***, **- NT-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin təmiri ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış AZ839 nömrəli, 17 fevral 2020-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında **-ZC-***dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin təmiri iləbağlı müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il vəxx.xx.2021-ci il tarixli təhvil-təslim vərəqələrindən görünür ki, **-ZC-***, **-KJ-***, **-UO-*** və **-NT- *** dövlət qeydiyyat nişanlı avtomobillər tam təmir olunmuşdur. İş materiallarında olan 01 avqust 2020-ci il tarixli, H20D036 nömrəli hesab-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə göstərilmiş 2020-ci ilin iyun və iyul ayları üçün aylıq xidmət haqqı ümumilikdə 6500 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər, 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir, 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər, 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından tələb etməkdə haqlıdır. Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı müqavilə, o cümlədən icarə müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan kollegiya cərimə məbləğinin azaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı sayır. Apellyasiya şikayətinin dəlillərini icarəyə verilmiş nəqliyyat vasitələrinə yetirilən zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunmaması hissədə tədqiq edən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqa zidd əməli, əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İddiaçı icarəyə vermiş olduğu avtomobillərin qüsurlu vəziyyətdə qaytarıldığını bildirərək təmir olunmaları üçün çəkməli olduğu xərcin zərər kimi cavabdehdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində iddiaçının dəvəti əsasında şahid qismində ifadə vermiş X3 ifadəsində avtomobillərin tərəflərindən təmir olunduğunu bildirmişdir. Demək iddiaçı pozulmuş hüquqlarının bərpası üçün çəkməli olduğu xərcləri deyil, artıq çəkmiş olduğu real zərərin ödənilməsini tələb edə bilərdi. Lakin iş materialarına əsasən iddiaçı tərəfindən avtomobillərin təmir-bərpası üçün çəkmiş olduğu xərclərə, real zərərə dair hər hansı bir sübut (öd. qəbzi) verilməmişdir. Bunlardan da savayı qeyd olunan hissədə tələb üzrə maddi hüquq norması kimi Mülki Məcəllənin 697.4-cü maddəsini tətbiq edən birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Həmin normaya əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Normanın məzmunundan da göründüyü kimi kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli təhvil-təslim vərəqələrinə əsasən iddiaçı **-KJ-*** və **-NT-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobillərini xx.xx.2020-ci il tarixində, **-UO-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobilini isə xx.xx.2020-ci il tarixində təhvil almışdır. Belə olduğu təqdirdə iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu 19 avqust 2020-ci il tarixində bilmiş, hazırkı iddianı isə 28 mart 2022-ci ildə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 1 il 7 ay sonra qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin iddiaçıya münasibətdə mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 4 avqust 2022-ci il tarixli e-2-2(121)-618/2022 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanuknla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-155/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-155/2022
30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver