Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-163/2022 20.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh, onun vəkili X3 iştirakları ilə, Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e2-2(121)-2064/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 dekabr 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı QSC Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 28.320 manat əsas borcun, 2.558,63 manat faiz borcunun və 200 manat mediasiya xərci olmaqla, cəmi 31.078,63 manatın tutulması tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 381 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı aparılmışdır. İddiaçı bağlanmış müqavilə əsasında cavabdehə 110520 manat dəyərində mal satmışdır. Cavabdeh bütün malları qəbul etmiş, həmin malların dəyərindən hissəvi olaraq 82200 ödəniş etmiş, son 7 qaimənin dəyərini müqavilənin 2.4. bəndinin tələblərini pozaraq ödəmədiyi üçün iddiaçıya 28320 manat borcu yaranmışdır. (ödənilməyən elektron qaimə seriya EBBD 612823 xx.xx.2021. (4608 bir hissəsi 888 manat, Seriya EBBE 517436 xx.xx.2021. 4608, seriyaEBBJ 729497 xx.xx.2021 4320, EBBJ 729501 xx.xx.2021. 4752, xx.xx.2021. EBBK 885513 4464, seriya xx.xx.2021. EBBM227663 4752, xx.xx.2021.EBBM, 791119 4536 manat, cəmi 28320 manat). Belə vəziyyət iddiaçıya maddi ziyan vurur, hüquqlarını və qanuni mənafeyini pozur. Həmçinin cavabdehdən Mülki Məcəllənin 449 və 439.3-cü maddələrinə əsasən 2558,63 manat faiz tələb olunur. İddiaçı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 385, 442, 567, 600, 449 və 439-cu maddələrinə istinad etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinin xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinə etiraz edib onun təmin edilməməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e2-2(121)-2064/2022 saylı qətnaməsi ilə (Hakim: İ.Cabbarov), İddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 28320 manat əsas borc və 200 manat mediasiya xərci olmaqla, cəmi 28.520 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427, 445.2.1, 448.1, 567, 600.1 Vergi Məcəlləsinin16.1.11-6, 71-1-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e2-2(121)-2064/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə alqı-satqı müqaviləsində olan imzanın ona məxsus olmasını müəyyən etmək üçün xətşünaslıq ekspertizasının təyin edilməsi və müvafiq rəy alındıqdan sonra rəyə uyğun olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı qismində iştirak edən X5 məhkəmə kollegiyasına cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz ünvanlayaraq bildirmişdir ki, “Cavabdeh e-2-2(121)-2064/2022 nömrəli qətnamədən apellyasiya şikayəti verərək göstərmişdir ki, məhkəmə sənədlərinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli,381 nömrəli alqı-satqı müqaviləsindəki imza onun tərəfindən edilməmişdir və qətnamənin əsassız olduğunu bildirmişdir. Bildirirəm ki, e2-2(121)-2064/2022 nömrəli qətnamə məhkəmə tərəfindən ədalətli olaraq qəbul edilmişdir. Aşağıda qeyd edilən səbəblərdən apellyasiya şikayətini əsassız hesab edirəm və təmin edilməməlidir. İddiaçı xx.xx.2020-ci il tarixli, 381 nömrəli alqı-satqı müqaviləsini hazırlamış, imza və möhürlə təsdiq edərək menecer vasitəsi ilə imzalanması üçün cavabdehə göndərmişdir. Cavabdeh mağazada olmadığına görə menecer müqaviləni cavabdehin imzalaması üçün satıcıya vermişdir. Menecer bir neçə gündən sonra mağazaya gedərək imzalanmış müqaviləni götürmüşdür. Müqavilənin kim tərəfindən imzalandığını görməmişdir. Həmin müqavilə əsasında 2 ildən çox bir müddət ərzində əməliyyat aparılmışdır, lakin cavabdeh müqavilədəki imzanın ona aid olmadığını iddiaçıya bildirməmişdir. Ola bilər ki, cavabdeh müqaviləyə bilərəkdən özünə aid imza etməmişdir.İndi borc məbləğinin ödənilməsindən yayınmağa cəhd kimi özü etdiyi imzadan imtina edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329-cu maddəsinə görə əqdlər şifahi formada da bağlana bilər. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə işinə əlavə edilmiş elektron qaimə-fakturalardan görünür ki, cavabdeh iddiaçıdan 110520.00 manat dəyərində mal almış və elektron qaydada imza edərək qəbul etmişdir. Qəbul edilmiş malın dəyərindən 82200.00 manat ödəniş etmiş, 28320.00 manat borclu qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturaların forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu qaydalara uyğun olaraq tətbiq edilməklə elektron formada hazırlanan və vergi orqanınıda uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Həmin qaydaların 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsi ilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun olaraq təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində cübutlar barəsində qeyd edilir: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iclasının mənim iştirakım olmadan keçrilməsini, yuxarıda qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edirəm”. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayəti müdafiə edərək apelyasiya şikayətinin təmin edilməsini Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e2- 2(121)-2064/2022 saylı qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e2-2(121)-2064/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri həddində Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e2-2(121)-2064/2022 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaimə-faktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e2- 2(121)-2064/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan 01 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında məhsulların alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-dən daxil olan sementi (bundan sonra “mal” və ya “məhsul” adlandırılır) alıcıya satmağı və çatdırmağı, alıcı isə öz növbəsində hazırkı Müqavilədə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən yüklərin daşınması cəlb edilmiş xüsusiləşmiş nəqliyyat vasitəsi ilə həyata keçirildiyi üçün yükün boşaldılmasında yol verilən səbəbsiz gecikmələr məsuliyyətə səbəb olur. Ona görə də yüklərin dərhal boşaldılması tələb edilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, müqavilə üzrə hesablaşma, bu Müqavilənin şərtlərinə uyğun mal təhvil verildikdən sonra, qanunvericiliyə uyğun qydada təsdiq edilmiş elektron qaimə-fakturaya və ona uyğun qaydada təqdim edilmiş hesab-fakturaya əsasən, 10 iş günü ərzində təhvil verilmiş Malların dəyərinin alıcı tərəfindən satıcıya nağd və ya köçürmə yolu ilə ödənilməsi şəklində aparılır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 01 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 28320 manat borcun 5 iş gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan əmtəə-nəqliyyat qaimələrindən və elektron qaimə fakturalardan görünür ki, xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 791119 saylı elektron qaimə əsasında 4.536 manat, xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 227663 saylı elektron qaimə əsasında 4.752 manat, xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, ******* saylı elektron qaimə əsasında 4.484 manat, xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 729497 saylı elektron qaimə əsasında 4.320 manat, xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 729501 saylı elektron qaimə əsasında 4.752 manat, xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 517436 saylı elektron qaimə əsasında 4.608 manat, xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 612823 saylı elektron qaimə əsasında 4.608 manat, xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 213864 saylı elektron qaimə əsasında 4.536 manat, xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 307385 saylı elektron qaimə əsasında 4.536 manat, xx.xx.2021-ci il tarixli, EBBB seriyalı, 621191 saylı elektron qaimə əsasında 4.464 manat, xx.xx.2021-ci il tarixli, EBBH seriyalı, 244528 saylı elektron qaimə əsasında 4.248 manat, xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 810076 saylı elektron qaimə əsasında 4.320 manat, xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 431448 saylı elektron qaimə əsasında 4.320 manat, xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 956083 saylı elektron qaimə əsasında 4.248 manat, xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 181436 saylı elektron qaimə əsasında 4.464 manat, xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 800209 saylı elektron qaimə əsasında 4.248 manat, xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 144618 saylı elektron qaimə əsasında 2.232 manat, xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 157066 saylı elektron qaimə əsasında 2.016 manat, xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 500731 saylı elektron qaimə əsasında 2.232 manat, xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 304709 saylı elektron qaimə əsasında 4.464 manat, xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 000728 saylı elektron qaimə əsasında 4.248 manat, xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 580665 saylı elektron qaimə əsasında 4.464 manat, xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 214446 saylı elektron qaimə əsasında 2.232 manat, xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 988230 saylı elektron qaimə əsasında 4.248 manat, xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 762272 saylı elektron qaimə əsasında 4.248 manat, xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 090897 saylı elektron qaimə əsasında 4.464 manat, xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 524627 saylı elektron qaimə əsasında 4.248 manat məbləğində, ümumilikdə 110.520 manat məbləğində mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş ödəniş sənədlərindən (AccessBank əməliyyat təfərrüatları) görünür ki, cavabdeh tərəfindən iddiaçıya köçürmə yolu ilə 82200 manat ödəniş edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 12 avqust 2022-ci il tarixli, MŞB/14-00024 saylı arayışdan görünür ki, İddiaçı MMC 200 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək müəyyən edir ki, tərəflər arasında sement məhsulunun alqı-satqısına dair müqavilə bağlanılmış, iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. Cavabdeh malları təhvil alsa da malların dəyərini tam ödəməmişdir. Cavabdeh öhdəliklərini yerinə yetirməməsi səbəbindən iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 71-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən elektron qaimə-faktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, elektron qaimə-fakturalar və əmtəə nəqliyyat qaimələri ilə təqdim olunmuş mallar üzrə cavabdehin iddiaçıya ümumilikdə 28.320 manat borcunun olması öz təsdiqini tapdığından, o cümlədən cavabdeh tərəfindən həmin borcun olmamasına və ya daha az olmasına dair hər-hansı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, iddia əsas borca münasibətdə təmin edilməlidir. Məhkəmə kollegiyası iddianın 2.558,63 manat faiz borcunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə həmçinin, qeyd edir ki, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmaına dair” 09 iyul 2009-cu il tarixli plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Resoublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Maddənin həm adından (pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət), həm də məzmunundan göründüyü kimi burada özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməli olması nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 439-cu maddəsi də pul öhdəliklərin icrası ilə bağlıdır. Tərəflər arasında olan münasibətə qeyd olunan normalar tətbiq edilə bilməz. Cavabdeh apelyasiya şikayətinin dəlillərində qeyd edir ki, “İddianın əsasını iddiaçı təşkilatla mənim aramda olan xx.xx.2020-ci il tarixli 381 nömrəli alğı-satqı müqaviləsi təşkil etmişdir. Həmin alğı-satqımüqaviləsinə əsasən məndən 28520 manat pul tutulmuşdur. Həmin alğı-satqı müqaviləsinə mən imza etməmişəm, oradakı imza mənə aid deyil. Lakin məhkəmə heç bir əsas gətirmədən alğı-satqı müqaviləsini etibarlı hesab edərək qətnamə qəbul etmişdir. Mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir.”. Həmçinin qeyd edir ki, “Məhkəmə iclasında vəkilim dəfələrlə alğı-satqı müqaviləsində ki, imzanın cavabdehə aid olmadığını və mülki iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etsədə məhkəmə heç bir əsas gətirmədən vəsatətlərimizi rədd etmişdir. Əgər iş üzrə ekspertiza təyin etsə idi, alğı-satqı müqaviləsində ki imzanın mənə aid olmadığımüəyyən olunacaqdı. Bu halda da iddia tamamı ilə əsassız hesab edilərək rədd ediləcəkdi”. Məhkəmə kollegiyası cavabdehin yuxarıda göstərilən apelyasiya şikayətinin yuxarıda göstərilən dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh alğı-satqı müqaviləsinin onun özü tərəfindən imzalanmamasını qeyd etmişdir. Bu səbəbdən xətşünaslıq ekspertizasını təyin edilməsini bildirmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfin birinci instansiya məhkəməsi zamanı kifayət qədər vəsatət verməyə imkanı olsada bu imkanlardan istifadə etməmişdir. Cavabdeh apelyasiya şikayətində vəsatət verərək birinci instansiya məhkəməsinə müraciət etdiyini bildirsədə, iş materiallarına baxış zamanı belə hal müəyyən olunmamışdır. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 106.1-ci maddələrinin tələbləri baxımından iştirak edən şəxslərin izahatları və təqdim etdiyi yazılı sənədlər sübut növlərindən biridir. Apellyasiya şikayətində cavabdehin məhkəmədən xətşünaslıq ekspertizasının təyin edilməsi barədə xahişi təmin oluna bilməz. Çünki sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e2-2(121)-2064/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, e2-2(121)-2064/2022 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-163/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-163/2022
20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver