Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-166/2024 26.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "P-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: pul tələbi Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X4, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e-2-2(121)-1760/2024 saylı qətnaməsindən (hakim E.Abdullayev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh iddiaçının xeyrinə 1.128 manat dəyərində borcun və 31,28 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Saatlı Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 0038 saylı alğı-satqı müqaviləsinə əsasən Saatlı rayonu, Kamallı-Hacıqasımlı kəndi ərazisində yerləşən 20.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 3128 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da xam-pambıq təhvil verməmiş, bununla da iddiaçıya 3.128 manat məbləğində borcu qalmışdır. xx.xx.2024-cü il tarixdə borcun 2.000 manat məbləği Saatlı rayon Prokurorluğu vasitəsi ilə ödənilmiş, nəticədə 1.128 manat məbləğində borc qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması İddiaçı MMC-nin Saatlı Filialının imzası ilə təsdiq edilən iş və xidmətlərin görülməsi barədə yekun üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e-2-2(121)-1760/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1.128 manat əsas borc və 31,28 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.159,28 (bir min yüz əlli doqquz manat, iyirmi səkkiz qəpik) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, iddiaın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, bu normanın tələbinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. İddiaçının göstərdiyi 09 yanvar 2018-ci il tarixli 0038 saylı alqı-satqı müqaviləsi forma olaraq bağlanmış və həmin müqavilə üzrə ona heç bir xidmət göstərilməmişdir. Belə ki, göstərilən müqavilə bağlandıqdan 20 gün sonra İddiaçı MMC-nin Saatlı filialı ilə armada olan razılıq əsasında ləğv edilmişdir. Onun ümumiyyətlə nə mülkiyyətində və nə də icarəsində də 60 hektar torpaq sahəsi heç vaxt olmayıb. Bundan başqa onla müqavilə bağlanarkən İddiaçı MMC-nin Saatlı filialı tərəfindən 3128 manat deyil, yalnız 1800 manat avans verilmişdir. O müqavilə bağlanarkən imza etməklə 1800 manat avans almış, müqavilə bağlamasının məqsədi mülkiyyətində olan 4,26 ha torpaq sahəsini və icarəyə götürəcəyi 16 hektar torpaq sahəsini pambıq əkmək olmuşdur.Şirvan Kommersiya Məhkəməsi ləğv edilmiş müqaviləyə və maliyyə arayışına əsaslanaraq iddianı təmi etmişdir. Məhkəmə iddiaçı tərəfindən ona 3128 manat avansın hansı sənəd əsasında verilməsini araşdırmamışdır. İş materiallarında da ona 3128 manat avans verilməsi barədə heç bir sübut yoxdur, yalnız maliyyə arayışında 3128 manat borc olması göstərilmişdir. Bundan başqa İddiaçı MMC-nin Saatlı filialı tərəfindən ona əkin sahəsi ilə bağlı heç bir xidmət göstərilməmişdir. İddiaçı MMC bu günə kimi, yəni 5 ildən artıq bir müddətdə ona iddia qaldırmamışdır. İddiaçı MMC-nin Saatlı filialı ilə bağlanmış 09 yanvar 2018-ci il tarixli 0038 saylı alqı-satqı müqaviləsi 20 gün sonra ləğv edilmişdir. Bu da o deməkdir ki, müqavilə ləğv edildikdən sonra onun öhdəliyinə xitam verilmişdir. Belə ki, məhkəmə iddiaçının təqdim etdiyi qüvvədə olmayan müqaviləyə və maliyə arayışına əsaslanaraq iddianı təmin etmişdir. Məhkəmə 3128 manatın ona hansı sənəd əsasında verilməsini araşdırmamışdan, öz qətnaməsini MPM-nin 9.3-cü maddəsinin tələbinə zidd olaraq özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, iddiaçının təqdim etdiyi əsassız və ləğv edilmiş müqviləni, maliyyə arayışını və digər sənədləri qabaqcadan müəyyən edilmiş qüvvəsi olan sübut kimi qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya şikayətinə qarşı etiraz və işə məhkəmə iclasında baxılması barədə vəsatət məhkəməyə daxil olmadığından, Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını cavabdehə münasibətdə tam apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e-2-2(121)-1760/2024 saylı qətnaməsi cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 0038 sayı müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən “Alıcı” tərəfindən “Satıcı”ya məxsus (mülkiyyətində və ya istifadəsində olan) Saatlı rayonu, Kamallı-Hacıqasımlı kəndində yerləşən 20 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Satıcı” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “Alıcıya” təhvil verilməsi və “Alıcı” tərəfindən “Satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərini ödəməyi öhdəsinə götürmüş,İddiaçı MMC tərəfindən Cavabdeh işlərin görülməsi üçün avans ayrılmış, xidmətlər göstərilmişdir. İş materialında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 0038 saylı alğı-satqı müqaviləsinə əsasən Cavabdeh məxsus 20 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar işlərin görülməsi nəticəsində yaranan borcun ödənilməsinin təmin edilməsi təklif edilmiş, əks təqdirdə müqavilə üzrə borcun ödənilməsi tələbi ilə qanuna müvafiq tədbirlət görülməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 3.128 manat borcu vardır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh (istehsalçı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 0038 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, istehsalçı mülkiyyət hüququ özünəməxsus olan və ya icarəyə götürdüyü 20 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 0038 saylı müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh işlərin görülməsi üçün 3.128 manat məbləğində vəsait xərclənmişdir. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə 2.000 manat ödəməklə, cəmi 1.128 manat məbləğində borcu qalmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh (istehsalçı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 0038 saylı müqaviləyə əsasən cavabdehin sifarişi əsasında 371.00 manat məbləğində çöp doğrama, 957.00 manat məbləğində 1-ci şum, 1800.00 manat avans icarə, arat cəmi 3128.00 manat məbləğində işlər görülmüş, avans verilmiş və xidmətlər göstərilmişdir. Lakin cavabdeh müqavilə şərtlərinin pozaraq mövsüm başa çatsa da xam-pambığı təhvil verməmiş, bununla da iddiaçıya 3128.00 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan "elektron qaimə”nin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə borcun 2000.00 manat məbləği (Saatlı rayon Prokuroluğu vəsitəsi ilə) ödənilmiş və 1128.00 manat məbləğində borc qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə cavabdehə - Cavabdeh müraciət olunmasına baxmayaraq cavabdeh borcu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin cavabdehə münasibətdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən görünür ki, iddianın mübahisələndirilən hissəsi 1128 manatdır. Belə oduğu halda qətnamədən kassasiya şikayəti verilməsi qanununvericiliklə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, e-2-2(121)-1760/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-166/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-166/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver