Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-183/2024 15.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, e-2-2(121)-3008/2024 saylı (hakim Zaur Abbasov) qərardadından İddiaçı şikayətinə məhkəmənin inzibati binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin (hakim Zaur Abbasov) 18 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan iddiaçı tərəf şikayət vermiş, şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 3008/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, məsələnin məhkəmədən kənar həllinə dair qaydalara əməl edilməmiş cavabdehə pretenziya göndərilməmişdir. Halbuki, əlavə olunmuş poçt qəbzinə əsasən cavabdehə pretenziya verilmiş və iddia ərizəsinin surəti göndərilmişdir. Poçt xəbərnaməsinə əsasən pretenziya cavabdehin qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixində göndərilmiş və xx.xx.2024-cü il tarixdə onun tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxmadan geri qaytarma barədə qərardad qəbul etmişdir ki, bu da qanunsuz və əsassızdır. Bundan başqa əlavə edilmiş Füzuli Rayon Məhkəməsinin qərardadlarına əsasən cavabdehə qarşı iddia ərizəsi verilmiş və məhkəmə aidiyyəti məsələsinə görə iddia geri götürülmüşdür. Odur ki, məhkəmədən kənar həlli ilə bağlı kifayət qədər sübutlar işə əlavə olunmuşdur. Poçt xəbərnaməsinə əsasən pretenziya cavabdehin qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixində göndərilmiş və xx.xx.2024-cü il tarixdə onun tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxmadan geri qaytarma barədə qərardad qəbul etmişdir ki, bu da qanunsuz və əsassızdır. Bundan başqa əlavə edilmiş Füzuli Rayon Məhkəməsinin qərardadlarına əsasən cavabdehə qarşı iddia ərizəsi verilmiş və məhkəmə aidiyyəti məsələsinə görə iddia geri götürülmüşdür. Odur ki, məhkəmədən kənar həlli ilə bağlı kifayət qədər sübutlar işə əlavə olunmuşdur. Şikayətə baxılmış, Şirvan Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin hallarından müəyyən edilir ki, iddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddia ərizəsini pretenziyanın cavabdehin “Elektron-məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməsi barədə sənədin əlavə edilməməsinə görə geri qaytarmışdır. Hazırda iddiaçı tərəf qərardaddan şikayət vermişdir. Şikayətinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, pretenziya cavabdehin poçt ünvanına göndərilmişdir. Mübahisənin məhkəmədən kənar həlli ilə bağlı kifayət qədər sübutlar işə əlavə olunmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir və birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə Kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Qeyd edilən Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Qeyd edilənlərə baxmayaraq, iddiaçı tərəf qanunvericiliyin tələblərinə əməl etməyərək iddia ərizəsinin surətini cavabdehin “Elektron-məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərməmişdir. Qəraraddan şikayət versə də, iddiaçı şikayətinin əsaslı hesab edilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardadlardan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, e-2-2(121)- 3008/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-183/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-183/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver